255 Tarix və onun problemləri



Yüklə 60,14 Kb.
Pdf görüntüsü
tarix04.02.2018
ölçüsü60,14 Kb.
#23655


Arxeologiya, Etnoqrafiya                                                     

 255

 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



RAMİL RÜSTƏMOV 

AMEA-nın Arxeologiya və Etnoqrafiya 

 İnstitutunun”İlk orta əsrlər arxeologiyası” şöbəsinin dissertantı  

E-mail: rustemovramil@mail.ru 

 

MUĞANIN İTMIİŞ ŞƏHƏRİ - BƏLHAB 



 

Açar sözlər: inzibati, ticarətdə, karvansara, körpülər 

Ключевые слова: административные, торговые, караван-сараи, мосты 

Key words:administrative, trade, caravanserais, bridges 

 

Muğanın  orta  əsr  şəhərlərinin  öyrənilməsində  Varsan,  Bəcirəvan,  Həmşərə,  Bəlhab 



şəhərlərinin  tədqiqinin  böyük  əhəmiyyəti  vardır.Bu  şəhərlər  kifayət  qədər  tədqiq  edilmişdir. 

Lakin İmişli ərazisində aparılmış yerüstü kəşfiyyat işləri və əldə edilmiş arxeoloji nümunələr 

əsasında  burada  yeni  bir  orta  əsr  şəhərinin  izləri  üzə  çıxarılmışdır.  Bu  şəhər  adı  qədim  ərəb 

mənbələrində çəkilən Bəlhab şəhəri olduğu ehtimal edilir.[1.s.40] Bu məqalədə məqsəd İmişli 

rayonu  ərazisində  üzə  çıxarılan  orta  əsr  Bəlhab  şəhərinin  inkişafı  haqqında  ətraflı  məlumat 

verməkdir.Bu  şəhərin  yeri  İmişli  rayonunun  Sarıxanlı  kəndi  ərazisində,  Araz  çayının  sol 

sahilində  20-25  km  məsafədə  yerləşir.  Şəhərin  izləri  40  ha  qədər  ərazini  əhatə  edir.  Bir  sıra 

ərəb mənbələrinə istinad edərəkbu şəhər haqqında ətraflı məlumat əldə etmək olar. 

 İlk  dəfə  olaraq  bu  şəhər  haqqında  X  əsr  ərəb  müəllifi  Qudama  ibn  Cəfər  əl-Bağdadi 

məlumat verir. O, “Xərac və katiblik sənəti kitabı” adlı əsərində Bəlhab şəhərinin adını çəkir. 

Bu  şəhərin  Ərdəbil,  Bərzənd,  Varsan,  Beyləqan  kimi  şəhərlərlə  iqtisadi  və  ticarət  əlaqələri 

barədə  məlumat  verir.  Eyni  zamanda  şəhərlər  arasındakı  məsafə  də  göstərilir.[2.s.46]  Bu 

məsafəyə  nəzərən  şəhərin  İmişli  ərazisində  olması  müəyyən  edilmişdir.  Bu  faktı  digər 

müəlliflər  də  təsdiq  edirlər.  əl-İstəxri  “Məmləkətlərin  yolları  kitabı”  əsərində  qeyd  edir  ki, 

Bərdədən  Yunana  7  fərsəx,  Yunandan  Beyləqana  1  7  fərsəx,  Beyləqandan  Varsana  7  fərsəx, 

Varsandan Bəlhəbə 7 fərsəx, Bəlhəbdən Bərzəndə 7 fərsəx, Bərzənddən Ərdəbilə 15 fərsəxdir. 

Göründüyü kimi, Bəlhab şəhəri Bərdə-Ərdəbil ticarət yolu üzərində yerləşmiş əhəmiyyətli bir 

şəhər olmuşdur. İbn Havqəl bildirir: Bərdədən Muyan kəndinə 7 fərsəx, Muyandan Beyləqan 

şəhərinə  7  fərsəx,  Beyləqandan  (bu  xoşagələnşəhərin  zəngin  bulaqları,  bağları,  meşələri  və 

çaylarında  çoxludəyirman  vardır)  Varsana  (bu  şəhər  Beyləqandan  böyük  və  genişdir,çoxlu 

əhalisi,  bazarları  və  müxtəlif  malları  vardır;  böyük  şəhərlərdəəhaliyə  xidmət  yerləri  və  meh-

manxana  kimi  hər  şey  burada  vardır;şəhərin  ətrafına  hasar  çəkilmişdir;  onun  öz  bazarı  olan 

qəsəbəsi  dəvar)  7  fərsəx,  Varsandan  Bəlhəbə  7  fərsəx  (Bəlhəb  əhalisi  çox  olan  bir  kənddir, 

burada poçt stansiyası və müsafirlərin dayanması üçün mehmanxana vardır),[3.s.85] Bəlhəb-

dən Bərzəndə, öz vəziyyətinə görə Beyləqana yaxın olan şəhər, 7 fərsəx, Bərzənddən Ərdəbilə 

15fərsəxdir;  bu  yolun  (hər  iki  tərəfində)  kəndlər  və  stansiyalar  vardır.  Bəlhab  şəhərinin  iq-

tisadi  əhəmiyyətini  ibn  Havqəl  də  qeyd  etmişdir,  burada  karvansara  və  rabitə  xidmətinin 

inkişafından söhbət açır. əl-Müqəddəsi bildirir: Bərdədən Yunana, ya Bərzəndə, ya Cənzəyə, 

ya  Kalkatusa  bir  mənzil  yol  vardı.  Yunandan  Beyləqana  1  mənzil,  sonra  Varsana  1  mənzil, 

sonra Bəlhəbə 1mənzil, sonra Bərzəndə 1 mənzil, sonra Ərdəbilə 2 mənzil yoldur.[4.s.69] 

X əsr ərəb müəllifləri Əbu Düləf və ibn Havqəl Araz çayı ətrafında 5 minə yaxın kənd 

və  yaşayış  yerinin  olduğunu  göstərir,  sonralar  Allahın  qəzəbi  nəticəsində  buranın  əhalisinin 

məhv olmasını  göstərirlər.Doğrudan da  müqəddəs kitabımız  “Qurani-Kərim”də 25-ci surənin 



256                                                             

 Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

38-ci  ayəsi  və  50-ci  surənin  12-ci  ayəsində  bu  faciə  barədə  danışılır.  Tarixi  mənbələr  də 



göstərir ki, Araz çayı daşmış, sahilindəki bütün yaşayış məntəqələri məhv olmuş, cüzi bir əhali 

isə başqa yerlərə köçmüşlər.[3.s.387; 530] 

Bu şəhərin adının mənbələrdə X əsrdən çəkilməsi onu göstərir ki, şəhər Azərbaycanda 

ərəb  hakimiyyətinin  zəifləməsindən  sonra  inkişaf  edərək  meydana  gəlmişdir.  Burada  aşkar 

edilmiş  arxeoloji  nümunələr  də  bunu  sübut  edir.  Belə  ki,  əldə  edilən  arxeoloji  materiallarX-

XIV əsrləri əhatə edir. 

2010  və  2011-ci  illərdə  Bəlhab  şəhəri  ərazisində  kəşfiyyat  xarakterli  qazıntı  işləri 

aparılmışdır. Tədqiqat işləri zamanı məlum olmuşdur ki, üst təbəqələrintikintiləri ilə əlaqədar 

qazılmış quyular, təndirlər, xəndəklər və s. özündən əvvəlki təbəqələri dağıtmış, əksər hallarda 

onların materialları torpaqla birlikdəçıxarılıb atılmışdır. Şəhərin şimal-şərq tərəfində yerləşən I 

qazıntı sahəsində bişmiş kərpiclə hörülmüş divar səddi aşkar edilmiş, ərazidən həmçinin şirli 

və  şirsiz  saxsı  məmulatları  aşkar  edilmişdir.  Nəhayət  məlum  olmuşdur  ki,  bu  divar  Bəlhab 

şəhərinin qala divarıdır.  

Bəlhab  şəhəri  həm  daxili  ticarətdə,  həm  də  xarici  ticarətdə  strateji  rol  oynayırdı. 

Şəhərin  məşhur  Bərdə-Ərdəbil  ticarət  yolunun  üzərində  yerləşməsi  burada  lazım  olan  bəzi 

xammalın  əldə  edilməsi  üçün  böyük  imkan  yaratmışdır.Qeyd  etmək  lazımdır  ki,  arxeoloji 

qazıntılar hələlikancaq dulusçuluq, metalişləmə və daşişləmə sənətinə dair material vermişdir. 

Burada  əldə  edilmiş  arxeoloji  nümunələr  Beyləqan,  Bərdə,  Gəncə,  Ərdəbil  şəhərlərindən 

tapılmış  nümunələrləoxşarlıq  təşkil  edir.[5.s.114]  Bunun  da  əsas  səbəbi  Bəlhab  şəhərinin 

daxili ticarətdə digər şəhərlərimizlə qarşılıqlı iqtisadi münasibətdə olmasıolmuşdur.  

Bəlhab şəhəri həmçinin Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrində də əsaslı rol 

oynamışdır. Belə ki, AzərbaycanınXəzər dənizi hövzəsi ölkələri ilə, Yaxın Şərq və cənub-şərq 

Asiya ölkələri ilə iqtisadi əlaqələrində bütün yollar Bəlhab şəhərindən keçirdi və şəhər strateji 

əhəmiyyətli məntəqə idi.[6.s.3] 

Ərəb  hakimiyyəti  süqut  etdikdən  sonra  şəhər  Şəddadilər,  sonralar  Azərbaycan  Ata-

bəylər  dövlətinin  tərkibində  olur.  Bu  faktı  şəhər  ərazisindən  tapılmış  atabəy  Özbəyin  adı 

yazılmış mis pulun aşkar edilməsi də sübut etmişdir.  

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Atabəylər dövrünə aid mis pullar. Şəkil.1 

 



Arxeologiya, Etnoqrafiya                                                     

 257

 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

XII  əsrin  ortalarından  başlayaraq  səlcuqlar  onlardan  vassal  asılılığında  olan  yerlərin 



idarəçiliyini  yerli  hökmdarlara  həvalə  etdilər.  Onlardan  biri  də  Azərbaycan  Atabəyləri  -

Eldəgizlər  idi.  Mirxond  yazır  ki,  “Nəhayət  sultan  Məsud  Eldəgizi  kiçik  bir  qoşun  dəstəsilə 

Arrana göndərdi. Az bir zamanda o bütünlükdə Arranı, Gəncəni, Şirvanı, Muğanı zəbt etdi.” 

Bu zaman göstərilən əraziyə daxil olan Bəlhab şəhəri də Eldəgizlərin hakimiyyəti altına düşür. 

Bəlhab  şəhəri  ictimai  həyatın  bir  sıra  amillərini  özündə  cəmləşdirir.  Bunlar  hərbi-

strateji,  inzibati,  sənətkarlıq  və  ticarət,  din  və  mədəniyyət  amilləridir.  Bəzən  bu  və  ya  digər 

şəhərdə bu amillərdən biri və yaxud bir neçəsi daha aparıcı mövqe tutur.[5.s.42] 

Orta  əsrlərdə  qala  divarları  şəhərin  müdafiəsini  təmin  edən  ən  ümdə  vasitə  idi.  Qala 

divarı, xüsusilə düzən ərazidə yerləşən şəhərlər üçün daha böyük əhəmiyyətə malik idi. Buna 

görə  də  əksər  hallarda  düzən  sahələrdə  şəhərin  salınması  qala  divarlarının  tikilməsindən 

başlanılırdı.  Qala  divarları  eyni  zamanda  şəhərin  ilk  dövr  sərhəddini  aydınlaşdırırdı.  Qala 

divarları  düşmən  hücumları  zamanı  nəinki  şəhər  əhalisini,  hətta  ətraf  kəndlərin  əhalisini  də 

mühafizə edirdi [6.s.12] 

Bəlhabda sənətkarlıq və ticarət getdikcə inkişaf etməyə başlayır, əkinçiliyə xidmət edən 

sənətkarlıq  sahələrinin  rolu  artırdı.  Azərbaycanı  cənub  ölkələri  ilə  birləşdirən  Bərdə-Ərdəbil 

ticarət yolununəhəmiyyəti artdıqca Bəlhab şəhərinin inkişafına onun təsiri də çoxalırdı. 

XI-XII əsrin əvvəllərindəBeyləqanın nüfuz dairəsi, demək olar ki, Mil və Muğan düz-

lərini  əhatə  etmişdir.Bunu  arxeoloji  materiallarbütün  aydınlığı  ilə  nümayiş  etdirir.  Son 

illərdəMil və Muğan düzlərində aparılan kəşfiyyat işləri göstərir ki, həmin ərazidə olanorta əsr 

abidələrinin arxeoloji materialları ilə Beyləqan şəhərinin materialları arasında böyük yaxınlıq 

və  hətta  eyniyyət  vardır.  Bu  yaxınlıq  hər  şeydən  əvvəl  saxsı  məmulatında  biruzə  verir.  Bey-

ləqanla bağlı şirli saxsı məmulatına Qalaça, Hacıtəhməzqala, Bəlhab şəhər yerində də təsadüf 

olunur.[1.s.21]  İmişli  ərazisindən  keçən  tranzit  yollarından  istifadə  etməklə  Azərbaycan 

şəhərləri  öz  sənətkarlıq  məhsulları  ilə  də  alver  edirdilər.Bu  məhsullar  nəinki  ölkənin  özündə 

satılırdı,  hətta  başqa  ölkələrə  də  ixrac  edilirdi.  əl-İstəxrinin  verdiyi  məlumata  görə  Bərdə 

tacirləri  öz  məhsullarını  Bəlhab  şəhərivasitəsilə  Çinə  və  Hindistana  aparırdılar.[7.s.23]III 

əsrdə  İranda  hakimiyyəti  ələ  almış  Sasanilər  öz  sələfləri  olan  Parfiya  hökmdarları  kimi 

“Böyük İpək yolu”na nəzarəti öz əllərində saxlamağa çalışırdılar.  

Ərəblərin  Azərbaycanda  hakimiyyəti  dövründə  isə  İpək  yolu  üstündə  yerləşən  Şəki, 

Bərdə, Dərbənd, Çola, Beyləqan beynəlxalq əhəmiyyətli şəhərlər hesab olunurdu. Bu şəhərlər 

içərisində  Beyləqan  şəhəri  daha  çox  fərqlənmişdi.  Bir  sözlə,  Azərbaycan  İpək  yolunun  ya-

ranışından  bu  ticarət  yolunda  gedən  proseslərin  birbaşa  iştirakçısına  çevrilmişdi.[7.s.38]  İlk 

orta  əsrlərdə  Muğanın  Həmşərə,  Varsan,  Bəcirəvan  və  Bəlhab  kimi  şəhərləri  ticarətin  inki-

şafında mühüm rol oynayırdılar. IV – VIII əsrlərdə şəhər sənətkarlıq sahələri, demək olar ki, 

bütövlükdə əmtəə səciyyəsi daşıyırdı. Sənətkarlar əhalini hazır metal əşyaları, saxsı məmulatı, 

tikinti və təsərrüfat materialları, gön - ayaqqabı, ev ləvazimatı və s. məhsullarla təmin edirdilər 

[8. s.49]. 

IX  əsrdən  başlayaraq  şəhərlərin  yüksəlişi  Muğanın  iqtisadi  inkişafında  sənətkarlığın 

mövqeyini  artırır.  Sənətkarlar  daxili  ticarət  üçün  nəzərdə  tutduğu  məhsulu  özləri  şəhərin 

bazarında  və  yaxın  kəndlərdə  satırdılar.  Kəndlilər  isə  kənd  təsərrüfatı  məhsullarını  gətirib 

şəhərlərdə satır və oradan sənətkarlıq  məhsullarını alırdılar [9. s.65]. Məhz buna görə idi ki, 

ilk mənbələrdə şəhərlərin adı çəkiləndə çox vaxt təkcə şəhərin ərazisi deyil, onun əhatə etdiyi 

iqtisadi  rayon  nəzərdə  tutulurdu.  IX–XIII  əsr  mənbələri  Muğan  ərazisində  yerləşən  şəhərlər 

üçün  əmtəə malları kimi ipək, pambıq, kətan, düyü, taxıl, üzüm, nar və başqa kənd təsərrüfatı 




258                                                             

 Arxeologiya, Etnoqrafiya 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

məhsullarının adını çəkir. Bu fikri arxeoloji qazıntılar da sübut edir. Bütün bunlar orta əsrlərdə 



ölkənin  daxili  ticarətində  şəhərlərin  oynadığı  rolu  nümayiş  etdirir.  Yerli  xammal  çox  vaxt 

şəhərlərin  bu  və  ya  digər  sənət  sahəsi  ilə  ixtisaslaşmasına  şərait  yaradırdı.  Şəhərlərin 

ixtisaslaşması da şəhərlərarası ticarətin artmasına səbəb olurdu. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

ərazidən tapılmış çıraq. şəkil.2 

 

Azərbaycan şəhərlərini karvan yolları birləşdirirdi. Karvan yollarının fəaliyyətini təmin 



etmək  üçün  çayların  üzərindən  dövrün  tələbinə  cavab  verən  dayanıqlı  körpülər  salınırdı  [8. 

s.63]  


İmişlinin  ticarətinin  inkişafında,  qeyd  etdiyimiz  kimi,  onun  Bərdə-Ərdəbil  karvan  yo-

lunun üzərində yerləşməsinin böyük rolu olmuşdur. İmişli qazıntılarından hələlik Eldəgizlər, 

Monqollar və Teymurilərin pulları aşkar edilmişdir [7. s.126]. 

Beləliklə,  Bəlhab  şəhəri  orta  əsrlərdə  Azərbaycanın  inkişaf  etmiş  şəhərlərindən  biri 

olaraq  ölkənin  iqtisadi  və  ticarət  əlaqələrində  yüksək  mövqeyə  malik  olmuş  şəhərlərimizdən 

olmuşdur. 



ƏDƏBİYYAT 

 

1.Vəlixanlı N. IX-XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqqında. Bakı, 1974 

2.Azərbaycan arxeologiyası. VI cilddə, VI cild. Bakı, 2008 

3.Bünyadov Z.M, Məmmədəliyev V.M.Qurani-Kərim.VI nəşr. Bakı.2004 

4.Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 2007 

5.Ахмедов Г.М. Работы Худаферинской экспедиции. Москва, 1981 

6.Гусейнова С.Б., Квачидзе В.А. К семантике гончарных клейм из Бяндована. // ДАН 

Азерб. ССР, т. XXXV. 1979, №4 

7.Nuriyev C. Azərbaycanın gömrük tarixi. Bakı, 2009 

8.Məmmədov A. Gəncəbasar IV-XIII əsrlərdə. Bakı, 1992 

9.Vahidov R. Mingəçevir III-VIII əsrlərdə. Bakı, 1961 

 

RAMIL RÜSTƏMOV 



ПОТЕРЯННЬЫЕ ГОРОДЕ В МУГАНЬЕ 

Археологические  раскопки  были  изучены  средневековые  города  в  Муганьи, 

крупных населенных пунктов городского типа археологические исследования начались. 

Действительно, в результате археологических исследований упоминается в письменных 

источниках  в  пространстве  определяется  количество  поселков,  городов,  руины  были 



Arxeologiya, Etnoqrafiya                                                     

 259

 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

обнаружены  некоторые  из  имен,  указанных  в  письменных  источниках.  Археологичес-



кие исследования в Восточной и других мусульманских городов средневековых городов 

подобие  рельефа  удостоверяющий  вид  расширяет  идеи.  Археологические  разведки  и 

раскопки  из  самых  богатых  городов  в  системе  обороны  путем  предоставления  факти-

ческих  материалов,  а также  стены  зданий, и  военные  отреагировали  на требования  ст. 

Археологические  раскопки  городов,  которые  были  сосредоточены  в  культурный  и 

интеллектуальный  потенциал  общества  в  положительное  влияние  на  социально-эко-

номическое и культурное развитие фактических материалов в утвержденных центрах. 

В результате средневековые памятники, найденные в археологических раскопках 

в  развалинах  мастерских,  промышленных  отходов,  богатый  искусством  и  производст-

вом ремесленных изделий в целом, а также ее различных областях, в том числе изделия 

металла,  керамики,  стекла.  право,  возможность  наблюдать  за  динамикой  развития. 

Источник анализа искусства в  Балхабе не вернулся, положил его обратно в некоторых 

районах, даже в городах. 

Археологические  исследования  на  взаимодействие  городов  и  окружающих  их 

сельских область позволено говорить хорошие идеи. 

Нумизматические  данные  археологических  материалов  и  в  разных  стадиях  тор-

говли в средние века, характер и импорта товаров установлена. 

 

RAMIL RÜSTƏMOV 



LOSTCITY IN THE MUGHAN 

Archaeological  excavations  have  been  studied  medieval  in  Mughan  cities,  major 

settlements  cititipe  archaeological  research  began.  Indeed,  as  a  result  of  archaeological 

investigations mentioned in written sources in the space defined by a number of towns, cities, 

ruins  were  discovered  some  of  the  names  specified  in  the  written  sources.  Archaeological 

research in East and other Muslim towns  medieval towns of the similarity of the topography 

of certifying the view expands on the ideas. Archaeological exploration and excavation of the 

richest  cities  in  the  defense  system  by  providing  factual  materials,  as  well  as  the  walls  of 

buildings,  and  the  military  has  responded  to  the  demands  of  the  art.  Archaeological 

excavations of the cities, which were concentrated in the cultural and intellectual potential of 

the society in a positive impact on the socio-economic and cultural development of the actual 

materials in approved centers. 

As a result of the medieval monuments discovered in archaeological excavations in the 

ruins of workshops, industrial wastes, rich in art and craft products manufacturing as a whole, 

as  well  as  its  different  areas,  including  metallisləmə,  pottery,  glass  production.  qualify,  an 

opportunity to observe the dynamics of development. Sources analysis of art in Balhab not go 

back, put it back in some areas, even in the cities. 

Archaeological  research  on  the  interaction  of  cities  and  their  surrounding  rural  area 

allowed to say good ideas. 

Numismatic evidence of archaeological materials and in different stages of trade in the 

Middle Ages, the nature and import of the goods is established. 

 

Rəyçilər: t.e.d. A.Məmmədov, t.e.d.Q.S.İsmayılov 



AMEA-nın  Arxeologiya  və  Etnoqrafiya  İnstitutunun  “İlk  orta  əsrlər  arxeologiyası” 

şöbəsinin  25  fevral  2013-cü  il  tarixli  iclasının  qərarı  ilə  çapa  məsləhət  görülmüşdür 

(pr.№17). 

Yüklə 60,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə