№4 Humanitar elmlər seriyası



Yüklə 231,54 Kb.
Pdf görüntüsü
tarix03.08.2018
ölçüsü231,54 Kb.
#60691


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4    

 

Humanitar elmlər seriyası   

 

2014 

 

          



 

 

  

 



 

 

UOT 94(479.24) 

 

MƏHƏMMƏD TAHİR VƏHİD VƏ  

ONUN "ABBASNAMƏ" ƏSƏRİ HAQQINDA 

 

S.A.

ƏZİMOVA  

Bakı Dövlət Universiteti 

Solmazadilqızı@mail.ru 

 

Məqalə Şah II Abbasın saray tarixçisi Məhəmməd Tahir Vəhidin “Abbasnamə” əsə-



rinin  təhlilinə  həsr  olunmuşdur.  M.T.Vəhidin  1665-1666-cı  illərdə  qələmə  aldığı  bu  əsərdə 

Azərbaycan  Səfəvi  hökmdarı  Şah  II  Abbasın  hakimiyyəti  dövründə  baş  vermiş  hadisələr  öz 

əksini tapmışdır. Digər mənbələrdə rast gəlinməyən və çox zəngin məlumatlarla dolu olan bu 

kitab II Şah Abbasın dövrünün öyrənilməsi üçün ən qiymətli mənbə hesab olunur.  

 

Açar sözlər: Səfəvilər, Osmanlı imperiyası, Şah II Abbas 

 

Azərbaycan Səfəvi imperiyasının qüdrətli dövlət başçısı I Şah Abbasın 



(1587-

1629) vəfatından sonra I Şah Səfinin (1629-1642) dövründə imperiyada 

daxili çəkişmələr baş qaldırmış, ölkə bir neçə cəbhədən xarici hücum təhlükəsi 

qarşısında qalmışdı. Bu zaman dövlətə itaət etməyən ərəb şeyxlərinin qiyamları 

getdikcə  artmış  və  onlar  mərkəzin  əmrlərinə,  göstərişlərinə  heç  cür  əməl  et-

mirdilər.  I  Şah  Səfinin  hakimiyyətinin  ilk  illərində  Kartli  və  Kaxet  hakimi 

Təhmuraz  xan  Allahverdi  xanın  oğlu  İmamqulu  xanın  qardaşı  Davud  xanla 

ittifaqa girib üsyan bayrağı qaldırmış və birlikdə özbaşınalıq edirdilər. Osmanlı 

padşahı  Sultan  Murad  (1623-1640)  ölkədəki  bu  dəhşətli  vəziyyətdən  xəbər 

tutaraq Səfəvi məmləkətinin bir qisim əyalətlərini ələ keçirməyə qərara almış-

dı. Bu məqsədlə o, Səfəvi dövlətinin sərhədinə qoşun göndərib, sərhəd şəhər-

lərini  təhdid  etməyə  başlamışdı.  Osmanlı  dövlətinin  qoşunu  Sultan  Muradın 

(1623-

1640)  özünün  başcılığı  altında  Ərəb  İraqına  hücüm  etməyi  qərara  al-



mışdı.  Onlar  bu  dəyərli  və  müqəddəs  ölkəni  Səfəvilərdən  qoparıb  almaq  fik-

rində  idilər.  Osmanlı  ordusu  1638-ci  ildə  Bağdadı  ələ  keçirdi  və  iki  dövlət 

arasında 1639-cu ildə imzalanan sülh müqaviləsinə əsasən, Ərəb İraqı Osmanlı 

dövlətinin tərkibinə daxil oldu [1, 25, 26, 32-34] .  

Belə  bir  tarixi  durumda  Şah  Səfi  1642-ci  ildə  Kaşanda  vəfat  etdi. 

Qızılbaş əmirləri onun 10 yaşlı oğlu Sultan Məhəmmədi II Şah Abbas (1642-

 

67 



1666) adı ilə taxta oturtdular. Beləliklə, Şah Abbas saninin (ikinci – Ə.S.) ha-

kimiyyətə keçməsi və onun bilik və bacarığı nəticəsində Səfəvi məmləkətinin 

düşdüyü çətin vəziyyət tədricən aradan qaldırıldı [2, 12-15]. Halbuki, bu zaman 

bütün Qızılbaşlar bədbin idilər. Ona görə ki, ölkə, demək olar ki, hər tərəfdən 

təhlükə qarşısında olub: onun bir çox əyalətlərini qonşu dövlətlər ələ keçirmiş-

dilər və bir çox əyalətlərinə də sahib olmaq fikrində idilər. Rusiya çarı müxtəlif 

bəhanələr  ilə  Xəzərin  qərb  və  cənub  sahillərini  fəth  etmək  istəyirdi.  Sultan 

Muradın  qardaşı  Sultan  İbrahim  (1640-1648)  hələ  də  dövlətin  bir  çox  qərb 

şəhərlərini ələ keçirmək fikrindən daşınmamışdı. O bu məqsədlə hər gün ərəb 

əmirlərindən birini Səfəvi dövlətinin daxili işlərinə qarışmağa vadar edirdi.  

Böyü

k  Moğol  padşahları  isə  təkcə  Qəndəhara  deyil,  indiki  bütün 



Əfqanıstana  sahib  olmağa    çalışırdılar.  Özbək  sultanları  mövcud  vəziyyətdən 

istifadə edib Xorasanı çapıb talayırdılar.  

Gənc Səfəvi Şahı  II Abbas sülalə və Qızılbaş əmirlərinə arxalanıb ilk 

növbədə  rəiyyətin  illərlə  yığılıb  qalmış  vergi  borclarını  onlara  bağışlayaraq 

bütün  xalqın  etimadını  qazandı.  O,  xarici  işğalların,  daxildəki  qiyamların, 

hakimiyyətə qarşı çıxanların qarşısını uğurla alıb, qiyamçıları müxtəlif cəzaya 

məhkum edərək dövləti həm içəridən, həm də dışarıdan möhkəmləndirə bildi.  

II Şah Abbasın hakimiyyəti dövründə Səfəvi dövlətinin sərhədi şimali-

qərbdən  Qafqazın  axırıncı  nöqtəsinə,  qərb  tərəfdən  İraqın  sərhədinə,  cənub 

tərəfdən Hindistan ərazisinə və şərqdən isə Ceyhan çayının sahilinə qədər uza-

nır və göstərilən sərhədlər daxilində ərazisi təxminən 2,8 mln. km

2

-



dən ibarət 

idi. Fransa səyyahı Səfəvi dövlətinin bu geniş ərazisinin aşağıdakı 18 əyalətə  

bölündüyünü göstərmişdi: 

1

)  Ermənistan,  (Çuxur-Səəd);  2)  Diyarbəkir;  3)  Kürdüstan;  4)  İraqi-



Ərəb;  5)  İraqi-Əcəm;  6)  Şirvan;  7)  Azərbaycan;  8)  Gilan  və  Mazandaran;  9) 

Astrabad; 10) Tatar-

Özbək məmləkəti; 11) Xorasan; 12) Zabilistan; 13) Sistan; 

14) Sind sahili; 15) Mokran; 16) Kerman; 17) Fars; 18) Xuzistan [3, 358-360]. 

 

Səfəvi  dövləti  ilə  həmsərhəd  olan  bir  çox  qonşu  dövlətlər  də  daxili 



siyasi  məsələlərin  həlli  ilə  bağlı  bəzən  İsfahan  sarayına  üz  tuturdular.  Qonşu 

dövlət başçıları istər daxili və istərsə də xarici məsələlərdə çətinliklə qarşılaş-

dıqda  bu çətinlikləri aradan qaldırmaq üçün Səfəvi şahına müraciət edir, ondan 

məsləhət,  hərbi  yardım  alırdılar.  Buxara  əmiri  İmamqulu  xan  (1611-1642) 

Səfəvi  sarayına  gəlmiş  və  Şah  Abbas  ona  qiymətli  hədiyyələr  bəxş  etmişdi. 

Onun qardaşı və canişini Nadir Məhəmməd xan (1642-1645) özbək qiyamçıları 

və Hindistan ordusu ilə qarşılaşdıqda çətinliklərə düçar olmuş və o da II Şah 

Abbasa pənah  gətirmişdi.  II Şah  Abbasın köməyi ilə o,  yenidən Türküstanda 

taxt-

taca sahib olmuşdu. O, özbəklərlə münasibəti gərginləşdikdə yenə Səfəvi 



sarayına  üz  tutmuş,  ancaq  Səbzvarda  vəfat  etmişdi.  Səfəvi  Şahı  Nadir  Mə-

həmməd xanın cənazəsini dəfn üçün ehtiramla Mədinə şəhərinə yola salmışdı. 

Böyük Moğol padşahları, daha doğrusu Qurəngzeyblə (1658-1707) di-

gər canişinlər arasında daim çəkişmələr baş verirdi ki, bu zaman onların hamısı 

kömək  üçün  ayrı-ayrılıqda  qüdrətli  Səfəvi    hökmdarlarına  müraciət  edirdilər. 

 

68 




Şah Səfi onları açıq qəlblə qəbul etmiş, onlar bundan istifadə edərək məqsəd-

lərini həyata keçirmişdilər. Lakin qürdrətli Şah Abbas sani Hindistan ordusu-

nun onun qoşunundan çox olmasına baxmayaraq bilik və bacarığı, sərkərdəlik 

qabiliyyəti sayəsində Qəndəharı fəth edərək onları geri oturda bilmişdi [2, 14].  

Səfəvi hökmdarı Şah Abbas sanidən çoxlu tarixi memarlıq abidələri də 

yadigar qalmışdır. İsfahanda dünya şöhrətli, uca və möhkəm Ala Qapı imarəti, 

Səadətabad  adlı  bağ  və  imarət,  İsfahandakı  Çehelsütun  imarəti,  Zayəndərud 

bəndi, şəbəkəli Tovuzxana imarəti, Xəlvətxana adlı imarətin hamısı ondan ya-

di

gar qalan tarixi abidələrdir. O, eyni zamanda Zayəndərud çayı üzərində körpü 



tikdirmiş, İsfahanın tarixi cümə məscidini təmir etdirmişdi. İraqda da bir neçə 

imamzadə  kompleksini  yüksək  səviyyədə  təmir  etdirmişdi  ki,  onlar  da  Sə-

fəvilər dövrünün yadigarları olan gözəl sənət əsərləridir [2, 14, 15].  

II  Şah  Abbas  qərara  almışdı  ki,  insanların  əmin-amanlığını  təmin  et-

mək,  məzlumları  zülm  və  zorakılıqdan  qorumaq,  haqqa-ədalətə  riayət  olun-

ması,  insanların  şikayətlərinə  baxılması  üçün  hər  həftənin  üç  günü  insanlar 

sərbəst şəkildə onun hüzuruna gəlsinlər və öz şikayətlərini, istəklərini şəxsən 

onun özünə çatdırsınlar. 

Kiçik yaşında hakimiyyətə gəlmiş Sultan Məhəmməd Mirzənin (II Şah 

Abbas)  təvəllüdü,  gəncliyi,  hakimiyyəti  illərində  Səfəvi  dövlətinin  sosial-

iqtisadi və siyasi tarixi haqqında dövrün məşhur tarixçisi Məhəmməd Tahir Və-

hidin  "Abbasnamə"  adlı  əsəri  istisna  olmaqla,  digər  mənbələrdə  ətraflı  mə-

lumata təsadüf edilmir. 

“Abbasnamə”nin  dünyanın  bir  çox  kitab  fondlarında-Birton (Ethe), 

Mədrəs,  Peterburq,  Bankipur,  London  (İkon  kollecinin  kitabxanası),  Tehran, 

Oksford (Bond

lian  kitabxanası),  Dəkkə,  Aliqarh  və  s.  əlyazma  nüsxələri 

saxlanılır. 

Səfəvi tarixinə aid olub, 1653-1654-cü ildən gec olmayaraq yazılmağa 

başlanmış “Riyad ət-təvarix” adlı əsər üç babdan ibarət olub, üçüncü  bab  II 

Şah  Abbasın  dövrünün  1663-1664-cü  ilə  qədərki  tarixinə  həsr  olunmuşdur. 

Ancaq  əsərin  Peterburqda  Mikluxo-Maklay  tərəfindən  siyahıya  alınmış  XVII 

əsrin  sonu-XVIII  əsrin  əvvəlinə  aid  yeganə  əlyazma  nüsxəsinin  (Mikluxo-

Maklay III, № 349) mətninin girişində əsərin adı buraxılmışdır [4, 889]. Lakin 

S

prenger  sonuncu  babın  Məhəmməd  Tahir  Vəhidə  aid  olan  bu  əlyazma 



nüsxəsini “Riyad əd-təvarix” başlığı ilə qeyd etmişdir [5, 251]. Əsərin XVIII 

əsrdə üzü köçürülmüş naqis Bankipur VI, 523 şifrəli nüsxəsi II Şah Abbasın 

dövrünün tarixi hadisələrindən ibarət olub, onun bir yerində əsərin adı “Riyazül 

Əkbər” və digər  yerində isə "Riyad  ət-təvarix-i Tahir-i Vəhid" kimi  göstəril-

mişdir.  “Riyad  ət-təvarix”in  Peterburq  əlyazma  nüsxəsi  ön  söz  və  üç  babdan 

ibarətdir.  Birinci  babda  Səfəvilərin  hakimiyyətə  gəlməsinə  qədərki  tarixinin 

icmalı  verilmişdir.  İkinci  bab  I  Şah  İsmayılın  şahlıq  taxtına  oturmasından,  II 

Şah  Abbasın  hakimiyyətə  gəlməsinə  qədər  Səfəvi  tarixini  əhatə  edir  və  altı 

fəslə  bölünür.  Birinci  fəsildə  I  İsmayıl,  ikinci  fəsildə  I  Təhmasib,  üçüncü 

fəsildə  II  İsmayıl,  dördüncü  fəsildə  Sultan  Məhəmməd  Xudabəndə,  beşinci 

 

69 



fəsildə  I  Abbas,  altıncı fəsildə  I Səfi və dövrün  adlı-sanlı adamlarından  bəhs 

edilir.  Üçüncü  bab  isə  1663-1664-cü  ilə  qədər  II  Şah  Abbasın  dövrünə  həsr 

edilmişdir [4, 889, 890]. 

Əsərin digər əlyazma nüsxələri “Riyad əd-təvarix”dəki üçünçü babdan 

ibarətdir  və  çox  ehtimal  ki,  Məhəmməd  Tahir  tərəfindən  yazılmış  “Abbas-

namə”  sonradan  “Riyad  ət-təvarix”ə  üçüncü  bab  kimi  əlavə  edilmişdir.  Mə-

həmməd  Tahir  Vəhidin  II  Şah  Abbasa  həsr  etdiyi  əsərin  XVII-XIX  əsrlərdə 

tərtib  edilmiş  əlyazma  nüsxələri  daha  çox  “Abbasnamə”,  “Tarix-i Tahir-i 

Vəhidi”, “Tarix-i Şah-i Abbas-i sani” adları ilə siyahıya alınmış, onların əksə-

riyyəti naqis nüsxələr olmuşdur və II Şah Abbasın hakimiyyətinin 1656-cı ilinə 

qədərki dövrünü əhatə edir. Bu əlyazma nüsxələrinin yalnız iki redaksiyasında 

II Şah Abbasın  hakimiyyətinin 1663-1664-cü illərinə qədərki dövr əhatə edilir 

[4, 890]. 

“Abbasnamə” ilk dəfə Davudi kitabxanasının müdiri Seyid Məhəmməd 

Davudinin  səyi  ilə  İbrahim  Dehqani  tərəfindən  təshih  və  tərtib  edilərək  nəfis 

şəkildə  Əraк  şəhristanda  çap  edilmişdir  [6].  Əsər  Şah  Abbas  saninin  25  illik 

hakimiyyətinin  22  ili  ərzində  baş  vermiş  olay  və  hadisələri  əhatə  edir.  Əsəri 

“Xolde-


bərin” adlı məşhur tarixi salnamənin müəllifi Məhəmməd Yusif Qəzvi-

ninin qardaşı, zamanın şair və tarixçisi Mirzə Məhəmməd Tahir Vəhid qələmə 

almışdır.  Əsər  Şah  Abbas  saninin  hakimiyyətinin  ilk  ilindən,  yəni  h.  1052-ci 

ildə (1642) onun hakimiyyətə gəlməsindən başlayaraq h. 1074-cü (1663-64) ilə 

qədərki  dövrün  tarixi  hadisələrindən  bəhs  edir.  “Abbasnamə”  də  şahın  haki-

miy


yətinin  sonrakı  üç-dörd  ili  haqqında  məlumat  verilmir.  Tarixçinin  hansı 

səbəbə  görə  Şah  Abbas  saninin  hakimiyyətinin  son  dörd  ilinin    tarixi  hadi-

sələrini qələmə almaması təəssüf doğurur və bu məsələ tədqiqatçılar üçün bu 

gün də qeyri-müəyyən qalır. “Abbasnamə” tədqiqatçıların bir çoxunun fikrincə, 

bu  əsər  Səfəvilərin  son  dövrünə,  xüsusilə  də  Şah  Abbas  saninin  hakimiyyəti 

illərinə  aid  mötəbər,  mükəmməl  və  tarixi  hadisələrin  doğru  əks  olunduğu 

qaynaqdır.  

Müəllif kitabda bəhs etdiyi hadisələrin çoxunun iştirakçısı olmuş, bəzi 

hallarda  isə  müəyyən  işlərə  nəzarət  və  bəzən  də  şahidlik  etmişdir.  Elə  buna 

görə də o tarixi hadisələri əsərində müfəssəl və ətraflı yazmışdır.  

“Abbasnamə” də Şah Abbas saninin misilsiz və əzəmətli bir hökmdar 

kimi təqdim edilir və həm də qətiyyətli siyasətçi, ədalətli, tərəqqinin tərəfdarı, 

islahatçı kimi zamanın hökmdarlarının fəxri olduğu göstərilir. 

Kitabda,  qeyd  edilən  məsələlərdən  əlavə  ordu  və  dövlətdə  mənsəb 

sahibl

ərinin vəzifəyə təyin edilmələri, vəzifə səlahiyyətlərinin müxtəlif səbəb-



lərlə  başa  çatması,  bir  çox  əmir  və  vəzifəli  şəxslərin  müxtəsər  bioqrafiyası 

verilmişdir.  

Əsərdə  Səfəvi  dövlətinin  qonşu  dövlətlərlə  siyasi  münasibətlərinə  də 

geniş yer verilmişdir. Eyni zamanda Türküstan və Hindistanın daxili vəziyyəti, 

Gürcüstan əmirləri arasındakı ixtilaflar haqqında da geniş məlumatlara təsadüf 

edilir.  

 

70 



“Abbasnamə”  Şah  Abbasın  (1642-1666)  25  illik  hakimiyyətinin  22 

ilinin  tarixindən  ibarətdir  və  müəllif  əsərini  təxminən  1665-1666-cı  illərdə 

bitirmişdir.  Ancaq  hansı  səbəbə  görə  şahın  hakimiyyətinin  sonuncu  üç-dörd 

ilini  yazmaması,  bu  gün  də  müəyyən  edilməmişdir.  Bu  kitab  həmin  dövrdə 

yazılmış  ən  qiymətli  kitab  olub,  Şah  Abbas  sani  zamanının  ən  dəyərli  mən-

bəsidir.  Müəllif  yazdığı  hadisələri  nəinki  müşahidə  etmiş,  bəlkə  də  bu  ha-

disələrin  çoxunun  iştirakçısı  olmuşdur.  Elə  buna  görə  də  o,  tarixi  hadisələri 

əsaslandırılmış və müfəssəl şəkildə qələmə almışdır. “Abbasnamə”də Şah Ab-

bası  sani  sarayının  əzəməti  və  saray  məmurlarının  siyasətçiliyi,  şahın  və  on-

ların şan-şöhrəti öz əksini tapmışdır. Bu əsərdə Səfəvi dövlətinin siyasi tarixi 

ilə yanaşı, qonşu xalqların, o cümlədən Türküstanın vəziyyəti, Hindistanda baş 

vermiş  hadisələr,  Gürcüstan  əmirləri  arasındakı  ixtifaflar  geniş  səpkidə  veril-

mişdir.  Bu  səbəbdən  əsər  təkcə  Səfəvi  tarixi  üçün  deyil,  Türküstan  və 

Hindistan tarixinin də öyrənilməsinə aid qiymətli mənbədir. 

“Abbasnamə”də  tarixi hadisələr təhrif edilmədən, olduğu kimi verilir. 

Əsərin  ətraflı  şəkildə  təhlilindən  məlum  olur  ki,  o  müqayisə  edilməyən 

qaynaqdır. 

İbrahim Dehqani tərəfindən tərtib olunub, nəşr edilmiş “Abbasnamə” h. 

1052-1073-

cü  illərdə  baş  vermiş  tarixi  hadisələri  əhatə  edir  və  əsərin  tam 

nüsxəsidir.  Mənbənin  naqis  nüsxələri  də  vardır  ki,  İbrahim  Dehqani  həmin 

nüsxələrdən  də  faydalanmışdır.  Naqis  nüsxələrin  bir  çoxu  İbrahim  Dehqanin 

yazdığına  görə,  II  Şah  Abbasın  hakimiyətinin  ilk  15  ilindəki,  yəni  h.  1052-

1066-


cı  illərin  (1642-1656)  tarixi  hadisələri  əks  etdirir.  İbrahim  Dehqaninin 

nəşrə  hazırladığı  nüsxə  özünün  yazdığı  kimi,  tam  və  mükəmməl  olub,  gözəl 

xətlə  yazılmış, həm də şahın göstərişləri də qeyd edilmişdir. Belə ki, müəllif 

kitabı tamamladıqdan sonra onun qaralama nüsxəsini şaha təqdim etmişdir. Şah 

kitabı  nəzərdən  keçirdikdən  sonra  müəllif  onun  göstərişlərini  nəzərə  alaraq 

kitabın əlyazma nüsxəsinin üzünü köçürüb, onun əsas variantını hazırlamışdır. 

Artıq bu zaman Şah dünyasını dəyişmişdi. Ancaq müəllif kitabın ilk səhifəsinə 

şahın əvvəl qeyd edilən göstərişləri əsasında onun Novvab Sahibğran (xoşbəxt, 

bəxtiyar),  Xəllədəllah  (Allah  onun  hakimiyyətini  əbədiləşdirsin)  kimi  epitet-

lərini  (titul)  və  Xoldaşyan  (mərhum)  kəlməsini  də  qeyd  etməklə,  artıq  onun 

vəfat  etdiyini  bildirir.  Mənbənin  qeyd  edilən  nüsxəsi  göstərildiyi  kimi,  həm 

gözəl xətlə, həm də səhfsiz yazılmışdır. Qeyd edilənlərdən görünür ki, kitabın 

üzünü köçürən onun qaralama nüsxəsindəki səhvlərdən xəbərdar olmuş və elə 

bu  səbəbdən  də  əsas  nüsxəni  yazarkən  düzəlişlər  etmiş  və  səhvə  yol  ver-

məmişdir. Bu düzəlişlərlə kitabın üzünü müəllif özü köçürmüş və onun tam və 

mükəmməl nüsxəsini hazırlamışdır. 

Ağay-i  İbrahim  Dehqani  “Abbasnamə”nin  mükəmməl  nüsxəsini  h. 

1329-


cu ildə Ərakda nəşr etdirmişdir. Onun özünün yazdığı kimi, nəşrə hazır-

ladığı  əlyazma  üzərində  düzəlişlər  etmiş,  qeyd  və  şərhlər  də  yazmışdır.  Iran 

alimlərindən  Səttar  Əvdi  İbrahim  Dehqanin  çapı  əsasında  əsəri  ixtisarla 

 

71 




“Sərqozaşt-i Şah Abbas devvom” adı ilə h. 1384-cü ildə Tehranda çap  etdir-

mişdir [7].  

“Abbasnamə”  hələ  XIX  əsrdə  dünya  tarixşünaslığında  ciddi  marağa 

səbəb  olmuş  və  əsərin  qısa  çıxarışları  B.Dorn  tərəfindən  dərc  olunmuşdur. 

Əsərin B.Dorn tərəfindən siyahıya alınmış 303 (Рукопись ИВ АН, D-89) əl-

yazma  nüsxəsinin  218b-220a,  229b,  236a  səhifələri  A.A.  Romaskeviç  tərə-

findən qısa çıxarışla rus dilinə tərcümə edilmiş və dərc olunmuşdur [9]. 

Mənbənin  tədqiqatçılarından  Rusiya-sovet  alimlərindən  N.D.Mikluxo-

Maklayın  Leninqradda elmi sessiyada əsərin Rusiyadakı əlyazma nüsxələrinə 

aid çıxışının tezisi 1966-cı ildə dərc olunmuşdur [10]. Məşhur tarixçi İ.P.Pet-

ruşevski  “Tarix-i  Şah-i Abbas-i san-i”in  B.Dorn  əlyazma  nüsxəsindən  (Рук. 

ЛГПБ, каталог Дорна, №303 (2)) geniş şəkildə istifadə etmiş, əsərin müəlli-

finin  qısa  tərcümeyi-halı,  əlyazmanın  işlək  adlarını  əsərində  göstərmişdir. 

İ.P.Petruşevski  Məhəmməd  Tahir  Vəhidin  əsəri  haqqında prof. A.A.Romas-

keviçin  “üslubca  gözəl,  ancaq  məzmunca  zəif”  olması  haqqındakı  rəyini  çox 

sərt hesab edir və onunla razılaşmır [11, 37-38]. Tarixçinin bu fikri çox düzgün 

olub,  onun  da  qeyd  etdiyi  kimi,  “Abbasnamə”də  müharibələr  tarixi  üstünlük 

təşkil  etsə  də,  əsərdə  dövlət  quruluşu,  maliyyə  müəssisələri,  Zaqafqaziya 

haqqında unikal materiallar da az deyildir. 

Azərbaycan tarixçilərindən M.X.Heydərov, S.M.Onullahi, T.M.Musəvi, 

Ə.Ə.Rəhmani,  Ş.F.Fərzəliyev  və  b.  Səfəvi  dövlətinin  tarixinə  həsr  etdikləri 

əsərlərində  "Abbasnamə"yə  də  müraciət  etmişlər.  Z.Bayramlı  bir  çox  əsərlə-

rində  Məhəmməd  Tahir  Vəhidin  "Abbasnamə"sindən  istifadə  etmiş  və  Səttar 

Əvdinin nəşr etdirdiyi "Abbasnamə" üzrə bir neçə məqalə dərc etdirmiş, 2011-

ci  ildə  işıq  üzü  görmüş  "II  Şah  Abbasın  hakimiyyəti  illərində  Azərbaycan 

Səfəvi dövlətinin daxili və xarici siyasəti" adlı kiçik həcmli monoqrafiyanın da 

qələmə almışdır.  

Kitabın  müəllifi  Məhəmməd  Tahir  Vəhid  Qəzvinli  h.  1015-ci (1607) 

ildə  Qəzvində  anadan  olmuş  və  dövrünün  məşhur  tarixçisi,  “Xolde  bərin”in 

müəllifi Məhəmməd Yusif Qəzəvinin qardaşıdır. O, Şah Sultan Hüseynin döv-

ründə  h.  1110-cu  (1699)  ildə  vəfat  etmişdir.  Məhəmməd  Tahir,  Səfəvilər 

dövrünün böyük tarixçisi olub, Şah Abbas saninin hakimiyyətinin əvvəllərində 

məclisnəvis vəzifəsində işləmiş, Sarı Tağı ayamalı baş vəzir Mirzə Tağı ilə sıx 

əlaqəsi olduğuna görə onun zəmanəti ilə qeyd edilən vəzifəyə təyin edilmişdir. 

1645-

ci  ildə  Mirzə  Tağı  öldürülmüş  və  baş  vəzir  vəzifəsi  Xəlifə  sultana 



tapşırılmışdı. Məhəmməd Tahir Vəhidin yeni baş vəzirlə də yaxınlığı vardı və 

onun təklifi ilə məclisnəvis vəzifəsinə təyin edilir [6, Ön söz]. Ağay-i İbrahim 

Dehqaninin bu qeydlərini Ç.Storinin dövrün bir çox mənbələrinə istinad edərək 

yazdıqları  tamamlayır  və  tarixçinin  bioqrafiyası  haqqında  aydın  təsəvvür 

yaradır.  Ç.Stori  yazır  ki,  İmad  əd-Dövlə  Məhəmməd  Tahir  Vəhid  bin  Mirzə 

Hüseyn  xan  Qəzvini  vəzir  Mirzə  Taği  əd-Din  Məhəmməd  və  Xəlifə  sultanın 

yanında münşi sifəti ilə xidmətdən sonra, 1645-ci ildə özü göstərdiyi kimi  II 

Şah Abbasa tarixçi (məclisnəvis) təyin edilir. O, 1689-1690-cı ildə vəzir olur 

 

72 



və bu vəzifədə on səkkiz il qalır. 1692-ci ildə İsfahanda anadan olmuş tarixçi 

Şeyx Məhəmmədəli Xazin Vəhid tutduğu vəzifədən istefa verdikdən sonra onu 

atasının  evində  dörd-beş  dəfə  görmüşdü  və  dediyinə  görə,  o  vəzir-i  əzəm 

vəzifəsinə Şah Süleyman dövründə təyin edilmiş, Sultan Hüseyn (1694-1722) 

hakimiyyətə gəldikdən sonra tutduğu vəzifədən istefa vermişdir. Ondan sonra 

1699-1700-

cü ildə baş vəzir vəzifəsinə Fətəli xan təyin olunmuşdur [4, 888]. 

Elə  həmin  vaxtdan  apardığı  qeydləri  əsasında  II  Şah  Abbasın  dövrünə  aid 

“Abbasnamə”  adı  qoyduğu  tarix  əsərini  yazmağa  başlayır.  Məhəmməd  Tahir 

Vəhid  Şah  Süleymanın  dövründə  baş  vəzir  vəzifəsinə  təyin  edilir  və  ona 

emadəddövlə ləqəbi verilir. Şah Süleymanın hakimiyyətinin son illərində 100 

yaşına çatıb qocaldığına və taqətdən düşdüyünə görə tutduğu vəzifədən istefa 

verir. Sultan Hüseynin dövründə h. 1110-cu (1699) ildə vəfat edir.                               

 

ƏDƏBİYYAT 

1.

 

Zabil  Bayramlı,  Bəymirzə  Şabiyev.  XVII  yüzilliyin 20-40-cı  illərində  Səfəvi-Osmanlı 



münasib

ətləri  (İrəvan və  Bağdad  uğrunda  mübarizə):  Tarix və  onun problemləri,  Bakı, 

2014, №1, s. 12-35 

2.

 



Bayramlı  Zabil.  II  Şah  Abbasın  daxili  və  xarici siyasəti (Məhəmməd Tahir Vəhidin 

"Abbasnam

ə" əsəri üzrə):Tarix və onun problemləri, Bakı, 2010, №3, s.12-16 

3.

 



S

əfərname-ye Tavernye. Tərcome-ye Əbuturab Nuri, İsfan: Çapxane-ye Pərvin,h.1336,719 s. 

4.

 

Стори  Ч.А.Персидская  литература.  Библиографической  обзор.  Перевод  с  англ. 



Ю.Э.Брегель, ч. II, М.: Наука, 1972, с. 694-1314 

5.

 



A.Sprenger. MSS of the late Sir H.Elliot JASB, XXIII, 1855 

6.

 



Abbasnam

ə ya şərh-i zendeqani-yi 22 sale Şah Abbas sani (1052-1073) təlif-i Məhəmməd 

Tahir V

əhid Qəzvini (1015-1110). Ba təshiho təhşiyyə  Ağa-yi  İbrahim  Dehqani,  Ərak; 



Çapxane-yi Firudin, 1329, 353 s. 

7.

 



M

əhəmməd Tahir Vəhid. Sərqozaşte Şah Abbas devvam. Be kuşeşe Səttar Əvdi. Tehran, 

1384, 126 s. 

8.

 



Muhammedanische Quellen zur Geschichte der sudlichen Kustenlander des Kaspischen 

Meeres, Theil IV, st. Petersburg, 1858, st 532-533 

9.

 

Материалы  по  истории  туркмен  и  Туркмении.  Том  II,  XVI-  XIX  вв.  Иранские, 



Бухарские и Хивинские источники. Под редакцией акад. В.В.Струве, А.К.Боровкова, 

А.А.Ромаскевича и П.П.Иванова, М.-Л.: АН ССР, 1938, 700 с. 

10.

 

 



Миклеухо-Маклой  Н.Д.  Рукопись  исторического  сочинения  Мухаммеда  Тахира  и 

собрании ИНА АН СССР: в кн. Письменные памятники и проблемы истории куль-

туры народов Востока. Тезисы докладов 11 годичной научной сессия ЛО ИНА, март 

1966 года, Ленинград 

11.

 

 



Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и 

Армении  в  XVI-начале  XIX  вв.  Л.:  Ленинградский  Государственный  Университет, 

1949, 

379 с. 



 

 

73 




МУХАММЕД ТАХИР ВАХИД И ЕГО РАБОТА «АББАСНАМЕ» 

 

С.А.АЗИМОВА 

 

РЕЗЮМЕ 

 

В данной статье рассмотрена работа Мухаммед Тахир Вахида. Это работа была 

написана дворцовым историком Шах Аббаса II  Мухаммед Тахир Вахидем примерно в 

1665-


66 гг. Но по какой-то причине, последние три-четыре года правления шаха не были 

записаны,  причины  и  сегодня  не  определены.  Эта  книга  является  наиболее  ценным 

источником периода Шах Аббаса Сани. 

 

Ключевые слова: Сефевиды, Османская империя, Шах II Аббас 



 

 

MUHAMMAD TAHIR VAHID AND HIS "ABBASNAME" 

 

S.A.AZIMOVA  

 

SUMMARY 

 

The paper deals with a work of Muhammad Tahir Vahid. This work was written by Mu-

hammad Tahir Vahid in the palace of Shah Abbas II in 1665-66s. The article illuminates some 

political problems taken place in his time. For some reason, the last three or four years of the 

Shah were not recorded, the reasons are yet to be  defined. This book is the most valuable 

source of the reign of Shah Abbas Sani. As a source, the historian’s work is indispensable. The 

article investigates and compares it with other literatures of that time. 

 

Key words: Safavids, the Ottoman Empire, Shah Abbas II 

 

 

 



 

 

74 



Yüklə 231,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə