"250 yaşlı insan" kitabından : İmam Cavad(ə), İmam Hadi



Yüklə 0,58 Mb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü0,58 Mb.
#76478


1


2

"250 yaşlı insan" kitabından : İmam Cavad(ə), 

İmam Hadi(ə) və İmam Əsgərinin(ə)

ictimai həyatları haqqında İslam inqilabının 

böyük rəhbəri həzrət Ayətullah Seyid Əli 

Xameneyinin söhbətləri. 

Toplayan: Xarici zəvvarlar idarəsinin 

müdiriyyəti 

Nəşr edən: Qüds mədəniyyət müəssəsi 

Redaktə edən: Emin Haciyev

Tiraj: 10000



3


4


5

Mündəricat

Müqəddimə 

7

Uzunmüddətli məqsədlərə



malik olan geniş təşkilati

f ə a l i y y ə t

11

Elmi müsabiqə



28

Suallar


29


6


7

Müqəddimə

م ی�حرلا  ن�محرلا للها مسب�

 : َلاَق�  مالسلا  ه ی�لع ا َن�ِّرلا  ِن�

َع 


ِ

ّ

ی�ِو َر



َهْلا  ِماَل َّسلا  ِدْب�َع  ْن�َع

  َلاَق�   ْم ُكَر ْم

َأ

ا   ی�ِی�



ْحُی�   َن�ْی� َك   ُق�ْلُق�  اَن�َرْم

َأ

ا  اَی� ْح



َأ

ا  


ً

اد ْب� َع   ُه

َّللا    َم ِحَر

   َن� ِسا َحَم او ُم ِل َع ْو

َ

ل  َساَّن�لا  َّن� ِإا



َن�  َساَّن�لا اَهُمِّلَعُی� َو اَن�َموُلُع  ُمَّلَعَق�َی�

.اَن�و ُع َب�

َّق�اَلاَن� ِماَلَك

(307 ص ،1 ج ، ملاسلا هيلع اضرلا رابخا نويع)

Əbdussalam ibn Saleh Hərəvi belə deyir:

İmam  Rzanın(ə)  qulluğunda  idim, 

onun  belə buyurduğunu eşitdim: Allah 

Bizim əmrimizi (imaməti) dirçəldənə öz 

rəhmətini  yağdırsın.  Soruşdum  ki,  sizin 

əmriniz necə dirçəlir? İmam isə buyurdu: 

Bizim  elmlərimizi  öyrənib  başqalarına 

öyrətməklə, 

çünki 

əgər 


insanlar 

kəlamlarımızın  nə  kimi  gözəllikləri 

olduğunu  bilsələr,  bizə  tabe  olarlar.

(Uyun əxbar ər-Riza(ə) c. 1, səh. 307)




8

Allah-taalanın  böyük  nemətlərindən  biri 

də  məsum  Rəhbərləri(ə)  bizim  aramızda 

qərar verməsidir. Bizə nümunə olaraq onların 

həyat  tərzi, Allaha  qarşı  ibadətləri  və  öyüd-

nəsihətləri  bizi  əbədi  səadətə  qovuşdurur.  

Məşhəd  torpağı  peyğəmbər  övladının  dəfn 

olunduğu,  habelə  cənnətin  bir  parçasıdır. 

Bu  torpaqda  imamət  səmasının  səkkizinci 

ulduzunun  məzarı  yerləşir.  Hər  il  İmama 

məftun  olan  milyonlarla  İranlı  və  xarici 

ziyarətçilər  bu  məkana  axışaraq  susuz 

ruhlarını  Əhli-Beytin  zülal  maarifi  ilə  sirab 

edirlər. 

Müqəddəs 

Rəzəvi 


Astanasının 

xidmətçilərinin  hər  biri  İmam  Rza(ə) 

zəvvarlarına  ziyarətdən  daha  çox  faydalana 

bilmələri  məqsədilə  onların  rahatlıq  və 

aramlığı  üçün  xidmət  göstərməkdədirlər. 

“Müqəddəs  Rəzəvi  Astanasının  Xarici 

Zəvvarlar  İdarəsi”də  öz  növbəsində  əlindən 

gələn  bütün  xidmətlərini  İmam  Rza(ə) 

ziyarətçilərinə 

göstərir, 

Əhli-Beytin(ə) 

xüsusən İmam Rzanın(ə) həyatındakı davranış 

və  əxlaq  mədəniyyətini  bütün  rzasevərlərə 

və  şiələrə  aşılayır.  Müdiriyyətin  göstərdiyi 

təşəbbüs xarici zəvvarların bəsirəti və mənəvi 

inkişafı  artırmaq  məqsədilə  İran  İslam 

Respublikasının Ali dini liderinin nəsihətləri, 

Astan  Qüdsi  Rəzəvinin  rəhbərliyinin 

göstərişləri və habelə Astan Qüdsi Rəzəvinin 



9

20  illik  iş  təcrübəsi  İslam  mədəniyyətinin 

yayılması  üzərində  qurulmuşdur.

İdarənin  İmam  Rza(ə)  zəvvarlarına  qarşı 

beynəlxalq sahədə göstərdiyi xidmət növləri 

aşağıdakılardan  ibarətdir:

-Mədəni proqramların təşkil edilməsi;

-Maarifləndirici yığıncaqlar;

-Peşəkar görüşlərin baş tutması;

-Elmi  konfrans  və  seminarların  həyata 

keçirilməsi;

-Mədəni müsabiqələr;

-Şer gecələrinin təşkili;

-İslamı qəbul etmə mərasimi;

-Dini ekspertlərlə görüşlər;

-G ö n dərilən  m ə k t u b l a r ı n  c a v a b l a n d ı r ı 

l m a s ı ;

-Kitab və bu kimi digər mədəni məhsulların 

xarici ölkələrə göndərilməsi;

-Dini məsələlərə dair sual-cavablar

-İnternet  şəbəkəsi  olan  “Rəzəvi  talk”da 

dialoqların  keçirilməsi;

-Müxtəlif  dillərdə  İslam  maarifinə  dair 

ədəbiyyatların  yazılması  və  onların  tərcümə 

edilməsi.



10

Bu  gün  İslamın  çağırışı  dünyanın  hər  bir 

guşəsinə  çatıb.  Bu  çağırış  özlərindən  uzaq 

düşmüş  insanları  həqiqətə  doğru  yenidən 

qaytara  bilər.  Hazırda  haqpərəst  insanların 

qəlbləri İslama, onun təqdim etdiyi dəyərlər 

və  insan  tərbiyəsi  metoduna  üz  tutub 

artmaqdadır.  Bu  kitabın  həqiqət  axtarışına 

olan  kimsələrə  faydalı  olmasını,  zəvvarların 

və  Əhli-Beyt(ə)  aşiqlərinin  mərifət  çırağını 

aydınlatmasını  və  Allah-taalanın  razılığına 

səbəb  olmasını  ümid  edirik. 

  ُل ِدْب�َق� ْس

َ

ا ال  ٍحلا� ى ًد ُهِب� �ن� ْعِّق�َم  َو ، ٍد



َّم َحُم  ِلاَو  ٍدَّم َحُم  ىلَع  ِّل َ�  َّمُه

َّ

لل



َ

ا

 ام ىن�ْر ِّم َع  َو ،اهی�ن� 



ُّك ُشسَاال  ٍد ْشسُر  ِقهَّی�ِن�َو ،اهْن�َع   ُن�ی�نرَا ال  ٍ ّق�َح ِقهَق�ی�ر َط َو ،ِهِب�

. َ


ك ِق� َعاط  ىن�   ًق�

َ

ل ْندِب�  ىر ْم ُع   َن�اك



Allahım, Məhəmməd və onun Ailəsinə 

öz  rəhmətini  yağdır!  Məni  elə  düzgün 

bir hidayətlə bəhrələndir ki, onu heç nə 

ilə  dəyişməyim,  məni  elə  haqq  bir  yola 

yönəlt ki, ondan azmayım, mənə elə bir 

inkişaf  niyyəti  nəsib  elə  ki,  onda  şəkk 

etməyim.  Allahım,  nə  qədər  ki,  ömrüm 

sənin  itaətində  sərf  olur,  məni  yaşat

1



 



İslam əlaqələri və xarici zəvvarlar idarəsi

1. Səihifeyi Səccadiyə -1ci dua




11

Uzunmüddətli 

məqsədlərə malik olan 

geniş təşkilati fəaliyyət

Digər  məsum  imamlar  kimi  İmam 

Cavad(ə)  da  bizə  örnək  və  nümunədir. 

Allahın  bu  saleh  bəndəsinin  qısa  həyatı 

küfr  və  azğınlığa  qarşı  cihadda  keçdi. 

Yeniyetmə  çağında  İslam  ümmətinin 

rəhbəri  təyin  olundu,  qısa  ömründə 

Allah düşmənləri ilə cihad etdi və hələ 25 

yaşlı gənc ikən ona dözə bilməyib zəhərlə 

şəhid etdilər. Bizim digər imamlarımızın 

hər  birinin  öz  mübarizələri  ilə  şərəfli 

İslam  tarixinə  bir  səhifə  əlavə  etdikləri 

kimi,  bu  böyük  imam  da  İslamın 

hərtərəfli  mübarizəsinin  mühüm  bir 

hissəsini  əməlində  göstərdi  və  bizə 

böyük dərs verdi. O böyük dərs budur ki, 

münafiq və riyakar qüvvələrlə mübarizə 

aparmaq  üçün  xalqın  sayıqlığını  təmin 

etməliyik.  Düşmən  açıq  düşmənlik  etsə 

və riyakarlıq etməsə, ona qarşı mübarizə 

aparmaq asan olar. Lakin Məmun Abbasi 

kimi  müqəddəslik  və  islamçılıq  donu 

geyinsə,  xalqın  onu  tanıması  çətinləşər. 

Bizim  çağımızda  və  tarixin  bütün 

çağlarında  hakim  qüvvələr  xalqla  üz-



12

üzə  mübarizədə  aciz  qaldıqda  həmişə 

riyakarlıqdan istifadə etməyə çalışmışlar. 

İmam  Əli  ibn  Musa  Rza(ə)  və  İmam 

Cavad(ə) bu hiylə və riyakarlıq maskasını 

Məmunun  üzündən  kənara  çəkməyə 

çalışdılar  və  bunu  bacardılar.

10/10/1980

İmam  Cavad(ə)  müqavimətin  timsalıdır. 

Bütün  qısa  həyatında  Abbasi  xəlifəsi 

Məmunun 

hiyləgər 

və 

riyakar 


hakimiyyətinə qarşı mübarizə apardı, heç 

zaman  bir  addım  geri  çəkilmədi,  bütün 

çətin  şərtlərə  dözdü  və  bütün  mümkün 

metodlarla fəaliyyət göstərdi. O, açıq və 

azad diskussiyanın əsasını qoyan şəxsdir. 

Məmun  Abbasinin  yanında  alimlərlə 

və  böyük  şəxsiyyətlərlə  ən  dəqiq 

məsələlərdən  danışdı,  mübahisə  etdi, 

öz  üstünlüyünü  və  sözünün  haqlılığını 

isbatladı.  Azad  diskussiya  bizim  İslam 

irsimizdir.  Bu,  hidayətçi  imamların 

dövründə  mövcud  olmuş,  İmam 

Cavadın(ə) vasitəsi ilə də gözəl formada 

həyata  keçmişdir. 

14/05/1981 



13

İmam  Hadi(ə)  ilə  dövrünün  xəlifələri 

arasında  gedən  döyüşdə  zahirdə  və  elə 

əslində  də  qalib  gələn  imam  oldu.  O 

həzrətin  imamlığı  dövründə  altı  xəlifə 

bir-bir  hakimiyyətə  gəlib  cəhənnəmə 

vasil  oldular.  Onların  sonuncusu  olan 

Mötəsim  imamı  şəhid  etdi,  özü  də  qısa 

müddətdən  sonra  öldü.  Bu  xəlifələr 

əksərən rəzalətlə öldülər; biri oğlunun əli 

ilə öldürüldü, biri qardaşı oğlunun əli ilə. 

Beləliklə Şiədən fərqli olaraq Bəni-Abbas 

tar-mar  oldu.  Həzrət  Hadinin(ə)  və 

Həzrət  Əsgərinin(ə)  dövründə  də  ciddi 

rejimə  baxmayaraq,  şiəlik  günü-gündən 

genişləndi  və  gücləndi.

Həzrət  Hadi(ə)  42  illik  ömrünün  20 

ilini Samirədə keçirdi; orada tarlası vardı, 

işləyir və yaşayırdı. Samirə şəhəri əslində 

bir qarnizon idi. Mötəsim Türküstandan, 

Səmərqənddən,  Monqolustan  və  Şərqi 

Asiya bölgəsindən gətirdiyi özünə yaxın 

türk  qullarını  –  onları  öz  türklərimizlə, 

Azərbaycan  və  digər  bölgələrin  türkləri 

ilə  qarışdırmayın  –  saxlamaq  üçün  bu 

şəhəri  salmışdı.  Onlar  təzə  müsəlman 

olduqlarına görə imamları və möminləri 

tanımır, İslamdan baş açmır, xalqı incidir, 

Bağdad  əhalisi  ilə  dalaşırdılar.  İmam 

Hadinin(ə) dövründə mühüm sayda Şiə 




14

böyükləri  Samirə  şəhərinə  toplaşdılar. 

İmam  onlara  rəhbərlik  edir,  onların 

vasitəsi ilə imamət mesajını bütün İslam 

dünyasına  çatdırır,  məktublar  yazırdı. 

Həmin qrup Qumda, Xorasanda, Reydə, 

Mədinədə,  Yəməndə,  ucqar  bölgələrdə 

və  dünyanın  hər  bir  yerində  fəaliyyət 

göstərən Şiə şəbəkəsini genişləndirdi, bu 

məktəbə  inananların  sayını  günbəgün 

artırdı.  İmam  Hadi(ə)  bütün  bu  işləri 

həmin altı xəlifənin iti və qanlı xəncərinin 

kölgəsi altında gördü. Həzrət Hadinin(ə) 

vəfatına  dair  məşhur  hədisdən  anlaşılır 

ki,  Samirədə  çoxlu  şiələr  toplaşmışdılar 

və hakimiyyət onları tanımırdı; tanısaydı, 

hamısını  məhv  edərdi.  Onlar  güclü 

şəbəkə  qurduqlarına  görə  xilafət  onları 

tapa  bilmirdi.

İmamların mübarizəsinin bir günü illər 

qədər təsir bağışlayırdı. Onların mübarək 

həyatlarının  bir  günü  cəmiyyətdə illərlə 

çalışan  bir  qrupun  təsirini  buraxırdı. 

Onlar  dini  belə  qorudular.  Başında 

Mütəvəkkilin,  Mötəsimin  və  Məmunun 

durduğu, alimləri Yəhya ibn Əksəm kimi 

ən fasiq, ən günahkar saray alimlərindən 

ibarət  olan  bir  din  əsla  qalmaz,  həmin 

günlərdə  məhv  olar,  bitərdi.  İmamların 

bu mübarizə və fəaliyyəti yalnız Şiəni yox, 




15

hətta  Quranı,  İslamı  və  din  təlimlərini 

qorudu.  Allah  övliyalarının,  xalis  və 

ixlaslı  bəndələrin  xüsusiyyəti  budur. 

Əgər İslamın fədakar insanları olmasaydı, 

1200-1300 ildən sonra belə təravətli qala 

və İslam oyanışı yarana bilməzdi, yavaş-

yavaş  məhv  olardı.  Peyğəmbərdən(s) 

sonra  İslamın  bu  möhtəşəm  təlimlərini 

bəşəriyyətin və tarixin beyninə hopduran 

insanlar  olmasaydı,  məhv  olar,  tükənər 

və  heç  bir  şeyi  qalmazdı.  Adı  qalsaydı 

da, təlimlərindən bir şey qalmazdı; indi 

əsas  təlimlərindən  təxminən  heç  bir 

şeyin  qalmadığı  məsihilik  və  yəhudilik 

kimi  olardı.  Quranın  və  Peyğəmbər(s) 

hədislərinin  sağlam  qalması,  bütün 

bu  hökm  və  təlimlərin  yaşayıb  min 

ildən  sonra  bəşəri  təlimlərin  zirvəsində 

durması  təbii  deyil,  çoxlu  zəhmətlə 

başa  gələn  qeyri-təbii  bir  haldır.  Bunun 

yolunda  döyülmək,  həbs  olunmaq  və 

öldürülmək  də  olub.  Bunlar  o  böyük 

insanlar  üçün  mühüm  deyildi.

Həzrət  Hadinin(ə)  uşaqlığı  haqda 

bir  hədis  var.  Həzrət  Cavadın(ə) 

şəhadətindən  iki  il  öncə,  hicrətin  218-

ci  ilində  Mötəsim  imamı  Mədinədən 

Bağdada gətirəndə Həzrət Hadinin(ə) altı 

yaşı  vardı.  O,  ailəsi  ilə  birgə  Mədinədə 




16

qaldı.  Həzrət  Cavad(ə)  Bağdada 

gətiriləndə  Mötəsim  onun  ailəsi  haqda 

sorğu-sual  etdi.  Onun  böyük  oğlu  Əli 

ibn  Məhəmmədin  altı  yaşı  olduğunu 

eşidəndə dedi ki, bu təhlükəlidir, biz bu 

haqda  bir  şey  fikirləşməliyik.  Mötəsim 

yaxın  adamlarından  birini  Bağdaddan 

Mədinəyə  göndərdi,  ona  tapşırdı  ki, 

Əhli-beyt  düşməni  olan  bir  nəfəri  tapıb 

bu  uşağı  ona  tapşırsın  və  o,  müəllim 

kimi bunu öz ailəsinə düşmən və xilafətə 

dost  kimi  yetişdirsin.  Həmin  adam 

Bağdaddan  Mədinəyə  gəldi.  Mədinə 

alimləri  arasında  Əhli-beytə  ən  müxalif 

və  ən  düşmən  insanlardan  olan  əl-

Cüneydi  adlı  birisini  tapdı;  o  zaman 

Mədinədə  belə  alimlər  vardı.  Ona  dedi 

ki, mənə səni bu uşağın tərbiyəçisi etmək 

əmr  olunub.  Heç  kəsin  onunla  get-gəl 

etməsinə  qoyma,  onu  bizim  istədiyimiz 

kimi  tərbiyə  et.  Qeyd  etdiyim  kimi,  o 

zaman həzrət Hadinin(ə) altı yaşı vardı, 

əmr  də  hakimiyyətin  əmri  idi;  kim  ona 

qarşı  çıxa  bilərdi?!

Bir  müddətdən  sonra  xilafətə  bağlı 

adamlardan  biri  əl-Cüneydini  görüb 

uşaq haqda soruşdu. Əl-Cüneydi dedi ki, 

nə uşaq, mən ona ədəb-ərkandan bir söz 

deyəndə  o  mənə  bu  barədə  bilmədiyim 




17

incəliklərdən danışır. Bunlar harada dərs 

oxuyublar? Bəzən otağa girmək istəyəndə 

ona  deyirəm  ki,  bir  Quran  surəsi  oxu, 

sonra gir, - görünür ona əziyyət vermək 

istəyirmiş  -  o  soruşur  ki,  hansı  surəni 

oxuyum.  Mən  deyirəm  ki,  böyük  bir 

surə,  məsələn,  Ali-İmran  surəsini  oxu. 

O  oxuyur,  mürəkkəb  yerlərini  də  mənə 

izah  edir.  Bunlar  alim,  Quran  hafizi, 

Quranın təvil və təfsirinə vaqifdirlər. Bir 

müddətdən  sonra  isə  həmin  müəllim 

Əhli-beyti sevən şiələrdən oldu. Təbii ki, 

o,  zahirdə  uşaq,  əslində  isə Allah  vəlisi 

idi: “Biz uşaq ikən ona hikmət verdik”

1

.



Bunlar  hər  bir  sahədə  qalib  gəldilər, 

onlar  isə  məğlub  oldular.  Bütün  Bəni-

Abbas  xəlifələrinə  müxalif  olmuş,  öz 

şerləri  ilə  onları  vurmuş  və  hər  biri 

üçün  tarixdə  bir  sənəd  qoymuş  Dibilin 

Mötəsim  haqda  bir  neçə  beyt  şeri  var. 

Deyir biz kitablarda oxumuşduq ki, Bəni-

Abbas  yeddi  xəlifədir,  indi  isə  deyirlər 

səkkizdir.  Səkkizincisi  haradadır?  Onlar 

Əshabi-Kəhf  kimidirlər:  səkkizincisi 

itləridir. Sonra deyir ki, sən hara, o it hara. 

O it Allaha heç bir günah etməmişdi, sən 

isə  başdan-ayağa  günah  içindəsən.

20/08/2004

1. Məryəm/ 12 " اًّی�ب� َ�  َمكُحلا  ُهان�ی�َق�

آ

ا  َو".




18

İmamı nəzarət altında saxlamaq üçün 

Mədinədən  Samirəyə  gətirdilər,  lakin 

gördülər ki, faydası yoxdur. Siz Mənaqib 

kitabında

1

 və digər əsərlərdə bu üç imam 



haqda  yazılanlara  baxsanız,  görərsiniz 

ki,  Şiə  şəbəkəsi  onların  dövründə 

İmam  Baqirin(ə)  və  İmam  Sadiqin(ə) 

dövründən də güclü olmuşdur. Məhdud 

şəraitdə  olsalar  da,  ucqar  bölgələrdən 

onlara  məktub  yazır,  pul  göndərir  və 

əmr  alırdılar.  Həzrət  İmam  Hadi(ə) 

Samirədə xalq tərəfindən sevilirdi, hamı 

ona  hörmət  edirdi.  Onun  və  həmçinin 

İmam  Əsgərinin(ə)  vəfatı  zamanı 

şəhər  təlatümə  gəldi.  Hakim  qüvvələr 

anladılar  ki,  burada  bir  sirr  var,  onu 

öyrənmək  və  ona  çarə  qılmaq  lazımdır. 

Onlar müqəddəslik məsələsini anladılar. 

Mütəvəkkil  imamı  şərab  məclisinə 

çağırdı ki, Əli ibn Məhəmmədin əyyaşlıq 

edilən  bir  şərab  məclisinə  qonaq  olması 

xəbəri  hər  yerə  yayılsın.  Siz  görün  bu 

xəbər  necə  təsir  buraxardı.

İmam məsələyə mübariz bir insan gözü 

ilə baxıb təxribata qarşı tədbir gördü. O, 

Mütəvəkkilin sarayına gedib onun şərab 

məclisini  mənəviyyat  məclisinə  çevirdi. 

Haqqı söyləməklə və məzəmmətli şerlər 

1.  İbn Şəhr Aşub. «Mənaqib Ali-Əbi Talib(ə)», c. 4, səh: 447-337.



19

oxumaqla  Mütəvəkkilin  planını  alt-üst 

etdi. İmam danışandan sonra Mütəvəkkil 

ayağa  qalxıb  onun  üçün  müşk-ənbər 

gətirdi,  onu  hörmətlə  yola  saldı.  İmam 

ona  dedi  ki,  sən  elə  bilirsən  burada 

oturmusan və ölümün pəncəsi səni tuta 

bilməyəcək?!  O  beləliklə  Mütəvəkkilin 

cəsədini  yeyəcək  qurdlara  qədər  bütün 

ölüm  mərhələlərini  bəyan  etdi.  İmam 

məclisi  tamamilə  alt-üst  edib  saraydan 

çıxdı.  Hücumçunun  qəddar  və  qüdrətli 

bir  xəlifə,  qarşı  tərəfin  isə  müdafiəsiz 

bir  gənc  olduğu  mübarizədə  zahirən 

zəif  tərəf  psixoloji  bir  üsula  -  nizə  və 

xəncərin  işləmədiyi  bir  mübarizəyə  əl 

atdı. Biz olsaydıq, bu işi görə bilməzdik. 

İmam  mövqeyi  dərk  edib  xəlifəni 

qəzəbləndirməyəcək  şəkildə  danışmağı 

bacarır.  İmam  misal  üçün,  ayağa  qalxıb 

bütün  şərab  şüşələrini  qıra  bilərdi.  Bu, 

yaxşı reaksiya olmaz, ondan yaxşı nəticə 

verməzdi. İmam ayrı cür etdi. Məsələnin 

bu  cəhəti  çox  əhəmiyyətlidir.

İmamların  həyatında  bu  məqama 

diqqət  yetirmək  lazımdır  ki,  onlar 

daim  mübarizə  halında  olmuşlar.  Bu, 

siyasi  mübarizə  idi.  Çünki  hakimiyyət 

kürsüsündə  oturmuş  adam  da  dinə 

iddiaçı idi, o da zahirdə dini nəzərə alır, 




20

hətta bəzən imamın fikrini qəbul edirdi. 

Məmun  haqda  eşitmisiniz  ki,  imamın 

bəzi  məsələlərə  dair  fikrini  açıq  şəkildə 

qəbul  edirdi.  Yəni  bundan  çəkinmir, 

bəzən  fiqhi  nəzərini  qəbul  edirdilər. 

Əhli-beytə  qarşı  mübarizəyə  səbəb  olan 

amil  onların  özlərini  imam  bilmələri 

idi.  Onlar  deyirdilər  ki,  biz  imamıq. 

Ümumiyyətlə,  hakim  qüvvələr  əleyhinə 

ən böyük mübarizə bu idi. Çünki hakim 

olan, özünü imam və rəhbər adlandıran 

şəxs  imama  lazım  olan  xüsusiyyətlərin 

özündə  deyil,  Əhli-beytdə  olduğunu 

görür,  onları  hakimiyyətə  təhlükə 

sayırdılar.  Həm  də  onların  bu  iddiaları 

vardı.  Hakim  qüvvələr  bu  mübarizə 

ruhuna  qarşı  vuruşur,  imamlar  da  dağ 

kimi  möhkəm  dayanırdılar.  Təbii  ki,  bu 

mübarizədə  imamların  təbliğ  etdiyi  din 

təlimlərinin,  fiqh  hökmlərinin  və  əxlaqi 

məsələlərin  öz  yeri  vardı.  Onlar  daha 

çox  şagird  yetişdirdilər,  Şiə  əlaqələri 

günbəgün  genişləndi  və  məzhəbi 

bunlar  saxladı.  Düşmənlərinin  250  il 

hakimiyyətdə olduğu bir məzhəbdən əsla 

bir şey qalmamalı, tamamilə məhv olmalı 

idi, amma görün indi dünyada vəziyyət 

necədir  və  Şiə  nəyə  nail  olmuşdur.



21

Bu  məsələni  İmam  Sadiq(ə),  İmam 

Hadi(ə)  və  İmam  Əsgəri(ə)  haqda 

oxunan şerlərdə yaxşı görmək olar. Onlar 

mübarizə apardılar və bu yolda canlarını 

qurban verdilər. Bu, müəyyən məqsədlərə 

doğru davam edən bir yoldur; bəzən biri 

qayıdır, biri bu tərəfdən gedir – məqsəd 

isə  birdir.  Onlar  bu  işin  təməlini  qoyan 

İmam  Hüseyndən(ə)  daha  müvəffəq 

oldular.  Çünki  İmam  Hüseynin(ə) 

şəhadətindən  sonra  çox  az  adam  bu 

xətdə qaldı, İmam Hadinin(ə) dövründə 

isə  onların  bütün  İslam  dünyasında 

nüfuzları  vardı,  hətta  Bəni-Abbas  da 

buna  aciz  qalır,  nə  edəcəyini  bilmirdi.

Abbasi  xəlifələrinin  biri  məmurlarına 

bir məktub yazıb xütbələrdə Əhli-beytin 

adının  çəkilməsini  və  Əhli-beytin  haqlı 

olduğunun  söylənməsini  əmr  etdi. 

Bu  məktub  tarixdə  qeyd  olunmuşdur. 

Yazmışlar  ki,  sarayın  vəziri  özünü  tez 

xəlifəyə çatdırıb dedi: “Sən nə edirsən?!” 

O, Əhli-beytin haqlı olmadığını deməyə 

cəsarət etmədi, dedi ki, indi bəzi qüvvələr 

Təbəristanın dağlarında və digər yerlərdə 

Əhli-beyt şüarı ilə qiyam etmişlər. Sənin 

bu  sözün  hər  yerə  yayılsa,  o  zaman  bir 

orduya çevrilib üstünə gələcəklər. Xəlifə 

onun  doğru  söylədiyini  görüb  fərmanı 




22

ləğv  etdi.  Onlar  hakimiyyətlərinə 

görə  qorxurdular.  Buna  inanırdılarsa 

da,  hakimiyyət  və  dünya  sevgisi  bu 

inamlarına  mane  olurdu. 

21/09/2001

Bizim  məsumlarımız  həqiqətən  çox 

qərib  olmuş,  Mədinədən,  ailədən  və 

doğma  cəmiyyətdən  uzaq  qalmışlar. 

Amma bunun kənarında İmam Cavad(ə), 

İmam Hadi(ə) və İmam Əsgəri(ə) haqda 

başqa  bir  məsələ  də  var.  O  da  budur 

ki,  həzrət  Əsgərinin(ə)  imamlığının 

sonuna  yaxınlaşdıqca,  bu  qəriblik  daha 

da  artmışdır.  Bu  üç  imamın  dövründə 

imamların  və  şiələrin  nüfuz  dairəsi 

İmam  Sadiqin(ə)  və  İmam  Baqirin(ə) 

dövrünə nisbətən bəlkə on dəfə artmışdı. 

Bu,  mühüm  məsələdir.  Onların  güclü 

nəzarət  və  təzyiq  altında  saxlanmasının 

səbəbi  də  bəlkə  bu  idi.  İmam  Rzanın(ə) 

İrana  doğru  hərəkətindən  və  Xorasana 

gəlişindən sonra baş verən dəyişikliklərin 

biri  bu  idi.  Bəlkə  də  səkkizinci  imam 

bu  məsələni  düşünmüşdü.  Ondan  öncə 

şiələr  hər  yerdə  tək-tük,  zəif  əlaqəli, 

ümidsiz və məyus idilər, xəlifələr də hər 

yerə  nəzarət  edirdilər.  Məmundan  öncə 

firon kimi qüdrətli olan Harun iş başında 



23

idi.  İmam  Rza(ə)  Xorasana  gələndə  və 

bu  yoldan  keçəndə  xalqın  qarşısına  elə 

bir  şəxsiyyət  çıxdı  ki,  həm  elmi,  həm 

əzəməti, həm sədaqəti, həm də nuraniliyi 

ilə xalqın diqqətini cəlb etdi. İnsanlar əsla 

belə bir şəxs görməmişdilər. Ondan öncə 

nə qədər şiə Xorasandan Mədinəyə gedib 

İmam  Sadiqi(ə)  görə  bilərdi?!  Bu  uzun 

yolboyu  isə  imamı  yaxından  gördülər. 

Qəribə mənzərə idi, sanki Peyğəmbəri(s) 

görürdülər.  Onun  mənəvi  əzəməti, 

iqtidarı,  əxlaqı,  təqvası,  nuraniliyi 

və  dərin  elmi...  Nə  soruşursansa,  nə 

istəyirsənsə,  hamısına  cavab  hazırdır. 

İnsanlar  belə  bir  şey  görməmişdilər.  Bu 

hamıda  həyəcan  yaratmışdı.

İmam  Xorasana  və  Mərvə  çatdı. 

Paytaxt  indiki  Türkmənistanda  yerləşən 

Mərv  şəhəri  idi.  Bir-iki  ildən  sonra 

da  imamın  şəhadəti  baş  verdi  və  xalq 

matəmə qərq oldu. Həm imamın xalqın 

görmədiyi  və  eşitmədiyi  mənzərəni 

canlandıran  girişi,  həm  də  böyük  qəm-

kədər  doğuran  şəhadəti  bu  bölgələrin 

hamısını  şiələrin  ixtiyarına  keçirdi. 

Hamısı  şiə  olmadı,  amma  hamısı  Əhli-

beyti  sevdi.  Şiələr  belə  bir  şəraitdə 

işləməyə  başlamışdılar.  Siz  görürsünüz 

ki,  Əşərilər  birdən-birə  Qumda  peyda 




24

olurlar. Onlar nə üçün gəldilər? Əşərilər 

ərəbdirlər.  Onlar  Quma  gəlib  orada 

hədis və İslam təlimləri mərkəzi açdılar. 

Reydə  də  Kuleyni  kimilər  meydana 

çıxdı.  Kuleyni  kimi  bir  şəxs  təsadüfi 

bir  yerdə  yetişmir.  Mühit  etiqadlı  şiə 

olmalıdır  ki,  belə  xüsusiyyətlərə  malik 

olan  bir  gənc  yetişib  Kuleyni  olsun.  Bu 

hərəkət  beləcə  davam  etdi.  Siz  baxın, 

Şeyx  Səduq  Hərata,  Xorasana  və  digər 

yerlərə gedib Şiə üçün hədis toplamışdı. 

Bu  çox  əhəmiyyətli  məsələdir.  Şiə 

hədisçiləri  Xorasanda,  Səmərqənddə 

nə edirlər? Səmərqənddə kim var? Şeyx 

Əyyaşi Səmərqəndi. Əyyaşi Səmərqəndi 

Səmərqənd  şəhərindəndir.  Onun  haqda 

belə  deyiblər:  “Evi  şiələrin  və  alimlərin 

toplaşdığı  mərkəzə  çevrilmişdi”.

1

  Bu, 



Şeyx  Kəşşinin  sözüdür.  Şeyx  Kəşşinin 

özü  də  səmərqəndlidir.  Buna  əsasən, 

İmam  Rzanın(ə)  hərəkəti  və  sonra 

məzlumcasına  şəhadəti  səbəbindən  bu 

yerlər  imamların  təsir  dairəsinə  qatıldı 

və  onlar  bu  imkandan  istifadə  etməyə 

başladılar;  məktublaşdılar,  get-gəllər 

başladı. Bu get-gəllər adi formada deyil, 

məxfi  şəkildə  həyata  keçirdi.  Bunu 

açıq  etsəydilər,  insanların  əl-ayaqlarını 

1. Nəccaşi. «Rical», səh: 372. 

"مل ِعلا َله

أ

ا و  ِقهع ی� ّشسلِل 



ً

اعَق�ر ُم  ق�َن�اك  ی�ق�

ّ

لا  ِهِراد  یىن�"




25

kəsərdilər.  Kərbəlaya  getməyi  qadağan 

edən  qəddar  Mütəvəkkil  insanların 

suallarının  asanlıqla  imama  verilməsinə 

və sonra cavablarının aparılmasına, şəriət 

ödənclərinin  gətirilməsinə  və  ondan 

qəbz  alıb  insanlara  aparılmasına  icazə 

verərdimi?! Bunlar bu üç imamın böyük 

təbliğat  və  təlimat  şəbəkəsini  göstərir.

İmam  Rzadan(ə)  həzrət  Əsgərinin(ə) 

şəhadətinə qədər vəziyyət belə olmuşdur. 

Samirə şəhəri elə də böyük deyildi, yeni 

salınmış  paytaxt  idi.  Saray  adamları, 

əyan-əşraf  və  gündəlik  ehtiyacları 

təmin  edəcək  qədər  adi  adamlar  orada 

məskunlaşmışdılar.  Həzrət  Hadi(ə)  və 

həzrət  Əsgəri(ə)  əslində  bir  qarnizon 

olan bu şəhərdə bütün İslam dünyası ilə 

belə  rabitə  sistemi  qura  bilmişdilər.  Biz 

imamların həyatının müxtəlif cəhətlərinə 

baxanda  onların  nə  etdiyini  anlayırıq. 

Onlar  yalnız  namaz,  oruc,  pak  və 

murdar məsələlərinə dair suallara cavab 

vermirdilər, dini mənada olan bir imam 

mövqeyində  durub  xalqla  danışırdılar. 

Məncə, buna digər cəhətlərin kənarında 

baxmaq  lazımdır.  Siz  görürsünüz  ki, 

həzrət  Hadini(ə)  Mədinədən  Samirəyə 

gətirib  gənc  çağında  -  42  yaşında 

şəhadətə  yetirirlər.  Yaxud  İmam  Həsən 




26

Əsgəri(ə)  28  yaşında  şəhid  edilir. 

Bunların  hamısı  imamların,  şiələrin  və 

onların  səhabələrinin  bütün  tarix  boyu 

möhtəşəm  hərəkətinin  göstəricisidir. 

Xilafət qəddar totalitar rejim olsa da, eyni 

zamanda  imamlar  belə  uğurlu  fəaliyyət 

göstərirdilər. Yəni qürbətin kənarında bu 

qüdrəti və nailiyyəti də görmək lazımdır. 

10/05/2003

Bütün  İslam  dünyasında  şiələrin  bir-

biri ilə əlaqəsi və Şiə təşkilatının əhatəsi 

heç  zaman  həzrət  Cavadın(ə),  həzrət 

Hadinin(ə)  və  həzrət  Əsgərinin(ə) 

dövründəki kimi olmamışdır. Vəkillərin, 

naiblərin  olması,  həzrət  Hadi(ə)  və 

həzrət  Əsgəridən(ə)  nəql  olunan 

əhvalatlar  -  məsələn,  biri  pul  gətirdi 

və  imam  təyin  etdi  ki,  onunla  filan  iş 

görülsün  -  bunu  göstərir.  Yəni  bu  iki 

imamın  Samirədə,  onlardan  öncə  də 

həzrət  Cavadın(ə)  bir  şəkildə  və  həzrət 

Rzanın(ə)  başqa  bir  şəkildə  nəzarət 

altında olmasına baxmayaraq, insanların 

əlaqəsi genişlənmişdi. Bu əlaqələr İmam 

Rzadan(ə)  öncə  də  vardı,  lakin  onun 

Xorasana  gəlişi  buna  olduqca  böyük 

təkan  verdi. 

09/08/2005



27

Bizim  imamlarımız  əziz  İslam 

Peyğəmbərinin(s)  vəfatından  həzrət 

Əsgərinin(ə)  vəfatına  qədər  ötən 

250  il  ərzində  çox  əziyyət  çəkdilər, 

öldürüldülər,  zülmə  məruz  qaldılar. 

Onlar  üçün  ağlamağa  dəyər.  Onların 

məzlumluğu ürəkləri qan edir. Lakin bu 

məzlumlar  qalib  gəldilər;  həm  dönəm 

səviyyəsində  qələbə  çaldılar,  həm  də 

ümumilikdə  və  tarix  boyu. 

20/08/2004




28

Elmi müsabiqə

Suallar  kitabın  mətninə  əsasən 

hazırlanıb,  qeyd  olunan  yollarla  

müsabiqədə  şirkət  edə  bilərsiniz:

1-  Sual  anketin  cavablandırıb  bu 

ünvana  yollayın:  İmam  Rza(ə)  hərəmi, 

Cümhuri İslami səhnəsi, Xarici Zəvvarlar 

İdarəsi


2-  Sual  anketin  cavablandırıb  bu 

email-a  yollayın:  iro@imamrezashrine.

com

3- www.imamrezashrine.aqr.ir saytına 



müraciət edib sual anketin cavablandırın


29

Suallar

1- İmam Cavad(ə) necə və neçə yaşında 

şəhadətə yetişib ?

a) Zindanda 28 yaşında öldürülmüşdür

b) 25 yaşında zəhərləndirilmişdir

c) 45 yaşında zəhərləndirilmişdir

ç) Zindanda 25 yaşında öldürülmüşdür

2-  İmam  Hadi(ə)  imaməti  İslam 

məmləkətlərinə  necə  yayırdı  ?

a) Xəlifələrin köməyi ilə

b) Böyük şiə şəxsiyyətlərlə görüşərək

c)  Bağdadda  yaşayan  böyük  şiə 

şəxsiyyətlərin  vasitəsi  ilə  İslam 

şəhərlərinə 

təbliğ 

məktublarını 



yo l l a m a q l a

ç)   b və c variantları

3-Mötəsim Abbasi imam Hadinin(ə) 6 

yaşda olduğunu biləndə nə etdi ?

a) Onu zindana saldı

b)  Mədinədən  yanına  gətizdirib  öz 

yanında  saxladı

c) Əmr etdi ki, Əhli-beyt düşməni olan 




30

bir nəfəri tapıb bu uşağı ona tapşırsın 

və  o,  müəllim  kimi  bunu  öz  ailəsinə 

düşmən və xilafətə dost kimi yetişdirsin

ç) Onu uşaq ikən şəhadətə yetirdi

4-  Mötəsimin  imam  Hadi(ə)  üçün 

seçdiyi müəllimin adı nə olub və imamı 

tanıdıqdan  sonra  nə  baş  verir  ?

a) Adı Cüneyd olur və sonda xəlifəyə 

qarşı  çıxır 

b) Adı Mötəz olur və Əhli-beytə qarşı 

mərifət  tapır

c) Adı Cüneyd olur və Əhli-beytin xalis 

şiələrinə dönür

5-”Evi şiələrin və alimlərin toplaşdığı 

mərkəzə  çevrilmişdi”-  cümləsi  kimin 

haqqında  deyilib  və  o,  haradan  olub  ?

a)  Şeyx Kəşşi- Səmərqənddən

b)  Şeyx Əyyaşi- Səmərqənddən

c)  Şeyx Kuleyni- Nişapurdan

ç)  Şeyx Səduq- Qum şəhərindən



31

Şəxs haqqında məlumat

Ad: ..................................................................

Soyad: ............................................................

Telefon: ..........................................................

Email: .............................................................

Ünvan: ...........................................................



cavab

sıra


a

b

c



ç

1

2



3

4

5




32

Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə