3X3 Basketbol Oyunun Qaydaları



Yüklə 18,33 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü18,33 Kb.
#39655
növüQaydalar


3X3 Basketbol Oyunun Qaydaları 

 

Hazırkı oyun qaydalarında göstərilməyən bütün hallarda  FİBA-nın rəsmi qaydaları tətbiq edilir.  



 

Oyun 3X3 basketbol meydançasında bir (1) səbətlə keçirilir.  Meydança ənənəvi basketbol üçün 

nəzərdə tutulan meydançanın müvafiq hissəsi olaraq özündə cərimə atışı xəttini, iki xallıq atış 

xəttini və səbətin altındakı “hücumda folsuz” yarım dairəni əks etdirir.  



Maddə 1. Oyun meydançası 

Bütün kateqoriyalardan olan komandalar üçün 6 nömrəli top istifadə olunur. 

 

Hər  komanda  dörd  (4)  oyunçudan  ibarətdir.  Üç  (3)  oyunçu  meydançada  v



ə   bir  (1)  oyunçu 

ehtiyatda. 



Maddə 2. Komandlar 

 

Oyunu bir (1) hakim və iki (2) katib (saniyə ölçən və hesabı aparan) idarə edir. 



Maddə 3. Oyunun hakimləri 

Qeyd: Təşkilatçının qərarı ilə iki (2) hakim ola bilər. 

 

4.1.  Hər  iki  komanda ya  oyundan əvvəl  eyni  zamanda  qızışma  hərəkətləri   etmək  üçün  imkan 

yaradılır. 

Maddə 4. Oyunun başlanması 

4.2. Oyunu başlayan komanda sikkənin atılması ilə müəyyənləşdirilir. 

4.3. Komanda meydançada üç (3) oyunçu ilə oyunu başlayır. 

 

5.1. Qövsün içərisindən dəqiq atılan top bir (1) xal kimi hesablanır. 



Maddə 5. Xalların hesablanması  

5.2. Qövsün xaricindən dəqiq atılan top iki (2) xal kimi hesablanır. 

5.3. Dəqiq cərimə atışı bir (1) xal kimi hesablanır. 

 

6.1.  Oyunun əsas  vaxtı  beş  (5)  dəqiqə  təşkil  edən  bir  hissədən  ibarətdir.  Oyun  zamanı  vaxt 



dayandırılmır.  

Maddə 6. Oyun vaxtı/Qalibin müəyyən olunması 

6.2. Oyunun əsas vaxtı bitməmiş  7 və daha çox xal yığan komanda qalib elan edilir. Bu qayda 

yalnız oyunun əsas vaxtına tətbiq edilir. 

6.3.  Oyunun əsas  vaxtı  bitdikdən  sonra  xallar  bərabər  olarsa  overtaym 

təyin  olunur. 

Overtaymdan əvvəl  fasilə  bir  (1)  dəqiqədir.  Overtaym da  oyunu  başlayan  komanda  sikkənin 

atılması ilə müəyyənləşdirilir,  ilk xalı yığan komanda qalib elan edilir. 

6.4. Cədvəldə göstərilən vaxtda yarışa hazır üç (3) oyunçu meydançaya gəlməyəndə komanda 

uduzmuş hesab edilir. 

 

7.1. Beş (5) komanda folu baş verdikdə komanda ya komanda folları təyin edilir. 



Maddə 7. Follar, cərimə atışları 

7.2. Dörd (3) fərdi folla cəzalandırılan oyunçu oyunu tərk edilir. 

7.3  Qövsün  icərisində  atışı  yerinə  yetirən  oyunçuya  qarşı  edilən  fol  bir  (1)  cərimə  atışı  ilə 

cəzalandırılır.  




7.4.  Qövsün  xaricində  atışı  yerinə  yetirən  oyunçuya  qarşı  edilən  fol  iki  (2)  cərimə  atışı  ilə 

cəzalandırılır. 

7.5.  Müvəffəqiyyətli  atışı  yerinə  yetirən  oyunçuya  qarşı edilən  fol, əlavə  olaraq  bir (1)  cərimə 

atışı ilə cəzalandırılır. 

7.6.  Komanda  follarının  limitini  keçmiş  komandanın  qeyri  atış  folları  bir  (1)  c

ərimə  atışı  ilə 

cəzalandırılır.  

 

8.1. Oyunun ləngidilməsi və ya səbətə hücumdan yayınma halları pozuntu hesab edilir. 



Maddə 8. Oyunun ləngidilməsi  

8.2. Komanda 12 saniyə ərzində səbətə hücum etməlidir. Top rəqib komandanın əlinə keçdikdə 

yəni (müdafıəci hücumçuya çevriləndə) hücum vaxtını hesablayan qurğu işə salınır.  

 

Qeyd:  Meydançada  atış  üçün  vaxt  qurğusu  olmadıqda  v

ə  komanda  hücuma  meyl  etmirsə  hakim 

həmin komandaya xəbərdarlıq edərək son 5 saniyə saymağa başlayır. 

 

9.1. Oyundan dəqiq atış və ya sonuncu məhsuldar cərimə atışından sonra: 



Maddə 9. Topla neçə oynanılmalı 

Topu buraxmış komandanın oyunçusu çiləmə ilə və ya birbaşa səbətin altından (üz xəttini 

keçməmək şərti ilə) qövsün xaricinə edilmiş ötürmə ilə oyunu davam edir. 

Dəqiq atəşdan sonra səbətin altındakı “hücumda folsuz” yarım dairəninin daxilində topla olan 

oyunçuya mane olmağı qadağandır. 

9.2. Oyundan müvəffəqiyətsiz atışdan və ya sonuncu cərimə atışından sonra: 

Hücum edən komanda topa yiyələnilrsə, bu halda həmin komanda topu qövsün xaricinə 

çıxarmaqı şərti ilə hücumu davam edə bilər. 

 Müdafiə olunan komanda topa yiyələnirsə, bu halda həmin komanda topu qövsün xaricinə 

çıxarmalıdır (çiləmə və ya ötürmə ilə). 

9.3. “Ölü” top vəziyyətindən sonra hər hansı komandaya topun əldə etmə imkanı verilməsi 

qövsün xaricində yuxarı hissəsində müdafiə edən hücümçu ilə topun mübadiləsindən sonra 

başlanır. 

9.4. Oyunçunun ayaqları qövsün daxilində və ya onun üstündə olmadığı halda oyunçu qövsün 

xaricində olmuş hesab edilir. 

9.5. Mübahisəli top hallarında top müdafiə olunan komandaya verilir.  

 

Məhsuldar atışdan sonra hər komanda hakimə müraciət edərək bir əvəzetmə edə bilər. Bu 



əvəzetmə yalnız “çek” (hücumçu və müdafiəçi arasındakı topun mübadiləsindən sonra) 

veriləndən sonra həyata keçə bilər. Bu əvəzetmə meydançanı tərk edən oyunçunun ehtiyatda 

olan oyunçuya toxunduqda mümkün ola bilər. Əvəzetmə səbətlə üzbəüz olan xətt arxasında 

hakimlərin müdaxiləsi olmadan keçirilə bilər.   



Maddə 10. Əvəzetmə 

 

Məhsuldar atışdan sonra hər komanda hakimə müraciət edərək bir (1) dəfə 30 saniyəlik taym-



aut götürə bilər.  

Maddə 11. Taym-autlar  

 

 



Yüklə 18,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə