2008-ci il oktyabrın 15-də Azərbaycan Respublikası Prezidentinin seçkilərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun



Yüklə 123,79 Kb.
Pdf görüntüsü
tarix18.02.2018
ölçüsü123,79 Kb.
#27178


2008-ci il oktyabrın 15-də Azərbaycan Respublikası Prezidentinin 

seçkilərində Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin 

Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun 

 

R Ə Y İ 

Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.S.Əsədovun dəvətinə və 

Müstəqil  Dövlətlər  Birliyinin  iştirakçısı  olan  dövlətlərin  Parlamentlərarası 

Assambleyası Şurasının Sədri S.M.Mironovun 2008-ci il 8 sentyabr tarixli 7-r №-li 

sərəncamına  əsasən  Müstəqil  Dövlətlər  Birliyinin  iştirakçısı  olan  dövlətlərin 

Parlamentlərarası Assambleyasından müşahidəçilər qrupu 2008-ci il oktyabrın 15-

də  keçirilmiş  Azərbaycan  Respublikası  Prezidentinin  seçkilərinin  monitorinqində 

iştirak etmişdir. 

 

           Müşahidəçilər qrupunun tərkibinə aşağıdakılar daxil idi:    



 

ORLOVA 


Svetlana Yuryevna 

– 

Rusiya  Federasiyası  Federal  Məclisinin  Federasiya          



Şurası  Sədrinin  müavini,  müşahidəçilər  qrupunun 

əlaqələndiricisi; 

 

KROTOV 


Mixail İosifoviç 

– 

MDB  PAA-nın  Şura  Katibliyinin  Baş  katibi  – 



rəhbəri;  

 

SİMAMBAYEV 



Tasbay Kabaşeviç 

– 

Qazaxıstan  Respublikası  Parlamenti  Senatının 



deputatı; 

 

NİQMATULİN 



Yerlan Zayrumayeviç 

– 

Qazaxıstan  Respublikası  Parlamenti  Məclisinin 



deputatı; 

 

TULENDIBAYEV 



Parhat Razımoviç 

 

– 



Qırğızıstan 

Respublikası 

JoqorkuKeneşinin 

deputatı; 

AYDAROV 

Nurqazı Abdırayeviç 

– 

Qırğızıstan 



Respublikası 

JoqorkuKeneşinin 

deputatı; 

 

KABAYEV 



– 

Qırğızıstan 

Respublikası 

JoqorkuKeneşinin 




Əkbəralı Sarinjiyeviç 

deputatı; 

 

DRAQAN 


Semyon Afanasyeviç 

– 

Moldova Respublikası Parlamentinin deputatı; 



 

 

TURAYEV 



Tociddin 

– 

Tacikistan 



Respublikası 

Ali 


Məclisi 

Namoyandaqon Məslisinin deputatı; 

TOMENKO 

Nikolay Vladimiroviç 

 

– 

Ukrayna Ali Radası Sədrinin müavini; 



RAXANSKİ 

Anatoli Varfolomeyeviç 

 

– 

Ukrayna Ali Radasının deputatı; 



ƏHMƏDOV 

Fərhad Teymur oğlu 

– 

Rusiya  Federasiyasının  Federal  Məclisi  Federasiya 



Şurasının 

Hüquq 


və 

məhkəmə 


məsələləri 

komitəsinin üzvü;  

 

KADOXOV 


Valeri Totrazoviç 

– 

Rusiya  Federasiyasının  Federal  Məclisi  Federasiya 



Şurasının  Federasiya  və  regional  siyasət  işləri 

komitəsi sədrinin birinci müavini; 

 

KOZERATSKİ 



Anatoli Aleksandroviç 

– 

Rusiya  Federasiyası  Federal  MəclisininDövlət 



Dumasının deputatı; 

 

KULAKOV 



Vladimir Fyodoroviç 

– 

Rusiya  Federasiyası  Federal  Məclisinin  Federasiya 



Şurasının  Federasiya  Şurasının  fəaliyyətinin  təmin 

edilməsinə nəzarət komissiyasının sədri; 

 

RUŞAYLO 


Vladimir Borisoviç 

– 

Rusiya Federasiyasının  Federal Məclisi Federasiya 



Şurasının 

Hüquq 


və 

məhkəmə 


məsələləri 

komitəsinin üzvü; 

 

SAFİN 


Ralif Rafiloviç 

– 

Rusiya  Federasiyasının  Federal  Məclisi  Federasiya 



Şurasının MDB məsələləri komitəsinin üzvü

 

TKAÇOVA 



Nina Vasilyevna 

– 

Rusiya  Federasiyası  Federal  Məclisinin  Federasiya 



Şurasının  Federasiya  Şurasının  fəaliyyətinin  təmin 

edilməsinə nəzarət komissiyası sədrinin müavini;  

 



UMAXANOV 

İlyas Maqomed-

Salamoviç 

– 

Rusiya  Federasiyası  Federal  Məclisinin  Federasiya 



Şurasının  Beynəlxalq  məsələlər  komitəsi  sədrinin 

birinci müavini; 

 

FYODOROV 



Valeri İvanoviç 

– 

Rusiya  Federasiyası  Federal  Məclisinin  Federasiya 



Şurasının  Konstitusiya  qanunvericiliyi  komitəsi 

sədrinin birinci müavini;  

 

PAVLOVA  



Larisa Nikolayevna 

– 

Rusiya Federasiyası Federal Məclisinin Federasiya 



Şurasının Sədr müavininin Katibliyinin rəhbəri; 

 

REPKİN  



Valentin Vasilyeviç 

– 

Rusiya  Federasiyası  Federal  Məclisinin  Federasiya 



Şurası 

Aparatının 

İşlər 

İdarəsinin 



Rəsmi 

nümayəndə heyətlərinin təminatı şöbəsinin rəisi; 

 

SEMİÇOVSKİ  



Pyotr İvanoviç 

– 

Rusiya  Federasiyası  Federal  Məclisinin  Federasiya 



Şurasının  MDB  məsələləri  komitəsi  aparatı 

rəhbərinin müavini; 

 

ŞİLO 


Dmitri Nikolayeviç 

– 

MDB  PAA  Şurasının  Baş  katibinin  müavini  – 



Belarus 

Respublikası 

Milli 

Məclisinin 



nümayəndəsi;  

 

QLADEY 



Dmitri Georgiyeviç 

 

– 



MDB PAA DİMBİ direktorunun müavini

 

DEMSKİ 



Roman Delviqoviç 

– 

MDB  PAA  Şurası  Katibliyinin aparıcı  mütəxəssisi, 



Azərbaycan  Respublikasının  nümayəndə  heyəti  ilə 

işə cavabdeh; 

 

TUMANOVA 



İrina Aleksandrovna 

– 

MDB  PAA  Şurası  Katibliyinin  KİV-lərlə  iş  və 



ictimai təşkilatlarla əlaqələr şöbəsinin rəisi

 

TKAÇENKO 



Stanislav Leonidoviç 

– 

MDB PAA DİMBİ-nin ekspertlər qrupunun rəhbəri; 



 

 

KARTSOV 



Aleksey Sergeyeviç 

– 

MDB  PAA  DİMBİ-nin  ekspertlər  qrupu  rəhbərinin 



müavini.  

 



Uzunmüddətli müşahidə 

Azərbaycan Respublikası Prezidentinin seçkilərinə hazırlıq və keçirilməsinin 

uzunmüddətli müşahidəsinin təmin edilməsi məqsədi ilə MDB PAA-nın İştirakçısı 

olan  Dövlətlərdə  Demokratiyanın,  Parlamentarizmin  İnkişafının  və  Vətəndaşların 

Seçki  Hüquqlarına  Riayət  Olunmasının  Monitorinqi  Beynəlxalq  İnstitutunun 

(MDB  PAA  DİMBİ,  Sankt-Peterburq)  15  nəfərdən  ibarət  ekspert  qrupu,  o 

cümlədən  DİMBİ-nin  dörd  əməkdaşı,  DİMBİ-nin  Bakı  filialının  beş  əməkdaşı, 

eləcə  də  DİMBİ-nin  altı  eksperti    2008-ci  il  avqustun  1-dən  Azərbaycan 

Respublikasının  üç  regionunda  (Gəncə,  Quba  və  Lənkəran  şəhərlərində)  işə 

başlamışdır. 

2008-ci il avqustun 23-də Azərbaycanın paytaxtında MDB PAA DİMBİ-nin  

Bakı  filialının  təqdimatı  keçirilmişdir.  Filial  MDB  PAA  Şurasının  Sədri,  Rusiya 

Federasiyası  Federal    Məclisinin    Federasiya    Şurasının    Sədri    S.M.Mironovla 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri  O.S.Əsədov  arasında  2007-ci  il 

martın 28-də imzalanmış saziş əsasında təsis edilmişdir.  

Azərbaycan  Respublikası  Prezidenti  seçkilərinin  uzunmüddətli  monitorinqi 

çərçivəsində MDB PAA Şurasının Baş katibi  M.İ.Krotov 2008-ci il avqustun 23-

də  Bakıda  Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri  O.S.Əsədov  və 

Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının  sədri  M.M.Pənahovla 

görüşmüşdür. Avqustun 25-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya 

Şurası Sədrinin müavini S.Y.Orlova (MDB PAA-dan olan müşahidəçilər qrupunun 

əlaqələndiricisi)  Azərbaycan  Respublikası  Prezidentinin  seçkiləri  üzrə  seçki 

kampaniyasının  gedişi  barədə  Milli  Məclisin  və  Mərkəzi  Seçki  Komissiyasının 

rəhbərliyi ilə söhbətlər aparmışdır. 

2008-ci ilin avqust və sentyabr aylarında MDB PAA-nın ekspertlərinin Bakı 

və  Lənkəran  şəhərlərinə  səfərləri  olmuş  və  bu  səfərlərin  gedişində  Azərbaycan 

Respublikası Prezidentinin seçkilərinin keçirilməsinə dairə seçki komissiyalarının 

və  seçki  məntəqələrinin  hazırlığı  öyrənilmişdir.  MDB  PAA-nın  ekspert  qrupu 

nümayəndələrinin  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının 

rəhbərləri  ilə  görüşü  zamanı  seçkilərin  beynəlxalq  monitorinqinin  keçirilməsi  və 




2008-ci  il  oktyabrın  15-də  keçiriləcək  Azərbaycan  Respublikası  Prezidentinin 

seçkilərinin  təşkili  üzrə  hazırlıq  işlərinə  müşahidənin  ilk  nəticələri  barədə  fikir 

mübadiləsi aparılmışdır.  

Müstəqil  Dövlətlər  Birliyinin  iştirakçısı  olan  dövlətlərin  Parlamentlərarası 

Assambleyasının 

Azərbaycan 

Respublikasının 

Prezidenti 

seçkilərində 

müşahidəçilər  qrupunun  əlaqələndiricisi,  Rusiya  Federasiyasının  Federal 

Məclisinin  Federasiya  Şurası  Sədrinin  müavini  S.Y.Orlova  sentyabrın  26-da 

Bakını  ziyarət  etmişdir.  O,  Azərbaycan  Respublikasının  Prezidenti  İ.H.Əliyevlə, 

Milli  Məclisin,  habelə  Azərbaycan  Respublikası  Mərkəzi  Seçki  Komissiyasının 

rəhbərləri  ilə  görüşlər  keçirmiş  və  onları  Azərbaycan  Respublikasının  Prezidenti 

seçkilərinin monitorinqinin aralıq nəticələri barədə məlumatlandırmışdır. 

MDB 


PAA-nın 

İştirakçısı 

Olan 

Dövlətlərdə 



Demokratiyanın, 

Parlamentarizmin  İnkişafının  və  Vətəndaşların  Seçki  Hüquqlarına  Riayət 

Olunmasının  Monitorinqi  Beynəlxalq  İnstitutunun  müşahidəçiləri  və  ekspertləri 

tərəfindən  aşağıdakılar  xüsusi  hazırlanmış  anket  və  blanklar  əsasında  həyata 

keçirilmişdir: 

– prezidentliyə namizədlərin qeydiyyatı prosesinin monitorinqi; 

–qanunvericiliyin və onun dəyişikliklərinin MDB iştirakçısı olan dövlətlərdə 

demokratik  seçkilərin,  seçici  hüquq  və  azadlıqlarının  standartları  haqqında 

Konvensiyanın prinsiplərinə uyğunluğunun təhlili;  

– beynəlxalq müşahidəçilərin tövsiyələrinin yerinə yetirilməsinin təhlili; 

– dairə və məntəqə seçki komissiyalarının fəaliyyətinin monitorinqi; 

– mətbu və elektron KİV-lərin monitorinqi. 

MSK-nın,  dairə  və  məntəqə  seçki  komissiyalarının  əməkdaşları,  siyasi 

partiyaların, seçkilərin müşahidəsi üzrə beynəlxalq təşkilatların nümayəndələri ilə 

görüşlər keçirilmişdir. 

İnstitutun  peşəkar  hazırlıqlı  texniki  müşahidəçiləri  aralıq  həftəlik 

hesabatlar  hazırlamışlar.  Nəzarət  səfərləri  həyata  keçirmiş  və  seçkilərin 

gedişinin qısamüddətli müşahidəsində iştirak etmiş beynəlxalq müşahidəçilər  – 




PAA  parlamentariləri  seçki  kampaniyasının  gedişinə  bu  hesabatlar  əsasında 

obyektiv ilkin qiymət vermişlər. 

MDB  PAA  DİMBİ-nin  uzunmüddətli  monitorinq  qrupu  öz  işini  MDB 

Missiyasının müşahidəçiləri ilə əlaqələndirmişdir. 

Müşahidəçilərin  fikricə,  Prezident  seçkilərinə  hazırlıq  sakit  şəraitdə 

keçmişdir ki, bu da, əsasən, seçki qanunvericiliyinin demokratikləşməsi və ölkənin 

yüksək sürətli sosial-iqtisadi inkişafı, seçkilərin ixtisaslaşmış təşkili ilə izah olunur. 

Seçki qanunvericiliyinin təkmilləşdirilməsi 

Azərbaycan  Respublikası  Prezidentinin  seçkiləri  Konstitusiya  və  2003-cü 

ildə  qəbul  olunmuş  (2008-ci  il  iyunun  3-nə  olan  dəyişiklik  və  əlavələrlə)  Seçki 

Məcəlləsi ilə tənzimlənir. 

Prezident seçkilərinin təşkili və keçirilməsini müfəssəl surətdə tənzimləyən 

Seçki  Məcəlləsində  Azərbaycan  Respublikasının  beynəlxalq  öhdəliklərindən  irəli 

gələn müddəalar toplanmışdır. 

1.  Beynəlxalq  seçki  standartları  sisteminin  əsasını  təşkil  edən  ümumi  seçki 

hüququ prinsipi Azərbaycan Respublikasının Konstitusiyasında və eləcə də Seçki 

Məcəlləsində təsbit edilmişdir (maddə 2 və 3).  

Qüvvədə olan milli qanunvericiliklə nəzərdə tutulmuş  aktiv və passiv seçki 

hüququnun məhdudiyyətləri Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə 

uyğundur və dünya praktikasında hamılıqla qəbul olunmuşdur. 

     


2.  Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  vətəndaşların  seçkilərdə 

eyni  əsaslarla  iştirakını  nəzərdə  tutur  (maddə  4,  bənd  1).  Hər  bir  seçkidə  hər  bir 

seçicinin bir səsi vardır, vətəndaşların hər bir səsi eyni qüvvəyə malikdir (maddə 4, 

bənd  2  və  3).  Bərabər  seçki  hüququ  prinsipi  həmçinin  ayrı-ayrı  seçici 

kateqoriyalarının  seçkidə  iştirakı  üçün  bərabər  imkanlar  yaradan  səsvermənin 

təşkilinin əlavə formalarından da geniş istifadə edilməsi vasitəsilə həyata keçirilir. 

    

3.  Azərbaycan  Respublikasının  Prezidenti  vəzifəsinə  namizədlərin  irəli 



sürülməsi  və  qeydiyyatının  eyni  hüquqi  şəraiti  passiv  seçki  hüququ  olan  bütün 

subyektlər  üçün  irəli  sürülməsinin  xarakterindən,  vəzifə  statusundan  və  digər 




cəhətlərdən 

asılı 


olmayaraq, 

qeydiyyat 

və 

seçki 


kampaniyasının 

maliyyələşdirilməsi ilə bağlı eyni tələblərin tətbiq edilməsi ilə təmin olunur. 

Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi  ilə  seçkilərin  həm  seçicilər, 

həm  də  Prezident  vəzifəsinə  namizədlər  üçün  bərabər  seçki  hüququ  prinsipi 

əsasında keçirilməsinin təmin edilməsi üçün lazımi şərait yaradılmışdır. 

4.  Konstitusiyaya  əsasən  Azərbaycan  Respublikasının  Prezidenti  birbaşa 

seçkilər  yolu  ilə  seçilir.  Seçki  Məcəlləsi  Azərbaycan  Respublikasının  beynəlxalq 

öhdəliklərinə  uyğun  olaraq,  göstərilən  vəzifəyə  irəli  sürülən  namizədlərə  birbaşa 

səsverməni (maddə 4) nəzərdə tutur ki, bununla da birbaşa seçki hüququnun həyata 

keçirilməsi təmin edilir. 

5.  Gizli səsvermə  prinsipi  Azərbaycan  Respublikasının  Seçki Məcəlləsində 

təsbit  edilmişdir.  Bundan  başqa,  seçicilərin  iradəsinin  ifadəsi  üzərində  hər  cür 

nəzarətə birbaşa qadağa nəzərdə tutulmuşdur (maddə 6). 

6.  Azad  seçkilər  prinsipinin  həyata  keçirilməsi  məqsədi  ilə  Azərbaycan 

Respublikasının Seçki Məcəlləsi seçicilərin pul ilə ələ alınması da daxil olmaqla, 

qanunsuz  üsullardan  istifadə  etməklə  seçkiqabağı  təşviqat  aparılmasını  qadağan 

edir. Bu qadağaların pozulmasına görə hüquqi məsuliyyət müəyyən edilmişdir. 

7.  Dövri  və  məcburi  seçkilər  prinsipi  Azərbaycan  Respublikasının 

qanunvericiliyində  tam  həcmdə  təmin  edilmişdir.  Seçkilərin  keçirilməsinin  elan 

olunması  Mərkəzi  Seçki  Komissiyası  tərəfindən  səsvermə  gününə  75  gün  qalmış 

həyata keçirilir. 

8.  Açıq  və  aşkar  seçkilər  prinsipi  Azərbaycan  Respublikasının  Seçki 

Məcəlləsində  birbaşa  təsbit  edilmişdir  (maddə  2,  bənd  5).  Azərbaycan 

Respublikasının  beynəlxalq  öhdəliklərinə  uyğun  olaraq,  beynəlxalq  və  milli 

müşahidəçilər  də  daxil  olmaqla,  seçki  prosesinin  bütün  subyektləri  üçün  seçki 

komissiyalarının fəaliyyətinin açıq olması nəzərdə tutulmuşdur. 

9.  Həqiqi  seçkilərin  əsas  əlamətlərindən  biri  olan  siyasi  plüralizm 

Azərbaycan  Respublikasının  Prezidenti  vəzifəsinə  namizədlər  üçün  kütləvi 

informasiya vasitələrinin açıq olması, onlara pulsuz efir vaxtının verilməsi ( ictimai 



teleradioyayım  çərçivəsində)  və  müvafiq  dövlət  KİV-lərində  təşviqat 

materiallarının bərabər əsaslarla pulsuz yerləşdirilməsi ilə təmin olunur.  

MDB  PAA-dan  olan  beynəlxalq  müşahidəçilər  təsdiq  edirlər  ki,  Seçki 

Məcəlləsi  ilə  təyin  olunmuş    seçki  hərəkətlərinin  həyata  keçirilməsi  müddətləri 

Azərbaycan  Respublikası  prezidentliyinə  namizədlərə  mükəmməl  seçki 

kampaniyası  keçirmək  üçün  şəraiti  ümumilikdə  təmin  edir.  Seçkilərin  təyin 

edilməsinin  və  seçki  kampaniyasının  başlanmasının  qanunla  müəyyən  edilmiş 

müddətləri həqiqi seçkilər prinsipinin həyata keçirilməsi üçün kifayət qədərdir. 

Seçkilərin  həqiqiliyi  prinsipinə  riayət  olunmasının  zəruri  zəmanətini  – 

məntəqə seçki komissiyasının üzvləri tərəfindən seçki bülletenlərində dəyişikliklər 

edilməsinə yol verilməməsini təmin etmək məqsədi ilə Seçki Məcəlləsində nəzərdə 

tutulmuşdur  ki,  doldurulmuş  seçki  bülletenləri  səsvermənin  sonuna  və  səslərin 

hesablanması anınadək bağlı və möhürlü səsvermə qutularında qalmalıdır. Səslərin 

bilvasitə  hesablanması  səsvermə  otağında  namizədin,  siyasi  partiyaların 

nümayəndələrinin, 

müşahidəçilərin, 

kütləvi 

informasiya 

vasitələri 

nümayəndələrinin  iştirakı  ilə  keçirilir  ki,  bu  da  demokratik  seçkilərin  keçirilməsi 

sahəsində  Azərbaycan  Respublikasının  beynəlxalq  öhdəliklərinə  uyğun  gəlir. 

Səsvermədə  şəffaf  seçki  qutularından  istifadə  edilməsi  həmçinin  əlavə  zəmanət 

deməkdir. 

MDB  PAA-dan  olan  müşahidəçilər  qrupu  beynəlxalq  müşahidəçilər 

tərəfindən  əvvəlki  Prezident  seçkilərinin  nəticələri  üzrə  verilmiş  tövsiyələrin 

Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən nəzərə alınmasını 

müsbət qiymətləndirir. 

Xüsusilə  seçkilərin  keçirilməsini  nizamlayan  normativ  bazaya  növbəti 

dəyişikliklər edilmişdir: 

 



Azərbaycan  Respublikasının  Prezidenti  vəzifəsinə  namizədin 

qeydiyyata  alınması  üçün  tələb  olunan  imza  norması  40  min  həqiqi 

seçici  imzasına  kimi  azaldılmışdır  ki,  bu  da  passiv  seçki  hüququnun 

həyata  keçirilməsini  asanlaşdırır  və  seçki  prosesinin  xeyli 

asanlaşdırılmasına imkan yaradır; 



 

Seçki  Məcəlləsinə  seçki  məsələləri  ilə  bağlı  şikayət  verilməsi 



prosedurunu  sadələşdirən  112-1-ci  maddə  əlavə  edilmişdir;  112-ci 

maddəyə  şikayət  verən  şəxslərə  birbaşa  yuxarı  seçki  komissiyasına, 

yaxud qərar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmişdirsə, 

Apellyasiya  Məhkəməsinə  müraciət  etmək  imkanı  verən  3-cü  bənd 

əlavə edilmişdir

 



Seçki Məcəlləsinə çapdan çıxarılaraq seçicilər üçün açıq elan olunan 

seçici siyahılarında məntəqə seçki komissiyaları tərəfindən seçicilərin 

ünvanlarının  göstərilməsi  tələbi  daxil  edilmişdir  ki,  bu  da  seçki 

prosesi  subyektlərinin  seçici  siyahıları  ilə  tanışlıq  hüququnun  həyata 

keçirilməsinə  imkan  yaradır;  məntəqə  seçki  komissiyasina  səsvermə 

günü  seçicinin  seçici  siyahısına  daxil  edilməsi  barədə  qərar  qəbul 

etmək hüququ verən düzəliş daxil edilmişdir; 

 



Seçki  Məcəlləsinə  şikayətlər  üzrə  mükəmməl  və  vaxtında  araşdırma 

aparılmasını  təmin  edən  (maddə  112-1)  müddəalar  daxil  edilmişdir. 

Seçki  Məcəlləsinin  112-ci  maddəsinə  Mərkəzi  Seçki  Komissiyası 

tərəfindən  qərarların  qəbul  edilməsinin  operativliyini  artıran  9-cu 

bənd əlavə edilmişdir; 

 



Seçki  Məcəlləsinə  hərbi  hissələrdə  seçkilərin  təşkilinin  Müdafiə 

Nazırliyinin  sərəncamından  seçki  komissiyalarının  sərəncamına 

verilməsi  barədə  düzəliş  əlavə  edilmişdir;  müşahidəçilərə  hərbi 

hissələrin  ərazisində  keçirilən  seçkilərin  gedişini  müşahidə  etmək 

imkanı verilir; 

 



dövlətə  məxsus  olan  teleradioyayım  təşkilatlarının  seçkiqabağı 

təşviqat  məqsədi  ilə  istifadəsi  qanunvericiliklə  qadağan  olunmuşdur 

ki, bu da namizədlərin bərabərlik prinsipinin əlavə təminatı deməkdir; 

 



vətəndaşlara  Konstitusiya  Məhkəməsinə  müraciət  hüququ  verən 

“Konstitusiya Məhkəməsi haqqında” Qanunun yeni redaksiyası qəbul 

olunmuşdur; 



 

“Sərbəst  toplaşmaq  azadlığı  haqqında”  Qanunda  seçkilər  dövründə 



yerli  hakimiyyət  tərəfindən  siyasi  toplantıların  keçirilməsinin 

məhdudlaşdırılmasına dair tələblər sərtləşdirilmişdir; 

 

“Qeyri-hökumət təşkilatları haqqında” Qanuna xaricdən maliyyələşən 



qeyri-hökumət  təşkilatlarına  seçkiləri  müşahidə  etmək  imkanı  verən 

müddəalar əlavə edilmişdir; 

 

Mərkəzi Seçki Komissiyası tərəfindən seçki kampaniyası müddətində 



bütün namizədlər üçün bərabər şərait yaradılmasının təmin edilməsinə 

yönəldilmiş təlimatlar və metodiki vəsaitlər kompleksi hazırlanmış və 

praktikada tətbiq edilmişdir.  

Şərh  edilənləri  yekunlaşdıraraq,  MDB  iştirakçısı  olan  dövlətlərin 

Parlamentlərarası  Assambleyasından olan  beynəlxalq  müşahidəçilər belə nəticəyə 

gəlmişlər  ki,  Azərbaycan  Respublikasının  Prezidenti  seçkilərini  tənzimləyən 

Azərbaycan  Respublikası  qanunvericiliyi  demokratik  seçkilər  sahəsində 

Azərbaycan  Respublikasının  beynəlxalq  öhdəliklərinə,  seçkilərin  dövriliyi  və 

məcburiliyi, gizli səsvermədə ümumi seçki hüququ əsasında seçkilərin ədalətliliyi, 

həqiqiliyi  və  azad  keçirilməsi  prinsiplərinə,  seçkilərin  açıq  və  aşkar  xarakterinə 

uyğundur. 

Seçkilərin institusional-təşkilati təminatı 

  Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanması və keçirilməsi 

müstəqil  kollegial  orqanlar  olan  seçki  komissiyaları  tərəfindən  həyata  keçirilir. 

Seçki  komissiyaları  sistemini  Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki 

Komissiyası, dairə seçki komissiyaları və məntəqə seçki komissiyaları təşkil edir.    

  Seçki 


komissiyalarının 

formalaşdırılması 

qaydası 

Azərbaycan 

Respublikasının 

Seçki 


Məcəlləsi 

ilə 


müəyyənləşdirilir. 

Azərbaycan 

Respublikasının  Mərkəzi  Seçki  Komissiyası  müxtəlif  siyasi  qüvvələrin 

proporsional  təmsilçiliyi  əsasında  Azərbaycan  Respublikasının  Milli  Məclisi 

tərəfindən  formalaşdırılır:  Mərkəzi  Seçki  Komissiyasının  6  üzvü  Milli  Məclisdə 

çoxluq,  6  üzvü  azlıq  təşkil  edən  siyasi  partiyaların  və  6  üzvü  Milli  Məclisin 

müstəqil  (partiya  mənsubiyyəti  olmayan)  deputatlarının  təqdimatı  üzrə  təyin 



olunur.  Tərkibi  9  nəfərdən  ibarət  olan  dairə  seçki  komissiyaları  tarazlaşdırılmış 

təmsilçilik  prinsipi  əsasında  Azərbaycan  Respublikasının  Mərkəzi  Seçki 

Komissiyası tərəfindən formalaşdırılır. Məntəqə seçki komissiyaları müvafiq dairə 

seçki komissiyaları tərəfindən eyni prinsiplə təşkil edilir.  

Prezident vəzifəsinə namizədlərin təmsilçiliyinin təmin olunması məqsədi ilə 

onlardan hər biri hər seçki komissiyasına məşvərətçi səs hüquqlu nümayəndə təyin 

edə bilər. 

Seçki  komissiyalarının  müstəqilliyi  seçki  komissiyalarının  üzvləri  arasında 

dövlət  qulluqçusu  olan  şəxslərin  sayını  məhdudlaşdıran  Seçki  Məcəlləsinin 

müddəaları  ilə,  seçki  komissiyaları  üzvlərinin  statusuna  xitam  verilməsi  üçün 

əsasların müfəssəl siyahısı və onların məsuliyyətə cəlb olunmasının xüsusi qaydası 

ilə təmin olunur. 

2008-ci il 15 oktyabr Prezident seçkilərinin təşkilində və keçirilməsində 125 

dairə və 5148 məntəqə seçki komissiyası iştirak etmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  seçkiləri  öncəsi  dairə  və  məntəqə 

seçki komissiyalarının işinin maddi-texniki təminatı ilə bağlı məsələlərin çoxu həll 

edilmişdir.  77  dairə  seçki  komissiyası  üçün  müasir  tələblərə  cavab  verən  yeni 

binalar tikilmiş, 22 dairə seçki komissiyasının binası əsaslı təmir edilmişdir. MSK-

nın  qərarı  ilə  500  seçki  məntəqəsində  İnternet  şəbəkəsi  vasitəsilə  real  vaxt 

rejimində  həmin  seçki  məntəqələrində  vəziyyəti  izləməyə  imkan  verən  avadanlıq 

quraşdırılmış  və  bununla  da  səsvermə  prosesinə  qanunsuz  müdaxilənin 

mümkünlüyü istisna edilmişdir. 

Uzunmüddətli müşahidə seçki komissiyalarının formalaşma prosesinin seçki 

qanunvericiliyinin tələblərinə tam uyğun, münaqişəsiz, seçki prosesi subyektlərinin 

maraqları nəzərə alınmaqla keçdiyini göstərmişdir. 

Seçkilərarası dövrdə və hazırlıq mərhələsində bütün səviyyələrdən olan seçki 

komissiyalarının üzvləri peşə hazırlığı keçmişlər. 

Beynəlxalq  müşahidəçilər  MSK-nın  seçki  kampaniyasına  hazırlıq  üzrə 

məqsədyönlü  işini  qeyd  edirlər.  Dairə  və  məntəqə  seçki  komissiyaları  üzvlərinin 

təlimi üzrə böyük iş görülmüşdür; dairə və məntəqə seçki komissiyaları üçün təlim 




seminarları  təşkil  edilmiş  və  metodik  materiallar  hazırlanmışdır.  MSK-nın 

fəaliyyəti açıq və aşkarlığı ilə xarakterizə edilmişdir. 

Baş  prokurorluq  seçkilərin  gedişinin  qanuniliyini  daim  nəzarət  altında 

saxlamış,  onun  fəaliyyəti  aşkar  şəkildə  həyata  keçirilmiş,  qanunvericiliyin 

pozulması  faktları  operativ  tədqiq  olunmuş  və  bu  barədə  ictimaiyyət  vaxtlı-

vaxtında məlumatlandırılmışdır. Keçirilən seçkilərin legitimliyini şübhə altına alan 

pozuntular aşkar edilməmişdir. 

Namizədlərin qeydiyyatı prosesi pozuntu halları olmadan başa çatmışdır. 

Azərbaycan  Respublikası  prezidentliyinə  namizəd  kimi  Yeni  Azərbaycan  

Partiyası  tərəfindən  irəli  sürülmüş  hazırkı  dövlət  başçısı  İlham  Əliyev,  Ümid 

Partiyasının  sədri  İqbal  Ağazadə,  Böyük  Quruluş  Partiyasının  sədri  Fazil 

Qəzənfəroğlu,  Bütöv  Azərbaycan  Xalq  Cəbhəsi  Partiyasının  sədri  Qüdrət 

Həsənquliyev,  Müasir  Müsavat  Partiyasının  sədri  Hafiz  Hacıyev,  Azərbaycan 

Liberal  Demokrat  Partiyasının  sədri  Fuad  Əliyev  və  müstəqil  namizəd 

Qulamhüseyn Əlibəyli qeydiyyata alınmışlar.   

Təşviqat dövrü  

Seçki prosesinin iştirakçılarına KİV vasitəsilə seçkiqabağı təşviqat aparmaq 

üçün  bərabər  imkanlar  yaradılmışdır.  Bütün  namizədlər  televiziyada  eyni  pulsuz 

efir vaxtı almışlar, senzura faktları aşkar edilməmişdir. Pullu əsaslarla elektron və 

mətbu  KİV-lərə  azad  çıxış  imkanı  yaradılmışdır.  Mərkəzi  Seçki  Komissiyası 

prezidentliyə  namizədlərə  televiziyada  və  radioda  öz  təşviqat  kampaniyalarını 

keçirmək  üçün  efir  vaxtını  təqdim  etmək  məqsədi  ilə  püşkatma  keçirmişdir.  Hər 

namizəd 3 saat ictimai televiziyada və 3 saat ictimai radioda çıxış etmək üçün vaxt 

almışdır. 

Telekanallar  gündəlik  olaraq  seçki  qanunvericiliyi  və  onun  tətbiqindəki 

yeniliklərlə  bağlı  süjetləri  ətraflı  işıqlandıraraq  seçki  prosesinin  informasiya 

təminatını həyata keçirmişlər. 

Təşviqat materialları seçki komissiyaları tərəfindən ayrılmış yerlərdə xüsusi 

quraşdırılmış lövhələrdə yerləşdirilmişdir. Rəsmi materiallar – Seçki Məcəlləsi və 




ona  dəyişikliklər,  MSK-nın  qərarları  “Azərbaycan”  və  “Bakinski  raboçi” 

qəzetlərində tam dərc edilmişdir. 

Ümumilikdə, 

Azərbaycan 

KİV-lərində 

seçki 


prosesi 

obyektiv 

işıqlandırılmışdır. Kütləvi informasiya vasitələrinə çıxışın siyasi mülahizələrə görə 

məhdudlaşdırılması  faktları  qeydə  alınmamışdır.  MDB  PAA  DİMBİ-nin 

uzunmüddətli  müşahidəçiləri  tərəfindən  keçirilmiş  sorğu  göstərdi  ki,  namizədlər 

tərəfindən  seçkiqabağı  təşviqatın  keçirilməsi  şəraiti  ilə  bağlı  heç  bir  ciddi  etiraz 

səslənməmişdir. 

Prezidentliyə namizədlərin seçkiqabağı toplantıları Azərbaycan Respublikası 

qanunvericiliyinin  tələblərinə  uyğun  olaraq  keçirilmişdir.  Əvvəlcədən  icra 

hakimiyyətləri  tərəfindən  mitinqlərin  təşkili  üçün  yerlər,  seçicilərlə  görüşlərin 

keçirilməsi  üçün  qapalı  zallar  ayrılmışdır.  Seçicilərlə  görüşlərin  və  seçkiqabağı 

təşviqatın  keçirilməsi  üçün  bütün  seçki  dairələrində  ayrılmış  yerlərin  siyahısı 

Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilmişdir. Prezidentliyə namizədlər 

müvafiq dairə seçki komissiyasına və ya yerli icra hakimiyyəti orqanına müraciət 

etməklə  belə  yerlərdə  seçicilərlə  görüşlər  və  seçkiqabağı  aksiyalar  keçirmək 

imkanına malik olmuşlar. 

MDB  PAA-dan  olan  beynəlxalq  müşahidəçilər  təsdiq  edirlər  ki,  seçki 

kampaniyasının  gedişində,  o  cümlədən  seçkiqabağı  təşviqat  mərhələsində  yol 

verilmiş  pozuntular  haqqında  şikayətlərə  baxılması  prosesi  Azərbaycan 

Respublikasının qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq həyata 

keçirilmişdir.        

Seçkilərin müşahidəsi 

Beynəlxalq və milli müşahidəçilərə seçkilərin müşahidəsini həyata keçirmək 

üçün  lazımi  hüquqi  və  təşkilati-texniki  şərait  yaradılmış,  seçki  məntəqələrinə 

maneəsiz  girmək,  prezidentliyə  namizədlər,  onların  vəkil  edilmiş  şəxsləri, 

namizədlərin  dəstəklənməsi  üzrə  ictimai  qərargahların  rəhbərləri  və 

nümayəndələri,  seçicilər,  siyasi  partiyaların,  kütləvi  informasiya  vasitələrinin  və 

icra hakimiyyəti orqanlarının nümayəndələri ilə sərbəst ünsiyyət yaratmaq hüququ 

təmin edilmişdir. 




MDB-nin  müşahidəçilər  missiyası  və  ona  daxil  olan  MDB  PAA 

müşahidəçilər  qrupu,  ATƏT  DTİHB-nin  müşahidəçilər  missiyası,  Avropa 

Parlamentinin,  Avropa  Şurası  Parlament  Assambleyasının,  ATƏT-in  və  digər 

beynəlxalq  təşkilatların  nümayəndə  heyətləri,  İsrailin,  Latviyanın,  Rusiyanın, 

Qazaxıstanın  və  Ukraynanın  mərkəzi  seçki  komissiyalarının,  Beynəlxalq 

Respublikaçılar  İnstitutunun  (ABŞ)  və  Milli  Demokratiya  İnstitutunun  (ABŞ), 

həmçinin bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri MSK-da 

beynəlxalq müşahidəçi qismində qeydiyyatdan keçmişlər. 

Ümumilikdə,  MSK  59  dövlətdən  1153  beynəlxalq  müşahidəçini 

akkreditasiya  etmişdir.  Dairə  seçki  komissiyalarında  36  mindən  çox  milli 

müşahidəçi  qeydiyyatdan  keçmişdir.  Onların  təxminən  20  mini  siyasi  partiyaları, 

12 mindən çoxu qeyri-hökumət təşkilatlarını təmsil edir, 6 mini isə fərdi qaydada 

qeydiyyatdan keçmişdir. 

Öz  vəzifələrini  yerinə  yetirərkən MDB  PAA-dan olan  müşahidəçilər  MDB 

iştirakçısı  olan  dövlətlərdə  demokratik  seçki,  seçici  hüquq  və  azadlıqları 

standartları haqqında Konvensiyanı, seçkilərin və referendumların müşahidəsi üzrə 

MDB-nin 

beynəlxalq 

müşahidəçiləri 

üçün 


Tövsiyələri, 

Azərbaycan 

Respublikasının  seçki  qanunvericiliyini,  siyasi  neytrallıq,  qərəzsizlik,  seçki 

prosesinin  iştirakçılarına  münasibətdə  onlardan  hər  hansı  birinə  üstünlük 

verilməsinin ifadə olunmasından imtina prinsiplərini rəhbər tutmuşlar. 

Uzunmüddətli müşahidənin nəticələri 

Demokratiyanın,  Parlamentarizmin  İnkişafının  və  Vətəndaşların  Seçki 

Hüquqlarına Riayət Olunmasının Monitorinqi Beynəlxalq İnstitutu, habelə MDB-

nin  Parlamentlərarası  Assambleyasının  müşahidəçilər  qrupu  tərəfindən  aparılmış 

uzunmüddətli  müşahidə  bütünlükdə  belə  bir  nəticə  çıxarmağa  imkan  verdi  ki, 

Azərbaycan  Respublikasının  Konstitusiyası  və  2003-cü  ildə  qəbul  edilmiş 

Azərbaycan  Respublikasının  Seçki  Məcəlləsi    (2008-ci  il  iyunun  3-nə  olan 

dəyişikliklər və əlavələrlə) milli xüsusiyyətləri və beynəlxalq hüququn tələblərini 

özündə ahəngdar surətdə birləşdirir. 



Azərbaycan  Respublikasının  seçki  qanunvericiliyi  Müstəqil  Dövlətlər 

Birliyinin iştirakçısı olan dövlətlərdə demokratik seçki standartları, seçici hüquq və 

azadlıqları  haqqında  Konvensiyanınmüddəalarına  uyğun  gəlir.  Qanunvericiliyə 

vətəndaşın seçmək və seçilmək hüququ, gizli səsvermə yolu ilə ümumi, bərabər və 

birbaşa seçki hüququ əsasında seçkilərin azadlığı, seçkilərin açıq və aşkar həyata 

keçirilməsi, seçici hüquq və azadlıqlarının məhkəmə və başqa müdafiəsi, seçkilərin 

ictimai  və  beynəlxalq  müşahidəsi  kimi  demokratik  seçki  normaları  daxil 

edilmişdir. 

Seçkiqabağı  tədbirlər  təyin  olunmuş  müddətlərdə  həyata  keçirilmiş  və 

Azərbaycan  Respublikasının  Konstitusiyasının  və  Seçki  Məcəlləsinin  tələblərinə 

uyğun olmuşdur. 

Seçkilərin hazırlığı və keçirilməsinin qısamüddətli müşahidəsi səsverməyə 

bir neçə gün qalmış təşkil olunmuşdur. Onu MDB iştirakçısı olan yeddi dövlətin 

23 parlament nümayəndəsindən ibarət qrup (Belarus Respublikası – 1, Qazaxıstan 

Respublikası – 2, Qırğızıstan Respublikası – 3, Moldova Respublikası  – 1, Rusiya 

Federasiyası  –  13,  Tacikistan  Respublikası  –  1,  Ukrayna  –  2  müşahidəçi),  MDB 

PAA  Şura  Katibliyinin  15  əməkdaşı  və  DİMBİ-nin  ekspert  qrupunun  üzvləri 

həyata keçirmişlər. 

MDB  PAA-nın  müşahidəçiləri  monitorinqin  bu  mərhələsində  vəzifələrini 

yerinə  yetirərkən  seçki  komissiyalarının  və  səsvermə  otaqlarının  hazırlığını 

qiymətləndirmiş,  seçkiqabağı  təşviqatın  keçirilməsinin  yekun  mərhələsində  onun 

gedişini  təhlil etmiş, seçicilər, prezidentliyə  namizədlərin nümayəndələri, ölkənin 

hüquq mühafizə orqanlarının rəhbərləri və MSK nümayəndələri ilə görüşmüşlər. 

2008-ci  il  oktyabrın  14-də  MDB  PAA-dan  olan  müşahidəçilər  qrupu 

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri  O.S.Əsədov  və    Azərbaycan 

Respublikası  Mərkəzi  Seçki  Komissiyasının sədri  M.M.Pənahov  ilə  görüşmüş  və 

Azərbaycan  Respublikasında  seçkiqabağı  vəziyyət  barədə  məlumatlandırılmışlar. 

Elə  həmin  gün  MDB  PAA-dan  olan  müşahidəçilər  MDB  müşahidəçilər 

missiyasının  rəhbəri  S.N.Lebedev  ilə  görüşmüş  və  seçki  prosesinin  aparılan 

monitorinqi  barədə  fikir  mübadiləsi  aparmışlar.  Bu,  seçkilərə  hazırlığın  yekun 




mərhələsində seçki prosesinin gedişi barədə obyektiv fikir formalaşdırmağa imkan 

vermişdir. 

Seçkilərdən  bir  gün  əvvəl  MDB  PAA-nın  müşahidəçilər  qrupunun  üzvləri 

Bakı,  Gəncə,  Lənkəran,  Quba,  Şamaxı,  Ağsu  və  digər  şəhərlərdə  48  seçki 

məntəqəsində olmuş və onların səsvermənin keçirilməsinə hazırlığını yoxlamışlar. 

Seçkilər  günü  müşahidəçilər  səsvermənin  gedişi  və  seçicilərin  səslərinin 

hesablanmasının  müşahidəsini  həyata  keçirərək  Bakı,  Gəncə,  Quba,  Lənkəran  və 

Şamaxıda,  Azərbaycan  Respublikasının  digər  yaşayış  məntəqələrində  23  seçki 

dairəsində, 126 seçki məntəqəsində olmuşlar. 

MDB PAA-nın beynəlxalq müşahidəçiləri məntəqələrin açılışından məntəqə 

seçki  komissiyaları  tərəfindən  səslərin  hesablanmasınadək  səsvermənin  müxtəlif 

mərhələlərində  iştirak  etmişlər.  Seçki  məntəqələri  təyin  olunmuş  vaxtda  açılmış, 

lazımi  sənədlər,  avadanlıq,  məlumat  xarakterli  materiallarla  təmin  olunmuşdu. 

Müşahidə  aparılmış  məntəqələrdə  seçici  siyahılarının  vəziyyəti,  seçki 

bülletenlərinin  verilməsi  proseduru,  həmçinin  səsvermə  qaydalarına  dair 

qeydiyyata alınmış şikayətlər aşkar edilməmişdir. 

Müşahidəçilər  seçkilərin  hazırlanması  və  keçirilməsi  dövründə  seçicilərin 

azad iradə bildirmələrinə imkan verən və seçkilərin hazırlığı və keçirilməsinə xoş 

təsir  bağışlayan  ictimai  asayişin  və  təhlükəsizliyin  yüksək  səviyyədə  təmin  

edilməsini  qeyd etmişlər. 

Beynəlxalq  müşahidəçilərə  MSK  və  aşağı  seçki  komissiyaları  tərəfindən 

zəruri köməklik göstərilmişdir. 

İlkin məlumatlara görə, seçkilərdə 75,12 faiz seçici iştirak etmişdir. 

Səsvermə prosesində müşahidəçilər kütləvi xarakter daşımayan və seçkilərin 

nəticələrinə təsir edə bilməyən bir sıra texniki pozuntular qeydə almışlar. 

MDB PAA-nın müşahidəçilər qrupu seçkilərin təşkilinin yüksək səviyyəsini, 

onların  azad  və  ədalətli  xarakterini  qeyd  edərək,  səs  vermiş  seçicilərin 

barmaqlarının mürəkkəblə işarələnməsinin gərəksiz prosedur kimi ləğv edilməsinə 

gələcəkdə baxılmasını mümkün hesab edir. 



Ümumilikdə,  MDB  PAA-nın  müşahidəçiləri  təsdiq  edirlər  ki,  2008-ci  il 

oktyabrın  15-də  olmuş  Azərbaycan  Respublikası  Prezidentinin  seçkiləri 

demokratik şəraitdə, seçki prosesinin bütün iştirakçılarının hüquq və azadlıqlarına 

riayət  olunmaqla,  Azərbaycan  Respublikasının  milli  qanunvericiliyinə  və 



beynəlxalq demokratik standartlara tam uyğun keçirilmişdir. 

 

MDB PAA-nın müşahidəçilər qrupunun əlaqələndiricisi,  

Rusiya Federasiyası Federal Məclisinin Federasiya  

Şurası Sədrinin müavini   S.Y.Orlova 

 

Bakı, 15 oktyabr 2008-ci il. 

 

Yüklə 123,79 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə