№3 2013 aybəNİz paşayeva



Yüklə 367,22 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü367,22 Kb.
#58323


Müasir dövr                                                                       207 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



AYBƏNİZ PAŞAYEVA 

Bakı Dövlət Universitetinin dissertantı 

Email: modernhistory901@gmail.com 

 

HEYDƏR ƏLIYEVIN SIYASI IRSININ ÖYRƏNILMƏSI ÜÇÜN 

H.ƏLIYEV FONDUNUN YARADILMASI ZƏRURƏTI 

 

Açar sözlər: H.Əliyev, siyasi irs, qloballaşma, dövlətçilik, neft siyasəti  

Ключевые слова: Г.Алиев, политическое наследие, глобализация, государственность, 

нефтяная политика 



Key words: H.Aliyev, politikal heritaqe, qlobalization, statehood, oil politikal 

 

Azərbaycan dövlətçiliyi tarixində Heydər Əliyev irsinin özünəməxsus cəhətləri, faktiki 



və strateji hədəfləri, konkret məqsədləri var. Bu irs dövlətin mövcud imkanlarından cəmiyyə-

tin iqtisadi, siyasi, mədəni, elmi-texniki və digər sahələrdə inkişafına istiqamətlənib. İlk növ-

bədə,  Heydər  Əliyevin  dövlətçilik  irsi  1991-1993-cü  illərdə  cəmiyyətin  gözündən  düşən 

dövlət –h akimiyyət vəhdətinin həqiqi simasını özünə qaytarıb. 

Hələ Sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə Heydər Əliyev dövlət müstəqilliyinə 

zəmin  yaradan  siyasi,  iqtisadi  və  hüquqi  sahədə  mühüm  addımlar  atmış  və  çox  ciddi 

nailiyyətlər əldə etmişdir. Həmin illərdə  Azərbaycanda aparılan misli  görünməmiş quruculuq 

işlərini dövlət  müstəqilliyimizə təminat  verən əsas amillər  kimi nəzərdən  keçirmək lazımdır. 

Tarixi  faktlar  təsdiqləyir  ki,  Azərbaycanın  müstəqilliyə  gələn  yolu  1970-ci  illərin  əvvəllərin-

dən  başlanıb.  Çox  sonra  Heydər  Əliyev  1992-ci  ildə  Türkiyənin  «Zaman»  qəzetinə  verdiyi 

müsahibədə bununla bağlı demişdir: «Mən SSRİ respublikalarının nə vaxtsa müstəqillik əldə 

edəcəklərini  düşünürdüm.  O  illərdə  Azərbaycanın  da  müstəqil  dövlət  olmasını  arzu  edirdim. 

Məni  istefaya  getməyə  məcbur  edənlərin  əsas  məqsədi  Azərbaycanın  müstəqillik  qazanması-

nın qarşısını almaq idi» (1; s.3-4). 

1993-cü ildə Heydər Əliyevin xalqın təkidi nəticəsində hakimiyyətə gəlişi ilə Azərbay-

can cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə 

başladı.  Eyni  zamanda  1994-cü  ilin  oktyabr,  1995-ci  ilin  mart  hadisələrində  Heydər  Əliyev 

Azərbaycan dövlətçiliyini faciələrdən və iflasdan xilas edə bildi. 1994-cü ilin oktyabr hadisə-

ləri zamanı televiziya  və radio ilə xalqa  müraciətində milli təhlükəsizliyimizə qarşı yaranmış 

vəziyyətlə  əlaqədar  hamını  həmrəy  olmağa  çağıran  Heydər  Əliyev  deyirdi:  «Əziz  həmvətən-

lər,  Azərbaycan  vətəndaşları!  Bu  ağır  dəqiqələrdə  bir  daha  sizə  müraciət  edirəm.  Sizi  əmin 

edirəm  ki, Azərbaycanın dövlətçiliyini qorumaq üçün son nəfəsimə qədər, son damla qanıma 

qədəröz  yerimdəyəm.  Xalqla  birlikdəyəm.  Xalqın  təhlükəsizliyini  qorumağa  çalışacağım. 

Bundan  ötrü  lazımi  imkanlardan  istifadə  edəcəyəm.  Eyni  zamanda,  əziz  həmvətənlər,  sizə 

güvənirəm, sizə inanıram» (1; s.5). 

Ümummilli liderimiz Heydər Əliyev siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik 

dövlət  modeli  konsepsiyasını  həyata  keçirməyə  başladı.  Həmin  illərdə  Heydər  Əliyevin 

Azərbaycan dövlətçiliyi uğrunda apardığı fəalmübarizə insanı riqqətə gətirir. 

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də döv-

lət  quruculuğunun  hüquqi  bazasının  yaradılmasıdır.  1995-ci  ildə  qəbul  olunmuş  Konstitusiya 

Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoydu. Azərbaycan demokratik, 

hüquqi,  dünyəvi  dövlət  kimi  ilk  dəfə  olaraq  insan  hüquqlarının  prioritetliyini  və  hakimiyyət 




208                                                                          Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevinmüəllifliyi ilə hazırlanmış 



və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın Konsti-

tusiyası kimi tarixə yazıldı. 

Bu istiqamətdə Heydər Əliyevin gördüyü ən böyük işlərdən biri müstəqil Azərbaycanın 

uğurlu neft strategiyasının hazırlanaraq həyata keçirilməsidir. Azərbaycanın neft strategiyası-

nın əsas prinsipləri ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə 

daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Və bu strategiyanın həyata keçirilməsi iqtisadi 

maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına söykənir. Heydər Əliye-

vin həyata  keçirdiyi uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi  maraqlarının realizə olun-

masına deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönələn siyasi xəttin 

yürüdülməsinə, buna uyğun situasiyanın formalaşdırılmasfına xidmət edir. Məhz bu strategiya 

nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji  mövqeyini  möhkəmləndirə 

bilmiş  və  zaman-zaman  qlobal  məkanda  gedən  proseslərin  istiqamətverici  subyektinə  çevril-

məyə nail olmuşdur. Yeni dünya düzənində güc mərkəzləri arasında gedən mübarizənin məğ-

zinə uyğun strategiya müəyyənləşdirməyə nail olmuş Heydər Əliyev son nəticədə Azərbayca-

nın  hegemon  supergüclərdən  asılı  vəziyyəətə  düşməsinin  qarşısını  nəinki  ala  bilmiş,  eyni 

zamanda  Azərbaycanın  bu  subyektlər  arasında  mübarizənin  xarakterini  müəyyənləşdirməyə 

yönələn dövlət statusu qazanmasına nail olmuşdur. 

1994-cü  ilin  20  sentyabrında  dünyanın  iri  neft  şirkətləri  ilə  imzalanmış  «Əsrin  müqa-

viləsi» bu mənada Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində müstəsna rol 

oynadı . Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas 

işlərdən  biri  ölkənin  dünya  birliyinə  inteqrasiyasının  təmin  olunmasıdır.  Heydər  Əliyevin 

uğurlu xarici siyasət kursu nəticəsində bu problem öz həllini tam şəkildə tapmış və beynəlxalq 

təşkilatlarda  bərabərhüquqlu  səviyyədə  əməkdaşlıq  müstəqilliyin  əsas  dayaqlarından  birinə 

çevrilmişdir. Bu gün Azərbaycan 300-dən çox beynəlxalq təşkilatla əməkdaşlıq edir. 

Ulu  öndərin  dövlətçilik  konsepsiyasının  uğurlu  istiqamətlərindən  biri  də  ölkəmizin 

2001-ci ilin yanvarın 25-də Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasıdır. Bu nüfuzlu 

qurumla  hərtərəfli  əməkdaşlıq  edən  ölkəmizin  qazandığı  ən  mühüm  nailiyyətlərdən  biri 

müstəqillik tarixində ilk dəfə olaraq Azərbaycan nümayəndəsinin Avropa  Şurasının rəhbərli-

yində təmsil olunmasıdır.  

Heydər Əliyev dövlətçilik irsinin əsas istiqamətlərindən biri də dövlətin  milli təhlükə-

sizliyinin və ərazi bütövlüyünün təmin olunması sahəsində kompleks tədbirlərin görülməsidir. 

Əslində,  ölkənin  hərbiqüvvələrinin  yaradılması  dövlətçiliyin  əsas  atributu  və  qarantı  hesab 

olunsa  da,  təəssüf  ki,  SSRİ  dağıldıqdan  sonra  Azərbaycanda  hakimiyyəti  ələkeçirməyə 

müvəffəq  olmuş  qüvvələrin  səbatsız  siyasəti  nəticəsində  bu  amil,  əslində  dövlətçilik  üçün 

təhlükəyə çevrilmişdi. Ordu quruculuğundan  və ölkənin  milli təhlükəsizlik sisteminin forma-

laşdırılmasında  yol  verilən  kobud  sərvlər  son  nəticədə  ölkədə  qanunsuz  hərbi  birləşmələrin 

timsalında  vətəndaş  müharibəsinin  subyektlərinin  meydana  çıxmasına  səbəb  olmuşdu. 

Ordunun  siyasiləşməsi,  dövlətçilik  prinsiplərinə  əsasən  deyil,  şəxsi  siyasi  maraqlara  nəzərən 

formalaşdırılması  sonda  Azərbaycanın  müstəqilliyi  üçün  ciddi  təhlükə  mənbəyi  idi.  Yalnız 

Heydər  Əliyev  hakimiyyətə  gəldikdən  sonra  bu  tendensiyaya  qarşı  ciddi  mübarizə  apardı  və 

son  nəticədə  dövlətin  milli  təhlükəsizliyinin  və  ərazi  bütövlüyünün  təminatçısı  funksiyasını 

yerinə yetirən sabit, güclü silahlı qüvvələrin yaradılmasına nail oldu. 

Bu  gün  Azərbaycan  öz  texniki  və  maddi  təchizatına  görəbaşqa  dövlətlərin  silahlı 

qüvvələrindən  geri qalmayan hərbi qüvvələrə sahibdir. Bu da Heydər Əliyevin  müstəqilliyin 

dövlətləşdirilməsi  istiqamətində  yürütdüyü  ardıcıl  siyasətin  əsas  nəticələrindən  biridir. 



Müasir dövr                                                                       209 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Azərbaycan Silahlı Qüvvələri dövlətin ərazi bütövlüyünün təminatçısı olmaqla yanaşı, həm də 



beynəlxalq hərbi qurumlarla bərabərtərəfli əməkdaşlıq edir. Heydər Əliyevin səyləri nəticəsin-

də Azərbaycan Silahlı Qüvvələri üçün milli kadr potensialının yaradılması istiqamətində ciddi 

işlər görülmüşdür. Dünyanın ən nüfuzlu hərbi məktəblərəinə təhsil almağa göndərilən gənclə-

rimiz Azərbaycanın müstəqilliyinin əsas qarantlarından biri olan ordunun güclənməsində mü-

hüm rol oynayacaqdır. Bu gün Azərbaycanın əsgər və zabitləri dünyanın bir çox qaynar nöqtə-

lərində  fəaliyyət  göstərən  beynəlxalq  sülhməramlı  qüvvələrin  tərkibində  fəaliyyət  göstərir  və 

münaqişə  zonalarında  sülh  və  əmin-amanlığın  bərqərar  olunmasında  aktiv  iştirak  edirlər. 

Azərbaycan Silahlı Qüvvələrin NATO kimi nüfuzlu qurumla əməkdaşlıq edir, bu hərbi alyan-

sın  «Sülh  naminə  tərəfdaşlıq»  proqramı  çərçivəsində  həyata  keçirdiyi  təlim  proqramlarında 

aktiv fəaliyyət göstərir. 

Heydər  Əliyevin  dövlətçilik  irsi  Azərbaycan  cəmiyyətinin  vahidliyinin  təmin  olunma-

sını özünün əsas strateji vəzifəsi hesab edir. Heydər Əliyev dövlətçilik irsinə görə, demokra-

tiya üçün vacib olan başlıca şərt siyasi sabitlik və güclü dövlət hakimiyyətidir. 

Ulu  öndərimiz  həyatı  boyu  həmişə  xalqa  arxalanmışdı:  «Mənim  həyat  amalını  bütün 

varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mə-

nəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü  və iradəmi yalnız müdrik  və qədirbilən 

xalqımda  almışam.  Ən  çətin  anlarda,  ən  mürəkkəb  vəziyyətlərdə  yalnız  və  yalnız  xalqıma 

arxalanmışam.  Bu  da  mənə  dözüm,  iradə  verib  və  bütün  uğurlarımı  təmin  edib»  (1;  s.17). 

Müstəqil Azərbaycanın keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin 

göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyev Azərbaycan 

dövlətçiliyini iflasdan, Azərbaycan xalqını fəlakətdən qurtardı. Dövlətçiliyi möhkəmlətdi, onu 

xain əllərdən, çevriliş, qiyam cəhdlərindən hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi, cə-

miyyətdə  özünə  inam  hissini  bərpa  etdi,  sabitlik  və  firavanlığatəminat  yaratdı.  Onun  Azər-

baycanla, xalqımızla bağlı arzuları bitib-tükənməz idi, məhz bu arzu ilə o, dövlətimizin gələ-

cəyi  üçün  misilsiz  əhəmiyyəti  olan  böyük  layihələrin,  nəhəng  işlərin  təməlini  qoymuşdu. 

Həmin  layihələr,  Heydər  Əliyev  xeyir-duası  ilə  başlanmış  işlər  hələ  uzun  illər  Azərbaycanın 

inkişafını,  güclənməsini,  rifah  və  firavanlığını  təmin  edəcəkdir.  Heydər  Əliyev  fəaliyyəti  və 

əməlləri  ilə  bütöv  bir  siyasət  məktəbinin  qurucusu  oldu,  onunsayəsində  müasir  dünyanın 

politoloji leksikonuna «Heydər Əliyev siyasəti» istilahı daxil oldu. (5; s.6).  

 Bu  tarazlı,  bütün  cəhətləri  ölçülüb-biçilmiş  və  ən  əsası,  dövlətin  təməl  maraqlarını, 

onun  perspektivini,  cəmiyyətin  bütün  təbəqələrinin  mənafelərini  ehtiva  edən,  cəmiyyətdə 

ahəngdarlıq  yaradan  siyasətidir.  Orta  statistik  azərbaycanlı  ümummilli  liderində  müdriklik, 

qətiyyət,  siyasi  uzaqgörənlik,  realizm  və  novatorluq  kimi  bütün  zəruri  keyfiyyətləri  görürdü. 

Heydər Əliyev elə bir lider idi ki, Azərbaycanın bundan sonrakı bütün rəhbərləri üçün etalon 

rolunu  oynayacaq,  xalq,  cəmiyyət  seçdiyi  bütün  liderləri  məhz  onunla  müqayisə  edəcək. 

Heydər  Əliyevin  siyasətinin  bundan  sonra  illər  və  yüzillər  boyu  davam  etməsi  Azərbaycan 

dövlətinin tərəqqisi üçün ən böyük təminatdır. 

Beləliklə  də,  Heydər  Əliyevin  1993-cü  ildən  başlayaraq  həyata  keçirdiyi  qətiyyətli  və 

məqsədyönlü  tədbirlər  nəticəsində  ölkədə  özbaşınalığa,  xaosa  son  qoyuldu.  İctimai-siyasi  sa-

bitlik təmin edildi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin beynəlxalq hüquq 

normaları  və  Azərbaycan  Respublikasının  ərazi  bütövlüyü  çərçivəsində  həlli  istiqamətində 

danışıqların başlanması vəcəbhə bölgəsində atəşkəsin əldə olunması insan tələfatının qarşısını 

aldı.  Xarici  dövlətlər,  xüsusilə  Rusiya  və  İranla  əvvəlki  hakimiyyətlərin  dövründə  pozulmuş 

münasibətlər  qaydaya  salındı.  Azərbaycan  Respublikasının  hərtərəfli  sosial-iqtisadi  inkişafı, 

respublikanın beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli zəmin yarandı. 



210                                                                          Müasir dövr 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

Eyni zamanda Heydər Əliyev fenomeni təkcə dünənin fakt və hadisələrini özündə ehti-



va etməklə məhdudlaşmır, həm də Azərbaycan Respublikasındakı bu günün inkişaf proseslə-

rini  istiqamətləndirən,  bu  proseslərə  təkan  verən  mühüm  siyasi-ideoloji  amil  kimi  çıxış  edir. 

Tarixi təcrübə sübuta yetirir ki, cahanşümül faliyyəti nəticəsində zamanın  mənzərəsini dəyiş-

məyə  qabil  olmuş  böyük  dövlət  adamlarının  xalq,  dövlət  mənafeyi  naminə  gördükləri  işlərin 

onların  cismani  yoxluğundan  sonrakı  dövrdə  də  davam  etdirilməsi  üçün  zəruri  əsaslar 

formalaşdırmaları o şəxsiyyətlərin xalqa, dövlətə göstərdikləri bütün xidmətlər qədər önəmli-

dir.  Əsrlər  ərzində  qazanılmış  dövlətçilik  ənənələri  tarixin  varislik  məntiqinə  istinad  etməsi 

faktını çoxəsrlik bəşəri təcrübənin dəfələrlə sübuta yetirdiyi həqiqətlər sırasına daxil etmişdir. 

İnkişafın  zəruri  şərtlərindən  olan  sağlam  və  rasional  varislik  əsrlərdir  ki,  bütün  dünyada 

alternativsiz yol kimi qəbul edilir (2; s.17). 

Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva da Heydər 

Əliyev  siyasi  irsinin  fundamental  prinsiplərinə  sadiq  qalaraq  Azərbaycan  mədəniyyətinin 

mühafizəsi,  milli-mənəvi  dəyərlərimizin  qorunması  istiqamətində  səmərəli  fəaliyyət  göstər-

məkdədir  Mehriban  xanım  Əliyeva  bu  gün  Heydər  Əliyev  Fondunun  Prezidenti  kimi  döv-

lətçilik tariximizdə müstəsna xidmətlər göstərmiş böyük bir şəxsiyyətin – Azərbaycan xalqının 

ümummilli  lideri  Heydər  Əliyevin  irsinin  qorunması  və  təbliği  kimi  ali  bir  missiyanı  yerinə 

yetirir.  Heydər  Əliyev  irsinin  qorunması  və  gələcək  nəsillərə  ötürülməsi  isə  Azərbaycan 

xalqının  milli  dövlətçilik  şüurunun  inkişafının  və  yetişməkdə  olan  gənc  nəslin  dövlətçilik 

ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasının ən vacib şərtlərindən biridir. 

Mədəniyyətimizin,  milli-mənəvi  dəyərlərimizin  qorunması  istiqamətində  nümayiş  et-

dirdiyi fəallıq, humanist fəaliyyəti Mehriban xanım Əliyevanın qısa vaxt ərzində yüksək nüfuz 

qazanmasını təmin etmişdir. (1; s.20). 

Heydər Əliyev fondu Azərbaycan Respublikasının Prezidentinin fərmanı əsasında yara-

dılmışdır. Bu fərmanda Fondun yaradılma məqsədləri əsaslandırılmış və diqqətə çatdırılmışdır  

(AzərTAc“Azərbaycan”, 14 oktyabr 2004-cu il). 

Fondun yaradılma səbəbləriqəbul olunan proqramda öz geniş əksini tapmışdır: 

- Azərbaycan xalqının öz ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə 

etmək arzu və istəyi; 

 - Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zərurəti; 

 - Qloballaşan dünyada Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün 

əhəmiyyətini vurğulamaq niyyəti; 

 -  Heydər  Əliyevin  yaratdığı  milli  dövlətçilik  ideyalarını  yeni  nəsillərə  daim  aşılamaq 

məqsədi (3; www/heydar-aliyev foundation/org). 

Göründüyü kimi, Heydər Əliyev Fondu öz fəaliyyətində dahi liderin arzu və ideyalarını 

əsas tutaraq ölkənin bütün sahələrini əhatə etmişdir. Bütün bunlar göstərir ki, Fondun yaradıl-

ması zərurətdən doğmuşdur. 

 

Ədəbiyyat siyahısı: 



 

1.Xoşməramlı səfir. Bakı, Şəms nəşriyyatı, 2005. 192 s+24 rəngli şəkil. 

2.Sevinc Budaqova. Ümid qapısı, mərhəmət ünvanı. Bakı, Elm və Təhsil, 2011,260 s.  

3.www/heydar-aliyev foundation/org. 

4Azər TAc“Azərbaycan”, 14 oktyabr 2004-cu il 

5. “Azərbaycan”.-2012.-4 may.-N 97, s.6.  



 


Müasir dövr                                                                       211 

Tarix və onun problemləri, 

№ 3 2013

 

 

 



АЙБЕНИЗ ПАШАЕВА 

Диссертант Исторического факультета БГУ 

 

НЕОБХОДИМОСТЬ СОЗДАНИЯ ФОНДА ИМЕНИ Г.АЛИЕВА 

ДЛЯ ИЗУЧЕНИЯ ПОЛИТИЧЕСКОГО НАСЛЕДИЯ Г.А.АЛИЕВА 

 

В  статье  говорится  о  роли  политического наследия  Г.А.Алиева  в  истории  Азер-



байджанской государственности. Благодаря правильной внутренней и внешней полити-

ческой  стратегии  Г.А.Алиева,  сегодня  Азербайджан  укрепила  свои  геополитические 

позиции в регионе. 

 

AYBENIZ PASHAYEVA 

Candidate for a degree of BSU 

 

NEED OF CREATION OF FUND OF A NAME OF H. ALIYEV 

FOR STUDYING OF POLITICAL HERITAGE OF H.A.ALIYEV 

 

In article it is spoken about a role of political heritage of H.A.Aliyev in the history of 



the  Azerbaijani  statehood.  Thanks  to  H.A.Aliyev's  correct  internal  and  external  political 

strategy today Azerbaijan strengthened the geopolitical positions in the region. 



 

Rəyçilər: t.e.d.M.B.Fətəliyev, t.e.d.R.C.Süleymanov 

Bakı Dövlət Universiteti “Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi” ka-

fedrasının25.04.2013-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr. №07). 

Yüklə 367,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə