243 Tarix və onun problemləri



Yüklə 74,72 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü74,72 Kb.
#31623


Arxeologiya, Etnoqrafiya                                                        

243

 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 

NƏCƏF MÜSEYIBLI 

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi 

Tarix üzrə fəlsəfə doktoru 

E-mail: Necef_museyibli@mail.ru 

 

LEYLATƏPƏ MƏDƏNIYYƏTINƏ AID QALAYERI YAŞAYIŞ MƏSKƏNININ 

DAŞDAN ƏMƏK ALƏTLƏRI 

 

Açar sözlər: Xalkolit, daş alətlər, dən daşları, obsidian, çaxmaq daşı 

Ключевые слова: Халколит, каменные орудия, зернотерки, обсидиан, кремень 

Key words: Chalcholit, stone tools, hand-millstones, obsidian, flint 

 

E.ə. IV minilliyin əvvəlinə aid Qalayeri yaşayış məskəni Qəbələ rayonunda beynəlxalq 



aeroportun  ərazisində  yerləşir.  Xalkolit  dövrünün  Leylatəpə  mədəniyyətinin  digər  abidələri 

kimi Qalayeri də mənşə etibarilə Ön Asiya ilə bağlıdır. Burada 2012 – 2013-cü illərdə aparılan 

arxeoloji tədqiqatlar nəticəsində abidənin Şərqi Anadolunun son xalkoliti ilə əlaqəli olduğu və 

həmin  ərazilərdən  Cənubi  Qafqaza  miqrasiya  etmiş  əhali  tərəfindən  yaradıldığı  müəyyən 

edilmişdir.  

Qalayerində  aşkar  edilmiş  çoxsaylı  arxeoloji  materialların  bir  qismini  müxtəlif  cinsli 

daşlardan hazırlanmış əmək alətləri təşkil edir. Çay daşlarından və müxtəlif məsaməli daşlar-

dan dən daşları, sürtkəclər və s. tipli alətlər hazırlanmışdır.  

Daş məmulatının böyük əksəriyyətini obsidiandan və çaxmaqdaşından hazırlanmış alət-

lər  təşkil  edir.  Qara,  şəffaf,  qırmızı-qəhvəyi  və  gümüşü  obsidiandan,  eyni  zamanda  çaxmaq 

daşından hazırlanmış alətlər tipoloji-funksional baxımdan olduqca zəngindirlər. Təsadüfi istis-

nalar nəzərə alınmazsa bütün alətlər lövhə üzərindədir. Leylatəpə mədəniyyətinə aid digər abi-

dələrdən  fərqli  olaraq  Qalayerində  çoxfunksiyalı  alətlər  daha  çoxdur.  Qaşovlar,  sıyırğallar, 

yonqarlar, iskənələr və s. alətlər aşkar edilmişdir. 

Gümüşü  obsidiandan  hazırlanmış  alətlər  Leylatəpədə  (1)  və  Böyük  Kəsikdə  də  aşkar 

edilmişdir. Lakin Qalayerində onların sayı daha çoxdur. 

Qalayeri  felzit  cinsli  daşdan  alətlərin  aşkar  edildiyi  eneolit  dövrünə  aid  bizə  məlum 

olan  yeganə  abidədir.  Bu  daşdan  da,  obsidian  və  çaxmaqdaşından  olduğu  kimi,  lövhəşəkilli 

alətlər hazırlanmışdır.  

Yaşayış  yerində  mezolit  və  erkən  neolit  tipli mikrolitlər,  yonqarlar,  iskənələr  və  yastı 

nukleuslar  aşkar  edilmişdir.  Belə  tapıntılar  Ön  Asiya  xalkoliti,  Leylatəpə  və  Maykop  mədə-

niyyətləri üçün səciyyəvidir (2; 4)



Çay daşlarından alətlər 

Qalayerində  çoxsaylı  dən  daşları  aşkar  edilmişdir  (Tablo  I,  1-2).  Bunlar  boz  rəngli 

məsaməli daşlardan olub uzunsov, oval və bəzən dairəvi formalıdırlar. Bəzi hallarda iri ölçülü 

dən  daşları  aşkar  edilmişdir  ki,  onların  ortası  uzun  müddətli  istifadə  nəticəsində  çökəlmiş  və 

daş qayıqvari formaya düşmüşdür. Dən daşlarının bir qisminin işlək səthində 3-5 sm diametrli 

oyuqlar düzəldilmişdir (Tablo I, 2). Bu oyuqlar dən daşlarının ikinci istifadəsi ilə bağlı deyil. 

Belə  dən  daşları  Leylatəpə  mədəniyyəti  üçün  səciyyəvi  olub  Böyük  Kəsikdə  və  Şimali 

Qafqazdakı Leylatəpə – erkən Maykop tipli Natuxayevski yaşayış yerində aşkar edilmişdir (3; 



5).  Bundan  əlavə,  abidədən  sürtkəclər,  həvəng  dəstələri  və  digər  daş  alətlər  aşkar  edilmişdir 

(Tablo II, 4-5). 




244                                                                

Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Maraqlı  tapıntılardan  məsaməli  daşdan  hazırlanmış  bir  neçə  konusşəkilli  daş  alətləri 



qeyd  etmək  lazımdır  (Tablo  I,  №  3).  Onların  bir  tərəfi  yastı,  digər  tərəfi  isə  qabarıqdır. 

Mərkəzi hissədən ikitərəfli deşik açılmışdır. Belə alətlərin ən yaxın analoqu Böyük Kəsikdən 

məlumdur və onların dulus çarxının detalı olması istisna deyildir (3)

Obsidiandan hazırlanmış alətlər 

Leylatəpə mədəniyyətinə aid digər abidələrdən fərqli olaraq Qalayerində daha çoxsaylı 

obsidian  məmulatı  aşkar  edilmişdir  (Tablo  II,  1-6).  Burada  müxtəlif  nukleusların,  çoxsaylı 

qəlpələrin və dişəkləyicilərin tapılması obsidiandan alətlərin bilavasitə yaşayış yerində istehsal 

edildiyini  göstərir.  Təsadüfi  hallarda  tünd  qırmızı-qəhvəyi  rəngli  obsidian  lövhələrinə  rast 



Arxeologiya, Etnoqrafiya                                                        

245

 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

gəlinsə də bu növdən olan məmulatın demək olar ki, hamısı qara və az sayda şəffaf daşlardan 

hazırlanmışdır. 

Nukleuslar diskşəkilli, piramidal, prizmatik və s. tiplidirlər. Maraqlıdır ki, nukleusların 

bir neçəsi mezolit-neolit səciyyəli olub, yastı nüvə tipinə aiddirlər (Tablo II, 1-2). 

 

 




246                                                                

Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Obsidian məmulatı tipoloji-funksional baxımından olduqca müxtəlifdir. Bəzi istisnalar 



nəzərə alınmazsa, alətlərin böyük əksəriyyəti lövhələrdən hazırlanmışdır. Lövhələrin müəyyən 

qismi  çoxfunksiyalı  alətlərdir.  Qalan  bütün  lövhələr  bıçaq,  uc  və  yan  qaşovu  kimi  isitifadə 

edilmişdir. 

Arxaik  səciyyəli  alətlərin  əkəsəriyyəti  məhz  qəlpələrdən  hazırlanmışdır.  Bunlar  bir  və 

çoxfunksiyalı alətlərdir. Bir funksiyalı alətlərdən daha çox iskənələrə təsadüf olnur. Onlardan 

biri nisbətən iri və qalın qəlpədən, digərləri isə kiçik və yastı qəlpələrdən düzəldilmişdir. 

Qəlpələrdən hazırlanmış alətlərin bir qismi qaşovlardır. Bunlar əsasən yan və bir ədəd 

dairəvi  qaşovdur.  Yan  qaşovlardan  birinin  eyni  zamanda  bir  tərəfi  sınmış  ox  ucluğu  olması 

ehtimalı da  vardır. Dairəvi qaşov qalın olub, üstü piramidal şəkildə işlənmiş, ətrafları dikinə 

hündür dişəklənmişdir. 

Qaşovlardan biri çoxfunksiyalı qəlpə üzərindədir. Uzunsov qəlpənin bir sonluğu burğu, 

yan tərəfi isə qaşov kimi istifadə edilmişdir. 

Qəlpə  üzərində  hazırlanmış  sıyırğallardan  biri  çoxfunksiyalı  alətlər  sırasına  daxildir 

(Tablo  II,  3).  Qalın  qəlpənin  tədricən  nazikləşən  uzunsov  tərəfinin  sonluğu  burğu,  bir  yanı 

qaşov,  digər  yanı  isə  sıyırğaldır.  Digər  bir  sıyırğal  qalın,  uzunsov  qəlpənin  geniş 

sonluğundadır. 

Bir  ədəd  qalın  qəlpənin  bir  yanı  mişar  funksiyalı  olub,  dərin  dişəklənmişdi  (Tablo  II, 

4). Maraqlıdır ki, mişarlar yalnız lövhə üzərindədir (Tablo II, 5) və qəlpədən hazırlanmış bu 

mişar hələlik yeganədir. 

Obsidiandan hazırlanmış kəsərlər lövhə üzərindədir. Onlar qalın və nazik olmaları ilə 

fərqlənirlər.  Qalın  lövhələrdən  birinin  qalın  tərəfi  kəsər,  nazik  tərəfi  isə  bıçaq  funksiyalı 

olmuşdur. 

Şəffaf  obsidiandan  hazırlanmış  bir  ədədox  ucluğuaşkar  edilmişdir.  Bir  qanadının 

sonluğu sınmış bu ox ucluğu üçbucaq lövhədən hazırlanmışdır. Arxası zəif oyuqludur.  

Arxaik  səciyyəli  alətlərdən  bir  maraqlı  tapıntını  qeyd  etmək  lazımdır.  Bu,  lövhənin 

sonluğunda düzəldilmiş yonqardır. Lövhənin iki üzdən vurularaq səthi qoparılmış və sonluğa 

doğru  nazikləşdirilmişdir.  Lövhənin  digər  tərəfində  isə  dəstəyə  keçirmək  üçün  saplaq  düzəl-

dilmişdir. 

Obsidiandan hazırlanmış arxaik alətlərin bir qismini üçbucaq, trapes və düzbucaqlı for-

malı mikrolitlər təşkil edir. Altı ədəd mikrolitin hamısı məhz şəffaf obsidiandan hazırlanmış-

dır. Onlar yığma alətlərin dişlərindən ibarətdir. Həcmcə çox da böyük olmayan qazıntı sahə-

sindən yalnız obsidiandan hazırlanmış 6 ədəd mikrolitin aşkar edilməsi daş alətlərin hazırlan-

masında arxaik ənənənin kifayət qədər güclü olduğunu göstərir. 

Gümüşü obsidiandan hazırlanmış alətlər 

Gümüşü  rəngli  obsidiandan  hazırlanmış  alətlər  digər  abidələrdə  olduğundan  daha 

çoxsaylıdırlar (Tablo  II, 7-13). Bu daşdan qaşov, bıçaq, iskənə, yonqar, sıyırğal, burğu və s. 

funksiyalı  alətlər,  eyni  zamanda  bir  neçə  mikrolit  hazırlanmışdır.  Bunlarla  yanaşı,  gümüşü 

obsidiana  aid  nüvələrin  aşkar  edilməsi  göstərilən  alətlərin  bilavasitə  yaşayış  məskənində 

istehsal  edildiyini  sübut  edir.  Aşkar  edilmiş  yastı  nüvələr,  mikrolitlər  və  s.  alətlər  mezolit-

erkən neolit səciyyəlidir. 

Yastı  nüvələrdənbiri  ikinci  dəfə  istifadə  edilmişdir.  Onun  bir  tərəfi  yonqar  funksiyası 

üçün nəzərdə tutulmuşdur . 

Təsadüfi  istisnalar  nəzərə  alınmazsa  alətlərin  hamısı  lövhə  üzərindədir.  Bunlar  əsasən 

üçbucaq  və  trapesşəkilli  lövhələrdir.  Əksəriyyəti  təkfunksiyalı  olsa  da,  bir  qismi 

çoxfunksiyalıdır. 



Arxeologiya, Etnoqrafiya                                                        

247

 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Maraqlıdır ki, qazıntı zamanı cəmi iki ədəd seqmenttipli alət aşkar edilmişdir ki, bunlar 

da məhz gümüşü obsidiandan hazırlanmışdır. Onların işlək ağzı qaşov kimi istifadə edilmişdir. 

Sıyırğallarəsasən  lövhələrin  və  az  hallarda  qəlpələrin  yanlarında  olsalar  da,  bir 

lövhənin sonluğunda sıyırğal qeydə alınmışdır. 

Üç ədəd mikrolitaşkar edilmişdir. Onlardan birinin kənarları dişəksizdir. İkinci mikrolit 

üzərindəuc  qaşovudüzəldilmişdir.  Üçüncü  mikrolitin  sonluğundan  iskənəkimi  istifadə 

edilmişdir. Bunlar sırf mezolit-neolit səciyyəli alətlərdir. 

Burğu  funksiyalı  alətlər  adətən  lövhə  və  ya  qəlpələrin  künclərində  düzəldilmişdir. 

Yalnız  bir  ədədburğulövhənin  ucunun  mərkəzində  hazırlanmışdır.  İstifadə  zamanı  burğunun 

sonluğu  sınmışdır.  Üç  üzlü  lövhənin  yanlarının  dişəksiz  və  istifadəsiz  olması  bu  lövhənin 

yalnız burğu üçün nəzərdə tutulduğunu göstərir. 

İri  ölçülü  trapes  lövhələrdən  biri  ilkin  olaraq  bıçaq  kimi  istifadə  edilmiş,  sındıqdan 

sonra  isə  bir  fraqment  ikinci  dəfə  istifadə  edilmişdir.  Belə  ki,  3  sm  enə  malik  bu  lövhə 

fraqmentinin hər iki sonluğu hündür, dikinə dişəklənmişqaşovdur

Digər bir qaşov düzbucaqlı qəlpə üzərindədir. Bir tərəfi nisbətən qalın olan bu qəlpənin 

nazik yanı mezolitüsulu ilə yayma dişəklə dişəklənərək qaşov hazırlanmışdır. 

Çoxfunksiyalı alətlərin əksəriyyətindəbıçaqtəmsil olunmuşdur. Lövhələrdən birinin bir 

sonluğu  uc  qaşovu,  bir  yanı  kəsər,  digər  yanı  isə  bıçaqdır.  Digər  bir  trapesin  bir  sonluğu 

arxaik səciyyəli alət − yonqardır. Lövhənin bir yanıqaşov, digər yanı isə bıçaqdır

Trapes  fraqmentlərindən  biri  kiçik  ölçülü  olsa  da,  onun  üzərində  üç  funksiyalı  alət 

düzəldilmişdir.  Belə  ki,  lövhənin  bir  sonluğuqaşovdur,bir  yanı  mişar,  digər  yanı  isə  bıçaq 

kimi istifadə edilmişdir. 

Bıçaqşəkilli lövhənin bir sonluğunun hər iki yanı əks istiqamətlərdən, altdan və üstdən 

dişəklənərək ucda yan qaşovu düzəldilmişdir. 

Gümüşü  obsidiandan  hazırlanmış  alətlərdən  bir  qrupunu  mişarlar  təşkil  edir.  Daha 

doğrusu, ən çox mişar məhz bu daşdan istehsal edilmişdir. Mişarların dişəklənməsi üsulu diq-

qəti  cəlb  edir.  Onlardan  biri  qalın  trapes  üzərindədir.  Lövhənin  bir  yanından  mişar  düzəldil-

mişdir. Lövhə qalın olmağına baxmayaraq dişəklənmə dərin deyildir. Dişəklər arasındakı mə-

safə demək olar ki, eynidir. Onunla eyni yerdə aşkar edilmiş başqa bir mişarnazik lövhə üzə-

rindədir.  Bu  mişarın  dişəkləri  dərin  və  dayaz  dişəklərin  bir-birini  əvəzləməsi  üsulu  ilə  dü-

zəldilmişdir. Həmin lövhənin digər yanı bıçaq, bir sonluğu isə iskənəkimi istifadə edilmişdir. 

Nazik  lövhənin  hər  iki  yanlarının  mişar  kimi  düzəldilməsində  də  eyni  dişəkləmə 

üsulundan  istifadə  edilmişdir.  Bu  lövhənin  bir  sonluğu  isə  yonqar  funksiyasını  daşımışdır. 

Yonqarın düzəldilməsi zamanı lövhənin qabarıq tərəfinin üstü vurulub götürülmüşdür. 

Trapes  şəkilli  lövhələrdən  birinin  bir  yanından  mişar  düzəldilmişdir.  Maraqlıdır  ki, 

dişəkləmə lövhənin sonuna qədər davam etməmişdir. Dərin vurulmuş dişlər çəpinə olub, qar-

maq şəkillidir. Bəzən bu dişlərin arasındakı məsafələr  kiçik dişəklənmişdir. Dişlər olan işlək 

ağız uzunmüddətli istifadədən yaxşı cilalanmışdır. 

Hər  iki  dişəkli  lövhələrdən  birinin  bir  yanı  qaşov,  digər  yanı  isə  sıyırğalkimi  istifadə 

edilmişdir. Onunla eyni yerdə yastı, enli bir lövhə tapılmışdır. Bu lövhə işlənməsi ilə diqqəti 

çəkir. Onun sağ yanı üst üzdən seyrək və xırda dişəklənmişdir. Lövhənin sol tərəfi alt üzdən 

iri  qoparmalardan  sonra  həmin  qoparılmış  sahə  daxilində  dişəklənmiş  və  qaşov  kimi  istifadə 

edilmişdir. İri qoparmalar lövhənin ucunda da davam etmişdir. Lakin burada dişəkləmə aparıl-

mamışdır. Lövhənin ucunda üst üzdən də iri qoparma müşahidə edilir. Bu da həmin ucluğun 

yonqar kimi istifadəsini göstərir. 



248                                                                

Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Lövhələrdən  biri  üzərində  üç  funksiyalı  alət  düzəldilmişdir.  Üç  səthli  lövhənin  sağ 



yanından  bıçaq  kimi  istifadə  edilmişdir.  Nisbətən  qalın,  sol  tərəfi  isə  üst  üzdən  dikinə 

dişəklənərək  qaşov  düzəldilmişdir.  Qaşov  olan  tərəfdəsonluğa  yaxın  yerdə  dərin  gəz 

açılmışdır. Həmin tərəfin digər sonluğunda burğu düzəldilmişdir (Tablo II, 7). 

Çaxmaqdaşından hazırlanmış alətlər 

Çaxmaqdaşından hazırlanmış alətlər say etibarilə ikinci yeri tutur. Bu daş cinsinin boz, 

qonur,  qəhvəyi,  gümüşü,  tünd  qırmızı  (surquç)  və  s.  rənglərindən  hazırlanmış  müxtəlif  təyi-

natlı alətlər aşkar edilmişdir. 

Əsasən lövhəşəkillidirlər və daha çox təkfunksiyalı olub oraq dişləri və ya yığma alətin 

hissələri kimi istifadə edilmişlər. Belə alətlərin üzərindəki bitum izləri və işlək ağızın istifadə 

nəticəsində  hamarlanaraq  cilalanması  belə  bir  qənaətə  gəlməyə  imkan  verir.  Belə  xüsusiy-

yətlər əsasında yığma alətlərin qövsvari deyil, düz xətli olmasını söyləmək mümkündür. 

Çaxmaqdaşından çoxfunksiyalı alətlər də hazırlanmışdır. Belə alətlərin sayı çox olmasa 

da, onlarda neolit dövrü daş alətlər istehsalının ənənələri qorunub saxlanmışdır. 

Qara  rəngli  lövhənin  bir  yanı  bıçaq,  digər  tərəfi  isə  qaşov  kimi  istifadə  edilmişdir. 

Qaşovun bir yanından həm də sıyırğal kimi istifadə edilmişdir. 

Kiçik ölçülü, ağ rəngli lövhənin dişəklənməsi diqqəti cəlb edir. Trapesşəkilli bu lövhə-

nin  sol  yanı  narın  dişəklənib.  Lövhənin  sağ  tərəfi  isə  mərkəzdən  başlayaraq  yayılma  retuşla 

dişəklənib ki, bu da neolit dövrü üçün səciyyəvidir. Yayılma dişəkdən sonra işlək ağızda açıl-

mış dişlər olduqca narındır. 

Arxaik  səciyyəli  çoxfunksiyalı  alətlərdən  biri  qonur  rəngli  çaxmaqdaşından  hazırlan-

mışdır. Dörd səthli alətin üstündə bitum ləkələri saxlanmışdır. Lövhənin bir tərəfi dişəklənmiş 

və istifadə nəticəsində cilalanmışdır. Həmin tərəfin bir sonluğu həm də burğu aləti, lövhənin 

digər sonluğu isə uc qaşovudur. Görünür, bu daş ilk olaraq yığma alətin dişi, sındıqdan sonra 

isə burğu və uc qaşovu kimi isitfadə edilmişdir. 

Çaxmaqdaşından  hazırlanmış  bir  neçə  mişar  aşkar  edilmişdir.  Onlardan  biri  qonur 

rəngli trapes lövhədən düzəldilmişdir. Lövhənin bir yanı sıx, digər tərəfi isə seyrək dişəklən-

mişdir.  Seyrək  dişəklənmiş  tərəfin  işlək  ağzı  istifadədən  cilalanmışdır.  Maraqlıdır  ki,  hər  iki 

tərəfin dişləri qarmaqvari şəkildə eyni istiqamətə yönəlmişdir (Tablo II, 14). 

Digər bir mişar tünd qırmızı rəngli çaxmaqdaşı qəlpəsi üzərində düzəldilmişdir. Mişar 

yayılma retuşla dərin dişəkləmə üsulu ilə hazırlanmışdır. Qəlpənin bir küncü burğu, digər bir 

yanı  yonqar,  üçüncü  bir  tərəfi  isə  kəsər  funksiyalı  olmuşdur.  Bütün  bu  əlamətləri  ilə  alət 

mezolit-neolit səciyyəlidir. 

Arxaik  alətlər  sırasında  qara  rəngli  çaxmaqdaşı  qəlpəsindən  hazırlanmış  iskənə  funk-

siyalı  aləti  qeyd  etmək  lazımdır.  Bu  qəlpə  üzərində  işlək  ağızın  hazırlanması  üçün  qabarıq 

hissənin üstü uzununa vurulub götürülmüşdür. 



Felzitdən hazırlanmış alətlər 

Kəsici  alətlərin  müəyyən  qismini  felzitdən  hazırlanmış  məmulat  təşkil  edir  (Tablo  II, 

15-16). Onlar tünd boz və qara rənglidirlər. Alətlərin hamısı lövhəşəkillidirlər. Tipoloji-funk-

sional baxımdan əsasən bıçaqvari lövhələr və oraq dişləridir. Cəmi bir neçə çoxfunksiyalı alət 

tapılmışdır. Onlardan biri qara rəngli lövhə üzərində düzəldilmişdir. Üç səthli bu lövhənin bir 

yanı  dikinə,  hündür  dişəklənərək  qaşov  əmələ  gətirilmişdir.  Lövhənin  digər  tərəfi  dərin 

dişəklənərək mişar düzəldilmişdir (Tablo II, 16). 

Çox təsadüfi hallarda felzitdən istehsal tullantılarına rast gəlinir. 

Üç səthli digər lövhənin bir yanı sıyırğal, digər yanı isə bıçaq kimi istifadə edilmişdir. 

Lövhənin üzərində bitum izlərinin olması onun yığma alətin dişi kimi də istifadəsini göstərir. 




Arxeologiya, Etnoqrafiya                                                        

249

 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Beləliklə,  Qalayeri  yaşayış  məskəninin  daşdan  hazırlanmış  əmək  alətləri  Leylatəpə 

mədəniyyətinin  digər  abidələrində  olduğundan  daha  zəngindir.  Xüsusilə  dən  daşları  və  bəzi 

beləalətlərdən  ikinci  istifadə  Qalayerində  daha  çoxsaylı  və  əhatəli  təmsil  olunmuşdur.  Bu 

abidənin tədqiqi göstərdi ki, üstü oyuqlu dən daşları məhz xalkolit dövründə Cənubi Qafqazda 

Leylatəpə mədəniyyətinə aiddir.  

Kəsici alətlər də tipoloji-funksional baxımından fərqlənir. Diqqəti çəkən faktlardan biri 

Qalayerində  gümüşü  obsidian  məmulatının  zəngin  olmasıdır.  Bu  daşdan  hazırlanmış  çox-

funksiyalı alətlər daha çoxsaylıdırlar. 

Bütövlükdə  Qalayerinin  daş  məmulatı  əkinçi-maldar  təsərrüfatında  istifadə  edilmiş 

alətlərdir.  Bunlar  əsasən  oraq  dişlərindən  ibarət  biçin  alətləri  və  biçilmiş  taxılın  üyüdülməsi 

üçün dən daşları, sürtkəclər və s. tipli alətlərdir. Obsidian və çaxmaqdaşından düzəldilmiş bəzi 

alətlər  çox  güman  ki,  həm  də  heyvan  dərisinin  aşılanması,  ağac  və  sümükişləmə  məqsədilə 

istifadə edilmişdir.  



ƏDƏBİYYAT 

 

1.Алиев Н.Г., Нариманов И.Г. Культура Северного Азербайджана в эпоху позднего 

энеолита. Баку, 2001 

2.Мунчаев Р.М.. Майкопская культура. Археология. Ч. II. Эпоха бронзы Северного 

Кавказа. Москва 1994 

3.Мусеибли Н. А. Энеолитическое поселение Беюк Кесик. Баку 2007 

4.Мусеибли Н.А. Курганный могильник позднего энеолита у с. Союгбулаг в 

Азербайджане //Российская археология, №1, Москва, 2012, с.16-25 

5.Шишлов А., Колпакова А. Поселение майкопской культуры у станицы Натухаевской 

в приморской части северо-западного Кавказа // Доклад на второй международный 

конгресс по археологии Евразии, проводимый в 2010 г. Тире (Турция) 

 

НАДЖАФ МУСЕИБЛИ 

 

КАМЕННЫЕ ОРУДИЯ ТРУДА ПОСЕЛЕНИЯ ЛЕЙЛАТЕПИНСКОЙ 

КУЛЬТУРЫ ГАЛАЕРИ 

 

Поселение Галаери эпохи халколита (I пол. IV тыс. до н.э.) находится на терри-



тории  Габалинского  международного  аэропорта.  Памятник  лейлатепинской  культуры 

Галаери  возник  в  результате  миграции  населения  восточноанатолийского  позднего 

халколита на Южный Кавказ. Во время раскопок здесь обнаружены богатые изделия из 

разных  пород  камня,  использовавшиеся  в  земледельческом  хозяйстве:  зернотерки,  те-

рочники,  песты  и  многочисленные  режущие  орудия.  На  рабочей  поверхности  неко-

торых зернотерок имеются круглые углубления, характерные для таких орудии лейла-

тепинской  культуры.  Режущие  орудия  изготовлены  из  обсидиана,  кремня  и  фельзита. 

Изделий  из  серебристого  обсидиана  обнаружены  больше,  чем  на  других  памятниках 

указанного  периода.  Режущие  орудия  представлены  вкладышами  серпов,  скребками, 

ножевидными  пластинками,  стамесками,  микролитами  и  др.  Многофункциональные 

орудия  изготовлены,  в  основном,  из  серебристого  обсидиана.  Выявленные  нуклеусы, 

производственные  отходы  и  ретушеры  доказывают,  что  режущие  орудия  изготовлены 

на месте.  

 



250                                                                

Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

 



NAJAF MUSEYIBLI 

 

STONE LABOR TOOLS OF GALAYERI SETTLEMENT 

RELATING TO LEILATEPE CULTURE 

 

Galayeri settlement relating to Chalcholithic period (I half of the IV millennium B.C) is 

located  within  the  area  of  Gabala  International  Airport.  This  settlement  being  one  of  the 

Leilatepe  culture  monuments  had  emerged  as  a  result  of  migration  of  the  Late  Chalcholithic 

population from Eastern Anatolia to the South Caucasus. Rich stone products have been found 

in  the  monument.  These  are  hand-millstones,  graters,  mortar  and  pestles  and  a  great  deal  of 

cutters used in the agricultural sector.There is a circular hallow on the surface of some hand-

mill stones which is typical namely for Leilatepe culture. Cutting tools were made of obsidian, 

flint and felsit. The monument where most of the tools made of silver obsidian were found is 

just the Galayeri settlement. The cutting tools cover the sickle teeth, knife-shape slabs, curry-

combs  (horse-combs),  saws,  chisels,  filings,  cutting  tools  and  so  on.  Multi-function  tools 

outnumber in Galayeri settlement than in other monuments of Leilatepe culture. The detection 

of nuclei, industrial wastes andshows that cutting tools were prepared just in the settlement. 

 

Rəyçilər: t.e.d. Q.S.İsmayılzadə, t.e.d.R.C.Süleymanov 



AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “İlk orta əsrlər arxeologiyası” şöbə-

sinin 13 sentyabr 2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№06). 

Yüklə 74,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə