№3 Humanitar elmlər seriyası



Yüklə 60,35 Kb.
tarix25.06.2018
ölçüsü60,35 Kb.
#51381


 

55 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2012 

 

 

 

 

UOT  81"37 

 

KLASSİK ƏDƏBİYYATDA AŞIQ ŞEİRİNİN MİLLİ POETİKASI  

 

Ə.Y.QASIMOV 

Bakı Dövlət Universiteti 

eles @box.az 

 

Xətai, işin düşər

Gəlişin, gedişin düşər, 

Dişləmə çiy loxmanı 

Yeri

nə dişin düşər. 

 

Məqalədə aşıq şeirində klassik şeirimizin vəhdətindən, onun ədəbiyyatımızda yaratdığı 

yeni  üslublardan  bəhs  edilir.  Burada  aşıq  şeirinin  xarakterik  xüsusiyyətləri  də  nəzərdən 

keçirilir. 

 

Açar sözlər: aşıq şeiri, heca vəzni, əruz vəzni, təcnis, qoşma, gəraylı 

 

Böyük sərkərdə, dahi şair Xətainin poetik irsi, həm də qılıncının kəsəri 



qədər yüzillik divan ədəbiyyatımızda yeni şırım açmışdır. Bu şırım şifahi xalq 

ədəbiyyatı  ilə  divan  ədəbiyyatının  qovuşması,  milli  poetik  düşüncə  ilə  divan 

şeirinin culğalaşması, aşıq şeirimizlə klassik şeirimizin vəhdətidir. Onun ədəbiy-

yatımızda  yaratdığı  yeni  üslub,  əslində  Azərbaycan  divan  ədəbiyyatına  milli 

keyfiyyət vermək idi. Xətai bunu bacardı və yüksək səviyyədə həyata keçirdi. 

Aşıq şeiri bizim milli-poetik düşüncəmizin ifadəsidir. Həmin düşüncəni 

əsrlərdən  bəri  təkamül  yolu  keçmiş  divan  ədəbiyyatının  poetik  çalarları  ilə 

sintez etmək adi iş deyildi. Çünki aşıq şeirinin öz poetik normaları, divan şei-

rinin isə başqa poetik normaları var. Divan şeiri ərəb ədəbi zövqünün ifadə-

sidir və bəzən ona qəzəl, qəsidə ədəbiyyatı da deyirlər. Ancaq Xətai şeirində 

divan  artıq  min  illik  poetik  ənənəsinin  məcrasından  çıxdı  və  yeni-yeni 

keyfiyyətlər  əxz  etdi.  Xətai  təkcə  milli  dirçəlişimizə,  siyasi  tariximizə,  döv-

lətçilik ənənəmizə yeni impuls vermədi, həm də milli təfəkkürümüzü qabaqcıl 

poetik düşüncəyə çevirdi və aşıq şeirimizi klassik poeziyanın populyar növünə 

çevirdi. Bunu daha asan anlamaq üçün gərək aşıq şeirinin poetikasını nəzərdən 

keçirək. 




 

56 


Aşıq şeirinin üslubundan danışmazdan əvvəl, ümumiyyətlə, aşıq şeirinin 

xa

rakterik  xüsusiyyətlərini  nəzərdən  keçirmək  lazımdır.  El  aşıqları  adətən 



şeirlərini  qoşma,  gəraylı,  təcnis,  bayatı  və  s.  janrlarda  deyirlər. Bu janrlar, 

hətta türk şeirinin doğma janrları hesab edilir. Vəzn baxımından isə türk şeiri 

heca  vəznində  yazılır  və  bütün  misralar  eyni  sayda  hecalardan  ibarət  olur. 

Aşıqların daha çox işlətdikləri qoşmada hecaların sayı adətən 11, gəraylıda isə 

8 olur. Eləcə də, heca və əruz vəznində yazılmış bütün şeirlərdə daxili bölgü 

olur.  Həmin  bölgülər  gəraylılarda  adətən  5+3,  3+5,  4+4,  6+2  şəklində  olur. 

Məsələn: 

Sultani-


eşqidir zalım, 

Yaman yerə yetib halım, 

Dil şərhi ilə xəyalım, 

Olubdu bərbad əlindən.  

 

Nuki-


müjganları səf-səf, 

Eşq əhlini qılmış hədəf, 

Atsa yayınmaz hər tərəf, 

Çıxmışlar ustad əlindən. (1, 532) 

 

Bu  gəraylının  birinci  misrası  6+2,  ikinci  misrası  4+4,  üçüncü  misrası 



5+3  və  dördüncü  misrası  da  5+3  bölgüsü  ilə  deyilmişdir.  İkinci  bənddə  isə 

birinci misra 6+2, ikinci misra 4+4, üçüncü misra 5+3, dördüncü 

misrada isə 

3+5  bölgüsü  var.  Əruz  vəznindən  fərqli  olaraq  heca  vəznində  yazılmış 

şeirlərdə  bölgülərin  misralar  üzrə  müxtəlifliyi  onlarda  ahəngdarlığı  artırır. 

Əruzda isə bu qüsur sayılır və bölgülər bəzən sözün üstünə düşüb, onu iki yerə 

bölür. Gəraylıların qafiyələnmə sistemi isə belədir: birinci bənd a, b, v, byəni 

birinci  və  üçüncü  misra  sərbəst  buraxılır  və  ikinci,  dördüncü  bəndlər  isə 

qafiyələnir.  Əgər  misralarda  rədiflər  varsa,  onda  rədifdən  əvvəlki  sözlərdə 

qafiyələnmə gedir. Sonrakı bəndlərdə isə qafiyələnmə d, d, d, b; c, c, c, və s. 

formasında olur. Son bənddə adətən müəllif öz adını verir: 

Nəbati, qəmdən bükülmə, 

Bərgi-xəzan tək tökülmə, 

Dəli sellər tək sökülmə, 

Çəkmə dəxi nalə, nalə. (1, 487) 

 

Gəraylının  bu  sonuncu  bəndindən  aydın  olur  ki,  onu  yazan  Nəbatidir. 



Şeirdə bəndlərin sayı adətən beş olur, ancaq bu sabit deyil. Bəndlər beşdən az 

və ya çox da ola bilər.  

Eyni proses qoşmalarda da olur, sadəcə olaraq onlardakı hecaların sayı 

fərqlidir.  Adətən  on  bir  hecadan  ibarət  qoşmalarda  bölgü  belə  aparılır:  6+5, 

7+4, 4+4+3. Məsələn:  

Genə bahar oldu, açıldı güllər, 

Bülbül naləsindən tutulur qulaq



 

57 


Gül-

gülə sarmaşmış, çiçək-çiçəyə, 

Lalə cami-Cəmdən gətirib soraq. 

 

Demə Nəbatinin yoxdur davamı, 



Cövrümə tab etməz, çəkməz cəfamı, 

Şahid olsun aləm cümlə, təmamı, 

Nə qədər istərsən çək sinəmə dağ. (1, 482) 

 

Bu qoşmanın birinci bəndinin birinci misrasında bölgü 6+5, ikinci misra 



6+5, üçüncü misra 6+5 və dördüncü misra 6+5 bölgüsü ilə verilmişdir. İkinci 

bənddə  də  birinci  misra  6+5,  ikinci  misra  6+5,  üçüncü  misra  4+4+3  və 

dördüncü  misra  6+5  bölgüsü  ilə  verilmişdir.  Gəraylıda  olduğu  kimi  qafiyə 

sistemi qoşmada da eynidir və sonuncu bənddə şair öz adını çəkir. Bəndlərin 

sayı adətən beş olur. Ancaq bu sabit deyil, az və ya çox da ola bilər.  

Qoşmalarda  bədii  ifadəni  gücləndirmək  məqsədilə  aşıqlar  və  aşıq 

üslubunda yazan klassiklər təkrirlərdən geniş istifadə etmişlər. Təkrirlər şeirdə 

fikri kəskinləşdirmək üçün ən münasib ifadə vasitəsi hesab edilir: 

Bağça sənin, bağban sənin, bar sənin, 

Alma sənin, heyva sənin, nar sənin, 

Aləm bilir yar sənindir, yar sənin, 

Canı, başı külli-varı Həsənin. (2, 61) 

 

XIX əsr klassiki olan Varxiyanlı Həsən aşıq üslubunda yazdığı bu qoş-



masında həm daxili qafiyələrdən, həm də təkrirdən məharətlə istifadə etmişdir.  

Aşıq  şeirində  geniş  yayılmış  janrlardan  biri  də  bayatıdır.  Adətən  dörd 

misradan və bir bənddən ibarət olan bayatılarında misralarında hecaların sayı 

adətən yeddi, bölgülər isə 3+4, 2+5, 5+2 və 4+3 ilə olur:  

Qəriblik yaman olur, 

Sovrulur saman olur, 

Nə bir haraya çatan, 

Nə də bir aman olur. (3, 62) 

 

Sarı Aşığın dilindən deyilən bu bayatıda bölgü belədir: birinci misra 3+4, 



ikin

ci misra 3+4, üçüncü misra 2+5 və üçüncü misra 3+4-dür. Bayatılarda adətən 

müəlliflər öz adlarını çəkmir. Ancaq elə bayatılar var ki, onlarda müəllifin adı da 

çəkilir.  

Bayatılarda  aşıq-şairlər  çox  vaxt  cinaslardan  istifadə  edirlər.  Belə 

hallarda sözlərin seçimini elə aparırlar ki, onlar şeirdə xüsusi ahəng yaratsın. 

Məsələn, Zabit ləqəbi ilə yazan şairlərdən birinin bayatısına nəzər salaq:  

Qar


şıda sarı gördüm, 

Tərlanı, sarı gördüm, 

Zabit, yarın meyl edər. 

Rəqibə sarı gördüm. 




 

58 


 

Aşıq  şeirinin  bədii  xüsusiyyətlərindən  danışarkən  qeyd  etmək  lazımdır 

ki, el aşıqları şeirlərini rövnəqləndirmək məqsədi ilə müxtəlif poetik kateqori-

ya

lardan, bədii təsvir və ifadə vasitələrindən istifadə etmişlər. Məsələn, şeirdə 



daxili  qafiyələnmə, folklorda olan qoşayarpaqlar  Aşıq  Şəmkir  şeirlərində 

daha çox diqqəti cəlb edir: 

Gəldim bu cahanə, düşdüm ziyana,  

Olmuşam əfsanə, külli-zamana, 

Yetmədim cananə, əla məkana, 

Eşqimdə divanə, qaldım bitəmkin. (4, 194) 

 

Bu bənddə Aşıq Şakir cahanə, əfsanə, cananə və divanə sözlərini daxili 



qafiyə kimi seçmişdir.  

Aşıqlar  öz  şeirlərində  cinaslardan  geniş  istifadə  edirlər.  Belə  şeirlərə 

adətən təcnis deyirlər. Təcnis müstəqil bir janr deyil, şeir şəkillərindən və ya 

janr  növlərindən  biridir.  Yəni  cinaslardan  –  yazılışca  eyni,  məzmunca  fərqli 

sözlərdən istifadə olunmuş şeirlər təcnis adlanır. Məsələn: 

Əzizim, gül üşüdü

Şeh düşdü, gül üşüdü

Güldün ağlım apardın, 

Bu necə gülüşüdü. (5, 3) 

və ya 


Dünya, sənin yiyən kimdir, 

Səni satıb yiyən kimdir. (Şəhriyar) 

 

Bu nümunələrin birincində gülün üşüməsi və gülmək , ikinci nümunədə 



isə yiyələnmək və yemək sözləri cinas seçilmişdir.  

Aşıq  şeirinin  elə  nümunələri  var  ki,  həmin  nümunələri  yaratmaq  hər 

aşığın  işi  olmur.  Məsələn,  aşıq  şeirində  dodaqdəyməzləri,  hərbə-zorbaları, 

ustadnamələri hər aşıq yarada bilmirdi. Bu şəkillər aşıqlardan xüsusi məharət 

tələb edirdi.  

Klassik  ədəbiyyata  nüfuz  edən  aşıq  şeiri  üslublarından  biri  də  cığalı 

şeirdir. Cığa şeirin əsas misraları arasına əlavə edilən kiçik misralardır. Aşıq 

şeirində ən oynaq  formalardan biri cığalı şeirlərdir. Aşıq poeziyasında cığalı 

şeirin bir neçə növü olduğu halda, yazılı ədəbiyyata ondan yalnız bir forması 

keçmişdir.  Belə  ki,  aşıq  şeiri  üslubunda  yazan  klassiklərimiz  adətən  cığalı 

şeirlərdən müxəmməslərində istifadə etmişlər: 

Ey iki gözüm, qıl belə şəhbazə tamaşa, 

Mövsümdü güşad et iki dərvazə tamaşa

Bu nazü nəzakətdə sərəfrazə tamaşa. 

Gör necə gözəldir, 

Məhbuni-əzəldir, 

Leyliyə bədəldir. 



 

59 


Məmuə məhəldir. 

Xoşbuyə tamaşa, 

Ahuyə tamaşa, 

Geysuyə tamaşa, 

Əbruyə tamaşa. 

Xəncər nə gərəkdir, 

Hər barəsi göyçək, 

Hər muyə tamaşa.  

Xoş sövtü xoş əlhanü xoş avazə tamaşa, 

Könlüm quşu, pərvaz elə, pərvazə tamaşa. (2, 69) 

 

Bu nümunədə şair məharətlə müxəmməsin əsas misraları arasında cığalı 



şeir  yerləşdirmişdir.  Belə  səciyyəvi  xüsusiyyətlər  aşıq  şeirinin  klassik 

ədəbiyyata təsirindən irəli gəlir.  

Aşıq şeiri özünün bir çox bədii xüsusiyyətləri ilə klassik ədəbiyyata təsir 

et

mişdir. Məsələn, klassik şeirdə elə məqamlar var ki, janr klassik janr olsa da 



üslub və söz seçimi aşıq şeiri üslubundadır: 

Xoş gülüş, xoş danışıqdır, məzəli cümlə sözü

Xoyu xoş, xisləti xoş, mahi-münəvvərdi üzü, 

Üzülür, can üzülür, gör süzülür ala gözü

Məzəli, çox məzəli, qəmzəli qayətdə özü. 

Al üzü, gül yanağı, laleyi-həmrayə gəlin. (2, 82) 

 

Bu  nümunədən  aydın  görünür  ki,  şair  şeiri  klassik  üslubun  janrlarında 



yazsa da aşıq şeiri ruhunda qələmə almışdır.  

Aşıq  şeiri  mahnılar  üçün  heç  də  bəstələnmir.  Onların  ahəngi  musiqini 

ya

radır. Ona gərə də aşıq şeiri üslubunda yazan şairlərin həm də musiqi zövqü 



olur və onlar həmin ahəngi tənzimləyə bilirlər. Bu barədə F.Qasımzadə yazır: 

“Aşıq şeiri tərzində yazan şairlər içərisində tək-tək musiqiyə bələd olanlar və 

saz çalanlar olsa d

a, bunların böyük əksəriyyəti nə bəstəkar idi, nə də saz çala 

bi

lirdi.  Lakin  buna  baxmayaraq,  həmin  şairlər  müxtəlif  yollarla  şeirdə  gözəl 



ahəng yarada bilirdilər və bu sahədə xalq aşıqlarından heç də geri qalmırdılar” 

(6, 41). 

Aşıq  şeirinin  və  qoşmaların,  gəraylıların  bədii  xüsusiyyətlərindən  bəhs 

edən A. Dadaşzadə yazır: “ XVIII əsrdə yaradılmış qoşmaların çoxu öz poetik 

kamil

liyi, dil rəngarəngliyi, forma səlisliyinə görə indiyədək təravətini itirmə-



miş, onlardakı parlaq boyalar solmamışdır... XVIII əsr poeziyasının obrazları, 

bədii təsvir və ifadə vasitələri – təşbehlər, metaforalar, metanomiyalar, parale-

lizm

lər, sinekdoxalar v s. klassik Şərq poetikasından qidalanmışdır. Lakin bu 



mərhələdə, həm də adətən şifahi xalq ədəbiyyatında işlənən müqayisə və fiqur-

lar  da  nisbətən  geniş  tətbiq  edilməyə  başlamışdır.  Müqayisələri  araşdırarkən 

ilk növbədə artıq qəlib epitetlərə çevrilmiş birləşmələr, məsələn: hüsni-taban, 

bülbüli-

şeyda, zülfi-pərişan, afəti-dövran, sərvi,  qamət, rüxi-lalə,  mahruxsar, 



 

60 


dideyi-

giryan,  ləli-Bədəxşan,  mahi-münəvvər,  sərvi-rəvan  və  s.  tez-tez rast 

gəlirik.  Təbiət  və  insan  əzalarının  nisbəti  üzərində  qurulmuş  bu  müqayisələr 

artıq çoxdan farsdilli və türkdilli poeziyada şifr şəklini almış, həmin ifadələrin 

əsil mənası şeir sevənlər tərəfindən dərhal anlaşılır” (4, 192-194). 

Aşıq  poeziyasının  klassik  şeirimizlə  şifahi  xalq  ədəbiyyatı  arasında 

körpü olması danılmazdır. Bu barədə görkəmli alim və yazıçı Mirzə İbrahimov 

da özü

nün  “Aşıq  poeziyasında  realizm”  (1966)  kitabında  öz  fikrini 



bildirmişdir:  “Qədim  dövrlərdə  xalq  ədəbiyyatı  və  aşıq  poeziyası  bir  sıra 

mövzuları,  motivləri  və  sənətkarlığın,  xüsusilə  dillə  bağlı  olan  ünsürlərini 

klassik ədəbiyyatdan  çox-çox əvvəl işləməyə başlamış və klassik ədəbiyyata 

bir növ estetik zəmin hazırlamışdır. Klassik ədəbiyyat isə yarandığı zamandan 

daim  xalq  ədəbiyyatı,  aşıq  poeziyası  ilə  üzvi  vəhdətdə  inkişaf  etmiş  və  çox 

zaman onlara yeni mündəricə, yeni ideya və bədii motivlər vermişdir. Bizim 

zəmanəyə doğru gəldikcə klassik yazılı ədəbiyyatın istiqamətverici rolu artmış 

və güclənmişdir ” (7, 24). 

Aşıq şeirinin poetikasından bəhs edən M.  İbrahimov haqlı olaraq qeyd 

edir ki, klassiklərimiz aşıq şeirinin realizmindən lazımınca bəhrələnmişlər və 

klas

siklərimizin bədii yaradıcılığında aşıq poeziyasının realist ənənələri, realist 



ya

radıcılıq üslubu dərin kök salmışdır. Klassik şairlərimizin elə nümayəndələri 

var ki, onların poeziyası sanki aşıq şeiri ilə klassik şeirimiz arasında bir körpü 

ol

muşdur.  Təsadüfi  deyil  ki,  həmin  şairləri  Azərbaycan  realist  ədəbiyyatının 



kori

feyləri hesab edirlər. Yəni həmin şairlərin poeziyasında poeziya artıq saray 

və divan ədəbiyyatının poetik ənənələrindən kənara çıxıb sadə xalqın zövqünü 

ox

şamağa başlayır. Sadə xalqın estetik duyumu isə tamam başqa idi və xalqın 



es

tetik düşüncəsi daha çox şifahi xalq ədəbiyyatının güclü qolu olan aşıq poe-

ziyasında ifadə olunmuşdur. Ona görə də XVIII əsrdən etibarən klassiklərimiz 

aşıq  poeziyasından  gəlmə  janrlarda    yazır,  aşıq  poeziyasının  poetik  ənənələ-

rini, sənətkarlıq xüsusiyyətlərini öz yaradıcılıqlarında cilalayırdılar.  

 

ƏDƏBİYYAT 

1.

 

Azərbaycan klassik ədəbiyyatı kitabxanası. 8-ci cild. Bakı: Elm, 1988, 568 s. 



2.

 

El şairləri. Toplayanı S.Mümtaz. Bakı: Azərnəşr, 1935, 291 s. 



3.

 

Sarı Aşıq. Seçmə bayatılar. Bakı: Sabah, 1993, 120 s.  



4.

 

Dadaşzadə A. XVIII əsr Azərbaycan lirikası. Bakı: Elm, 1980, 227 s. 



5.

 

Cinaslar. Bakı: Yazıçı, 1985, 151 s.  



6.

 

Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Maarif, 1966, 487 s. 



7.

 

İbrahimov M. Aşıq poeziyasında realizm. Bakı: Elm, 1966, 84. s. 



8.

 

Qasımov Ə.Y. Azərbaycan xalq oyunları. Bakı: BDU, 2006, 188 s. 



9.

 

Tahirə  Məmməd.  XIX  əsr  Azərbaycan  ədəbiyyatı.  X  hissə.  Bakı:  «Apostrof»  çap  evi, 



2010, 193 s. 

10.


 

Salmanoğlu T. XIX əsr Azərbaycan ədəbiyyatı:  yeni elmi-nəzəri düşüncə  müstəvisində. 

«Kredo» qəz., 2012, 7 yanvar. 

 

 




 

61 


НАЦИОНАЛЬНАЯ ПОЭТИКА АШУКСКОГО СТИХОТВОРЕНИЯ  

В КЛАССИЧЕСКОЙ ЛИТЕРАТУРЕ 

 

Е.Ю.ГАСЫМОВ 

 

РЕЗЮМЕ 

 

В статье анализируется единство ашукского стихотворения с классической поэ-



зией,  создании  новых  форм  изложения  ашукской  поэзии  в  литературе,  и.т.д.  А  также 

рассматриваются характерные особенности ашукской поэзии.  



 

Ключевые слова: ашукское стихотворение, слоговой такт, арузский такт, гошма, 

гераилы 


 

 

NATIONAL POETICS OF ASHUG POETRY IN CLASSICAL LITERATURE 



 

A.Y.GASIMOV 

 

SUMMARY  

 

The article deals with the unity of classical poetry in ashug poetry, new styles formed 

under its influence in the literature. The article studies characteristic features of ashug poetry 

as well. 



 

Key words: ashug poetry, tainis, gosma, garayli 

Yüklə 60,35 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə