№4 Humanitar elml



Yüklə 264,91 Kb.
Pdf görüntüsü
tarix16.08.2018
ölçüsü264,91 Kb.
#63638
növüDərs


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elml

ər seriyası   

 

2015 

 

 

 

UOT 81(091); 81 (092) 

  

FƏRHAD AĞAZADƏNİN DƏRSLİKLƏRİ 



 

Y.

V.QƏHRƏMANLI 

Bakı Dövlət Universiteti 

yeqana@bk.ru 

  

Bu m

əqalədə fəal ictimai xadim, görkəmli dilçi, bacarıqlı müəllim, təcrübəli metodist, 

publisist v

ə yeni latın qrafikalı əlifba uğrunda yorulmadan mübarizə aparan Fərhad Ağaza-

d

ənin bütün dərsliklərinə  nəzər  salınmış,  Azərbaycan  dilinin tədrisində  mövqeyi  haqqında 

ümu

miləşmələr aparılmışdır.  

 

Açar sözl



ər: Fərhad Ağazadə, dərslik, metodist, Azərbaycan dilinin tədrisi, əlifba  

 

XX 



əsrin  əvvəllərində  dilimizin tədrisi  üsulu  haqqında  ziyalılarımızın 

fikri yeni 

yaranırdı.  Çünki  dilimiz  keçən  əsrin  axırlarına  qədər məktəblərdə 

t

ədris edilmirdi. H.S.Eyvazovun “Üsuli-tədris və  təlim-tərbiyə” (1905), 



H.M.Şeyxzadənin ”Nümuneyi-tədris və  tərbiyə”  (1907),  M.Sadıqzadənin 

“Türk dilinin üsuli-t

ədrisi” (1925), B.Çobanzadənin “Türk dili və  ədəbiyyat 

üsuli-t


ədrisi”  (1926),  “Türk  dilinin  metodikası”  (1928)  kitablarında, “Dilin 

f

ənn və sənət olaraq tədrisi" məqaləsində dil tədrisinin metodikasına aid dəyərli 



fikirl

ər irəli  sürülmüşdür.  Həmin dövrdə  Fərhad  Ağazadə  də  (1880-1931) 

dilimizin t

ədrisi  yollarını  düşünməyə  başladı.  O,  ərəb,  fars,  fransız  dillərinə 

b

ələd olub, rus və türk dillərini mükəmməl bilirdi. Bu səbəbdən də dünya elmi-



pedaqoji fikrini 

əks etdirən müxtəlif ədəbiyyatdan lazımınca faydalanaraq bir 

sıra dərs vəsaitlərinin yazılmasında, hazırlanmasında yaxından iştirak etmişdir. 

Onun dilin t

ədrisi haqda elmi əsəri olmasa da, bu sahədə bir çox məqalələri və 

d

ərslikləri vardır. F.Ağazadənin müştərək müəlliflərlə yazdığı “Əlifba”(1906), 



«İkinci il» (1908, 1912, 1925), «Ədəbiyyat məcmuəsi» (1912), «Yeni türk əlif-

bası»  (1922),  «Zəhmət məktəbi»  (1926),  «İşçinin  II  kitabı»  (1921),  «Savada 

doğru»  (1928)  “Türk  qrameri”  (1929)  adlı  8  dərsliyi;  “Şəkillərdə  hərflər” 

(1923), «Kubçalar il

ə  xırda  çocuqlara  savad  öyrədişi» (əlyazma  (1923)), 

«Звуковой  или  американский  метод  препадование  на  новом  алфавите?» 

(1928), «Türk-tatar dill

ərindəki hərflərin faiz üzrə  münasibətini bilməyin 

lüzumu» (1928), “M

əktəb kitabları və istilahları” (1926) məqalələri onu gör-

k

əmli metodist kimi  tanıdır.  «Fərhad  Ağazadə  XX  əsrin 20-ci illərində  ən 



mahir d

ərslik müəllifi və  metodist kimi məşhur  idi»  (2,81).  Onun  fikrincə, 

10 



«d

ərslik uşaqların yaş xüsusiyyətlərinə müvafiq olmalı, şagirdə elmi bilik ver-

m

əklə yanaşı, onu tərbiyə də etməlidir. Dərslikdə əyanilikdən – şəkil və sxem-



l

ərdən geniş istifadə edilməli, uşaqların fikri, idraki fəaliyyətini artıran mətnlər, 

çalışmalar  verilməlidir»  (2,  71).  F.Ağazadəni məktəblərdə  ana dilinin tədrisi 

m

əsələsi müəllim işlədiyi ilk illərdən düşündürmüşdür. Onun “İrşad” qəzetində 



n

əşr  edilən  “Yüz ildir getdiyin, öylə  budurmu getdiyin?” (1906) məqaləsi 

Üzeyir  Hacıbəyovun məqaləsinə  cavab  olaraq  yazılmış,  bu  mövzuda  bir  çox 

m

əsələlərə toxunulmuşdur. F.Ağazadə dilimizin ikinci dərəcəli dil kimi təlimi-



nin  q

əti  əleyhinə  çıxır.  Çünki  həmin dövrdə  məktəblərdə  Azərbaycan dilinə 

ayrılan saatların sayı az idi. Elə həmin il I Müəllimlər Qurultayında bu məsələ 

d

ə  müzakirə  edilmış  və  Azərbaycan dilinin mövqeyi müəyyənləşdirilmiş  və 



onun payına düşən saatların sayı artırılmışdır. 

F.Ağazadənin dərslik tərtibində ilk təcrübəsi A.Əfəndizadə və S.S.Axun-

dovla birg

ə  yazdıqları “Əlifba”(1906) kitabı olmuşdur. Bu kitabda  ərəb əlif-

bası islah edilmiş, fəthə, zəmmə və kəsrə kimi işarələr atılmış, əvəzinə hərflər 

yaradılmışdı, hər hərfin də  yalnız  bir  şəkli  vardı.  Həmin kitab II Müəllimlər 

qurultayında müzakirə olundu, lakin qəbul olunmadı. F.Ağazadə 1906-cı ildə 

latın qrafikalı əlifba tərtib etmişdir. Bəs nə üçün o, qurultayda məhz ərəb əlif-

basının islahı üzərində qurulmuş bir kitabın müzakirəsinə nail olmağa çalışırdı? 

Görünür,  o  zaman  ərəb  əlifbasının  yeni  latin  qrafikalı  əlifba  ilə  əvəz  edilə 

bilməsinə  ciddi  inanmadığına  görə  o,  qurultayda  daha  real  məsələləri  -  ərəb 

əlifbasının  islah  edilməsi  məsələsini  qoymuşdur.  F.Ağazadənin  ehtimalı  düz 

çıxdı.  F.Ağazadə  ərəb  əlifbasının  yazıda  və  qiraətdə  törətdiyi  çətinlikləri  və 

yeni  “Əlifba”  kitabının  üstünlüklərini  nümayiş  etdirsə  də,  qurultayın  bir  çox 

nümayəndələri  hətta  islah  olunmuş  ərəb  əlifbasını  qəbul  etmədi.  Lakin  bu, 

təşəbbüs olaraq əlifba işinə təkan verdi.  

1907-ci ild

ə Bakıda təhsilin inkişafında böyük əməyi olan Mahmud bəy 

Mahmudb

əyov “Türk əlifbası və ilk qiraət” və  M.A.Mollazadə “Türk dili və 



yaxud türkc

ə qiraət” kitabını nəşr etdirmişdi. Bir il sonra Müəllimlər qurulta-

yının tövsiyəsi ilə F.Ağazadə bir neçə müəllimlə birgə (Süleyman bəy Əbdü-

r

əhmanzadə, Süleyman Sani Axundzadə,  Abdulla  Talıbzadə, Abdulla bəy 



Əfəndizadə və Mahmud bəy Mahmudbəyov “İkinci il” (4) kitabını çap etdirdi. 

"İkinci il" ilk dəfə Tiflisdə Ömər Faiqin rəhbərlik etdiyi "Qeyrət" mətbəəsində 

çap  olunmuş,  "Molla  Nəsrəddin"  jurnalı  dərsliyin nəşri  haqqında  xüsusi  elan 

d

ərc etmişdi. Əlifba təlimindən sonra oxunan bu kitabda ərəb əlifbasında ciddi 



d

əyişikliklər  edilmişdi. Həmin dərsliklər həm pedaqoji, həm də  didaktik-

metodik c

əhətdən yeni tələblərə cavab verirdi. Kitabların dilinin sadəliyi, ay-

dınlığı,  bədiiliyi, məzmununun  dolğunluğu  əsas xüsusiyyətlər olaraq seçil-

mişdi. Bu dərsliklərin  yazılması və nəşri “Nicat” xeyriyyə cəmiyyətinin bila-

vasit

ə  təşəbbüsü və  yardımı  ilə  həyata  keçirilmişdi.  “Bu  dərsliyi  aşıqfikirli 



əllimlər, maarif xadimləri ruh yüksəkliyi ilə  qarşılamış  və  ondan məktəb 

t

əcrübəsində geniş istifadə edib faydalanmışlar” (12, 78). Ü.Hacıbəyov “İkinci 



11 


il” adlı məqaləsində bu dərsliyi yüksək qimətləndirmişdi. Lakin dərslik Əli bəy 

Hüseynzad

ə tərəfindən kəskin tənqid edildi. "Yazımız, dilimiz, "İkinci il"imiz 

m

əqaləsi XX yüzilin əvvəllərində  Azərbaycan pedaqoji fikrinin bəlkə  də  ən 



çox müzakir

ə  olunan sənədlərindən  biri  kimi  xatırlanır.  Ə.Hüseynzadə  tərəq-

qiy

ə  əsas maneəni  əlifbada görmədiyindən ingilis və  yaponların  tərəqqisinə 



yazının  əngəl  olmadığını  xatırladır,  M.F.Axundzadənin, M.AŞahtaxtlının  və 

başqalarının  əlifba layihələrini  uğursuz  təşəbbüslər kimi tənqid edir, türk 

dilind

ə  şəkilçilərin  əhəmiyyəti məsələsinə, imla və  unifikasiya problemlərinə 



toxunurdu. A.Şaiq bu barədə yazırdı: “O, mətbuatda “Yazımız, dilimiz, “İkinci 

il”


imiz”  adlı  məqalə  ilə  çıxış  edərək Səhhətin və  mənim  sadə  Azərbaycan 

dilind


ə  yazdığımız  və  həmin dərslikdə  çap  olunan  şeirləri tənqid  etmişdi.  O, 

t

ələb  edirdi  ki,  dilimizi  “Füyuzat”  jurnalının  dilinə  oxşadaq”  (1).  Ömər Faiq 



Nemanzad

ə  də  “Yazımız,  dilimiz,  “İkinci  il”imiz”  adlı  silsilə  məqaləsində 

(1909) Əli bəy Hüseynzadəyə kəskin cavablar verərək “İkinci il” kitabını belə 

qiym


ətləndirir:  “İkinci  il”  kitabına  gəlincə, bunlar təzə  bir hərf  çıxarmadılar, 

əlifbamızı dəyişmədilər, “Cövdət”i “Cəvdət” yazmadılar və bu cür böyük işlərə 

əl vura bilmədilər. Bunlar osmanlılardan bir az daha irəli gedib danışıqda olan 

“a”  v


ə  “ə” səslərini  yazıda  göstərdilər. Dəlini dəli, dərini dəri,  baltanı  balta 

şəkildə  yazdılar  ki,  qolay  oxusunlar.  Bundan  ötrü  onları  töhmət deyil,  təbrik 

etm

əliyik” (13, 199-200). Ömər  Faiqin  “Yazımız,  dilimiz,  ikinci  ilimiz”  adlı 



m

əqaləsində daha bir sıra məsələlərə toxunulur, ”İkinci il” dərsliynin tərtib və 

dili müdafi

ə edilir, Ə.Hüseynzadənin dil siyasəti tənqid edilirdi. Ondan sonra 

M.Mahmudb

əyov  da  eyni  adlı  məqaləsi ilə  mətbuatda  çıxış  etdi.  “Faktiki 

olaraq bu kitab v

ə onun təsiri altında yazılmış bir sıra başqa dərsliklərlə köhnə 

ərəb əlifbasının zəifliyi və yararsızlığı sübut olundu, islah olunmuş yeni əlifba 

v

ə yazı qaydaları yavaş-yavaş Azərbaycanda və Azərbaycandan kənarda təbliğ 



olunmağa  başlandı.  Lakin  bu  cəhdlərə  baxmayaraq,  əlifba məsələsində  rəsmi 

qaydada ciddi d

əyişiklikliyə nail olunması müşkül bir işə çevrilmişdi” (14, 9). 

F.

Ağazadə dərslik tərtib etmək fəaliyyətini davam etdirərək 1912-ci ildə 



“Ədəbiyyat məcmuəsi”  adlı  müntəxabat  kitabını  nəşr  etdirir  və  ədəbiyyat 

t

ədrisi haqqında fikirlərini ümumiləşdirir. ”Onun 1912-ci ildə Bakıda İsa bəy 



Aşurbəylinin “Kaspi” mətbəəsində  Musa  Əsgərzadənin  redaktorluğu  ilə  çap 

olunmuş  “Ədəbiyyat məcmuəsi”  adlı  370  səhifəlik dərsliyi xüsusi maraq do-

ğurur.  Azərbaycanda dünya ədəbiyyatının  tədqiqi və  tədrisi tarixinin öyrənil-

m

əsi  baxımından  “Ədəbiyyat məcmuəsi” zəngin material verir" (10,  354). 



“Ümumiyy

ətlə,  F.Ağazadə  yaradıcılığında  deyil,  məktəb tariximizdə  irəliyə 

doğru  faydalı  metodik təşəbbüs kimi qiymətləndirilən bu dərslik dövrün 

F.Köç


ərli, A.Şaiq, R.Əfəndiyev və başqa görkəmli maarif adamları tərəfindən 

r

əğbətlə qarşılanmışdır” (12, 128). Bu kitabda F.Ağazadənin ədəbiyyat tədrisi 



haqqında  fikirləri  toplanmışdır.  F.Ağazadə  bu  kitabda  verdiyi  qısa,  lakin  ol-

duqca m


ənalı və məzmunlu şeir, hekayə və s. parçalarla uşaqlara müsbət əxlaqi 

keyfiyy


ətlər aşılamağa çalışır. O, yalnız mətnlərin məzmunlarına deyil, onların 

dilin


ə  də  fikir verirdi. Buna görə  də  o,  “Ədəbiyyt məcmuəsi”nə  yazdığı 

12 



müq

əddiməni aşağıdakı sözlərlə başlayır: ”İnsan övladında incə hissləri oyan-

dırmaq üçün ana dili birinci vasitədir. Lakin türkcə yazanın, hər adını şair qo-

yanın  kəlamından  məcmuə  bağlayıb  ortalığa  atmaqla  mərama çatmaq olmaz. 

Nazik hissl

əri qaba sözlər ilə oyandırmaq mümkün deyil, belə ki, dəqiq və zərif 

k

əlamın nazik və lətif də təsiri vardır (3, 3). F.Ağazadə ana dilini təkcə təlim 



işində  deyil, həm də  uşaqların  tərbiyəsində, incə  hissləri  oyandırmaqda  əsas 

vasit


ə hesab edirdi. Buna isə nə qədər nail ola bilməsi o dövrdəki ziyalıların bu 

kitaba münasib

ətindən aydın olur. Ziyalılar onun bir dərslik kimi yaradılmasını 

alqışlasalar  da,  mətnlərin  dilindəki çətinliyi tənqid  etdilər, daha çox Vaqifin, 

Seyid Əzimin, Zakirin əsərlərindən nümunələrin salınmadığını təəssüf hissi ilə 

qeyd etdil

ər.  

Bu d


ərslik barədə C.Əhmədovun “Ədəbiyyat tədrisi metodikası”, Ə.Ağa-

yevin  “F.Ağazadənin  pedoqoji  görüşləri”ndə  ümumi və  Hüseyn Həşimlinin 

F

ərhad  Ağazadənin  “Ədəbiyyat məcmuəsi”ndə  ədəbi-elmi fikir” monoqra-



fiyasında ətraflı məlumat verildiyindən geniş şərhə ehtiyac duymadıq.  

F.Ağazadənin  “Yeni türk əlifbası”  dərsliyi  Şərqdə  ilk dəfə  olaraq fo-

netik metod 

əsasında tərtib edilmişdir” (5,15). Bu əlifba kitabı 4 dəfə  (1922, 

1923, 1924, 1925) çap olunmuşdur. «Qeyd edək ki, bu zaman ən böyük tirajla 

(50000 


ədəd) Fərhad  Ağazadənin müəlliflərindən  biri  olduğu  «İkinci  il»  və 

«Yeni türk 

əlifbası» kitabları çap olunmuşdu. Fərhad Ağazadə özünün «Azər-

baycanda yeni türk 

əlifba ideyalarının yaranması tarixi və həyata keçirilməsi» 

əsərində «Dərsliyin tərtibi» adlı III hissədə bu kitab haqda, onun üstünlükləri 

v

ə  çatışmazlıqları  haqda  məlumat verir və  kitabı  ilk  təşəbbüs kimi yüksək 



qiym

ətləndirir: «Bu əlifba ərəb əlifbası ilə yazılmış türk kitablarında əsrlərdən 

b

əri özünə möhkəm yuva qurmuş ətalətə ilk və qətiyyətli zərbə vurdu. Burada 



n

əinki təkcə  əlifba sahəsində  həm də  heca, qrammatika sahəsində  çevriliş 

h

əyata keçirildi» (15, 19). Həmin  kitabı  öz  təcrübələrində  ərəb  əlifbasının 



qüsurları ilə üzləşən 3 qocaman müəllim tərtib etmişdir.  «Yeni türk əlifbası» 

adlanan bu d

ərslik  Şərqdə  ilk dəfə  olaraq fonetik metod əsasında  tərtib 

edilmişdir. F.Ağazadə bu dərsliyi əvvəlki dərsliklərlə müqayisə edərkən üstün 

c

əhətlərini  vurğulayır.  Kitab  haqda  Ə.Ağayev  yazır:  «Müəlliflərin  əsas məq-



s

ədi  yeni  savadlananlara  latın  əlifbasını  öyrətməkdən ibarət idi. Bu dərslikdə 

ona gör

ə də latın və ərəb hərfləri paralel verilmişdir, oxu mətnləri isə  yalnız 



latın qrafikası əsasında tərtib edilmiş hərflər ilə çap edilmişdir. Burada didak-

tikanın  məlumdan məchula və  asandan çətinə  qaydası  əsas  götürülmüşdür 

“Yeni türk 

əlifbası” 2 hissədən ibarətdir: əlifba və oxu materialı. I hissədə latın 

h

ərfləri və  ərəb hərfləri paralel, həmçinin  hərflər  əlifba  sırası  ilə  deyil, çox 



işlənən hərflər əvvəl verilmiş, hərflər tələffüz və yazılış cəhətdən asanlıq dərə-

c

əsinə görə düzülmüşdür. Paralellik ərəb hərflərini bilənlər üçün bu üsulla yeni 



əlifbanı öyrənmək nəzərdə tutulmuşdur. Bunun o qədər əhəmiyyətli olmadığını 

gör


ən müəlliflər kitabın  IV nəşrini  yalnız latın əlifbası ilə çap etdirdilər. Bu, 

bizd


ə ona görə mümkün deyil ki, latın və ərəb əlifbası tam fərqli əlifbalardır. 

H

ər hərfin yazı və çap variantları əks olunmuşdur. Verilən nümunələr də yazı 



13 


v

ə çap şəklində verilmişdir. I hissənin sonunda latın hərflərinin əlifba sırası ilə 

düzülüşü, ərəb rəqəmləri – qarşısında ərəb əlifbasında işlənən rəqəmlər və rum 

r

əqəmləri verilmişdir. Qeyd etdiyimiz kimi, Avropada işlənən ərəb rəqəmlərini 



Az

ərbaycanda ilk dəfə Fərhad Ağazadə işlətmişdir 

II hiss

ədə  izahedici oxu nümunələri  –  F.Köçərlinin «Balalara hədiyyə» 



ki

tabında toplanmış şifahi xalq ədəbiyyatı nümunələri verilmişdir. Klassik ədə-

biyyat nümun

ələrindən fərqli olaraq, onlar sadə  və  anlaşıqlı  olmaqla  yanaşı, 

h

əm də  bütün  ərəb və  fars sözləri türkləşdirilmişdir,  ahəng qanununa tabe 



edilmişdir. Hətta ahəng qanununa tabe olmayan bəzi alınma sözlərin şəkilçiləri 

onun son şriftinə uyğunlaşdırılmışdır ki, bu da yeni əlifbanın xidmətidir. Çox 

sür

ətli çap olunması ilə əlaqədar olaraq bəzi çatışmazlıqlar: kiçik şrift, illüstra-



siyaların  keyfiyyətsizliyi gözə  çarpır.  Şəkillərə  gəldikdə  onlar köhnə  əlifba 

kitabından  götürülmüşdür.  IV nəşrdə  bu qüsurlar aradan qalldırılmışdır.  Oxu 

materialları  çox  anlaşıqlı,  sadə, ibrətamiz, tərbiyəvi və  uşaqların  dünyagö-

rüşünü formalaşdıran nümunələrdir. Şifahi xalq ədəbiyyatı nümunələri Abbas 

S

əhhətin, M.Ə.Sabirin, R.Əfəndizadənin şeirləri və s. istifadə edilmişdir. Oxu 



materiallarında uşaqların yaş həddi nəzərə alınmaqla hərtərəfli tərbiyəvi möv-

zular verilmişdir. Məs: «Evdə» hissəsində «Səhər» adlanan mətndə uşağın gün-

d

əlik məşğuliyyətləri verilməklə  yanaşı,  ata-anaya hörmət və  məhəbbət hissi 



aşılanır:  «Sonra  atamın,  anamın  əllərindən öpürəm və  olar ilə  bir surfada 

oturub çay içir

əm» (5, 47). Kitabda hərflərə və mətnlərə aid şəkillər, illüstra-

siyalardan istifad

ə edilmişdir. Sonda isə «Yazı məşğələləri» adı ilə şəkillər üzrə 

suallar verilmişdir. «Bəzi qüsurlara baxmayaraq, «Yeni türk əlifbası» həm for-

ma, h

əm məzmunca əvvəlki əlifba kitablarından üstündür» (13, 20). 



F.Ağazadə,  Y.Əliyev,  N.K.Sanılının  birgə  yazdığı  «Zəhmət məktəbi» 

d

ərsliyi (1926, 1928) (6) I dərəcəli məktəblərin 2-ci sinfi üçün kompleks proq-

ram 


əsasında  tərtib  edilmiş  və  1926-cı  ildə  nəşr  edilmişdir.  182  səhifədən 

ibar


ətdir. 

“Kitab ilb

əil proqramla əlaqədar olaraq dəyişdirilərək 1931-ci ilədək isti-

fad


ə olunmuşdur» (2, 79). Kompleks proqramların əsas mahiyyəti ondan ibarət 

idi  ki,  burada  ayrı-ayrı  fənlər özünə  müstəqil  yer  tutmasın.  Kompleksçilərin 

fikrinc

ə,  ayrı-ayrı  fənlər üzrə  dərsliklər  lazım  deyildi.  Bir  dərslikdə  bütün 



f

ənlərə  aid məlumat verilirdi. Eləcə  də  bu dərslik oxu dərsliyi olsa da, olçü 

vahidl

əri, termometr, saat, təbiət hadisələri, bitki aləmi, fəsillər, heyvanlar və s. 



haqda yet

ərli məlumatlar əks olunmuşdur. Burada hər mövzuda mətnlər, onlara 

aid  şəkillər,  tapşırıq,  yazı  verilmişdir.  Mövzular çox ibrətamiz,  maraqlı, 

m

əlumatvericidir. Müəlliflər şagirdlərin fəallığı, müstəqilliyi, geniş bilik alması 



v

ə  dünyagörüşünün  formalaşmasına  diqqət  etmişlər. Dövrün və  günün ye-

nilikl

əri öz əksini  kitabda  tapa  bilmişdir.  Burada  hər mətndən sonra verilən 



şifahi və  yazıya aid tapşırıqlar çox maraqlıdır. Yazıya aid olan tapşırıqlar dil 

qaydalarının  möhkəmlənməsinə  və  rabitəli  nitqin  inkişafına  xidmət etməklə 

yanaşı, həmçinin şagirdlərin ümumi dünyagörüşünü formalaşdırır. Məsələn: Öz 

qrupunuzda  olan  şagirdlərin  adlarını  əlifba  sırası  ilə  yazın.`Əlifba,  sait  və 

14 



samitl

ər, qalın və incə saitlər, sözlərin hecalara düzgün ayrılması, xüsusi isim-

l

ərin  yazılışı,  fellərin  başlanğıc  forması  olan  məsdər,  şəkilçilərin sözün son 



hecasına uyğun olaraq qəbul edilməsi, ahəng qanunu kimi dil qaydalarına aid 

çalışmalar verilir, eləcə də hər mətnin mövzusuna uyğun sualları yazılı şəkildə 

cavablandırmaq və şəkillər çəkmək tələb olunur ki, bu da şagirdlərin hərtərəfli 

inkişafını təmin edir. Lakin bu dərsliyin müsbət və lazımlı cəhətləri ilə yanaşı, 

çatışmayan cəhətləri də var idi. «Kompleks proqramda didaktikanın yaxından 

uzağa  qaydası  təhrif edilirdi. Belə  ki, kitablarda ancaq zaman və  məkan eti-

baril

ə  yaxınlıq və uzaqlıq nəzərdə tutulurdu. Ona görə də  «Zəhmət məktəbi» 



kitabı  didaktik  qaydaları  gözləyə  bilməmişdir»  (2,  80).  Buna  görə  də  onun 

ömrü çox uzun olmadı. Bu yanaşma o dövr üçün məqbul idi. Kitabın müasir 

dövrümüzd

əki  kurikulum  proqramı  əsasında  hazırlanan  dərsliklərlə  oxşar 

c

əhətlərini qeyd etməklə onlara örnək saymaq olar. 



«Savada doğru» (1927, 1928) dərsliyi (7) 165 səhifədən ibarətdir. «Sa-

vadsızlıqla  mübarizə” cəmiyyətinin nəşriyyatı  tərəfindən 1927-cı  ildə  nəşr 

edilmiş  və  M.Mircəfərzadə, C.Möhsünzadə,  Y.Əlizadə  və  Fərhad  Ağazadə 

t

ərəfindən yazılmışdır. Bu kitab «İşçinin II kitabı» (1923, əski əlifba ilə) kimi 



böyükl

ər üçün nəzərdə tutulmuşdur. Dərslik «Yeni türk əlifbası» kimi əlifba və 

oxu materiallarından ibarətdir. Oxu materialları böyüklərin siyasi savadlanması 

v

ə ölkəmiz haqda məlumatlar əldə etmək məqsədi daşıyır. Burada da əlifbanın 



düzülüşü, ərəb və rum rəqəmləri verilir. Dərslikdə hərflər əlifba sırası ilə deyil, 

işlənmə tezliyinə görə, çox işlənən hərflər əvvəl, az işlənən hərflər sonra, həm 

d

ə  hərflərin və  hərflərə  aid nümunələrin  yazı  və  çap  variantı  verilmişdir. 



Burada Az

ərbaycanda xalça toxuculuğu, ipək toxuculuğu, balıqçılıq, mis mə-

d

əni, duz sənayesi, neft və  neft  quyusunun  qazılması,  meşə  təsərrüfatı,  qo-



yunçuluq, ç

əltik əkini, çay, kartof bitkiləri, şəkər, arıçılıq, Azərbaycanın coğ-

rafiyası,  təsərrüfatı,  çayları  və  həmin dövrü əks etdirən hadisələr haqda mə-

lumat  verilir.  «Savada  doğru»  kitabını  bir  dərslik olmaqdan əlavə,  ən gözəl 

m

əlumat kitabı adlandırmaq olar. 



F.Ağazadənin sırf dilçiliklə bağlı, Azərbaycan dilinin qrammatikasına aid 

qiym


ətli dərsliyi B.Çobanzadə ilə birlikdə yazdığı “Türk qrameri”dir (1929). 

H

əmin ilə  qədər Azərbaycan dilçiliyinə  aid  bir  çoxlarının:  M.Kazımbəyin 



«Грамматика  турецко-татарского  языка»  (1839),  Ə.Axundzadənin “Müx-

t

əsər sərf” (1891), N.Nərimanovun “Türk-Azərbaycan dilinin müxtəsər sərf-



n

əhvi” (1899), Q.Rəşad  və  M.Axundzadənin ”Rəhbəri-sərf”  (1910),  Əhməd 

Rasimin ”Müxt

əsər sərf-nəhv” (1919), Məhəmmədtağı  Sidqinin  “Sərf və 

n

əhv”, İsmayil Hikmət, Abdulla Şaiq, Seyid Mirqasımzadə, Cavad Axundzadə, 



Cabbar Əfəndizadənin “Türkcə sərf-nəhv” (1924) əsərləri olsa da, bunu o vaxta 

q

ədər Azərbaycan dilinə aid Azərbaycan dilində yazılmış ən mükəmməl dərslik 



hesab etm

ək  olar.  “Türk  qrameri”  müasir  baxımdan  mükəmməl Azərbaycan 

dili d

ərsliyi tələblərinə cavab verə bilməsə də, o dövr üçün səviyyəli dərslik idi 



v

ə 1930-cu illərdə tərtib edilmiş orta məktəb dərsliklərinə müsbət mənada təsir 

göst

ərmişdir. Kitabın «İmla» və «Durğu işarələri» bəhslərini Fərhad Ağazadə, 



15 


qalanlarını  B.Çobanzadə  yazmışdır.  Kitabın  müqəddiməsində  B.Çobanzadə 

yazır:  «İmla»,  «Durğu  işarələri» kibi dil tədrisinə  böyük  əməli və  nəzəri 

əhəmiyyəti olan bəhslər də olduqca müfəssəl surətdə təsrih olunmuşdur» (8, 5). 

«İmla» bəhsi barədə Ə.Ağayev yazır: «F.Ağazadə dilimizin ilk orfoqrafiyasını 

«meydana g

ətirmək» məqsədilə yazdığı «İmla» əsərində əsl məqsədə keçməz-

d

ən əvvəl öhdəsinə  götürdüyü işin məsuliyyətindən danışır və stabil orfoqra-



fiya yaratmağın dilimizin tədrisi üçün faydalı olduğunu qeyd edir. Daha sonra 

əllif «hərgah bu məsələdə az-çox müvəffəqiyyət qazanmış olsaq, şübhəsiz 



ki, bununla imla m

əsələsinin ilk həllini qoymuş olacağıq», - deyərək gördüyü 

işin müvəffəqiyyətinə inamla yanaşır” (2,88). Deməli, Fərhad Ağazadənin özü-

nün etiraf etdiyi kimi, orfoqrafiyanın, yəni imla qaydalarının təməl daşını qo-

yanlardan biri m

əhz F.Ağazadədir. İ.Hacıyeva F.Ağazadənin imla sahəsindəki 

xidm

ətlərini yüksək qiymətləndirir: «Ümumiyyətlə, F.Ağazadənin imlamız ilə 



bağlı dedikləri fikirlər öz dövrü üçün təqdirəlayiqdir, bəzi fikirlər isə sonralar 

öz  doğruluğunu  isbata  yetirdi»  (11,150).  Ümumi  halda  götürüldükdə, hətta I 

imla  konfransı  da  vahid  və  dəqiq  orfoqrafiya  qaydaları  hazırlaya  bilmədi. 

Lakin  F.Ağazadənin orfoqrafiya sahəsindəki xidmətləri imla prinsiplərinin 

əyyənləşməsində ilk təşəbbüs kimi qiymətlidir.  



“İmla” müqəddimə və 3 hissədən ibarətdir, 19 səhifəlik yazıdır. Burada 

göst


ərilir ki,  “Dil çox  sürətlə  yeniləşir,  amma  imlanı  o  sürətlə  yeniləşdirmək 

mümkün olmur. Ancaq heç olmasa, h

ər  yarım  əsrdə  bir dəfə  imla  qanunları 

n

əzərdən keçirilməli və canlı ədəbi tələffüzə görə də islah edilməlidir” (8, 183). 



F.Ağazadə müqəddimədə imla üçün əsas olan ədəbi dilin yaranması və bunun 

n

ədən ibarət  olması  haqda  fikir  söyləyir.  Burada  o,  “İmla  üçün  lisani-əsas” 



əsərindən də istifadə etmişdir. Onun fikrincə, ədəbi dil canlı şivələrdən birinin 

ya bir neç

əsinin əsasında yaradılır və qəbul olunmuş şivənin də tələffüzü yazı 

üçün 


əsas olur. Burada F.Ağazadə Türkoloji Qurultayın tövsiyələrindən yarar-

lanmışdır.  

F.Ağazadə «Türk kəlmələrinin imlası» adlanan I hissədə türk sözlərinin 

orfoqrafiyasını  8  bənddə  müəyyənləşdirir.  Bu  hissə  türk sözlərinin xüsusiy-

y

ətlərini təkcə orfoqrafiya baxımından deyil, həm də əsl türk sözlərini alınma 



sözl

ərdən ayırmaq baxımından bu gün də aktuallığını saxlayır. 

F.Ağazadə  II hissədə  “Ərəb kəlmələrinin  imlası»nda  alınma  sözlərə  bu 

mövqed


ən  yanaşaraq:  «Türkcədə  işlənilən və  mənimsənilməmiş  ərəb sözləri 

türkc


ənin tələffüz qanunlarına tabe olmalıdır, necə ki, başqa dillərdə belə olur» 

-  dey


ərək 6 bənddə  yazı  qaydaları  müəyyənləşdirir.  Hissənin sonunda bu 

n

əticəyə gəlir: «Ancaq dünyada elə bir dil yoxdur ki, onun içərisinə soxulmuş 



əcnəbi kəlmələri – o dilə tabe olmayıb, başlı-başına və öz qanunları ilə yaşasın. 

Ərəb kəlmələrinin bu imtiyazlığı gərək ləğv edilsin ki, türk dili qramerinin bir 

çox üstünlükl

əri və o cümlədən də imla məsələsi aydınlaşdırıla bilsin» (8,195). 

«Əcnəbi kəlmələrin imlası» adlanan III hissədə Avropa sözlərinin yazılışından 

15 b


ənddə bəhs edilir. 

Bel


əliklə, «İmla» bəhsində orfoqrafiyamızın əsasını qoymuş qaydalardan 

16 



b

əhs edilir ki, «sonralar orfoqrafiyamızda əsasən özünün doğruluğunu sübut et-

mişdir» (2, 90). Bu sahədə  özündən  sonra  yazılan  əsərlərdə  «İmla»nın  təsiri 

özünü göst

ərir. 

Müasir dövrümüzd



ə yüksək dərəcədə inkişaf etmiş bu və ya digər ədəbi 

dilin  yazı  mədəniyyətində  orfoqrfiya  qaydaları  nə  dərəcədə  vacib və  hətta 

r

əsmi  mövqe  tutursa,  durğu  işarələri  qaydalarına  da  bir  o  qədər mühüm 



əhəmiyyət verilir. Azərbaycan ədəbi dilinin yazısı öz inkişafında bu mərhələni 

XX 


əsrin 20-ci illərindən başlayaraq keçmışdir. Azərbaycan dilçiliyində durğu 

işarələri  haqqında  ilk  məlumat  F.Ağazadəyə  məxsusdur. «Türk qrameri»ndə 

F

ərhad  Ağazadənin  yazdığı  bəhslərindən biri də  «Durğu  işarələri»dir. Azər-



baycan dilçiliyind

ə  çox məsələlərin ilk təşəbbüskarı  olan  F.Ağazadə  orfoqra-

fiya qaydaları və durğu işarələri haqda da ilk dəfə müfəssəl məlumat vermişdir. 

F.Ağazadə  göstərir  ki,  durğu  işarələrini  işlətmək üçün qrammatikada 

xüsusi qanun 

olmalıdır. Burada F.Ağazadə dilimizdə işlənən durğu işarələrinin 

meydana g

əlməsi tarixi, işlənmə məqamı haqda məlumat verir. Həmin işarələr 

bunlardır: nöqtə (.), vergül (,), sual işarəsi (?), nida işarəsi (!) çox nöqtə (…), 

q

əsidə (-), mötərizələr (), və dırnaq («») işarəsi. O, durğu işarələrinin tərifini 



bel

ə  verir: «Kəlmələrin və  cümlələrin  aralarındakı  durğunluq, məzmunlarına 

gör

ə  gah uzadılır,  gah da qısaldılır. Bu durğunlukları  yazıda  göstərmək üçün 



xüsusi durğu işarələri işlədilir». (8,154). 

Durğu  işarələrinin tarixinə  dair məlumatlar  çox  maraqlıdır.  «Durğu 

işarələrinin  işlədilməsində  müəyyən  qanunlar  olmalıdır»,  -  deyən  F.Ağazadə 

fikrini bel

ə  davam etdirir: «Ancaq bu qanunlar Avropa dillərində  çoxdan 

q

ərarlaşmışsa da, türk dilində, xüsusən Azərbaycan ləhcəsində hələ layiqincə 



m

ənimsənilməmişdir.  İndiki  halda  durğu  işarələri  işlənməyə  başlanmışsa  da, 

türk qramerl

ərində bu xüsusda müfəssəl məlumat hələ verilməmişdir» (8,157). 

Daha sonra o, 44 b

ənddən ibarət qaydalar irəli sürür. Vergülün işlənmə yükünü 

19 b

ənddə müəyyən edir. F.Ağazadə göstərdiyi hər bənddə durğu işarələrinin 



işlənməsinə  aid  çox  misallar  işlədir və  bunların  çox  hissəsi A.Səhhət və 

M.Ə.Sabirdən gətirdiyi misallardır.  Bütün  bunları  nəzərdən keçirdikdə  aydın 

olur  ki,  F.Ağazadənin tərtib  etdiyi  durğu  işarələrinin  işlənmə  qaydası  ilə  on-

ların  indiki  işlənmə  məqamları  arasında  elə  bir ciddi  fərq  yoxdur.  Yalnız 

F.Ağazadə “da” iştirak bağlayıcısından əvvəl vergül işlədir. İndi ondan sonra 

vergül qoyulur. Bir d

ə «və» bağlayıcısından sonra da F.Ağazadə vergülün iş-

l

əndiyini göstərir.  



Bel

əliklə, Fərhad  Ağazadə  30 illik müəllimlik fəaliyyəti dövründə  gör-

k

əmli pedaqoq və 8 dərslik müəllifi olan metodist kimi məşhurlaşmışdır. Onun 



metodikaya aid elmi 

əsəri  olmasa  da,  F.Ağazadə  bir  sıra  məqalələrində  qiy-

m

ətli metodik mülahizələr irəli  sürmüşdür.  Fərhad  Ağazadə  uşaq  bağçasının 



böyük qruplarında məktəbdə təhsil almağa hazırlıq prosesinin nəzəri əsasını və 

metodikasını  işləmiş,  uşaq  bağçalarında  yeni  əlifba ilə  savad öyrədilməsinin 

əsasını qoymuşdu.  

 

 

17 



ƏDƏBİYYAT 

1.

 



Abdulla Şaiq. Xatirələrim, Bakı, 1961, 364 s. 

2.

 



Ağayev Ə. Fərhad Ağazadənin pedaqoji görüşləri. Bakı: Maarif, 1987, 122 s. 

3.

 



Ağazadə F. Ədəbiyyat məcmuəsi. Bakı: Kaspi, 1912, 188 s. 

4.

 



Ağazadə F., Mahmudbəyov M., Əbdürrəhmanzadə S., Axundzadə S., Əfəndizadə A. İkinci 

il. Bakı: 1908, 1912, 1925. 

5.

 

Ağazadə F., Axundzadə S., Məhərrəmzadə M.C. Yeni Türk əlifbası, Bakı: Qızıl Şərq, 1924, 79 s. 



6.

 

Ağazadə F., Əliyev Y., Sanılı H. Zəhmət məktəbi. Bakı: 1926, 1928, 182 s. 



7.

 

Ağazadə  F.,  Mircəfərzadə  M.,  Əlizadə  Y.,  Möhsünzadə  M.C.  Savada  doğru.  Bakı:  1927, 



1928, 165 s. 

8.

 



Ağazadə F., Çobanzadə B. Türk qrameri. Bakı: 1928, 201 s. 

9.

 



Hacıbəyov Ü. İkinci il // Tərəqqi qəz., 1908, № 32. 

10.


 

Həşimli H. Fərhad Ağazadənin “Ədəbiyyat məcmuəsi”ndə ədəbi-elmi fikir. Bakı: Elm və 

təhsil, 2012, 220 s. 

11.


 

Hacıyeva İ. Dil quruculuğunun nəzəri problemləri. Bakı: İqtisad Universiteti, 2005, 400 s. 

12.

 

Əhmədov C. Ədəbiyyat tədrisi metodikası. Bakı: BDU, 1991, 457 s. 



13.

 

Ö.F. Yazımız, dilimiz, İkinci ilimiz // Tərəqqi qəz., 1909, №41, 42, 47, 49, 52, 53, 55.  



14.

 

İsaxanlı  İ.  Azərbaycanda  latın  əlifbasına  keçid.  Tarixə  qısa  baxış  və  Fərhad  Ağazadə  // 



“X

əzər xəbər” jurnalı, noyabr, dekabr 2005, № 197 (8-13); 198 (8-13); 199 (12-17) 

15. 

Агазаде Ф. История возникновения и проникновения в жизнь идеи нового тюркского 



алфавита в АССР. Баку: 1926. 

  



УЧЕБНИКИ ФАРХАДА АГАЗАДЕ 

 

Е.В.ГАХРАМАНЛЫ  



 

РЕЗЮМЕ 

 

В  этой  статье  дается  сведения  о  новых  алфавитных  проектах  разработанные  до 

Фархада Агазаде - активного общественного деятеля, видного языковеда, опытного пе-

дагога, передового методиста, публициста и неустанного борца за новый алфавит с ла-

тынской графикой. В этой статье также были просмотрены учебники Фархад Агазаде и 

были обобщены его взгляды на процесс обучения Азербайджанского языка.  



 

Ключевые слова: Фархада Агазаде, методист, учебник, обучения Азербайджан-

ского языка, алфавит 

  

FARHAD AGAZADEH’STEXTBOOKS 

 

Y.V.GAHRAMANLY 

 

SUMMARY 

 

This article deals with the investigation of the  prominent linguist,  Farhad Agazadeh’s 

heritage. Farhad Agazadeh was not only an active public figure, a passionate teacher, an expe-

rienced methodist, but also an irrepressible campaigner of a new alphabet with the Latin script. 

In this article, Farhad Agazadeh’sall textbooks have been looked through and his viewpoints in 

the process of teaching the Azerbaijani language have been generalized.  



 

Key words: Farhad Agazadeh, methodist, textbook, teaching the Azerbaijani language, 

alphabet  



18 

Yüklə 264,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə