38 konsiLİum 05/2010 konsilium t oksikozların etiologiyasında mərkəzi sinir sistemində qabıq və qabıqaltı nüvələr arasındakı müvazinətin pozulması, bütün mübadilə proseslərində, hormonal və immun sistemdə dəyişikliklərin olması



Yüklə 42,78 Kb.
Pdf görüntüsü
tarix17.09.2017
ölçüsü42,78 Kb.
#227


38

  

KONSİLİUM



 

 05/2010


konsilium

T

oksikozların etiologiyasında 



mərkəzi sinir sistemində 

qabıq və qabıqaltı nüvələr 

arasındakı müvazinətin 

pozulması, bütün mübadilə 

proseslərində, hormonal və immun 

sistemdə dəyişikliklərin olması, 

histouyğunsuzluq önəmli rol oynayır. 

Erkən toksikoz 

- hamiləliyin 

ilk üç ayında baş verir, adətən 12-

ci həftəyə qədər davam edir, bəzi 

hallarda isə 15-16-cı həftəyə qədər 

də saxlanıla bilər. Erkən toksikozun 

əksər kliniki formalarında dispeptik 

pozğunluqlara və maddələr 

mübadiləsinin dəyişilməsinə rast 

gəlinir. Ona görə də hər üç hamilədən 

ikisi mədə nahiyəsində ağırlıqdan, 

ürəkbulanma, qusma, normadan artıq 

ağız suyu ifrazından (hipersalivasiya), 

müəyyən qida məhsulları və qoxulara 

olan ikrah hissindən əziyyət çəkir. 

Bəzi hamilələrdə bu hal daimidir, 

bəzilərində isə yalnız səhərlər yaxud 

qida qəbulundan sonra baş verir. 



Erkən toksikozun əsas növü 

olan hamiləlik qusmaları

 ağırlıq 

dərəcəsinə görə 3 cür olur: yüngül, orta 

və ağır dərəcəli hamiləlik qusmaları. 

Qusma  hamiləlik toksikozunun ən 

çox rast gəlinən kliniki forması olub, 

qida qəbulu ilə əlaqədar deyil. Bu 

zaman iştahın pozulması, ümumi 

zəiflik, dadbilmə və qoxu hisslərinin 

dəyişilməsi müşahidə edilir. 



Erkən toksikozun yüngül 

formasında qusma 

-  gün ərzində 4-5 

dəfəyə qədər təkrar olunur. Xəstənin 

ümumi vəziyyəti qənaətbəxş olur, lakin 

bəzən adinamiya və apatiya müşahidə 

olunur. Hemodinamik göstəricilər 

dəyişilmir, diurez saxlanılır. 

Orta ağırlıqlı formasında isə 

qusma 

-  gün ərzində 10 dəfə və daha 

çox olur. Nəticədə orqanizmdə bir 

sıra dəyişikliklər : bədəndə mayenin 

azalması, çəkinin 3-5 kq – a qədər 

itməsi, dərinin avazıması, quruması, 

bədən hərarətinin subfebril (37.5 C- ə 

qədər) olması, hipotoniya və nəbzdə 

taxikardiyaya meyillik (90-100 vurğu/

dəq), qəbizlik, diurezin azalması 

izlənilir. 

Erkən toksikozun ağır formasında 

qusma 

- aramsız  formada olur. Qusma 

gün ərzində 20 dəfə və daha çox ola 

bilər.  Bu zaman həyati vacib orqan və 

sistemlərdə dəyişikliklər olur və bütün 

mübadilə prosesləri (karbohidrat - 

yağ, su-duz və elektrolit ) pozulur və 

asidoz inkişaf edir. Bəzən qaraciyər, 

böyrəklər və digər orqanlarda distrofik 

dəyişikliklər baş verir.  Xəstədə 

adinamiya, gücsüzlük, başağrısı, 

başgicəllənmə, çəkinin itməsi, hərarətin 

38 C-ə qədər artması, nəbzi 100-120/

dəq, dərinin turqorunun azalması, 

dilin, ağzın quruması, ağızdan aseton 

iyinin gəlməsi, taxikardiya, hipotoniya, 

diurezin azalması, sidikdə-zülal, 

silindruriya, asetonuriya müşahidə 

edilir. 

Qusmanın diaqnozunu qoymaq 

çətinlik törətmir. Ağırlıq dərəcəsini 

müəyyən etmək üçün qanın və 

sidiyin ümumi analizi ilə bərabər 

qanda bilirubinin, qalıq azot, sidik 

cövhəri, hemotokrit, zülal fraksiyaları, 

elektrolitlər və s. təyin edilməlidir. 



Müalicəsində:

 yüngül formada 

müalicə ambulator da aparıla bilər. 

Qida yüngül mənimsənilən və 

vitaminlərlə zəngin və müxtəlif 

çeşidlərdə olmalıdır. O, az porsiyalarla 

ilıq şəkildə qəbul olunmalıdır. 

Medikamentoz terapiyada mərkəzi sinir 

sisteminin funksiyasını tənzimləyən 

və qusma mərkəzini blokada edən 

preparatlardan, intoksikasiya əleyhinə 

infuziyalardan geniş istifadə olunur. 

Xəstə bütün mənfi emosiyalardan 

təcrid edilməlidir. Reflektor qusmanın 

qarşısını almaq üçün hamilə ayrıca 

palatada yerləşdirilməlidir. Toksikozlar 

zamanı hestasiya müddətinin az 

olmasını nəzərə alaraq müalicədə 

dərman preparatlarından az istifadə 

olunmalı və bu zaman üstünlük qeyri 

- medikamentoz vasitələrə verilməlidir 

(elektroanalgeziya, akupunktura, 

psixo və ginnoterapiya). Rehidratasiya 

məqsədilə kristalloidlərdən (Ringer-

Lokka, Trisol, Xlosol), infuzion 

terapiya və vitaminlərdən istifadə 

olunur. 

Hamİləlİk 

toksİkozları

t.e.n.  A.SƏFƏRƏLİYEVA,

atU-nun ııı  mamalıq ginekologiya 

kafedrasının dosenti

Hamıləlık toksıkozUna və Hestozlara - yalnız hamiləlik 

ilə əlaqədar meydana çıxan və onun başa çatmasından sonra aradan qalxan 

patoloji vəziyyət aid edilir. Bu patoloji vəziyyət hamiləliyin birinci yarısında  

müşahidə edilərsə  erkən toksikoz, hamiləliyin ikinci yarısında müşahidə 

edilərsə “hestoz” adlanır.  Bundan əlavə toksikozların nadir təsadüf edən 

formaları var ki, bunlara da hamiləlik dermatozları, bronxial astma, tetaniya, 

hepatopatiya (toksiki), osteomalyasiya və s. aiddir. Bu xəstəliklər hamiləliyin 

həm birinci, həm də ikinci yarısında ortaya çıxa bilər. 




05/2010

 

KONSİLİUM



  

39

 

konsilium



Gecikmiş hestozlar və ya 

hamiləliyin ikinci yarısının 

toksikozları 

– mamalığın ən ağır 

patologiyalarından biridir, ana və döl 

üçün arzuolunmayan nəticələrə gətirib 

çıxara bilər. Bu zaman mərkəzi və 

vegetativ sinir, ürək-damar, endokrin 

sistemlərinin, həmçinin bir sıra 

mübadilə proseslərinin, immun cavab 

və s. funksiyaların pozulması baş verir. 

Ana ölümünün 20-25%, perinatal 

xəstəliklərin 30%, perinatal ölümün 

30- 40% səbəblərindən biri də gecikmiş 

hestozlardır. 

Gecikmiş hestozların 4 klinik 

forması ayırd edilir: 

Hamiləlik ödemi

Nefropatiya (yüngül, orta, ağır)



Preeklampsiya 

Eklampsiya 



Bu 4 klinik forma eyni bir 

prosesin ayrı- ayrı mərhələləri 

kimi nəzərdən keçirilə bilər. Bu 

zaman hamiləlik ödeminə hestozun 

başlanğıc və ya yüngül, eklampsiyaya 

isə son və ya ən ağır mərhələsi kimi 

baxmaq olar. Gecikmiş hestozların 

patogenezinin əsasını damarların 

spazmı, hipovolemiya, qanın reoloji 

və koaqulyasion xüsusiyyətlərinin 

dəyişməsi, su – duz mübadiləsinin 

pozulması təşkil edir.



Hamiləlik ödemi

 

– hestozun 



başlanğıc  mərhələsidir, hamilələr 

çox vaxt barmağından üzüyün çətinliklə 

çıxmasını, ayaqqabılarının ayağına 

dar olmasını qeyd edirlər. Bu zaman 

xəstələrin ümumi vəziyyəti kafi olub, 

əsas şikayətləri ödemlərin olmasından, 

oliqouriyadan, bəzən isə ümumi 

halsızlıqdan ibarətdir. Hamilələrdə 

gizli ödemlərin olmasını aşkarlamaq 

üçün onların mütamadi olaraq çəkiləri 

müəyyənləşdirilməli və Makklyur - 

Oldric sınağından istifadə olunmalıdır. 

Diurezin hesabanması diaqnozu 

aydınlaşdırmağa kömək edir.





Nefropatiya (yüngül, orta, 

ağır)

 – damar sisteminin 

mikrosirkulyasiyasının pozulması və 

bu prosesə bütün həyati vacib üzvlərin, 

həmçinin fetoplasentar sistemin cəlb 

olunması ilə müşahidə olunur. Bu 

patologiya üçün üç əsas simptom 

xarakterikdir: ödem, proteinuriya 

(sidikdə zülalın olması), hipertenziya 

(arterial təyziqin yüksəlməsi).  





Preeklampsiya

 - hestozun aralıq 

mərhələsi olub, nefropatiya 

əlamətlərinə mərkəzi sinir 

sisteminin funksiyasının pozulması  

(hipertenzion ensefalopatiya) 

simpomlarının qoşulması ilə 

müşahidə olunur. Xəstələr baş 

ağrısından, görmənin pozulmasından, 

epiqastral nahiyədə ağrılardan, 

ürəkbulanma və qusmadan şikayət 

edirlər. 





Eklampsiya

 – hestozun ən ağır 

formasıdır. Bu zaman beyin 

əlamətləri çox sürətlə inkişaf edir və 

qıcolmalar müşahidə edilir. Qıcolma 

zamanı gözün torlu qışasına, beyinə 

və digər həyati vacib orqanlara 

qansızmaların baş verməsi olur ki, bu 

da nəticədə görmənin pozulmasına, 

hətta xəstənin ölümünə gətirib çıxara 

bilər.


Gecikmiş hestoz zamanı ana – cift 

- döl  qan dövranının pozulması dölün 

bətndaxilində kəskin hipoksiyaya 

məruz qalmasına, bətndaxili inkişafın 

ləngiməsinə, ciftin vaxtından 

əvvəl ayrılmasına və bəzən DDL 

sindromunun proqesivləşməsinə və 

hətta ana bətnində ölümü ilə nəticələnə 

bilər. Ümumiyyətlə, istənilən patologiya 

vaxtında aşkarlanıb düzgün müalicə 

olunarsa, daha ağır formalara kecməz, 

ana və döl ücün təhlükə yaranmaz.

Klinikada son zamanlar  ana və 

perinatal ölümlərin sayını azaltmaq 

məqsədilə damar patologiyalarının 

qarşısını alan, eyni zamanda qaraciyərin 

dezintoksikasion funksiyasını bərpa 

etmək və qusma mərkəzini blokada 

etmək məqsədilə  hepatoprotektor 

kimi ənginar tərkibli 



Vita - Art 

preparatından  geniş istifadə olunur.  

Mamalıq praktikasında  İtaliyanın 

ESİ zavodunun istehsalı olan  bitki 

tərkibli 

Vita - Art preparatı tətbiq 

olunmuşdur. 



Vita - Art ənginar 

yarpaqlarının quru ekstaktından 

hazırlanan müalicəvi dozalı 

fitopreparatdır. 



Vita - Art-ın 

tərkibindəki ənginar ekstraktı 

bir sıra bioloji fəal maddələrlə 

zəngindir. Buna gürə də Vita - Art 

preparatının tərkibindəki ənginar 

geniş müalicəvi xüsusiyyətlərə 

malikdir:

Böyrək -  qan dövranını və 

qlomerulyar - yumaqcıq filtrasiyasını 



normallaşdırır.

Mülayim kalium qoruyucu diuretik 

kimi təsir göstərir .



Azot mübadiləsinin son 

məhsullarının və qaraciyərin 



detoksikasiya məhsullarının  

orqanizmdən xaric olmasını 

göcləndirir.

Sidik ifrazını artırır, arterial təzyiqi 

normallaşdırır.



Damar divarı və höceyrə 

membranının keçiriciliyini 



normallaşdırır.

Orqanizmdə maddələr mübadiləsini 

normaya salır.



Hepatoprotektiv  və ödqovucu təsir 

göstərir.



Qüvvətli antioksidantdır– hüceyrəni 

sərbəst radikalların aqressiv 



təsirindən qoruyur .

Cift – döl qan dövranını yaxşılaşdırır, 

oksigen axının indeksini sürətləndirir.



Bu baxımdan Vita - Art preparatı  

erkən və gecikmiş hestozların,  

fetoplasentar çatışmazlığın, hamiləlik 

nefropatiyasının müalicəsi və 

profilaktikasında, dölün hipoksiyası və 

hipotrofiyası hallarında təyin olunur. 

Tərkibindəki ənginar ekstraktının 

miqdarına görə  gün ərzində 1 həb 2 - 3 



dəfə olmaq şərtilə təyin edilir.

Yüklə 42,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə