4-cü tapşırığın nəticələri barədə hesabat Yeraltı su hövzəsinin istismar ehtiyatının hesablanması



Yüklə 33,5 Kb.
tarix05.02.2018
ölçüsü33,5 Kb.
#24951

4-cü tapşırığın nəticələri barədə hesabat

Yeraltı su hövzəsinin istismar ehtiyatının hesablanması
Şimal-qərbi Azərbaycanın Böyük Qafqaz regionunun hidro-geoloji tədqiqi
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

BMTİP Azərbaycan nümayəndəliyinə təqdim edilir

10 dekabr 2013-cü il

Hans M. Ewoldsen, Ph.D., P.E.

Layihənin hidrogeologiya üzrə beynəlxalq məsləhətçisi
Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsi
4-cü hidrogeoloji tapşırığın nəticəsi/məhsulu
Pilot hövzələrdə yeraltı su ehtiyatlarının istismar ehtiyatının hesablanması


  1. Tapşırığın məqsədi barədə məlumat

Bu tapşırığın məqsədi “Üç pilot hövzə üçün yeraltı su ehtiyatlarının istismar ehtiyatının qiymətləndirilməsi barədə hesabat” hazırlamaqdır. Bu tapşırıq üç yeraltı su hövzəsinin istismar ehtiyatının müəyyən edilməsinə yönəlir. İstismar ehtiyatı yeraltı su hövzəsinin mövcudluğu müddətində yeraltı suyun dayanıqlı şəkildə (hövzədə yerüstü və yeraltı suların daxil olması və çıxmasında dəyişikliklər nəzərə alınmaqla) təmin götürülmə tezliyidir. Başqa sözlə, hövzəyə daxil olan suyun ümumi miqdarı hövzədən çıxan suyun miqdarına bərabər olmalıdır.


Yeraltı su hövzəsinin istismar ehtiyatına hövzəyə daxil olan suda insan və ya təbii amillər nəticəsində baş verən dəyişikliklər və ya hövzədən götürülən suda baş verən oxşar dəyişikliklər təsir edir. Hövzədə yeraltı suyun intensiv boşalması hövzənin yeraltı su saxlama qabiliyyətini zədələyə bilər. İntensiv boşalma hövzə çöküntülərinin sıxılması və nəticədə məsaməliliyin (dənələr arasında su saxlamaq üçün yer) azalması ilə nəticələnə bilər, eyni zamanda xırda hissəciklərin sulu horizontlara dolaraq yenə məsaməlilik və keçiriciliyin (suyun dənəvər materialların arasından hərəkət etmək qabiliyyəti) azalmasına səbəb ola bilər, eləcə də çirkli maddələrin digər yerüstü və səthaltı mənbələrdən hövzənin çirklənməmiş sularına keçməsinə gətirib çıxara bilər. Bundan əlavə, hər hansı sulu horizont həddən artıq boşalmaya məruz qaldıqda, onun əvvəlki vəziyyətə qayıtması və su həcmini bərpa etməsi xeyli vaxt tələb edir.
Yeraltı su hövzəsinə suların daxil olması və çıxması prosesi aşağıdakılardan ibarətdir:



Hövzəyə daxil olan axın:

  • Yerüstü su axını

  • Təbii yeraltı su axını

  • Gətirilən yerüstü su

  • Çayın məcrasının yerləşdiyi sahələrdən səthaltı axın

  • Yağıntı/qar

  • Qidalanma üçün gətirilən su

  • Süni qidalanma

Hövzədən çıxan axın

  • Yerüstü su axını

  • Hövzədən çıxan yeraltı su axını

  • Hövzədən kənd təsərrüfatı üçün daşıma

  • Yeraltı su götürülməsi

  • Buxarlanma

  • Evapotranspirasiya

  • Aparılan yeraltı su




  1. Yeraltı suların istismar ehtiyatını öyrənmək üçün lazım olan məlumatlar

İstismar ehtiyatı aspektləri:


Müvafiq 3 pilot hövzə üçün istismar ehtiyatları fərqli olacaq. Bu, hövzə çöküntülərinin həcmi və onların saxlama və qidalanma potensialı, gələn axınların və çıxan axınların həcmləri ilə əlaqədardır. Gələn axınların həcmləri birbaşa hövzə sahəsinə düşən yağıntı və qardan və onun yeraltı su aynasına infiltrasiyasından, eləcə də səth və məcra altındakı suların müvafiq hövzəyə axan çaylar tərəfindən yeraltı su hövzələri çöküntülərinə doğru gətirilməsindən asılıdır. Əgər gələn qidalanma suyu yeraltı su hövzəsinə çatırsa, bu hövzənin istismar ehtiyatını artıra bilər.
Cari məlumatlara görə, hər kvadrat kilometrə düşən yağıntı və qarın miqdarı təxminən bərabərdir. Türyançay, Kişçay və Talaçayın yeraltı su hövzələrini qidalandıran çayların axını dəqiq məlum olmasa da, Türyançay üçün 17-18m3/saniyə; Kişçay üçün 12-13m3/saniyə və Talaçay üçün 14-16m3/saniyə hesab edilir;
Yeraltı sulara axım = yeraltı suların istismar ehtiyatı səviyyəsində götürülməsi+hövzədən çıxan yeraltı su
Aşağıdakı amillər yeraltı su hövzəsinin istismar ehtiyatına təsir göstərə bilər:
Geoloji və meteoroloji amillər:

  • Sulu horizontun və təzyiqedici layların keçiriciliyi

  • Sulu horizont süxurlarının məsaməliliyi

  • Qidalanma zonaları

  • Buxarlanma – səth

  • Evapotranspirasiya – (bitkilər)

  • Yerüstü suların qidalanma sahələrində axın sürəti

  • Yeraltı suların axın sürəti (hidravlik keçiricilik)


İqlim dəyişikliyi amilləri:

  • Yer səthində və ətraf temperatur və rütubətlilikdə dəyişikliklər

  • Qarın əriməsində və buzlaqların süzülməsində dəyişikliklər

  • Yağıntı siklləri və intensivliyində dəyişikliklər







  1. İstismar ehtiyatının təxmin edilməsində və ya hesablanmasında istifadə edilən metodologiyalar

İstismar ehtiyatının təxmin edilməsində və ya hesablanmasına əsasən 4 metodologiya istifadə edilir:

  1. Oxşar hövzələrin istismar ehtiyatının keçmişdə hesablanması əsasında təxminetmə

  2. Tədqiq edilən hövzədə quyulardan əldə olunan məhdud məlumatlara əsaslanan təxminetmə

  3. Hövzədən əldə olunan məlumatların geniş kompyuter modelləşdirməsində hesablama

  4. Oxşar hövzələrdən məlumatların geniş kompyuter modelləşməsi əsasında təxminetmə

Üç pilot hövzənin istismar ehtiyatının hesablanmasında C metodu istifadə edilmişdir


  1. İstismar ehtiyatlarının təxminetmələri/hesablamaları – pilot hövzələr

Hövzələrin səthində illik yağıntı, müvafiq hövzələrə illik axım və ya çay axını, illik evapotranspirasiya ilə bağlı məlumatların tədqiqi Bakı-Ceyhan neft kəməri üçün British Petroleum şirkəti tərəfindən tərtib edilmiş ESİA (Ətraf mühit və sosial təsirin qiymətləndirilməsi) sənədindən bəzi məlumatlar hazırlamışdır. Boru kəmərinin marşrutu Türyançaydan keçir və bu çay BP tərəfindən öyrənilmişdir. Bu tədqiqat aşkar etmişdir ki Azərbaycandakı çaylarla bağlı əlçatımtlı məlumatlar azdır (Kür və Araz çayları istisna olmaqla), çaylardakı yüksək axınlar barədə məlumatlar azdır, beynəlxalq ədəbiyyatda da da bu barədə nəşr olunmuş və təhlil edilmiş məlumatlar məhduddur.
BP belə nəticəyə gəlmişdir ki, əsaslı məlumatlar yalnız axınlarda və hövzələrdə birbaşa ölçmələr yolu ilə əldə edilə bilər. BP-nin işi Türyançay çayında ölçülmüş məlumatlarla nəticələnmişdir. Kişçay və Talaçay hövzələri üçün Cədvəl 1-də göstərilmiş məlumatlar Türyançayın məlumatları əsasında təxmin edilir.
Cədvəl 1. Pilot hövzənin çayları üçün ölçülmüş və təxmin edilən məlumatlar

Çay hövzəsi

Hövzənin sahəsi

İllik yağıntı

İllik çay axını

İllik evapotranspirasiya

İllik sugötürmə

Türyançay

75 km2

6 milyon m3

17 – 18 m3/san

80 sm/il

Naməlum

Kişçay

75 km2

6 milyon m3

12 – 14 m3/san

80 sm/il

Naməlum

Talaçay

100 km2

8 milyon m3

14 – 16 m3/san

80 sm/il

Naməlum

Qeyd: Kişçay və Talaçay çayları üçün illik axınlar müvafiq suayrıcı sahələri, hövzələrin ərazilərində yağıntı dəyərləri x illik yağıntı dərəcəsi (Azərbaycanın Xarici işlər Nazirliyi tərəfindən verilmiş) əsasında hesbalanır. Transpirasiya dəyərləri British Petroleum ESİA sənədindən götürülüb. Müvafiq hövzələrdə sugötürmə miqdarları məlum deyil.


Hazırda müəyyən edilməmiş istismar ehtiyatının hesablanmasına töhfə verən digər amillər aşağıdakılardır:

  • Yeraltı suların ana süxurlarla hövzələrə illik axını

  • İllik infiltrasiya dərəcəsi (yağış və ərimiş qarın hövzəyə axınının faizi)

  • Süni qidalanma

  • Süzülmə vasitəsilə yeraltı sulara qayıdan suvarma sularının faizi




  1. Pilot hövzələrdə gələcək istismar ehtiyatının proqnozlaşdırılması

Geoloji strukturlarda yeraltı su hövzələrinin istismar ehtiyatlarının Azərbaycanın şimal-qərbi Böyük Qafqaz regionunun pilot hövzələrinə oxşar şəkildə tədqiqatı 2012-ci ildə Yeni Zelandiyanın Marlboro Şurası tərəfindən aparılmışdır. Bu tədqiqat Vairau çayının yeraltı su hövzəsini əhatə etmişdir. Bu hövzə kəskin dağlıq sutoplayıcı sahəyə malikdir. Bu sahəyə əhəmiyyətli miqdarda yağış və qar (qışda) düşür. Yeraltı su hövzələri ən yuxarı hissələrdə iri çınqıl və çaylaq daşı ilə səciyyələnir, orta zonada çınqıl və quma keçir və aşağı hissələrdə xırda qum və lilə keçir. Sulu laylar üzümlüklər və digər kənd təsərrüfatı məhsulları üçün suvarma və quyu şəbəkələri ilə geniş şəkildə istifadə edilir. Əsasən yay aylarında istifadə edilir.

Vairau çayının orta illik axını saniyədə 19.5 kub metrdir. Müşahidə və istehsalat quyularının geniş monitorinqi iyirmi il boyunca aparılmışdır. Hövzənin, onun hidrogeologiyasının və məlumat sugötürmə dərəcələrinin kompyuterdə modelləşdirilməsi nəticəsində 2.5m/san standart kimi müəyyən edilmişdir. Bu istismar ehtiyatı səviyyəsində sugötürmə orta illik axının 12-15 faizi çərçivəsindədir.


Marlboro tədqiqatının istismar ehtiyatı faizlərindən istifadə etməklə, üç pilot hövzə üçün hesablanan istismar ehtiyatları aşağıdakı kimi olacaqdır:

  • Türyançay hövzəsi : 18 m3/san x 12 % = 2.2 m3/san

  • Kişçay hövzəsi : 13 m3/san x 12 % = 1.6 m3/san

  • Talaçay hövzəsi : 15 m3/san x 12 % = 1.8 m3/san




  1. Azərbaycanda istismar ehtiyatı təcrübəsi (“Azərsu” ASCI)

“Azərsu”dan və digər quyu operatorlarından məlumatlar bu hesabatın hazırlandığı vaxtadək təmin edilməyib.


  1. Yeraltı su hövzəsinin istismar ehtiyatının yoxlanıb təsdiqlənməsi

Yeraltı su hövzəsinin istismar ehtiyatının yoxlanıb təsdiqlənməsi bir neçə illər ərzində pyezometrik quyu müşahidə şəbəkəsi vasitəsilə müəyyən edilə bilər. Yeraltı su hövzəsində su səviyyəsinin illik və mövsümi tərəddüdləri qısa müddətlər ərzində əhəmiyyətli dərəcədə dəyişə bilər. İstismar ehtiyatının müəyyən edilməsi üçün pyezometrik məlumatları bir neçə ildən 10 ilə qədər izləmək mümkündür. Bir neçə il ərzində yerüstü suların statistik azalma tendensiyası baş verərsə, sulu lay(lar)da intensiv boşalma gedir və yeraltı sulardan istifadə azaldılmalıdır ki, hövzə istismar ehtiyatı normasına qayıtsın. İllər üzrə sugötürmə dərəcələri tələb olunan azalma ilə bağlı istiqamət təmin edir, yoxlama isə davamlı monitorinqdən asılıdır.

H. Ewoldsen Nəticə 4 – Hidrogeoloji tapşırıq 10 dekabr, 2013

Yüklə 33,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə