№4 Humanitar elmlər seriyası



Yüklə 221,42 Kb.
Pdf görüntüsü
tarix19.07.2018
ölçüsü221,42 Kb.
#57023


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

 



 

 

ƏDƏBİYYATŞÜNASLIQ

 

 

 



UOT 82(091) 

47.09 Ədəbiyyat tarixi 

 

«HƏR SÖZÜM BİR PƏHLƏVANDIR…» 

(İ.Nəsiminin həyat və yaradıcılığı fonunda) 

 

MOBİL ASLANLI HUNTÜRK 

Bakı Dövlət Universiteti 

hunturk50@gmail.com 

 

Məqalə  böyük  Azərbaycan  şairi  və  mütəfəkkiri  İmadəddin  Nəsiminin  yaradıcılığında 



insanın iradi-fiziki təkmilləşməsi probleminin öyrənilməsinə həsr olunmuşdur. 

Müəllif  əsərdə  şairin  tərənnüm  etdiyi  obrazları  nəzərdən  keçirərkən,  onların  dərin 

əqidə, məslək, mətin iradə, fiziki, əqli və digər şəxsi xüsusiyyəitləri barədə lazımi bilgilər verir. 

 

Açar sözlər: fiziki mədəniyyət, fiziki tərbiyə, səyahət, oyunlar, iradi-əxlaqi keyfiyyətlər 

 

Dahi Azərbaycan şairi İmadəddin Nəsimi xalqımızın orta əsrlərdə dünya 



ədəbiyyatına bəxş etdiyi ən nadir simalardan biridir. Azman şair, böyük mü-

təfəkkir, hürufiliyin  əsasını  qoymuş,  “Cavidnamə”,  “Məhəbbətnamə”,  “Nov-

namə”  kimi  mənəvi  sərvətlərlə  ədəbiyyat  tariximizi  zənginləşdirən  Fəzullah 

Nəiminin ideyalarının alovlu və ardıcıl təlbilağıtçısı olmuş Nəsimi, doğma di-

lində  şeirin  ilk  nümunələrini  yaradan,  öz  mütərəqqi  fikirlərini  yüksək  bədii 

dillə ifadə etməyi bacaran qüdrətli bir sənətkar kimi tanınır. Hürufiliyin banisi 

məslək, amal və əqidəsinə pərəstiş etdiyi ustadı Nəiminin görüşlərini mənimsə-

yərək həmişə təriqətin fikirlərini təbliğ və təşviq edən şeirlər yazmağa başlamış 

və bu vaxtdan etibarən  Nəiminin təxəllüsü ilə həmahəng səsləşən Nəsimi lə-

qəbini özünə seçmişdir. Hürufilik fikirlərini yaydığı üçün “kafir”, “dinsiz” elan 

edilərək həbs olunub dəfələrlə zindanlara salınan Nəsimi, çox mürəkkəb, ağır 

və  ziddiyyətli  bir  həyat  yaşamışdır.  Nəsimi  dövründə  hürufilik  bir  məslək, 

əqidə, dünyagörüşü kimi yayılmışdı. İnsana yeni münasibət, yeni insan anlayışı 

onun  əsasında  dururdu.  Öz  kökü ilə xalqa bağlı  olan bu təriqət xalqın ruhunu, 

ictimai-

siyasi görüşlərini, həyat münasibətini əks etdirirdi (5, 312). 

Qeyd etmək lazımdır ki, insan amili, onun həyat tərzi və fəaliyyəti, hə-

 




min in

sanın  bilavasitə  fiziki  inkişafı  və  sağlamlığı  üzərində  qərarlaşır.  Fiziki 

hazırlıq, fiziki-cismani yetkinlik və sağlamlıq problemi üzrə düşüncələr Nəsimi 

diqqətindən yan keçməmişdir. Beləliklə, şair göstərirdi ki, vətənin, torpağın bü-

tövlüyünü qoru

maq, habelə istismarın, haqsızlıq və rəzalətin axırına son qoy-

maq üçün həmin yurdun övladları hökmən cəsur, güclü və dəyanətli olmalıdır. 

Onun  fikrincə,  əllərində  hərbi  silahlar  tutan,  vuruş  meydanlarında  dov  gətirə 

biləcək  şəxslərin  fiziki  cəhətdən  kamil  olmaları  önəmli  bir  vəzifə  kimi  daim 

diqqət mərkəzində olmalıdır.  

Beləliklə, bədən tərbiyəsi hərəkətləri, fiziki tərbiyə məşğələlərinə bağlılıq 

bu işdə önəmli yer tutur. Nəsimiyə görə, ox-yay süzdürən, qılınc toqquşduran, 

kaman dartan, at çapan, nizə tutan, şeşpər hərlədən, gürz fırladan və s. kimi fi-

zi

ki təmrinlərlə məşğul olan xalqın övladlarının yurdu, torpağı heç zaman ba-



sılıb işğala məruz qala bilməz. Şair haqlı olaraq göstərirdi ki, “gümrah ərlərin 

qılıncı sayəsində ölkə qərar tutsun” hər cür rəzalət və zülmə son qoyulsun. 

Şair  fiziki  tərbiyədən,  fiziki  inkişafdan,  fiziki  qüdrət  və  cismani  əzə-

mətdən həm də yaşadığı dövrdə istibdada, soyğunçuluğa, qarətə, haqsızlığa son 

qoymaq va

sitəsi kimi istifadə edilməsini mühüm amil hesab edir, habelə uşaq 

və gənclərin həyatını fiziki mümarislərə, hərbi bacarıq və vərdişlərə sıxı bağ-

lılığı zəruri hal hesab edirdi. Nəsimi fiziki inkişafın, fiziki möhkəmliyin, mərd, 

igid, cəsur qəhrəmanlıqların formalaşmasına zəmin  yaradan başlıca amil  oldu-

ğunu oxucusuna çatdırır:  

Ər bilir meydan qədrin kim, qədərlər ağrımaz! (4, 618). 

 

-



deyərək, fiziki sağlamlığı mübarizə və hünər üçün əsas keyfiyyət hesab edirdi. 

Nəsimi  bu  sahədə  də  öz  sələflərindən  və  müasirlərindən,  orta  əsrlərin 

pedaqoji fikir tarixinə, fiziki tərbiyəyə dair parlaq səhifələr yazmaqla, pedaqoji 

fikir tariximizi çox-

çox qabağa aparmışdır.  

Şairin əsərlərində bir sıra idman növləri ilə yanaşı, yüksək fiziki keyfiy-

yətlər tələb edən milli xalq oyunlarımız arasında qədim tarixə malik və həmin 

dövrdə çox yayılmış atüstü oyunlarımızdan olan çovkan oyununun adı çəkilir. 

Mükəmməl  fiziki  hazırlığa  malik,  çevik,  dəyanətli  və  cəsur  ərənlərin  hərəki 

bilik, bacarıq və vərdişlərin fiziki təkmilləşməsi baxımından, Nəsiminin həmin 

mövzuya tez-

tez  müraciət  etməsi  fiziki  mədəniyyət  tariximiz  üçün  maraqlı 

hadisələrdəndir: 

Başını top eyləgil, gir vəhdətin meydanına, 

Ey könül, müştaq isən gər zülfünün çovkanına… 

Ənbərin zülfü anın kim ki, dolaşdı boynuna  

Başı top olsun anın gər özgə çovkan istəyə… (4, 19; 49). 

 

Müsadilə təşnəsi ilə qovrulan şair demək istəyir ki, kamil insan məslək 



və  əqidəsi  yolunda  meydana  qorxmadan  şəstlə  girən  şəxslərdir.  Nəsimi  hay-

qıraraq “Başımı top edib yenə meydana girmişəm” deməklə, müasirlərinə özü-

nün qorx

mazlığı, mərdanəliyi ilə örnək olduğunu anladır. Cəsarət rəmzi, dəya-

 




nət simvolu olan məğrur şair, ər kişilərin, sevən aşiq və fədailərin yerinin cəng-

savaş meydanları olduğunu bildirirdi.  

Çovkan  oyununa  dərin  maraq  fiziki-cismani  cəhətdən  mərd,  dəyanətli, 

mətin  və  mübariz  oyunçular  yetişdirmək  zərurətindən  irəli  gəlirdi.  Bu  oyun 

eyni zaman

da  güclü  hərbi  xarakter  daşıyırdı.  Belə  ki,  istilaçı  qoşunların  bas-

qınlarına məruz qalmamaq, qanlı cəng savaşları və toqquşmalarda döyüş mə-

harəti  göstərməkdə  çovkandan  əxz  olunan  fiziki,  hərbi  bacarıq  və  vərdişlər 

zəfər üçün müstəsna əhəmiyyət kəsb edirdi. 

Mənbələrin  məlumatına  görə,  Nəsimi  dövründə  Azərbaycan  şəraitinə 

uyğun  mərd  və  mübariz  döyüşçülərin  xüsusi  fiziki  və  hərbi  hazırlıq  məqsədi 

üçün cirid, qəpəq və sair kimi atüstü idman oyunları arasında fiziki təmrinlərin 

müxtəlif  elementlərini  özündə  birləşdirən  çovkan  oyununa  daha  geniş  yer 

ayrılırdı.  Odur  ki,  şair  təşbih,  bənzətmə  (oxşatma),  təzad,  mübaliğə,  istiarə, 

kinayə, məcaz, cinas, təhlil, təkrir və s. kimi bədii ifadə vasitələrindən yüksək 

bədii  sənətkralıqla  istifadə  etməklə  müxtəlif  tipli  şeirlərində  çovkan  oyununa 

istinadən rəngarəng poeziya nümunələri yaratmışdır: 

Gördü topu qəbqəbi-simin, çovkan zülfünü, 

Tifli-

ruhim neyləsin, ol turü-çovkan arzular … 



Zülfünə başın top edibən qoydu Nəsimi,  

Zülfun sözünü düny

ada çovkan dəxi bilməz (4, 200; 323; 471; 517). 

 

Şairin  zehni,  cismani  və  mənəvi  sağlamlığı  onun  həyatda  fiziki  tərbiyə 



məşğələlərinə,  bədən  tərbiyəsi  hərəkətlərinə  ciddi  meyl  və  istəyinə  münasi-

bətdə ifadə olunur. Bu inkaredilməz həqiqətdir ki, mənalı həyatında uzunmüd-

dətli  səyahət və gəzintilərə geniş yer ayıran sevimli şairimizin fiziki hünərini 

müasir dövrdə idmanın turizm və alpinizm növlərində yüksək rekord nəticələr 

gös

tərmiş hər hansı bir atletin fiziki ustalığı, pəhləvanlıq məharəti ilə müqayisə 



etmək olar. 

Qeyd  etməliyik  ki,  şairin  fiziki  tərbiyə  məşğələlərinə  ciddi  aludəliyi, 

yüksək fiziki hazırlığı ona əsl turist tək gəzinti, ekskursiya şəklində çox uzaq 

məsafələrə səyahətləri qət etməsinə imkan vermişdir. İran,  İraq, Türkiyə, Su-

riya,  Səudiyyə  Ərəbistanı,  Misir,  Mərakeş,  İordaniya,  Yaxın  və  Orta  Şərqin 

çox-


çox  məmləkətlərini  gəzib  dolaşan  şair,  həmçinin  Qafqazın  da  gözəl 

diyarlarına baş çəkmişdir.  

Professor Nurəddin Kərəmov şairin irimiqyaslı səyahətlərini təhlil edərək 

onun bəzi şeirlərində sətiraltı mənada daha çox ölkələrdə olduğu fikrini açıq-

layır “Nəsimi bəzi şeirlərində “Yeddi iqlim”in adını çəkir. O, gəzdiyi yerlərin 

adını  göstərsə  də,  konkret  olaraq  hansı  iqlimdə  olduğunu  qeyd  etmir.  Şairin 

olduğu  ölkələri  nəzərə  alsaq  onun  ancaq  üçüncü,  dördüncü  və  beşinci  iqlim 

zonalarının  bir  hissəsində  yerləşən  diyarları  gəzdiyini  göstərmək  olar.  Ömrü-

nün  qırx  ilini  Asiya,  Afrika  ölkələrini  gəzib-öyrənməyə  sərf  etmiş  Azərbay-

canın  məşhur  səyyah  –  çoğrafiyaşünası  H.Z.Şirvani  üçüncü  iqlim  zonası 

haqqında yazır ki, bu iqlim Şərqdə Çin və Hind-Çindən başlayıb. Hindistanın 

 




ortasından,  Türkiyənin  cənubundan,  Kabil,  Mərkan,  Sistan,  Fars,  Korman, 

Xuzistan vilayətlərindən, həmçinin Diyarbəkirin cənubundan və İraqdan keçib 

Suriyaya daxil olur. Sonra Misi

rdən  və  Afrikanın  şimalından  keçib  okeanla 

birləşir… Z.Şirvaniyə görə, dördüncü iqlim şərqdə Çindən, Tibet dağlarından, 

Kəşmir,  Bədəxşan  və  Əfqanıstanın  bəzi  şəhərlərindən,  Türküstandan, Turan-

dan, Xorasandan, Kirmandan

,  İraqi-Əcəmdən,  Darülmərəzdən  (Rəşt),  Azər-

baycandan 

(İran Azərbaycanı), Ermənistandan, Türkiyədən, Aralıq dənizindən, 

Kipr  adasından,  Tripolidən,  Əlcəzairin  qərbindən  keçərək  okeanda  qurtarır… 

Be

şinci  iqlim  isə  Qafqazı  tam  əhatə  edir  (Azərbaycan  tamamilə  bu  iqlim 



daxilində qalır), qərbdə və şərqdə onunla bir paraleldə yerləşən ölkələri əhatə 

edir (2, 60-61).  

Mətin  iradə,  dönməz  əqidə,  məslək  və  amal  sahibi  Nəsiminin  mənsub 

olduğu  hürufi  təriqəti  zülm,  əsarət  və  xurafatla  barışmayanların  təriqəti  idi. 

Məhz  belə  mənəvi  qəhrəmanlığına  görə,  alovlu  şair  mənalı  ömrünün  sonuna 

kimi  hürufi  olaraq  qaldı.  Sarsılmaz  hünəri  ilə  bütün  yaxın  Şərq  folklorunda, 

ədəbiyyatında cəsarət, qorxmazlıq və fədakarlıq rəmzinə çevrilən Nəsimi həm 

öz  təbiətinə  sadiq  qalaraq,  həm  də  mənsub  olduğu  təriqətin  tələbinə  uyğun 

hərəkət  edərək  şeirlərində  mərdliyi,  kişiliyi  təbliğ  edir,  mütiliyi,  acizliyi, 

cılızlığı  isə  mənfur  əlamətlər  kimi  lənətləyirdi.  Böyük  sənətkarımız  Eynəl-

qüzzat Miyanəçi, Şihabəddin Sührəverdi, Şəms Təbrizi, Şah Qasim Ənvar kimi 

sələflərinin, habelə müəllimi Fəzullah Nəiminin əsərlərində də ən çox bu cə-

hətləri  axtarmış,  habelə  onların  ideya  məzmunundan  və  poetik  xüsusiy-

yətlərindən bəhrələnmişdi.  

Bu bir həqiqətdir ki, Nəsimi də Həllac Mənsur kimi islam dininin bir sıra 

eybəcər prinsiplərinə çox tənqidi yanaşmış, müxtəlif dini etiqadlara inanan in-

sanlar arasında ayrı-seçkilik salmağın qəti əleyhinə çıxmış, müsəlman olmayan 

xalqlara da dərin rəğbət bəsləmiş və dini qanunların – formalizminə, əsarətinə 

qarşı etiraz səsi ucaltmışdır. Dönməz məslək, amal mücəssəməsi, qorxmaz qəlb 

sahibi, 


yaddaşlarda  qərarlaşan  Nəsimi,  islam  dininin  və  feodal  zülmünün 

hökmranlığı şəraitində öz tərəqqipərvər görüşlərini, panteist ideyalarını misilsiz 

bir cəsarətlə, son nəfəsinə qədər müdafiə etmiş, hətta ən böyük işgəncə, əzab-

dan, hətta dar ağacından asıldığı zamanda belə, öz etiqadından dönməmişdir. 

Akademik M.Quluzadə onun ideya davamçılarından biri olan Nəsimi məğrur-

luğu barədə yazırdı: “… Həllac Mənsur bütün Yaxın Şərq ədəbiyyatında əsrlər 

boyu  mərdlik,  rəşadət,  qorxmazlıq  və  fədakarlıq  timsalı  kimi  məşhur  olmuş, 

şairlərin  və  aşıqların  dərin  məhəbbətini  qazanmışdır.  Nəsimi  də  gənc  yaşla-

rından  bu  panteist  şairi  ürəkdən  sevmiş,  onu  əfsanəvi  bir  qəhrəman,  həqiqət 

aşiqi,  mərd  və  cəsur  bir  insan  kimi  öz  şeirlərində  böyük  ehtiramla  tərənnüm 

etmişdir. Həllac Mənsurun panteist görüşləri, onun etiqad sərbəstliyi tərənnüm 

edən şeirləri Nəsiminin ruhuna, zövqünə çox uyğun gəlmişdi” (3, 8).  

Söz  və  qılınc  bahadırı  Şah  İsmayıl  Xətai  Nəsimi  yenilməzliyi,  Nəsimi 

şücaəti, onun qeyrət və məsləki qarşısında baş əyir, səcdə qılırdı. Şah İsmayıl 

bu  inadkar,  qətiyyətli  böyük  mütəfəkkirin  şeir  kahkaşanında  at  oynatması, 

 




parlaq təfəkkürü, iti hafizəsi, güclü fəhm və fərasəti, hazırcavablığına heyrəti 

gizlədə bilmir. Mənsub olduğu millətinin Nəsimi tək türk oğlu olduğundan fə-

xarət duyur, qürur hissi keçirir və özünə mürşid saydığı azadlıq carçısının, se-

vimli ustadının qəhrəman ruhuna, sarsılmaz iradəsinə dərin sayqı və ehtiramı 

sezilir: 

Şah Xətai didarə bax, 

Mənsur ipin boynuma tax. 

Nəsimi oldu haqla-haq,  

O üzülən dərisidir (1, 116). 

 

Nəsiminin  adı  Yaxın  Şərq  folklorunda,  ədəbiyyat  tarixində  qorxmazlıq, 



fədakarlıq,  cəsarət  və  sədaqət  rəmzinə  çevrilmişdir.  Təzkirə  müəllifləri  şairi 

zəl, zərif, şirin, olduqca dərin zəka və dərrakə sahibi olan, incə sözləri an-



layan bir insan kimi tərifləmiş, şeirlərindən məhəbbətlə söz açmışdır. XIV əsr 

türk təzkirəçisi Lətifi isə, Nəsiminin “eşq meydanının sərbazi-bibimi (qorxusuz 

əsgəri) və məhəbbət Kəbəsinin fədayiyi-əzimi” (böyük fədaisi) adlandırmışdır. 

Şair  Şərqin  görkəmli  sufi  mütəfəkkirlərindən  Həllac  Mənsura  daha  çox 

üstünlük verir, onu zəmanəsinin ən cəsur, müdrik, fədakar və  vətənpərvər bir 

ali


mi adlandırır. Əqidəsi, amal və məsləki yolunda sabitliyinə görə ona dərin 

rəğbət və inam göstərir, “ənəlhəqq” ideyasına tərəfdar çıxır, cəhalətə, nadanlığa 

qar

şı  mübarizəsini  ürəkdən  alqışlayır.  Həllac  Mənsurun  ideya  mübarizəsini 



ürəkdən  bəyənən  Nəsimi  o,  mücadilə  aşiqinin  davamçılarından  olduğundan 

nəinki şərəf və qürur duyur, həm də bununla öyünür:  

Daim ənəlhəqq söylərəm, həmqən çü Mənsur olmuşam,  

Kimdir məni bərdar edən, bu şəhrə məşhur olmuşam (1, 432). 

 

Böyük şairin müqtədir araşdırıcılarından olan akademik Həmid Araslı da 



ba

hadır ürəkli, pəhləvan şücaətli, cahangir xislətli türkün bu cavanşir övladının 

mi

silsiz  cürət  və  fitirətini  paralel  şəkildə  götürərək  onu  zəka  və  ərdəmliliyin 



yenilməz cahangiri kimi təqdir edir. Tədqiqatçı-alim bütün əsrlər boyu türkün 

“cəsarət simvolu” olan cahanşümul oğulları arasında bənzəri olmayan Nəsimi 

t

əxəyyülünün, Nəsimi qəhrəmanlığının ilahi vergisi kontekstində real gerçəkli-



yini təqdim edir: “Beş əsrdən artıqdır ki… Nəsiminin şərəfli adı Yaxın Şərqdə 

mərdlik,  fədakarlıq  və  iradə  rəmzi  kimi  hörmətlə  çəkilir…  məsləki  uğrunda 

dara  çəkilib  dərisi  soyulan,  son  nəfəsində  belə  sözündən  dönməyən  bu  mərd 

insanın faciəli ölümü şairlərin şeirlərində, aşıqların sazında tərənnüm edilir… 

Zindanda qaldığı müddətdə Nəsimi qazi və ruhaniləri, müftiləri ifşa edən kəskin 

şeirlər yazır, ölümdən qorxmadığını, məsləki uğrunda hər cür əziyyətə dözməyə 

hazır olduğunu ifadə edən hərarətli əsərlər yaradır” (4, 5-6). 

Nəsimi yaradıcılığını tərcümə edərkən poeziyadakı dərin hikmət və fəzi-

lətlə  yanaşı,  şairimizdəki  nəhayətsiz  cəsarət  və  dözümə,  qətiyyət  və  inadkar-

lığa,  iradi  mətinliyə  və  yenilməz  məğrurluğa  heyrətdən  riqqətə  gələn  məşhur 

rus şairi Lev Ozerovun təəssüratları da öz qəribəliyi ilə eyni ilə qəribə doğurur: 

 




« - 

mən Nəsimini dünya lirikasının Koperniki adlandırmaq istərdim… Böyük 

astronomun  günəş  haqqında  dediklərini  yüz  il  əvvəl  Nəsimi  insan  haqqında 

söyl


əmişdir. Şairin əsərlərini tərcümə etməyə başlarkən onu yaxından görməli 

oldum və saçdığı ziyadan qamaşan gözlərimi əlimlə örtməli oldum» (7, 60). 

Bu bir danılmaz həqiqətdir ki, Nəsimi hakim təbəqənin zülm və özbaşı-

nalığına,  ədalətsizliyinə  qarşı  cəsarətlə  mübarizəyə  qalxır,  bivec  adamların 

mənsəb başına keçdiyi, hünər sahiblərinin isə ehtiyac və səfalət pəncəsində ça-

palaması, elmə, təhsilə, istedada məhəl qoyulmayan feodal dünyasının haqsız-

lığına əzmlə sinə gərərək üsyan edir, tüğyan qoparır.  

Şairin dözülməz müsibətlərlə, ağır məşəqqətlərlə dolu kəşməkeşli həyatı 

onun ölümünə fitva verilərkən belə vüqarını əyməmiş, hətta zindana salınarkən 

şəstlə addımlamış, qürurunu, qəddini əyməmiş, onun mərdanə davranışı, mən-

tiqi  mühakimələri,  sərrast  cavabları  neçə  əsrdir  ki,  nağıl  və  rəvayətlər,  zərb-

məsələ və aforizmlərə çevrilmişdir. 

Şair  yaradıcılığında  idmanın  stolüstü  növlərindən  olan  şahmat  oyununa 

da tez-


tez müraciət edir. O, “Müstəzad”larının birində bu oyunun əsas məğzini, 

onun  məntiqi  nəticəsi  kimi  şahın  mat  olmasını  fəlsəfi  anlamda  bədii  ifadə 

vasitəsi kimi oxucusuna belə çatdırır:  

Cahan hüsnün qatında oldu şahmat, 

Gəl, ey Mənsur, beyi-çərxi cahansan!… 

Kim büsati-

eşq içində oynadı şətrənci-zat,  

Otuz iki istiva

dır məni içrə kainat. 

Rast oyna sən dəxi həm evlərini yaxşı gör, 

Ta müdami olmayasan eşq evində şahə mat (4, 502).   

 

Böyük  Azərbaycan  şairi  və  mütəfəkkiri  İmadəddin  Nəsiminin  yaşadığı 



dövrdə şahmat və nərd oyunları ilə məşğul olanlar gözdən salınırdı. Hətta bu 

oyunlara maraq göstərən Teymurləng kimi türkün fövqəlbəşər cahangir oğlu da 

şahmatla  məşğul  olmaqdan  qəti  imtina  etdi.  Buna  baxmyaraq,  Nəsimi  sadiq 

olduğu hürufilik ideyalarını gizli yaymaq yolunda çəkdiyi əzab-əziyyətli gün-

lərdə də yeri düşdükdə bu oyunlarla məşğul olurdu.  

Şairin  hürufiliyi  təbliğ  etdiyi  şeirlərində  nərd  oyununun  da  adı  tez-tez 

xatırlanır və bu oyun haqqında maraqlı bilgilər verilir. Nəsimiyə görə, insanın 

üzü din


darların on səkkiz min aləmdən ibarət hesab etdiyi kainatın güzgüsüdür 

və bu hikməti ancaq hürufilər dərk edə bilər. Şair bu fikrini üç zərlə oynanılan 

seta nərdi ilə əlaqədar belə izah edir: 

On səkkiz min aləmin sirrini bilən 

Kə’bəteyni atcaq se-şeş gəlir.  

Yaxud: 


Oynaram rəqqas olub çəngü dəfü tənbur ilən

Çünki məndə şeş cəhət var, dönməzəm çarparədən. 

Çün Nəsimi on səkkiz min aləmin məqsududur, 

Kim bu dövrü bilmədi sür ta çıxa dəvvarədən (4, 341-351). 

 




Beləliklə, istər  yaradıcılığında, istərsə də şəxsi həyatında fiziki inkişafı, 

fiziki təkmilləşməni, insanın şəxsiyyət kimi təşəkkülündə müstəsna əhəmiyyət 

kəsb etdiyini önə çəkən cəsarət və mərdlik mücəssəməsi olan Nəsiminin çox-

şaxəli  ədəbi  irsində  fiziki  kamillik  problemi  olduqca  mühüm  yer  tutur.  Sənət-

karlığı ilə şəxsiyyəti tam vəhdətdə olan, poeziyamızın qeyrət simvolu, əqidə və 

məslək rəmzi kimi qərarlaşmış şairin hünərə, dönməzliyə, əzmkarlığa səsləyən 

qəhrəmanlıq ruhunda yazıb-yaratdığı şeirlərin təbliğ və təşviqi bu günümüz üçün 

daha önəmlidir.  



 

ƏDƏBİYYAT 

1.

 



Xətai divanı (Türkiyə çapı). Ankara, 1918, 168 s. 

2.

 



Kərəmov H.K. Odlar yurdunun səyyah və coğrafiyaşünasları. Bakı: Azərnəşr, 1984, 264 s. 

3.

 



Quluzadə M.Y. Böyük ideallar şairi. Bakı: Gənclik, 1973, 138 s. 

4.

 



Nəsimi İ. Seçilmiş əsərləri. Bakı: Azərşnəşr, 1973, 676 s.   

5.

 



Seyid İmaməddin Nəsimi. Divan. Bakı: 1926, 214 s. 

6.

 



Səfərli Ə.Q., Yusifli X.H. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: Ozan, 1988, 632 s.   

7.

 



Orucəli H.Y. Həyati axtarışlar, bədii tapıntılar (Nəsiminin axtarışları). Bakı: Yazıçı, 1970, 191 s. 

 

ПРОБЛЕМЫ ФИЗИЧЕСКО-ВОЛЕВОГО СОВЕРШЕНСТВА 



В ЖИЗНИ И ТВОРЧЕСТВЕ И.НАСИМИ 

 

МОБИЛЬ ГУНТЮРК АСЛАНЛЫ 

 

РЕЗЮМЕ 

 

В  статье  на  первый  план  выдвигаются  в  основном  проблемы  физическо-воле-

вого совершенства человека в творчестве великого азербайджанского поэта и мыслителя 

Имадеддина Насими.  

Автор  статьи  рассматривает  галерею  образов,  воспетых  поэтом  и  наделенных 

твердым убеждением, силой воли, стойкостью, физическим и духовным совершенством, 

а  также  делится  размышлениями  по  поводу  некоторых  игр,  требующих  проявления 

интеллекта.  



 

Ключевые слова: убеждение, воля, физическая зрелость, И.Насими, жизнь и творчество. 

 

PROBLEMS OF PHYSICAL AND STRONG-WILLED PERFECTION IN  

I.NASIMI’S LIFE AND CREATIVITY 

 

MOBIL HUNTURK ASLANLI 

 

SUMMARY  

 

The  article  brings up  the foreground problems of physical and strong-willed 

perfection in the life and creativity of the great Azerbaijani poet and thinker Imadaddin Nasimi.  

The author of  the article considers a gallery of the poetic images sung by the poet and 

allocated with firm belief, willpower, firmness, physical and spiritual perfection, and also 

shares speculations about some games demanding display of  intellectual abilities. 

 

Keywords: belief, will, physical perfection, I.Nasimi, life and creativity. 

 



Yüklə 221,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə