218 Müasir dövr Tarix və onun problemləri



Yüklə 135,94 Kb.

tarix01.11.2017
ölçüsü135,94 Kb.


218                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



G.İ.İBRAHIMOVA 

N.YAQUBOVA 

E-mail:TarixVeOnunProblemleri@gmail.com 

 

MIQRASIYA ANLAYIŞI, ƏSAS NÖVLƏRI VƏ SOSIAL-SIYASI TƏHLILI 

 

Açar sözlər: miqrasiya: sosial, iqtisadi, kriminal, intellektual 

Ключевые слова: миграция: социальная, экономическая, уголовная, интеллектуальная 

Keywords: migration:social, economic, criminal, intellectual 

 

Miqrasiya  bir  fenomen  kimi  bəşər  tarixinin  bütün  dövrlərində  mövcud  olan  ictimai 



reallıq  və  mühüm  prosesdir.  İnsanların  həyatında  əhəmiyyətli  yer  tutan  miqrasiya  prosesinin 

öyrənilməsi hər zaman diqqəti cəlb etmiş və bu gün də aktuallığını saxlayır. Miqrasiya tələbat 

xarakterli çoxmotivli ictimai hadisə olub, həm də virtual məkanda mobillik vasitəsilə reallaşır. 

Miqrasiya və onu doğuran səbəblərin araşdırılması, dünya dövlətləri tərəfindən  miqra-

siya  proseslərinin  tənzimlənməsi  sahəsində  ümumi  qaydaların  müəyyənləşdirilməsi  müasir 

qloballaşma əsrində həlli vacib, aktual məsələlərdən birinə çevrilmişdir. 

Miqrasiya  proseslərinə  nəzarət  edilməsi  dünya  ölkələrinin  ictimai-siyasi  sabitliyinin 

qorunmasında  böyük  rol  oynayır.  Əks  halda  miqrasiya  siyasətinin  tənzimlənməsi  və  bu 

proseslərlə  bağlı  qəbul  olunan  qanunlar  səmərəsiz  ola  bilər.  Miqrant  axınlarının  cəmiyyətin 

sosial infrastrukturuna və vəziyyətinə təzyiqi nəticəsində yaranan təhlükələr müasir Avropanın 

ən mürəkkəb problemləri sırasındadır. 

Miqrasiya - dini, iqtisadi, siyasi, sosial ve digər səbəblərə görə insan qruplarınındaimi 

və  ya  müvəqqəti  yaşamaq  məqsədi  ilə  bir  yaşayış  məkanından,  bir  başqasına  yerləşməsi  ilə 

əlaqədar olan coğrafi yer dəyişdirmə hərəkətidir (1, 21). 

Miqrasiya  termini  latın  mənşəlidir,  Migratio  sözündən  olub  –  Köçmək  deməkdir. 

İnsanların müxtəlif səbəblərə görə yaşayış yerlərini daimi və ya müvəqqəti olaraq dəyişməklə 

bağlı bir yerdən başqa yerə hərəkətini əks etdirir(2, 132). 

Miqrasiya  prosesi  aşağıdakı  mərhələlərdən  ibarətdir:  potensial  miqrasiya,  lazımi 

qaydada miqrasiya, yeni həyat şəraitinə uyğunlaşma, identifikasiya. 

Təbii  ki,  əhalinin  yerdəyişməsinin  baş  verməsi  üçün  müəyyən  təsiredici  səbəblər 

olmalıdır.  Bu  səbəbləri  iqtisadi  –  sosial  və  qeyri  –  iqtisadi  sosial  amillər  olmaqla  2  qrupa 

bölmək olar. 



İqtisadi  sosial  amillərə  yaşayış  səviyyəsinin  aşağı  olması,  işsizlik,  əmək  haqqının 

azlığı, yaşayış tərzləri arasındakı fərqlər və s. daxildir. 



Qeyri-iqtisadi  amillər  sırasına  isə  müharibələri,  zəlzələləri,  xəstəlikləri,  dini  və  irqi 

ayrı seçkiliklər zəminində münaqişələri, siyasi baxışların müxtəlifliyi, aclığı, iqlim əlverişsiz-

liyini, köçəri həyat tərzini və s. daxil etmək olar. 

Miqrasiya axınlarının iqtisadi konteksti nisbətən daha universal yanaşma hesab olunur. 

Təsadüfi  deyil  ki,  miqrasiya  uzun  illər  məhz  iqtisadi-sosial  mahiyyətli  fenomen  kimi  təhlil 

edilmişdir.  İqtisadi  yöndən  təhlil  edilərkən  miqrasiya  dövlətin  insan  ehtiyatlarının,  əmək 

bazarlarının,  insan  qüvvəsinin  sağlam  rəqabəti  və  təbii  inkişaf  qanunauyğunluqlarını  təmin 

edən obyektiv nizamlayıcı amil hesab olunur.Odur ki, nəticədə miqrantların böyük əksəriyyəti 

inkişaf etmiş sənaye ölkələrinə getməyə üstünlük verirlər. 



Müasir dövr                                                                       219 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Fərdin öz yaşayış yerini dəyişmək və yeni yerdə məskunlaşmaq məqsədi miqrasiyanın 



başlıca  əlamətidir.  Onun  mahiyyətinin  dərk  edilməsində  yaşayış  sahəsi  olan  “doğma  ev” 

anlayışı,  bu  evdə  yaşayan  şəxsin  fərdiliyini  büruzə  verməklə,  mühüm  əhəmiyyətə  malikdir. 

Odur  ki,  ezamiyyə,  növbəli  iş  üsulu  (yataqxanada  yaşamaq)  mobilliyin  təzahürü  olsa  da, 

miqrasiyaya  aid  deyil.  Miqrasiya  anlayışı  üçün  yaşayış  yerinin  qəti  şəkildə  birdəfəlik 

dəyişdirilməsi,  əvvəlki  yaşayış  yerinə  bir  daha  qayıtmamaq  məramının  olması  vacib 

məqamlardır. Miqrasiya fenomeninin meyarları: fərd tərəfindən olma yerinin koordinatlarının 

dəyişdirilməsi (mobillik faktoru); fərdin öz maddi vəziyyətini yaxşılaşdırmaq məramı (tələbat 

faktoru)  və  fərdin  yeni  yaşayış  yerində  məskunlaşmaq,  onu  özünün  “ikinci  vətəni”  hesab 

etmək əzmi (stabillik faktoru) ilə ifadə oluna bilər 

Miqrasiyanın  bu  amilləri  həmin  prosesin  axınına,  həcminə  və  intensivliyinə  təsir 

göstərən sosial şərtlər məcmusu kimi çıxış edir. Miqrasiyanın mahiyyətini onun etnik, iqtisadi, 

siyasi-coğrafi  problemlərlə  əlaqəli  olması  müəyyənləşdirir.  Bu  baxımdan  miqrasiya  insanın 

tələbatının tam və təminatlı ödənilməsinə yönələn, öz mövcudluğunun yaxşılaşdırılması əzmi 

ilə fərqlənən mobilliyin təbii təzahürüdür. 

Miqrasiyanın tələbat motivləri qismində çıxış edən amilləri: 

-

 



öz potensialını daha dolğun reallaşdırmaq istəyindən irəli gələn miqrasiya: bura-

da özünütəsdiq, daha təminatlı həyat qurmaq, özünə daha mənalı həyat tərzi təmin edən yerin 

axtarışı cəhdləri başlıca motiv kimi çıxış edir; 

-

 



özünü qüsurlu və uğursuz hesab etməkdən irəli gələn miqrasiya: cəmiyyətlərdə 

elə qrup insanlar mövcuddur ki, gündəlik həyatda özünü tapmaq qabiliyyətinə malik olmadıq-

larından miqrasiyanı vəziyyətdən çıxış yolu və ruhun rahatlıq mənbəyi kimi seçirlər; 

-

 



obyektiv  olaraq  əhalinin  müəyyən  hissəsinin  yaşayış  səviyyəsi  aşağı  olan 

ərazilərdən müvəffəqiyyətli həyat arzusu ilə köçməsi; 

-

 

əhalinin yaşayış səviyyəsinin yüksək olduğu yerlərin, həmin yerlərin sakinlərinə 



qibtə olunması səbəbindən seçilməsi nəticəsində irəli gələn miqrasiya; 

-

 



siyasi  motivli  miqrasiya.  Belə  miqrasiya  fərdin  öz  doğma  ölkəsində  perspek-

tivsizliklə  üzləşməsi  nəticəsində  meydana  gəlir.  Bəzi  hallarda  yeni  yerlərdə  miqrantların 

ağlasığmaz müvəffəqiyyətlər qazanmaq imkanları əldə olunur. Bütün miqrasiya proseslərinin 

ümumi cəhəti kimi fərd üçün əvvəlki yerdə yaşamağın qeyri-məqbulluğu, o cümlədən əvvəlki 

yerdə  qalmanın  davam  etdirilməsinin  inkar  edilməsinə  çatdırılmış  qeyri-qənaətbəxşlik  çıxış 

edir.  Miqrasiya  məhz  yerdəyişməyə  çevrilmiş,  ödənilməmiş  tələbatlar  enerjisidir.  Həmin 

enerji miqrasiya faktına bu ardıcıllıqla çevrilir: 

-

 



həyat tərzi və şəraitilə razılaşmamaq; 

-

 



dəyişiklik etmə ideyasının meydana gəlməsi; 

-

 



yeni yaşayış yerinin obrazı barədə təsəvvürlər yaranması; 

-

 



miqrasiya məramının formalaşması; 

-

 



yerdəyişməyə başlamakimi qruplaşdırmaq mümkündür (3, 465-466) 

Mobillik  təzahürü  olaraq,  miqrasiya  çoxşaxəlidir:dövlətdaxili  və  dövlətlərarası  miqra-

siya;  siyasi  və  iqtisadi  miqrasiya;  leqal  və  qeyri-leqal  miqrasiya;  fərdi  və  kütləvi  miqrasiya; 

daimi  və  müvəqqəti  miqrasiya;birdəfəlik  və  çoxdəfəlik  miqrasiya;  hazırlıqlı  və  gözlənilməz 

miqrasiya; şəxsi və təhlükəsizlik baxımından miqrasiya və s. 

İnsanların mobilliyinə və məskunlaşmasına həlledici təsir göstərən hadisələrdən biri də 

milli  dövlətlərin  yaranması  olmuşdur.  Dövlətlərarası  miqrasiya  həm  də  xarici  beynəlxalq 

miqrasiya kimi təqdim edilir. Bu zaman  əhalinin dövlət sərhədlərini keçməklə, ərazi hərəkəti 

nəzərdə  tutulur.  Belə  yerdəyişmələrin  məqsədi  müxtəlif  ola  bilər:  yeni  yaşayış,  təhsil  və  iş 



220                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

yerləri axtarma, siyasi, milli və iqtisadi təqiblərdən yayınma. Beynəlxalq miqrasiya iki istiqa-



mətdə təqdim olunur: 

-

 



emiqrasiya  –(  latınca  Emigro  sözündən  olub  -  köçmək  deməkdir)  başqa  ölkəyə 

daimi  və  müvəqqəti,  uzunmüddətli  yaşayış  üçün  (əksər  hallarda  vətəndaşlığı  dəyişməklə, 

könüllü və ya məcburi, özbaşına və ya mütəşəkkil) köçmə; 

-

 



immiqrasiya  –  (Latınca  Immigro  sözündən  olub  -  yerləşirəm  deməkdir)ölkəyə 

daimi və ya müvəqqəti (əksər hallarda yeni vətəndaşlıq əldə etməklə) gəlmə. (3, 465-466) 

Miqrasiyanın  struktur  elementlərinin  tədqiqi  də  onun  mahiyyətinin  öyrənilməsində 

əhəmiyyətlidir. Həminstrukturutəşkiledənelementlərbunlardır. 

1.

 

Kompakt  məskunlaşma;  nisbətən  kiçik  əraziyə  miqrant  qismində  gəlmiş  bir  et-



nos  nümayəndələrinin  birgə  yaşaması.  Bir  qayda  olaraq,  kompakt  məskunlaşmanın  iki  tipi 

olur:  açıq  və  qapalı.  Burada  əsas  fərq  ərazidəki  başqa  etnosların  dost  və  ya  düşmən  mövqe 

tutmasında  əks  olunur.  Qapalı  kompakt  məskunlaşma  “qetto”  adlanır.  Qetto  üçün  xarakterik 

cəhət başqalarına qarşı aqressiv mövqe tutmaqdan ibarətdir. Miqrantların kompakt məskunlaş-

ması həmin yerin cəlbedici olması və ya da miqrantların sürətlə törənərək artması ilə bağlıdır. 

2.

 



Diffuz  məskunlaşma;  bu  cür  məskunlaşma  o  zaman  baş  verir  ki,  yerli  əhali  ilə 

miqrantlar  arasında  qarşılıqlı  dözümlülük  mövcuddur  və  onlar  arasında  mədəni  mübadilə 

mövcuddur.  Assimilyasiya.  O,  tam  və  qismən  baş  verir.  Qismən  assimilyasiya  zamanı  fərd 

sanki ikili həyat yaşayır, bir tərəfdən ətrafdakıların davranış xarakterini tam mənimsəyir, digər 

tərəfdən ailədə milli adətlərini qoruyub saxlayır, ənənəvi bayramları qeyd edir. 

3.

 



Diaspor. Bir neçə əlamətə görə diaspor ən maraqlı miqrasiya reallığıdır. Bir tə-

rəfdən diaspor dövlətlərarası  miqrasiyadır, digər tərəfdən o özündə həm diffuz, həm də kom-

pakt  məskunlaşmanı  uzlaşdırır.  Diaspor  fərdlərin  yad  mühitdə  mövcud  olmasının  çoxəsrlik 

məktəbidir. 

4.

 

Milli-mədəni  muxtariyyət.  Belə  muxtariyyətin  məqsədi  qarşılıqlı  yardımın  təş-



kili, etnosa məxsus mədəni ənənələrin, dilin qorunması, mənəvi dayaq durmaqdır. 

5.

 



Antisistem.  O,  xarakterindən  və  mahiyyətindən  asılı  olmayaraq,  ölkədə  və  cə-

miyyətlərdə  istənilən  mövcud  vəziyyətə  alternativ  məzmunlu  ictimai  reallıq  və  fərdi  psixo-

logiyanı ehtiva edir. Miqrasiyanın bu təzahürünün başlıca əlaməti fərdin ölkəni tərk etmədən 

psixoloji cəhətdən yadlaşması ilə səciyyələnir. Fərd nə istədiyini deyil, nəyi qəbul etmədiyini 

dəqiq  bilir,  o,  tənqidlə  məşğul  olur  və  bundan  həzz  alır,  onun  psixikası  patologiyaya  məruz 

qalaraq arzu olunanların deyil, arzu olunmazların obrazlarını formalaşdırmağa qadir olur. 

XX  əsrdə  miqrasiya  axınlarının  intensiv  şəkildə  genişlənməsi  müşahidə  olunur.  Əsrin 

sonunda  isə  miqrasiya  fenomeni  bütün  qlobal  problemlərin  tərkib  hissəsinə  çevrilir.  Bu  da 

miqrasiya siyasətinə yeni yanaşmaları tələb edir (4, 1). 

Müasir  dövlətlərarası  münasibətlər  sistemində  qeyri-qanuni  miqrantların  statusunun 

tənzimlənməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  Bütün  dövlətləri  əhatə  edən  qeyri-qanunimiqra-

siyanın geniş vüsət alması bu problemin həllinin əhəmiyyətini daha da artırır.  

Beynəlxalq miqrasiya 80-ci illərin sonu 90-cı illərin əvvəllərində yeni fazaya daxil oldu 

və  müasir miqrasiya dalğası: onun genişlənmiş ölçüləri və intensivliyi; miqrantların cins, yaş 

və  təsnifat  strukturunun  dəyişməsi;  miqrantlar  sırasında  qaçqınların  sayının  kəskin  artması 

kimi xüsusiyyətlərlə səciyyələnir (4, 29). 

Dövlətlər  formalaşdıqdan,  sərhədlər  müəyyənləşdirildikdən  sonra  miqrasiya  özünün 

müasir  məzmununu  əldə  edir,  digər  tərəfdən  isə  sərhədləri  və  dövlətin  özünü  inkar  edən 

qüvvəyə  çevrilir.  Müasir  həyatın  faktı  olan  miqrasiya  özünün  tələb  olunanlığı  ilə  şərtlənir. 



Müasir dövr                                                                       221 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Fərd  özünün  tələbatlarını  tam  və  hərtərəfli  ödəmək  üçün  həyat  fəaliyyətinin  istənilən 



formasını seçir (5, 116). 

Miqrasiyanın nəzəri aspektlərinin öyrənilməsi onun yeni qanunauyğunluqlarının, tiplə-

rinin,  növlərinin,  formalarının  üzə  çıxarılmasına,  miqrasiya  axınlarının  qüvvəsini,  dərinlik-

lərini və səbəblərini aşkarlamağa imkan verir. 

Miqrasiyanın mahiyyəti onun növlərinə nəzər yetirməklə aydınlaşır. Əhalinin məkanda 

hərəkətinin özünəməxsus xarakterik xüsusiyyətlərə və fərqli məqsədlərə malik dörd əsas növü 

vardır: epizodik, mütəmadi, mövsümi və daimi miqrasiya. 

Epizodik  miqrasiya həm eyni, həm də müxtəlif istiqamətlərdə mütəmadi və ya fasilə-

lərlə özündə işgüzar, istirahət və digər səfərləri birləşdirir. Əgər biznes səyahəti zamanı əmək 

qabiliyyətli birliklər iştirak edirsə, deməli istirahətsəyahətlərində əhalinin qalan hissəsi də cəlb 

olunur.Bu  miqrasiya  növü  digər  miqrasiya  növlərinə  nisbətdə  daha  geniş  yayılmışdır.  Bu 

xüsusiyyətindən asılı olaraq epizodik miqrasiyanın iştirakçılarının tərkibi olduqca müxtəlifdir. 

Mütəmadi  miqrasiyaya  müxtəlif  məskunlaşma  məntəqələrində  yerləşən  yaşayış 

yerlərindən iş yerlərinə (və geri) gündəlik və ya həftəlik səfərlər addir.Mütəmadi miqrasiyada 

bir çox ölkələrdə, şəhər və kənd əhalisinin böyük bir hissəsi iştirak edir. Bu miqrasiya əsasən 

mərkəzləri böyük və ən iri şəhərlər olan metropollarda həyata keçirilir. 



Mövsümi miqrasiya - əmək qabiliyyətli əhalinin öz daimi yaşayış yerlərini saxlamaqla 

müvəqqəti iş yerlərinə müəyyən müddətə, adətən bir neçə aylıq köçməsidir.Mövsümi  miqra-

siya  yalnız  yaşayış  standartlarını  yüksəltmir,  həm  də  istehsalatdaişçi  qüvvəsinə  olan  tələbatı 

təmin  edir.Belə  miqrasiya  bəzi  sahələrdə  işçi  qüvvəsinin  zamanla  qeyri-bərabər  olduğu  böl-

gələrdə  meydana  çıxır.  Nəticədə,  işin  daha  böyük  həcmdə  olduğu  mövsümlərdə  bu  sahələr 

adətən tələb olunan işçi qüvvəsindən daha artığına ehtiyac duyur. Belə ki, o yerli əmək resurs-

ları hesabına təmin oluna bilmədiyi üçün, digər bölgələrdən əlavə işçi qüvvəsi cəlb edilir. 

Daimi  miqrasiya və ya geri qayıtmağı nəzərdə tutmayan miqrasiyadır və eyni zaman-

da  iki  vəziyyətə  cavab  verir:  birincisi,  əhali  bir  yaşayış  məntəqəsindən  digərinə  hərəkət  edir, 

ikincisi, bu hərəkət yaşayış yerinin daimi dəyişdirilməsi ilə müşayiət olunur.Birinci şərt miq-

rantların  yaşayış  yerlərini  köçdükləri  məskunlaşma  məntəqələri  daxilində  mümkün  miqrasi-

yasını, ikincisi isə - digər yaşayış yerlərinə qayıdış məqsədli və ya qısamüddətli səfərləri istis-

na  edir.  Bu  miqrasiyanı  digər  miqrasiya  növlərindən  fərqləndirən  başlıca  xarakterik  xüsu-

siyyəti  miqrasiya  olunan  ərazilərdə  əhalinin  daimi  tərkibinin  formaqlaşmasında  əhəmiyyətli 

rol  oynamasıdır.Təbii  ki,  daimi  miqrasiya  ilə  digər  miqrasiya  növləri  arasında  aşılmaz  divar 

yoxdur. Miqrasiyanın bir növü digərinə çevrilə bilər və ya onun başlanğıc nöqtəsi kimi çıxış 

edə bilər. 

Miqrasiyanın  müxtəlifliyinin  təsnifatlandırılmasının  növləri  də  müxtəlifdir  və  bir  çox 

müəlliflər tərəfindən tədqiq olunur. 

Daima  miqrantlar  tərəfindən  inzibati  sərhədyanı  ərazilərin  keçilməsimeyarları  öndə 

dayanır. Buna əsasən, hər şeydən əvvəl xarici və daxili miqrasiyanı qeyd etmək olar. 



Əhalinin  daxili  miqrasiyasına  ölkə  daxilində  inzibati  və  ya  iqtisadi-coğrafi  sahələri 

arasında, yaşayış məntəqələri  və s. çərçivəsində hərəkət daxildir.Daxili  məskunlaşma (məsə-

lən,  eyni  şəhər  daxilində  yaşayış  yerlərinin  dəyişdirilməsi)  əhali  miqrasiyası  termini  yalnız 

geniş  mənada  nəzərdən  keçirilir.  Burada  həmçinin  kənd  və  şəhər  əhalisinin  miqrasiyasını 

fərqləndirirlər.  Daxili  miqrasiya  hər  hansı  bir  ölkənin  sərhədləri  daxilində  meydana  gələn 

miqrasiyadır. Bu yer dəyişdirmə hərəkəti nəticəsində ölkə əhalisində hər hansı bir azalma və 

ya artma olunmur, ölkə daxilində şəhər əhalisi artarkən, kənd əhalisi azalır (6) . 



222                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

1.



 

Zaman  kriteryasına  uyğun  olaraq  daimi  və  müvəqqəti  miqrasiyanı  (tərkibinə 

müvəqqəti təhsil miqrasiyası, müəyyən müddətə ucqar ərazilərə miqrasiyanın daxil olduğu və 

s.) fərqləndirirlər. 

2.

 

Miqrasiyanın  səbəblərindən  asılı  olaraq,  siyasi,  iqtisadi,  sosial,  hərbi  (məsələn, 



evakuasiya),  etnik,  demoqrafik  (nikah  miqrasiyası)  ekoloji  və  ya  iqlim  şəraitinə  görə 

miqrasiyaları qeyd etmək olar. 

3.

 

Bondıreva S.K. könüllülük amili əsasında suveren və məcburi miqrasiyanı təsvir 



edir:  birinci  halda,  öz  tələbatlarından  asılı  olaraq  fərd  miqrasiya  haqqında  qərarı  xarici 

təzyiqlər olmadan qəbul edir, ikinci halda - miqrasiyanın səbəbi fərddən asılı olmur. 



Məcburi  miqrasiya  insanlaravə ya onların ailə üzvlərinə qarşı törədilmiş zorakılıq və 

ya  təqiblər,  yaxud  belə  zorakılıq  və  ya  təqiblərə  məruz  qalmasına  real  imkan  yaranması 

nəticəsində,  habelə  iqtisadi,  təbii,  texnogen  xarakterli  fövqəladə  hallar  nəticəsində  yaşayış 

yerlərini  tərk  etmiş  insanların  ərazi  hərəkəti  kimi  müəyyənləşdirilə  bilər  (7).  Məcburi 

miqrasiya baş vermə səbəblərindən asılı olaraq bir neçə şəkildə təzahür edir. 

Vətəndaş müharibəsi, ümumiləşdirilmiş zorakılıq, milliyyət, irq, din, zülm, siyasi fikir 

və  ya  müxtəlif  sosial  qruplara  mənsubluq  səbəbiylə  təqib  olunaraq  öz  evlərini  tərk  etmək 

məcburiyyətində  qalan  və  dövlət  hakimiyyəti  orqanlarının  onları  qorumaq  iqtidarında 

olmadığı və ya bunu etmək istəmədiyi insanların məruz qaldığı miqrasiya münaqişə ilə bağlı 

məcburi miqrasiyadır. 

Bu  məcburi  köçkünlərin  böyük  bir  hissəsi  sığınacaq  axtarmaq  məqsədilə  beynəlxalq 

sərhədləri  keçməklə  miqrasiya  edir.  Onların  bəziləri  beynəlxalq  hüquq  əsasında  sığınacaq 

axtara biləcəyi halda, başqaları anonim qalmağa üstünlük verə bilər, bəlkə də onlar sığınacaq 

ala bilməyəcəklərindən və gəldikləri ölkəyə qaytarılacaqlarından ehtiyat edirlər. Soyuq müha-

ribə başa çatdıqdan sonra, bütün dünyada silahlı münaqişələrin sayının artması müşahidə olun-

muşdur. Bunların birçoxu son dövrdə milli, etnik və ya dini separatçı mübarizələr zəminində 

baş verən daxili qarşıdurmalar, münaqişələr olmuşdur. Bu dövrdə qaçqınların sayında böyük 

bir artım olmuşdur, əhalinin miqrasiyası münaqişə edən tərəflərin tez-tez istifadə etdiyi strateji 

taktikaya  çevrilmişdir.  Soyuq  müharibənin  sonlarından  başlayaraq  hal-hazırda  məcburi  köç-

künlərin sayı dünyadakı qaçqınların sayından daha çoxdur. 2010-cu ildə dünya səviyyəsində 

sığınacaq axtaran şəxslərin və qaçqınların sayı 11 milyona yaxın idi, məcburi köçkünlərin sayı 

isə 27,5 milyon idi. 

İnkişafla  bağlı  məcburi  miqrasiya  -  Buraya  guya  "inkişaf"ı  artırmaq  üçün  həyata 

keçirilən  siyasət  və  layihələr  nəticəsində  miqrasiya  etmək  məcburiyyətində  olan  insanlar 

daxildir  (şəhər  təmizləmə  təşəbbüslərini,  mədənçilik  və  meşələrin  qırılmasını,  hava  limanları 

kimi iri miqyaslı infrastruktur layihələri və s.). 

Fəlakətlərlə  bağlı  məcburi  miqrasiyaya  təbii  fəlakətlər  (sel,  vulkanlar,  sürüşmələr, 

zəlzələlər),  ekoloji  dəyişiklik  (meşələrin  qırılması,  səhralaşma,  torpaq  deqradasiyası,  qlobal 

istiləşmə)  və  insan  fəaliyyəti  ilə  əlaqədar  yaranan  fəlakətlər  (sənaye  qəzaları,  radioaktivlik) 

nəticəsində  miqrasiya  edən  insanlar  daxildir. Aydındır  ki,  fəlakətlərin  bu  müxtəlif  növləri  ilə 

insanların miqrasiyasının artması arasında sıx əlaqə vardır. Məsələn, sel və torpaq sürüşmələ-

rinin  təsiri  meşələrin  qırılması  və  kənd  təsərrüfatı  fəaliyyəti  ilə  daha  da  şiddətlənə  bilər. 

Fəlakətlər  nəticəsində  insanların  köçməsi  tendensiyalarını  və  qlobal  rəqəmləri  qiymətlən-

dirərkən  məcburi  miqrasiyanın  bu  kateqoriyasının  digərlərinə  nisbətən  daha  mübahisəli  və 

problemli olduğunu görürük (8). 

İntellektual  miqrasiya  -  buna  beyin  axını  da  demək  olar.  Bu  miqrasiya  növü  yaxşı 

təhsil  görmüş,  səriştəli,  seçilmiş,  peşəkar,  mütəxəssis  və  üstün  qabiliyyətliişçi  qüvvəsinin  ən 




Müasir dövr                                                                       223 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

məhsuldar  olduğu  vaxtda  yetişdiyi  az  inkişaf  etmiş  və  ya  inkişaf  etməkdə  olan  bir  ölkədən 



inkişaf etmiş bir ölkəyə könüllü olaraq işləmək və ya tədqiqat aparmaq üçün yer dəyişməsi və 

ya axını kimi müəyyən edilə bilər. Qıt və məhdud resursları ilə yetişdirdiyi qiymətli beyinləri 

(IQ'ları 130-dan yuxarı olan və ümumi əhalinin yalnız 2%-ni təşkil edir) itirən az inkişaf etmiş 

və ya inkişaf etməkdə olan kök ölkələrin inkişafı intellektual miqrasiya ilə daha da yavaşladığı 

halda, inkişaf etmiş  ölkələrin yetişmiş beyinlərə daha yüksək ödəniş  və daha yaxşı imkanlar 

təmin  etməsi  ilə  inkişafları  daha  da  sürətlənməkdədir.  Beyin  axını  ölkələr  arasındakı  inkişaf 

fərqinin daha da artmasına səbəb olur. Ölkələr üçün ən böyük sərvət istedadlı  və intellektual 

beyinlərdir.  Bunlar kəşf edilib işlənmədikcə heç olub gedə bilərlər. 

İntellektual miqrasiya qlobal problemdir. İnkişaf etmiş ölkələr arasında belə intellektual 

miqrasiya  olduqca  aktualdır.  Məsələn,  Kanada  və  İngiltərədən  ABŞ-a,  Almaniyadan  isə 

İsveçrə  və  Avstriyaya  beyin  miqrasiyası  müşahidə  olunur.  Dövlətlərin  inkişaf  etməsində, 

dövləti enerjisi tükənmiş bir bədən kimi gücsüz qoyan başlıca fakt, ağıl axınıdır. Beyin axını 

zamanı,  dövlət  müxtəlif  təbliğatlar  nəticəsində  qabiliyyətli  insan  sərmayəsini  inkişaf  etmiş 

ölkələrin ələ keçirməsinə göz yumur. Beyin axını, inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş 

ölkələrə etdiyi qarşılıqsız bir hədiyyə olub, inkişaf etməkdə olan ölkələrdə hər gedən beyin ilə 

ölkə düşünən beynini itirməkdədir. Beyin axını ölkələrə iqtisadi, sosioloji, siyasi və psixoloji 

cəhətdən təsir etməkdədir. İnkişaf etmiş ölkələr ixtisaslı işçi qüvvəsi çatışmamazlığının böyük 

hissəsini ən ucuz üsul olan beyin idxalı ilə qarşılamaqdadır. Bu prosesin işləməsində təbliğat 

əhəmiyyətli  yer  tutur.  İnkişaf  etməkdə  olan  ölkələr,  bu  müddətdə  yalnız  ixtisaslı  və  ağıllı 

beyinlərini itirmir eyni zamanda insan təhsili  üçün ağır iqtisadi yükü də yüklənir. Bu prosesi 

asanlaşdırma  pilləsi  olan  təbliğat,  cəmiyyət  üzərində  təmir  edilməsi  olduqca  zəhmətli  olan 

yaralar buraxmaqdadır. Şübhəsiz ki, tək səbəb təbliğat deyil, iqtisadi çatışmazlıqlar, məşğulluq 

əskikliyi kimi səbəblərdə insanların inkişaf etmiş ölkələrə miqrasiyasını sürətləndirməkdədir. 

İntellektual miqrasiyanın səbəbləri 6 qrupda toplana bilər: 

-  İqtisadi  səbəblər:  aşağı  ödəniş  siyasətinin  mövcudluğu;  vergi  dərəcələrinin  yüksək 

olması; iqtisadi qeyri-sabitliyin mövcudluğu; gələcək haqqında narahatlığın olması. 

-  Siyasi  səbəblər:  etnik  mənşə  fərqliliyi  və  ya  ayrılığı,  meydana  gəlməsi;  siyasi  qeyri-

sabitliyin meydana gəlməsi; siyasətin iş həyatına girib, ona nəzarət etməsi. 

- Elm və Texnologiya siyasətində səhvlər: tədqiqat və inkişafa əhəmiyyət verilməməsi; 

elm  və  texnologiyaya  dəyər  verilməməsi;  fikir  istehsalının  və  ixtiranın  gəlir  gətirməməsi  və 

dəstəklənməməsi; tədqiqat və inkişafa investisiya qoyuluşunun kifayət qədər təşviq edilməmə-

si; tədqiqat və inkişafa vergi güzəştlərinin qeyri-kafiliyi, və s. 

-  Təhsil  Sistemindəki  əyrilikləri:  təhsilə  ayrılan  vəsatinin  azlığı;  daimi  milli  təhsil 

siyasətinin yoxluğu; təhsildə imkan bərabərsizliyinin olması. 

-  İşsizlik:  universitet  məzunlarının  70%-inin  öz  peşələri  ilə  əlaqəsi  olmayan  işlərdə 

işləməsi; ən çox işsizliyin Universitet məzunları arasında olması; iş tapa bilməmək problemi. 

-  Xarici  Dildə  Təhsil:  xarici  dildə  təhsil  beyin  köçündə  katalizator  vəzifəsini  görür; 

xarici dildə təhsil qərbə pulsuz insan resursları hazırlamağa köməkçi olur (9) . 

Avropa  Birliyinə  (AB)  görə  "Beyin  axını"  iqtisadiyyat  və  siyasətdə  geriləmənin  ən 

əhəmiyyətli göstəricilərindən biridir, buna görə də köçə maneə törətmək üçün təhsilə daha çox 

sərmayə  qoymaq  lazımdır.  Uzunmüddətli  iqtisadi  artım  və  rifahın  müəyyənedici  amili 

təhsildir.  İnkişaf  etmiş  və  inkişaf  etməkdə  olan  ölkələrin  təhsil  sistemləri  və  siyasətləri  bir-

birindən çox fərqlidir. (10) 

Artan və ya durdurulamayan ağıl axını ölkələrin inkişafını təhdid edər və gələcəklərinin 

təhlükə  altına  alınmasına  səbəb  olar.  Ağıl  axınının  qarşısını  almaq  üçün  əvvəlcə  problemə 



224                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

əhəmiyyət  verilməli  və  təfəkkür  dəyişdirilməlidir.  İnsanların  rifah  səviyyəsi  artırılmalı  və 



həyat  standartları  yüksəldilməlidir.  Yerli  və  xarici  investisiyaların  önü  açılaraq  məşğulluq 

artırılmalıdır. Sahibkarlıq, istehsal, investisiya və idxal dəstəklənməlidir. İnkişaf etməkdə olan 

ölkələr  varlanmadıqca  beyin  köçünün  qarşısı  alına  bilməz.  Əhəmiyyətli  olan  əsas  məsələ 

beyin köçünü minimuma endirməkdir. Ölkələr arasındakı gəlir bölgüsü bərabərsizliyi məlumat 

istehsal etmə və istifadə etmə fərqliliklərindən yaranır. (11) 

Təhsilli insan sərmayəsinin kasıb ölkələrdən axını və ya qaçışı qərb dünyasının elm və 

iqtisadiyyatını  artırarkən,  köç  verən  ölkələrin  inkişaflarını  yavaşlatmaqdadır  və  ya  maneə 

törətməkdədir. Bu da ağıl axınının az inkişafa gətirib çıxardığını göstərir. Ağıl axınına maneə 

törətmək  və  ya  ona  nəzarət  etmək  yalnız  inkişaf  etməkdə  olan  ölkənin  əlində  deyil.  İnkişaf 

etmiş ölkələrdəki iş və imkanlar olduğu və daha yaxşı bir gələcək təklif edildiyi müddətcə ağıl 

axınıqaçınılmaz olaraq davam edəcəkdir. 

Kriminal  miqrasiya.  Ümumiyyətlə,  onu  məqsədi  cinayət  törətmək  olan  miqrasiya 

kimi müəyyən etmək olar. Bu təsnifata uyğun olaraq kriminal miqrasiya əhalinin kriminoloji 

səbəblərdən  dolayı  köçürülmə  miqrasiyasiyasına  aiddir.  Məhz  subyektiv  amil  (cinayət 

törətməyə  meyillilik,  cinayətlərin  sayı  və  ya  cinayət  fəaliyyəti  ilə  məşğul  olmaq)  kriminal 

miqrasiyanın  xarakterini  müəyyən  edir.  Əlbəttə,  bu  cür  miqrasiyanın  motivasiyası  fonunda 

kifayət  qədər  geniş  səbəblər  spektri  (tamahkarlıq,  intiqam,  siyasi  mülahizələr  və  s.)  göstərilə 

bilər,  lakin  cinayətkar  miqrant,  şübhəsiz,  başa  düşür  ki,  onunyaşayış  yerini  daimi  və  ya 

müvəqqəti olaraq dəyişməsi birbaşa onun kriminal fəaliyyəti ilə bağlıdır. 

Nəzəri  və  praktiki  cəhətdən  cinayətkarların  səlahiyyətli  orqanlardan  və  ya 

məsuliyyətdən qaçmaq üçün öz yaşayış yerlərini dəyişmələri halları ilə tez-tez rastlaşmaq olur. 

Bu  hadisəni  kriminal  miqrasiyaya  aid  etmək  olmaz,  çünki  onun  subyektiv  tərəfi  cinayətin 

törədilməsi səbəbi ilə yaşayış yerinin dəyişdirilməsindən köklü şəkildə fərqlənir. 

Başqa  sözlə,  kriminal  miqrasiya  məqsədyönlü  cinayət  fəaliyyəti  ilə  bağlı  anlayışları 

tərkibinə daxil edir. Cinayətkar fəaliyyətin xarakteri cinayətkarların  miqrasiyasını labüd edir. 

Kriminal  miqrasiyanı  müxtəlif  hadisələrin  kontekstində  nəzərdən  keçirmək  olar:  milli-etnik, 

sosial-iqtisadi,  siyasi,  demoqrafik.  Bu  cür  yanaşmalar  cinayətkarların  miqrasiyası  prosesinin 

əsas  cəhətlərinin  müəyyənləşləşdirilməsinə  yönəlmişdir  və  bu  da  onların  mənşəyinin  və 

məzmunun daha dərindən anlaşılmasına imkan verir. Belə ki, sosial-iqtisadi nöqteyi nəzərdən, 

kriminal  miqrasiya  kriminal  biznesinsosial  infrastrukturunun  kifayət  qədər  güclü  ayrılmaz 

hissəsidir.  Bu  birinci  yanaşmadır.  İkincisi,  qanuni  biznes  də  böyük  ölçüdə  kriminallaşdırıl-

mışdır,  belə  ki,  cinayətkarların  miqrasiyası  bu  və  ya  digər  ölkələrdə  iqtisadi  münasibətlərin 

bütün  sisteminin  vəziyyətinə  öz  təsirini  göstərir.  Üçüncüsü,  iqtisadi  inkişaf  miqrantların,  o 

cümlədən o qrupların axınına səbəb olur ki, birbaşa cinayətlərin törədilməsinə yönəlmişdir. 

Siyasi  aspektdə  isə  kriminal  miqrasiya  geosiyasi  amillərin,  eləcə  də  cinayətkarları 

özünə  cəlb  edən,  yerli  müharibələr  və  silahlı  münaqişələrintəsiri  ilə  bağlıdır.  Cinayətkar 

miqrantlar  bir  növ  dəstəyə  çevrilirlər,  hansı  ki,  siyasi  məqsədlərin  müəyyənləşdiriliməsində 

onlardan  bir  vasitə  kimi  istifadə  olunur,  xüsusilə  də  bu  vasitələri  zəruri  hallarda  qurban 

vermək olar. 

Kriminal  miqrasiyaya  kütləvilik  xarakterikdir.  Kriminal  miqrasiyanın  mobil  xarakteri 

cinayətkarlığın  və  ya  bunun  tam  əksinin  inkişafını  əks  etdirir.  Belə  ki,  birincisi,  kriminal 

miqrasiyanın  öyrənilməsi  cinayətin  vəziyyəti,  əlamətləri  haqqında  daha  dolğun  təsəvvür 

yaratmağa imkan verir, ikincisi isə, göstəricilərin, cinayət tendensiyalarının təhlili qismən də 

olsa  cinayət  məqsədilə  edilən  miqrasiyaların  xarakterini  göstərir.  Kriminal  miqrasiyanın 

cinayətkarlıqla  əlaqəsi  ona  xas  olan  əlamətlər  kimi  gizlilik  və  nisbi  məxfiliyin  adlarını 




Müasir dövr                                                                       225 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

çəkməyə əsas verir. Gizlilik kriminal miqrasiyasının obyektiv xüsusiyyətlərinə "yaxın" olaraq 



cinayət törədilməsi məqsədilə ərazi hərəkətlərinin özlərinin, eləcə də səbəblərinin gizli, təsbit 

olunmayan  xarakteri  ilə  ifadə  olunur.  Məxfiliyə  gəldikdə  isə  burada  vəziyyət  cinayətkarların 

bacarığından və hüquq mühafizə orqanlarının onlara qarşı hazırlığından daha çox asılıdır. 

Kriminalmiqrasiya "təbii" miqrasiya ilə müşayiət edilə bilər. Bu halda, cinayətkarların 

miqrant axınlarından öz cinayətkar məqsədlərini örtbas etmək üçün istifadə etmələrinə və bu 

faktın nə dərəcədə yayıldığına diqqət yetirmək olduqca vacibdir. 

Burada  belə  bir  maraqlı  sual  yaranır:  kriminal  texnologiyanın  ixracını  (idxalını) 

dakriminal  miqrasiyaya  aid  etmək  olarmı?  Hesab  edilir  ki,  bu  suala  müsbət  cavab  vermək 

lazımdır. Kriminal texnologiyalar xüsusilə cinayətlər törədilməsi məqsədilə ixrac və ya idxal 

edildiyi üçün deməli, bu cür hərəkətlər prinsipcə kriminal miqrasiya anlayışına aiddir, əlbəttə, 

bu cür miqrasiyanın məlumat (texnoloji) xarakteri daşıması göstərilməlidir. 

Beləliklə,  kriminal  miqrasiya  -  cinayət  törətmək  məqsədilə  şəxslərin  miqrasiyası, 

həmçinin  kriminal  texnologiyaların  hərəkəti  ilə  müşayiət  olunan  sosial,  nisbətən  kütləvi, 

ictimai təhlükəli fenomendir.  

XX  əsrin  ikinci  yarısı  üçün  beynəlxalq  miqrasiyanın  bütün  formaları  ilə  yanaşı, 

müstəqil  və  özünəməxsus  bir  təzahürü  -  əmək  miqrasiyası  meydana  gəlmişdir.  Bu  proses 

özünün  kütləvi  xarakterli  olması  ilə  fərqlənir  və  hal-hazırda  miqrasiya  axınlarının  əsasını 

təşkil  edir.  Bu  səbəbdən  əmək  miqrasiyası  dövlət  orqanlarının  və  beynəlxalq  təşkilatların 

diqqət mərkəzindədir (12, 263). 

Miqrasiya axınlarının istiqamətlərində stabillik müşahidə olunur və əksər hallarda onlar 

kəsişir. Burada miqrantları qəbul edən ölkənin imkanları, onun müasir dünyadakı yeri, tarixi, 

coğrafi və etnik kökləri həlledici əhəmiyyət kəsb edir. 

İşçi qüvvəsinin beynəlxalq miqrasiyasının beş istiqamətini ayırmaq olar: inkişaf etmək-

də olan ölkələrdən inkişaf etmiş ölkələrə miqrasiya;inkişaf etmiş ölkələr hüdudlarında miqra-

siya; inkişaf etməkdə olan ölkələr çərçivəsində miqrasiya; keçmiş sosialist ölkələrindən miqra-

siya; ixtisaslı işçilərin inkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə miqrasiyası. 

Əhalinin  miqrasiyasının  müxtəlif  formalarının  əsas  mənbəyi  kimi  daha  çox  sıxlığa 

malik və kasıb hissəsini təşkil edən inkişaf etməkdə olan ölkələr çıxış edirlər. 

90-cı  illərin  əvvəllərində  təkcə  Qərb  ölkələrində  25  milyona  yaxın  əməkçi  miqrant 

qeydə alınmışdı ki, onların da yarısını inkişaf etməkdə olan ölkələrdən gələn miqrantlar təşkil 

etmişdir. Almaniya Federativ Respublikası təkcə 1989-cu ildə bir milyondan çox miqrant qə-

bul edərək (o cümlədən, 720000 nəfəri ADR-dən gələn etnik almanı) kütləvi  miqrasiya ölkə-

sinə çevrilmişdir. Bu gün planetin 120 sakinindən biri miqrantdır. (13) 

Hüquqi statusuna görə də işçi qüvvəsinin beynəlxalq hərəkətinin 2 formasıleqalvə qeyri 

leqal  miqrasiyalar  vardır.  Bu  formalar  dünyada  geniş  vüsət  aldığı  üçünonların  üzərində  bir 

qədər geniş dayanmağı məqsədəuyğun hesab edirik. 



Leqal  miqrasiyalar qanunçuluq əsasında ölkədən ezamiyyətə, elmi konfranslarda işti-

rak etməyə, xidmət vəzifəsinin yerinə yetirilməsinə, daimi və ya müvəqqəti əmək müqaviləsi 

əsasında işləməyə gedənlərin hərəkətini özündə əks etdirir. 

Qeyri  –  leqal  miqrasiyalar  xəlvəti və ya qeyri – qanuni yollarla ölkədən çıxıb gedən 

insanların  hərəkətini  özündə  əks  etdirir.  Bura  həmçinin  leqal  olaraq  miqrasiya  etmiş,  lakin 

viza müddəti qutarmağına baxmayaraq həmin ölkədə yaşamağa davam edən immiqrantlar da 

aid edilir. Yalnız qeyri – leqal miqrasiyalar hesabına dövlətlər arasında münasibətlərin pişləş-

məsi, siyasi didişmələrin meydana gəlməsi özünü biruzə verir. BMT – nin məlumatlarına görə 

qeyri – leqal miqrasiyalar cinayətkar qruplar üçün gəlir mənbəyinə çevrilib. Artıq demək olar 




226                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

ki, bu bir növ dünya səviyyəsində gəlirli sahəyə çevrilib. Statistik məlumatlara görə dünyada 



hər  il  4  milyon  insan  cinayətkar  qruplar  vasitəsi  ilə  qeyri  –  leqal  olaraq  miqrasiya  edirlər. 

Bunların da çox hissəsini insan alverinə məruz qalacaq qadınlar təşkil edir.  

SSRİ  dağıldıqdan  MDB  ölkələri  kütləvi  miqrasiya  problemi  ilə  rastlaşdılar.  2004-cü 

ilin əvvəlində MDB ölkələrində leqal əmək  miqrantlarının sayı 500  min nəfərə yaxın olmuş-

dur  (14,  205).  Lakin  bəlli  olduğu  kimi,  MDB  ölkələrində  əmək  miqrantlarının  əksəriyyəti 

qeyri-leqal  fəaliyyət  göstərir  və  onların  sayı  təxminən  10  milyona  yaxındır.  Təkcə  RF  qeyri-

leqal miqratların sayı 3,5 mln. nəfərə qədərdir (13) . 

Bu gün MDB ölkələri qarşısında bu sahədə başlıca vəzifələrdən biri kimi miqrasiyanın 

hüquqi tənzimlənməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi çıxış edir. Məcburi miqrasiya 

problemlərinin həllinə yardım və Müstəqil Dövlətlər Birliyi ölkələrində vahid hüquqi ərazinin 

formalaşdirilması  məqsədilə  1993-cü  ildə  MDB  ölkələri  rəhbəri  tərəfindən  “Qaçqınlara  və 

köçkünlərə  yardım  haqqında”  Saziş  imzalanmışdır.  Bundan  başqa,  MDB  ölkələrində  əmək 

miqrasiya  siyasətinin  koordinasiyasına  cəhdlər  göstərilmişdir.  Belə  ki,  1994-cü  ildə  əmək 

miqrasiyası  sahəsində  və  əməkçi  –  miqrantların  sosial  müdafiəsinə  dair,  1998-ci  ildə  isə 

qanunsuz miqrasiya ilə mübarizə üzrə əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. 

Miqrasiyanın nəticələri müxtəlif özünü göstərir. Qeyd olunduğu kimi, onlar bəzi hallar-

da  münaqişələrin  mənbəyi  olaraq,  pozitiv  və  neqativ  xarakter  daşıyır.  Ona  görə  də  hazırda 

əhali miqrasiyasının tənzimlənməsi demoqrafik siyasətin çərçivəsindən çıxaraq yeni kompleks 

yanaşmaları, dövlətin və ictimai təşkilatların səylərinin birləşdirilməsini tələb edir (15, 29) . 

Miqrasiya  proseslərinə  nəzarət  edilməsi  dünya  ölkələrinin  ictimai-siyasi  sabitliyinin 

qorunmasında  böyük  rol  oynayır.  Əks  halda  miqrasiya  siyasətinin  tənzimlənməsi  və  bu 

proseslərlə  bağlı  qəbul  olunan  qanunlar  səmərəsiz  ola  bilər.  Miqrant  axınlarının  cəmiyyətin 

sosial infrastrukturuna və vəziyyətinə təzyiqi nəticəsində yaranan təhlükələr müasir Avropanın 

ən mürəkkəb problemləri sırasındadır. 

Müasir  dövrdə  əhalinin  miqrasiyasının  son  dərəcə  intensivləşməsi,  onun  strukturu, 

funksiya,  forma,  mənbə  və  tipologiyasında  baş  verən  dəyişikliklər  dünyanın  bütün  ölkələri 

üçün  miqrasiya  şəraitinin  dinamik  şəkildə  yeniləşməsinə  səbəb  olur.  Bu  nəticədə  dəyişən 

miqrasiya  reallığına  uyğun  şəkildə  hər  bir  dövlətin  müvafiq  təhlükəsizlik  siyasətinin  həyata 

keçirilməsini məsələsini ortaya çıxarır. 

Beləliklə, miqrasiyanın mahiyyətini və ictimai əhəmiyyətini insanın aktivliyinin müxtə-

lif  təzahürləri  baxımından  nəzərdən  keçirdik.  Miqrasiya  anlayışının,  onun  növlərinin  nəzəri 

təhlili  onu  göstərir  ki,  müasir  dünyada  qloballaşma  şəraitində  baş  verən  miqrasiya  proseslə-

rinin tədqiqi və tənzimlənməsiolduqca vacibdir. 

 

ƏDƏBİYYAT: 

 

1.

 



Taylan Akkayan, Göç ve Değişme, İstanbul: Edebiyat Fakültesi Basımevi, 1979, 

311s. 


2.

 

Бреева Е. Б. Основы демографии.Москва: Дашков и К



о

,2004, 352 с. 

3.

 

Əliyev Ə. Müasir beynəlxalq hüquqda insan hüquqları, əhali və miqrasiya 



problemləri. Bakı: Qanun,2007, 488s. 

4.

 



Гольдин Г. Миграция населения: проблемы политико-правового 

регулирования. Автореферат дис. на соиск. уч. ст. док. полит. наук. Москва, 2001, 46 с. 

5.

 

Миграция и национальная безопасность. II выпуск, Москва: Юристь, 2003, 



314 с. 


Müasir dövr                                                                       227 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

6.



 

http://www.hakkinda-bilgi-nedir.com/goc-nedir+goc-hakkinda-bilgi 

7.

 

 http://demoscope.ru/weekly/2002/071/tema01.php 



8.

 

 http://www.forcedmigration.org/about/whatisfm 



9.

 

http://beyin-gocu.nedirogren.com/ 



10.

 

www.ogu.edu.tr/images/.../200933112156.doc 



11.

 

http://okul.selyam.net/docs/index-25205.html?page=4 



12.

 

Massey D.S. The Social and Economic Origins of immigration // The Annals of 



the American Academy of Political and Social Science. 1990, July, vol 410. 367p. 

13.


 

Трудовая миграция в странах СНГ и защита прав трудящихся-мигрантов / 

Доклад на Национальном форуме “Настоящее и будущее народонаселения Россия.” 

Москва, 2004, 6с. 

14.

 

Материалы международной конференции по проблемам перемешенных 



внутри страны лиц. Москва: Наука, 2002, 431 с. 

15.


 

Sərdarov M. Qloballaşma və miqrasiya siyasəti. Bakı:Təknur,2010, 124s.  



 

Г.И.ИБРАГИМОВА 

Н.ЯГУБОВА 

 

ПРОБЛЕМА МИГРАЦИИ НАСЕЛЕНИЯ, ВИДЫ МИГРАЦИИ 

 

Статья посвящена исследованию проблема миграции населения, виды миграции. 



К  настоящему  времени  миграционный  прилив,  спровоцированный  этим  распадом  и  в 

значительной  мере  носивший  спонтанный  характер,  завершился,  обозначая  переход  к 

качественно  иному  этапу  развития,  когда  обеспечение  притока  населения  требует 

целенаправленных управляющих воздействий.  

Сложным  социальным  явлением,  тесно  связанным  с  изменением  структуры  и 

размещением  трудовых  ресурсов,  повышением  социальной  мобильности  населения, 

является миграция. Миграция населения - это процесс перемещения людей через грани-

цы тех или иных территорий со сменой постоянного места жительства либо с регуляр-

ным  возвращением  к  нему.  Это  явление  способствует  обмену  трудовыми  навыками, 

опытом и знаниями, развитию личности, влияет на семейный состав, половозрастную и 

профессионально-квалификационные структуры, ведет к обновлению кадров, непосред-

ственно  связано  с  социальной,  отраслевой и  профессиональной  мобильностью  населе-

ния. 

G.İ.İBRAHIMOVA 

N.YAQUBOVA 

 

THE PROBLEM OF MIGRATION, SPECIES MIGRATION 

 

The article investigates the problem of migration, species migration. To date, the tide of 



migration  triggered  by  the  collapse  of  these  and  largely  worn  spontaneous,  completed, 

indicating  a  transition  to  a  qualitatively  different  stage  of  development,  when  ensuring  the 

flow of the population requires targeted control actions. 

Migration  is  complex  social  phenomenon  that  is  closely  related  to  changes  in  the 

structure  and  placement  of  human  resources,  increasing  social  mobility.  Migration  of  the 

population - is the process of moving people across borders of certain areas with a change of 




228                                                                            Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

residence or with a regular return to it. This phenomenon contributes to the exchange of labor 



skills,  experience  and  knowledge,  personal  development,  influences  family  composition,  age 

and  gender  and  skill  mix,  leading  to  update  the  frame  is  directly  related  to  social,  industrial 

and occupational mobility of the population. 

 

Rəyçilər: t.ü.f.d. S.Qasımova, t.e.d.A.C.İsgəndərov 



Bakı Dövlət Universiteti, “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının 

31.05.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №07). 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə