3
PASHA Bank. Annual Report.2015
MÜNDƏRİCAT
ÜMUMİ MƏLUMAT
“PAŞA Bank” ASC haqqında
“PAŞA Holdinq” MMC haqqında
Baxış, Amal və Strateji Məqsədlər
Əsas Maliyyə Göstəriciləri
RƏHBƏRLİK
Müşahidə Şurası sədrindən və İdarə Heyətinin
sədrindən ön söz
Rəhbərliyin tərkibi
QLOBAL MAKROİQTİSADİ MƏNZƏRƏ VƏ
AZƏRBAYCAN İQTİSADİYATI
2015-ci İLDƏ FƏALİYYƏT
Əsas Bank seqmentləri
Dayrekt bankçılıq
Korporativ və kommersiya bankçılığı
İnvestisiya bankçılığı
Xəzinədarlıq
İnstitusional bankçılıq
Private bankçılıq
Riskləri idarəemə
BEYNƏLXALQ FƏALİYYƏT
Ölkədaxili və beynəlxalq inkişaf
Dayanıqlı iqtisadi inkişafa dəstək
Beynəlxalq nüfuz
Dəstəkləyici bölmələr
Faktorinq
İnformasiya texnologiyaları
KORPORATİV SOSİAL MƏSULİYYƏT
MALİYYƏ HESABATLARININ İCMALI
5
6
8
10
12
14
16
20
28
34
36
36
38
40
41
42
43
44
46
48
50
52
54
54
54
56
62
4
Son illər ərzində müşahidə olunan
Azərbaycan iqtisadiyyatının sabit
inkişafına müvafiq olaraq “PAŞA
Bank” ASC iqtisadi artımın rəhni olan
kənd təsərrüfatı, nəqliyyat, tikinti və
ticarət sahələrində müştəri bazasını
genişləndirdi, ölkəyə və onun iqti-
sadiyyatına yeni zirvələrə birgə çat-
maq üçün töhfə verməyə sadiqliyini
bildirdi.
6
Dəyər yaradan bank
Azərbaycanın aparıcı korporativ maliyyə
təsisatı olan “PAŞA Bank” ASC tamçeşidli
(korporativ və investisiya bankçılığı, ticarətin
maliyyələşdirilməsi və aktivləri idarəetmə)
maliyyə xidmətlərini böyük korporasiyalardan
kiçik və orta müəssisələrədək geniş müştəri
bazasına göstərmək məqsədilə 2007-ci ildə
təsis edilib. Azərbaycan iqtisadiyyatının son illər
sabit inkişafına müvafiq olaraq “PAŞA Bank”
ASC iqtisadi artımın rəhni olan kənd təsərrüfatı,
nəqliyyat, tikinti və ticarət sahələrində müştəri
bazasını genişləndirib. Azərbaycanda yaradılmış,
tikinti, daşınmaz əmlakın qurulması, sığorta,
səyahət, əyləncə və digər sahələrlə məşğul olan
“PAŞA Holdinq” MMC-nin bir hissəsi kimi “PAŞA
Bank” ASC sözügedən sahələrdə holdinqin
fəaliyyətinə dəstək verən mühüm maliyyə
vəzifəsini öz üzərinə götürüb.
Baş qərargahı Bakıda yerləşən “PAŞA Bank”
ASC-nin Azərbaycanda kiçik və orta sahibkarlıq
müəssisələri (KOS) üzrə dörd filialı və altı biznes
mərkəzi vardır. Buna əlavə olaraq Gürcüstan və
Türkiyədə törəmə bankları fəaliyyət göstərir.
“PAŞA Bank” ASC-nin uzunmüddətli baxışı
Bakı, Tiflis və İstanbul arasında artan ticarət və
işgüzar əqdləşmə axınını asanlaşdıracaq bir biri
ilə əlaqəli bank əməliyyatlarını ərsəyə gətirməklə
region miqyasında aparıcı təsisata çevrilməkdir.
Baş qərargahda, dörd KOS filialında,
Bakıdakı dörd biznes mərkəzində, ölkənin
aparıcı şəhərləri olan Gəncə və Zaqatalada iki
regional filialda toplam 414 işçi heyət üzvü çalışır.
2013-cü ilin fevral ayında PAŞA Bank Georgia
ilk törəmə bankı açıldı. 2014-cü ilin dekabr
ayında Türkiyənin bank fəaliyyətini tənzimləyən
qurumu “PAŞA Bank” ASC-ə ölkədə fəaliyyətə
başlamaq icazəsini verdi və 2015-ci ilin mart
ayından bank Türkiyədə PASHA Yatırım Bankası
A.Ş. adı ilə fəaliyyət göstərir.
“PAŞA Bank” ASC HAQQINDA
Toplam səhm kapitalı üzrə Azərbaycanın ən
nəhəng özəl bankı
“PAŞA Bank” ASC toplam səhm kapital
baxımından Azərbaycanın ən böyük bankıdır,
aktivlərin həcmi baxımından isə ölkədəki ilk beş
bank arasında qərarlaşıb. 2015-ci ilin sonuna olan
vəziyyətə əsasən “PAŞA Bank” ASC 2,3 milyard
manat həcmində toplam aktivlərə, 333 milyon
manat həcmində isə nizamnamə kapitalına malik
idi.
“PAŞA Bank” ASC-nin davamlı korporativ
inkişaf göstəriciləri beynəlxalq maliyyə dairələri
və reytinq agentlikləri tətəfindən etiraf edilib.
Beləliklə, Standard & Poor’s və Fitch Ratings
reytinq agentlikləri “PAŞA Bank” ASC-ə ‘BB-’
uzunmüddətli və ‘B’ qısamüddətli kredit reytinqi
dərəcəsini təyin ediblər. Bununla yanaşı “PAŞA
Bank” ASC EMEA Finance jurnalının Europe
Banking Awards 2015 təltifi üzrə Azərbaycanın
ən yaxşı bankı (The Best Bank of Azerbaijan)
adına layiq görülüb. Azərbaycanda dayanıqlı
biznes anlayışına rəvac vermək məqsədilə “PAŞA
Bank” ASC davamlı səyləri ilə maraq dairələrinin
fəallığına dəstək verməyə müvəffəq olub.
Səhm bölgüsü
100
80
60
40
20
0
Faiz (%)
“PAŞA Holdinq” MMC
60
30
10
“Ador” MMC
Arif Paşayev