2001-ci il 23 noyabr, 30 sentyabr 2010-cu il və 04 mart 2016-cı il tarixli



Yüklə 210,7 Kb.
Pdf görüntüsü
tarix20.09.2018
ölçüsü210,7 Kb.
#69868


KREDİT İTTİFAQLARI HAQQINDA AZƏRBAYCAN 

RESPUBLİKASININ QANUNU  

 

 

(2001-ci il 23 noyabr, 30 sentyabr 2010-cu il və 04 mart 2016-cı il tarixli 

dəyişikliklərlə)  

 

 



Bu Qanun Azərbaycan Respublikasında Kredit ittifaqlarının yaradılması və 

fəaliyyət göstərməsinin iqtisadi, hüquqi və təşkilati əsaslarını müəyyən edir. 



 

 

I fəsil  

 

ÜMÜMİ MÜDDƏALAR  

 

Maddə 1. Kredit ittifaqı anlayışı  

1. Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və 

ya)  kiçik  sahibkarlıq  subyekti  olan  hüquqi  şəxslərin  sərbəst  pul  vəsaitlərini 

cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank 

olmayan kredit təşkilatıdır.  

2.  Qarşılıqlı  kreditləşmə  Kredit  ittifaqında  toplanan  pul  vəsaiti  hesabına  üzvlərin 

təsərrüfat  və  sosial  ehtiyaclarının  ödənilməsi  üçün  verilən  qısa  və  uzunmüddətli 

kreditdir.  

3. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları 

əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.  



 

Maddə 2. Kredit ittifaqları haqqında qanunvericilik  

Kredit 


ittifaqları 

haqqında 

qanunvericilik 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasından,  bu  Qanundan  və  Azərbaycan  Respublikasının  digər 

qanunvericilik aktlarından ibarətdir.  

 

Maddə 3.Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri  

1. Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:  

1.1. üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;  



1.2. üzvlüyün könüllülüyü;  

1.3. fəaliyyətinin aşkarlığı;  

1.4. şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;  

1.5. payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi;  

1.6. Kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;  

1.7. əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;  

1.8. fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması.  

 

Maddə 4.Kredit ittifaqının hüquqları və vəzifələri  

1. Kredit ittifaqının aşağıdakı hüquqları vardır:  

1.1.  banklardan,  beynəlxalq  və  xarici  maliyyə-kredit  qurumlarından  kredit,  qrant 

almaq;  


1.2. öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək;  

1.3.  sərbəst  pul  vəsaitini  banklara,  digər  Kredit  ittifaqlarına  depozitə  qoymaq, 

habelə dövlət qiymətli kağızlarının alınmasına sərf etmək.  

2.  Kredit  ittifaqları  Azərbaycan  Respublikasının  vergi  və  digər  qanunvericilikdə 

nəzərdə tutulmuş vəzifələri həyata keçirirlər.  

 

Maddə 5.Dövlət və kredit ittifaqları  

1. Dövlət  Kredit  ittifaqlarının  yaradılması  və  fəaliyyətinin stimullaşdırılması  üçün 

tədbirlər görür.  

2.  Təsis  yığıncağından  sonra  Kredit  ittifaqı  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  müvafiq  qaydada  hüquqi  şəxs  kimi  dövlət  qeydiyyatından 

keçirilir.  

3. Kredit ittifaqı qanunvericilikdə  müəyyən edilmiş  müddətdə dövlət qeydiyyatına 

alınmadıqda  o,  təsis  edilməmiş  hesab  olunur  və  paylar  15  gün  ərzində  geri 

qaytarılır.  

4.  Kredit  ittifaqı  dövlət  qeydiyyatına  alınmadıqda  təsisçilər  məhkəməyə  müraciət 

edə  bilər.  Bu  halda  payların  geri  qaytarılma  müddəti  məhkəmənin  qərarına  qədər 

uzadıla bilər.  




5.  Dövlət  Kredit  ittifaqının  öhdəliklərinə,  Kredit  ittifaqı  isə  dövlətin  öhdəliklərinə 

cavabdeh deyildir.  

6.  Dövlət  Kredit  ittifaqlarının  və  onun  üzvlərinin  qanuni  hüquqlarının  və 

mənafelərinin müdafiəsinə təminat verir.  

7.  Kredit  ittifaqına  dövlət  hakimiyyəti  orqanlarının  hərəkətləri  (hərəkətsizliyi) 

nəticəsində dəymiş zərər həmin orqanlar tərəfindən ödənilir.  

8. Kredit ittifaqı bank əməliyyatı aparmaq üçün qanunvericiliklə müəyyən olunmuş 

qaydada maliyyə bazarlarına nəzarət orqanındanxüsusi razılıq almalıdır.  

9.  Maliyyə  bazarlarına  nəzarət  orqanı  xüsusi  razılıq  verməkdən  imtina  etdikdə, 

onu əsaslandırmalıdır. Xüsusi razılıq verilməsindən imtinaya, təsisçilərin ərizəsinə 

əsasən məhkəmədə baxıla bilər.  

10.  Maliyyə  bazarlarına  nəzarət  orqanıKredit  ittifaqına  iqtisadi  tənzimləmə 

normativləri və İdarə Heyəti üzvlərinin peşə yararlığına dair tələblər müəyyən edə 

və sanksiyalar tətbiq edə bilər:  

10.1.  aşkar  olunmuş  pozuntuların  aradan  qaldırılmasına  yönəlmiş  tədbirlərin 

həyata keçirilməsini tələb etmək;  

10.2. xüsusi razılığı dayandırmaq və ya ləğv etmək.  

 

II fəsil  

KREDİT İTTİFAQININ YARADILMASI VƏ KREDİT İTTİFAQINA ÜZVLÜK 

 

Maddə 6.Kredit ittifaqının yaradılması  

1.  Kredit  ittifaqı  11-dən  az  olmayan  fiziki  və  (və  ya)  hüquqi  şəxslər  tərəfindən 

qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir.  

2. Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul 

edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir.  

 

Maddə 7.Kredit ittifaqının nizamnaməsi  

1. Kredit ittifaqının nizamnaməsində aşağıdakılar göstərilir:  

1.1. Kredit ittifaqının adı və ünvanı;  



1.2. Kredit ittifaqının məqsədi, fəaliyyət predmeti;  

1.3.  Kredit  ittifaqının  üzvlüyünə  qəbul  və  üzvlükdən  çıxmaq  qaydaları,  həmçinin 

üzvlükdən çıxarılmaq üçün əsaslar;  

1.4. üzvlərin hüquqları, vəzifələri və məsuliyyəti;  

1.5. Kredit ittifaqları idarəetmə orqanlarının səlahiyyət müddətləri;  

1.6. növbədənkənar ümumi yığıncaq çağırılması qaydaları;  

1.7. üzvlər tərəfindən Kredit ittifaqına dəyən zərərin ödənilməsi qaydaları;  

1.8.  Kredit  ittifaqına  minimum  pay  məbləği,  ödənilmə  qaydası,  müddəti  və  onun 

pozulmasına görə məsuliyyət;  

1.9. Kredit ittifaqının əmlakının yaranması və gəlirlərin istifadəsi;  

1.10. üzvlərin kredit almaq şərtləri və qaydaları;  

1.11.  Kredit  ittifaqının  idarəetmə  və  nəzarət  orqanları,  onların  səlahiyyətləri, 

yaradılma və qərar qəbul etmə qaydaları;  

1.12. Kredit ittifaqı fondlarının yaradılması;  

1.13. Kredit ittifaqının fəaliyyətinin dayandırılması və ləğvi qaydaları;  

1.14. üzvlüyə xitam verildikdə payın geri alınma qaydaları;  

1.15. nizamnamədə Kredit ittifaqlarının fəaliyyəti ilə bağlı olan və qanunvericiliyə 

zidd olmayan digər məsələlər də nəzərdə tutula bilər.  



 

Maddə 8.Kredit ittifaqları birliyi  

Kredit 


ittifaqları  öz  üzvlərinin 

mənafeyini 

qorumaq,  onların 

fəaliyyətini 

əlaqələndirmək,  regionlararası  və  beynəlxalq  əlaqələrin  inkişafını  təmin  etmək  və 

digər birgə məsələlərin həllinə kömək etmək üçün birliklər yarada bilərlər.  



 

Maddə 9.Kredit ittifaqına üzvlük  

1.  Kredit  ittifaqı  təsisçilərinin  sayı  11-dən  az  olmamalıdır.  Üzvlərin  sayı  azaldıqda 

Kredit  ittifaqı  10  gün  müddətində  maliyyə  bazarlarına  nəzarət  orqanınaməlumat 

verməklə  ən  geci  üç  ay  ərzində  üzvlərin  sayını  11-ə  çatdırmalıdır.  Bu  müddətdə 

minimum say bərpa olunmazsa xüsusi razılıq geri alınır.  



2. Kredit  ittifaqı qeydiyyatdan keçdikdən sonra ona yeni  üzvlərin qəbulu bu Qanunda 

müəyyən olunmuş qaydada aparılır.  

3. Kredit  ittifaqının  üzvü olmaq  istəyən şəxs Kredit  ittifaqının  İdarə  heyətinə ərizə  ilə 

müraciət  edir  və  nizamnaməyə  əməl  edəcəyini  öhdəsinə  götürür.  İdarə  heyətinin 

qərarından sonra ərizə verən şəxs üzv hesab olunur.  

4. Kredit ittifaqının üzvünə onun üzvlüyünü və payının həcmini təsdiq edən sənəd 

verilir.  

 

Maddə 10.Kredit ittifaqı üzvlərinin hüquqları, vəzifələri və məsuliyyəti  

1. Kredit ittifaqının üzvü aşağıdakı hüquqlara malikdir:  

1.1. Kredit ittifaqının xidmətlərindən istifadə etmək;  

1.2. Kredit ittifaqının iclasında, idarə edilməsində iştirak etmək, onun idarəetmə və 

nəzarət orqanlarına seçilmək və seçmək;  

1.3.  Kredit  ittifaqının  nizamnaməsində  və  digər  normativ  sənədlərdə  nəzərdə 

tutulan şərtlərə və qaydalara uyğun kredit almaq;  

1.4.  öz  payını  Azərbaycan  Respublikası  qanunvericiliyinə  uyğun  olaraq 

Nizamnamədə nəzərdə tutulmuş qaydada özgəninkiləşdirmək;  

1.5.  Kredit  ittifaqının  vəzifəli  şəxslərindən  ittifaqın  fəaliyyəti  haqqında  lazımi 

informasiya almaq;  

1.6.  nizamnamədə  nəzərdə  tutulmuş  qaydada  öz  payını  son  haqq-hesabla  birlikdə 

geri almaq və üzvlükdən çıxmaq;  

1.7. nizamnamədə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək;  

1.8. ümumi yıüıncaüın və İdarə Heyətinin qərarından məhkəməyə şikayət etmək;  

2. Kredit ittifaqı üzvünün vəzifələri aşaüıdakılardır:  

2.1. payı nizamnamədə nəzərdə tutulmuş qaydada və vaxtında ödəmək;  

2.2.  nizamnamədə  və  digər  sənədlərdə  nəzərdə  tutulmuş  tələblərə  və  qaydalara 

riayət etmək;  

2.3. kredit alarkən onun məqsədli təyinatı haqqında dürüst məlumat vermək;  

2.4. aldığı borcu vaxtında və müqavilə şərtlərinə müvafiq qaytarmaq;  



2.5.  Kredit  ittifaqının  idarəetmə  və  nəzarət  orqanlarının  öz  səlahiyyətləri 

çərçivəsində qəbul etdikləri qərarı yerinə yetirmək;  

2.6. başqa Kredit ittifaqının üzvü olmamaq.  

3. Kredit ittifaqı üzvlərinin məsuliyyəti:  

3.1.  Kredit  ittifaqı  öz  öhdəliklərinə  malik  olduğu  əmlak  hədlərində  məsuliyyət 

daşıyır  və  öz  üzvlərinin  Kredit  ittifaqının  fəaliyyəti  ilə  əlaqədar  olmayan 

öhdəliklərinə  məsuliyyət  daşımır.  Kredit  ittifaqının  üzvləri  Kredit  ittifaqı 

qarşısında öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar.  



 

Maddə 11.Kredit ittifaqının üzvlüyünə xitam verilməsi  

1. Kredit ittifaqının üzvlüyünə aşağıdakı hallarda xitam verilə bilər:  

1.1.  payçı  üzvlükdən  nizamnamədə  müəyyənləşdirilən  qaydada  xaric  edildikdə; 

1.2. payçı üzvlükdən könüllü çıxdıqda;  

1.3. Kredit ittifaqı ləğv olunduqda.  

2. Kredit ittifaqının üzvü könüllü olaraq üzvlükdən çıxdıqda ən azı 3 ay əvvəl İdarə 

Heyətinə ərizə ilə müraciət etməlidir.  

3.  Kredit  ittifaqının  üzvü  İdarə  Heyətinin  qərarı  ilə  üzvlükdən  çıxarıldıqda  və  bu 

qərarla razılaşmadıqda  müşahidə şurasına və  ümumi  yığıncağa  müraciət edə bilər. 

Ümumi yığıncağın qərarı ilə razılaşmadıqda isə məhkəməyə müraciət edə bilər.  

4. Kredit ittifaqının üzvü vəfat etdikdə qanun üzrə vərəsə onu əvəz edə bilər və ya 

ona çatacaq payı ala bilər.  



III fəsil  

KREDİT İTTİFAQININ İDARƏ EDİLMƏSİ VƏ FƏALİYYƏTİNƏ NƏZARƏT 

 

Maddə 12. Kredit ittifaqının idarə edilməsi  

1. Kredit ittifaqı üzvlərin ümumi yığıncağı, müşahidə şurası, İdarə Heyəti və kredit 

komissiyası tərəfindən idarə olunur.  

2.  Kredit  ittifaqının  ali  idarəetmə  orqanı  onun  üzvlərinin  ümumi  yığıncağıdır. 

Növbəti ümumi yığıncaq nizamnamədə müəyyən olunmuş müddətdə, lakin ildə bir 

dəfədən  az  olmayaraq  çağırılır.  Növbədənkənar  ümumi  yığıncağın  çağırılması 




qaydaları  nizamnamə  ilə  müəyyən  olunur.  İdarə  Heyəti  ümumi  yığıncağın 

çağırılmasını, iclasa ən azı 20 gün qalmış elan edir.  

3.  Aşağıdakı  məsələlərə  baxılması  və  qərar  qəbul  olunması  ümumi  yığıncağın 

müstəsna səlahiyyətinə aiddir:  

3.1. nizamnamənin qəbul olunması, ona əlavələr və dəyişikliklər edilməsi;  

3.2. üzvlüyə qəbul və üzvlüyə xitam verilməsi qaydalarının müəyyən edilməsi;  

3.3.  Müşahidə  şurasının,  İdarə  Heyətinin,  İdarə  Heyəti  sədrinin,  kredit 

komissiyasının  seçilməsi,  onların  hesabatlarının  dinlənilməsi  və  səlahiyyətinə 

xitam verilməsi;  

3.4. illik hesabatın və balansın təsdiqi;  

3.5.  payların  və  digər  ödənişlərin  həcminin  və  ödənilmə  qaydalarının  müəyyən 

edilməsi;  

3.6.  Kredit  ittifaqı  mənfəətinin  bölgüsü  və  istifadəsi  qaydalarının  müəyyən 

edilməsi;  

3.7. kreditin verilməsi şərtlərinin və qaydalarının müəyyən edilməsi;  

3.8.  Kredit  ittifaqının  fondlarının  yaradılması  və  istifadəsi  qaydalarının  müəyyən 

edilməsi;  

3.9.  zərərin  ödənilməsi  qaydalarının,  inzibati  idarə  xərcləri  limitinin  müəyyən 

edilməsi;  

3.10.  Kredit  ittifaqının  Kredit  ittifaqları  Birliyinə  daxil  olması  və  ondan  çıxması; 

3.11. Kredit ittifaqının yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi; 

 3.12. audit aparılması və auditor seçilməsi haqqında qərar qəbul olunması;  

3.13.  nizamnaməyə  görə  Kredit  ittifaqının  fəaliyyətinə  aid  olan  digər  məsələlərin 

həlli.  


4.  Üzvlərin  51  faizi  iştirak  etdikdə  ümumi  yığıncaq  səlahiyyətli  sayılır.  Ümumi 

yığıncağın  müstəsna  səlahiyyətinə  aid  olan  məsələlər  barədə  qərar  ümumi 

yığıncaqda  iştirak  edən  üzvlərin  azı  üçdə  ikisi  səs  verdikdə,  qalan  məsələlər  üzrə 

sadə  səs  çoxluğu  ilə  qəbul  olunur.  Səslər  bərabər  olduqda  iclasın  sədrinin  səsi 

həlledici olur.  



5.  Ümumi  yığıncaqda  qərar  nizamnamədə  nəzərdə  tutulmuş  qaydada  açıq  və  ya 

gizli səsvermə ilə qəbul oluna bilər.  



 

Maddə 13. Kredit ittifaqının fəaliyyətinə nəzarət  

1. Kredit ittifaqının fəaliyyətinə nəzarəti həyata keçirmək üçün ümumi yığıncaqda 

ittifaqın üzvlərindən müşahidə şurası seçilir. Müşahidə şurasının tərkibi 3 nəfərdən 

az ola bilməz.  

2.  Müşahidə  şurasının  üzvü  İdarə  Heyətinin  və  kredit  komissiyasının  üzvü  ola 

bilməz.  

3. Müşahidə şurası:  

3.1. ümumi yığıncağın qərarlarının icrasına nəzarət edir;  

3.2.  Kredit  ittifaqının,  İdarə  Heyətinin  və  kredit  komissiyasının  fəaliyyətini  təhlil 

edir, maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir;  

3.3.  İdarə  Heyətinin  və  kredit  komissiyasının  hesabatını,  illik  balansı  öz  rəyi  ilə 

birlikdə ümumi yığıncağa təqdim edir;  

3.4.  İdarə  Heyətinin  və  kredit  komissiyasının  fəaliyyətlərində  olan  nöqsanların 

aradan qaldırılması, qanunsuz qəbul olunan qərarların ləğvi  üçün  xəbərdarlıq edir, 

yaxud bu barədə ümumi yığıncağa məlumat verir;  

3.5. İdarə Heyətindən və kredit komissiyasından şikayətlərə baxır;  

3.6. nizamnamədə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir.  

4.  Müşahidə  Şurasının  üzvlərindən  biri  auditorluq  təcrübəsinə  malik  olmalıdır. 

Müvafiq təcrübəyə malik üzv olmadıqda müqavilə ilə auditor cəlb oluna bilər.  

 

Maddə 14.Kredit ittifaqının fəaliyyətinə rəhbərlik  

1.  Ümumi  yığıncaqlar  arasındakı  dövrdə  Kredit  ittifaqının  fəaliyyətinə  ümumi 

yığıncaqda  seçilən  İdarə  Heyəti  və  İdarə  Heyətinin  sədri  rəhbərlik  edir.  İdarə 

Heyətinin üzvü müşahidə şurasının və kredit komissiyasının üzvü ola bilməz.  

2.  İdarə  Heyətinin  üzvlərinin  sayı,  seçilmə  müddəti,  İdarə  Heyətinin,  onun 

üzvlərinin  və  sədrin  hüququ,  vəzifəsi  və  səlahiyyəti  nizamnamə  ilə  müəyyən 

olunur. İdarə Heyətinin tərkibi 3 nəfərdən az olmamalıdır.  



3. İdarə Heyəti:  

3.1. nizamnamə ilə müəyyən edilmiş qaydada Kredit ittifaqına yeni üzvlərin qəbul 

edilməsi və üzvlükdən azad edilməsi məsələlərinə baxır;  

3.2. Kredit ittifaqını məhkəmədə və üçüncü şəxslərlə münasibətdə təmsil edir;  

3.3. ümumi yığıncağın keçirilməsini təşkil edir;  

3.4.  Kredit  ittifaqının  adından  işə  cəlb  olunanlarla  əmək  müqaviləsi  bağlayır,  öz 

üzvləri və üçüncü şəxslərlə mülki sövdələşmələr aparır;  

3.5. kredit komissiyasının rəyi əsasında kredit verir;  

3.6. mühasibat balansını və digər maliyyə hesabatlarını hazırlayır; 

 3.7. nizamnamədə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir.  

4. İdarə Heyətinin üzvlərinin əmək haqqı nizamnamədə nəzərdə tutulmuş qaydada 

müəyyən olunur.  



 

Maddə 15. Kreditin verilməsi  

1.  Kredit  verilməsi  haqqında  qərarı  kredit  komissiyasının  rəyi  əsasında  İdarə 

Heyəti  qəbul  edir.  Azı  üç  nəfərdən  ibarət  kredit  komissiyası  ümumi  yığıncaqda 

Kredit  ittifaqının  üzvlərindən  seçilir.  Kredit  komissiyasının  səlahiyyət  müddəti, 

vəzifələri, hüquqları və məsuliyyəti nizamnamə ilə müəyyən olunur.  

2.  Kredit  komissiyasının  üzvü  İdarə  Heyətinin  və  müşahidə  şurasının  üzvü  ola 

bilməz.  

3.  Kredit  komissiyası  üzvlərin  kredit  almaq  haqqında  ərizələrinə  baxır,  kreditin 

verilməsi  və  qaytarılması  şərtlərini  müəyyənləşdirir  və  bu  məsələlər  üzrə  İdarə 

Heyətinə  təkliflər  verir.  İdarə  Heyəti  kredit  komissiyasının  rəyi  olmadan  üzvlərlə 

kredit müqaviləsi bağlaya bilməz.  

4.  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  kreditə 

təminat tələb oluna bilər.  

5.  Kredit  komissiyası  kreditlərə  faiz  dərəcəsini  müəyyənləşdirmək  üçün  ümumi 

yığıncağa təkliflər verə bilər.  

6.  Kredit  komissiyası  ildə  bir  dəfə  öz  fəaliyyəti  barədə  ümumi  yığıncağa  hesabat 

verir.  



Maddə 16.Müşahidə şurasının, İdarə Heyətinin və kredit komissiyasının məsuliyyəti  

Müşahidə  şurasının,  İdarə  Heyətinin  və  kredit  komissiyasının  üzvləri  öz  hərəkətləri 

(hərəkətsizliyi)  ilə  kredit  ittifaqına  vurduğu  zərərə  görə  Azərbaycan  Respublikası 

qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.  



 

Maddə 17.Kredit ittifaqlarında vergitutma qaydası, uçot və hesabat  

1.  Kredit  ittifaqlarında  vergitutma  qaydası  Azərbaycan  Respublikasının  Vergi 

Məcəlləsi ilə müəyyən olunur.  

2. Kredit ittifaqlarında mühasibat uçotu qaydaları, hesabatın xarakteri, strukturu və 

təqdim  edilmə  müddətləri  qanunvericiliyə  uyğun  olaraq  maliyyə  bazarlarına 

nəzarət orqanıtərəfindən müəyyən edilir.  

 

IV fəsil 

 KREDİT İTTİFAQININ FONDLARI 

 

Maddə 18.Nizamnamə kapitalı  

1. Kredit ittifaqının nizamnamə kapitalı üzvlərin paylarından formalaşır.  

2.  Kredit  ittifaqı  nizamnamə  kapitalının  minimum  məbləği  maliyyə  bazarlarına 

nəzarət  orqanıtərəfindən,  üzvlərin  payının  həcmi,  ödənilmə  qaydası  və  qaydanın 

pozulmasına görə məsuliyyət isə nizamnamə ilə müəyyən olunur.  

3.  Nizamnamə  kapitalı  qarşılıqlı  kreditləşmə  məqsədinə  istifadə  olunur.  Ümumi 

yığıncağın  qərarı  ilə  nizamnamə  kapitalından  Kredit  ittifaqının  fəaliyyətə 

başlaması  üçün  zəruri  olan  bina,  avadanlıq  və  inventar  əldə  olunmasına  vəsait 

yönəldilə bilər.  

4.  Nizamnamə  kapitalının  formalaşması  üçün  Kredit  ittifaqının  aldığı  borcdan 

istifadə olunması qadağandır.  

5.  Kredit  ittifaqının  üzvləri  öz  paylarını  yalnız  üzvlükdən  çıxarkən  geri  götürə 

bilərlər.  



 

 


Maddə 19. Ehtiyat fondu  

1.  Kredit  ittifaqına  fəaliyyəti  nəticəsində  dəyən  zərəri  ödəmək  məqsədilə  xüsusi 

ehtiyat fondu yaradılır.  

2. Ehtiyat fondu qanunvericiliklə nəzərdə tutulmuş qaydada formalaşır.  



 

Maddə 20. Qarşılıqlı kredit fondu  

1.  Kredit  ittifaqı  kredit  vermə  mənbəyi  olan  qarşılıqlı  kredit  fondu  yaradır. 

Qarşılıqlı kredit fondu nizamnamə kapitalı, Kredit ittifaqının mənfəətindən, habelə 

bu Qanuna müvafiq digər mənbələrdən cəlb olunmuş vəsaitlər hesabına formalaşır. 

Bu fondun vəsaitlərindən yalnız üzvlərə kredit verilməsi üçün istifadə olunur.  

2.  Kredit  fondundan  verilən  kreditin  məbləği  kredit  alan  üzvün  payının  10 

mislindən və qarşılıqlı kredit fondu vəsaitlərinin 10 faizindən çox ola bilməz.  

 

V fəsil 

 KREDİT İTTİFAQININ LƏĞVİ, YENİDƏN TƏŞKİLİ VƏ MÜBAHİSƏLƏRƏ 

BAXILMA 

 

Maddə 21. Kredit ittifaqının ləğvi  

1. Kredit ittifaqının ləğvi üçün əsaslar:  

1.1. Kredit ittifaqının ləğvi haqqında ümumi yığıncağın qərarı;  

1.2.  Kredit  ittifaqı  üzvlərinin  minimum  sayının  və  minimum  nizamnamə 

kapitalının azalması;  

1.3.  müflis  olmuş  Kredit  ittifaqının  ləğvi  haqqında  məhkəmənin  qüvvəyə  minmiş 

qərarı;  

1.4.  Azərbaycan  Respublikası  qanunlarının  pozulmasına  görə  Kredit  ittifaqının 

ləğv olunması haqqında məhkəmənin qüvvəyə minmiş qərarı.  

2.  Ləğvetmə  haqqında  qərar  qəbul  edən  orqan  ləğvetmə  komissiyası  yaradır  və 

İdarə Heyətinin funksiyası ləğvetmə komissiyasına verilir.  

3. Kredit ittifaqının ləğvi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən 

edilən  qaydada  həyata  keçirilir.  Kredit  ittifaqı  ləğv  olunduqda  paylar  və  onlara 



mütənasib  olaraq  hesablanmış  gəlirlər  Kredit  ittifaqının  bütün  öhdəlikləri  yerinə 

yetirildikdən sonra üzvlər arasında bölüşdürülür.  



 

Maddə 22.Kredit ittifaqının yenidən təşkili  

1.  Kredit  ittifaqı  qanunvericilikdə  nəzərdə  tutulan  qaydada  yenidən  təşkil  edilə 

bilər. Yenidən təşkil edilən Kredit ittifaqının tərkibindən bir və ya bir neçə hüquqi 

şəxsin  ayrılması,  habelə  bölünməsi,  birləşməsi  formasında  ümumi  yığıncağın 

qərarı ilə həyata keçirilir.  

2.  Kredit  ittifaqlarının  yenidən  təşkili  üçün  İdarə  Heyəti  tərəfindən  layihə 

hazırlanır. Layihəyə müstəqil auditor tərəfindən rəy verilir.  

3. Yenidən təşkil edilmə layihəsində aşağıdakı məlumatlar verilir:  

3.1. Kredit ittifaqının adı və ünvanı;  

3.2. Üzvlərin sayı;  

3.3. Nizamnamə kapitalı;  

3.4. Verilən kreditlərin və əmlakın qiymətləndirilməsi;  

3.5. Öhdəliklərin varislik şərtləri və müddəti;  

3.6. Yenidən təşkil edildikdən sonra fəaliyyət göstərəcək Kredit ittifaqında üzvlərin 

paylarına sərəncam vermək meyarları və qaydaları;  

3.7. Yenidən təşkil edilmə ərəfəsində və sonra qarşılıqlı kredit verilməsi meyarları; 

3.8. Yenidən təşkil edildikdən sonra üzvlərin digər əmlak və qeyri-əmlak hüquqları 

və vəzifələri, bu hüquq və vəzifələrin qüvvəyə minməsi müddəti.  

4. Yenidən təşkil edilmə  layihəsi  ilə  yanaşı,  yenidən  yaradılmadan sonra  fəaliyyət 

göstərən hər bir Kredit ittifaqının nizamnaməsi hazırlanır. 

 5.  Yenidən  təşkil  edilmə  haqqında  hər  bir  üzvə  ən  azı  20  gün  əvvəldən  yazılı 

məlumat verilir və hər bir üzv yenidən təşkil edilmə layihəsi ilə tanış ola bilər.  

6. Yenidən təşkil edilmiş Kredit ittifaqı bu Qanunun tələblərinə uyğun olaraq bank 

fəaliyyəti üçün xüsusi razılıq almalıdır.  



 

 

 


Maddə 23.Mübahisələrə baxılma  

Kredit ittifaqının üzvləri və üzvlərlə idarəetlə orqanları arasında yaranan mübahisələrə 

ümumi  yığıncaqda  baxılır.  Tərəflər  arasında  qarşılıqlı  razılıq  əldə  olunmadıqda 

həmin mübahisəyə aidiyyatı üzrə məhkəmədə baxılır.  



 

Maddə 24. Yekun müddəalar  

1.  Bu  Qanun  qüvvəyə  mindiyi  tarixədək  yaradılmış  Kredit  ittifaqları  bu  Qanunun 

müddəalarına uyğun olaraq fəaliyyət göstərirlər.  

2.  Bu  Qanun  qüvvəyə  mindiyi  tarixədək  Kredit  ittifaqlarına  bank  fəaliyyəti  üçün 



verilmiş xüsusi razılıq onlarda göstərilən müddət ərzində qüvvədə qalır.  

 

 

Azərbaycan Respublikasının Prezidenti  

Heydər Əliyev.  

 

 

 

Bakı şəhəri, 2 may 2000-ci il.  

N=876-IQ. 

Yüklə 210,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə