3 azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti MİkroiQTİsadiyyat (Dərslik)



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/79
tarix11.04.2018
ölçüsü2,8 Kb.
#37032
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   79



 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI BİZNES UNİVERSİTETİ 
 
 
 
 
 
MİKROİQTİSADİYYAT 
(Dərslik) 
 
 
 
 
                                        Dərslik Azərbaycan Respublikası  
                                              Təhsil Nazirinin 21.12.2012 –ci il  
                                               tarixli 2308 saylı  
                                               əmri ilə təsdiq edilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı - 2012 



 
Dərsliyi  iqtisad  elmləri  doktoru,  professor Q.Y.Əbdülsəlim-zadə 
və  iqtisad elmləri doktoru, professor İ.M.Abbasov hazırlamışlar.
 
 
 
Redaktor: iqtisad elmləri doktoru,  
professor A.T.Əhmədov 
 
Rəyçilər: iqtisad elmləri doktoru,  
professor  
 
  iqtisad elmləri doktoru,  
professor 
 
 
İqtisadi nəzəriyyə (Mikroiqtisadiyyat). Dərslik. 2012. Səh. 
 
Dərslikdə  iqtisadi  nəzəriyyə  kursunun  tərkib  hissəsi  və  bölməsi  sayılan 
mikroiqtisadiyyatın ev təsərrüfatları, müəssisələr, şirkətlər, korporasiyaların 
timsalında,  bazar  münasibətləri  iqtisadi  sistemi  şəraitində  tələb,  təklif, 
qiymət,  rəqabət,  xərclər,  əmək  haqqı,  mənfəət  kimi  məsələləri  cəmiyyətin, 
tələbatlarının  sonsuzluğu,  iqti¬sa¬di  resursların  məhdudluğu  reallığında, 
daha yüksək səmərəliliyə nail olmaq istiqamətində şərh olunmuşdur. 
 
 
 
 
Qrifli nəşr 
Bakı Biznes Universiteti nəşriyyatı - 2012. 
 



 
Ön söz 
 
“İqtisadi  nəzəriyyə  kursunun  tərkib  hissəsi  sayılan 
“Mikroiqtisadiyyat”  dərsliyi,  Azərbaycan  Respublikası 
Təhsil Nazirliyinin “Ali ixtisas təhsilinin Dövlət Standart-
ları  bakalavr  hazırlığının  məzmununa  və  səviyyəsinə  qo-
yulan  minimum  dövlət  tələbləri”nə  uyğun  olaraq,  “İİ  
010000  –  Ümumi  iqtisadiyyat”  istiqaməti  üzrə  ali  baza 
təhsil proqramına daxil edilmiş bu fənnin (kod İÜ  NF  B 
04)  tədrisinə  dair  metodik  tövsiyələrinə  uyğun  hazırlan-
mışdır. 
Müasir inteqrasiya prosesləri nəticəsində qloballaşan 
dünyanın  mürəkkəb  və  ziddiyyətli  proseslərin  hərtərəfli 
öyrənib təhlil etmək, habelə onun gələcək perspektivlərini 
müəyyənləşdirmək üçün iqtisadi nəzəriyyə kursunun mik-
roiqtisadi,  makroiqtisadi  səviyyələrdə  tədrisi,  tələbələrin 
ümumi  elmi-nəzəri  dünyagörüşünün  formalaşmasında 
mühüm rol oynayır. 
“Təhlil və fikir kimi iki hissəyə ayrılan iqtisad elmi” 
(J.Şumpeter)  həmişə  “insan  fəaliyyətinin  normal  həyat 
fəaliyyətinin  öyrənilməsi”  (A.Marşall)  istiqamətində  “nə, 
necə,  kim  üçün  istehsal  etməli”  (P.Samuelson)  prinsipləri 
əsasında  daha  səmərəli  son  sosial-iqtisadi  nəticələrə    nail 
olmağı nəzərdə tutur. 
Bakı Biznes Universitetinin özəl təhsil xüsusiyyətlə-
rini  nəzərə  alan  “Mikroiqtisadiyyat”  dərsliyi  müəyyən 
olunmuş  90  saatlıq  (60  saat  mühazirə,  30  saat  məşğələ) 
tədris yükünə uyğunlaşdırılaraq 15 mövzuda şərh edilmiş, 
zəruri  ədəbiyyat  siyahısı  göstərilmiş  imtahan  sualları  və 
dərs saatlarının bölgüsü verilmişdir. 
Dərslikdə  məntiqi  və  tarixi  ardıcıllıqla  kursun  məq-



 
səd və vəzifələri; iqtisadi fikir və biliklərin meydana çıxıb 
formalaşması  mərhələləri;  kursun  predmet  və  metodları; 
təsərrüfat fəaliyyətinin ictimai tipləri və onun təşkili; iqti-
sadi  sistem  və  mülkiyyət  münasibətləri;  əmtəə,  dəyər  və 
pul nəzəriyyələri; istehsal və onun amilləri; bazarın yaran-
ması və tarixi təkamülü; bazarın müxtəlif formaları, onun 
fəaliyyət mexanizminin xüsusiyyətləri və modelləri; isteh-
sal xərcləri, əmək haqqı, renta, faiz və mənfəət, habelə di-
gər məsələlər işıqlandırılmışdır. 
“Mikroiqtisadiyyat”  dərsliyinin  gələcəkdə  daha  da 
təkmilləşdirilməsi istiqamətindəki tənqidi qeydlər, işgüzar 
məsləhətlər,  konkret  tövsiyələr  böyük  razılıq  və  minnət-
darlıqla  nəzərə  alınacaqdır.  Qədim  yunan  müdriklərinin 
dedikləri kimi “hər şeyin axıb dəyişdiyi” bir reallıqda “nə 
mümkünsə etdik və başqaları daha yaxşı etsinlər”.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
MÖVZU 1. 
 
ÜMUMİ GİRİŞ, KURSUN MƏQSƏD VƏ 
VƏZİFƏLƏRİ 
 
a)
 
İqtisadi nəzəriyyənin müasir elmlər sistemində yeri. 
b)
 
Kursun məqsəd və vəzifələri. 
c)
 
Mikroiqtisadiyyat və makroiqtisadiyyat. 
ç) İqtisadi nəzəriyyənin (Economicsin) 10 prinsipi. 
d) İqtisadi nəzəriyyənin başqa elmlərlə əlaqəsi. 
 
a)
 
Bəşəriyyətin keçdiyi mürəkkəb və ziddiyyətli yük-
səliş yolunun, müxtəlif ictimai-iqtisadi quruluşların, fərqli 
təsərrüfat sistemlərinin ümumi  inkişaf qanunauyğunluqla-
rının,  onların  özünəməxsus  cəhətlərinin  tənqidi  surətdə 
təhlil  olunub  öyrənilməsində,  ən  başlıcası  isə  bu  zəngin 
təcrübədən  yaradıcılıqla  faydalanmaqda,  ictimai  elmlərin 
tərkib  hissəsi  sayılan  iqtisadi  nəzəriyyənin  müstəsna  əhə-
miyyəti vardır. 
İnsanlar  yaşadıqları  cəmiyyəti,  onun  enişli-yoxuşlu 
inkişaf mərhələlərini və hazırda gəlib çatdığı sosial – iqti-
sadi  səviyyənin  konkret  göstəricilərini,  eyni  zamanda  gə-
ləcək  yüksəliş  istiqamətlərini  elmi  biliklər  əsasında  öyrə-
nib müəyyənləşdirirlər. 
Ümumiyyətlə  elm  dedikdə  -  təbiət,  cəmiyyət  və  in-
san təfəkkürünün inkişaf qanunları haqqında vahid biliklər 
sistemi başa düşülür. Hələ qədim dövrlərdə elm öz tədqi-
qat sahələrinə görə təbiət və cəmiyyət elmlərinə ayrılmış-
dı. Müasir dövrdə elm – ictimai (sosial), təbiət və texniki 
elmlərə bölünür. 
Geniş  əhatəli  iqtisad  elminin  nəzəri  və  metodoloji 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə