2017-ci il dekabrın 19-dən “Gəncə” tankeri xarici sularda maye yükdaşımalarına cəlb olunub



Yüklə 494,57 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix06.05.2018
ölçüsü494,57 Kb.
#42722
  1   2   3   4   5   6   7   8


2017-ci il dekabrın 19-dən  

“Gəncə” tankeri xarici sularda 

maye  yükdaşımalarına cəlb olunub. 

Bununla  da  “Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC-nin  Xəzərdən 

kənarda üzən gəmilərinin sayı 13-ə çat-

dırılıb. Onlardan 11-i quru yük gəmisi, 

ikisi  isə tankerdir.

“Gəncə” tankeri  ilk  yükləmə əmə-

liyyatını Rusiya Federasiyasının Tuap-

se limanında həyata keçirəcək.

Azov, Qara və Aralıq dənizləri höv-

zələrində  üzəcək  tankerin    istismarına 

nəzarəti və texniki xidməti  “Azərbay-

can Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 

Türkiyədəki  “Casptankers”  şirkəti  ye-

rinə yetirəcək.

Dedveyti  7,017  ton,  uzunluğu 

140.85, eni 16.86  metr olan bu tanker 

“Volqa-Don-Maks”  tipli,  yəni,  dayaz 

sularda  üzməklə  maksimum  yükgö-

türmə  qabiliyyətinə  malikdir.  “Gən-

cə” gəmisi Gəmiçiliyin xaricdə  maye 

yük daşımaları bazarındakı mövqeyini 

daha da möhkəmləndirəcək. Həmçinin 

artması  proqnozlaşdırılan  maye  yük-

lərin  daşınmasını  təmin  etmək  üçün 

“Gəncə” tipli tankerlərin böyük iqtisa-

di əhəmiyyəti var.  Qeyd edək ki, tan-

ker  istismara  ötən  il  Prezident  İlham 

Əliyevin  də  iştirak  etdiyi  mərasimdə 

verilib.


Xatırladaq  ki,  Gəmiçiliyin  xari-

ci  sulardakı  fəaliyyəti  uzun  fasilədən 

sonra  2014-cü  ildə  Prezident  İlham 

Əliyevin  tapşırığına  əsasən    “Üzeyir 

Hacıbəyli”  və  “Natəvan”  gəmilərinin 

alınması ilə bərpa edilib.



Yaxın gələcəkdə Azərbay-

canın inkişaf perspektivləri 

müsbətdir. 2018-ci ildə dövlət 

investisiya xərclərinin və sosial 

xərclərin genişləndirilməsi ilə 

qeyri-neft sektorunda 4 faizlik 

artım gözlənilir.

Bu  barədə  Beynəlxalq  Val-

yuta Fondunun Azərbaycan üzrə 

missiyasının rəhbəri Məhəmməd 

əl-Qorçi  mətbuat  üçün  bəyana-

tında bildirib.

2018-ci  il  üzrə  IV  Maddə 

Məsləhətləşmələri  çərçivəsində 

müzakirələr  aparmaq  üçün 

noyabrın  30-dan  dekabrın 

14-dək  Bakıda  səfərdə  olan 

Beynəlxalq  Valyuta  Fondu-

nun  missiyasına  rəhbərlik 

edən  Məhəmməd  əl-Qorçi 

açıqlamasında qeyd edib ki, 

2017-ci  ildə  aparılan  fəal 

makroiqtisadi siyasət və neft 

qiymətlərinin artımı sayəsin-

də  Azərbaycan  iqtisadiyya-

tında  sabitləşmə  müşahidə 

edilib.  Qeyri-neft  sektoru 

xidmət  və  kənd  təsərrüfatı 

sahələrinin  canlanması  sayəsində  geniş-

lənməyə başlayıb.

Açıqlamada,  həmçinin  qeyd  edilir 

ki, işsizlərə müavinətlərin verilməsi üçün 

yaradılan  yeni  sığorta  fondunun,  pensi-

yalarla bağlı həyata keçirilən islahatların, 

fəal  əmək  bazarı  proqramlarına  keçidin 

Azərbaycanda  sosial  müdafiə  sahəsində 

və  əmək  bazarında  müsbət  irəliləyişlərə 

səbəb olub.

Bəyanatın  sonunda  missiya  adından 

açıq və səmimi müzakirələr, qonaqpərvər-

lik üçün Azərbaycan tərəfinə minnətdarlıq 

ifadə edilib.

Azərbaycan  Respublikası  Konsti-

tusiyasının  109-cu  maddəsinin  32-ci 

bəndini  rəhbər  tutaraq,  “Azərbaycan 

Respublikası  Dövlət  Təhlükəsizliyi 

Xidmətinin fəaliyyətinin təmin edilmə-

si haqqında” Azərbaycan Respublikası 

Prezidentinin  2016-cı  il  13  yanvar  ta-

rixli 724 nömrəli Fərmanına və “Azər-

baycan  Respublikası  Xarici  Kəşfiyyat 

Xidmətinin fəaliyyətinin təmin edilmə-

si haqqında” Azərbaycan Respublikası 

Prezidentinin  2016-cı  il  13  yanvar  ta-

rixli 725 nömrəli Fərmanına uyğun ola-

raq qərara alıram:

Azərbaycan  Respublikası  Prezi-

dentinin  2013-cü  il  11  sentyabr  tarixli 

3130  nömrəli  Sərəncamı  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplu-

su, 2013, № 9, maddə 1081; 2014, № 4, 

maddə 391; 2015, № 9, maddələr 989, 

1050)  ilə  təsdiq  edilmiş  “Azərbaycan 

Respublikasının  dəniz  təhlükəsizliyi 

strategiyası”nda aşağıdakı dəyişikliklər 

edilsin:


1. 4.1.5-ci yarımbənddə “Milli Təh-

lükəsizlik  Nazirliyi”  sözləri  “Dövlət 

Təhlükəsizliyi Xidməti” sözləri ilə əvəz 

edilsin.


2.  Aşağıdakı  məzmunda 

4.1.5-1-ci  yarımbənd  əlavə 

edilsin:

“4.1.5-1.  Xarici  Kəşfiyyat 

Xidməti;”.

3.  5.3-cü  bənddə  “Milli 

Təhlükəsizlik 

Nazirliyinin” 

sözləri  “Dövlət  Təhlükəsizliyi 

Xidmətinin”  sözləri  ilə  əvəz 

edilsin.

4.  Həmin  strategiyaya 

Əlavə  2  -  “Vəzifələrin  yerinə 

yetirilməsi məqsədi ilə qurum-

lar üçün əsas və dəstək tipli ca-

vabdehlik cədvəli” üzrə:

4.1. 3-cü və 11-ci bəndlər-

də  “MTN”  akronimi  “DTX” 

akronimi  ilə  əvəz  edilsin  və 

“FHN”  akronimindən  sonra  “, 

XKX” akronimi əlavə edilsin;

4.2.  2-ci,  5-ci,  9-cu,  16-

cı  və  17-ci  bəndlərdə  “MTN” 

akronimi  “DTX,  XKX”  akro-

nimləri ilə əvəz edilsin.

5. “İxtisarlar:” hissəsi üzrə:

5.1.  altıncı  abzasda  “MTN  –  Milli 

Təhlükəsizlik Nazirliyi” sözləri “DTX - 

Dövlət Təhlükəsizliyi Xidməti” sözləri 

ilə əvəz edilsin;

5.2. yeddinci – on beşinci abzaslar 

səkkizinci  –  on  altıncı  abzaslar  hesab 

edilsin və aşağıdakı məzmunda yeddin-

ci abzas əlavə edilsin:

“XKX – Xarici Kəşfiyyat Xidməti;”.

 

İlham ƏLİYEV,



Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 dekabr 2017-ci il.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


Qiyməti 50 qəpik

20 dekabr 2017-ci il    № 89-92 (9183) 

www.seanews.az

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

QƏZET

 

1931-ci ildən 

nəşr olunur

BU SAYIMIZDA

“XƏZƏRDƏnİZLAYİhƏ ETİ”-DƏ DAhA 

İRİ gƏMİLƏRİn LAYİhƏLƏnDİRİLMƏSİ 

BARƏDƏ DüşünüRLƏR

İşƏ qƏBUL MüSABİqƏSİnDƏ 

UğURLU nƏTİcƏ göSTƏRƏn 

DƏnİZçİLƏRLƏ göRüş kEçİRİLİB

“Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-nin 

Dəniz Nəqliyyat Donanma-

sında “matros”, “motorçu” 

və “elektrik” peşələri üzrə işə 

qəbul prosesinin test mərhələ-

sində uğurlu nəticə göstərmiş 

namizədlərlə görüş keçirilib.

qABAqLAYIcI  TƏDBİRLƏR  

nƏTİcƏSİZ qALMIR

Müsahibimiz 

“General Əsədov” 

gəmisinin kapitanı 

Kamil Muxtarovdur.

- kamil müəl-

lim, söhbətimizə 

sizi tanımaqla 

başlayaq. Bilirəm 

ki, Bakıda doğul-

musunuz...

- Bəli, 1956-cı il iyunun 1-də 

Bakıda anadan olmuşam. Babam 

dənizçi, atam neftçi olub. 



MüASİR İqTİSADİ şƏRAİTDƏ 

DƏnİZ nƏqLİYYATInIn İnkİşAfInDA 

MARkETİnq AnLAYIşI

Xəzər 

Dəniz Layihə 

Elmi-Təd-

qiqat İnstitu-

tu (“Xəzər-

dənizlayihə 

ETİ”) 1930-

cu ildən 

fəaliyyət 

göstərir.

İnstitut bərə əlaqəsinin inkişafı-

na böyük töhfələr verib.

2017-ci ildə Bakıda keçirilən Formu-

la-1 yarışı dünyanın aparıcı kütləvi infor-

masiya vasitələrində keçirilmiş sorğularda 

avtoidman azarkeşləri, media nümayən-

dələri və “Paddok Klub”un təmsilçilərinin 

əksəriyyəti tərəfindən mövsümün ən 

həyəcanlı və ən gözlənilməz anlarla 

dolu yarışı kimi qiymətləndirilib.

Hazırda bazar iqtisadiyyatı 

şəraitində fəaliyyət göstərən müəs-

sisələrdə, şirkətlərdə və təşkilat-

larda satış fəaliyyətini idarə etmək 

üçün marketinq xidmətlərinin rolu 

böyükdür. 

Söhbət  “Azərbaycan  Xəzər  

Dəniz  gəmiçiliyi” qapalı   

Səhmdar  cəmiyyətində dənizin  

neftlə  çirklənməsinin  qarşısının  

alınması istiqamətində həyata 

keçirilən tədbirlərdən gedir

Okean və dənizlər ətraf 

mühitin qorunub saxlanılma-

sında həlledici rol oynayır, dün-

yanın ekoloji sisteminin balansını 

təmin edir. 

Səh. 3

Səh. 6

“nEfTçİLƏRƏ XİDMƏT 

ETMƏkDƏn qüRUR DUYURAM”

Səh. 8

Səh. 4

Səh. 5

Səh. 2

2017-cİ İL foRMULA-1 

AZƏRBAYcAn qRAn-PRİSİ İLİn 

Ən YAXşI YARIşI SEçİLİB

Azərbaycanın Professional 

Maliyyə Menecerləri Assosiasiya-

sı (APFM) “Mühasib peşəsinin 

inkişafına verdiyi töhfəsinə görə” 

Beynəlxalq LUCA mükafatına 

layiq görülüb. 

Mükafat  “8th  LUCA  AWARD 

2017” təntənəli təqdimat mərasimində 

Böyük  Britaniyanın  Sertifikatlı  Ma-

liyyə Menecerləri İnstitutunun rəhbəri 

cənab  Garry  Carter  tərəfindən  təqdim 

olunub. 

APFM xətti ilə bu dəfəki nümayən-

də heyətinin tərkibinə SOCAR, “Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyi” QSC 

və digər şirkətlərin, dövlət qurumları-

nın  nümayəndələri  daxil  olub.  2017-

ci ilin nəticələrinə əsasən Azərbaycan 

Dövlət Neft Şirkətinin əməkdaşı Oktay 

Məmmədov  “Best  Financial  Mana-

ger  2017”,  “Azərbaycan  Xəzər  Dəniz 

Gəmiçiliyi” QSC-nin Maliyyə və uçot 

departamentinin  rəis  müavini  Pərviz 

Babazadə “Best Accountant 2017” mü-

kafatına layiq görülüb. 

Bu  mükafat  onlara  iş  fəaliyyətlə-

rində  göstərdikləri  peşəkarlığa,  vəzifə 

öhdəliklərinin  yerinə  yetirilməsində 

şəxsi  bilik  və  bacarıqlarına  görə  veri-

lib. 

Xatırladaq  ki, APFM  2005-ci  ildə 



təsis olunub. 2013-cü ildə Assosiasiya 

ilk  dəfə  beynəlxalq  üzvlük  sisteminin 

tətbiqinə başlayıb. “FİNANSİST” jur-

nalının təsisçisidir. Hazırda Avropanın 

Mühasiblər və Auditorlar Federasiyası-

nın (EFAA) üzvüdür. 



gƏMİçİLİYİn ƏMƏkDAşI “BEST AccoUnTAnT 2017” MükAfATInA LAYİq göRüLüB

2018-cİ İLDƏ AZƏRBAYcAnDA qEYRİ-nEfT SEkToRUnDA 

4 fAİZLİk ARTIM göZLƏnİLİR

gƏMİçİLİk XARİcİ SULARDA fƏALİYYƏTİnİ gEnİşLƏnDİRİR

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 sentyabr tarixli 3130 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 

“Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”nda dəyişikliklər edilməsi haqqında 

AZƏRBAYcAn RESPUBLİkASI PREZİDEnTİnİn SƏRƏncAMI


Yüklə 494,57 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə