№3 Humanitar elmlər seriyası



Yüklə 70,02 Kb.
tarix25.06.2018
ölçüsü70,02 Kb.
#51518


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

                                                      



 

 

 



UOT  070  

 

PUBLİSİSTİKADA ÖZÜNÜDƏRK PROBLEMLƏRİ 

 

S.Q.

HƏSƏNOVA 

Bakı Dövlət Universiteti 

journalisim. bsu.edu.az 

          



H.Cavid ədəbi prosesə şeir və publisistik yazılar ilə gəlmişdir. O, 1903-cü ildən 1937-ci 

ilə kimi dramaturgiya ilə yanaşı publisistika ilə də məşğul olmuşdur. Onun publisistik məqalə-

lərinin əksəriyyəti türkçülük, milli azadlıq, müstəqillik kimi ideyaların təbliğinə aiddir. Lakin 

sovet dövrü tədqiqatlarında ədibin publisistik yaradıcılığı tədqiqatdan kənarda qalmışdır. 

 

Açar 



sözlər: Hüseyn Cavid, fəlsəfə, özünüdərk, həyat, publisist, ideya  

 

XX  əsr  Azərbaycan  bədii  publisistikasından  bəhs  olunarkən  “Füyu-



zat”çılar  üçün  “önəmli  o  idi  ki,  çağdaş  mədəni-mənəvi  həyatımızın  ağrıları 

...ön plana çəkilsin” (12, 229). O zaman bu mədəni-mənəvi ağrılarımızdan biri 

və  ən  başlıcası  savadsız  xalqı  elmə,  maarifə  cəlb  etmək  üçün  yeniliyin  xalq 

arasında  təbliği  məsələsi  idi  ki,  H.Cavidin  publisistik  məqalələrinin  böyük 

əksəriyyəti  bu  mövzunun təbliğinə  həsr edilmişdir. Ona görə də, 20-ci yüzil-

liyin  əvvəllərində  yazıb-yaratmış  Azərbaycan  yazarlarının  ədəbi-bədii,  elmi 

irsi, o cümlədən publisistik yaradıcılığı tədqiqatçılarımız tərəfindən tədqiq edi-

lərək oxucuların ixtiyarına verildiyi kimi, H.Cavidin də publisistik yaradıcılığı 

tədqiqata cəlb edilməli və elmi ictimaiyyətin diqqətinə çatdırılmalıdır.  

Məhz  bu  publisistika  C.Məmmədquluzadə,  Ö.F.Nemanzadə,  Ə.Hüseyn-

za

də,  Ə.Ağaoğlu,  M.Ə.Rəsulzadə,  C.Hacıbəyli,  Ü.Hacıbəyli,  H.Vəzirov  və 



digər publisistlərimizin yaradıcılığındakı kimi, milli-mənəvi dəyərlərə, müstə-

qillik  ideyalarına, Vətənə və  müqəddəs torpağa, böyük türkçülük və azərbay-

cançlıq ideyalarına söykənən, onun təbliğinə yönələn motivlərlə zəngindir. Ona 

görə də, çəkinmədən qeyd edə bilərik ki, H.Cavidin publisistikasında da özünü-

dərk problemləri əsas amillərdəndir.  

Bütün bunlarla yanaşı, eyni zamanda H.Cavidin ədəbi irsi həm də tərbiyə 

məktəbidir.  Burada  Ümummilli  Liderimiz  Heydər  Əliyevin  sözlərini  xatırlat-

maq yerinə düşərdi: “Hüseyn Cavidin yaratdığı əsərlər Azərbaycan xalqının milli 

 

182 



sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər üçün dərslik kitabıdır” (3, 3). 

Unutmaq  olmaz  ki,  H.Cavidin  dramaturgiyasında,  poeziyasında  olduğu 

kimi  publisistikasında  da  böyüməkdə  olan  gənclərin  təlim-tərbiyəsi  üçün  çox 

zəngin material var. Milli kökə bağlılıq, dostluq, sülhsevərlik, sədaqət, huma-

nizim, vətənpərvərlik, xeyirxahlıq kimi əxlaqi keyfiyyətlər H.Cavid yaradıcılı-

ğının leytmotivini təşkil edir. Ölkəmizdə böyüməkdə olan gənclərin milli ruh-

da, milli zəmində tərbiyə olunması əsas vəzifələrdən biri kimi qarşıya qoyuldu-

ğu  indiki  şəraitdə H.Cavid  yaradıcılığının təlim-tərbiyəvi əhəmiyyətini, gənc-

lərdə milli şüurun inkişafına onun təsirini də tədqiq edib öyrənmək qarşıya əsas 

məqsəd kimi qoyulur. Çünki H.Cavid yaradıcılığının sənətkarlıq xüsusiyyətləri 

filoloq alimlər tərəfindən lazımi şəkildə təhlil edilsə də, onun tədrisə tərbiyəvi 

təsiri,  demək  olar  ki,  araşdırılmamış  və  ictimaiyyətin  diqqətinə  çatdırılma-

mışdır.  

Doğrudur, sonralar sovet dövründə H.Cavidin yaradıcılığındakı bu motiv-

ləri tədqiqatçları inkar etdilər. Orta məktəblərdə çox böyük tərbiyəvi əhəmiy-

yətə malik olan “Qız məktəbində” şeiri haqqında 1926-cı ildə “Çocuq ədəbiy-

yatı və qiraət kitablarında üsul” adlı məqaləsində Mikayıl Rzaquluzadə yazırdı: 

“...H.Cavidin  bu  əsəri  mütləq  çocuqlar  üçün  yazılan  kitablardan  çıxarılmalı, 

əvəzinə bu günün zehniyyətinə görə əsərlər qoyulmalıdır” (16). Təbii, o zaman 

belə  yazılmalı  idi.  Çünki  Şura  hökumətinin  ideyalarını  dəstəkləyən  əsərlər 

yazmayan Cavidə münasibət dəyişilməli idi. 

H.Cavid yaradıcılığı ilə bağlı söylənən fikirlər zaman keçdikcə, saf-çürük 

olunduqca, 

onun  böyük  sənətkar olması  etiraf  edilir.  Məsələn,  görkəmli  ədə-

biyyatşünas alim  Yaşar Qarayev ədibin  sosializm dövrünün keçici zahiri ger-

çəkliyinə qapılmadan, öz ruhu aləmini yaşadığını vurğulayır: “Romantik Cavid 

ən sərt, realist bolşevik gerçəkliyində də məqama xidmət etmədi, tarixi ana – 

sosializm

ə ötəri münasibət ifadə eləmədi, “ötüb-keçəcək” epoxaya “ötüb-keçən 

əsərlər həsr etmədi, özünün içərisindəki həyatı (və bu həyatda kodlaşan milli-

etnik taleyi, yaddaşı) təsvir eləməkdə davam etdi” (8, 100). 

“Ədəbiyyat  və  tərbiyəvi  iki  məfhumu  günəş  və  işıq,  həyat  və  fəaliyyət 

məfhumları kimi bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir”-söyləyən 

müdiriklər  nə  qədər  haqlı  idilər  (V.Q.Belinski).  Bu  baxımdan  H.Cavid yara-

dıcılığı  diqqəti  daha  çox  çəkir.  Onun  şəxsiyyəti,  adamlara  olan  münasibəti, 

milli ənənəyə bağlılığı hər zaman gənclik üçün nümunə məktəbidir və qələmi-

nin məhsulu olan hər bir əsəri, publisistik məqaləsi sənət nümunələri kimi bədii 

idrak vasitəsidir.  

“Zaman keçəcək, onilliklər, yüzilliklər bir-birini əvəz edəcək, hər şey də-

yi

şəcək,  dünya  yeni  yönə,  yeni  zövqlə  istiqamətlənəcək,  ancaq  xalqın  milli-



mənəvi  dəyərlərinə  öz  müqəddəs  münasibəti  heç  vaxt  dəyişməyəcəkdir”  (1, 

10).  Deməli,  təpədən-dırnağa  maarifpərvərlik,  vətənpərvərlik,  millətsevərlik 

hissləri ilə zəngin olan H.Cavid yaradıcılığı da daima dərin minnətdarlıqla yad 

ediləcəkdir.   

H.Cavid  yaradıcılığı  hər  zaman  diqqət  mərkəzində  olmuş,  onları  tədqiq 

 

183 




və təhlil edən ədəbiyyatşünaslar öz ədəbi-elmi fikir və münasibətlərini bildir-

mişlər. Nəticədə milli ədəbiyyatşünaslığımızda “cavidşünaslıq” deyilən maraq-

lı və zəngin bir sahə yaranmışdır. Təəssüflər ki, bu sahəyə yanaşma bəzi illərdə 

müxtəlif  olmuşdur.  Cavid  yaradıclığına  və  şəxsiyyətinə  münasibət  siyasiləş-

diril

miş, ona görə də, obyektiv  və  ya qeyri-obyektiv, hətta çox qərəzli də ol-



m

uşdur. “Bu da hər zamanın, dövrün ictimai mübarizələrin xüsusiyyətlərindən, 

mündəricəsindən, ideallarından asılıdır. Hər dövr, nəsil öz məqsədləri, ictimai 

mey


lləri üçün keçmiş irsdə bir dəlil, bir dayanacaq axtarır”(6, 12). Lakin 20-ci 

illərdən  ədəbi  tənqidin,  fəlsəfi  fikrin,  teatrşünaslığın  tədqiqat  obyekti  olan 

H.Ca

vidə bəraət verildikdən bir neçə il sonra da tədqiqatçılardan bəziləri onun 



irsinə  obyektiv  yanaşmadılar.  Yenə  də  hakim  partiyanın  ideologiyası  özünü 

büruzə verirdi. Məsələn, tədqiqatçı alim Məmməd Cəfər 1960-cı ildə yazırdı: 

“Cavidin  inqilabdan  əvvəlki  yaradıcılığı  çox  ziddiyyətli  və  zəif  idi”  (9,  10). 

Alimin zəif və ziddiyyətli adlandırdığı bu dövrdə H.Cavid istər poeziyasında, 

dramaturgiyasında, istərsə də publisistikasında artıq çox güclü əsərlərini yarat-

mış  və  ədəbi  aləmdə  yetərincə  tanınmışdır.  İnqilabaqədərki  dövrə  kimi  artıq 

Azərbaycan  ədəbi  mühitində  H.Cavid  romantik  ədəbi  məktəbin  ən  istedadlı 

nümayəndəsi kimi böyük şöhrət sahibi idi. 

Zaman  uzun  illər  Cavidə  qarşı  amansız  olmuşdur.  Ədəbiyyatşünas  alim 

Yaşar  Qarayevin  söylədiyi  kimi:  “Cavid-zaman  münasibətlərinin  bəlkə  də  ən 

mürəkkəbi, təzadlısı və ibrətlisidir. Bu mürəkkəblik Cavidin yaşayıb-yaratdığı 

tarixi  epoxanın  öz  narahatlığı  ilə,  öz  fırtına  və  inqilabları  ilə  aşılanmışdır  və 

do

layı inikasını (vulqar və bayağı ifratları ilə bərabər) bəzən Caviddən də çox 



cavidşünaslığın  axtarışlarında  tapılmışdır”  (10,  6).  Əslində  sovet  dövründə 

H.Ca


vid  yaradıcılığı, şəxsiyyəti siyasi  ideologiyanın qurbanı olmuşdur. Lakin 

danılmaz  bir  həqiqət  var  ki,  “siyasi  tələblər  böyük  əsərlərdə  özünə  bir  da-

yanacaq  tapmadıqda  belə  o  əsərləri  qiymətdən  sala  bilmir,  belə  əsərlər  insan 

ruhunun,  insan  psixologiyasının  daha  dərin  qatlarına  təsir  etdiyi  üçün  siyasi 

tələblərin  hökmünə  tabe  deyildi”  (6,  12). Heç bir  qadağa,  təzyiq H.Cavidi 

oxucularının qəlbindən silib ata bilmədi. Əlağa Vahid demiş: “Cavid əbədidir, 

qalacaq namı cahanda” (4, 5). 

Cavid  yaradıcılığının  tədqiqi  Abdulla  Şaiq  və  Hənəfi  Zeynallıdan  baş-

layaraq Mustafa Quliyev, Əli Nazim, Seyid Hüseyn, Əziz Şərif, Xəlil İbrahim, 

Məmməd  Arif,  Mehdi  Hüseyn,  Məmməd  Cəfər,  Əli  Sultanlı,  Qulam  Məm-

mədli, Məsud Əlioğlu, Rəfiq Zəka, Vəli Osmanlı, Rafael Hüseynov, Yaşar Qa-

rayev, Zahid Əkbərov, Bəkir Nəbiyev, Şəmistan Mikayılov, Əjdər İsmayılov, 

Rasim Qurbanov, Ka

mran Əliyev, Azər Turan və digər alimlər tərəfindən  ic-

timaiyyətə  təqdim  olunmuşdu.  Doğrudur,  bu  təqdimat  müxtəlif  illərdə,  müx-

təlif  aspektlərdən  yanaşma  prizmasında  olub.  Lakin  buna  baxmayaraq  gərgin 

axtarışların  sayəsində  meydana  çıxan  hər  bir  əsər  cavidşünaslığın  inkişafında 

müəyyən dərəcədə rol oynadığı üçün onları inkar etmək heç də düz olmazdı.  

Lakin  unutmaq  olmaz  ki,  onların  böyük  əksəriyyəti  H.Cavid  yaradı-

cılığına  daha  çox  “siyasi  ideyalar  və  ideallar  mövqeyindən”  yanaşmışdır. 

 

184 



Məsələn, 1920-ci ilin aprel süqutuna kimi və ondan üç-dörd il sonra da H.Ca-

vid  dövrü  mətbuatda  əsasən  “Qafqaziyanın  ən  bənam  məşhur  şairi”  (14), 

“Müqtədir  zat”,  “Azərbaycanda  ən  müqtədir  şair”  (17)  kimi  hörmətlə  təqdim 

edildiyi halda, 1926-

cı  ildən  H.Cavid  mətbuatda  birmənalı  olaraq  “Məhdud 

görüşlü bir insan” (15), “Burjua ruhlu şair” (13) və s. qeyri-obyektiv tənqidlərə 

və təhqirlərə məruz qalmışdır. 

Amma  əsasən  1920-1940-cı  illərdə  Azərbaycan  sovet  ədəbiyyatşünas-

lığının  diqqət  mərkəzində  olan  H.Cavid  yaradıcılığı  birmənalı  olaraq  qeyri-

obyektiv  tədqiq  edilsə  də,  diqqət  mərkəzində  idi.  Hətta  “1920-1980-cı  illər 

cavidşünaslığın  özü  keçən  əsrin  80-cı  illərinin  əvvəllərində  xüsusi  elmi-

tədqiqat mövzusu kimi araşdırıl-mışdır” (7, 161).  

Ədibin  keçdiyi  yaradıcılıq  yolu  “üç  müxtəlif,  çətin  ictimai-siyasi  şəraiti 

olan dövrə təsadüf etdiyindən yaratdığı əsərlər təzadlı və ziddiyyətli ideyaları 

ilə ədəbi tənqidin diqqətini hər zaman cəlb etmişdir” (11, 21). Təbii ki, bu da 

H.Cavidin  yaradıcılığı  ətrafında  müxtəlif  polemikaların  yaranmasına  səbəb 

olurdu. Çünki Hüseyn Cavid haqqında yazanlar dövrün tələbini əsas götürərək 

onun  yaradıcılığında  ziddiyyət  axtarmışlar.  Əgər  H.Cavidin  əsərlərində  zid-

diyyət varsa, o ictimai  həyatdan gəlir. Bu ziddiyyət və onu doğuran səbəblər 

ədibin  yaradıcılığının  təhlilinə  həsr  olunmuş  yazılarda  da  birmənalı  qarşılan-

mır.  Bu  haqda  Abdulla  Şaiq  Cavid  haqqında  xatirələrində  yazırdı  ki:  “...Ca-

vidin  “İblis”  faciəsini  ideoloji  cəhətdən  tənqid  edənlərə  onun  nə  kimi  təsir 

altında yazıldığını xatırlatmaq üçün şairin keçirdiyi müdhiş bir fəlakəti yazmaq 

məcburiyyətindəyəm. 

“Cavid Bakıda köhnə Nikolayevski küçəsində yerləşən “Təbriz” otelində 

yaşayırdı.  1918-ci  ilin  mart  hadisəsindən  sonra  yazıçı  və  münəqqid  Hüseyn 

Sadiq  ilə  bərabər  bizə  gəlmişdi.  Cavidin  bət-bənizi  ağarmışdı.  O,  son  dərəcə 

nəşəsiz  və  mütəəssir  görünürdü.  Əhval  sordum.  Hüseyn  Sadiq  Cavidin  əsir 

düşdüyünü və ölümdən qurtulduğunu söylədi. Sonra şair özü başına gələn qə-

zanı müfəssəl şəkildə belə danışdı: “Mart hadisəsinin ikinci günü bir dəstə qa-

çaq-

quldur otelin qapısını qırıb içəri girdilər və altmış nəfərdən ziyadə müsafiri 



əsir aldılar. Mən vəziyyətin nə yerdə olduğunu hiss edərək getmək istəmədim. 

“Nə edəcəksiniz burada edin”-dedim, lakin hamımızı məcbur çıxarıb apardılar. 

Yolda  hər  tinbaşı  üzərimizə  yayım  atəşi  açıldıqca  hamımız  qorxudan  yerə 

sərilir, bir-birimizə qısılırdıq. Sonra “Qalxın” əmri verilincə yoldaşlarımızdan 

bir çoxunun qurşunlara fəda olduğunu görürdük. Xülasə, altmış nəfərdən yalnız 

iki  nəfər  qaldıq.  Bizi  gətirib  Mayılov  teatrına  buraxdılar.  Aralıq  sakitləşənə 

qədər orada qaldıq. Bu hadisədən olduqca mütəəssir oldum ...” (2, 205). 

H.Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis” faciəsini bu 

acı təsirlər altında yazmışdır. Deməli, Cavidin əsərlərinin təhlilinə həsr edilən 

tədqiqatların  əksəriyyətində  bu  ziddiyyət olduğunu  deyənlər  sadəcə  o  ziddiy-

yətə  dövr,  zaman  prizmasından  baxsaydılar,  onun  nisbi  xarakter  daşıdığı  qə-

naətinə gələrdilər. 

Ümumiyyətlə,  Azərbaycan  da  sovet  tənqidinin  təşəkkülü  və  yüksəlişi 

 

185 




“vulqar-

sosioloji mərhələ” deyilən dövrdə də Cavid yaradıcılığına münasibətdə 

özünün  bütün zəif cəhətlərini  subyektiv  maksimalizimi,  metodoloji  və estetik 

təzahür ifratları ilə meydana çıxarmışdı” (10, 5). Lakin nəticə etibarilə ədibin 

yazıb-yaratdığı dövrün tənqidi fikri, Cavid sənətinin sirlərini aça bilməmişdir. 

Amma  bu  heç də o demək deyil ki,  Azərbaycan  sovet cavidşünaslığının  xid-

mətlərini heçə endirmək lazımdır. Yox. Çünki o zaman Cavidin yaradıcılığını 

düzgün şərh etməyə,  “müasir dövrlə və tarixlə əlaqələndirib, elmi-metodoloji 

cəhətdən  düzgün  qiymətləndirməyə  can  atan  münəqqidlər  də  olmuşdur. 

Belələrindən  Abdulla  Şaiqin  və  nisbətən  Hənəfi  Zeynallının  adını  çəkmək 

olar”(3, 

13). M.Cəfərin fikrincə isə “H.Cavidin yaradıcılığına ilk dəfə nisbətən 

düzg

ün  qiymət  verən  tənqidçi  Mustafa  Quliyev  olmuşdur”  (9,  7). Amma 



bunlarla kifayətlənmək  də düzgün olmazdı.  

Lakin onlar 

da daxil olmaqla, H.Cavidin dramaturgiyası, poeziyası  haq-

qında  dönə-dönə  bəhs  edən  bütün  tədqiqatçı  alimlər  nədənsə  onun  publisisti-

kas

ını tamamilə unutmuşdular. Hətta cavidşünasların “H.Cavid yaradıcılığının 



ən yaxşı tədqiqatçısı adlandırdıqları” (3, 6) akademik Məmməd Cəfər də onun 

publisistik yaradıcılığı haqqında  bircə cümlə belə yazmayıb.  

Cavidşünaslıq,  xüsusilə  də  sovet  cavidşünaslığı  xüsusi  elmi-tədqiqat 

mövzusu kimi öyrənildiyi, araşdırıldığı halda, Cavid publisistikasının araşdırıl-

ması,  bu  haqda  irəli  sürülən  fikirlər,  məqalələr  heç  bir  elmi  araşdırmanın 

predmetinə çevrilməmişdir. Unutmayaq ki, H.Cavid yaradıcılığı boyu publisis-

tika ilə də məşğul olmuşdur. Onun publisistikasına məqalələrindən əlavə, mək-

tub


ları da daxildir. Məmməd Tağı Sidqiyə, Qurbanəli Şərifzadəyə, Əziz Şərifə 

yazdığı bu məktublar arasında xüsusi yeri tələbə olarkən İstanbuldan, Tiflisdən, 

Bakıdan  (Məsələn,  sonuncu  səkkizinci  məktubu  Bakıdan  yazıb)  Naxçıvana 

sevimli müəllimi Qurbanəli Şərifzadəyə yazdığı məktublar tutur. Bu məktublar 

1906-

cı  ildən  1910-cu  ilə  qədər  olan  dörd  il  ərzində  (Tiflisdən  göndərilən 



məktub 1912-ci ilin mayında) yazılmış məktublardır. Təbii bu məktublar H.Ca-

vidin “həyat və yaradıcılığında əhəmiyyətli olduğu kimi, tərcümeyi-halında da 

ən qaranlıq olan İstanbul dövrünü lazımi dərəcədə aydınlaşdırır”(5, 32).  

Cavidin  həmin  məktubları  haqqında  ilk  olaraq  Ə.Şərif  və  Q.Məmmədli 

bəhs edib. Ə.Şərif çox  haqlı olaraq qeyd edir ki, “İstanbuldan Naxçıvana  ya-

zılmış  bu  səkkiz  məktubun  məzmunu  çox  maraqlı  və  zəngindir.  Burada  istər 

Zaqafqaziyanın  o  günlərdəki  siyasi  və  ictimai  vəziyyəti  (Tiflis  və  Tiflisdən 

Batuma  gedən  yol  mənzərələri)  ötəri  də  olsa  təsvir  edilir,  istərsə  də  Türkiyə 

şəhərləri (Trabzon, Samsun, İstanbul) haqqında məlumat verilir” (5, 36). 

Burada  bir  faktı  da  qeyd  edək  ki,  bu  səkkiz  məktubun  sonuncusu,  yəni 

səkkizincisi Ə.Şərifin yazdığı kimi heç də İstanbuldan deyil, Bakıdan yazılıb. 

İlk an məktubun başında qeyd olunan tarixə fikir verək “5 mart 1910”. Bildi-

yimiz kimi, H.Cavid  bu tarixdə  “Həqiqət” qəzetində, demək olar ki, günaşırı 

şeir və məqalələri ilə çap olunub. İkincisi məktubun məzmunu ilə tanış olarkən 

də bunun şahidi oluruq ki, məktub Bakıdan yazılıb. 

Məktubların  məzmunları  ilə  tanış  olarkən  hələ  tələbə  ikən  gənc  H.Ca-

 

186 



vidin  bu  siyasi  hadisələrə  münasibət  bildirməsi,  qiymət  verməsi  və  onlardan 

nəticə  çıxarması  onun  böyük  istedada  malik  olmasından  xəbər  verir.  Deməli 

hələ çox gənc olmasına baxmayaraq ətrafda baş verən siyasi hadisələr də onun 

diqqətini  cəlb  edir  və  bu  haqda  fikir  yürüdürdü.  Bu  məktublar  haqqında  isə 

növbəti məqalələrimizdən birində bəhs ediləçəkdir. 

 

ƏDƏBİYYAT 

1.

 

Az



ərbaycan publisistikası antologiyası. Bakı: Şərq-Qərb, 2007, 688 s. 

2.

 



Abdulla Şaiq. Xatirələrim. Bakı: Yazıçı, 1960, 223 s 

3.

 



Cavidi xatırlarkən. Məqalə və xatirələr toplusu. Bakı: Gənclik, 1982, 388 s. 

4.

 



Cavidşünaslıq. I cild. (araşdırmalar toplusu). Bakı: Elm, 2012, 240 s. 

5.

 



Əziz Şərif. Keçmiş günlərdən. Bakı: ADN, 1977, 301 s 

6.

 



Hacıbəyov Üzeyir. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1985, 650 s. 

7.

 



Hüseynli Tural. Hüseyn Cavid v

ə  Azərbaycan mühacirət  ədəbiyyatşünaslığı.  Bakı: 

Az

ərnəşr, 2004, 174 s 



8.

 

Qarayev Yaşar. Faciə və qəhrəman. Bakı: Yazıçı, 1965, 250 s 



9.

 

M



əmməd Cəfər. Hüseyn Cavid. Bakı: Azərnəşr, 1960, 262 s 

10.


 

M

əmmədli Qulam. Cavid ömrü boyu. Bakı: Yazıçı, 1982, 296 s. 



11.

 

M



əmmədova Sahibə.  Hüseyn  Cavid  yaradıcılığında  tarixilik  və  müasirlik. (avtoreferat). 

Bakı, 2013, 24 s. 

12.

 

V



əliyev Şamil. “Füyuzat” ədəbi məktəbi. Bakı: Elm və təhsil, 2004, 453 s. 

 

Qəzetlər və jurnallar 

13.


 

“G

ənc işçi” qəzeti, 1930 6 mart 



14.

 

“Kommunist” q



əzeti, 1924 1 yanvar 

15.


 

“Maarif v

ə mədəniyyət” jurnalı, 1926, №8 

16.


 

“Maarif işçisi” jurnalı, 1926, №10 

                                             

ПРОБЛЕМА САМОСОЗНАНИЯ В ПУБЛИЦИСТИКЕ Г.ДЖАВИДА 

 

С.Г.ГАСАНОВА 

 

РЕЗЮМЕ 

 

В статье речь идет о проблеме самосознания в публицистике Г.Джавида. Талант-



ливый публицист, поэт-философ Гусейн Джавид является одним из выдающихся деяте-

лей  Азербайджана.  Анализируются  разные  драматические  произведения  великого  дра-

матурга и проблема самосознания превращается в объект исследования с разных аспек-

тов. Данная статья посвящена публицистической  деятельности великого творца.   

      

Ключевые слова: Гусейн Джавид, жизнь, философия, самосознание, публицист, 

идея 


                                   

 

187 




THE PROBLEMS OF SELF-CONSCIOUSNESS IN PUBLICISM 

 

S.G.HASANOVA 

 

SUMMARY 

 

The  article  studies  the problem of self-consciousness  in H.Javid’s plays. The  talanted 

publicist, poet-philosopher Huseyn Javid is one of the outstanding figures of Azerbaijan. The 

article is dedicated to the publicistic activity of the great creator. 

 

Key words: publicism, life, philosophy, Huseyn Javid, self-consciousness 

 

                                                                   



 

 

 



 

  

                                                   



 

 

188 



Yüklə 70,02 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə