28 İşsizlik və Onun Təbii Dərəcəsi



Yüklə 440 b.
tarix30.03.2018
ölçüsü440 b.
#35555


28


İŞSİZLİYİN İZAHI

  • İşsizliyin Kateqoriyaları

    • İşsizlik problemini iki kateqoriyaya ayırmaq olar.
    • Uzunmüddətli işsizlik və qısamüddətli işsizlik:
      • Təbii işsizlik dərəcəsi
      • Tsiklik işsizlik dərəcəsi


İŞSİZLİYİN İZAHI

  • Təbii İşsizlik Dərəcəsi

    • Ölkə iqtisadiyyatının təbii işsizlik dərəcəsi işsizliyin, hətta uzun müddət keçsə də öz-özünə aradan qalxmadığını göstərir.
    • Bu dərəcə, normal halda mövcud olan işsizliyi əks etdirir.


İŞSİZLİYİN İZAHI

  • Tsiklik İşsizlik

    • Tsiklik işsizlik, işsizlikdəki təbii dərəcədən ilbəil meydana çıxan sapmalardır.
    • Bu, iqtisadi fəallıqdakı qısamüddətli yüksəliş və enişlərlə sıx bağlıdır.


İŞSİZLİYİN İZAHI

  • İşsizliyin Təsviri

    • Üç Əsas Sual:
      • Dövlət iqtisadiyyatdakı işsizlik dərəcəsini necə ölçür?
      • İşsizlik göstəricilərinin izahı zamanı hansı problemlər meydana çıxır?
      • İşsizlər səciyyəvi olaraq nə qədər işsiz qalır?


İşsizlik Necə Ölçülür?

  • İşsizliyin ölçülməsi, Əmək Statistika Bürosunun (ƏSB) işidir.

    • Büro 60,000-nə yaxın ailəni əhatə edən aylıq sorğular hazırlayır.
    • Bu məlumatlar Əhalinin Cari Sorğusu adlanır.


İşsizlik Necə Ölçülür?

  • Sorğudakı suallara verilən cavablara əsasən, ƏSB sorğuda iştirak edən hər bir ailədəki hər bir həddi-buluğa çatmış insanı üç kateqoriyadan birinə aid edir:

    • İşləyən
    • İşsiz
    • İşçi qüvvəsinə aid olmayan


İşsizlik Necə Ölçülür?

  • ƏSB, 16 yaşa çatmış hər bir şəxsi həddi-buluğa çatmış insan hesab edir.



İşsizlik Necə Ölçülür?

  • Ötən həftənin hər hansı hissəsini ödənişli işlə məşğul olmuş şəxs, işləyən hesab edilir.



İşsizlik Necə Ölçülür?

  • Müvəqqəti işdən çıxarılmış və ya iş axtaran şəxs işsiz hesab edilir.



İşsizlik Necə Ölçülür?

  • Əyani şöbədə oxuyan tələbə, evdar qadınlar və ya təqaüdçülər kimi əvvəlki iki kateqoriyaya uyğun olmayan şəxslər isə işçi qüvvəsinə aid edilmir.



İşsizlik Necə Ölçülür?

  • İşçi Qüvvəsi

    • İşçi qüvvəsi işləyənlər və işsizlər də daxil olmaqla işçilərin ümumi sayını ifadə edir.
    • ƏSB, işləyənlərlə işsizlərin cəmini işçi qüvvəsi kimi müəyyən edir.


Təsvir 1 2001-ci ildə Əhalinin Təsnifatı



İşsizlik Necə Ölçülür?

  • İşsizlik dərəcəsi kimi, işçi qüvvəsinin işsiz olan faizi müəyyən edilir.



İşsizlik Necə Ölçülür?

  • Əhalinin işə yararlı hissəsi həddi-buluğa çatmış əhalinin işçi qüvvəsinə aid olan faizidir.



Cədvəl 1 Müxtəlif Demoqrafik Qrupların Əmək Bazarı üzrə Təsnifatı



Təsvir 2 1960-cı ildən bəri İşsizlik Dərəcəsi



Təsvir 3 1950-ci ildən bəri Kişi və Qadınlar üzrə İşə Yararlılıq Dərəcəsi



İşsizlik Dərəcəsi Bizim İstədiyimizi Ölçürmü?

  • İşsiz və işçi qüvvəsinə aid olmayan şəxsləri fərqləndirmək çətindir.

  • Ruhdan düşmüş işçilər, işləmək istəyən, lakin iş axtarmaqdan əl çəkmiş şəxslərdir ki, onların adı işsizliklə bağlı statistikalarda göstərilmir.

  • Digər insanlar əslində iş tapmaq üçün bir o qədər cəhd göstərməsələr də, onlar işsizlərə maliyyə yardımını nəzərdə tutan dövlət proqramına daxil olmaq istəyirlər.



İşsizlər Nə Qədər Müddət İşsizdirlər?

  • Əksər işsizlik müddətləri qısa olur.

  • Hər hansı müəyyən vaxtda müşahidə olunan işsizlik uzun müddətli olur.

  • İşsizlik problemi əsasən uzun müddət işsiz qalan nisbətən az saylı işçilərə aiddir.



Nə Üçün Həmişə Müəyyən Qədər İşsiz Adam Olur?

  • İdeal əmək bazarında əmək haqları, əməyin təklif həcmi ilə əməyin tələb həcmini tarazlaşdırır. Bu tənzimləmə bütün işçilərin həmişə işləməsini təmin etməlidir.



Nə Üçün Həmişə Müəyyən Qədər İşsiz Adam Olur?

  • Friksional işsizlik, işçilərin öz zövq və bacarıqlarına uyğun iş axtarmasına vaxt sərf olunması səbəbindən meydana çıxan işsizlikdir.



Nə Üçün Həmişə Müəyyən Qədər İşsiz Adam Olur?

  • Struktur işsizlik, müəyyən əmək bazarındakı iş yerlərinin, işləmək istəyən hər kəsi işlə təmin etmək üçün kifayət etməməsi səbəbindən meydana çıxan işsizlikdir.



İŞ AXTARIŞI

  • İş Axtarışı

    • işçilərin öz zövq və bacarıqlarına müvafiq iş axtardığı prosesdir.
    • ixtisaslaşmış işçilərin müvafiq işlərə uyğunlaşdırılması üçün müəyyən zaman tələb olunur.


İŞ AXTARIŞI

  • Bu işsizlik işsizliyin digər növlərindən fərqlənir.

    • Çünki, bu işsizlik əmək haqqı dərəcəsinin tarazlıqdan artıq olması səbəbindən baş vermir.
    • Bu, “uyğun” iş axtarışına sərf olunan vaxt üzündən baş verir.


Nə Üçün Müəyyən Qədər Friksional İşsizlik Qaçılmazdır

  • Friksional işsizlik, sadəcə olaraq, iqtisadiyyatın daim dəyişməsi səbəbindən qaçılmazdır.

  • Sənaye sahələri və ya regionlar arasında tələbin xarakterindəki dəyişikliklər, struktur yerdəyişmələri adlandırılır.

  • Yeni sahələrdə iş axtarmaq və tapmaq üçün işçilərə vaxt lazımdır.



Dövlət Siyasəti və İş Axtarışı

  • Dövlət proqramları müxtəlif yollarla iş axtarışını asanlaşdırmağa çalışır.

  • Bu proqramlara aşağıdakılar daxildir:

    • Dövlət tərəfindən təşkil edilmiş məşğulluq agentlikləri
    • İctimai tədris proqramları
    • İşsizlikdən Sığortalanma


Dövlət Siyasəti və İş Axtarışı

  • Dövlət tərəfindən təşkil edilmiş məşğulluq agentlikləri işçiləri onlara uyğun olan işlə daha tez təmin etmək üçün boş iş yerləri haqqında məlumat yayır.



Dövlət Siyasəti və İş Axtarışı

  • İctimai tədris proqramları, tənəzzül yaşanan sənaye sahələrindən işçilərin digər sahələrə yerdəyişməsini asanlaşdırmaq və bu baxımdan çətin vəziyyətə düşən qruplara yoxsulluqdan yaxa qurtarmaqda yardımçı olmaq məqsədi daşıyır.



Dövlət Siyasəti və İş Axtarışı

  • İşsizlikdən sığortalanma proqramı, işçilərin işin itirilməsindən qismən müdafiəsini təmin etmək üçün hazırlanmışdır.

    • İşçilərə işin itirilməsindən qismən müdafiə təmin edir.
    • İşdən çıxarılanlar üçün məhdud bir müddət ərzində keçmiş əmək haqqının qismən ödənilməsini təmin edir.


Dövlət Siyasəti və İş Axtarışı

  • İşsizlikdən sığortalanma işsizliyin həcmini artırır.

  • Bu həmçinin, işsizlərin iş axtarışı cəhdlərini azaldır.

  • İşsizlikdən sığortalanma, iqtisadiyyatda hər bir işçini ən uyğun işlə təmin etmək imkanı verir.



Dövlət Siyasəti və İş Axtarışı

  • Struktur işsizlik o zaman baş verir ki, təklif olunan əməyin həcmi tələb olunan əməyin həcmini üstələyir.

  • Struktur işsizlik adətən daha uzun müddətli işsizliyi izah edir.



Dövlət Siyasəti və İş Axtarışı

  • Struktur işsizlik nə üçün baş verir?

    • Minimum əmək haqqı qanunları
    • Həmkarlar ittifaqları
    • Səmərəli əmək haqqı


MİNİMUM ƏMƏK HAQQI QANUNLARI

  • Minimum əmək haqqı qanunu, əmək haqqını tələblə təklifi tarazlaşdıran səviyyədən yüksək saxladıqda tarazlıq səviyyəsi ilə müqayisədə əməyin təklif həcmi artır, əməyin tələb həcmi isə azalır.

  • Artıq işçi qüvvəsi meydana çıxır.

  • İşləmək istəyən işçilərin sayı, mövcud iş yerlərinin sayından çox olduğuna görə bəzi işçilər işsiz qalır.



Təsvir 4 Tarazlıq Səviyyəsindən Yüksək Məvacibdən Doğan İşsizlik



HƏMKARLAR İTTİFAQLARI VƏ KOLLEKTİV MÜZAKİRƏ

  • Həmkarlar ittifaqı işəgötürənlərlə əmək haqqı və iş şəraiti ilə bağlı müzakirələr aparan işçi təşkilatıdır.

  • 1940-cı və 1950-ci illərdə həmkarlar ittifaqları pik səviyyələrində olarkən, ABŞ-dakı işçi qüvvəsinin üçdə bir hissəsi həmkarlar ittifaqlarında birləşmişdi.

  • Həmkarlar ittifaqı kartelin bir növüdür və bütün kartellər kimi, bu ittifaqlar birgə bazarın nüfuzundan təsir vasitəsi kimi istifadə edir.



HƏMKARLAR İTTİFAQLARI VƏ KOLLEKTİV MÜZAKİRƏ

  • Həmkarlar ittifaqları və firmaların iş təminatı şərtləri üzrə razılığa gəldiyi proses kollektiv müzakirə adlanır.



HƏMKARLAR İTTİFAQLARI VƏ KOLLEKTİV MÜZAKİRƏ

  • Həmkarlar ittifaqı ilə firma arasında razılıq əldə edilmədikdə, həmkarlar ittifaqı tətil təşkil edə bilər.

  • Tətil işçi qüvvəsinin mütəşəkkil şəkildə firmadan uzaqlaşdırılmasıdır.



HƏMKARLAR İTTİFAQLARI VƏ KOLLEKTİV MÜZAKİRƏ

  • Bəzi işçilər tətildən faydalandığı halda, digər işçilər tətil nəticəsində itkilərlə üzləşir.

  • Həmkarlar ittifaqlarındakı işçilər kollektiv müzakirədən faydalandığı halda, həmkarlar ittifaqına daxil olmayan işçilər əziyyət çəkməli olurlar.



HƏMKARLAR İTTİFAQLARI VƏ KOLLEKTİV MÜZAKİRƏ

  • Tətil keçirmək və ya işəgötürənlər üzərinə yüksək xərclər qoymaqla kartel kimi fəaliyyət göstərən həmkarlar ittifaqları, öz üzvləri üçün əmək haqlarını tarazlıq səviyyəsindən yüksəyə qaldırır.

  • Həmkarlar ittifaqına üzv olan işçilər, həmkarlar ittifaqına üzv olmayan eyni işçilərdən 10-20 faiz çox qazanır.



Həmkarlar İttifaqları İqtisadiyyat üçün Xeyirli və ya Ziyanlıdır?

  • Tənqidçilərin iddia etdiyi kimi, həmkarlar ittifaqları meydana çıxmış əmək bölgüsünü səmərəsiz və ədalətsiz edir.

    • Əmək haqları rəqabətli bazarda mövcud olan səviyyədən daha yüksək olduqda, əməyin tələb həcmi azalır və bu da işsizliyə səbəb olur.
    • Bəzi işçilər digərlərinin hesabına faydalanır.


Həmkarlar İttifaqları İqtisadiyyat üçün Xeyirli və ya Ziyanlıdır?

  • Həmkarlar ittifaqlarının tərəfdarları, ittifaqların işçiləri işə götürən firmaların bazar gücünə qarşı əks təsir vasitəsi olaraq zəruri olduqlarını bildirirlər.

  • Onlar ittifaqların, firmaların işçilərin narahatçılıqlarına effektiv cavab verməsinə yardımçı olmaq üçün vacib olduğunu iddia edirlər.



SƏMƏRƏLİ ƏMƏK HAQQI NƏZƏRİYYƏSİ

  • Səmərəli əmək haqları işçilərin məhsuldarlığını artırmaq məqsədilə firmalar tərəfindən ödənilən tarazlıq səviyyəsindən yüksək olan əmək haqlarıdır.

  • Bu nəzəriyyəyə görə, əmək haqları tarazlıq səviyyəsindən yuxarı olduqda, firmalar və işçilər daha səmərəli fəaliyyət göstərir.



SƏMƏRƏLİ ƏMƏK HAQQI NƏZƏRİYYƏSİ

  • Firma aşağıdakı səbəblərdən irəli gələrək tarazlıq səviyyəsindən yüksək əmək haqlarına üstünlük verə bilər:

    • İşçinin Sağlamlığı: Yaxşı məvacib alan işçilər yaxşı qidalanır, yaxşı qidalanan işçilər isə daha sağlam və məhsuldar olur.
    • İşçi Dövriyyəsi: Firma öz işçilərinə nə qədər yüksək əmək haqqı verərsə, daha az işçi işi tərk etmək qərarına gələr.


SƏMƏRƏLİ ƏMƏK HAQQI NƏZƏRİYYƏSİ

  • Firma aşağıdakı səbəblərdən irəli gələrək tarazlıq səviyyəsindən yüksək əmək haqlarına üstünlük verə bilər:

    • İşçinin Səyləri: Yüksək əmək haqqı, işçilərin öz iş yerlərini qorumaq üçün daha ehtiyatlı olmasına səbəb olur və onlarda bütün səylərindən istifadə etmək istəyi oyadır.
    • İşçinin Keyfiyyəti: Yüksək əmək haqqı verməklə firmalar öz iş yerlərinə daha yaxşı işçiləri cəlb edə bilər.


Xülasə

  • İşsizlik dərəcəsi işləmək istəyən, lakin işi olmayanların faizidir.

  • Əmək Statistika Bürosu, minlərlə ailəni əhatə edən sorğuya əsasən aylıq işsizlik statistikasını hesablayır.

  • İşsizlik dərəcəsi, işsizliyin natamam ölçüsüdür.



Xülasə

  • ABŞ iqtisadiyyatında işsiz qalan insanların əksəriyyəti qısa müddət ərzində iş tapır.

  • Bununla belə, müəyyən vaxtda müşahidə olunan işsizliyin əsas hissəsi, uzun müddət işsiz qalan bir neçə şəxslə bağlı olur.



Xülasə

  • İşsizliyin səbəblərindən biri, işçilərin öz zövq və bacarıqlarına daha uyğun iş tapmaq üçün vaxt sərf etməsidir.

  • İqtisadiyyatımızda həmişə müəyyən dərəcədə işsizliyin olmasının ikinci səbəbi, minimum əmək haqqı qanunlarıdır.

  • Minimum əmək haqqı qanunları əməyin təklif həcmini artırır, əməyin tələb həcmini isə azaldır.



Xülasə

  • İşsizliyin üçüncü səbəbi, həmkarlar ittifaqlarının bazar nüfuzudur.

  • İşsizliyin dördüncü səbəbi, səmərəli əmək haqqı nəzəriyyəsində göstərilir.

  • Yüksək əmək haqqı işçinin sağlamlığını yaxşılaşdıra, işçi dövriyyəsini azalda, işçilərin səylərini artıra və işçilərin keyfiyyətini yüksəldə bilər.



Yüklə 440 b.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə