2015-ci ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetində universitetin yeni rəsmi saytının unec edu az saytının təqdimatı olmuşdur



Yüklə 22,73 Kb.
tarix03.10.2017
ölçüsü22,73 Kb.
#3091

Sayt

2015-ci ilin mayında Azərbaycan Dövlət İqtisad Universitetində universitetin yeni rəsmi saytının – unec.edu.az saytının təqdimatı olmuşdur.  Sayt müasir tələblərə cavab verən, təkmilləşdirilmiş, yeni imkanlarla zənginləşdirilmiş format əsasında hazırlanmışdır. unec.edu.az saytında istifadəçilərin lazımı informasiyanın tez bir zamanda əldə etməsi üçün müasir veb-dizayn komponentlərindən istifadə olunub.

Saytda mətn və qrafik informasiya, məqalə, şəkil, fotoşəkil, xəbər, video-fraqment və s.-nin yerləşdirilir və bu proses vaxtı ortalığa çıxan nasazlıqlar aradan qaldırılır. Başlıca vəzifə saytın aktuallığının saxlanmasını təmin etməklə saytın daim yeniləşməsi və yeni materiallarla doldurulmasıdır, yəni sayt fəal «yaşamalı və nəfəs almalıdır». Bu halda o, sayta daxil olanlar üçün maraqlı olar. Saytın işində sayt istifadəçilərində yaranan suallar cavablandırılır, mövzuları bölmələr üzrə təhlil edilir, saytdaxili senzuraya nəzarət edilir və s. saytın işində əsas vəzifələrdən biri də saytı rəqabətqabiliyyətli etməkdir, yəni tendensiyaları dəqiq duymaq və mümkün qədər saytın reytinqini artırmaqdır. Bu məsələdə müəssisənin bir ali təhsil ocağı kimi fəaliyyət növü və istiqaməti nəzərə alınır. Bütün iş prosesində saytın əsas konsepsiyasını əldə rəhbər tutaraq saytın mətnlərlə doldurulması, informasiyanın daim təzələnməsinə nəzarət edilməsi, sayta daxil olmuş bütün materialların nəzərdən keçirilməsi, saytın ümumi konsepsiyasına və istifadə qaydalarına uyğun olmayan materialların kənarlaşdırması və redaktə edilməsi təmin edilir. Yalnız yoxlanılmış dəqiq məlumatlar saytda yerləşdirilir, lazım gələrsə yanlışlığı aradan götürülür. Eyni zamanda rəqiblərin işini, yəni oxşar tematika, konsepsiya və məzmunlu saytları izlənilir, saytın spesifikasına və tematikasını uyğun olaraq UNEC saytın formatında dəyişikliklər edilir, müxtəlif bölmələrin daxilindəki məlumatların həm yerləşməsi, həm də aktuallığından asılı olaraq yeniləşdirilmə dövriliyi müəyyən edilir. Vaxtaşırı olaraq saytın reytinqini artırmaq məqsədilə təkliflər irəli sürülür.

Sayt 3 dildə fəaliyyət göstərir. İlkin olaraq daxil olan xəbər, elan və s. əvvəlcə ana səhifədə azərbaycan dilində; sonra isə həmin məlumat tərcüməçilər tərəfindən rus və ingilis dillərinə tərcümə edilərək müvafiq səhifələrdə yerləşdirilir.

UNEC-in saytında (unec.edu.az) universitet haqqında ətraflı məlumat verilib. Universitetin tarixi, keçdiyi şərəfli yol işıqlandırılıb. Universitetə müxtəlif dövrlərdə rəhbərlik etmiş rektorlarına, universitetin hazırda məsul vəzifələrdə çalışan məzunlarına, fəxri doktorlarına, görkəmli iqtisadçılara ayrıca səhifələr ayrılmışdır.

Saytda UNEC-in vahid elektron idarəetmə platforması olan EDUMAN sisteminə - Müəllimin şəxsi kabineti, Tələbənin şəxsi kabineti səhifələrinə keçid üçün xüsusu bölmə yaradılıb. Tədris prosesində müasir texnologiyaların tətbiqi sahəsində həyata keçirilən yeniliklərdən biri olan bu sistem vasitəsilə bütün tədris prosesi elektronlaşdırılmışdır. 

Ali təhsil müəssisəsinin rəsmi saytında tələbələri maraqlandıran məlumatlara önəm verilir. Dərslərin və kollokviumların cədvəlləri, müəllimlərin növbətçilik qrafikləri, imtahan və kollokvium sualları, imtahanların nəticələri saytda yerləşdirilir.

Saytda universitetin tələbə təşkilatlarının işinə, sosial tədbirlərə, idman həyatına geniş yer ayrılıb.

Universitetdə beynəlxalq əməkdaşlıq çərçivəsində imzalanmış müqavilələr, xarici tələbələrin təhsilalma imkanları və s. haqqında ətraflı məlumat yerləşdirilib.

Saytda universitetin struktur bölmələri haqqında məlumat bazası ilə yanaşı elektron kitabxana, sınaq imtahanı, elektron apellyasiya haqqında informasiyalar yer alıb. Saytda universitetin bütün struktur bölmələri – departamentlər, mərkəzlər, şöbələr, onların iş fəaliyyəti haqqında məlumatlar yerləşdirilmişdir. Eyni zamanda ali təhsil müəssisəsinin özəyinin təşkil edən fakültələr və kafedralar barədə məlumatlar öz əksinin tapmışdır. Fakültələr bölməsində - fakültə rəhbərləri – dekan və dekan müavinləri, kafedralar bölməsində - kafedra müdirləri və kafedranın hər bir müəllimi barədə ətraflı məlumat, onların elmi əsərlərinin siyahısı yerləşdirilmişdir.

Foto-qalereya bölməsində universitet həyatını əsas məqamlarını əks etdirən foto-şəkillər və video-çarxlar yerləşdirilib. Universitet barədə respublikanın müxtəlif TV kanallarında yayımlanan verilişlərə, universitetin iqtisadçı ekspertlərinin müasir dövrün aktual iqtisadi problemlərinə aid olan məqalələrinə istinadlar verilir.

*****


Radio

Radio UNEC 2015-ci ildən fəaliyyətə başlayıb. Radio UNEC tələbələrin asudə vaxtını səmərəli keçirməsini, məlumatlandırılmasını təmin edir. Universitetimizin həyatında baş verən yenilikləri və digər məlumatları Radio UNEC-də dinləmək imkanını var.

Radio UNEC-in əsas proqram təşkilatçıları tələbələrdir. Radioda hər iki saatdan bir təqdim olunan xəbərlər informasiya proqramında iqtisadi yenilikləri dinləmək, tələbə və müəllimlərimizin iştirakı ilə maraqlı layihələrlə tanış olmaq, əyləncəli viktorinaların iştirakçısına çevrilmək mümkündür. Radioda gün ərzində zövqlü musiqini dinləmək olar.

Qaynar xətt” xidməti.

Azərbaycan Dövlət İqtisad Universitetinin “Qaynar Xətt” 2014-cü il may ayının 12-də fəaliyyətə başlayıb. “Qaynar xətt”in yaradılmasında əsas məqsəd təhsil prosesində şəffaflığı təmin etməkdir. “Qaynar Xətt”-lə əlaqə saxlamaq üçün 146-1-3 düyməsini yığmaqla universitet haqqında olan sual, çikatət və təliflərinizi bildirmək mümkündür. Daxil olan müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edən müraciətlər isə araşdırılaraq, universitetin aidiyyatı steukturlarına yönəldilir.

«İqtisadçı» qəzeti

«İqtisadçı» qəzeti 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təsis olunmuş və ilk sayı həmin ilin yanvarın 28-də çapdan çıxmışdır. Qəzetin təsisi institutun yaranmasından xeyli sonra olsa da, qəzet nəşr edildiyi vaxtdan bu günə qədər özünün obyektivliyi və dolğun məzmunu ilə professor-müəllim və tələbə kollektivinin böyük rəğbətini qazanmışdır. Qəzet fəaliyyət göstərdiyi illər ərzində universitetin bütün tədbirlərində yaxından iştirak etmiş və həmin tədbirlər haqqında öz səhifələrində geniş materiallar dərc etmişdir.

Yaradiciliq Merkezi

Departamentin nəznində fəaliyyət göstərən Yaradıcılıq mərkəzi fəaliyyət göstərir. Yaradıcılıq mərkəzi tələbələrinin asudə vaxtlarının səmərəli formada təşkili, habelə ali təhsil müəssisəsinin daxili və xarici tədbirlərinin bədii hissəsinin təşkilini həyata keçirir.

Mərkəzin tərkibində 6 dərnək fəaliyyət göstərir:


  • Rəqs dərnəyi

  • Rəsm dərnəyi

  • Teatr dərnəyi

  • Vokal dərnəyi

  • İnstrumental ifaçılıq dərnəyi

  • Tarix dərnəyi

 

Mərkəz universitetin istedadlı və həvəsli tələbələrini müvafiq dərnəklərə cəlb edir, mütəmadi şəkildə gənclərin məşqlərini təşkil edir, universitetin daxili tədbirlərinin bədii hissələrini təşkil edir.



 Mərkəz universitet tələbərini dərnəklərin fəaliyyəti barədə məlumatlandırır, tələbələri dərnəklərə cəlb edərək əlavə bacarıqlar qazandırır, ədəbi-bədii yaradıcılıq tədbirlərini təşkil edir, tələbələrin iştirakı ilə bədii əsərləri səhnələşdirir, tələbələrdən ibarət rəqs ansamblı yaradır və təkmilləşdirir, universitet tələbələrindən ibarət həvəskar musiqi ansamblı, rəssam qrupu, aparıcı və müğənni qrupu yaradır. Dərnəyə üzv tələbələrin əl işlərindən ibarət sərgilər təşkil edilir. Tələbələrin iştirakı ilə konsert və bədii proqramları təşkil edilir.
Yüklə 22,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə