27 sentyabr -Ümumdünya Turizm Günüdür



Yüklə 13,66 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü13,66 Kb.
#43252


27 sentyabr -Ümumdünya Turizm Günüdür 

    


        Dünya  ölkələrində  olduğu  kimi  Azərbaycanda  da  hər  il  27  sentyabr 

Ümumdünya Turizm Günü kimi qeyd olunur.  

        Turizmin  müxtəlif  növlərinin  inkişafını  təmin  etmək  məqsədilə 

“Azərbaycan  Respublikasında  2007-2016-cı  illər  üçün  turizmin  inkişafına 

dair  Dövlət  Proqramı”  qəbul  edilmişdir.  Dövlət  Proqramının  əsas  məqsədi 

turizm  sahəsində  dövlət  siyasətinin  həyata  keçirilməsini,  turizmin  ölkə 

iqtisadiyyatının  öncül  istiqaməti  kimi  tanınmasını  və  bu  sahənin 

səmərəliliyinin artırılmasını təmin etməkdir. 

      Naxçıvan  Muxtar  Respublikasının  əlverişli  coğrafi  mövqeyi,  flora  və 

faunasının  müxtəlifliyi  və  zənginliyi,  mədəni-tarixi  irsi,  ləziz  mətbəxi, 

yüksək qonaqpərvərlik ənənələri turizmin inkişafı üçün böyük perspektivlər 

açmışdır. 

      Muxtar  respublikada  qədim    dövrlərin    yadigarı    olan    tarixi  abidələr  - 

Möminə    Xatın,  Qarabağlar,  Yusif  ibn  Küseyir  və  Gülüstan  türbələri, 

əsrlərdən  bəri  qorunub  saxlanılan  tarixi  yaddaşı  özündə  əks  etdirən  qədim 

insanların  ilk  məskunlaşdığı  yaşayış  yeri  Gəmiqaya,  bu  yerlərin 

məğlubedilməzliyinin  simvolu  olan  Əlincə  Qalası,  möhtəşəmliyi  ilə  seçilən 

İlandağ,  misilsiz  təbiət  abidələri  olan  Göygöl,  “Əshabi-Kəhf  Ziyarətgahı” 

Dini -Mədəni Abidə Kompleksi və yüzlərlə sənət əsərləri Naxçıvan diyarının 

əsas turizm potensialıdır.  

      Son  illər  ərzində  muxtar  respublikada  beynəlxalq  standartlara  cavab 

verən mehmanxanalar tikilmiş, Duzdağ fizioterapiya xəstəxanası və Darıdağ 

arsenli su müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.  

 

Tarixi  abidələrin  bərpa  olunaraq  gələcək  nəsillərə  çatdırılması 



məqsədilə Naxçıvan şəhərində Möminə Xatın türbəsinin, Şərur və Ordubad 

rayonlarında tarixi Buzxana abidələrinin, Culfa rayonunda Əlincəqala tarixi 




abidəsinin  və  onlarla  digər  abidələrin  bərpası  başa  çatdırılmışdır.  Bu 

istiqamətdə cari ilin ötən dövrü ərzində Şərur rayonunun Xanlıqlar kəndində 

İmamzadə  tarixi  abidəsinin,  Culfa  rayonunda  Gülüstan  türbəsinin  bərpası 

başa çatdırılmış,

 

Naxçıvan şəhərdaxili turist marşrutu fəaliyyətə başlamışdır



.

 

Bundan əlavə, Kəngərli rayonunda Qarabağlar Türbə Kompleksinin bərpası 



hazırda davam etdirilməkdədir.  

       Ümumilikdə,  son  dövrlər  ərzində  muxtar  respublikada  infrastrukturun 

yenilənməsi,  müasir  avtomobil  yollarının  salınması,  ən  əsası  əhalinin 

səmərəli məşğulluğunun təmini, bu qədim diyarda insanların qurub yaratmaq 

arzusunu  artırmış,  muxtar  respublikanın  bütün  yaşayış  bölgələri  müasirliyə 

qovuşmuşdur.  Dinamik  inkişafla  yanaşı,  muxtar  respublikanın  təhlükəsiz 

region  kimi  tanınması  da buraya  gələn  turistlərin  sayının  artmasına  müsbət      

təsir  göstərmişdir.  Belə  ki,  əgər  1995-ci  ildə  muxtar  respublikaya  38,6  min 

nəfər  turist  gəlmişdirsə,  bu  göstərici  2006-cı  ildə  93,9  min  nəfər,  2010-cu 

ildə  287,6  min  nəfər,  2015-ci  ildə  389,8  min  nəfər  olmuşdur.  2015-ci  ildə 

muxtar  respublikaya  gələn  turistlərin  sayı  1995-ci  illə  müqayisədə  10  dəfə 

artmışdır. 

 

  Cari  ilin  səkkiz  ayı  ərzində  muxtar  respublikaya  234363  nəfər  turist 



gəlmişdir  ki,  bu  da  2015-ci  ilin    müvafiq  dövründəki  göstəricidən  4,5  faiz 

çoxdur. 


 

Bu  gün  də  muxtar  respublika  haqqında  dolğun  məlumatları  dünya 

ictimaiyyətinə  çatdırmaq,  turizmi  iqtisadiyyatın  yüksək  gəlirli  sahəsinə 

çevirmək məqsədilə ardıcıl tədbirlər aparılmaqdadır.   



 

 

 



 

Yüklə 13,66 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə