23 noyabr 2016-cı il, çərşənbə 5



Yüklə 93,24 Kb.
Pdf görüntüsü
tarix17.10.2017
ölçüsü93,24 Kb.
#5272


23 noyabr 2016-cı il, çərşənbə

5

 

ˆ

Ümumən, dünya elminin, xüsusən də türk 



dünyasının böyük elmi hadisəsi olan I Bakı Türkoloji 

Qurultayı tarix kimi də, müasirlik baxımından da mühüm 

əhəmiyyətə malikdir. 1926-cı ilin 26 fevralından 5 martına 

kimi Azərbaycanda keçirilmiş I Türkoloji Qurultay həm də 

türk xalqlarının elmi-mədəni birliyinə, ortaq milli-mənəvi 

dəyərlərinin inkişaf etdirilməsinə, inteqrasiya proseslərinin 

dərinləşdirilməsinə geniş üfüqlər açan ictimai hadisə idi. 

Türkologiyanı böyük və sis-

temli elmi təlim kimi təqdim edən 

Bakı Türkoloji Qurultayı o zaman 

beynəlxalq miqyasda da böyük əks-

səda doğurmuşdu. Bu, Azərbaycanın 

dünya türkologiyasına, geniş mənada 

ümumdünya elminə çox qiymətli 

töhfəsi idi. Birinci Türkoloji Qu-

rultay türk dünyasının çoxəsrlik 

tarixinin və böyük gələcəyinin elmi 

cəhətdən tədqiq edilib öyrənilməsinin 

möhtəşəm proqramını vermişdi. 

I Türkoloji Qurultay, ilk növbədə, 

türk dünyasının inkişafında baş 

vermiş böyük mədəniyyət hadisəsi 

idi. Qurultay türk dünyasının mədəni 

birliyinin və mənəvi bağlılığının 

yeni tarixi epoxadakı vəzifələrini 

diqqət mərkəzinə çəkən böyük elmi 

forum idi. Bu qurultay XX əsrin 

əvvəllərində türkoloji elmi-mədəni 

mühitin ən aktual məsələlərinə: 

dilçilik, latın əlifbası, orfoqrafiya, 

tarix, ədəbiyyat, folklor, incəsənət, 

etnoqrafiya, terminologiya, metodika 

sahələrində ən aktual problemlərin 

həllinə, mövcud səviyyəsinə və in-

kişaf etdirilməsi yollarına işıq salan 

mühüm baxışlar sisteminin əməli-

nəzəri ifadəsi idi. Türk dünyası 

sistemində mədəni inteqrasiyanın və 

maarifçiliyin nəzəri əsaslarının və 

təcrübi-əməli imkanlarının müəyyən 

edilib istiqamətləndirilməsində I 

Türkoloji Qurultay böyük rol oyna-

mışdı. 

Birinci Türkoloji Qurultayın 



17 iclasında dinlənilib müzakirə 

edilən 38 məruzədə humanitar və 

ictimai elmlərin, türkologiyanın ən 

aktual problemləri əhatə olunmuş 

və konkret təkliflər irəli sürülmüş, 

mühüm qərarlar qəbul edilmişdi. Bu, 

planetin bərabərhüquqlu üzvü olan 

türk xalqlarının milli-mənəvi varlı-

ğının və gələcəyinin qurultayı idi. 

Ümumiyyətlə, türkologiyanın bütün 

genişliyi ilə beynəlxalq miqyasda 

inkişaf etdirilməsi baxımından I Bakı 

Türkoloji Qurultayının müzakirələri 

və direktivləri xüsusi əhəmiyyətə 

malikdir. 

Qurultayda keçmiş Sovetlər 

Birliyində yaşayan türkdilli xalq-

ların, Avropa türkologiyasının 

nümayəndələrinin təmsil olunması, 

Türkiyə və İran ziyalılarının iştira-

kının təmin edilməsi əhatə olunan 

türkoloji mühitin genişliyini, miqya-

sını aydın şəkildə təsəvvür etməyə 

imkan verir. Coğrafi cəhətdən ya-

naşsaq, I Türkoloji Qurultay Böyük 

Çöl və Bozqır landşaftında yaşayan 

xalqların əksəriyyətinin görkəmli 

nümayəndələrinin təmsil edildiyi 

nadir elmi toplantı olmuşdur. 

Birinci Türkoloji Qurultay türk 

xalqları kimi, türkologiyanın da 

böyük coğrafiyasını bütün genişliyi 

və zənginliyi ilə əks etdirmişdi. Elmi 

fikrin və coğrafi mühitin genişliyi bu 

forumu böyük elm hadisəsinə çevir-

mişdi. Bu, türkologiyanın elmi coğra-

fiyası, türk xalqları coğrafiyasının isə 

türkologiyasıdır. Bu, Böyük Çöl və 

Bozqır landştaftı və mədəniyyətinin 

bütövlüyünün elmi-nəzəri əsaslarının 

bəyannaməsidir. Bu məclisin elmi-

nəzəri irsi türk dünyasının dünya 

türkologiyasına möhtəşəm töhfəsidir. 

Bu toplantı dünya türkoloji mühitində 

Azərbaycanın yerini və mövqeyini 

göstərən şərəfli tarixdir. 

Ölkələr üzrə I Türkoloji Qurulta-

yın nümayəndə heyətləri həmin xalq-

ların tanınmış, görkəmli alimlərindən 

və ictimai xadimlərindən ibarət olub, 

türkologiyanın müstəqil elm sahəsi 

kimi nə qədər böyük potensiala 

malik olduğunu bütün reallığı ilə 

əks etdirirdi. Məlum olduğu kimi, 

I Türkoloji Qurultayda Türkiyə 

Cümhuriyyəti 4 nəfərlik nümayəndə 

heyəti (onlardan 1 nəfəri alman 

və 1 nəfəri macar alimi olmaqla), 

Rusiya Federasiyası 48, Almaniya 2, 

Qazaxıstan 4, Özbəkistan 11, İran 1, 

Türkmənistan 4, Qırğızıstan 2, Gür-

cüstan 5, Ermənistan 2 təmsilçi ilə 

iştirak etmişdi. Mərkəzi hökumətlə 

razılaşdırmaqla Türkoloji Qurul-

tayda Tatarıstan 10, Başqırdıstan 5, 

Dağıstan 6, Krım tatarları 5 nəfərlik 

ayrıca nümayəndə heyəti ilə təmsil 

olunmuşdu. 

Qurultay Azərbaycan Mil-

li Elmlər Akademiyası Rəyasət 

Heyətinin yerləşdiyi binanın böyük 

salonunda keçirilmişdi. Birinci 

Türkoloji Qurultayda Azərbaycanı 

Səmədağa Ağamalıoğlu, Fərhad 

Ağazadə, Ruhulla Axundov, Hənəfi 

Zeynallı, Həbib Cəbiyev, Mustafa 

Quliyev, Nikolay Aşmarin, Əziz Qu-

baydullin, Xalid Səid Xocayev, Bəkir 

Çobanzadə, Cabbar Məmmədzadə, 

Zifeldt-Simumyaqi, Artur Rudolfo-

viç, Pənah Qasımov, Müseyib İlya-

sov, Cəlil Məmmədzadə, Ayna Sulta-

nova, Fərid Xurşid, Həmid Sultanov, 

Mirzə Davud Hüseynov, Hüseyn 

Musayev, Əhməd Pepinov, İbrahim 

Rza Şəbüstəri və Həsən Musayevdən 

ibarət nüfuzlu, beynəlmiləl heyət 

təmsil etmişdi. Mənbələr təsdiq edir 

ki, Azərbaycandan qurultayda rəsmi 

siyahıya daxil edilməyən, müəyyən 

təkliflər əsasında dəvət olunan 

tanınmış ziyalılar, elm adamları və 

yazıçılar – görkəmli Azərbaycan 

şairi və dramaturqu Hüseyn Cavid, 

tanınmış tədqiqatçılardan Vəli Xuluf-

lu, Salman Mümtaz, İsmayıl Hikmət, 

Əli Nazim, Əmin Abid və başqaları 

da  iştirak etmişdilər.

Azərbaycan hökuməti Türkiyədən 

Əlibəy Hüseynzadə, Mehmet Fuad 

Köprülüzadə; Rusiya Federasiyasın-

dan Vasili Bartold, Sergey Malov, 

Aleksandr Miller; Ukraynadan 

Aqafangil Krımski; Qazaxıstandan 

Əhməd Baytursunov, Əziz Bayseyi-

dullin, Bilal Suleyev; Özbəkistandan 

Mixail Qavrilov, Aşurəli Zahiri; 

Türkmənistandan Bekki Berdıyev, 

Həşim Perenqliyev; Gürcüstandan 

Hikmət Cövdətzadə, Bassariya Si-

mon, Rzaqulu Nəcəfov; Tatarıstandan 

Qaley Əbdürrəhimov, Səttar Arifullin, 

Sabah Alnaqubov; Başqırdıstandan 

Qabdiləhəl Vilqadonov, Həbibbulla 

Qabibov, Kərim İdelqujin; Almaniya-

dan Radebold Valter  kimi tanınmış 

türkoloqları məclisə dəvət etmişdi. 

Qaraçay Umar Aliyev, yakut İsidar 

Baraxov, çuvaş Pamel İvanov, xakas 

Nikolay Ratanov, inquş Zaurbek 

Malsatov, çeçen Xalid Oşayev, oryot 

Aleksey Savaşkin, adigey Səfərbəy 

Siyuxov, balkar İbrahim Usbayev, 

noqay Əbdülhəmid Canibekov, avar 

Əbdüllətif Şamxalov da qurultay 

iştirakçıları arasında olmuşdular. 

Birinci Türkoloji Qurultayda 

Azərbaycan ziyalıları geniş tərkibdə 

təmsil edilmişdilər. Qurultaya aid 

fotoşəkillərdən Abdulla Şaiqi və Əziz 

Şərifi də tanımaq mümkün olur. Bu 

böyük elmi forumun Azərbaycandan 

olan təmsilçilərinin, rəsmi və qeyri-

rəsmi şəkildə iştirak edənlərin tam 

siyahısını müəyyən etmək qarşı-

da duran vəzifələrdən biridir. Bu, 

Azərbaycanda türkologiya elminə 

olan marağı ifadə etməklə bərabər, 

XX əsrin əvvəllərində Azərbaycan 

ziyalılığının inkişaf səviyyəsini aydın 

şəkildə təsəvvür etmək baxımından da 

əhəmiyyətlidir. 

Birinci Türkoloji Qurultayın Ba-

kıda keçirilməsi Azərbaycanın həmin 

dövr üçün geniş mənada türkologiya-

nın əsas mərkəzlərindən biri olduğu-

nu göstərir. Bundan əvvəl, 1920-ci 

ildə Şərq Xalqlarının I Qurultayı da 

Bakıda keçirilmişdi. Həmin mötəbər 

tədbir nəticəsində Azərbaycanın türk-

müsəlman dünyasında əhəmiyyətli 

mövqeyi və böyük intellektual poten-

sialı diqqəti cəlb etmişdi. Azərbaycan 

ziyalılarının Şərq xalqlarının qurulta-

yında və türkoloji qurultayda yaxın-

dan və fəal iştirakı ölkəmizdə yalnız 

dilçilik mənasında deyil, ədəbiyyat, 

tarix, mədəniyyət, folklor, etnoqrafiya 

və maarifçilik miqyasında böyük elmi 

və yaradıcı qüvvələrin yetişib forma-

laşdığını da nümayiş etdirmişdi.

 Digər ölkələrdən olan 

təmsilçilərin əhəmiyyətli fikir və 

təkliflərinin dəyərini heç də azalt-

madan qeyd etmək lazımdır ki, 

Azərbaycan nümayəndələrinin 

qaldırdıqları məsələlər, irəli 

sürdükləri ideyalar hər iki qurultayın 

ana xəttinin müəyyən edilməsində 

mühüm rol oynamışdı. Eyni zaman-

da, Azərbaycanın elm, ədəbiyyat 

və mədəniyyət xadimlərinin türk-

müsəlman dünyasının, şərqşünaslıq 

və türkologiya elminin görkəmli 

nümayəndələri ilə təması, əlaqələri 

baxımından da Şərq xalqlarının qu-

rultayı və türkoloji qurultay mühüm 

əhəmiyyət kəsb etmişdi. Ümumilikdə 

isə I Türkoloji Qurultay türk dün-

yasında elmi-mədəni inteqrasiya ilə 

yanaşı, beynəlxalq miqyasda türko-

logiyanın inkişafına da qüvvətli təsir 

göstərmişdi. 

Türkologiyanın yüksək inkişafı 

və türk dünyasında başlanan güclü 

inteqrasiya prosesləri qurultaydan 

sonrakı yeni türkoloji axını forma-

laşdırmışdır. Bu yeni dalğa dünyada 

XIX əsrdən başlanan və XX əsrin 

əvvəllərində sürətlə dərinləşən milli-

mənəvi özünüdərk və mədəni inteqra-

siya proseslərinin türkoloji mühitdəki 

əks-sədası idi. Sağlam milli və elmi 

əsasları olan həmin axının ideyasın-

da hər hansı qarşıdurma, çəkişmə, 

ixtilaf, inkarçılıq meyli yox idi. 

Əksinə, I Türkoloji Qurultay geniş 

mənada türkologiyanın dünya elmi 

fikrinin üzvü tərkib hissəsi olduğunu 

göstərmişdir. Türk mənşəli xalqların 

nümayəndələrindən başqa, qurultay-

da rus, alman, macar, gürcü, yəhudi, 

abxaz, çərgəz və başqa xalqların 

nümayəndələrinin də təmsil olunması 

məclisin böyük elmi hadisə olduğunu 

bir daha təsdiq edir. İştirakçıların 

əhatə etdiyi coğrafiyanın genişliyi 

beynəlxalq miqyasda türkologiyaya 

olan marağın miqyasını təsəvvür 

etməyə imkan verir. 

Birinci Bakı Türkoloji Qurulta-

yının tribunasında “Müasir vəziyyət 

və türk xalqları tarixinin araşdırılma-

sının ən yaxın vəzifələri” (akademik 

Bartold); “Türk-tatar xalqlarında 

tarixi ədəbiyyatın inkişafı” (Qubay-

dullin); “Türk tayfalarının etnoqrafik 

tədqiqinin müasir vəziyyəti və ən 

yaxın vəzifələri” (Rudenko); “Anado-

lu və Balkan türklərinin etnoqrafiyası-

nın tədqiqinin müasir vəziyyəti və ən 

yaxın vəzifələri” (Messaroş), “Qafqaz 

türklərinin etnoqrafik tədqiqinin ən 

yaxın vəzifələri” (Çursin); “Türk 

ləhcələrinin yaxın qohumluğu 

haqqında” (Bəkir Çobanzadə); 

“Altay dillərinin qarşılıqlı qohum-

luğu məsələlərinin tarixi və müasir 

vəziyyəti” (Poppe);  “Türk dillərinin 

tədqiqinin müasir vəziyyəti və ən 

yaxın vəzifələri” (Samoyloviç); 

“Qədim türk dillərinin tədqiqi” 

(Malov); “Türkologiyanın keçmişi 

və onun hazırkı vəziyyəti haqqında 

bəzi məlumatlar” (Aşmarin); “Türk 

dillərində elmi terminologiyanın 

yaranması prinsipləri haqqında” (Zi-

feldt); “Ərəb və latın şrift sistemləri 

və onların türk-tatar xalqları üçün 

tətbiqi məsələləri” (Alimcan Şərif); 

“Türk xalqlarında ədəbi dilin inkişafı” 

(Fuad Köprülüzadə); “Türk dilində 

imla qaydaları” (Fərhad Ağazadə); 

“Qərbin iki dastanında türk” (Əli bəy 

Hüseynzadə) kimi önəmli mövzular 

gündəmə gətirilmişdi.

Türkoloji Qurultayda dinlənən 

məruzələr elmi cəhətdən yüksək 

nəzəri səviyyəsi və aktuallığı ilə 

səciyyələnir. Məruzələrin heç 

birində kəskin millətçi, şovinist 

baxışlara yol verilməmişdir. Lakin 

məruzələrdə ortaq köklərə ma-

lik qohum xalqların milli-mənəvi 

dəyərləri əks etdirilmişdi. Bu isə türk 

dünyasının, son nəticədə isə dün-

ya elm və mədəniyyətinin daha da 

zənginləşməsinə, inkişafına xidmət 

edirdi. Buna baxmayaraq, hakim 

sovet ideologiyasının prinsiplərinə 

uyğun gəlmədiyi üçün həmin türkolo-

ji elmi axın Sovet İttifaqının ictimai-

siyasi mühitində böyük vahimə və 

şübhə ilə qarşılanmış, sonralar ağır 

repressiyalara səbəb olmuşdur. 

Əslində, yeni böyük sivilizasi-

yanın yaranmasına təkan verəcək bu 

prosesə hakim ideologiya pantürkizm, 

panislamizm baxımından yanaşaraq, 

sağlam düşüncəni arxa plana keçir-

mişdir. Ona görə də milli-mənəvi 

yaxınlığın və birliyin yarada biləcəyi 

bütövlüyə ümumi mədəni inkişafın 

bir parçası səviyyəsində yox, mövcud 

ideoloji meyarların tərs mütənasibi 

kimi baxılmışdır. Bunun nəticəsidir 

ki, I Türkoloji Qurultayın, demək olar 

ki, Sovet İttifaqından olan bütün əsas 

iştirakçıları ciddi təqiblərlə üzləşmiş, 

həbs cəzasına məhkum edilmiş, 

sürgünə göndərilmiş, ölüm hökmünün 

qurbanı olmuşlar. 

Beləliklə, ümumtürk coğrafi-

yasını əhatə edən Böyük Çöl land-

şaftı mədəniyyəti ortaq dəyərlər və 

elm baxımından, sanki, dünyadan 

qoparılmış, bütövlük və harmoni-

ya pozulmuşdur. Lakin nə qədər 

çətin olsa da, I Türkoloji Qurultayın 

ideyaları, çağırışları yaşamış, sonrakı 

dövrlərdə milli-mənəvi dəyərlərin, 

milli mədəniyyətlərin və ədəbiyyatın 

inkişafında, elmi-mədəni inteqrasi-

yanın formalaşmasında mühüm rol 

oynamışdır. Qurultayda qaldırılan 

latın əlifbasına keçid məsələsi XX 

əsrin əvvəllərində Azərbaycanda və 

Türkiyədə tətbiq olunmuşdur. Sonra-

dan Sovet İttifaqı daxilində bu proses 

dayandırılsa və fərqli kiril əlifbası ilə 

əvəz olunsa da, müstəqillik epoxa-

sında latın əlifbası ideyası yenidən 

dirçəldilmişdir.

 Hazırda Azərbaycanda, 

Türkiyədə, Özbəkistanda və 

Türkmənistanda rəsmi olaraq latın 

əlifbasından istifadə olunur. Qaza-

xıstan isə latın əlifbasına keçmək 

haqqında qərar qəbul etmişdir. 

Görkəmli dövlət xadimi, ümummil-

li lider Heydər Əliyevin 1 avqust 

2001-ci il tarixli xüsusi fərmanı ilə 

Azərbaycanda latın əlifbasına tam 

keçidin təmin edilməsi I Türkoloji 

Qurultayın ideyalarının müstəqillik 

qazanmış ölkəmiz üçün nə qədər 

aktuallıq və müasirlik kəsb etdiyi-

ni nümayiş etdirir. Eyni zamanda, 

3 oktyabr 2009-cu ildə Türkdilli 

Ölkələrin Dövlət Başçılarının Naxçı-

van sammitində Türkdilli Dövlətlərin 

Əməkdaşlıq Şurasının yaradılması 

və səmərəli fəaliyyəti də yeni tarixi 

epoxada I Türkoloji Qurultayın 

ideyalarının işığında meydana çıxan 

mühüm tarixi hadisə olub türk 

xalqları coğrafiyasında elmi-mədəni 

inteqrasiyanın inkişaf etdirilməsində 

mühüm hadisəyə çevrilmişdir. 

Beynəlxalq Türk Akademiyasının 

dilçilik, ədəbiyyat, arxeologiya və 

folklorşünaslıq baxımından apardığı 

çoxaspektli işlər, həyata keçirdiyi 

əhəmiyyətli layihələr türk xalqlarının 

daha da yaxınlaşmasına, ümum-

dünya elmi-mədəni proseslərində 

aktiv iştirakında şərait yaradır. 

Beynəlxalq Türk Akademiyasının 

layihəsi kimi türkdilli ölkələrin orta 

ümumtəhsil məktəblərində tədris 

olunmaq üçün qəbul edilmiş “Ortaq 

türk tarixi” dərsliyinin nəşr edilməsi 

və istifadəsinə start verilməsi, “Ortaq 

türk ədəbiyyatı” və “Ortaq türk coğ-

rafiyası” dərsliklərinin hazırlanmasına 

başlanılması da yeni tarixi epoxa-

da müasir türkologiyanın mühüm 

nailiyyətlərindən sayılmağa layiq 

hadisədir. 

Keçmiş Sovet İttifaqı dövründən 

“Sovetskaya türkologiya” adı ilə 

Bakıda buraxılmış  elmi jurnalın 

müstəqillik illərində daha geniş elmi 

istiqamətləri əhatə etməklə, yüksək 

poliqrafik səviyyədə “Türkologi-

ya” adı ilə nəşr edilərək beynəlxalq 

aləmdə və türk dünyasında yayıl-

ması Azərbaycanın əsas türkoloji 

mərkəzlərdən biri olduğunu nü-

mayiş etdirir. Türkdilli Dövlətlərin 

Əməkdaşlıq Şurasının ardıcıl və 

məqsədyönlü fəaliyyətinin davamı 

olaraq Bakıda Mədəni İrs Fondu-

nun işə başlaması müasir şəraitdə 

ortaq mədəniyyətlərin birgə inkişaf 

etdirilməsinə daha bir imkan yaradır. 

Eyni zamanda, 29 iyun 2015-ci ildən 

türk dünyasının Elmlər Akademiyaları 

Assosiasiyasının fəaliyyət göstərməsi 

ilə elm sahəsində ortaq tədqiqatların, 

birgə ekspedisiyaların, müştərək 

konfransların təşkili və həyata 

keçirilməsi prosesləri ardıcıl xarakter 

almışdır. Bütün bunlarla bərabər, türk 

xalqları üçün ortaq latın əlifbasının 

qəbul olunması və vahid terminologi-

yanın formalaşdırılması qarşıda duran 

əsas vəzifələrdən biridir. Türk xalqla-

rının elmi mühitini əhatə edən xüsusi 

elmi jurnalın təsis edilməsi də müasir 

mərhələdə türkologiyanın inkişafında 

yeni dalğa yarada bilər. 

Azərbaycan Respublikasının 

Prezidenti İlham Əliyevin “Birinci 

Türkoloji Qurultayın 90 illik yubile-

yinin keçirilməsi haqqında” 18 fevral 

2016-cı il tarixli sərəncamı böyük ta-

rixi hadisə olan I Türkoloji Qurultayın 

zəngin irsini və dərslərini müstəqillik 

dövrü epoxasının işığında müasirlik 

baxımından bir daha yenidən tədqiq 

edib ümumiləşdirməyə, ictimai və 

elmi cəhətdən qiymətləndirməyə 

və nəticələr çıxarmağa, yeni inki-

şafa nail olmağa, müasir vəzifələri 

müəyyənləşdirməyə böyük meydan 

açır. Birinci Türkoloji Qurultayın 90 

illik yubileyi tədbirlərinin Türkiyədə, 

Macarıstanda, Qazaxıstanda, Tatarıs-

tanda da keçirilməsi elmi-mədəni in-

teqrasiya proseslərinin daha da inkişaf 

etdirilməsində ölkəmizin xüsusi rola 

malik olduğunu nümayiş etdirir. 

Müstəqillik illərində Azərbaycan 

Respublikasının türkdilli dövlətlərlə, 

türk xalqları ilə geniş və hərtərəfli 

əlaqələr qurması və inteqrasiya 

proseslərində yaxından və fəal 

iştirak etməsi türk dünyasında 

birlik və əməkdaşlığın inkişaf edib 

möhkəmləndirilməsinə sanballı 

töhfələr verir. Ümumiyyətlə, I Tür-

koloji Qurultayın 90 illiyinin yüksək 

səviyyədə qeyd olunması və keçilmiş 

yolun, elmi ənənələrin araşdırılıb 

öyrənilməsi, müasir vəzifələrin 

müəyyən edilməsi Azərbaycanda və 

türk dünyasında, ümumən, beynəlxalq 

aləmdə ictimai və humanitar elmlərin, 

o cümlədən türkoloji elmlər sis-

teminin bütün yönləri ilə inkişaf 

etdirilməsi yoluna işıq salır.

Bu böyük elmi-mədəni hadisənin 

tarixi dərsləri mədəniyyətlərin dia-

loquna, qarşılıqlı münasibətlərin və 

əməkdaşlığın daha da genişlənməsinə 

böyük imkanlar yaradır. Bu isə öz 

növbəsində dünya elminin daha da 

zənginləşdirilməsinə, beynəlxalq 

inteqrasiya proseslərinin hədəflərinə 

doğru yeni üfüqlərin açılması 

deməkdir. 



İsa HƏBİBBƏYLİ, 

Azərbaycan Milli Elmlər 

Akademiyasının  

vitse-prezidenti, akademik

Birinci Türkoloji Qurultay – 90

Türkologiya elminin böyük 

təməli və müasir dövr

Cəfəng fikirlər:

 Serj Sarkisyana xas məntiqsizliyin yaratdığı yalanlar

 

ˆ

Bu günlərdə Azərbaycan Prezidentinin cəbhə bölgəsinə 



səfər edərək,  ordunun döyüş hazırlığı ilə tanış olması kütləvi 

informasiya vasitələrində, siyasi dairələrdə ciddi reaksiya yaradıb. 

Ermənilər bərk təşvişə düşüblər. İlham Əliyev Azərbaycan 

Ordusunun gücü, aprel hadisələrinin əsl mahiyyəti və Silahlı 

Qüvvələrin qarşısında duran vəzifələr haqqında dürüst, obyektiv 

və nikbin fikirlər söyləyib. Dərhal Serj Sarkisyan jurnalistlərə 

müsahibə verərək, Azərbaycana növbəti böhtanlarını atmağa 

başlayıb. Lakin bunu o dərəcədə məntiqsiz və absurd formada 

edib ki, dediklərinə sadəlövhləri belə inandıra bilməyib. Hiss 

olunur ki, Ermənistan rəhbərliyi reallıq hissini tamamilə 

itirərək, rabitəsiz cümlələr quraşdırmaq səviyyəsinə enib. Ancaq 

vəziyyətin belə olmasının özü region üçün təhlükədir. Çünki 

bu hakimiyyətin atacağı addımları proqnozlaşdırmaq mümkün 

deyil. Elə addımlar atıla bilər ki, bütövlükdə region məhvə doğru 

sürüklənər, qeyri-müəyyənlik maksimum səviyyəyə qalxar.

Sarkisyan uydurduğu yalanlarla  

hakimiyyətinin ömrünü 

uzatmağa çalışır 

Serj Sarkisyanın adətən həqiqətləri 

təhrif etdiyi hamıya məlumdur. Ancaq o, hər 

dəfə ağzını açanda, elə absurd və məntiqsiz 

cümlələr işlədir ki, psixologiyasının yalan 

danışmaqdan xeyli pozulduğunu görmək 

olur. S.Sarkisyanın son iki müsahibəsində 

bu tezisi sübut edəcək kifayət qədər ifadələr 

vardır. Onun Azərbaycan Prezidenti İlham 

Əliyevin Ermənistan silahlı qüvvələri ilə 

ön xətdə yerləşən bölgəyə səfəri zamanı 

verdiyi bəyanatlara reaksiyası son dərəcə 

qeyri-səmimi və qərəzli bir adam olduğunu 

göstərir. Başdan-ayağa böhtan və uydurma 

fikirlərlə dolu olan həmin müsahibələrində 

erməni prezident, ümumiyyətlə, bütün dünya 

ictimaiyyətini aldatmağa çalışaraq son dərəcə 

aydın olan faktları saxtalaşdırıb. Bununla da 

onun tam olaraq böhtançı olduğuna şübhə 

yeri qalmayıb.

Ancaq əvvəlcə Azərbaycan Prezidentinin 

cəbhə bölgəsinə səfəri zamanı ifadə etdiyi 

çox obyektiv və maraqlı fikirlərinə nəzər 

salaq. Dövlət başçısı ordumuzun vəziyyəti 

ilə yerində tanış olarkən Ali Baş Komandan 

kimi öz qiymətləndirmələrini də əsgərlərə 

çatdırıb. Bu, bütün dünyada qəbul edilmiş 

normadır. İlham Əliyev çıxışı zamanı vur-

ğulayıb ki, Azərbaycan Ordusu bölgənin ən 

güclü ordusu kimi aprel döyüşlərində zəfər 

qazandı. Konkret olaraq, 2000 hektar ərazidə 

nəzarəti ələ keçirdi. Bu o deməkdir ki, 

"Azərbaycan Ordusu istənilən vəzifəni icra 

etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, 

Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur 

ki, bu gün biz onu məhv edə bilməyək”.

Dövlət başçısı bu kimi uğurların həm 

ordunun döyüş qabiliyyətinin daim artması, 

həm də əsgərlərdə vətənpərvərlik ruhunun 

yüksək olması ilə bağlı olduğunu qeyd 

edib. Bununla yanaşı, biz öz torpağımızı 

qoruyuruq. Lələtəpə də, Şuşa da, Xankəndi 

də Azərbaycandır. Bu da bizim gücümüzü 

dəfələrlə artırır, çünki öz torpağını qorumaq 

Allahdan olan tələbdir. Prezident deyib: 

"Biz öz torpağımızdayıq. Heç bir ölkənin 

torpağında gözümüz yoxdur. Ancaq biz öz 

torpağımızda ikinci erməni dövlətinin yaran-

masına heç vaxt imkan verməyəcəyik. Aprel 

döyüşləri bunu bir daha sübut etdi”.

Aprel döyüşlərinin mühüm 

nəticələrindən biri kimi ölkə başçısı dün-

yanın bir daha Azərbaycanın Ermənistanın 

işğalçı siyasəti ilə heç vaxt barışmayacağına 

əmin olmasını göstərib. Azərbaycan öz ərazi 

bütövlüyünü bərpa edəcək. İlham Əliyev 

qətiyyətlə ifadə edib: "Biz öz ərazi bütöv-

lüyümüzü bərpa etməliyik və edəcəyik. Bu, 

bizim əzəli torpağımızdır, tarixi torpağımız-

dır və biz bu gün hələ də işğal altında olan 

bütün torpaqlarımıza qayıdacağıq”.

Prezident xüsusi vurğulayıb ki, bu 

reallıqlardan Ermənistanın siyasi rəhbərliyi 

nəticə çıxarmalıdır. Onlar öz xalqını məhvə 

aparırlar. Azərbaycan Ordusu son qarış 

torpaq azad olana qədər mübarizəni dayan-

dırmayacaq. Ölkə rəhbəri həmin məsələ ilə 

bağlı dəqiq söyləyib: "Lələtəpə əməliyyatı 

bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə 

tarixə düşdü. Əgər erməni silahlı qüvvələri 

aprel döyüşlərindən düzgün nəticə çıxar-

masalar, gələcəkdə Lələtəpə əməliyyatı 

kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. 

Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk 

etməlidir ki, işğalçılıq hərəkətləri onları 

uçuruma aparır. Azərbaycan gündən-günə 

güclənir, möhkəmlənir. Bizim güclü potensi-

alımız və güclü ordumuz var”.



Həqiqəti gizlətmək 

 

cəhdini İlham Əliyevin 

 

dəmir məntiqi puç edir

Sağlam düşüncə üçün çox dəyərli 

fikirlərdir, ədalətli mövqedir, onlar həqiqəti 

əks etdirir. Ancaq, nə yazıq ki, Serj Sar-

kisyan belə düşüncədən mərhumdur. 

Erməni jurnalistə verdiyi müsahibədə o, 

Azərbaycanın qonşuları ilə daim müharibə 

aparmağa meyilli olduğunu və bu əsasda 

hakimiyyəti saxlamaqda maraqlı qüvvələrin 

mövcudluğunu vurğulayır.

Necə olur ki, bu cür ağ yalanlar danı-

şa bilən birisi dövlətə başçılıq edir? Axı, 

Azərbaycan hansı qonşusuna təcavüz edib, 

yaxud bu fikrə düşüb? Gürcüstanamı, İrana-

mı, Rusiyayamı, yoxsa Türkiyəyə? Əgər Sar-

kisyan Ermənistanı nəzərdə tutursa, onda pre-

zident adlanan kəsin adi coğrafiyadan xəbəri 

yoxdur. Çünki Azərbaycan Ermənistanın bir 

qarış torpağını belə zəbt etməyib. Əksinə, 

Ermənistan havadarlarının yardımı ilə bizim 

20 faiz ərazimizi hələ də işğalda saxlayır. Adi 

jurnalist belə, S.Sarkisyanın bu cür absurd 

məntiqindən iyrənir!

Məsələnin daha vacib tərəfi isə ondan 

ibarətdir ki, Ermənistana başçılıq edən 

adam İlham Əliyevin aprel hadisələri və 

ümumiyyətlə, münaqişənin həlli ilə bağlı 

nə dediyini anlaya bilməyib. Səbəbi bizə 

məlumdur – o, məntiqi zəif olmaqla ya-

naşı, Ermənistanın təcavüzünü ört-basdır 

etmək üçün müxtəlif hoqqalara əl atır. 

Azərbaycan Prezidenti qətiyyən demir ki, 

aprel döyüşlərində Azərbaycan qalib gəldi və 

bununla onun ordusunun vəzifəsi bitdi.

Əksinə, ölkə başçısı aydın ifadə edir ki, 

aprel zəfəri göstərdi ki, Azərbaycan Ordusu 

hər şərt daxilində qələbə qazanmağa qadirdir 

və onun qarşısını heç bir qüvvə ala bilməz. 

Axı, erməni ordusuna dünyanın ən güclü 

dövlətləri hər cəhətdən yardım edirlər. Bunun 

müqabilində Azərbaycan Ordusu cəmi bir 

neçə günə Ermənistan silahlı qüvvələrinin 

bölmələrini darmadağın etdi, erməni əsgərlər 

məğlubiyyətin acısını daddılar.

İndi Azərbaycanın dövlət başçısı bütün 

dünyaya çatdırır ki, biz vəzifəmizin başa 

çatdığını demirik. Sadəcə, hamı bilsin ki, 

hətta havadarları ilə bir yerdə Ermənistan 

ordusu ağır məğlubiyyətdən yaxa qur-

tara bilməyəcək. Təbii ki, danışıqlarda 

konstruktiv mövqe tutsa, rəsmi İrəvan 

bu fəlakətdən qurtula bilər. Deməli, hər 

şey onların özündən asılıdır. Azərbaycan 

Ordusu düşmənin işğal edilmiş ərazilərdə 

yerləşdirilmiş istənilən obyektini məhv 

etməyə qadirdirsə, deməli, bunun sonucunu 

ermənilər düşünməlidirlər.

Eyni zamanda, Ermənistan rəhbərliyi 

Rusiya ilə birgə hərbi qruplaşmalar ya-

ratmağın adını nə qoyur? Rusiya KİV-i 

bunu belə ifadə edir: Ermənistan və Rusiya 

özlərinə olan təhlükələrə qarşı birgə hərəkət 

edəcəklər. İmzalanan sənəddə birmənalı 

qeyd olunur: "bu, tərəflərin hər hansı birinin 

təhlükəsizliyinə olan təhdidlərə, həmçinin 

silahlı hücuma adekvat reaksiyaya" qarşı 

yaradılan qruplaşmadır.

Azərbaycanın isə nə Rusiyaya, nə də 

Ermənistana hücum etmək fikri yoxdur. 

Mütəxəssislər də vurğulayırlar ki, Dağlıq 

Qarabağ yeni yaradılan hərbi qruplaşma-

nın mümkün təsir dairəsinə daxil deyil. 

Bəs onda ermənilər nəyə görə bu məsələni 

məhz Azərbaycan kontekstində qabartma-

ğa çalışırlar? Görünür, onlar düşdükləri 

faciəvi durumun fərqindədirlər və erməni 

cəmiyyətini sakitləşdirməyə çalışırlar. Ancaq 

bunu S.Sarkisyanın açıq yalanları vasitəsilə 

həyata keçirməyin mümkünlüyünə inanmaq 

çox çətindir.

Bunlar bir həqiqəti ortaya qoyur: 

S.Sarkisyan Ermənistanın işğal etdiyi 

əraziləri erməni ərazisi kimi təqdim etməyə 

çalışır. Guya elə həmişə dövlətlərarası 

sərhədlər işğaldan sonrakı coğrafiyada olub 

və buna görə də Azərbaycanın hər bir hərbi 

addımı Ermənistana qarşı aqressiyadır. 

Bunu demək qədər qəbul etmək də absurd-

dur. Çünki hər kəs bilir ki, Dağlıq Qarabağ 

Muxtar Vilayəti deyilən bir qurum vardı 

və o, Azərbaycan SSR-in tərkibində idi. 

Bəs necə oldu ki, indi orada erməni silahlı 

qüvvələri var, erməni vətəndaşlar var, ancaq 

nə azərbaycanlılar, nə də Azərbaycan Or-

dusu yoxdur? Yəni, bunu sübut etməyə heç 

ehtiyac da yoxdur. Ehtiyac işğal ərazisindəki 

terrorçuları və separatçıları heç kəsdən icazə 

almadan məhv etməyə vardır! Bunun fonun-

da S.Sarkisyanın bütün dedikləri "...karvan 

keçər" misalını xatırladır.



Newtimes.az

Yüklə 93,24 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə