2018 topçubaşov arbitraj müsabiQƏSİ



Yüklə 364,84 Kb.
Pdf görüntüsü
tarix31.08.2018
ölçüsü364,84 Kb.
#65552


 

2018 TOPÇUBAŞOV ARBİTRAJ 



MÜSABİQƏSİ 

 

 



 

 

“Konserv Ltd” (İddiaçı) ilə 

 

 

“Milli” Məhdud Məsuliyyətli Cəmiyyəti (Cavabdeh) 

arasında 

 

 

 

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət 

Hüququ Komissiyasının (UNCITRAL) Arbitraj 

Qaydalarına əsasən arbitraj üzrə 

 

 

PROSESSUAL QƏRAR No. 1 

 

26 noyabr 2017-ci il 

 

 

Arbitraj Tribunalı: 

 

Arbitr 1 



Arbitr 2 

Ruslan Mirzəyev (sədrlik edən arbitr) 

 



 

Hazırkı  1  saylı  Prosessual  Qərar  Arbitraj  Tribunalının  təyin  edilməsi  və 



prosessual qaydaları müəyyən edir.  

 

1. İDDİANIN VERİLMƏSİ 

 

1.1. İddiaçının arbitraj bildirişi 1 sentyabr 2017-ci il tarixdə Cavabdeh tərəfindən 



alınmışdır.  Cavabdeh  20  sentyabr  2017-ci  il  tarixdə  arbitraj  bildirişini 

cavablandırmışdır.  

 

1.2.  İddiaçı  və  Cavabdeh arbitraj  bildirişinin  və  onun  cavabının  müvafiq  olaraq 



iddia  ərizəsi  və  iddia  ərizəsinə  etiraz  hesab  edilməli  olduğunu  qeyd 

etməmişlərdir. Bunu nəzərə alaraq, arbitraj tribunalı hazırkı Prosessual Qərarla 

iddia  ərizəsinin  və  ona  cavabın  təqdim  edilməsi  üçün  vaxt  müəyyən  edir  və 

tərəflər  həmin  tarixədək  öz  mövqelərini  əks  etdirən  iddia  ərizəsini  və  iddia 

ərizəsinə etirazı yazılı şəkildə arbitraj tribunalına təqdim etməlidirlər.  

 

2. TƏRƏFLƏR 

 

2.1. İddiaçı  



 

“Konserv” Ltd şirkəti  

Atlantida Krallığı,  

Dream şəhəri, Sülh küçəsi 15 

 

Ceremi Fruitin diqqətinə 



 

Tel. xxx 

Faks. xxx 

Email. xxx 

 

İddiaçının nümayəndələri 



 

Xxxxx. 


xxx. 

xxx. 


 

Tel. xxx 

Faks. xxx 

Email. xxx 

 

2.2. Cavabdeh  



 

“Milli” MMC 

Azərbaycan Respublikası 

Bakı şəhəri, Azərbaycan prospekti 1  

 

Əli Məmmədovun diqqətinə 



 

Tel. xxx 




 

Faks. xxx 



Email. xxx 

 

Cavabdehin nümayəndələri 



 

Xxxxx. 


xxx. 

xxx. 


 

Tel. xxx 

Faks. xxx 

Email. xxx 

 

3. ARBİTRAJ TRİBUNALI VƏ ONUN SƏLAHİYYƏTİ 

 

3.1.  Arbitraj  tribunalı  18  fevral  2015-ci  il  tarixli  təklif  və  cavaba  əsasən 



formalaşdırılmışdır.  Bununla  belə,  arbitraj  tribunalı  qəbul  edir  ki,  Cavabdeh 

arbitraj  tribunalının  səlahiyyətini  mübahisələndirmişdir.  Hazırkı  Prosessual 

Qərarla  arbitraj  tribunalı  arbitraj  sazişinin  hüquqi  qüvvəsinə  və  səlahiyyətinin 

olub-olmamasına münasibət bildirmir. Qeyd edilən məsələlərə arbitraj tribunalı 

tərəflərdən  iddia  ərizəsi  və  ona  cavab  (etiraz)  alındıqdan  sonra  yekun  arbitraj 

qərarında münasibət bildirəcəkdir.  

 

3.2.  Tərəflər  arbitraj  tribunalının  qərəzsizliyi,  müstəqilliyi  və  maraqlar 



toqquşması  ilə  bağlı  hazırkı  tarixə  hər  hansı  iddia,  etiraz  və  tələbə  malik 

deyildirlər  və  hazırkı  tarixə  olan  bildirmədikləri  iddia,  etiraz  və  tələblərindən 

imtina edirlər.    

 

3.3. Tribunal barədə məlumat: 



 

Ruslan Mirzəyev (Sədrlik edən arbitr) 

Ünvan: xxx 

Email: rmirzayev@arbme.org 

Tel. xxx 

Faks. xxx 

 

Arbitr 2 



Ünvan: xxx 

Email: xxx 

Tel. xxx 

Faks. xxx 

 

Arbitr 3 



Ünvan: xxx 

Email: xxx 

Tel. xxx 

Faks. xxx 

 

 



 

4. ARBİTRAJIN TƏŞKİLİ 

 

4.1.  Arbitrajın  təşkilatı  və  katiblik  funksiyalarını  həyata  keçirmək  üçün  Nurlan 



Məmmədli katib təyin edilir. Katibin məlumatları aşağıdakı kimidir: 

 

Katib 



Nurlan Məmmədli 

Ünvan: xxx 

Email: nurlan.mammadli@bsulawss.org 

Tel. xxx 

Faks. xxx 

 

5. ARBİTRAJ TRİBUNALININ XƏRCLƏRİ 

 

5.1. Arbitraj tribunalının xərcləri aşağıdakı qaydada ödəniləcəkdir: xxx 



 

6. TƏTBİQ EDİLƏN ARBİTRAJ QAYDALARI 

 

6.1.  Arbitraj  Birləşmiş  Millətlər  Təşkilatının  Beynəlxalq  Ticarət  Hüququ 



Komissiyasının (UNCITRAL) Arbitraj Qaydalarına əsasən həyata keçiriləcəkdir.  

 

6.2.  Arbitraj  prosesində  sübutların  götürülməsi  Beynəlxalq  Vəkillik 



Assosiasiyasının  Beynəlxalq  Kommersiya  Arbitrajında  Sübutların  götürülməsi 

Qaydalarına əsasən həyata keçiriləcəkdir.  

 

7. ARBİTRAJIN YERİ VƏ İCLASLARI 

 

7.1.  Arbitrajın  hüquqi  yeri  (forum)  Azərbaycan  Respublikası,  Bakı  şəhəri 



olacaqdır.  

 

7.2.  İclaslar,  adətən,  Azərbaycan  Respublikası,  Bakı  şəhərində  keçiriləcəkdir. 



Lakin,  arbitraj  tribunalı  tərəflərlə  məsləhətləşərək,  arbitrajın  iclaslarını  başqa 

yerlərdə, o cümlədən elektron vasitələrin köməyi ilə keçirə bilər.  

 

8. ARBİTRAJIN DİLİ 

 

8.1. Arbitraj Azərbaycan dilində keçiriləcəkdir.  



 

8.2.  Xarici  dildə  sənədlərin  Azərbaycan  dilinə  tərcümələri  müvafiq  qaydada 

təsdiq edilməlidir.  

 

9. KOMMUNİKASİYALAR 

 

9.1.  Tərəflər  arasında  bütün  kommunikasiya  yazılı  şəkildə  aparılmalıdır.  Email 



ilə göndərilmiş sənəd yazılı şəkildə təqdim edilmiş hesab edilir.  

 

9.2. Tərəflərin bütün yazışmaları, o cümlədən sənədlərin təqdim edilməsi katib 



vasitəsilə həyata keçirilməli və digər tərəfin nümayəndəsinə ünvanlanmalıdır.  

 



 

9.3.  Tərəflərin  və  katibin  email  ünvanı  hazırkı  Prosessual  Qərarın  2  və  4-cü 



bəndində əks edilmişdir. 

 

9.4. Tərəflərin hər hansı əlaqə vasitələrində dəyişiklik olarsa, bu barədə dərhal 



digər tərəfə, tribunala və katibə məlumat verməlidir.  

 

10. SƏNƏDLƏRİN FORMATI 

 

10.1. Bütün sənədlər elektron qaydada email vasitəsilə təqdim edilməlidir. 



 

10.2.  İddia  ərizəsi  və  ona  cavab  (etiraz)  istinad  edilən  əsas  faktları  əks 

etdirməlidir.  

 

10.3. Bütün sənədlərə istinadlar dəqiq olmalıdır.  



 

10.4.  Əgər  digər  tərəf  mübahisələndirməzsə,  təqdim  edilmiş  surətlər  əsl  nüsxə 

ilə eyni hesab ediləcəkdir.  

 

11. VAXT CƏDVƏLİ  



 

TƏDBİR 


 

TARİXİ 


İddia ərizəsinin təqdim edilməsi 

 

25 fevral 2018-ci il 



İddia ərizəsinə cavabın təqdim edilməsi 

 

15 aprel 2018-ci il 



Arbitraj iclası 

 

16-28 aprel 2018-



ci il 

Qərar 


 

04 may 2018-ci il 



 

 

 



 

 

 



    

 

 



 

 

 



 

 

Yüklə 364,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə