20 oktyabr “Ümumdünya statistika günü”
Nəsimi rayonunda qeyd edildi
15 oktyabr 2015-
ci ildə Nəsimi
Rayon Statistika
şöbəsinin
təşəbbüsü ilə
rayonda 20
oktyabr Ümumdünya Statistika Gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti aparatının, idarə, müəssisə və təşkilatların
nümayəndələri, rəsmi statistika məlumatlarının istifadəçiləri və kütləvi informasiya
vasitələrinin nümayəndələri iştirak etmişlər.
Nəsimi
Rayon Statistika
şöbəsinin
rəisi Şahverdi Şahverdiyev
çıxış edərək
bildirmişdir
ki,
Birləşmiş
Millətlər
Assambleyası
2010-
cu il oktyabr ayının
20-ni
Ümumdünya Statistika Günü elan
edilib və onun “Rəsmi statistikanın bir
çox nailiyyətlərinin bayram edilməsi”
mövzusu üzrə keçirilməsi qərara alınıb
.
Qəbul olunmuş qətnamədə deyilir ki,
Ümumdünya Statistika Günü oktyabrın
20-
də beş ildən bir qeyd olunacaq. Birinci Statistika Günü 2010
-
cu ildə keçirilib. Bu gün
bütün dünya ölkələrində, BMT və digər beynəlxalq təşkilatlarda qeyd edilir. Azərbaycan
statistikləri üçün bu
günün əhəmiyyətli olması həm də ondan ibarətdir ki, 2015
-
ci ildə
azərbaycanda statistikanın təşkilindən 169 il keçir və rəsmi statistikanın 95 yaşı tamam
olur.
Sonra rəis müavini Lütvəli Zeynalov
statistikanın tarixi, bu
günü və gələcək
inkişaf perspektivləri, sosial
-
iqtisadi siyasətin formalaşdırılmasında rolu ilə bağlı
məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılmasına
dair geniş məlumat vermişdir.
Həmçinin online real
-
vaxt rejimində hesabat göstəricilərinin ötürülməsi,
cari ilin yanvar-
sentyabr ay
larında şöbənin bu və digər
fəaliyyətinə dair tədbir iştirakçılarına məlumat
verilmiş, onları maraqlandıran suallar
ətrafında müzakirələr aparılmışdır.
Sonra "Respublika
” qəzetinin
müxbiri
,
Rauf İlyasoğlu
statistikanın
əhəmiyyəti
və
statistikanın
cəmiyyətdə rolu haqqında çıxış
etmişlər.
Sonda
Nəsimi
Rayon İcra Hakimiyyətinin nümayəndəsi
-
Ekologiya məsələləri
üzrə aparıcı məsləhətçi Kamal Rüstəmov çıxış edərək, statistikanın bu gün əhalinin
həyat səviyyəsinin yüksəldilməsi üçün vacib qərarların qəbul edilməsinin zəruriliyindən
danışmış və 20 oktyabr Ümumdünya Statistika Günü münasibəti ilə statistika işçilərini
təbrik etmişdir.