2Ümumi məlumat Fənnin adı, kodu və kreditlərin sayı



Yüklə 58,6 Kb.
tarix11.04.2018
ölçüsü58,6 Kb.
#37107
növüMühazirə

2Ümumi məlumat

Fənnin adı, kodu və kreditlərin sayı

AZLL 208 ; Azərbaycan ədəbiyyatı tarixi 4 (19-cu əsrin ortalarından 20-ci əsrin əvvəllərinədək Azərbaycan ədəbiyyatı), 3 kred







Departament

Azərbaycan dili və ədəbiyyat

Proqram (bakalavr, magistr)

Bakalavr

Tədris semestri

2016, yaz semestri

Fənni tədris edən müəllim (lər)

Dos. Dilbər Zeynalova

E-mail:

d.azeri@box.az

Telefon:

0505584869

Mühazirə otağı/Cədvəl

202 N

Məsləhət saatları

II gün, saat 10.00-12.00

Prerekvizitlər

AZLL 207


Tədris dili

Azərbaycan dili

Fənnin növü

(məcburi, seçmə)

Məcburi

Dərsliklər və əlavə ədəbiyyat

Dərsliklər:

F. Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik). Maarif nəşriyyatı Bakı, 1974, 488 s.

Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 2006, 212 s.

Mir Cəlal, Firudin Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriyyatı, Bakı, 1982, 428 s.



Əlavə ədəbiyyat:

F. Köçərli. Azərbaycan ədəbiyyatı (iki cilddə), I cild, Bakı, Elm, 1978, 600 s.

F. Köçərli. Azərbaycan ədəbiyyatı (iki cilddə), II cild, Bakı, Elm, 1981, 460 s.

Azərbaycan ədəbiyyatı tarixi (3 cilddə) 2-ci cild, Bakı, Azərb EA nəşriy., 1960,592s. Y. Qarayev. Realizm: sənət və həqiqət. “Elm” nəşriyyatı, Bakı, 1980, 258 s.



e-resurslar:

1.www.anl.az.-Milli kitabxana

2.www.kultaz.com.-azəridilli mədəniyyət və ədəbiyyat saytı.

3.www.lit.az.-azəridilli ədəbiyyat saytı.

4.www.kitabxana.net- elektron kitabxana.

5..az.wikipediya.org.- azəridilli ensiklopediya



6.http://www.azadliq.org/content/article/2287275.html


Kursun vebsaytı




Tədris metodları

Mühazirə

Mühazirə

Qrup müzakirəsi

Qrup müzakirəsi

Praktiki tapşırıqlar

Praktiki tapşırıqlar

Praktiki məsələnin təhlili

-

Digər

-

Qiymətləndirmə

Komponentləri

Tarix/son müddət

Faiz (%)

Aralıq imtahanı




30

Davamiyyət




5(Davamiyyətə görə bal verilməsində tələbənin dərsdə ardıcıl iştirakı və dərsdə özünü qaydalara uyğun aparması nəzərə alınacaqdır. Üzürsüz buraxılan hər dərs üçün 1 (bir) bal çıxılacaq.

Fəallıq




10 (Fəallığa görə veriləcək bal tələbənin müzakirələrdə iştirakına, mətn təhlilində göstərdiyi fəallığa, semetsr boyu hazırladıqları təqdimatlara(prezentasiya), yeni və əlavə ədəbiyyatlara göstərdiyi marağa görə veriləcəkdir

Tapşırıq və testlər




15(tapşırıqlar test şəklində verilir və hər bir düzgün cavab 1(bir)balla qiymətləndirilir

Kurs işi (Layihə)







Prezentasiya/Qrup müzakirə







Final imtahanı




40

Digər




-

Yekun




100

Kursun təsviri

“XIX əsrin II yarısında və XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatı” kursu xalqımızın 2500 illik ədəbiyyatı tarixində çox mühüm və zəngin bir dövrü əhatə edir. Kursda yeni dövr ədəbiyyatımızın yaranması, inkişaf mərhələləri, xarakterik xüsusiyyətləri, habelə bu dövrün görkəmli ədəbi şəxsiyyətləri, mühüm bədii nümunələri barədə söhbət açılacaq. Bu dövr Azərbaycan ədəbiyyatının təcrübəsini yeni baxışla ümumiləşdirmək, milli ədəbiyyatımızın qazandığı böyük uğurların, habelə düçar olduğu uğursuzluqların mahiyyətinə varmaq tədris prosesində diqqət mərkəzində saxlanılacaqdır

Kursun məqsədləri

Kursun məqsədi Azərbaycanın yeni dövr ədəbiyyatının təşəkkül və inkişaf meylləri barədə tələbələrə bilik vermək, həmin dövrdə yaradılmış ədəbiyyatı mənimsətmək, bu dövrün görkəmli ədəbi şəxsiyyətlərinin həyatı və yaradıcılığı ilə tələbələri tanış etməkdir. Ayrı-ayrı bədii nümunələrin təhlili vasitəsilə haqqında söhbət gedən dövrün estetik tələbləri, yaradıcılıq metodu, üslubları və s. barədə tələbələrdə təsəvvür yaratmaq, onların mədəni-ədəbi zövqünü kamilləşdirməkdir.

Tədrisin (öyrənmənin) nəticələri

Kursun sonunda tələbələr Azərbaycan ədəbiyyatının XIX ikinci yarısından başlamış XX əsrin əvvəllərinədək olan mühüm bir dövrünün ümumi ictimai, mədəni və ədəbi xarakteri, o dövrün parlaq ədəbi-mədəni şəxsiyyətlərinin həyatı və yaradıcılığı haqqında məlumat əldə edəcək, ayrı-ayrı ədəbi şəxsiyyətlərin konkret əsərlərini öyrənəcək, bu nümunələrin bədii mətnləri üzərində işləyəcək, ədəbiyyatımızın yeni bir istiqamətinin nəzəri-estetik xüsusiyyətlərini öyrənəcək, ədəbiyyat tariximizin növbəti mərhələsini daha yaxşı mənimsəmək üçün elmi baza əldə edəcəklər.

Qaydalar (Tədris siyasəti və davranış)

Fəallığa görə veriləcək bal tələbənin müzakirələrdə iştirakına, mətn təhlilində göstərdiyi fəallığa, semetsr boyu hazırladıqları təqdimatlara(prezentasiya), yeni və əlavə ədəbiyyatlara göstərdiyi marağa görə veriləcəkdir. Davamiyyətə görə bal verilməsində tələbənin dərsdə ardıcıl iştirakı və dərsdə özünü qaydalara uyğun aparması nəzərə alınacaqdır. Üzürsüz buraxılan hər dərs üçün 1 (bir) bal çıxılacaq.

İmtahan haqqında:

1. İmtahana hazırlaşarkən dərslərdə götürülmüş qeydləri öyrənməklə yanaşı, dərsin iş planında göstərilmiş ədəbiyyatlara, o cümlədən başqa mənbələrə də müraciət etmək lazımdır.

2. İstifadə ediləcək ədəbiyyatın bir qismi tərəfimizdən təmin ediləcəkdir.

3. Aralıq və Final imtahanlarının hər ikisində suallar test və ya klassik ola bilər.



Cəzalandırma forması:

Dərsə gecikənlər və dərsi pozmağa təşəbbüs edənlər dərsə buraxılmırlar.




Cədvəl (dəyişdirilə bilər)

Həftə

Tarix

(planlaşdırılmış)

Fənnin mövzuları

Dərslik/Tapşırıqlar



11.02.16

16.02.16

M. F. Axundovun mühiti, həyatı. Şeir yaradıcılığı.

“Aldanmış kəvakib” povestinin məzmun və ideyası.



F. Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik). Maarif nəşriyyatı Bakı, 1974, s. 253-283; 321-334. Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 2006, s. 122-132; s.157-169



18.02.16

23.02.16

M. F. Axundovun komediyalarının mövzusu, ideya-bədii xüsusiyyətləri. Mətn üzərində iş.

M. F. Axundovun komediyalarının mövzusu, ideya-bədii xüsusiyyətləri. Mətn üzərində iş.




F. Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik). Maarif nəşriyyatı Bakı, 1974, s. 283-321; 334-357. Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 2006, 132-156.



25.02.16

01. 03.16


M. F. Axundovun elmi-nəzəri, fəlsəfi görüşləri. “Kəmaləddövlə məktubları” fəlsəfi traktatı.

Həsən bəy Zərdabi və “Əkinçi” qəzeti, milli mətbuatımızın yaranması.



F. Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik). Maarif nəşriyyatı Bakı, 1974, s. 365-382; 436-442.

Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 2006, s.92-104





03.03.16

08.03.16

S. Ə. Şirvaninin həyatı və yaradıcılığı. Lirikasının bədii xüsusiyyətləri.

S. Ə. Şirvaninin satiraları, əxlaqi-didaktik əsərləri.

Beynəlxalq qadınlar bayramı


F. Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik). Maarif nəşriyyatı Bakı, 1974, s. 407-432.

Xeyrulla Məmmədov. XIX əsr Azərbaycan ədəbiyyatı. Bakı, 2006, 170-210





10.03.16

15.03.16


S. Ə. Şirvani satiralarının mətni üzərində iş.

N. Vəzirovun həyatı və fəaliyyəti. Komediyalarının mövzusu, ideyası.




F. Qasımzadə. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik). Maarif nəşriyyatı Bakı, 1974, s. 451-485.



17.03.16

22.03.16

“Müsibəti-Fəxrəddin” faciəsinin ideya-bədii xüsusiyyətləri.

XX əsrin əvvəllərində Azərbaycandakı ictimai-siyasi vəziyyət, mədəni mühit haqqında. Milli mətbuatımızın inkişafı. “Molla Nəsrəddin” və “Füyuzat” jurnalları barədə.

Novruz bayramı


M. Cəlal, F. Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriyyatı, Bakı, 1982, s.15-70.

Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik), I cild, “Elm və təhsil”, Bakı 2011, s.47-65.





24.03.16

29.03.16


Novruz bayramı

Aralıq imtahanı


M. Cəlal, F. Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriyyatı, Bakı, 1982, s.77-116.

Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik), I cild, “Elm və təhsil”, Bakı 2011, s.258-282.





31.03.16

05.04.16

C. Məmmədquluzadənin həyatı, fəaliyyəti.

C. Məmmədquluzadənin publisistikası və felyotonları.

C. Məmmədquluzadə kiçik hekayələr ustası kimi.

“Danabaş kəndinin əhvalatları” povestinin quruluşu, mövzusu, ideya-bədii xüsusiyyətləri.




M. Cəlal, F. Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriy, Bakı, 1982, s. 77-116.

Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik), I cild, “Elm və təhsil”, Bakı 2011, s.258-282.





07.04.16

12.04.16


C. Məmmədquluzadənin dram əsərləri.


M. Cəlal, F. Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriy, Bakı, 1982, s. 77-116.

Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik), I cild, “Elm və təhsil”, Bakı 2011, s.258-282.





14.04.16

19.04.16

M. Ə. Sabirin həyatı, fəaliyyəti haqqında.

M. Ə. Sabirin lirikası və uşaq şerləri barədə məlumat.



M. Cəlal, F. Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriyyatı, Bakı, 1982, s. 116-147.

Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik), I cild, “Elm və təhsil”, Bakı 2011, s.282-301





21.04.16

26.04.16


Sabir satiralarının mövzu dairəsi, ideya istiqamətləri.

M. Ə. Sabir satiralarının bədii xüsusiyyətləri və mətni üzərində iş.




M. Cəlal, F. Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriyyatı, Bakı, 1982, s. 147-165.

Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik), I cild, “Elm və təhsil”, Bakı 2011, s.350-366.






28.04.16

03.05.16

M. Ə. Sabir ədəbi məktəbinin davamçıları ( Ə. Nəzmi, Ə. Qəmküsar, Mirzə Əli Möcüz, Bayraməli Abbaszadə yaradıcılığı əsasında).

Ə. Haqverdiyevin həyatı, fəaliyyəti.



M. Cəlal, F. Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriyyatı, Bakı, 1982, s. 165-183.

Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik), I cild, “Elm və təhsil”, Bakı 2011, s.301-317.






05.05.16

10. 05.16


Ə. Haqverdiyevin nəsri.

Ə. Haqverdiyevin dramaturgiyası ( “Dağılan tifaq”, “Ağa Məhəmmdəd şah Qacar” əsərləri.)




M. Cəlal, F. Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriyyatı, Bakı, 1982, s. 254-272; 308-319. Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik), I cild, “Elm və təhsil”, Bakı 2011, s.327-341.



12.05.16

17.05.16


Ü. Hacıbəyovun həyatı, yaradıcılığı və publisistikası.

Ü. Hacıbəyovun dramaturgiyası.




M. Cəlal, F. Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriyyatı, Bakı, 1982, s. 183-232; 235-254; 282-308; 319-323.




19.05.16

24.05.16

N. Nərimanovun həyatı və fəaliyyəti haqqında. N. Nərimanovun yaradıcılığı.

Maarifçi-realist ədəbiyyatın XIX əsrin sonu və XX əsrin əvvəlindəki nümayəndələri ( S. S. Axundov, Rəşid bəy Əfəndiyev, S, M. Qənizadə, İ. Musabəyov)




M. Cəlal, F. Hüseynov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi ( dərslik), Maarif nəşriyyatı, Bakı, 1982, s. 331-383; 272-282.

Bədirxan Əhmədov. XX əsr Azərbaycan ədəbiyyatı tarixi (dərslik), I cild, “Elm və təhsil”, Bakı 2011, s.132-224.










Final imtahan




Qeyd: Tələbələrin istəyi ilə kursun iş planında düzəlişlər (əlavələr,əvəzlənmələr) mümkündür.


Yüklə 58,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə