№3 Fizika-riyaziyyat elmləri seriyası 2010



Yüklə 72,87 Kb.
Pdf görüntüsü
tarix07.11.2017
ölçüsü72,87 Kb.
#8876


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                           Fizika-riyaziyyat elmləri seriyası                        2010 

 

 

QEYRİ-SƏLİS MƏNTİQİN ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİN TƏMİN 

EDİLMƏSİNDƏ KƏND TƏSƏRRÜFATININ İSTEHSAL-SAHƏ 

STRUKTURUNUN OPTİMALLAŞDIRILMASI MODELİNƏ TƏTBİQİ 

 

E.R.ŞƏFİZADƏ, R.Y.ŞIXLİNSKAYA  



Tətbiqi-Riyaziyyat Elmi Tədqiqat İnstitutu, BDU 

elnure_sh@mail.ru 

 

İşdə  ərzaq təhlükəsizliyinin təmin edilməsində  kənd təsərrüfatının istehsal-sahə 



strukturunun qeyri-səlis məntiqlə optimallaşdırılması modeli tədqiq olunmuşdur. Modelin 

realizasiyası MATLAB\Toolbox\Fuzzy Inferences System proqramlar paketində  məntiqi 

qaydaların sintezi yolu ilə aparılmışdır. 

 

Ərzaq problemi bütün dövrlərdə  bəşəriyyət üçün aktual problem olmuşdur və 



hazırda qloballaşma prosesinin dərinləşdiyi şəraitdə də öz aktuallığını saxlamaqdadır. 

Milli  ərzaq təhlükəsizliyinin təminatı sistemli yanaşma tələb etsə  də, bu 

problemin nüvəsi məhz daxili istehsaldır. Aydındır ki, ərzaq məhsullarının istehsalı 

kənd təsərrüfatının inkişaf səviyyəsindən, təbii-iqlim  şəraitindən, torpaqların mün-

bitliyindən, hər adama düşən torpaq sahəsindən və s. asılıdır. 

Ədəbiyyatda  ərzaq təhlükəsizliyi problemi [1], [2], [3], [6], [7], [8], [9] 

işlərində geniş öyrənilmişdir. Bu işlərdə ərzaq təhlükəsizliyi əsasən iqtisadi baxımdan 

tədqiq edilmişdir. Statistik analiz və proqnozlaşdırma üsullarının tətbiqi ilə bağlı bir 

sıra işlər də vardır [5]. Ərzaq təhlükəsizliyinin iqtisadi-riyazi modellərin tətbiqi ilə 

tədqiqi [4]-də aparılmışdır. [4]-də  təqdim olunan model bütün kənd təsərrüfatı 

məhsullarını  əhatə edir və çoxkriteriyalı (məhsuldarlıq və  mənfəətə görə) modeldir. 

Qeyri-müəyyənlik  şəraitində verilənlərin işlənməsi [10], [11]-də, qərar qəbuletmə 

məsələləri [13]-də  təhlil edilmişdir. Məsələnin qeyri-səlis modelinin qurulmasına 

[12]-də, qeyri-səlis məntiqi çıxarılış qaydalarının tətbiqinə [14], [15] işlərində baxıl-

mışdır.  

Təqdim olunan məqalədə bu işlərdən istifadə edərək  ərzaq təhlükəsizliyinin 

təmin edilməsində kənd təsərrüfatının optimallaşdırılması modeli qeyri-səlis aparatın 

köməyilə tədqiq olunmuşdur. 

Ərzaq təhlükəsizliyinin təminatında  əsas məqsəd ölkənin vacib ərzaq məhsul-

larına tələbatı ödəməkdən ibarətdir. Bu problem, əsasən, iki variantda həll oluna bilər: 

daxili ishetsal və idxal hesabına. Ölkənin iqtisadi və siyasi təhlükəsizliyi prizma-

sından məsələyə yanaşsaq,  ərzaq təhlükəsizliyinin təminatında daxili istehsal ən 

əlverişli yoldur. Məhz daxili istehsal hesabına  ərzaq təhlükəsizliyi probleminin 

iqtisadi-riyazi modelinə baxaq. Modeldə əsas məqsəd ölkənin vacib ərzaq məhsulları 

ilə təminatı sistemində daxili imkanları müəyyənləşdirməkdən ibarətdir.  

 

53




Məqsəd: Modeldə kənd təsərrüfatına yararlı torpaqların məhsuldarlığa görə elə 

nisbətdə bölüşdürülməsi nəzərdə tutulur ki, nəticədə istehlak səbətinə daxil olan ərzaq 

məhsullarının həcmi mümkün qədər yüksək olsun: 

 

burada  -istehlak səbətinə daxil olan bitkiçilik məhsullarının indekslər çoxluğudur; 



- istehlak səbətinə daxil olan heyvandarlıq məhsullarının indekslər çoxluğudur;  -

i-ci məhsulun məhsuldarlıq səviyyəsidir; 

-i-ci məhsul üçün ayrılacaq torpaq 

sahəsidir (axtarılanlardır). 



Məhdudiyyətlər: 

Torpaq sahəsi üzrə: 

 

burada S-kənd təsərrüfatına yararlı torpaq sahəsidir. 



Yem üzrə: 

Heyvandarlıqda tələb olunan yemin müəyyən hissəsi bitkiçilikdən daxil olur, 

qalan hissəsi isə alınır: 

 

burada  -alınan yemdir; 



-i-ci bitkinin 1ha-dan j-cu heyvandarlıq növünə ayrılan 

yemdir;  -i-ci növ heyvana lazım olan orta illik yem normasıdır. 



Gübrə üzrə: 

Aydındır ki, bitkiçilikdə lazım olan mineral gübrələr kimya sənayesindən 

alınır, üzvi gübrələr isə heyvandarlıqdan daxil olur: 

 

 



burada 

- üzvi gübrələrin indekslər çoxluğudur; 

-mineral gübrələrin indekslər 

çoxluğudur; M-alınan mineral gübrələrin ümumi həcmidir; 

-i-ci növ bitkiyə 

ayrılmış torpaq sahəsinin 1ha-nın l-ci növ gübrə normasıdır; 

-i-ci heyvandarlıq 

növünün 1ha-dan (burada 1ha sahədə normada saxlanıla biləcək heyvanlardan alınan) 

j-cu növ bitki üçün daxil olan üzvi gübrənin həcmidir; 

-j-cu növ bitkinin 1ha üçün 

alınmış l-ci növ mineral gübrənin həcmidir. 

Digər resurslar üzrə (yem və gübrə istisna olmaqla): 

 

 



54


burada  -digər resursların indekslər çoxluğudur; 

-j-cu növ məhsul üçün i-ci növ 

istehsal xərcləridir (yem və gübrə istisna olmaqla), 



-lərə qoyulan məhdudiyyətlər: 

 

burada 


ci məhsula ayrılacaq torpaq sahəsinin minimum həddidir. 

 

 lərin təyin olunması modelin mahiyyətində xüsusi rol oynadığından bu 



məsələnin üzərində dayanaq. Aydındır ki, 

lərin seçilməsi bir sıra keyfiyyət 

göstəricilərindən asılı olduğu üçün bu parametrlərin müəyyənləşdirilməsində qeyri-

səlis məntiqi cıxarılış qaydalarından istifadə edəcəyik. 

Təqdim etdiyimiz modeli bir iqtisadi zona üçün testdən keçirək.  Əhalisinin 

sayı 9000 nəfər, kənd-təsərrüfatına yararlı torpaq sahəsi 8000 ha olan (bundan 4500 

ha  əkin sahəsi, 3500 ha otlaq və biçənəklərdir) olan bir iqtisadi zona üçün ərzaq 

təhlükəsizliyinin təmin edilməsində istehsal-sahə strukturunun optimallaşdırılması 

məsələsinə baxaq. Əvvəlcə linqvistik dəyişənləri daxil edək [11], [14]: 

1.

 



Adambaşına düşən torpaq sahəsi-ATS. 

2.

 



İstehlak səbətinə daxil olan   məhsulu üzrə məhsuldarlıq-M. 

3.

 



 məhsuluna ayrılacaq torpaq sahəsinin minimum həddi-MTS. 

Burada ATS və M giriş dəyişənləri, MTS isə çıxış dəyişənidir. Bu dəyişənlər 

üçün: “pis”, “orta”, “yaxşı” term çoxluqlarını  və onların interval qiymətlərini təyin 

edək (cədvəl 1). 



 

Cədvəl 1 



Linqvistik dəyişənlərin term-çoxluqlarının interval qiymətləri 

 Pis 


Orta 

Yaxşı 


ATS [0 

0,8] 


[0,2-1,8] 

[1,2-2] 


Istehlak səbətinə daxil olan ərzaq məhsulları:  

 

 



Taxıl 

[25.9 27.5] 

[26.31 29.59] 

[28.36 31.64] 

Kartof 

[34 106] 



[79 151] 

[124 196] 

Tərəvəz 

[34 106] 

[79 151] 

[124 196] 

Bostan 

[45 105] 



[82.5 142.5] 

[120 180] 

Meyvə 

[40.58 68.82] 



[58.23 86.47] 

[75.88 104.1] 

Ət:  

 

 



İri buynuzlu mal-qara 

[1 5] 


[3.5 7.5] 

[6 10] 


Xırda buynuzlu mal-qara 

[-0.9 1.9] 

[0.85 3.65] 

[2.6 5.4] 

Donuz 

[4 16] 


[11.5 23.5] 

[19 31] 


Quş 

[8 32] 


[23 47] 

[38 62] 


Sud 

[-26 46] 

[19 91] 

[64 136] 

Yumurta 

[-260 460] 

[190 910] 

[640 1360] 

 

Ekspert qiymətləndirməsi əsasında məntiqi qaydalar bazası aşağıdakı kimi 



təyin edilir [10],[15]: 

Taxıl üçün: 

 

Əgər ATS və M pisdirsə, onda MTS pisdir



 

 Əgər ATS pis və M ortadırsa, onda MTS ortadır; 



 

Əgər ATS pis və M yaxşıdırsa, onda MTS ortadır; 



 

55



 

Əgər ATS orta və M pisdirsə, onda MTS ortadır; 



 

Əgər ATS və M ortadırsa, onda MTS ortadır; 



 

Əgər ATS orta və M yaxşıdırsa, onda MTS yaxşıdır; 



 

Əgər ATS yaxşı və M ortadırsa, onda MTS yaxşıdır; 



 

Əgər ATS və M yaxşıdırsa, onda MTS yaxşıdır. 



Bu qaydalar 11 məhsulun hər biri üçün analoji olaraq təyin edilir.  

Giriş linqvistik dəyişənlərin qeyri-səlis term-çoxluqlarının və  təyin edilmiş 

qeyri-səlis qaydalar bazasının MATLAB proqramlar paketinə daxil edilərək qeyri-

səlis məntiqi çıxarılış mexanizmi vasitəsilə  işlənib defazzifikasiya olunmuş  çıxış 

qiyməti alınması prosesi aşağıdakı sxem 1-də təsvir olunur [12]. 

 

 



 

 

MATLAB 

 

 

 

 

 

Mənsubiyyət 

funksiyaları 

 

 



 

 

Defazifikator



Fazi məntiqi 

çıxarılış 

qaydaları

 

 



 

 

 



 

Sxem 1. 

 

Aşağıdakı  cədvəldə qeyri-səlis qaydalar nəticəsində ATS və M-in giriş 



qiymətlərinə uyğun alınmış çıxış qiymətləri göstərilmişdir: 

                        Cədvəl 2 

 Giriş qiymətləri Çıxış qiyməti (MTS) 

ATS 0,6 


 

Məhsuldarlıq (M) 

 

 

Taxıl  



26,7 

491 


Kartof 145 

54.2 


Tərəvəz 144 

91.3 


Bostan 126 

125 


Meyvə 76,2 

99.5 


İribuynuzlu mal-qara 

7,06 


131 

Xırdabuynuzlu mal-qara 

3,4 

132 


Donuz 22,9 

66.4 


Quş 36,4 

67.4 


Süd 18,9 

186 


Yumurta (ədədlə) 760 

34,3 


Fazi qaydalar 

bazası 

ATS 



Fazifikator

MTS 

 

56




Modelin realizasiyası üçün bizə lazım olan digər göstəricilər cədvəl 3 və 4-də 

verilmişdir: 

                                                                                                 

Cədvəl 3 

Istehlak səbətinə daxil 

olan ərzaq məhsulları 

Adambaşına illik 

fizioloji norma (kq) 

Əhalinin sayına görə lazım 

olan ərzaq məhsullarının 

miqdarı (sent) 

Məhsuldarlıq 

(1sent/ha) 

Çörək və çörək məhsulları 150 

13500 

26,5 


Kartof 80 

7200 


145 

Bostan 146 

13140 

126 


Tərəvəz 146 13140 

144 


Meyvə 80 7200 

76,2 


Ət (kəsilmiş çəkidə) 72 

6480 


17,4 

Süd və süd məhsulları 380 

34200 

18,9 


Yumurta (ədədlə) 280 

25200 


38,9 

                                                                                                         

                                                                                                             

Cədvəl 4 

Mineral gübrə norması (kq/ha) 

Üzvi gübrə norması (t/ha) 

Bitkilərin adı 

Azot Fosfor 

Kalium 

 

Taxıl 



270 

400-450 100-120 10-30 

Kartof 

300 450 200 30-40 



Bostan bitkiləri 360 350-400 

250 30-40 

Tərəvəz bitkiləri 

214 240 144 15-20 

Meyvə 

100-150 500-900 - 



10-20 

 

Cədvəl 2, 3 və 4-də verilənlər, eləcə  də digər normativlər, aqrotexniki gös-



təricilər əsasında model realizasiya olunmuş və nəticələr cədvəl 5-də göstərilmişdir: 

 

Cədvəl 5 



Istehlak səbətinə daxil 

olan ərzaq məhsulları 

Model əsasında 

məhsul istehsalına 

ayrılacaq torpaq 

sahəsi (ha) 

İstehsal olunacaq 

məhsulun həcmi 

(sent) 

İstehsal olunacaq məhsulun 



həcmi - Fizioloji normaya 

uyğun tələbatın həcmi (sent) 

Çörək və çörək 

məhsulları 

530 14151 

651 


Kartof 54,2 

7859 


659 

Bostan 91,3 

13147,2 

7,2 


Tərəvəz 125 

15750 


2610 

Meyvə 99,5001 

7581,908 

381,9076 

ət (kəsilmiş çəkidə) 308,8022  8780,529 

2300,529 

Süd və süd məhsulları 309,096 

7004,402 

-27195,6 

Yumurta (ədədlə) 209,57 159461,8 

134261,8 

 

Bu məsələ eyni başlanğıc verilənləri ilə  -lərin səlis təyin olunduğu hal üçün 



[16]-da işlənmişdir. Alınan nəticələrin müqayisəsi cədvəl 6-da verilmişdir: 

 

57




Cədvəl 6 

-lərin səlis təyin 

olunduğu hal üçün 

nəticələr 

-lərin qeyri-səlis məntiqi 

cıxarılış qaydaları əsasında təyin 

olunduğu hal üçün nəticələr 

Istehlak 

səbətinə daxil 

olan ərzaq 

məhsulları 

Torpaq 


sahəsi(ha) 

Məhsulun 

həcmi(t) 

Torpaq 


sahəsi(ha) 

Məhsulun 

həcmi(t) 

Fizioloji qida 

normasına görə 

nəticələrin 

müqayisəsi 

Çörək və çörək 

məhsulları 

509,434 13500  530 

14045 

545 


Kartof 49,6501 

7199,265 

54,2  7859  659,735 

Bostan 104,29 

13140,54 

125  15750 2609,46 

Tərəvəz 91,25 

13140 


91,3 

13147,2 7,2 

Meyvə 94,4402 

7196,343 

99,5001 

7581,908 

385,5646 

ət (kəsilmiş 

çəkidə) 

910,8085 9616,118 948,7135 

10328,75 

712,632 


Süd və süd 

məhsulları 

253,3592 4789,52  425,3503 

8040,582 

3251,082 

Yumurta 


(ədədlə) 

205,7799 156577,9 209,57 

159461,8 

2883,9 


 

Göstəricilərin təhlilindən görünür ki, modelin qeyri-səlis məntiqi çıxarılış 

qaydası ilə realizasiyası kənd-təsərrüfatına yararlı torpaq sahəsinin 31,05%-nin, dəqiq 

halda isə 27,74%-nin istifadəsinə  gətirib cıxarır. Deməli, 3,31% əlavə torpaq 

sahəsindən istifadə olunacaqdır. Lakin istehsal üçün cəlb edilən əlavə torpaq sahələri 

elə nisbətdə bölüşdürülmüşdür ki, son nəticədə bütün məhsullar üzrə istehsalın həcmi 

11,08% artmışdır.  

 

ƏDƏBİYYAT 

1.

 



Abbasov A.F. Ərzaq təhlükəsizliyi, Bakı, 2007, 602 s. 

2.

 



Ataşov B.X. Ərzaq təhlükəsizliyinin aktual problemləri, Bakı, 2005, 336 s. 

3.

 



Balayev R.Ə.Urbanizasiya zonalarının ərzaq problemləri, Bakı, 1998, 168 s. 

4.

 



Гасанов  Я.Г.  Математическая  модель  продовольственной  безопасности//  Труды II 

Международного симпозиума “Проблемы математического моделирования, управ-

ления и информационных технологий в нефтегазовой промышленности”, Азербай-

джан,  Баку, 21-26 сентября, 1998 г.,  Национальная  Академия  Наук Азербайджана, 

Баку, 1998, с.234-236. 

5.

 



Боканач О.В. Методология статистического мониторинга угроз продовольственной 

безопасности  региона // Материалы  Международной  научно-практической  конфе-

ренции 29-30 мая, 2001, Самара, 2001, с.173-175. 

6.

 



Борисенко  Е.Н.  Продовольственная  безопасность  России.  Проблемы  и  перспек-

тивы, М., 1997, 349 с. 

7.

 

Гончаренко  Л.П.  Развитие  методологии  экономической  безопасности  личности. 



Иванова, 1999, 375 с. 

8.

 



Kennedy R. The rice and tall of the great power. h:Unwin, Numan, 1987, 201 p.  

9.

 



Murdoch C. Economic factors as objects of security, Economic security & vulnekabieity 

// K. Knorr, F. Trager Economic issuies & national security, Lawrense, 1977, p. 67. 

10.

 

Базы  данных.  Интеллектуальная  обработка  информации  (Под  ред.  В.В.Корнеева) 



Принятия решений в расплывчатых условиях. М.: Нолидж, 2001, с.255-290. 

11.


 

Заде Л. Понятие лингвистической переменной и его применение к принятию приб-

леженных решений. М.: Мир, 1976, 168 с. 

12.


 

Леоненков А. Нечеткое моделирование в среде МАТЛАБ и fuzzy TECH. СПб.: БХВ, 

Петербург, 2003, 73 с. 

 

58




 

59

13.



 

Насибов  Э.Н.  Методы  обработки  нечеткой  информации  в  задачах  принятия  ре-

шений. Баку: Элм, 2000, 260 с. 

14.


 

Mamdani E.H., Assilian S. An experiment in Linguistic Synthesis with Fuzzy Logic 

Controller // Int. Man-Machine Studies-1975, v.7, №1, p.113. 

15.


 

Shikhlinskaya R.Y., Hashimov V.A. On researches of a fuzzy model and its applications 

// First International Conference on Soft Computing Technologies in Economy Pro-

ceedings, 2007, p.244-247. 

16.

 

Şəfizadə E.R. Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının istehsal-sahə 



strukturunun optimallaşdırılması modeli // AMEA, Məruzələr, №3, 2009, s.155-161. 

 

 



ПРИМЕНЕНИЕ НЕЧЕТКОЙ ЛОГИКИ К МОДЕЛИ ОПТИМИЗАЦИИ 

ПРОИЗВОДСТВЕННО-ОТРАСЛЕВОЙ СТРУКТУРЫ   

СЕЛЬСКОГО ХОЗЯЙСТВА ДЛЯ ОБЕСПЕЧЕНИЯ  

ПРОДОВОЛЬСТВЕННОЙ БЕЗОПАСНОСТИ 

 

Э.Р.ШАФИЗАДЕ, Р.Ю.ШИХЛИНСКАЯ 

 

РЕЗЮМЕ 

 

В  работе  рассмотрена  модель  оптимизации  производственно-отраслевой  струк-

туры для обеспечения продовольственной безопасности применением нечетких правил 

логического  вывода.  Реализация  модели осуществлена  путем  синтезирования  логичес-

ких правил в программной оболочке MATLAB\Toolbox\Fuzzy Inferences System. 

 

APPLICATION OF FUZZY LOGICS TO THE OPTIMIZATION MODEL  



OF THE PRODUCTION-BRANCH STRUCTURE OF AGRICULTURE  

FOR FOOD SECURITY 

 

E.R.SHAFIZADEH, R.Y.SHIKHLINSKAYA 

 

SUMMARY 

 

The paper investigates the production-branch structure model of agriculture for food 



security. The model is realized by the synthesis of logical rules in the program cover of 

MATLAB\Toolbox\Fuzzy Inferences System. 



 

Yüklə 72,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə