2002-ъи илин биринъи йарысынын йекунлары цзря пул сийасятинин йериня йетирилмяси вязиййяти щаггында



Yüklə 282,77 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü282,77 Kb.
#69090


2006-cı ilin 9 ayının  yekunları üzrə pul siyasətinin yerinə 

yetirilməsi vəziyyəti haqqında 

 

 



   

 

1. Makroiqtisadi durum və qlobal iqtisadi proseslər 

 

2006-cı ilin 9 ayında Milli Bank makroiqtisadi sabitliyin və birrəqəmli 



inflyasiyanın təmin olunmasına, ölkənin sosial-iqtisadi inkişaf proqramlarının 

dəstəklənməsinə yönəlmiş pul siyasəti yeritmişdir. Pul siyasəti qarşısında duran 

vəzifələrin yerinə yetirilməsinə ölkə daxilində  və xaricində baş verən iqtisadi 

proseslər də təsir göstərmişdir.   



Makroiqtisadi vəziyyət.  2006-cı  ildə ölkədə iqtisadi artım tempi daha da 

sürətlənmişdir. 9 ayda iqtisadiyyatın  əsas makroiqtisadi göstəricisi olan ÜDM-in 

34%-lik artımı baş vermişdir.  Əvvəlki ilin müvafiq dövrünə nisbətən sənaye 

məhsulunun istehsalında 39.2%, yük daşınmasında 9.4%, rabitə xidmətlərində 

22.7%-lik, əmtəə dövriyyəsində 12.6%-lik artıma nail olunmuşdur.  

Bazar iqtisadiyyatlı ölkə statusu üçün vacib şərt olan özəl sektorun 

iqtisadiyyatdakı rolu da artmaqdadır. 2006-сı ilin I yarısında ÜDM-in 75%-dən 

çoxu, o cümlədən sənaye məhsulunun 75.8%-i, kənd təsərrüfatı məhsulunun 99%-

i, əsaslı kapitala investisiya qoyuluşlarının 77.3%-i, yükdaşımaların 55%-i, rabitə 

xidmətlərinin 72.4%-i qeyri-dövlət bölməsinin payına düşmüşdür.      



İnflyasiya 2006-cı ilin sentyabr ayında ilin əvvəlinə nisbətən 6,2%, əvvəlki 

ilin müvafiq ayına nisbətən 10,3% təşkil etmişdir. Mövsümi tərəddüdlərə  məruz 

qalan və inzibati tənzimlənən qiymətlərin çıxarılması yolu ilə hesablanan baza 

inflyasiya isə ilin əvvəlinə nisbətən 6%, əvvəlki ilin müvafiq ayına nisbətən 8,2% 

olmuşdur.  

İnflyasiya modeli göstərir ki, yarım 9 ay ərzində inflyasiyanın 39.1%-i 

monetar faktorlarla bağlı olmuşdur. Dövr ərzində pul kütləsi, nominal effektiv 

məzənnə, dizelin bahalaşması, mövsüm kimi ənənəvi amillərlə yanaşı, dünya 

bazarında şəkərin qiymətinin yüksəlməsi kimi qeyri-ənənəvi amillər də qiymətlərin 

dəyişiminə təsir göstərmişdir.  

İqtisadiyyatın gələcək inkişafını  təmin edən  əsas amil kimi əsaslı kapitala 

investisiyanın həcmi ötən illə müqayisədə 16.4% artaraq 4.2 mlrd. AZN təşkil 

etmişdir. Bunun da 60.3%-ni və ya 2,6 mlrd. AZN-ni xarici investisiyalar təşkil 

etmişdir. Daxili investisiyalar ötən ilin müvafiq dövrünə nəzərən 52,8% artmışdır. 

İqtisadiyyata investisiyaların 39.6%-i qeyri-neft sektoruna yönəldilmişdir. 

Son illər Azərbaycanın  xarici ticarət balansında müşayiət olunan müsbət 

meyllər bu ildə  də davam etmişdir. Dünya bazarında neftin qiymətinin yüksək 

olaraq qalması ölkənin xarici balansının daha da yaxşılaşmasına zəmin yaratmışdır. 

Xarici ticarət dövriyyəsi yanvar-avqust aylarında 7003.4 mln.$ təşkil etmişdir ki, 

bunun da 3658.1.5 mln. $ ixracın, 3345.3 mln. $ isə idxalın payına düşür.

 

2005-ci 



ilin yanvar-avqust ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 

38.2%, o cümlədən ixrac 1.7 dəfə, idxal isə 14.5% artmışdır.  

 

Əhalinin sosial vəziyyətinin də yaxşılaşması davam etmişdir. Belə ki, orta 

aylıq əmək haqqı 138.5 AZN-ə çatmış və onun artım tempi 19.9% təşkil etmişdir. 




Əhalinin gəlirlərinin artması isə öz növbəsində alıcılıq qabiliyyətinin yüksəlməsinə 

səbəb olaraq real sektorun inkişafına zəmin yaradan amillərdən biri olmuşdur.  

 

Dünya maliyyə və əmtəə bazarlarında baş verən meyllər. Aparıcı ölkələrin 

iqtisadiyyatında baş verən proseslər onların maliyyə bazarlarının indikatorlarında 

öz əksini tapmışdır.  

Hesabat dövründə ABŞ dollarının məzənnəsi dünyanın aparıcı valyutalarına 

nəzərən müxtəlif istiqamətlərdə  dəyişmişdir.

 

Belə ki, 2006-cı ilin 9 ayında ABŞ 



dollarının məzənnəsi avroya nəzərən 4.8%, Rus rubluna nəzərən 6.9%, İsveçrə 

frankına nəzərən 2.6%, İngilis funt sterlinginə  nəzərən 6.4%, Qazax təngəsinə 

nəzərən 4.9% dəyərdən düşdüyü halda, Türkiyə lirəsinə  nəzərən 12.8% , Yapon 

yeninə nəzərən 1.4% möhkəmlənmişdir.  

Qeyd edək ki, bu dövrdə dolların məzənnəsinə ABŞ-ın xarici ticarət 

balansındakı  kəsirin artması azaldıcı, Federal Ehtiyat Sistemi tərəfindən uçot 

dərəcəsinin yüksəldilməsi (dövr ərzində FES-nin uçot dərəcəsi 4 dəfə 

dəyişdirilərək 4.25%-dən 5.25%-ə qaldırılmışdır) isə artırıcı təsir göstərmişdir.   



 

Hesabat dövrü ərzində  əsas  fond indekslərinin səviyyəsində  əhəmiyyətli 

dəyişiklik baş verməmişdir. Belə ki, Nyu York Fond Birjasında hərraca çıxarılan 

30  ən iri sənaye  şirkətinin orta qiymətini  əks etdirən  Dou Cons indeksi  7.7%, 

ABŞ-ın 100 ən iri yüksək texnoloji şirkətinin səhmlərinin qiymətləri  əsasında 

hesablanmış  Nasdaq indeksi isə 0.3% artmışdır. Tokio Fond Birjasında hərraca 

çıxarılan 225 ən iri şirkətin səhmlərinin qiymətləri  əsasında hesablanmış  Nikkey 

indeksi  2.1% azalmış, Avropanın 100 ən iri şirkətinin səhmlərinin qiymətləri 

əsasında hesablanmış  FTSE eurotop 100 indeksi 5.2% artmış, Almaniya Fond 

Birjasında hərraca çıxarılan 100 ən iri şirkətin səhmlərinin orta qiyməti-DAX 

indeksi 8.4% yüksəlmışdır. 

 

2006-cı ilin 9 ayında dünya bazarında Brent markalı  neftin orta qiyməti 

68.5 ABŞ dolları təşkil etmişdir.

 

Bu da 2005-ci ilin 9 ayında olduğundan (54.6$) 



25.5% çox olmuşdur. Neftin qiymətinin qalxmasına  İranın nüvə proqramı  

ətrafında  yaranan  ajiotaj, OPEC tərəfindən neft hasilatı həcminin azaldılacağının  

mümkünlüyünə dair  fikirlərin səslənməsi, habelə Nigeriyadakı qeyri-sabit siyasi 

vəziyyət kimi amillər təsir göstərmişdir. 

 

Hesabat dövrü ərzində dünya bazarlarında  qızılın qiymətinin də  kəskin  



artması müşahidə olunmuşdur. Belə ki, beynəlxalq banklararası bazarda qızılın 

spot qiyməti 1 yanvarda 517 ABŞ dolları olduğu  halda, hesabat dövrünün sonuna 

16,5% (və ya 85.4 ABŞ dolları) artaraq 602.4 ABŞ dolları  səviyyəsinə 

yüksəlmişdir. Qızılın dünya bazarlarında qiymətinin yüksəlməsinə  əsas səbəb 

İranın nüvə proqramı  ətrafında yaşanan qeyri-müəyyənlik nəticəsində investorlar 

tərəfindən etibarlı investisiya  obyekti olan qızıla marağın artması olmuşdur.  

 

  

 



 

2. Pul siyasəti 

 

2




Pul siyasətinin hədəfləri və alətləriMilli Bank nəzərdə tutduğu tək rəqəmli 

inflyasiyaya nail olmaq üçün açıq bazar əməliyyatları, faiz dərəcələri, habelə 

məcburi ehtiyat normaları kimi alətlərdən istifadə etməklə pul kütləsinə  təsir 

göstərmişdir. 

Hesabat dovru ərzində  notların yerləsdirilməsi üzrə Milli Bank tərəfindən 

39 auksion keçirilmişdir. Emissiyanın ümumi həcmi 714 mln. AZN təşkil etmişdir. 

Yerləşdirilmiş  notların  həcmi  isə  506,4 mln AZN təskil etmişdir. Hesabat dövru 

ərzində Milli Bankın qısamüddətli notları üzrə orta ölcülmüş  gəlirlilik artaraq

dövrun  əvvəlində keçirilmiş ilk auksiondakı 11,29%-dən  sonuncu  auksionda  

15,09%-dək  yuksəlmişdir.

 

Hesabat  dövrünün  sonuna  dövriyyədə  olan  notların  



həcmi  73,4 mln. AZN  təşkil  etmişdir.

 

Bankların likvid vəsaitlərə ehtiyacını, onların müştərilər qarşısında 



öhdəliklərin vaxtında icrasını  təmin etmək məqsədilə hesabat dovrundə aparılmış   

əks-REPO  əməliyyatlarının (1 gunluk) həcmi 47,7 mln. AZN təskil etmişdir. 

REPO  əməliyyatları uzrə orta faiz dərəcəsi isə 4-8% diapozonunda olmuşdur. 

Hesabat dövru ərzində Əks-REPO əməliyyatlarının (1 günlük)  həcmi  30,4 mln. 

AZN təskil etmişdir.  Əks-REPO  əməliyyatları üzrə orta faiz dərəcəsi 16% təşkil 

etmişdir. 

Hesabat dövründə uçot dərəcəsi 1 dəfə dəyişdirilmiş, iyul ayının 3-də 9%-

dən 9.5%-ə yüksəldilmişdir.   



Məzənnə.  Neftin bir barrelinin dünya qiymətinin yüksək olaraq qalması, 

xarici investisiyaların yüksək templə artmaqda davam etməsi və neft gəlirlərinin 

geniş istifadəsi  şəraitində hesabat dövründə  də xarici valyutanın təklifi manatın 

təklifini üstələmişdir.

 

Nəticədə 2006-cı ilin 9 ayında manatın ABŞ dollarına qarşı 



rəsmi məzənnəsi 4.6% güclənmişdir. 

Manatın dollara nəzərən nominal ikitərəfli məzənnəsinin möhkəmlənməsinə 

baxmayaraq 2006-cı ilin 9 ayında manatın  əsas ticarət partnyoru olan ölkələrin 

valyutalarına nisbətən orta dəyişimini xarakterizə edən nominal effektiv məzənnəsi 

demək olar ki, sabit qalmışdır.

 

Belə ki, bu göstərici ümumi ticarət çəkili 0.4%, 



ixrac çəkili 1.1% aşağı düşmüş, idxal çəkili isə 0.5% bahalaşmışdır. 

 

Manatın  real effektiv məzənnəsi 2006-cı ilin 9 ayında ümumi ticarət 



dövriyyəsi üzrə 2.3%, idxal çəkili 2.4%, ixrac çəkili isə 2.2% artmışdır. Qeyri-neft 

sektoru üzrə real effektiv məzənnə ümumi ticarət dövriyyəsi üzrə 3.3%, idxal 

çəkili 3.4%, ixrac çəkili 1.2% artmışdır.  

Lakin, uzunmüddətli dövrdə ölkənin beynəlxalq rəqabət qabiliyyəti əlverişli 

olaraq qalmaqdadır. Belə ki, 2006-cı ilin sentyabrında 2000-ci ilin dekabrına 

nisbətən manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 7,7% 

ucuzlaşmışdır və ona görə  də hesabat dövründəki möhkəmlənmə qeyri-neft 

ixracatının beynəlxalq rəqabətliliyinə elə bir ciddi təsir göstərməyəcəkdir.    

Milli Bank valyuta bazarında tələb və təklifi tənzimləmək yolu ilə manatın 

məzənnəsinə  təsir etmişdir. 9 ay ərzində  Мilli Bankın  valyuta bazarına 

müdaxiləsi alışyönlü olmuş və 540.3 mln. $ təşkil etmişdir.  

Milli Bankın sərəncamında olan valyuta ehtiyatlarının həcmi 2006-cı ilin 9  

ayının yekunu üzrə ilin əvvəli ilə müqayisədə (961,71 mln. ABŞ dolları) 58,3% və 

ya 560.6 mln. ABŞ dolları artaraq 1522,3 mln.ABŞ dollarına  catmışdır.  

 

3



 

Monetar idarəetmənin institutsional inkişafı.

 

Pul siyasəti qarşısında 

qoyulan vəzifələrə nail olmaq üçün hesabat dövründə monetar idarəetmənin 

institutsional inkişafı da diqqət mərkəzində saxlanılmışdır.  

 

Monetar idarəetmə mexanizminin çox önəmli elementlərindən biri olan 



mükəmməl  iqtisadi tədqiqat bazasının dərinləşdirilməsi istiqamətində  işlər 

davam etdirilmişdir. 

Baza inflyasiyanı səmərəli hədəfləyə bilən və maliyyə stabilliyini təşviq edən 

pul siyasəti mexanizminin yaradılması məqsədilə



 

Azərbaycanda maliyyə sistemi və 

pul siyasətinin transmissiya mexanizminin xüsusiyyətlərinin qiymətləndirilməsi 

mövzusunda tədqiqat aparılmışdır. Tədqiqat işində pul siyasətinin  ənənəvi 

transmissiya kanalları  və bu sahədə mövcud olan nəzəri fikirlərin izahı verilmiş, 

digər ölkələrin təcrübəsi əsasında pul siyasətinin transmissiyası ilə bağlı aparılmış 

tədqiqatların xülasəsi və onların ümumiləşdirilmiş  nəticələri təqdim olunmuşdur. 

Eyni zamanda burada siyasət alətləri və ya əməliyyat hədəflərinin maliyyə sektoru 

göstəricilərinə  və bunun vasitəsilə real sektor göstəricilərinə  təsirləri müddət və 

kəmiyyət baxımından qiymətləndirilmişdir. Bu qymətləndirmə siyasət 

əməliyyatlarından asılı olaraq müxtəlif transmissiya kanalları üzrə  həyata 

keçirilmişdir. Tədqiqatda həmçinin pul siyasətinin son hədəfi olan inflyasiyanın 

monetar göstəricilərdən asılılığı  və bu asılılığın kəmiyyətcə qiymətləndirilməsi 

məsələləri  şərh edilmişdir.  İnflyasiya proseslərinin qısa və uzun müddətli dövrdə 

monetar göstəricilərə reaksiyasının fərqlənməsi və inflyasiyaya keçici, şok 

xarakterli təsirlər təhlil olunur.   

 

Kəmiyyət və  dəyər parametrlərinin hədəflənməsi üzərində qurulmuş pul 

siyasəti rejimləri üzrə beynəlxalq təcrübə öyrənilmişdir. Müasir mərkəzi bankların 

təcrübəsində pul siyasəti həyata keçirilərkən istifadə olunan  müxtəlif strategiyalar 

tədqiq olunmuşdur. Pul siyasətinin taktikasının müxtəlif operativ hədəflər  

üzərində qurulması  və bunun  üçün əsas meyarların seçilməsi, seçilən hədəflərin 

müsbət və  mənfi cəhətləri araşdırılmış  və müəyyən edilmişdir ki, ümumilikdə 

inkişaf etməkdə olan və keçid dövrünü yaşayan ölkələrdə kəmiyyət parametrlərinin 

hədəflənməsi rejiminə üstünlük verilir. Lakin, həmçinin pul siyasətinin 

transmissiyasında maliyyə vasitəçiliyinin rolunun getdikcə artması tendensiyasını 

nəzərə alaraq əksər keçid tipli ölkələr dəyər parametrlərinin hədəflənməsi rejiminə 

keçidi pul siyasətinin perspektiv strategiyası kimi qarşılarına məqsəd qoymuşlar.  



Məcburi ehtiyat normasının monetar göstəricilərə təsiri mövzusunda tədqiqat 

aparılmışdır. Tədqiqat işində bu sahədə dünyanın bir sıra aparıcı  mərkəzi 

banklarının təcrübəsi öyrənilmiş, pul siyasətinin transmissiya mexanizminin 

kanallarında biri olan məcburi ehtiyat normasının pul multiplikatoru, kredit təklifi 

və faiz dərəcələri mexanizmləri vasitəsilə monetar sektora mümkün təsirləri və 

monetar göstəricilərin məcburi ehtiyat normasına reaksiyası araşdırılmışdır. 

Yekunda iqtisadiyyatının məxsusi cəhətləri nəzərə alınmaqla müvafiq təkliflər irəli 

sürülmüşdür. 

 

İqtisadi siyasətin koordinasiyası və makroiqtisadi idarəetmə konsepsiyasının 



layihəsinin işlənməsi çərçivəsində Azərbaycanda Orta Müddətli Xərclər 

Sstrtaegiyasının tətbiqi barədə konsepsiya layihəsi hazırlanmışdır.

 Çünki,

 

təhlillər 



nəticəsində müəyyən edilmişdir ki, makroiqtisadi idarəetmənin  ən effektiv təşkili 

 

4




mexanizminin əsasında Orta Müddətli Xərc Strategiyası (OMXS) dayanır. Bu, orta 

müddətli dövrdə fiskal çərçivəni müəyyən edir. OMXS-in Albaniya, Çexiya, 

Cənubi Koreya, Pakistan, Hindistan, İsveç, Finlandiya, Gürcüstan, Norveç, 

Finlandiya kimi ölkələr üzrə tətbiqi məsələsi araşdırılmışdır.  

  

İqtisadi siyasətin koordinasiyası və makroiqtisadi idarəetmə konsepsiyasının 



layihəsinin işlənməsi çərçivəsində həmçinin artıq maliyyə proqramının tərtibi üzrə 

metodoloji rəhbərlik hazırlanmışdır. Maliyyə proqramının sistem şəklində 

formalaşdırılması üçün zəruri tədbirlər planı hazırlanmış, ölkə iqtisadiyyatının 

xüsusiyyətlərini nəzərə alaraq makroiqtisadi hesablar çərçivəsində neft və qeyri-

neft sahələrinin birbirindən ayrılması metodologiyası müəyyənləşdirilmişdir.  

 

 

3. Monetar indikatorlar və maliyyə bazarları 

İqtisadiyyatın pulla təminatı vəziyyəti. 2006-cı ilin 9 ayında iqtisadi artımın 

daha da sürətlənməsi şəraitində pul təklifinin artımı davam etmişdir.   

Sentyabr ayının yekunu üzrə manatla pul bazası ötən ilin müvafiq ayı ilə 

müqayisədə 62.6% artmış  və 1193.4 mln. AZN təşkil etmişdir.

 

Geniş  mənada 

manatla pul kütləsi (М-2)  isə son bir ildə 82.5% artaraq 1530.6 mln. AZN-ə 

çatmışdır.  

Bank sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edən göstəricilərin  

yaxşılaşması müşahidə edilmişdir.

 

Belə ki, pul multiplikatoru (manatla geniş pul 



kütləsinin manatla pul bazasına nisbəti)  2006-cı ilin sentyabrında ilin əvvəlinə 

nəzərən 10.3% artmışdır. Ölkədə bank infrastrukturunun sürətli inkişafı, xüsusən 

də mütərəqqi ödəniş sistemlərinin tətbiqi, iri və  xırda ödənişlər üzrə banklararası 

elektron hesablaşmalar sisteminin yaradılması, plastik kart dövriyyəsinin 

genişlənməsi bank sisteminin pul yaratmaq qabiliyyətinin artmasına  əlavə stimul 

verməkdədir. 

 

Depozit bazarı.  2006-cı ilin sentyabr ayında əmanət və depozitlərin həcmi 

ötən ilin müvafiq ayı ilə müqayisədə 42.6% artaraq 1805.9 mln. AZN-ə çatmışdır. 

O cümlədən hüquqi şəxslərin depozitləri 44.6% atrataq 1172.6 mln. AZN təşkil 

etmişdir.

 

Fiziki  şəxslərin  əmanətlərinin artımı da davam etmişdir. Belə ki, fiziki 

şəxslərin əmanətləri son bir ildə 52.2% artmış və 633.3 mln. AZN təşkil etmişdir.

 

Hesabat dövrünün sonuna banklar tərəfindən cəlb olunmuş  əmanətlərin 60.6%-i 



özəl bankların payına düşmüşdür.  

Qeyd edək ki, rezidentlərlə yanaşı  qeyri-rezident fiziki şəxslər  tərəfindən 

də  əmanət qoyuluşları yüksək templə artmaqdadır. Belə ki, 1 oktyabr 2006-cı il 

tarixinə ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-rezident fiziki şəxslərin 

əmanətləri 46.8% artmışdır.         

Əmanətlərin valyutalar üzrə strukturunun təhlili iqtisadi subyektlərin manata 

olan inamının artdığını göstərir. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 

2006-cı ilin sentyabrında əhalinin xarici valyuta ilə əmanətləri 30% artdığı halda, 



manatla  əmanətlər  3.2 dəfə artmışdır. Bu amil pul kütləsinin strukturunu 

 

5




yaxşılaşdırmaqla manatın iqtisadi dövriyyədə rolunun daha da möhkəmlənməsinə 

əlverişli zəmin yaradır. 

Son bir ildə depozitlər üzrə faiz dərəcələrində yüksəlmə müşahidə 

edilmişdir. Belə ki, 2006-cı ilin sentyabr ayında manatla depozitlər üzrə orta faiz 

dərəcəsi 2005-ci ilin sentyabrındakı 8.1%-dən 10.7%-ə, xarici valyuta ilə 

depozitlər üzrə orta faiz dərəcəsi isə 10.2%-dən 11.5%-ə qalxmışdır. Qeyd edək ki, 

bu dövrdə ən yüksək artım müddəti 1 ayadək olan depozitlərin faiz dərəcələri üzrə 

müşahidə edilmişdir.   



Kredit qoyuluşları

2006-cı ilin sentyabrında kredit qoyuluşlarının həcmi 

ötən ilin müvafiq ayı ilə müqayisədə 61.8% artaraq 2015.1 mln. AZN təşkil 

etmişdir.  

Kredit qoyuluşlarının ÜDM-də (qeyri-neft sektorunun ÜDM-i) xüsusi çəkisi 

2006-ci ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.6% bəndi 

yüksəlmişdir.  

Yeni verilmiş kreditlərin  həcmi 2006-cı ilin yanvar-sentyabr aylarında 

2307.8 mln. AZN təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründə olduğundan 

35.8% çoxdur. 

 

Təhlil olunan dövr ərzində  kredit qoyuluşlarının sahəvi strukturunda 



köklü dəyişikliklər müşahidə edilməmişdir. Qeyri-maliyyə müəssisələri olan 

hüquqi şəxslərə kredit qoyuluşları ötən ilin müvafiq dövrünə nəzərən 64.1% artmış 

və onun cəmi kredit qoyuluşunda xüsusi çəkisi 68.2% təşkil etmişdir. Son bir il 

ərzində  sənaye və istehsala yönələn kreditlərin məbləği 2.1 dəfə artaraq 161.2 

mln.AZN, ticarət və xidmətə verilən kreditlərin məbləği 80.9% artaraq 567.3 

mln.AZN, kənd təsərrüfatı  və emala yönələn kreditlərin məbləği 49.7% artaraq 

127.4 mln.AZN, nəqliyyat və rabitə sektorlarına verilən kreditlərin məbləği isə 

67.5% artaraq 202.7 mln.AZN təşkil etmişdir.  İqtisadiyyatın digər sahələrinin 

inkişafına təkan verə biləcək sahə olan inşaat və  əmlak sektoruna yönələn 

kreditlərin məbləği 2 dəfə artaraq 137.6 mln.AZN-ə çatmışdır.  

Fiziki  şəxslərə verilən kreditlərin məbləği 63.8% artaraq 617.3 mln.AZN 

təşkil etmişdir ki, bunun da 3.6%-i plastik kartlarla əməliyyatlar üzrə kreditlərin 

payına düşür. 

Ötən ilin müvafiq dövrünə  nəzərən qısamüddətli kredit qoyuluşları 28.9%, 



uzun müddətli kredit qoyuluşları isə 2.2 dəfə artmışdır. Kredit qoyuluşlarında 

uzunmüddətli kreditlərin xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 37.4%-dən 

hesabat dövrünün yekunu üzrə 50.1%-ə yüksəlmişdir. Qeyd edək ki, son vaxtlar 

ipoteka kreditləşməsi mexanizminin işə düşməsi uzun müddətli kredit 

qoyuluşlarının artımına əlavə stimul verməkdədir.  

Kredit qoyuluşlarının 97.1%-i bankların, 2.9%-i isə qeyri-bank kredit 

təşkilatlarının payına düşür. Banklar tərəfindən verilmiş kreditlərin strukturunda 

özəl bankların payı 50%-dən çox təşkil etmişdir.   

Ötən ilin müvafiq dövrünə  nəzərən dövlət sektoruna verilmiş kreditlər 7% 

azaldığı halda, özəl sektora verilmiş kreditlər 76.8% artmış  və  kredit 

qoyuluşlarında özəl sektorun payı 89.7%-ə yüksəlmişdir.  

Manatın sərbəst dönərli valyutalara nəzərən məzənnəsinin möhkəmlənməsi 

kredit qoyuluşlarının valyuta strukturuna da təsir göstərmişdir. Manatla kredit 

 

6




qoyuluşları 2006-cı ilin sentyabrında ötən ilin müvafiq dövrü ilə müqayisədə 

81.5%, xarici valyuta ilə kredit qoyuluşları isə 49.2% artmışdır. 9 ayın sonuna 

kredit qoyuluşlarının 56.2%-ni xarici valyuta ilə verilmiş kreditlər təşkil etmişdir 

ki, bu da ötən ilin müvafiq dövründə olduğundan 4.8% azdır.   

2006-cı ilin sentyabr ayında ötən ilin müvafiq ayına nəzərən kreditlər üzrə 

nominal faiz dərəcələrində  kəskin dəyişikliklər baş verməmişdir.

 

2006-cı ilin 



sentyabr ayında milli valyuta ilə kreditlər üzrə orta faiz dərəcələri ötən ilin müvafiq 

ayına nisbətən 0.6% artmış  və 01.10.06 tarixinə 16.2% təşkil etmişdir. Manatla 

hüquqi  şəxslər üzrə orta faiz dərəcələri ötən ilin müvafiq ayına nəzərən 0.2% 

azalaraq 14.8%, fiziki şəxslər üzrə orta faiz dərəcələri isə 2.4% artaraq 19.9% 

təşkil etmişdir

Xarici valyutada verilmiş kreditlər üzrə orta faiz dərəcələri ötən ilin 



sentyabrındakı 17.5%-ə qarşı 17.2% təşkil etmişdir. Bu dövrdə hüquqi şəxslərə 

xarici valyutada verilən kreditlər üzrə orta faiz dərəcəsi ötən ilin sentyabrındakı 

15.8%-dən hesabat dövrünün sonuna 15%-ə enmiş, fiziki şəxslərə verilən kreditlər 

üzrə faiz dərəcəsi isə 21.2%-dən 21.7%-ə yüksəlmişdir.  



Mütəşəkkil Banklararası Kredit Bazarı. Hesabat dövru ərzində Mutəşəkkil 

Banklararası Kredit Bazarında  əqdlər manat və ABŞ dolları ilə bağlanmışlar. 

Manatla bağlanmış  əqdlərin ümumi həcmi 10,8 mln. AZN təskil etmisdir. 

Bağlanmış əqdlər üzrə orta  illik  faiz dərəcəsi 12,5% təşkil etmişdir. Müvafiq dövr 

ərzində ABS dolları ilə baglanmış  əqdlərin həcmi 6,3 mln ABS dolları  təşkil 

etmişdir. Verilmiş kreditlərin müddəti 2-183 gün arasında dəyişmişdir.  



Dövlət qısamuddətli istiqrazlar bazarı. 2006-cı ilin 9 ayı ərzində  Maliyyə 

Nazirliyi tərəfindən Dövlət qısamuddətli istiqrazların yerləşdirilməsi üzrə 25 

hərrac kecirilmişdir. Emissiyanın həcmi 117 mln. AZN, yerləşdirilmis DQI-lərin  

həcmi isə 61,1 mln. AZN təskil etmişdir. Orta ölçülmuş  gəlirlilik ilk hərracda 

12,4% təşkil etdiyi halda, sonuncu hərracda 14,4% səviyyəsinə yuksəlmişdir. Dövr 

ərzində gəlirliyin kəskin aşağı düşməsi halları da olmuşdur. Belə ki, 2006-cı  ilin 

mart və aprel aylarında keçirilən 3 hərracda Dövlət qısamüddətli istiqrazları üzrə 

orta ölcülmüş  gəlirlilik dərəcəsi müvafiq olaraq 5,61%, 5,41% və 5,32%  təşkil 

etmişdir. Dövrün sonuna dövriyyədə olan DQI-rin həcmi 28,1 mln. AZN  təşkil  

etmişdir. 



Valyuta bazarı.  Valyuta bazarının həcmi 2006-cı ilin 9 ayında ötən ilin 

müvafiq dövrü ilə müqayisədə 7.2% artaraq 7,1 mlrd. ABŞ dolları təşkil etmişdir. 

Valyuta əməliyyatlarının 86.7%-i ABŞ dolları ilə, 10.9%-i Avro ilə, 2%-i Rusiya 

rublu ilə  və 0.3%-i digər valyutalarla aparılmışdır. Ötən ilin müvafiq dövrü ilə 

müqayisədə avro ilə  əməliyyatların həcminin ciddi artımı qeydə alınmışdır.

 

Belə 



ki, ötən ilin 9 ayında avro ilə əməliyyatlar ümumi valyuta əməliyyatlarının 7.1%-ni 

təşkil etmişdi.   



 

7

Yüklə 282,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə