20№-li əmrə №-li Əlavə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin



Yüklə 0,73 Mb.
səhifə1/7
tarix05.02.2018
ölçüsü0,73 Mb.
#24901
növüQaydalar
  1   2   3   4   5   6   7

15” fevral 2013-cü il tarixli



120№-li əmrə

1 №-li Əlavə

Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin

Sərnişinlərin, baqajın və yükün daşınması qaydaları”

Mündəricat

1. Ümumi müddəalar


2. Terminlər, anlayışlar və ixtisarlar
3. Dövlət orqanlarının qanun və  tələblərinə riayət edilməsi
4. Qaydaların dəyişməsi
5. Elektron bilet
5.1. Ümumi müddəalar
5.2. Biletin etibarlılığı
5.3. Xidmət sinfi
6.  Marşrutda dayanma (STOPOVER)
7.  Tarif və yığımlar
7.1. Tarif və yığımların tətbiqi barədə ümumi müddəalar
7.2. Güzəştlər
7.3. Tarif və yığımların ödənilməsi
8.  Təxsisetmə (bronlaşdırma)
8.1. Ümumi müddəalar
8.2. Sərnişin haqqında məlumatlar
8.3.  Təxsisin təkrar təsdiqi
8.4.  Sərnişinin qeydiyyata gəlməməsi (“NO-SHOW”)
9.  İnzibati rəsmiyyətlər
9.1.  Sərnişinin inzibati vəzifələri
9.2.  Sərnişinin ölkə ərazisinə daxil olmasına icazə verilməməsi
9.3.  Sərnişinin məsuliyyəti
9.4.  Gömrük baxışı və aviasiya təhlükəsizliyi üzrə yoxlama
9.5.  Qeydiyyatdan keçmiş Sərnişinin hava limanında həkim yardımı tələb edən xəstəliyi, yaralanması, doğuş hadisəsi, digər psixi, psixoloji və ya fizioloji təzahürləri, yaxud ölümü.
10. Sərnişinlərin daşınması

10.1. Sərnişinlərin qeydiyyatı və baqajın rəsmiləşdirilməsi


11. Sərnişinin daşınmasından imtina
11.1. Daşımadan imtina hüququ

11.2. Hava gəmisinin kommersiya yüklənməsi üzrə məhdudiyyətlər

12.  Xüsusi kateqoriyalı sərnişinlərin daşınması
12.1. Fiziki imkanları məhdud olan sərnişinlərin daşınması
12.2. Hamilə, zahı qadınların və yeni doğulmuş körpələrin daşınması
12.3. Uşaqların daşınması
12.4. Qrupların daşınması
12.5.Faciəli hadisələr zamanı sərnişinlərin daşınması
12.6.Sərnişinlərin təsdiq olunmamış təxsis əsasında daşınması (“STANDBY”)
12.7. Mühafizəçilərin müşayiəti ilə və onların müşayiəti olmadan deportasiya edilən şəxslərin daşınması

12.7.1. Ümumi tələblər


12.7.2. Mühafizəçilərin müşayiəti olmadan deportasiya olunan şəxslər
12.7.3. Mühafizəçilərin müşayiəti ilə deportasiya olunan şəxslər
12.8. Həbsdə olan şəxslər
12.9. Hər-hansı ölkənin ərazisinə daxil olmasına icazə verilməyən şəxslərin daşınması – buraxılmayan sərnişinlər (INAD).

12.10. Sərnişinlərin çarter reyslərində daşınması


12.11. Biznes sinif sərnişinlərinin daşınması

12.12. Tranzit və transfer sərnişinlərinin daşınması

12.13. Tez-tez uçan sərnişinlər üçün «AZAL Miles» proqramı

13. Daşıyıcılar arasında razılaşmalar


14. Ardıcıl daşıyıcılar
15. Baqajın daşınması
15.1. Baqaj qismində daşımaya qəbul olunmayan əşyalar

15.2. Baqajın daşıma üçün qəbul edilməsindən imtina hüququ


15.3. Sərnişinlərin və baqajın yoxlanılması hüququ
15.4. Qeydiyyata alınmış baqaj
15.5. Baqajın pulsuz daşınma norması
15.5.1. Ümumi müddəalar

15.5.2. Yer konsepsiyası

15.5.3. Çəki konsepsiyası
15.5.4.  Müvəqqəti xarakter daşıyan daşıma normaları
15.5.5. İdman ləvazimatlarının daşınması

15.6. Baqajın dəyərinin elan edilməsi

15.7. Baqajın pulsuz daşınma norması şamil olunmayan xüsusi baqaj əşyaları
15.8. Ödənişli (normadan artıq) baqaj
15.9. Birgə baqaj
15.10. Xüsusi daşıma şəraiti tələb edən baqajın daşınması

15.11. Silahın və döyüş sursatının daşınması

15.12. Qeydiyyata alınmamış baqaj (əl yükü)

15.13. Daşınmaya məhdud miqdarda qəbul olunan əşyalar və maddələr


15.14. Təhlükəli deşici, kəsici əşyaların daşınması
15.15. Diri heyvanların daşınması
15.16. Müşayiət olunmayan baqaj
15.17. Ölkədən kənara çıxışına icazə verilməyən sərnişinlərin və hava gəmisinə minmək üçün gəlməyən sərnişinlərin baqajı
15.18. Baqajın emalı, çatdırılması və götürülməsi
15.19. Sərnişin tərəfindən götürülməyən, unudulmuş və ya səhv göndərilmiş baqaj
16. Yüklərin daşınması

16.1. Ümumi müddəalar

16.2. Yüklərin daşınmaya qəbul edilməsi şərtləri

17. Hərəkət cədvəli


18. Daşımada dəyişikliklər
18.1. Qeydiyyat zamanı Sərnişinin xidmət sinfinin dəyişdirilməsi

18.2. Təxsisetməyə uyğun xidmətin təqdim edilməsi mümkün olmadığı hallarda xidmət sinfinin dəyişdirilməsi


18.3. Uçuş cədvəlinin dəyişməsi ilə əlaqədar daşımada edilən dəyişikliklər (fors-major şəraitindən başqa)
18.4. Reysdə təxsis edilmiş yerlərin artıq olması və ya hava gəmisinin tipinin dəyişməsi ilə əlaqədar daşımada edilən dəyişikliklər

19. Sərnişinlərə xidmət göstərilməsi


19.1. Ümumi müddəalar
19.2. Sərnişinlərə hava limanında xidmət göstərilməsi
19.3. Sərnişinlərə hava gəmisi bortunda xidmət göstərilməsi
19.4. Sərnişinin xəstəliyi səbəbindən uçuşun dayandırılması
19.5. Uçuş zamanı davranış
20. Məbləğin qaytarılması
20.1. Ümumi müddəalar
20.2. Qaytarılan məbləğ
20.3. Məbləğin qaytarılmasından imtina hüququ
20.4. Öhdəliklərdən azad olma
21. Sərnişinlərin müraciəti (rəyləri, təklifləri, şikayətləri)
21.1. Ümumi müddəalar
21.2. Sərnişinlərin yazılı şikayətlərinə baxılması qaydaları
22. Aviaşirkətin, Sərnişinin və Yükgöndərənin (Yükalanın) məsuliyyəti

22.1. Ümumi müddəalar

22.2. Hava gəmisinin sərnişininin həyat və ya sağlamlığına zərər vurulmasına görə Aviaşirkətin məsuliyyəti

22.3. Sərnişinin qeydiyyata alınmış baqajının, yükünün və əl yükünün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə görə Aviaşirkətin məsuliyyəti

22.4. Baqajın və yükün itməsinə, əskik gəlməsinə və ya zədələnməsinə (korlanmasına) görə Aviaşirkətin məsuliyyətinin miqdarı

22.5. Aviaşirkətin məsuliyyətini istisna edən şərtlər

22.6. Yükgöndərənin (Yükalanın) məsuliyyəti

22.7. Sərnişinin məsuliyyəti

23.  Pretenziya və iddialar
23.1. Pretenziya və iddiaların verilməsi qaydası
23.2. Pretenziyalara baxılması qaydası
23.3. İddialar və müddət
24. Sərnişinin məlumatlandırılması


1. Ümumi müddəalar

1.1. Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları sərnişinlərin, baqajın və yüklərin hava ilə daşınması zamanı milli aviadaşıyıcı - “Azərbaycan Hava Yolları” QSC-nin (sonra mətndə – «Aviaşirkət») fəaliyyətini tənzimləyən əsas normativ sənəddir və Aviaşirkət ilə müştərilərin qarşılıqlı münasibətlərini tənzimləyir.

Sərnişinlərin, baqajın və yüklərin daşınması qaydaları hava daşımalarına dair beynəlxalq hüquqi sənədlərə, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tövsiyələrinə, Azərbaycan Respublikasının 2005-ci il 24 iyun tarixli 944-IIQ nömrəli «Aviasiya haqqında» Qanununa və Azərbaycan Respublikasının normativ hüquqi sənədlərinə əsasən işlənib hazırlanmışdır.

1.2. Bu Qaydalar uçuşların təhlükəsizliyini və xidmət keyfiyyətini lazımi səviyyədə təmin edən “Azərbaycan Hava Yolları” QSC-nin hava gəmilərində sərnişin, baqaj və yüklərin daşınması şərtlərinin, habelə sərnişin, baqaj və yüklərin hava nəqliyyatı ilə daşınması zamanı, bu daşımalara aidiyyəti olan xidmətlər də daxil olmaqla, subyektlərin məsuliyyət prinsipi və normalarının müəyyən edilməsi məqsədilə hazırlanmışdır.

1.3. Bu Qaydalar “Azərbaycan Hava Yolları” QSC-nin işçi heyətinə, Xidmət üzrə Agentlərə, Daşımaların satışı üzrə agentlərə və Aviaşirkətin sərnişinlərinə və yük müştərilərinə şamil olunur.

1.4. Xüsusi daşıma şərtləri ilə digər qaydalar nəzərdə tutulmadığı halda, bu Qaydalar həmin daşımaya aidiyyəti olan və “Azərbaycan Hava Yolları” QSC-nin həyata keçirdiyi xidmətlər də daxil olmaqla, istənilən baqaj, yük və sərnişin daşınmasına tətbiq olunur.

1.5. Xidmət üzrə agent, Daşımaların satışı üzrə agent, Aviaşirkətin əməkdaşı və ya təmsilçisi bu Qaydalara ciddi riayət etməlidirlər və onun müddəalarını təhrif etmək və ya dəyişmək hüququna malik deyillər.
2. Terminlər, anlayışlar və ixtisarlar
2.1. Bu Qaydalarda göstərilən terminlər aşağıdakı mənaları ifadə edir:
AVİAŞİRKƏT

tam formada – «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyəti;

ixtisar edilmiş formada - «AZAL» QSC; 

beynəlxalq mülki aviasiya təşkilatları üçün - “AZERBAIJAN AIRLINES” (AZAL).


AVİASİYA TƏHLÜKƏSİZLİYİ


—insan və maddi ehtiyatlar da daxil olmaqla, aviasiyanı qanunsuz müdaxilə aktlarından qorumaq üçün tətbiq olunan kompleks tədbirlər.



XİDMƏT ÜZRƏ AGENT

– Sərnişinlərə və baqaja yerüstü xidmət əməliyyatlarını həyata keçirmək məqsədilə Aviaşirkət tərəfindən səlahiyyətləndirilmiş şəxs.



DAŞIMALARIN SATIŞI ÜZRƏ AGENT

– Agent razılaşmasına müvafiq olaraq Aviaşirkətin reyslərinə və müvafiq səlahiyyətləri olduğu təqdirdə, digər Daşıyıcıların reyslərinə daşımaların satışı zamanı Aviaşirkətin maraqlarını təmsil etmək üçün təyin olunmuş şəxs (sonra mətndə – Agent).

BAQAJIN DAŞINMASI ZAMANI NÖQSANLAR HAQQINDA
AKT (PIR - Property Irregularity Report)

–Bir və ya bir neçə Daşıyıcının hava gəmiləri ilə həyata keçirilən daşıma zamanı baqaja dəymiş ziyan (itməsi, əskik gəlməsi, zədələnməsi) aşkar edildikdən dərhal sonra Sərnişin aerovağzalın rejim zonasından çıxmazdan əvvəl onun iştirakı ilə Aviaşirkət tərəfindən tərtib edilmiş sənəd. Akt Aviaşirkət və Sərnişin tərəfindən imzalanır.

BAQAJ

– Aviaşirkətin məsuliyyəti altında daşınma üçün qəbul edilən baqaj, bunun əvəzində sərnişinə baqaj qəbzi və baqaj birkası verilir.



BAQAJI EYNİLƏŞDİRMƏ BİRKASI (BAQAJ BİRKASI)

– qeydiyyata alınmış baqajın, yəni sərnişin tərəfindən daşınma üçün Aviaşirkətin məsuliyyəti altına verilmiş baqajın eyniləşdirilməsi üçün Aviaşirkət tərəfindən verilən sənəd.

BAQAJ QƏBZİ

– daşıma müqaviləsinə uyğun olaraq qeydiyyata alınmış baqajın daşınması üçün daşıyıcı tərəfindən verilmiş qəbz.



BİLET

– adi bilet (sərnişin bileti və baqaj qəbzi) – kağızda hazırlanan və daşıyıcı tərəfindən təsdiq olunan müəyyən nümunəli daşıma sənədidir, müqavilənin bağlandığını, habelə sərnişinin və onun baqajının hava daşıması şərtlərini təsdiq edir;


- daşıyıcının kompyuter məlumat bazasında yerləşdirilən və hava daşıması haqqında müqavilə sayılan adi biletin elektron analoqu. Bu bilet kağızda çap olunmuş adi aviabiletdə göstərilən məlumata analoji olan məlumatı tam şəkildə əks etdirir və qüvvədə olan elektron ticarət haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada hava daşımalarının elektron satışı prosesində tətbiq edilir.
TƏXSİSETMƏ (yaxud rezervasiya)

– Sərnişinin daşınması üçün hava gəmisində müəyyən reysə və tarixə yerin əvvəlcədən sifariş edilməsi, yaxud baqajın (yükün) daşınması üçün hava gəmisində müəyyən reysə və tarixə həcmin və tonnajın əvvəlcədən sifariş edilməsi.



VARŞAVA KONVENSİYASI

–Sadalanan sənədlərdən hansının Daşıma müqaviləsinə tətbiq ediləcəyindən asılı olaraq, aşağıdakı mənanı ifadə edəcəkdir:
- 12 oktyabr 1929-cu ildə Varşavada imzalanmış Beynəlxalq hava daşımalarına dair bəzi qaydaların unifikasiyası üçün Konvensiya (sonra mətndə - Varşava Konvensiyası);
- 28 sentyabr 1955-ci ildə Haaqada düzəlişlər edilmiş Varşava Konvensiyası;
- Monrealda 1 nömrəli Əlavə Protokolla (1975) düzəlişlər edilmiş Varşava Konvensiyası;
- Haaqada düzəlişlər edilmiş və Monrealda 2 nömrəli Əlavə Protokolla düzəlişlər edilmiş (1975) Varşava Konvensiyası;
- Haaqada düzəlişlər edilmiş və Monrealda 4 nömrəli Əlavə Protokolla düzəlişlər edilmiş (1975) Varşava Konvensiyası;
- Qvadalaxara, Daşıyıcı olmayan şəxslərin həyata keçirdiyi beynəlxalq hava daşımalarına dair bəzi qaydaların unifikasiyası üzrə əlavə konvensiyalar (1961),

Qvadalaxara şəhəri 18.09.1961.



DAXİLİ DAŞIMALAR

Göndərilmə və təyinat məntəqəsi, habelə bütün nəzərdə tutulmuş dayanacaqlar Azərbaycanın ərazisində yerləşməklə sərnişinlərin və onların baqajının daşınması.


MƏBLƏĞLƏRİN QAYTARILMASI

Tarifi ödəmiş Sərnişinə və ya şəxsə (təşkilata) əvvəlcədən ödənilmiş, lakin istifadə edilməmiş və ya qismən istifadə edilmiş daşımanın dəyərinin bir hissəsinin və ya hamısının qaytarılması.

HAAQA PROTOKOLU

- Beynəlxalq hava daşımalarına dair bəzi qaydaların unifikasiyası üçün Konvensiyaya düzəlişlər barədə Protokol (1955 ).
DÖVLƏT ORQANLARI

Sərnişinlər tərəfindən gömrük, valyuta, sərhəd, sanitar, baytarlıq və karantin qaydalarına riayət olunmasına nəzarət edən təşkilatlar, idarələr və onların bölmələri.




YÜK
- baqaj və poçt istisna olmaqla, yük qaiməsi ilə rəsmiləşdirilən və hava gəmisində daşımaq üçün qəbul edilən əmlak, eləcə də yük qaiməsi ilə rəsmiləşdirilən müşayiət olunmayan baqaj;
YÜK QAİMƏSİ
- yükün hava gəmisi ilə daşınması üçün müqavilənin bağlandığını, onun şərtlərini və yükün daşınmaya qəbul edildiyini təsdiq edən sənəd;  
QRUP ŞƏKLİNDƏ DAŞIMA

– Səyahət üçün ümumi məqsədi və eyni uçuş və enmə tarixi olan, biletin dəyərini qrup tarifi üzrə ödəmiş bir qrup şəxsin (ekonom sinifdə ən azı 10 nəfər və biznes sinifdə ən azı 6 nəfər, 2 yaşınadək uşaqlar nəzərə alınmadan) daşınması.
DEPORTASİYA OLUNMUŞ ŞƏXSLƏR

ölkəyə qanuni və ya qeyri-qanuni yollarla gəlmiş və bir müddət sonra dövlət orqanlarının sərəncamı ilə ölkədən çıxarılmaq əmri almış (mühafizəçilərlə müşayiət olunan və ya müşayiət olunmayan) şəxslər.



GÜNLƏR

– təqvim günləri, bayram, istirahət və qeyri-iş günləri də daxil olmaqla, həftənin bütün yeddi günü, bir şərtlə ki, bildiriş təqdim edilərkən bildirişin göndərildiyi gün nəzərə alınmır və etibarlılıq müddəti müəyyən edilərkən biletin verildiyi gün və ya uçuşun başlandığı gün nəzərə alınmır.




HAVA DAŞIMASI MÜQAVİLƏSİ

müəyyən edilmiş haqq müqabilində sərnişinin, baqajın və ya yükün təyinat məntəqəsinə (məntəqələrinə) çatdırılmasına dair daşıyıcı ilə fiziki və ya hüquqi şəxs arasında bağlanmış müqavilə. Sərnişinin hava daşınması müqaviləsi biletlə, yükün hava daşınması müqaviləsi yük qaiməsi ilə, baqajın hava daşınması müqaviləsi isə baqaj qəbzi ilə təsdiq olunur.



ƏLAVƏ DAŞIMA (ƏLAVƏ REYS )

– hava gəmilərinin müntəzəm reyslər həyata keçirilən eyni marşrut üzrə hərəkət cədvəlindən əlavə reys yerinə yetirməsi.
ŞİKAYƏT

Aviaşirkətin vəzifəli şəxslərinin hərəkətləri /hərəkətsizliyi nəticəsində fiziki və ya hüquqi şəxslərin pozulmuş qanuni mənafelərinin bərpa olunması tələbi ilə müraciət.



BAQAJIN YUBADILMASI

sərnişinin baqajının təyinat məntəqəsinə yol verilən müddətdən gec çatdırılması.



AİDİYYƏTİ ŞƏXS

Sərnişin, onun qanuni təmsilçiləri və qanunla müəyyən olunmuş qaydada Sərnişini təmsil etmək üçün səlahiyyətləndirilmiş digər şəxslər.


QEYDİYYATA ALINMIŞ BAQAJ

– Aviaşirkət tərəfindən qorunması və təyinat yerinə vaxtında çatdırılması məsuliyyəti ilə daşınmaya qəbul edilmiş, baqaj qəbzi və hər baqaj yeri üçün bir eyniləşdirmə birkası verilmiş Sərnişinin baqajı.

MÜSTƏSNA ŞƏRTLƏR


– Sərnişin və baqaj daşınmasının adi əməliyyatlarla və mülki hava gəmilərinin istismarı prosedurları ilə əlaqəli olmadığı şərtlər, o cümlədən sülhməramlı qüvvələrin daşınması, təbii fəlakətlərin və ya qəzaların aradan qaldırılması və s. üçün daşımaların həyata keçirilməsi şərtləri.


ÖDƏNİŞLİ BAQAJIN QƏBZİ (BİLETİ) (Excess Baggage Ticket - EBT)

normadan artıq baqajın və ya daşınmasına görə mütləq ödəniş aparılmalı olan əşyaların daşınması üçün ödənişin həyata keçirildiyini təsdiq edən sənəd.

XİDMƏT SİNFİ

– ödənilmiş tarifə müvafiq olaraq Sərnişinə göstərilən xidmətlərin siyahısı və normaları.

MÜHAFİZƏÇİLƏRİN MÜŞAYİƏTİ İLƏ DEPORTASİYA EDİLƏN ŞƏXS

müvafiq orqanların səlahiyyətli əməkdaşları tərəfindən müşayiət olunmaqla məcburi daşınmanı həyata keçirən şəxs.



MƏXFİ TARİF

Qlobal təxsisetmə (bronlaşdırma) sistemlərində Aviaşirkət tərəfindən dərc olunmayan xüsusi tarif.



BEYNƏLXALQ DAŞIMA

– daşımada fasilələrin olub-olmamasından asılı olmayaraq, göndərmə məntəqəsi və təyinat məntəqəsi müxtəlif ölkələrin ərazisində yerləşməklə, yaxud digər ölkənin ərazisində dayanacağın nəzərdə tutulması şərtilə bir ölkənin ərazisində yerləşməklə sərnişin və baqaj daşıması.

TƏLƏB OLUNMAMIŞ BAQAJ

qeydiyyata alınan, baqaj birkasında göstərilən təyinat yerinə gətirilən, lakin Sərnişin tərəfindən götürülməyən baqaj.


BAQAJIN ÇƏKİSİNİN ƏSKİK GƏLMƏSİ

– təyinat məntəqəsinə gəldikdən sonra Sərnişin baqajının kütləsinin daşıma sənədlərində göstərilən məlumatlarla müqayisədə az olması.



QEYDİYYATA ALINMAMIŞ BAQAJ

Sərnişinin qeydiyyata alınmış baqajından başqa, hava gəmisinin sərnişin salonunda daşınan istənilən baqaj (o cümlədən əl yükü).



MÜHAFİZƏÇİLƏRİN MÜŞAYİƏTİ OLMADAN DEPORTASİYA OLUNAN ŞƏXS
müvafiq orqanların səlahiyyətli əməkdaşları tərəfindən müşayiət olunmadan məcburi daşınması həyata keçirilən şəxs.


MÜŞAYİƏT OLUNMAYAN BAQAJ

– Müşayiət olunan şəxs (Sərnişin) olmadan hava gəmisində daşınan və yük qaiməsində yük kimi sənədləşdirilən baqaj.



MÜRACİƏT

fiziki və ya hüquqi şəxs tərəfindən yazılı və ya şifahi şəkildə fərdi və ya qrup halında ifadə edilən rəy, təklif (irad) və şikayətlər.


MARŞRUTDA DAYANACAQ (yaxud STOPOVER)

– daşımanın Aviaşirkət və Sərnişin arasında əvvəlcədən razılaşdırılmış qaydada, göndərmə və təyinat məntəqələrindən başqa istənilən məntəqədə müvəqqəti dayandırılması (24 saatdan çox).

RƏY

göstərilmiş xidmətlər, Aviaşirkətin ayrı-ayrı bölmələri və ya bütünlükdə şirkətin işi haqqında fiziki və ya hüquqi şəxslərin fərdi və ya qrup şəklində yazılı və ya şifahi ifadə edilmiş rəyləri.



DAŞIMADAN İMTİNA

– Aviaşirkətin Sərnişini müəyyən reysə qəbul etməkdən imtina etməsi.



SƏRNİŞİN
- ekipaj üzvləri istisna olmaqla, hava daşıması müqaviləsinə müvafiq olaraq hava gəmisində daşınan və ya daşınmalı olan şəxs;  


ÖDƏNİŞLİ
BAQAJ (NORMADAN ARTIQ)

– Baqajın kütləsinin (çəkisinin) Aviaşirkət tərəfindən müəyyən edilmiş pulsuz daşıma normasından artıq olan və müəyyən edilmiş tariflərə müvafiq olaraq Sərnişin tərəfindən ödənilən hissəsi, habelə baqajın pulsuz daşıma norması şamil olunmayan əşyalar (iri həcmli baqaj; idman ləvazimatı; ev və otaq (əhliləşdirilmiş) heyvanları (eşitmə / görmə qabiliyyəti olmayan Sərnişinləri müşayiət edən itlərdən başqa); elan edilmiş dəyəri Daşıyıcının Varşava konvensiyası və Haaqa protokolu ilə müəyyən edilmiş məsuliyyət həddini aşan baqaj).
BAQAJIN, YÜKÜN ZƏDƏLƏNMƏSİ

baqajın və ya yükün zədələnməsi, nəticədə onların ilkin təyinatına görə tam istifadə edilməsinin mümkün olmaması (dəyərinin itirilməsi);



TƏSDİQ EDİLMİŞ TƏXSİSETMƏ

– avtomatlaşdırılmış təxsisetmə sistemində qeydiyyata alınmış və Aviaşirkət tərəfindən təsdiq edilmiş təxsisetmə. Biletdə «OK» işarəsi ilə qeyd olunur.


UÇUŞ KUPONU

– sərnişin biletinin bir hissəsi, yaxud elektron bilet olduğu təqdirdə, elektron kupon, burada Sərnişinin və baqajın daşınması üçün kuponun etibarlı olduğu müəyyən məntəqələr göstərilir.
BAQAJIN İTİRİLMƏSİ

baqajın axtarış üçün müəyyən edilmiş vaxt ərzində təyinat məntəqəsinə çatdırılmaması və Daşıyıcı tərəfindən bu faktın təsdiq edilməsi.



AVİAŞİRKƏTİN QAYDALARI

–Aviaşirkət tərəfindən müəyyən edilən və Sərnişinlərin və/və ya baqajın, yükün daşınması zamanı tətbiq edilən qaydalar.


TƏKLİFLƏR

fiziki və ya hüquqi şəxslərin Aviaşirkətin ayrı-ayrı bölmələri və ya bütün aviaşirkətin fəaliyyəti barədə tövsiyələrini, məsləhətlərini əks etdirən fərdi və ya qrup şəklində müraciəti.



PRETENZİYA

hava daşımaları haqqında müqavilənin şərtlərinin yerinə yetirilməməsi nəticəsində aidiyyəti şəxsin zərərinin (itkilərinin) əvəzinin ödənilməsi barədə bu Qaydalarla nəzərdə tutulmuş vaxtda təqdim edilən yazılı tələb.


TƏTBİQ OLUNAN QANUNLAR

– qüvvədə olan beynəlxalq qanunvericilik, həmçinin ərazisindən, ərazisinə və ya ərazisindən keçməklə sərnişinlərin və baqajın hava daşımalarının həyata keçirildiyi istənilən dövlətin hava daşımalarını tənzimləyən qanun, qərar və sərəncamları, digər normativ hüquqi aktları.
TƏYİNAT MƏNTƏQƏSİ

– biletdə göstərilmiş, Sərnişinin daşınmasının başa çatdığı məntəqə.

YOLA DÜŞMƏ MƏNTƏQƏSİ

– biletdə göstərilmiş, Sərnişinin daşınmasının başlandığı məntəqə.



TRANSFER MƏNTƏQƏSİ

biletdə göstərilmiş aralıq hava limanı (məntəqə), burada hava daşımaları müqaviləsinə müvafiq olaraq Sərnişin marşrut üzrə yolunu davam etdirmək üçün 24 saat ərzində bir reysdən digər reysə keçir.


YOL VERİLƏN MÜDDƏTLƏR

– Sərnişinin (baqajın) hava nəqliyyatı ilə daşınması zamanı Aviaşirkətin hərəkət cədvəlində müəyyən edilmiş uçuşun başlanması və başa çatması müddətindən artıq olan dövr, yol verilən müddət 2 saatdan 24 saatadək təşkil edir.



MÜNTƏZƏM DAŞIMALAR (MÜNTƏZƏM REYS)

müəyyən edilmiş hərəkət cədvəlinə müvafiq olaraq hava gəmisinin marşrut üzrə yerinə yetirdiyi reys.

ƏL YÜKÜ

– «CABIN LUGGAGE» birkası ilə nişanlanmış və daşıma zamanı Aviaşirkətin razılığı ilə Sərnişinin nəzarəti altında hava gəmisinin salonunda olan baqaj.
YIĞIM

Aviaşirkət, Agent və ya digər səlahiyyətli orqanlar tərəfindən Sərnişinin və ya onun baqajının daşınması zamanı müəyyən edilmiş qaydada tarifdən əlavə yığılan təsdiq edilmiş məbləğ.



GÜZƏŞT

Aviaşirkətin qaydalarına əsasən tətbiq edilən müəyyən tarifin aşağı salınması.



XÜSUSİ KATEQORİYALI SƏRNİŞİNLƏR

daşıma zamanı xüsusi diqqət və ya xüsusi şəraitin olmasını tələb edən Sərnişinlər.




XÜSUSİ ŞƏRTLƏR

– bu Qaydaların müddəalarının digər ölkənin qaydaları ilə uyğun gəlməməsi və ya digər ölkənin qaydalarına əsasən bu Qaydalara nisbətən daha aşağı səviyyəli daşıma şərtlərinin müəyyən edilməsi, yaxud digər ölkənin onun qaydalarına riayət olunmasını tələb etməsi və bununla da daşıma müqaviləsinin yerinə yetirilməsinin təhlükə altına alınması nəticəsində meydana çıxan Sərnişinlərin və baqajın daşınması şərtləri.


XÜSUSİ TARİF

– tarifin tətbiqi ilə bağlı müəyyən məhdudiyyətləri olan, ekonom sinifdə daşınma üçün müəyyən edilmiş (bir çox hallarda) və avtomatlaşdırılmış təxsisetmə sistemlərində xüsusi tarif kimi dərc olunmuş tarif.

TARİF

– bir Sərnişinin, yaxud baqaj, yük, poçtun həcminin və ya kütlə vahidinin müvafiq xidmət sinfində, müvafiq marşrut üzrə daşınması üçün Aviaşirkət tərəfindən alınan müəyyən edilmiş məbləğ.

TRANSATLANTİK DAŞIMA (REYS)

– ABŞ-dan və Kanadadan, yaxud ABŞ-a və Kanadaya hava daşımaları, habelə Qərbi Avropa ölkələrində STOPOVER şərtilə transatlantik regionda reyslər.
ZƏRƏR
hava daşıması zamanı aşağıdakılar nəticəsində əmələ gələ bilən zərər:

-      Sərnişinin ölümü və ya sağlamlığına ziyan vurulması;

-      baqajın və ya onun bir hissəsinin itirilməsi, çatışmaması, zədələnməsi;

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə