292 Mənbəşünaslıq, Tarixşünaslıq Tarix və onun problemləri



Yüklə 60,87 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü60,87 Kb.
#7420


292                                                        

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

 



DIRƏXŞAN HIDAYƏTI FƏRD 

M.Füzuli adına Əlyazmalar İnstitutu, dissertant 

E-mail:derakshanh@yahoo.com 

 

KADUSİLƏR TARİXİ ARAŞDIRMALARDA 

 

Açar sözlər: Kadisilər, Xəzər, Qafqaz, Albaniya, əhəmənilər, Strabon, Gilan, talışlar 

Ключевые слова: Кадусии, Каспийское море, Кавказ, Албания, ахаманиты, Страбон, 

Гилян, талыши 



Key words: Kadussians, Caspian sea, Caucasus, Albania, ahamian, Strabon, Gilan, the talish 

 

E.ə.V  yüzilliyin  birinci  yarısında  Yunan  şəhər-dövlətlərinin  Əhəmənilər  imperiyasının 

tərkibinə qatılması Ön Asiya tarixinin tarixşünaslığında önəmli dönüşə təkan verdi. O dövrün 

mütərəqqi görüşlü Yunan yazarları Əhəmənilərin təbəələri olduqlarından, imperiyanın yüksə-

lişi və süqutu, sakinlərinin həyat tərzi, etnik mənsubiyyəti ilə maraqlanırdılar. Təsadüfi deyil 

ki,bəzi  vilayətlər  və  xalqlar  haqqında  həqiqi  və  əfsanəvi  məlumatları  ilk  dəfə  onların  əsərlə-

rindən alırıq. Xəzərin cənub-qərb sahilləri boyunca məskunlaşan kadusi tayfaları haqqında ilk 

və  dolğun  məlumatlar  yunan  müəlliflərinə  məxsusdur.  Təxminən  800  il  ərzində  antik 

dövrmüəllifləri kadusilərin yayıldığı coğrafi areal və qonşuluqdakı tayfalar barədə ötəri məlu-

matlarla kifayətlənmişlər. Bu müddət ərzindəqonşuların bir qismi tarixin səhnəsindən silinmiş, 

digərləri  assimilyasiyaya  uğramış,  başqaları  isə  köç  edib  yerlərinidəyişmişlər.  Strabon, 

Pomponi  Mela,  Pliniy,  Ptolemey,  Diodor  və  digər  müəlliflər  kadusilərin  qonşuluğunda 

madayların,  albanların,  anariakların,  elumeylərin,  gellərin,  matienlərin,  mardların,  tapirlərin, 

derbiklərin, kaspilərin vədigər tayfaların yaşadığını qeyd edirlər [1, 52, 169; 2, 144; 3, 144].  

Antik  yazarların  fraqmentar  məlumatları  əsasında  kadusi  probleminin  elmi  araşdı-

rılması  uzun  bir  dövrü  əhatə  edir.  Hələ  1875-ci  ildə  B.Dorn  kadusiləri  müasir  Gilan  və 

Deyləm vilayətlərinin qədim sakinləri kimi təqdim etmişdir [4]. 

Z.Yampolskiy məqaləsində diqqəti ona yönəldir ki, antik dövr müəllifləri bəzən kadusi-

ləri  «Gel»  və  «Leq»  adları  ilə  təqdim  edirlər.  Gel  və  Leq  tayfaları  Qafqaz  Albaniyasının  da 

ərazisində  qeydə  alındığından,  müəllif  belə  qənaətə  gəlir  ki,  Albaniyanın  (Azərbaycanın  şi-

malı) və Atropatenanın (Azərbaycanın cənubu) əhalisini əsasən eyni etnoslar təşkil edirdi [5]. 

Kadusilərin  məskunlaşdığı  tarixi  ərazi  –  Gilan  V.Bartoldun  tədqiqatlarında  geniş  əks 

olunub.  O  qeyd  edir  ki,  Gilanın  Xəzər  sahilindəki  düzənlik  ərazilərində  kadusilər,  dağlıq 

bölgəsində isə deyləmlilər məskunlaşmışlar [6, 215-217]. 

İ.M.Dyakonov  kadusiləri  gellərdən  fərqləndirir  və  onların  Qızılüzən  (və  ya  Səfidrud) 

çayı boyunca Xəzər dənizinin cənub sahillərinə doğru uzanan ərazilərdə yaşadıqlarını yazırdı 

[7, 225]. 

İ.Əliyev  də  antik  müəlliflərəistinad  edərək  kadusiləri  «gel»  və  «leq»  adı  ilə  tanınan 

tayfalarla eyniləşdirir  və onların nəinki Madada (sonralar Atropatenada), hətta Arazdan xeyli 

şimalda, Albaniyada da yayıldıqlarını göstərir [8, 103-105]. 

Kadusilərin  xatırlandığı  yazılı  qaynaqların  bu  tayfaların  yayılma  arealı,  onların  tarixi, 

etnik  kimliyi  ilə  bağlı  məlumatları  son  40  ildə  işıq  üzü  görən  tədqiqat  əsərlərinin  mövzusu 

olmuşdur. Ən əsası odur ki, bu tədqiqatlarla e.ə. I minillikdə Ön Asiyanın hərbi-siyasi həya-

tında kadusilərin mövqeyini və rolunu təyin etmək mümkün oldu. E.ə. IX əsrdən etibarən ka-

dusilər  hərbi  münaqişələrə  cəlb  olunurlar.  Siciliyalı  Diodor  özündən  xeyli  əvvəl  yaşamış 



Mənbəşünaslıq, Tarixşünaslıq

                                                               293 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

Ktesiyə  istinadən  xəbər  verir  ki,  Assur  hökmdarı  Nin  kadusilərin  və  onların  qonşuları  tapir-



lərin  torpaqlarını  zəbt  etmişdir.  Nin  əfsanəvi  hökmdar  sayılsa  da,  onun  zövcəsi  kimi  təqdim 

olunan  Semiramida  (assurca  Şammuramat)  tarixi  şəxsiyyət  olmuşdur.  Mixikitabələrdə 

bildirilir ki, Şammuramat Assur hökmdarı V Şamsi-Adadın zövcəsi olmuş və oğlu III Adadne-

rariyə  qədər  (təxminən  e.ə.  810-805-ci  illərdə)  ölkəsini  idarə  etmişdir  [7,  167-169].  Tarixi 

sənədlərdən  məlumdur  ki,  e.ə.823-810-cu  illərdə  V  Şamsi-Adadın  sərkərdələri  Manna  və 

Maday  torpaqlarına  yürüşlər  etmiş,  hətta  «Gündoğan  dənizə»  qədər  (Xəzər  nəzərdə  tutulur) 

gedib çıxmışlar [7, 164-165]. 

Assurluların,  nisbətən  sonralar  isə  urartuluların  Xəzər  sahillərindəki  ərazilərə  marağı 

buradan  keçən  mühüm  ticarət  yoluna  nəzarətə  sahib  olmaq  iddiası  ilə  əlaqələndirilir.  Urartu 

hökmdarı II Argiştinin (e.ə.714-685-ci illər) bu istiqamətdəki hərbi səfərləri də bununla bağlı-

dır. Sarab yaxınlığından tapılan 3 urartu mətni burada, yəni Gilana gedən yolda bir neçə yaşa-

yış məskəninin (Arhu, Uşulu, Qirdu, Qituhani, Buku, Tuişdu) işğalından xəbər verir [9, 140]. 

Kadusilər Maday tayfa ittifaqına qatılmasalar da, qonşuları saklar və hirkanlılarla birgə 

Assur  dövlətinə  qarşı  müharibədə  madaylara  yardım  edirdilər.  Assur  dövlətinin  süqutundan 

sonra  Maday  hökmdarları  kadusilərin  torpaqlarını  istila  etməyə  çalışırdılar.  İlk  təşəbbüslər 

uğursuz  olsa  da,  Kiaksarın  dönəmində  (e.ə.  625-584-cü  illər)  kadusilərin  məskunlaşdığı  əra-

zilər  Maday  dövlətinin  tərkibinə  qatılır  [3,  145-146].  Təxminən  70  illik  əsarətdən  sonra 

kadusilər  mərkəzi  hakimiyyətə  qarşı  üsyan  qaldırırlar.  Ktesiy  xəbər  verir  ki,  üsyanı  yatırmaq 

üçün  Maday  hökmdarı  Astiaq  sərkərdəsi  Kuruşu  döyüşə  yollayır.  Lakin  Kuruş  kadusilərin 

hökmdarı Onaferlə ittifaq yaradaraq Astiaqa qarşı çıxır və sonuncu Maday hökmdarını devirir 

[10, 35]. 

Kadusilərin  Əhəməni  hökmdarı  II  Kuruşla  tərəfdaşlıq  münasibətləri  Babilistanla 

müharibədə də ön plana çıxır. Ksenofant bildirir ki, bu müharibədə kadusilər Əhəməni ordu-

suna böyük qüvvə ilə – 20000 piyada və 4000 atlı ilə dəstək vermişlər [3, 147]. II Kuruş oğlu 

Bardiyanı (Ksenofont onu Tanioksar adlandırır) kadusilərin, Madayın və Arminiyanın satrapı 

təyin  etmişdir  [11,  27].  E.ə.522-ci  ildə  Bardiyanın  öldürülməsi  ilə  Əhəmənilər  imperiyasının 

müxtəlif yerlərində mərkəzi hakimiyyətə qarşı üsyanlar baş qaldırır. Bu üsyanlarda kadusilərin 

də iştirakı şübhə doğurmur, çünki Bardiyanın satrapı olduğu Madanı və Arminiyanı üsyan dal-

ğası  bürümüşdü.  Bisitun  kitabəsi  bu  satraplıqlarda  üsyanların  yatırıldığını  göstərsə  də, 

kadusilər barədə heç bir məlumat vermir. Digər tərəfdən, Əhəmənilər imperiyasına daxil olan 

ərazilərin  rəsmi  siyahısında  və  Herodotun  anoloji  siyahısında  kadusilər  heç  bir  satraplığın 

tərkibində  göstərilməyiblər.  Bu  səbəbdən  bir  sıra  tədqiqatçılar  kadusilərin  Əhəmənilərin 

inzibati-ərazi  bölgüsünə  qatılmadıqlarını,  yalnız  siyasi  təsirə  məruz  qaldıqlarını  qeyd  edirlər. 

Bu nominal asılılığı aradan qaldırmaq üçün kadusilər Əhəməni hökmdarı II  Artakserksə (e.ə. 

404-359-cu illər) qarşıüsyan qaldırırlar. Hərbi əməliyyatları təsvir edən Plutarx xəbər verir ki, 

kadusilərin başçısı Datam ilə döyüşdə Əhəməni ordusu xeyli canlı qüvvə itirmişdir [12, 245]. 

Kadusiləri işğal etmək üçün son təşəbbüs e.ə. 358-ci ildə Əhəməni şahənşahı III Arta-

kserks  tərəfindən  həyata  keçirilir.  Roma  tarixçisi  Yustin  xəbər  verir  ki,  kadusilərin  cəngavə-

rinə  qalib  gələn  Arsam  Kodoman  (sonralar  Əhəməni  hökmdarı  III  Dara)  ordunun  döyüş 

ruhunu bərpa etdiyi üçün sonralar Arminiyanın satrapı təyin olunmuşdur [12, 249]. 

E.ə.331-ci  ildə  baş  verən  Qavqamela  döyüşündə  kadusilər  Əhəməni  ordusunu  canlı 

qüvvə ilə təmin edirdilər. Bu barədə məlumat verən Arrian qeyd edir ki, kadusilər albanlar və 

sakesinlərlə  birgə  Madayın  satrapı  Atropatın  ordusunda  Makedoniyalı  Aleksandra  qarşı 

döyüşürdülər.  Bu  döyüşdə  Atropatın  qüvvələri  fərqli  cinahlarda  –  kadusilər  sol  qanadda, 

albanlar və sakesinlər isə mərkəzdə yerləşdirilmişlər [3, 150-151]. 



294                                                        

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

Əhəmənilərin süqutundan sonra da Atropatena dövlətində kadusi hərbi dəstələri aparıcı 



qüvvə  olaraq  qalırdılar  [10,  451-452].  Strabon  qeyd  edir  ki,  Atropatena  ordusunda  kadusi 

piyadaları sayca yalnız ariyalılardan geri qalırdılar, onlar mahir sapand atıcıları idilər [3, 151-

152]. 

Muzdlu  kadusi  hərbi  dəstələri  Selevki  hökmdarlarının  ordularında  da  iştirak  edirdilər. 



Polibiy  yazır  ki,  kadusilər  madaylar,  karmaniyalılar  vəkissiyalılarla  birlikdə  5000-lik  hərbi 

dəstənin tərkibində Antioxun ordusunda döyüşmüşlər [3, 152]. 

Sasanilərin  hakimiyyəti  dönəmində  etnonimin  adında  dəyişiklik  baş  verdiyindən  mən-

bələrdə kadusilər «hun» adı ilə göstərilirlər. Məsələn, Antioxlu İohan məlumat verir ki, Sasani 

şahı Perozun vəfatından sonra oğlu və varisi Kavad «hun» adı ilə tanınan kadusilərin yanında 

sığınacaq tapmışdır [3, 153]. Görünür V əsrdən türk mənşəli hun tayfaları Gilanda geniş yayıl-

mışlar. Bununla belə, kadusilərin təsiri bəzi yerlərdə qalmaqda davam edirdi. Belə ki, B.Dorn 

kadusilərin izlərinin Gilandakı Kadusera kəndinin adında qaldığını qeyd edir [4, 60]. 

Kadusilərin etnik mənsubiyyəti indiyədək  mübahisə predmeti olaraq qalır. Tədqiqatçı-

ların bir qismi onları irandilli, digərləri isə qeyri-irandilli hesab edirlər. «Kadusi» etnoniminin 

izahı  əsasında  problemin  həlli  perspektivsiz  görünür.  Belə  ki,  etnonim  yalnız  yadelli 

qaynaqlarda qeydə alındığından onun həqiqətdə neсə səsləndiyini bilmirik. Problemin həllini 

çətinləşdirən  mühüm  amil  onamastik  (şəxs  adları)  və  toponimik  (yer  adları)  materialın 

olduqca azlığı ilə bağlıdır. 

Antik yazarların təhrif olunmuş formadaqeydə aldıqları 5 kadusi şəxs adından üçünün 

iranmənşəli olduğu şübhə doğurmur: 

1.

 

Persond. Ktesiy bu etno-antroponimi  kadusilərin mifik hökmdarına (e.ə. VI əsrin 



birinci yarısı) şamil edir. Ad onu daşıyanın fars (parsa) mənşəyindən xəbər verir. 

2.

 



Onafern.  II  Kuruşun  müasiri  olan  (e.ə.VI  əsrin  ortaları)  kadusi  hökmdarı 

olmuşdur.  İsmin  ikinci  elementi  (fern  farna)  qədimİran  dillərində  «səmavi  nemət»  anlamını 

verir. Bu tip adlar qədim farslar üçün xarakterik idi (Vindafarna, Farnabaz, Farnak və s.). 

3.

 



Datam.  II  Artakserksin  ordusuna  qarşı  döyüşən  sərkərdə.  Ad  hərfən  «Qanuni» 

(qədim  farsca  data  «qanun»)  və  ya  «Natiq»  (qədim  farsca  datiy  «söyləmək»,  «danışmaq») 

mənalarını verir. 

Digər iki isim – Alkavn və Rafin ehtimal ki, latın mənşəlidir. 

İ.Əliyev 1960-cı ildə kadusilərin qeyri-irandilli olduğunu iddia edərək Qafqaz mənşəli 

hurri  dilinə  bağlayırdı  [8,  103-104].  Növbəti  monoqrafiyasında  isə  o,  kadusilərin  varisi  olan 

gellərin  (gilanlıların)  İran  dialektlərinin  birində  danışdıqlarını  əsaslandırmağa  çalışır  [13,  15-

16]. 


Eyni  ilə  E.Qrantovskiy  də  filoloji  araşdırma  aparmadan  kadusilərin  iranmənşəli 

olduğunu  iddia  edir  [14,  374].  Q.Qeybullayev  məsələyə  daha  həssaslıqla  yanaşır  və  İran 

tədqiqatçıları  A.K.Təbrizi  və  M.C.Maşkura  istinadən  etno-toponimik  araşdırma  aparır.  Bu 

tədqiqatçılar hesab edir ki, «Kadusi» müasir «talış» (yerli dildə «qaluş») etnoniminin yunanca 

ifadə forması olmuşdur [2, 178, 359-362]. 

R.Məlikov  da  kadusilərin  varisləri  olan  gellərin  İran  dialektlərinin  birində  danışıqları 

ideyasının tərəfdarıdır [3, 154].  

Tədqiqatçıların  digər  bir  qrupu  kadusiləri  qeyri-irandilli  hesab  edir.  V.Bortalda  görə 

Xəzərin  cənub-qərb  sahiliboyunca  məskunlaşan  tayfalardan  girkanlılar  müstəsna  olmaqla 

anariaklar  (hərfən  «qeyri-arilər»),  mardlar,  tapirlər  və  onların  qonşuları  kadusilər  irandilli 

etnoslardan olmayıblar [6, 215]. 



Mənbəşünaslıq, Tarixşünaslıq

                                                               295 



Tarix və onun problemləri, 

№ 3 2013 

 

Son  zamanlar  kadusiləri  qeyri-iranmənşəli  hesab  edən  tədqiqatçılar  arasında  iki  fərqli 



cərəyan  kəskin  şəkildə  nəzərə  çarpır.  Tədqiqatçıların  birqismi  antik  yazarların  ziddiyyətli 

məlumatlarına  əsaslanaraq  kadusiləri  Qafqaz  mənşəli  hesab  edirlər  [5;  15,  380].  Buna  səbəb 

bəzi  antik  müəlliflərin  leq  və  gel  tayfalarının  kadusilərlə  eyniləşdirilməsi,  digərlərinin  isə  bu 

tayfaların Albaniyada məskunlaşması ilə bağlı məlumatlarıdır [1, 275]. 

Strabon  Albaniyada  26  fərqli  tayfanın  yaşadığı  barədə  məlumat  verir.  Onların  yalnız 

Qafqaz  və  iranmənşəli  olduğu  fikri  birmənalı  qəbul  olunmur.  Məsələn,  Ə.Ələkbərov  ilk  orta 

əsrlərdə  burada  türkmənşəli  etnosların  da  mövcudluğunu  filoloji  dəlillərlə  əsaslandırmağa 

çalışır və hesab edir ki, Gilanda məskunlaşan əhalinin bir qismi, o cümlədən kadusilər qədim 

türk  dialektlərindən  birinin  daşıyıcıları  ola  bilərdi  [16,  18-19,  22,  23].  Ərəb  müəllifi  İbn 

Xaukala  istinadən  V.Bartold  gellərin  fars  arran  və  erməni  dillərindən  fərqli  dildə  danışdığını 

qeyd edir [6, 217]. 

Əlbəttə,  bütün  bu  deyilənlər  Gilanda  bizim  eradan  əvvəl  iranmənşəli  əhalinin,  o 

cümlədən talışların yaşamadıqları anlamına gəlmir. Belə ki, antik yazarlardan Qay Yuliy Solin 

«Xəzərin  sahillərindəki  tayfalarla  qonşuluqda  yaşayan»  tal  tayfasının  adını  çəkir.  K.Əliyev 

onları  talışlarla  eyniləşdirməyin  mümkünlüyünü  qeyd  edir  [1,  174,  291].  Yazılı  mənbələrin 

məlumatları  yetərincə  olmadığından  Gilanın  əsas  sakinləri  olan  kadusilərin  etnik 

mənsubiyyətini hazırkı mərhələdə təyin etmək imkansız görünür. 

Kadusilərin  tarixi  və  etnik  mənşəyi  ilə  bağlı  məsələlər  İran  tədqiqatçılarının  da 

əsərlərində  nəzərdən  keçirilib.  Bu  sahədəaraşdırmalar  İran  İslam  inqilabının  qələbəsindən 

sonra  geniş  vüsət  almışdır.  İran  tarixşünaslığında  Gilanda  qədim  dövrlərdən  məskunlaşan 

tayfa  və  millətlərin  kimliyi  məsələsi  mübahisə  mövzusu  sayılmır.  Problemin  tədqiqatçıları 

Məhəmməd  Cavad  Maşkur  və  Əhməd  Kəsrəvi  kadusilərin  Gilanda  yerli  əhali  olduğunu  ön 

plana çəkir, «Kadus» və «taluş» terminlərinin genetik bağlılığına toxunaraq kadusi tayfalarını 

müasir talışların əcdadı hesab edirlər [17, 248; 18, 286]. 

Gilanın  erkən  orta  əsrlərdən  müasir  dövrəqədərki  tarixini  araşdıran  Q.Faxtə  vilayətin 

əhalisinin etnik baxımdan dəyişməz qaldığının və siyasi-iqtisadi proseslərdə yaxından iştirak 

etdiyi fikrinin tərəfdarı idi [19]. 

 

İstifadə olunmuş ədəbiyyat: 



 

1.Алиев К. Древнегреческие и латинские первоисточники по истории древнего 

Азербайджана (с примерами нового толкования). Б., 2010. 

2.Гейбуллаев Г. К этногенезу азербайджанцев. Б., 1991. 

3.Меликов Р. Этническая картина Азербайджана впериод Ахеменидского 

владычества. Б., 2003. 

4. Дорн Б. Каспий. СПб. 1875. 

5. Ямпольский З. К вопросу об однаименности древнейшего населения 

Атропатены и Албании // Труды Института истории и философииАН Азерб. ССР, том 

IV, Б., 1954. 

6. Бартольд В. Сочинения. Том. VII, М., 1971. 

7. Дьяконов И. История Мидии: от древнейших времѐн до конце IV в.до. н.э. М.-

Л., 1956. 

8. Алиев И. История Мидии, Б., 1960. 

9. Медведская И. Древний Иран накануне империй (IX-VI вв.до н.э.). История 

Мидийскогоцарства. СПб. 2010. 




296                                                        

Mənbəşünaslıq, Tarixşünaslıq

 

Tarix və onun problemləri, 

№ 3 2013 

 

10. Пьянков И. Борьба Кира II с Астиагом по данным античных авторов // 



Вестник Древней Истории, 1971, №3, 16-37. 

11. Струве В. Восстание в Маргиане при Дария I // Вестник Древней истории, 

1949, №2, 10-29. 

12. Дандамаев М. Политическая история Ахеменидской державы, М., 1985. 

13. Алиев И. Очерки истории Атропатены, Б., 1989. 

14. Грантовский Э. Ранняя история иранских племен Передней Азии. М., 1970. 

15. Мамедова Ф. Кавказская Албания и албаны, Б., 2005. 

16. Алекперов А. Один из древнейших тюркских этносов Передней Азии – 

Кадусии //Azərbaycantarixqurumu. Tarixvə gerçəklik, 2010,№1. 

17. M.C.Maşkur. İranqədimzamanlarda. Tehran, 1989 (farsdilində). 

18. S.Ə.Kəsrəvi. Unudulmuş hökmdarlar, Tehran, 1999 (fars dilində). 

19. Q.Faxtə. İslamdan sonra Gilan tarixi. Tehran, 2008 (fars dilində). 

 

ДИРЕХШАН ИДАЕТИ ФАРД 

Диссертант Института Рукописей им.М.Физули при НАНА 

 

КАДУСИИ В ИСТОРИЧЕСКИХ ИССЛЕДОВАНИЯХ 

 

По сведениям античных писателей воинственные племена кадусиев в I тыс до н.э. 



проживали  наюго-западной  части  Каспия,  в  современной  иранской  провинции  Гилян. 

Попытки  по  установлению  их  этнической  принадлежности  не  дали  ожидаемых 

результатов. Одни исследователи счттают их ираноязычными и предками современных 

талышей.  Другие  роднят  их  с  Кавказоязычной  частьно  населения  Азербайджанской 

Албании. Существуют также сторонники идеи тюркоязычности кадусиев. К сожалению 

языковые данные недостаточны для решения этой проблемы. 

 

DIREKHSHAN HIDAYETI FARD 

Dissertant of Institute of Manuscripts named after M.Fuzuli under NASA 

 

KADUSSIANS IN HISTORICAL RESEARCHES 

 

According  in  the  Antic  writers  cadussians  tribes  lived  in  the  south-west  coast  of 

Caspian  sea.  Certains  investigators  considered  that  they  had  been  ancestorstalyshians. 

Anothers learneds cansidered theirs related on the tribes of Caucasian tongue in Azerbaijanian 

Albania.  Anothers  supposed  that  cadussians  talked  in  the  one  of  dialects  of  ancient  turkian 

language. 



 

Rəyçilər: t.ü.f d. D.Əzimli, t.e.d.A.C.İsgəndərov 

AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu Elmi şurasının 21 dekabr 2012-ci il 

tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№011). 

 

Yüklə 60,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə