281 Tarix və onun problemləri



Yüklə 81,78 Kb.
Pdf görüntüsü
tarix24.12.2017
ölçüsü81,78 Kb.
#17866


Mənbəşünaslıq, Tarixşünaslıq

                                                               281 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

 



TAHIRƏ HƏSƏNZADƏ 

tarix elmləri doktoru 

E-mail: TarixVeOnunProblemleri@gmail.com 

 

MƏHƏMMƏDƏLİ TUSİNİN “ŞAHNAMEYİ-NADİRİ” ƏSƏRİ 

 

Açar sözlər: Əbülqasım Firdovsi, əlyazmaları, Nadir şah, Məhəmmədəli Tusi, Əhməd 

Süheyli, “Şahnamə” 



Ключевые слова: Абульгасим Фирдовси, рукописи, Надир шах, Мухаммaдали Туси, 

Ахмед Сухейли, «Шахнаме». 



Key words: Abulgasim Firdowsi, manuscripts, Nadir shah, Muhammadali Tusi, Ahmad 

Suheyli, “Shahname” 



 

Şərqin  böyük  şairi  Əbülqasim  Firdovsi  Tusinin  (934-1024)  dünya  ədəbiyyatı  xəzinə-

sinə daxil olmuş şah əsərlərdən biri olan “Şahnamə”si, “bəşərin mədəni həyata ilk addımlarını 

atdığı” əsatiri zamanlardan eramızın VII əsrinədək İranda və regionda baş vermiş hadisələrin 

bədii-epik salnaməsi olan bu ölməz əsər” (Məmməd Mübariz Əlizadə) (1, 16) şahların tarixini 

canlandırmaqdan  daha  çox  vətənpərvərlik  və  qəhrəmanlığı  tərənnüm  etdirir.  Əsər  çox  güclü 

təsir qüvvəsinə malik olduğundan özündən sonra bir sıra qəhrəmanlıq dastanlarının yaranma-

sına  səbəb  olmuşdur.  “Fəthnamə”,  “Cahangirnamə”,  “İskəndərnamə”,  “Zəfərnamə”  və  s. 

“Şahnamə” ruhundadır. Lakin bu qəbildən olan əsərlərin heç biri Firdovsinin ölməz əsərinin 

səviyyəsinə  yüksələ  bilməmiş,  bununla  belə  hər  biri  ədəbi  dəyərə  malikdir  və  onu  mütaliə 

edən “Şahnamə”nin təsirini aşkar hiss edir.  

Əbülqasim Tusi “Şahnamə”ni əruzun “mütəqarib” bəhrində yazmışdır. (fəulun, fəulun, 

fəulun,  fəul)  Nizami  Gəncəvi,  Əmir  Xosrov  Dəhləvi,  Xacuyi-Kirmani,  Əlişir  Nəvai,  Əbdür-

rəhman  Cami  və  Şərqin  başqa  görkəmli  şairləri  öz  tarixi-qəhrəmanlıq  dastanlarını  bu  ölçüdə 

yazmışlar.  

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun zəngin xəzinələrindən birində saxla-

nılan  və  böyük  türk-Azərbaycan  imperatoru  Nadir  şah  Əfşara  həsr  olunmuş  “Şahnamey-Na-

diri” bu qəbildəndir. Əsərin müəllifi, Əbülqasim Firdovsi nəslindən olan Məhəmmədəli Tusi-

dir. Abidəni nəşrə hazırlayan, ön sözün müəllifi Əhməd Süheyli Xansari burada “Şahnamə”lər 

tarixinə nəzər yetirir və göstərir ki, Əbülqasim Firdovsi Tusidən əvvəl bu mövzuda əsər yaz-

dığı məlum olan, lakin bir beyti belə qalmamış Məsudi Mərvəzi və özündən sonra 1000 beyt 

yadigar  qoyub  getmiş  Dəqiqi  adlı  şair  yaşamışdır.  Firdovsi  həmin  beytləri  “Şahnamə”sinin 

əvvəlinə daxil etmişdir. 

“Şahnamə” təsiri Səfəvilər dövrünün şairlərinin də yaradıcılığında iz buraxmışdır. Ədə-

biyyat  tarixindən  məlum  olduğu  kimi  Azərbaycan  Səfəvilər  dövrü  şairləri  iki  üslubda  yaz-

mışlar. Bəziləri, məsələn, Baba Əfqani, (m.1519), Ümidi (1523), Nəziri (1612), Hilali (1525), 

Haləti  Türkman  (1592),  Vəli  Dəştbəyazi  (1571),  Vəhşi  (1583),  Zəmiri  (1577),  Həkim  Şəfai 

(1628),  Ziyai  İsfahani  şeirin  İraqi  üslubunda  yazırdılarsa,  digərləri,  məsələn,  Səlim  (1647), 

Zülali (1622), Kəlim (1650), Şövkət (1695), Şani Təkəllu (1711), Səncər Kaşi (1709), Raqim 

(1688),  Vəhid  Qəzvini  (1693),  Bidil  (1721)  hind  üslub  və  tərzində  yazmışlar.  Lakin  onların 

heç biri Dəqiqi və Firdovsi səviyyəsində epik dastan, “Şahnamə” yarada bilmədilər (2, 2). 

Məşhur şairlərdən Hatifi Cami (1521) “Şah İsmayılın fəthləri” adlı bir “Şahnamə” yaz-

mağa  başlasa  da,  onu  sona  çadırmadan  dünyasını  dəyişdi.  Qasimi  Cənabədi  (1574)  Şah  İs-



282                                                        

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

mayıl  və  Şah  Təhmasib  səltənətinin  sərəfinə  6300  beytdən  ibarət  “Şahnamə”  yazdı.  Həsrəti 



(1553) Peyğəmbərə (ə) ithafən “Şahnamə”sini Şah Təhmasibin ünvanına yazmışdır. 

Şair Behişti (1577) Şah Abbasın atası Məhəmməd Xudabəndənin Osmanlı hökmdarı III 

Sultan Muradla baş verən müharibəsindən bəhs edən “Şahnamə”sini qələmə almışdır. 

Nizaməddin  İşrət  Siyalkutinin  də  Nadir  şahın  Hindistana  qoşun  çəkməsi  və  o  ölkəni 

fəth etməsi haqqında “Şahnameye Nadiri” adlı bir mənzuməsi vardır. Bu şair Əhməd şah Dür-

raniyə həsr etdiyi “Şahnameye Əhmədi” adlı əsərin də müəllifidir (2, 3). 

200 ildən artıq tarix yaratmış Şah İsmayil Xətainin qurduğu Azərbaycan Səfəvilər döv-

ləti  (1501-1736)  Şah  Sultan  Hüseynin  (1694-1722)  hakimiyyəti  dövründə  daxili  və  xarici 

amillər nəticəsində sürətlə zəifləməyə başladı. Əfqan, özbək və osmanlıların aramsız hücum-

ları  qarşısında  davam  gətirə  bilməyən  şah  məğlub  oldu.  Bu  zaman  tarix  səhnəsində  görünən 

Nadir xan Əfşar torpaqları yadellilərdən nəinki təmizlədi, həm də Böyük Əfşarlar imperiyasını 

yaratmağa nail oldu. Onun imperiyasına Hindistan və bir-birilə çəkişən Orta Asiya xanlıqları 

da daxil edildi. Nadir şahın apardığı müharibələr ədalətli müharibə idi. Əmir Teymur demiş-

dir: “Əgər bir məmləkətdə zülm və istibdad güclənirsə, o halda asayiş və əmniyyəti-ümumiy-

yə naminə bu kibi zülm və istibdadın kökünü qazmaq və o məmləkətə hücum etmək hər kəsin 

vəzifeyi-insaniyyəsidir. Müzəffər və qalib olan bir cahangir, zülm və təzyiq altında inləyən hər 

milləti zalım və qəddar müstəbidin əlindən xilas etməyə borcludur” (3, 47). 

Əbülqasim  Firdovsi  “Şahnamə”sində  təsvir  olunan  müharibələr  iki  qismə:  ədalətli  və 

ədalətsiz vuruşmalara ayrılırdı.  

“Şahnameye  Nadiri”  Nadir  şah  Əfşarın  parçalanmış  torpaq  uğrunda  apardığı  mühari-

bələri təsvir edir. 

Bu  müharibələrin  iştirakçısı  və  əsərin  müəllifi  Məhəmmədəli  Tusi  haqqında  məlumat 

isə cüzidir. 

Şübhəsiz  ki,  Nadirin  torpaqların  təcavüzünə  qarşı  illərlə  apardığı  müharibələr  ədəbiy-

yat, şeir meydanının daralmasına səbəb olmuşdur. Ona görə də həmin dövrün nəzmlə yazılmış 

və  Nadir  şah  Əfşarın  ömrünün  sonunadək  həyatını  təsvir  edən  “Şahnameye  Nadiri”  epik 

dastan  bizim  üçün  çox  qiymətlidir.  Əsərin  müəllifi  Nadir  şahın  yanında  olmuş,  döyüşlərini 

izləmiş bir şairdir. 

Bu  dastanı  nəşrə  hazırlayan  Əhməd  Süheyli  yazır  ki,  o,  əsərin  iki  əlyazma  nüsxəsini 

görmüşdür. 

1908-ci  ildə  məşhur  Azərbaycan  alimi,  mərhum  Məhəmmədəli  Tərbiyətin  kitabxanası 

satıldığı  zaman  bu  kitablardan  bir  neçəsi,  o  cümlədən  Məhəmmədəli  Tusinin  də  “Şahnamə” 

əsəri  Əhməd  Süheyli  Xansari  vasitəsilə  “Kitabxaneyi-Milliyi-Məlik”ə  daxil  edilmişdir.  Tər-

biyət kitabxanasının siyahısı dəyərli alim Səid Nəfisi tərəfindən tərtib edilmiş və hər bir insan 

səhv etdiyi kimi, “Şahnameyi-Nadiri” əsərinin müəllifinin səhvən Ağayi Sadiq Təfrişi olduğu 

göstərilmişdir. Sonralar əsəri nəşrə hazırlayan, ön sözün müəllifi Əhməd  Süheyli yazır ki, o, 

həmin  şairə  (Sadiq  Təfrişiyə  -  T.H.)  aid  edilən  bu  mənzum  əsərə  heç  bir  təzkirədə  təsadüf 

etmədiyi  üçün,  mənzumədə  olan  bir  neçə  ifadənin  də  Sadiq  Təfrişi  üslubuna  aid  olduğunu 

güman edərək Səid Nəfisinin sözlərinə inanıb, həmin faktı qəbul etmişdi. 

Ön  söz  müəllifi  yazır:  “Ağayi-Sadiqin  epik  janrda  yazdığını  bildiyim  üçün  hətta  Fir-

dovsiyi-Sani  təxəllüsünün  də  Ağayi-Sadiqə  aid  olduğunu  zənn  edirdim.  Əsərin  nəşri  “Əncü-

məni-asari-milli”  tərəfindən  mənə  təklif  edildikdə,  bu  əsərin  digər  nüsxəsinin  olduğu  barədə 

möhtərəm alim Ağayi-Hacı Hüseyn ağa Naxçıvanidən məlumat aldım. Hüseyn Naxçıvani mə-

nim xahişimlə həmin nüsxəni Təbrizdən mənə göndərdi. Hacı Hüseyn Naxçıvanidə olan nüs-

xənin  əvvəlində  yazılmışdır:  Mənzumeye  tarixe  Nadiri  min  kəlame  Mirzə  Məhəmmədəli  əl-



Mənbəşünaslıq, Tarixşünaslıq

                                                               283 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

müləqqəb be Firdovse Sani. Lakin mən əsla bu adda şair tanımırdım və əlimdə olan, nəzərdən 



keçirdiyim təzkirələrin heç birində bu ada rast gəlmədim. Bir  gün alim-şair Əhməd Gülçini-

Məani mənə məşhur bir beyti oxudu: 

 

 

 



 

Səre-şəb səre-qətl o tarac daşt, 

 

 

 



 

Səhərgəh nə təne-sər, nə səre-tac daşt. 

 

 

 



 

(Gecə baş kəsildi, qətl baş verdi, 

 

 

 



 

Subh nə bədəndə baş, nə də başda tac vardı.) 

Sonra dedi ki, onun kitabxanasında olan “Məqalat əş-şüəraye Tətəvvi” (Şairlər haqqın-

da məsəllər) adlı kitabda olan məlumata əsasən “Şahnameye Nadiri” müəllifinin çox qısa şər-

hi-hali  verilmişdir.  (və  həmin  məlumatı  mənə  oxudu)  Həmin  məlumata  əsasən  bu  kitabın 

Molla Məhəmmədəliyə aid olduğu aşkar idi. 

Tətəvvidən  savayı  təzkirə  yazanların  heç  biri  Firdovsiyi-Sanidən  bəhs  etməmişlər.  Bu 

səbəbdən onun tərcümeyi-halı barədə dürüst məlumat yoxdur. 

Tətəvvi “Məqalat əş-şüəra”da yazır: “Firdovsi ləqəbli Mirzə Məhəmmədəli Firdovsiyi-

Sani Xorasani Tusi özünün dediyinə görə “Şahnamə” sahibi Firdovsi nəslindəndir. Allah daha 

yaxşı  bilir.  Nadir  şah  haqqında  Şahnamə  müəllifidir.  O,  Humayunla  (Nadir  şahla  –  T.H.) 

birlikdə Sind ölkəsinə (indiki Pakistan əyalətlərindən biri – T.H.) daxil oldu”. 

Mirzə Məhəmmədəli Tusinin müasirlərindən olan “Məcməlüt-təvarix” əsərinin müəllifi 

Gülüstanə  Nadirin  həyatının  sonu  barədə  belə  yazır:  “Əlqərəz,  həmin  gündən  (Nadir  şahın 

qətli baş verdiyi gün – T.H.) dörd saata yaxın vaxt keçmişdi ki, şahın çadırından, oradakı əş-

yalardan  əsər-əlamət  qalmadı,  hər  şey  dağıdıldı,  yox  edildi.  Nadir  “Şahnamə”sində  Nadir 

şahın cənnət bağı (Firdovsi) belə sona çatdı: 

 

 



 

Səre-şəb səre-qətl o tarac daşt, 

 

 

 



Səhərge nə tən-e sər, nə sər-e tac daşt. 

 

 



 

Be yek gərdeşe çərxe nilufəri 

 

 

 



Nə Nadir be ca mand o nə nadiri. 

Bu  beytləri  Nadir  şahın  münşisi  Mirzə  Mehdi  xan  da  özünün  “Tarixi-cahanqoşa” 

əsərinə daxil etmişdir və bu misraların müəllifi (Firdovsiyi-Sani) haqqında Nadirin həyatının 

sonunu, onun ölümünü təsvir etdikdən sonra məlumat vermişdir (2, 10). 

Digər bir mənbədən də “Şahnameye Nadiri” müəllifi barədə məlumat ala bilirik: Nadir 

xan Əfşarın döyüşlərini izləyən Məhəmməd Kazım Mərvəzi məşhur “Aləmarayi-Nadiri” əsə-

rində  h.q.1145-ci  (1732)  il  hadisələrindən  bəhs  etmiş  və  o  vaxt  Təhmasibqulu  xan  kimi  ta-

nınmış  Nadirin  Topal  Osman  paşa  ilə  müharibələrini  və  onun  Kirmanşaha  yola  düşməsi, 

oradan qayıtmasını təsvir etdikdən sonra yazmışdır: “Döyüşdən qələbə ilə qayıdan Nadir əsgər 

və sərkərdələrini təhsin edərək, Kirmanşah istiqamətinə yola düşdü. Yolda onun gözü döyüş-

dəki qələbələrini, baş verən hadisələri qələmə alan Molla Məhəmmədəli Firdövsiyə sataşdıqda 

gördü  ki,  o,  qum  təpəsinin  altında  dayanaraq,  qalib  gəlmiş  əsgərlərə  tamaşa  edir.  Nadir  onu 

yanına çağırıb soruşdu: 

“Bu səfər zamanı ruzgarın göstərdiyi namünasib işlər, taleyin əzablı qayğıları barədə nə 

deyə bilərsən?” 

Şair bədahətən bu iki beyti söyləmişdir: 

 

 

 



Əz in rəftən o amədən ar nist, 

 

 



 

Ke bi cəzr o mədd bəhr zəxxar nist. 

 

 

 



Şekəste sədəf ta nəşod aşikar 

 

 



 

Hoveyda nəşod qouhər-e şahvar. 

Tərcümə: 



284                                                        

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

 



 

 

Bu gediş-gəlişdən ar etmək olmaz, 



 

 

 



Coşqun dəniz qabarıb-çəkilməlidir. 

 

 



 

Necə ki, sədəf sınmayınca 

 

 

 



Qiymətli mirvarini görmək olmur. 

“Bu beytlərin müqabilində Molla Məhəmmədəli Nadirin tərifini, alqışını eşitdi. Sonra 

buradan hərəkət edərək yollarına davam etdilər” (2, 8). 

Bu qısa məlumatdan sonra anadan olduğu il, vəfar tarixi məlum olmayan bu şair haq-

qında  onu  bilirik  ki,  Molla  Məhəmmədəli  əslən  Tusdandır  və  özünün  Əbülqasim  Firdovsi 

Tusinin  nəslindən  olduğunu  bildirmiş,  bu  səbəbdən  də  Firdövsiyi-Sani  təxəllüsünü  qəbul  et-

mişdir. “Şahnameyi-Nadiri” əsərinə ön sözün müəllifi Əhməd Süheyli Xansari yazır ki, Nadir 

şah  öz  varlığını  təsdiq  edəndən  etibarən  (1728-ci  il)  apardığı  müharibələr  zamanı  Məhəm-

mədəli  onun  döyüşləri  zamanı  daima  yanında  olmuş,  bu  döyüşkən  sərkərdə  tərəfindən  qayğı 

ilə əhatə olunmuş, Nadirin fəthləri zamanı baş vermiş hadisələri nəzmə çəkmiş, “Şahnamə”ni 

ona həsr etmişdir. Onun əksər vaqiə, cəng və fəthlərini qələmə almışdır. Lakin heç bir XVIII 

əsr  təzkirə  müəllifi,  o  cümlədən  Azər,  Valeh  Dağıstani,  sonralar  müasiri  olduqları  Nəvvab, 

Əxtər,  Fazil  xan  Gorusi,  Əbdürrəzzaq  bəy  Dünbuli,  şaha  yaxın  olan,  onun  yanında  olan  və 

fəthlərini  qələmə  alan  şöhrətli  şairi  yad  etməmişlər.  Bu,  bəlkə  də  böyük  sərkərdəyə  qarşı 

qısqanclıqdan  yaranmışdır.  Bu  səbəbdən  onun  həyat  və  yaradıcılığını  araşdırmaq  mümkün 

olmamışdır. Əldə edilən məlumatı isə onun beytlərindən öyrənmişlər. 

Məhəmmədəli məddah şair olmamışdır, özünün dediyindən bu qənaətə gəlmək olar ki, 

qənaətcil  olmuş,  heç  kəsə  əl  açmamış,  çörəyini  həmişə  Allah  yetirmişdir.  Heç  kəsdən  mər-

həmət gözləməmiş, heç kəsin də boynuna minnət qoymamışdır. 

Molla Məhəmmədəli Nadir şaha həsr etdiyi “Şahnameyi-Nadiri” əsərini Nizami Gəncə-

vinin  “İskəndərnamə”  əsəri  vəznində  yazmışdır  və  dastandakı  hər  beyt  böyük  mütəfəkkirin 

“Saqinamə”lərini  xatırladır.  Burada  Nadirin  əksər  müharibələrində  baş  verən  hadisələrdən 

bəhs olunur və qazandığı qələbələri tərənnüm edilir.  

Kitaba ön söz yazmış Əhməd Süheyli göstərir ki, şübhəsiz onun Firdovsiyi-Sani kimi 

tanınmasına səbəb heç də təbinin qüdrətindən deyil, Firdovsi nəslindən olmasıdır. Nizamidən 

sonra mütəqarib bəhrində yazılan əksər məsnəvilər Hatifi və Qasimi şeirindən aşağı səviyyədə 

olmuşdur. Molla Məhəmmədəli isə yazır: 

 

 



 

 

Hər an kəs ke, nəzm-e məra quş kərd, 



 

 

 



 

Kəlam-e Nezami fəramuş kərd. 

Şübhəsiz ki, bu sözləri haqlı, ədalətli hesab etmək olmaz və təvazökarlıqdan kənardır. 

Bununla  belə  mənzumədə  qeyri-kamil,  zəif  beytlər  olsa  da,  Məhəmmədəli  Firdovsi-Saninin 

“Şahnamə”sini faydasız əsər hesab etmək ədalətsizlik olardı. Çünki o, ən azı gördüklərini, real 

hadisələri  qələmə  almış,  Nadirin  döyüşlərinin  şahidi  olmuşdur.  Əsər  Nadir  şahın  hərbi  yü-

rüşləri, keçdiyi döyüş yolu barədə ətraflı məlumat əldə etməyə imkan verir. 

Kitab nəşrə hazırlanarkən, deyildiyi kimi, mövcud iki nüsxədən istifadə olunmuşdur. 

Birinci nüsxə “Kitabxaneyi-milliyi-Məlik”də saxlanılır, h.q. 1213-cü (1798-99) ildə, o 

qədər də gözəl olmayan şikəstə xəttilə köçürülmüşdür. Ölçüsü: 29,4x20,2. 

2-ci  nüsxə  nəsx  xəttilə  1260-cı  (1844)  ildə  Əli  Əşrəf  tərəfindən  Urmiya  bəylərbəyisi 

Yəhya  xanın  sifarişi  ilə  yazılmış,  Hac  Hüseyn  Ağa  Naxçıvaniyə  məxsusdur.  Ölçüsü 

13,5x21,5. Əsər bu iki nüsxəyə əsasən təshih edilmiş və çap olunmuş, 5310 beytdən ibarətdir. 

Şairin başqa bir əsərinə təsadüf edilməmişdir.  

“Şahnameyi-Nadiri” bu fəsillərdən ibarətdir: 

1.

 



İranda qarışıqlığın başlanması və əfqanların üsyanı. 


Mənbəşünaslıq, Tarixşünaslıq

                                                               285 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

2.



 

Təhmasib Mirzənin Qəzvinə və Azərbaycana getməsi. 

3.

 

Ordu başçılarının Təhmasib Mirzəyə nəsihətləri. 



4.

 

 Nadir şahın Əbivərddən yola düşməsi, Xorasanda hakimiyyəti ələ alması. 



5.

 

 Nadir şahın Heratı almaq üçün Xorasandan yola düşməsi. 



6.

 

Nadir şahın Xorasandan yola düşməsi və Zülfiqar xan və Əşrəflə müharibəsi. 



7.

 

Nadir şahın Əşrəflə ikinci dəfə müharibə etməsi. 



8.

 

Nadir şahın İsfahandan Şiraza yola düşməsi, Əşrəflə müharibə. 



9.

 

Nadir  şahın  Farsdan  İsfahana  yola  düşməsi  və  Təhmasib  şahın  səltənət  taxtına 



əyləşməsi. 

10.


 

Nadir şahın İsfahandan Həmədana yola düşməsi və Rum ordusu ilə müharibə. 

11.

 

Nadir  şahın  Həmədanı  tutduqdan  sonra  Azərbaycana  yola  düşməsi,  sonra 



Xorasana qayıtması. 

12.


 

Nadir şahın Məşhəddən əfqanları cəzalandırmaq üçün Herata yola düşməsi. 

13.

 

Nadir şahın qayıtması və şahzadələrdən birinin toy mərasimi. 



14.

 

Nadir  şahın  Xorasandan  İsfahana  yola  düşməsi  və  Şah  Təhmasibin  taxtdan 



salınması. 

15.


 

Nadir şahın Bağdadı almaq üçün Əhməd paşa ilə müharibəsi. 

16.

 

Nadir şahın Topal paşa ilə müharibəsi, onun Həmədana qayıtması. 



17.

 

Nadir şahın Topal paşa ilə müharibəsi və onun öldürülməsi. 



18.

 

Nadir  şahın  Bağdaddan  Farsa  yola  düşməsi  və  Məhəmməd  xan  Bəlucun 



darmadağın edilməsi. 

19.


 

Nadir şahın Gəncəni tutmaq üçün İsfahandan yola düşməsi. 

20.

 

Nadir şahın Abdulla paşa ilə döyüşü, onun öldürülməsi. 



21.

 

Nadir şahın Muğan çölündə məclis təşkil etməsi və Nadir şahın səltənət taxtına 



əyləşməsi. 

22.


 

Nadir şahın Hindistanın fəthi barədə ordu sərkərdələri ilə müzakirəsi. 

23.

 

Nadir  şahın  Muğandan  Qəndəhara  yola  düşməsi  və  onun  Bəxtiyarilərin  yanına 



qayıtması. 

24.


 

Qəndəhar qalasının zəbt edilməsi. 

25.

 

Nadir şahın Hindistan şahına məktubu və xərac tələbi. 



26.

 

Nadir şahın məktubuna cavab 



27.

 

Nadir şahın əsəbiləşməsi və Hində qoşun çəkməsi. 



28.

 

Nadir  şahın  Kabulun  komandanı  Nasirüddövlə  ilə  müharibəsi  və  onu  məğlub 



etməsi. 

29.


 

Nadir şahın Məhəmməd şahla müharibəsi və Hind ordusunun məğlub edilməsi. 

30.

 

Nəsrullah Mirzənin Məhəmməd şahın qızı ilə izdivacı. 



31.

 

Nadir şahın Hindistanı fəth etməsi barədə ətraf dövlətlərə məktubu. 



32.

 

Nadir şahın Xarəzmi zəbt eləmək üçün yola düşməsi. 



33.

 

Nadir şahın Türküstandan Xorasana yola düşməsi. 



34.

 

Nadir şahın Dağıstana, oradan Rumu zəbt etmək üçün yola düşməsi. 



35.

 

Nadir şahın Kərkükdən Mosula yola düşməsi. 



36.

 

Nadir şahın üsyançıları məğlub etmək üçün İrana dönməsi. 



37.

 

 Nadir şahın İraqdan Azərbaycana yla düşməsi və Qarsda dayanması. 



38.

 

Rum  ordusunun  məğlub  edilməsi  və  Nadir  şahın  ləzgiləri  cəzalandırmaq  üçün 



yola düşməsi. 

39.


 

Nadir şahın öldürülməsi. 




286                                                        

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Epik  poemada  öz  əksini  tapmış  hadisələr  Nadir  şahın  apardığı  ədalətli  müharibələrin 



mənzərəsini  yaradır  və  Azərbaycan  İmperatoruna  xas  olan  xüsusiyyətləri  aşkar  edir.  Əsərin 

Azərbaycan dilinə tərcüməsi isə tədqiqatçının ondan istifadəsini asanlaşdırardı. 



 

İstifadə olunmuş ədəbiyyat: 

 

1.

 



Firdovsi Əbülqasim. Şahnamə 2 cilddə. Cild 1. Azərbaycan dilinə tərcüməsi və 

müqəddimə M.M.Əlizadənindir. tərtib və çapa təqdim edəni: f.e.n. Əlizadə Lalə Məmməd 

Mübariz qızı. Bakı: “Nurlar”, 2005, 992s, şək-li. 

2.

 



Məhəmmədəli Tusi Frdovsiyi-Sani. Şahnameye Nadiri. Be təshih və ehtimami-

Əhməd Süheyli Xansari. Tehran, “Taban”, 1339/1960, 241s., fars dilində. 

3.

 

Vamberi Herman. Əmir Teymur. Bakı, Orucov qardaşlarının elektrik mətbəəsi, 



1916, 159s., (ərəb əl.). 

 

ТАХИРА ГАСАНЗАДЕ 



док.и.н. 

 

ПРОИЗВЕДЕНИЕ МУХАММАДАЛИ ТУСИ ФИРДОВСИЙИ-САНИ 

«ШАХНАМЕЙЕ-НАДИРИ» 

 

Великий  поэт  и  мастер  слова  Востока,  Абульгасим  Фирдовси  Туси  известен 

своим  эпическим  произведением  «Шахнаме».  Многие  поэты,  в  том  числе,  Низами 

Гянджеви,  Амир  Хосров  Дехлеви,  Алишир  Навои,  Абдуррахман  Джами  и  другие, 

вдохновившись этим произведением, создали героические дастаны. 

В статье повествуется о произведении «Шахнамейе-Надири» представителя рода 

великого  Фирдовси,  известного  под  псевдонимом  Фирдовсийи-Сани-Мухаммедали 

Туси, посвященном Надир шах Афшару.  



 

TAHIRA HASANZADE 

d.h.s. 

 

THE WORK “SHAHNAMEYE-NADIRI” BY MUHAMMADALI TUSI 

 

A  great  poet  and  master  of  the  East,  Abulgasim  Firdowsi  Tusi  is  famous  by  his  epic 

work  “Shahname”.  A  number  of  poets  including  Nizami  Ganjavi,  Amir  Khosrov  Dahlavi, 

Alishir  Navoi,  Abdurrahman  Jami  and  others,  being  inspired  by  this  work,  created  heroic 

dastans. 

The  article  deals  with  the  work  “Shahnameye-Nadiri”  by  Muhammadali  Tusi-  the 

representative  of  the  great  Firdowsi’s  generation,  famous  by  pseudonym  Firdowsiyi-Sani, 

dedicated to Nadir Shah Afshar. 



 

Rəyçilər: t.e.n. S.Əliqızı, t.e.d.A.C.İsgəndərov 

Bakı Dövlət Universiteti “Mənbəşünaslıq, tarixşünaslıq və metodika” kafedrasının 

25.04.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №07). 

Yüklə 81,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə