№3 Sosial-siyasi elmlər seriyası



Yüklə 429,32 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix17.11.2018
ölçüsü429,32 Kb.
#80850
  1   2   3   4   5   6   7   8   9


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3    

Sosial-siyasi elmlər seriyası 

 

  2010 

 

 

 

FƏLSƏFƏ

 

 

FƏLSƏFƏ VƏ TƏBİƏTŞÜNASLIĞIN MÜNASİBƏTİNİN  

NATURFƏLSƏFİ ANLAMI 

 

V.M.KƏRİMOV 

Bakı Dövlət Universiteti 

vmkarimov @yahoo. com. 

 

Müəllif təbiət elmlərinin intibah dövründən başlanan və  təbiətşünaslığın dialektləş-



məsinə gətirib çıxaran mühüm nailiyyətlərini təhlil edərək göstərir ki, onlar naturfəlsəfənin lü-

zumsuzluğunu aşkara çıxarmaqla fəlsəfə  və  təbiətşünasliğın münasibətinin həqiqi olan dia-

lektik-materialist anlamına gətirib çıxarmışdır. 

 

Təbiət elmlərinin və fəlsəfənin çoxəsrlik tarixi göstərir ki, insan biliyinin bu iki 

mühüm sahəsi bir-biri ilə  sıx bağlı olub qarşılıqlı  əlaqədə  və  təsirdə yaranıb inkişaf 

etmişlər. Təbii olaraq bu əlaqə, onun səbəbi, mahiyyəti lap ilk vaxtlardan təfəkkür 

sahiblərini düşündürmüşdür. Həmin bilik sahələrinin yaranması və inkişafının ilk çağ-

larında onlar arasındakı  əlaqənin anlaşılması  çətin olmuş, onun düzgün başa düşül-

məsinə  gəlib çıxanadək idrak düzgün olmayan keşməkeşli yollardan keçmiş, onu 

müxtəlif şəkildə təsəvvür etmişdir. 

Məlumdur ki, ətraf aləmə  nəzər salarkən bir-birlərindən fərqlənən müxtəlif 

predmet və hadisələrlə, rəngarəng proseslərlə qarşılaşan insanlar lap qədimdən 

onlardan baş  çıxarmağa çalışmışlar. Həm də bu, sadəcə öyrənmək marağı olmayıb, 

hər  şeydən  əvvəl, insanların  əməli, gündəlik maddi tələbatlarından, yaşamaq, öz 

həyatlarını qurmaq zərurətindən irəli gəlmişdir. Özlüyündə aydındır ki, cəmiyyətin 

inkişafının ilk vaxtlarında bütünlüklə  təbiətdən,  ətraf aləmdən asılı olub, onun 

hesabına yaşamalı olan insanlar təbiəti öyrənmədən,  ətraf aləmdə baş verən faydalı, 

bəzən onların həyatları üçün zərərli və təhlükəli olan hadisələri anlamadan, onlardan 

baş  çıxarmadan öz həyatlarını  nə qura, nə  də yaşamaları  və inkişaf etmələri üçün 

zəruri olan maddi nemətləri əldə edə bilərdilər. 

Öz mövcudluqlarının ilk vaxtlarında bütünlüklə  təbiətdən asılı olan insanlar 

həyatlarını  ətraf aləmdəki predmet və hadisələrə uyğun qurmalı, ona uyğunlaşmalı 

idilər. Bundan ötrü onlar təbiətdə mövcud olanlar içərisində özlərinin yaşamaları üçün 

faydalı  və  zəruri olanları digərlərindən ayırmalı, təbiəti öz məqsədlərinə  və maraq-

larına uyğun  şəkildə  dəyişdirməli, bundan ötrü isə  təbiət predmetlərini, onların 

xassələrini öyrənməli idilər. Yaşamaq üçün zəruri olan maddi nemətlərin istehsalı, 

onu həyata keçirmək vasitəsi olan əmək alətlərinin hazırlanması, müxtəlif cisimlərin 

və predmetlərin təbiətini, quruluşunu, xassələrini öyrənmədən, təbiəti müntəzəm dərk 

etmədən,  ətraf aləm haqqındakı  məlumatların məntiqi  əlaqəli sistemi olmadan 

mümkün olmazdı. İlk vaxtlar qazanılan bu biliklər az-çox sistemləşdirilmiş informasi-

ya  şəklində  zəruri olaraq istehsal prosesinin özünə qoşulmuş olan istehsal vəzifə-

 

97




lərinin həlli vərdişləri, qayda və üsulları  şəklində  çıxış etmişlər. Onlar nəsillərdən 

nəsillərə ötürülmüş, özündə gələcək elmin «toxumlarını» daşımaqla yeni təcrübə ilə 

zənginləşib təkmilləşmişlər (14, 23-24). 

Bu həyati zərurətdən çıxış edən qədim insanlar ətraf aləm, onun müxtəlif 

predmet və hadisələri haqqında düşünmüş, onları öyrənməyə çalışmışlar. Bu prosesdə 

onların  şüur və  təfəkkürləri formalaşmış, tədricən abstraktlaşdırma qabiliyyətləri 

yaranıb inkişaf etmişdir. Gerçəkliyin ayrı-ayrı sahələrinin öyrənilməsi gedişində 

qazanılan biliklər  əsasında, xüsusilə  əkinçiliyin, maldarlığın, səyahət kimi fəaliyyət 

növlərinin irəli sürdüyü tələblərin ödənilməsi gedişində riyaziyyat, astronomiya, 

mexanikaya dair müəyyən təsəvvürlər yaranıb inkişaf etmişdir. Həm də bu biliklər 

müstəqil elmlər kimi formalaşana qədər bütövlükdə dünya haqqında ümumi baxışlar 

verən fəlsəfə içərisində çulğaşmış halda mövcud olmuşlar. Yalnız sonralar ictimai 

istehsalın, məhsuldar qüvvələrin inkişafı gedişində, xüsusilə quldarlıq quruluşunun 

dağılmağa başladığı dövrdə  ətraf aləmin dərki də genişlənir və  dərinləşir, tədricən 

elmi biliklər yaranır, gerçəkliyin ayrı-ayrı sahələrini öyrənən elmlər təşəkkül tapır. 

Dünya, onun müxtəlif sahələri, hadisələri haqqında  əldə edilən müəyyən 

biliklər sistemi kimi başa düşülən elmin ayrı-ayrı ünsürləri xeyli əvvəllər Misirdə, 

Hindistanda, Çində  təşəkkül tapsa da, ilk dəfə e.ə. VI əsrdə  Qədim Yunanıstanda 

yaranmışdı. Məhz orada ilk elmi biliklər (Milet məktəbi, Platon akademiyası, 

Pifaqorçular, Eley məktəbi və s.) yaranır. Həm də  qədim yunan mütəfəkkirləri bir 

qayda olaraq, eyni zamanda həm filosof həm də təbiətşünas-alim kimi çıxış edərək öz 

fəaliyyətlərində həmin bilik sahələrinin hər ikisini birləşdirmişdilər. 

Həm də quldarlıq cəmiyyətinin dağılmağa başladığı dövrdən etibarən biliklərin 

diferensiasiyası gedişində ayrı-ayrı müstəqil elm sahələri, o cümlədən ayrı-ayrı təbiət 

elmləri yaranıb inkişaf etməyə başlamışdır. Bu proses təbiətin geniş surətdə öyrə-

nilməsinin başlandığı intibah dövründən etibarən daha da sürətlənmişdir. XIX əsrdə, 

xüsusilə XX əsrdə sürətli inkişaf gedişində geniş qol-budaq ataraq getdikcə daha artıq 

şaxələnən təbiət elmlərinin müxtəlif sahələri yaranıb inkişaf etməyə başlamışdır. Həm 

də elmlərin bu inkişafı fəlsəfə ilə qarşılıqlı əlaqədə və təsirdə baş vermişdir. 

Təbii olaraq bu əlaqə filosofları  və  təbiətşünasları çoxdan düşündürmüş  və 

onlar bunu aydınlaşdırmağa çalışsalar da uzun müddət buna nail olmamışlar. Halbuki 

fəlsəfə və təbiətşünaslığın qarşılıqlı münasibətinin düzgün anlaşılması hazırda coşğun 

surətdə inkişaf edərək getdikcə daha artıq  şaxələnən təbiət elmlərinin, idrakın 

inkişafında yeni dövr açan mühüm nailiyyətlərinin dünyagörüşü  əhəmiyyətinin 

düzgün müəyyənləşdirilməsi və müasir təbiətşünaslığın fəlsəfi-metodoloji problem-

lərinin işlənməsi üçün zəruri əsas yaradır. Buradan da qabaqcıl təbiətşünaslarla onun 

həqiqi metodoloji əsası olan elmi fəlsəfə arasında tarixən yaranıb inkişaf edən 

qarşılıqlı  əlaqənin açılması  və möhkəmləndirilməsinin böyük əhəmiyyəti irəli gəlir. 

Həmin əlaqənin tarixi fəlsəfi və təbii-elmi idrakın tarixi qədər qədimdir. 

Ümumiyyətlə, ümumi elm kimi fəlsəfə  və müxtəlif xüsusi elmlərin məcmusu 

kimi təbiətşünaslıq arasındakı qarşılıqlı  əlaqə problemi ayrı-ayrı tarixi dövrlərdə 

müxtəlif cür həll olunmuşdur. Həmin məsələ üzrə tarixən bir-birindən fərqlənən üç 

əsas istiqaməti ayırmaq olar: 1) fəlsəfənin «elmlər elmi» kimi qələmə verilərək təbiət 

elmlərinin fəlsəfəyə tabe etdirilib onun içərisində  «əridilməsi» -–naturfəlsəfə; 2) 

elmlərin öz-özlüyündə  fəlsəfə olduğunu söyləyərək onları  fəlsəfədən ayırmaq və 

elmlər üçün fəlsəfəni lüzumsuz elan etmək – pozitivizm; 3) elmi fəlsəfə ilə  təbiət-

şünaslığın həqiqi münasibətini açaraq onların qarşılıqlı  əlaqədə  və  təsirdə mövcud 

 

98




Yüklə 429,32 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə