24 dekabr 2017-ci il, bazar 16 Məsul katib: 493-61-02



Yüklə 73,43 Kb.
Pdf görüntüsü
tarix11.04.2018
ölçüsü73,43 Kb.
#37280


24 dekabr 2017-ci il, bazar

16

Məsul katib:  493-61-02

Şöbələr: 493-59-03 (8 xətli), 493-69-47, 493-34-13,

493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.

Reklam və elanlar:  493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;

E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com

BAŞ  REDAKTOR

HƏSƏN 

HƏSƏNOV

T E L E F O N L A R:

“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnib,  

“Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

Ü N V A N I M I Z:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.

Şəhadətnamə  022273  

Çapa imzalanmışdır 3:00

İNDEKS

TİRAJ

SİFARİŞ

QİYMƏTİ

0282

7369

3659

40 qəpik

Kuba 

Kastro erası başa çatır

Kuba lideri Raul 

Kastro 2018-ci ilin 

aprelində öz postunu 

tərk edəcək. Bildirilir 

ki, əvvəlcə bunun 

fevral ayında baş 

tutacağı planlaşdırılsa 

da, dekabrın 21-də 

parlament Kastronun 

səlahiyyətlərinin daha 

iki ay uzadılmasına səs verib 

Qeyd edək ki, bu, Kuba tarixində təxminən 60 illik Kastro 

erasına son qoyacaq. Ölkənin yeni rəhbəri beş il müddətinə 

seçiləcək.

Məlumatı “Euronews” yayıb.



Yaponiya 

JAXA kosmosa 2 süni peyk göndərib

Yaponiya Ae-

rokosmik Məkanın 

Mənimsənilməsi 

Agentliyi (JAXA) 

kosmosa iki süni 

peyk göndərib. Bildi-

rilir ki, bunlar – “Shi-

kisai” və “Tsubame” 

peykləridir. JAXA-

nın məlumatına görə, 

“Şhikisai” meteo-

roloji peyki 800 kilometr hündürlükdə orbitə yerləşdirilərək 

və atmosferdəki mikroskopik çirklənməni ölçəcək. “Tsubame” 

süni peyki isə eksperiment xarakteri daşıyır. 

Xəbəri NHK verib.



Rusiya 

100 karatlıq almaz tapılıb

Rusiyanın “Alrosa” şirkəti Yakutiyada miyonlarla dollar 

dəyərində qiymətləndirilən 98,63 karat çəkidə almaz çıxarıb. 

Səkkizbucaqlı şəffaf kristal formasında olan almazın diametri 3 

santimetrə yaxındır.

Bildirilir ki, həmin yataqdan bu ilin əvvəlindən çəkisi 50 

karatı keçən 20-dən çox almaz hasil edilib.

Xəbəri “Novate.ru” verib.



ABŞ

10 min avtomobil geri çağırılır

“Fiat Chrysler 

Automobiles”  

(FCA) şirkəti Rusiya 

bazarında atılmış 10 

mindən çox “Jeep” 

avtomobilini geri ça-

ğırıb. Bildirilir ki, bu 

qərar avtomobillərin 

əyləc sistemində 

qeydə alınan qüsur-

larla bağlıdır. Şirkətin 

yaydığı məlumatda qeyd olunur ki, geri çağırılma 2011-ci ilin 

noyabrından 2014-cü ilin sentyabrınadək Rusiyada satılmış 

“Grand Cherokee” modellərinə şamil olunur.

Xəbəri “Bloomberg” verib.



İspaniya 

Messi yenə birincidir

Planetin 100 ən yaxşı 

futbolçusunun reytinqi 

tərtib olunub. Bu siyahıya 

yenə də “Barselona”nın 

hücumçusu Lionel 

Messi başçılıq edir. O, 

2-ci pillədə qərarlaşan 

Kriştianu Ronaldunu 

42 bal qabaqlayır. Qeyd 

edək ki, siyahının 3-cü 

pilləsində “Barselona”nın 

sabiq hücumçusu Neymar 

qərarlaşıb.

Məlumatı “The Fuar-

dian” yayıb.



Hazırladı:  

Elçin ABBASOV,  “Xalq qəzeti”

 

Â

Dekabrın 24-də



 

Â

Bakıda və Abşeron yarımadasında

 buludlu 

hava şəraiti üstünlük təşkil edəcək. Gündüz bəzi 

yerlərdə yağış yağacağı gözlənilir. Arabir zəif 

duman olacaq. Arabir güclənən şimal-qərb küləyi 

əsəcək. Gecə 4-7, gündüz 8-11, Bakıda gecə 

4-6, gündüz 8-10 dərəcə isti olacaq. Atmosfer 

təzyiqi 753 mm civə sütunundan 759 mm civə 

sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz 

olacaq.

 

Â

Naxçıvan Muxtar Respublikasında arabir 

yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 

əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, 

dağlıq ərazilərdə 9-11 dərəcə şaxta, gündüz 3-8 

dərəcə isti olacaq.



 

Â

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, 



Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, 

həmçinin Daşkəsən-Gədəbəy rayonlarında

 

arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. 



Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-

ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, 

ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5 

dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacaq.



 

Â

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, 



Füzuli, Cəbrayıl rayonlarında bəzi yerlərdə 

arabir yağış yağacağı gözlənilir. Dağlıq ərazilərdə 

qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı 

yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, 

ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 0-5, 

gündüz 6-10 dərəcə isti olacaq.



 

Â

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, 



Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, 

Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonla-

rında arabir yağış, bəzi yerlərdə qar yağacağı 

gözlənilir. Ayrı-ayrı yerlərdə intemsiv olacağı 

ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi 

əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gün-

düz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 

0-3 dərəcə şaxta olacaq.

 

Â

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, 



Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, 

Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqa-

bul, Salyan, Neftçala rayonlarında arabir yağış 

yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı 

ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. 

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 

güclənəcək. Gecə 0-5, gündüz 7-11 dərəcə isti 

olacaq.


 

Â

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara 



 rayonlarında arabir yağış yağacağı gözlənilir. 

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağ-

larda duman olacaq.Şimal-şərq küləyi əsəcək, 

ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 5-8, 

gündüz 8-11, dağlarda gecə 0-4, gündüz 5-8 

dərəcə isti olacaq. 



 

ˆ

Tanınmış alim və şair Hikmət Mahmudun elm və 



poeziyada özünəməxsus  dəsti-xətti var. Onun indiyədək 20-

yə yaxın monoqrafiyası, 5 dərslik kitabı, 7 ixtirası işıq üzü 

görüb. Professor 50 ildir ki, respublikanın ali məktəblərində 

geokimya və ekologiya fənlərini tədris edir. Alim, eyni zamanda, 

ədəbi yaradıcılıq sahəsində də məhsuldar fəaliyyət göstərir; 

9 şeirlər kitabı, o cümlədən 11 poeması dərc olunub. Şeirləri 

bir çox dillərə tərcümə edilib. Ədəbi tənqid Hikmət Mahmud 

poeziyasını yüksək dəyərləndirib. Əllidən çox şeirinə mahnı 

bəstələnib.  

Hikmət Mahmud həyat 

müşahidələrini bədii-fəlsəfi 

düşüncələri fonunda qələmə alaraq, 

elmlə poeziyanın gerçək vəhdətinə 

nail olub, intellektual şeirin bariz 

nümunələrini yaradıb.  AMEA-nın vit-

se-prezidenti, akademik İsa Həbibbəyli 

Hikmət Mahmudun yaradıcılığında 

diqqəti bu məqama yönəldərək, onun  

şeirlərində elmlə poeziyanın sıx bağlı-

lığına nəzər salır, şairin yaradıcılığında 

qeyd edilən cəhətin mühüm önəm 

daşıdığını xatırladır: “Azərbaycan 

oxucularının tanınmış alim və şair 

kimi qəbul etdiyi Hikmət Mahmudun 

bədii yaradıcılığında bu sahələrdən 

hər ikisinin özünəməxsus yeri və 

mənalı bir sintezi var. Geologiya-mi-

nerologiya elmləri doktoru, professor 

Hikmət Mahmudovun yer elmlərinin 

aktual problemlərinə həsr olunan elmi 

əsərləri akademik düşərgədə yüksək 

qiymətləndirilir. Hətta o, elmdəki 

xidmətlərinə görə müxtəlif vaxtlarda 

ayrı-ayrı qurumlar tərəfindən “İlin 

alimi”, “Şərəfli ömür yolu” və s. kimi 

mükafatlara da layiq görülüb. Eyni za-

manda, Hikmət Mahmud yarım əsrdən 

artıq bir dövrdə bədii yaradıcılıqla da 

ardıcıl şəkildə məşğul olub... Deməli, 

alim Hikmət Mahmudovla şair Hikmət 

Mahmud elm və sənət yollarında 

nəinki yanaşı, sözün əsl mənasında, 

bir yerdə addımlayıb, hər iki sahədə 

mühüm uğurlar qazana bilib”.

Akademik İsa Həbibbəyli daha 

sonra vurğulayır ki, elm adamı olmaq 

Hikmət Mahmudovun şeirlərində 

şair üçün zəruri olan ilhamla yanaşı, 

elmi idrakın və təfəkkürün də iştira-

kını təmin edir. Geologiya aliminin 

şeirlərində insana, təbiətə, cəmiyyət 

hadisələrinə baxışda elmi təfəkkürlə 

bədii dərketmənin qarşılıqlı əlaqəsi 

fərqli bir poetik düşüncəni meydana 

çıxarır. İlham və istedad  Hikmət 

Mahmudun  poetik şairanəliyini, 

elmi qavrayış isə fikirlərindəki 

dərinliyi və müdrikliyi müəyyən edir. 

Ona görə də bədii düşüncə ilə elmi 

idrakın bir  yerdə iştirakı ilə yazılan 

şeirləri Hikmət Mahmudun bir şair 

kimi fərdi özünəməxsusluğunun əsas 

göstəricisidir...

Hikmət Mahmudun li-

rik qəhrəmanının qəlbi  təbiətin 

ülvi gözəlliyilə birgə döyünür, 

“uçan quşların nəğməsindən, çay-

çeşmənin zümzüməsindən, yazın gül 

nəfəsindən” zövq alır, dağa, torpağa, 

ağaca, yarpağa sevgi ilə yanaşır, 

“başı qarlı bir dağ, dağ döşündə 

bulaq görsən, o mənəm”,-deyir, “mən 

çəmənəm, mən çiçəyəm, mən güləm” 

söyləyir. Bununla da oxucuya özünün 

təbiətin bir parçası olması qənaətini 

diktə edir.

Şeirlərində təbiətin min bir 

gözəlliyini vəsf edən şair bunu həm 

də elə sənətkarlıqla gerçəkləşdirir ki, 

oxucunun nəzərində, düşüncəsində 

təbiət Vətənləşir. Başqa sözlə, təbiətin 

Vətənləşməsi təbiətin sevilməsi, torpa-

ğın, yurdun qədrinin  bilinməsi, onun 

göz bəbəyi kimi qorunması anlamında 

təsəvvür edilir:      

Günəştək odlanıb,  

 

 

Aytək nurlanam,

Ürəklər dərdinə  

 

 

yarıyam gərək.

Çiçəklər körpəmdir, 

 

 

 təbiət anam,

Onu hər əzabdan qoruyam gərək.

Hikmət Mahmudun yaradıcılığı ilə 

bağlı  təəssüratlarını bölüşən akade-

mik Fuad Qasımzadə şairin təbiətə 

mehr-məhəbbətindən bəhs edərkən, 

alimin yer-göy, dağ-daş, çöl-çəmən, 

çay, bulaq, bir sözlə, təbiət, kainat 

haqqında geniş və dərin biliyə malik 

olduğunu da diqqətə çatdırır: “…O, 

geoloqdur, elmin bu sahəsində ən 

yüksək zirvəyə qalxıb, elmlər doktoru-

dur. Füsunkar təbiətin dostudur, aşiqi-

dir. Üstəlik, təbiətin çox gözəl, dilbər 

bir guşəsində-- İsmayıllı torpağında, 

Mican kəndində dünyaya göz açıb. 

Lahıc, Basqal kimi kəndlərin, Girdi-

man çayının, Babadağın, Niyaldağın 

qoynunda boya-başa çatıb”.

Müəllifin “Seçilmiş əsərləri”nin 

ikicildliyinə daxil olan şeir və poema-

larda diqqəti bir məqam da daha çox 

çəkir. Bu, müəllifin  yaradıcılığında 

aforizmə çevrilən poetik misralarla 

bağlıdır; bədii-fəlsəfi yükü ilə nəzərə 

çarpan həmin nümunələr oxucunu 

düşündürür, bu dünyanın sevgidən, 

etibardan, inamdan, ilahi eşqdən, in-

sanlara hədsiz məhəbbətdən yaranması 

qənaətini möhkəmləndirir, Adəm öv-

ladını nəfsinə qalib gəlməyə, tamahına 

uymamağa səsləyir:  

Qəlbə kədər ələmə,

Könül qəmə bələmə.

Nə kədəri, nə qəmi

Heç bir kəsə diləmə.

Çörək kəsdin qədrini bil,

Müqəddəsdir çörəklə duz. 

Hər yetənə dostum deyib,

Dost sözünü etmə ucuz.

Əgər hər hansı bir şeir düşündü-

rücü, maarifləndirici notlarla nəzərə 

çarpırsa, oxucu bundan ancaq qaza-

nır; həyat, cəmiyyət barədə fikirləri 

dərinləşir, möhkəmlənir. Hikmət 

Mahmudun yaradıcılığında da bu 

cəhət daha çox diqqət çəkir. Akademik 

İsa Həbibbəyli müəllifin ikicildliyində 

toplanan şeirlərin də bu baxımdan 

mühüm önəm daşıdığını xatırladır. 

Şairin “Seçilmiş əsərləri”nin II cildinə 

yazdığı “Qoşa qanadlı poeziya “ adlı 

önsözündə qeyd edir: “...Hikmət 

Mahmudun “Seçilmiş əsərləri” 

Azərbaycan ədəbiyyatında müasir 

maarifçi poeziyanın maraqlı, cəlbedici 

və əhəmiyyətli nümunəsi sayılma-

ğa layiqdir. Bu, elmlə şeiriyyəti, 

müdrikliklə şairanəliyi özündə 

birləşdirən qoşa qanadlı poeziyanın 

geniş imkanlarını əks etdirən qiymətli 

əsərlərin bir toplusudur. Bu, şeirdə 

elmliyin yerini və elm adamının 

fəaliyyətində şeirin mövqeyini aydın-

laşdırmağa imkan yaradan düşündürü-

cü poetik bir irsdir”. 

Bax, bu cəhətə görə,  Hikmət 

Mahmudun poeziyasının  hər zaman 

yaşayacağı, maraqla oxunacağı, 

seviləcəyi də şübhə doğurmur.  

Vaqif BAYRAMOV, 

“Xalq qəzeti”

Təbiət təravətli  

şair dünyası

 

ˆ

ABŞ Ukraynanın müdafiə qabiliyyətini 



möhkəmləndirmək üçün bu ölkəyə müdafiə 

təyinatlı silahların verilməsi barədə qərar qəbul 

edib. Bunu ABŞ Dövlət Departamenti mətbuat 

xidmətinin rəisi Hizer Nauert bəyan edib. 

Məlumatı TASS verib. 

“Birləşmiş Ştatlar Ukrayna-

ya uzunmüddətli perspektivdə 

özünün suverenliyini, ərzai 

bütövlüyünü qorumaq və 

gələcəkdə mümkün təcavüzlərin 

qarşısını almaq üçün bu ölkəyə 

müdafiə xarakterli silahlar 

vermək barədə qərar qəbul edib, 

- deyə xanım Hauert bildirib. – 

Amerikanın hərbi yardımı sırf 

müdafiə xarakteri daşıyır. Biz 

həmişə demişik ki, Ukrayna 

suveren dövlətdir və özünü 

qorumaq hüququna malikdir”.

Dövlət Departamentinin 

rəsmisi bəyan edib ki, bütün 

bunlarla yanaşı, ABŞ Ukray-

nanın şərqindəki münaqişəni 

həll etməyə imkan verən Minsk 

sazişlərinə sadiqdir. 

Bu bəyanatdan sonra TASS 

ABŞ-ın Müdafiə Nazirliyinə 

sorğu göndərərək Ukray-

naya məhz hansı silahların 

veriləcəyini aydınlaşdırmağa 

çalışıb. Ancaq hələ cavab ala 

bilməyib. 

Bir müddət əvvəl bildirilir-

di ki, ABŞ Prezidenti Donald 

Tramp Ukraynaya 47 milyon 

dollar həcmində tank əleyhinə 

silahların verilməsi planını 

dəstəkləyib. Həmin silah parti-

yasında tank əleyhinə “Javelin” 

raket komplekslərinin olacağı 

da istisna edilmirdi.  

Bu ilin avqustunda isə 

ABŞ-ın müdafiə naziri Ceyms 

Mettis Ukraynaya 175 milyon 

dollar dəyərində hərbi texnika-

nın göndərilməsi barədə qərarı 

təsdiqləmiş, bundan başqa, bu 

ölkəyə müdafiə təyinatlı letal 

(öldürücü) silahların verilməsini 

nəzərdən keçirdiklərini 

açıqlamışdı. Noyabr ayında 

Senatın silahlı qüvvələr üzrə 

komitəsinin saytında bildiri-

lirdi ki, 2018-ci ilin müdafiə 

büdcəsinə əsasən, ABŞ Uk-

raynanın hərbi təhlükəsizlik 

sahəsinə 350 milyon dollar 

ayırmaq niyyətindədir.

ABŞ-ın bu planı Rusiyada 

ciddi narazılıqla qarşılanmış-

dı. RF-nin BMT-dəki daimi 

nümayəndəsinin müavini Pyotr 

İliçev bildirmişdi ki, Ukraynaya 

ABŞ və Kanada tərəfindən silah 

verilməsi bu ölkənin rəhbərliyini 

yeni hərbi avantüraya vadar 

edəcək. “Belə qərarlar qəbul 

edənlərə məsləhət görərdim ki, 

məsuliyyət daşıyıdıqlarını unut-

masınlar. Göz qabağındadır ki, 

Amerika və Kanada tərəfindən 

Ukraynanın müharibə vasitələri 

ilə təmin edilməsi Minsk 

sazişlərinin sabotajı ilə məşğul 

olan ölkə rəhbərliyini yeni hərbi 

avantüraya doğru itələyir. Hamı 

başa düşməlidir ki, Donbasda 

münaqişəni güc yolu ilə həll 

etmək mümkün deyil, insanların 

öldürülməsinə görə günah isə 

qatillərin əlinə silah verənlərin 

üzərinə düşür”. 



Paşa ƏMİRCANOV, 

“Xalq qəzeti”

ABŞ Ukraynaya yeni silahlar 

verilməsi barədə qərar qəbul etdi 

Zaqatala Suvarma Sistemləri İdarəsi 2018-ci il üçün sementin, 

tikinti materiallarının, maşın və mexanizmlərə ehtiyat 

hissələrinin satınalınması məqsədilə

A Ç I Q   T E N D E R   E L A N   E D İ R

Tender  3 lot üzrə keçirilir.

Lot -1.  Sementin  satınalınması.

Lot-2. Tikinti materiallarının satınalınması.

Lot -3.  Maşın və mexanizmlərə ehtiyat 

hissələrinin satınalınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender 

təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağla-

mada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı me-

yarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək 

keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, 

analoji işlərdə təcrübəsi, maliyyə vəziyyəti.

Müqaviləni yerinə yetirmək üçün tender iştirak-

çıları lazımi texniki və maliyyə imkanlarına malik 

olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər lot üçün 

50 manat məbləğində iştirak haqqını göstərilən 

hesaba köçürdükdən sonra Azərbaycan dilində 

tərtib olunmuş əsas şərtlər toplusunu Zaqatala 

şəhəri, F.Əmirov küçəsi, 46 nömrəli ünvandan 

(əlaqələndirici şəxs--S.Alqayev, telefon: -02422-4-

00-49) ala bilərlər.

Təşkilat: Zaqatala SSİ

Hesab: AZ 41 NABZ 01360100000000003944

VÖEN: 5100135161

D X A Kod: 210005

VÖEN: 90000000001

S.W.İ.F.T.BİK -AIIBAZ2x

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı 

sənədləri təqdim etməlidirlər:



- tenderdə iştirak etmək üçün yazılı müraciət;

- tenderdə  iştirak haqqının ödənilməsi barədə 

bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən ən 

azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank 

təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank 

günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və 

digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı 

keçmiş öhdəliklərin olmaması haqqında müvafiq 

vergi orqanından arayış;

- iddiaçının son bir ildəki fəaliyyəti haqqında 

vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə 

hesabatının surəti;

- iddiaçının son bir ildəki maliyyə vəziyyəti 

haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, 

nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və 

rekvizitləri;

- müvafiq mallar üzrə mənşə və uyğunluq 

sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli 

və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender 

təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqın-

da" Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxa-

rıda göstərilən sənədləri (tender təklifi və bank 

zəmanəti istisna olmaqla) 30 yanvar  2018-ci il saat 

18.00-a qədər, tender təklifi və bank zəmanətini isə 

möhürlənmiş ikiqat zərfdə 7 fevral   2018-ci il saat 

18.00-a qədər Zaqatala şəhəri, F.Əmirov küçəsi, 46 

nömrəli ünvana təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər 

açılmadan geri qaytarılacaqdır.

İddiaçıların təklifləri   8 fevral  2018-ci il saat 

11.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak 

edə bilərlər.

Tender komissiyası

 

ˆ

BBC-nin yaydığı məlumata görə, Birləşmiş Millətlər Təşkilatının 



(BMT) Təhlükəsizlik Şurası (TŞ) ballistik raket sınağına cavab olaraq, 

Şimali Koreya Xalq Demokratik Respublikası (KXDR) barəsində sanksiyaları 

sərtləşdirib.

Belə ki, yeni sanksiyalar KXDR-

dən işçi qüvvəsinin ixracını qadağan 

edir. ABŞ tərəfindən hazırlanan 

qətnamə, həmçinin rəsmi Pxenyana 

yanacaq ixracına ciddi qadağa qoyur. 

Qeyd edilir ki, TŞ-nin bütün 15 

üzvü, o cümlədən KXDR-in əsas 

ticarət tərəfdaşları olan Rusiya və Çin 

də qətnamənin lehinə səs veriblər.

Sənədə əsasən, KXDR-ə neft 

məhsullarının çatdırılması ildə 500 

min barrelə qədər məhdudlaşdırılacaq. 

Məlumata görə, 2016-cı ildə Pxenyan 

4,5 milyon barrel neft idxal edib və beləliklə, bu 

ölkəyə karbohidrogen məhsullarının ixracatının 

həcmi, demək olar ki, 90 faizə qədər azalmalıdır.

BMT-nin yeni qətnaməsi, həmçinin KXDR-ə 

xarici valyuta axını üzrə əsas mənbəyi təhlükə 

altında qoyur. Təhlükəsizlik Şurası BMT-nin 

bütün üzvlərindən Şimali Koreyadan olan əmək 

mühacirləri ilə əlaqələri kəsməyi və onları 24 

aydan gec olmayaraq ölkələriə geri göndərməyi 

tələb edir.



Mahmud QƏRİBOV, 

“Xalq qəzeti”

KXDR-ə qarşı  

sanksiyalar sərtləşdirilib

Yüklə 73,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə