№4 Humanitar



Yüklə 373,99 Kb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü373,99 Kb.
#68626


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4 

 

  Humanitar 

elmlər seriyası 

  2011 

 

 

 



 

UOT 003.29 

 

ƏCNƏBİ ALİMLƏRİN ƏSƏRLƏRİNDƏ AZƏRBAYCAN 

NUMİZMATİKASI (ƏN YENİ ƏSƏRLƏR SIRASINDA) 

 

M.İ.VƏLİYEVA 

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu 

aylin70@mail.ru 

 

Azərbaycan tarixinin sosial-iqtisadi və siyasi münasibətlərinin öyrənilməsi  əksər 



hallarda maddi mədəniyyət nümunələrinə  əsaslanır. Bu cür maddi-mədəniyyət qalıqları 

sırasında numizmatik materialların danılmaz və  əvəzedilməz rolu vardır. Belə ki, əgər orta 

əsrlərdən etibarən tarixin qaranlıq səhifələrini araşdırmaq üçün kifayət qədər  əlyazmalar 

mövcuddursa, erkən dövlətçilik tariximizin dəqiqləşdirilməsində  məhz arxeoloji qazıntılar 

zamanı və yaxud təsadüfi tapıntılar nəticəsində aşkar edilən sikkə nümunələri bütöv bir tarixi 

hadisələri araşdırmaq üçün  mütəxəssislər tərəfindən  əsas mənbə kimi götürülür. Sikkələrin 

avers və reversindəki paleoqrafik nümunələr – simvollar, ayrı-ayrı sözlər, monoqramlar, 

əsasən dövlətlərin kimlər tərəfindən idarə edildiyini, ikonoqrafik nümunələr – portret və 

şəkillər onların bütün kiçik detalları ilə birlikdə dövrün geyim nümunələrinin, dini dünya 

görüşlərinin, bəzək elementlərinin və s. çox vacib olan faktların araşdırılmasında mühüm 

mənbə olaraq qalır. Ən kiçik elementin belə, yəni  «oxşatma zərbin» mövcudluğu hansısa bir 

dövlətin tərkibində nominal asılılığı  və bu səbəbdən də, zaman-zaman pul bazarında 

çatışmazlığın öyrənilməsi üçün ən vacib bir faktordur. 

 

Açar sözlər: Sasanilər. Şəddadilər; etnik sual 

 

Sikkəşünaslıq materialları ən qədim dövrlərdən etibarən dövlətlərin ya-



ranma və inkişaf pillələrinin öyrənilməsi üçün vacib bir mənbə kimi istifadə 

olunur. Dünya elmi ictimaiyyəti bu vacib faktoru hələ XVIII əsrin ortalarından 

etibarən qəbul etmiş və istifadə etməyə başlamışlar. 

Azərbaycan tarixinin çox mühüm və  qədim dövrlərinin ciddi araşdırıl-

ması baxımından dünya alimləri tərəfindən numizmatik materialların vacibliyi 

uzun zamandır ki, qəbul edilməmişdir. Buna baxmayaraq, XXI əsrin əvvəlin-

də, keçən 200 il ərzində  əcnəbi alimlərin  əsərlərində dövlətimizin tarixinin 

dəqiqləşdirilməsi üçün sikkə materiallarının və hansı kontekstdən elmə daxil 

edilməsi öyrənilməmişdir.               

XXI əsrin ilk onilliyində dünyada baş verən qlobal dəyişikliklər sırasın-

da bir çox elm sahələrinə də yenidən “baxış” keçirilir. Belə dəyişikliklərə, yeni 

213 



ideyalara məruz qalan elmlər sırasında numizmatika və numizmatik material-

ları da göstərmək olar.  

Keçən iki yüz ildə Azərbaycan numizmatika elminin həm vətənimizin 

tarixinə, həm də dünya tarixinə  bəxş etdiyi bir çox yeniliklər vardı. Bu kimi  

yeniliklər sırasında Orta əsrlərdə Şərq ölkələrində yaranmış feodal dövlətləri-

nin tarixi və onlarla bağlı bir çox məsələlər məhz sikkələrin araşdırılması za-

manı aydınlaşdırılmışdı. Belə  məsələlər sırasında Azərbaycanda xilafətin 

dağılması zamanı meydana gələn kiçik, bəzi hallarda yarımmüstəqil və  qısa-

müddətli fəaliyyət göstərən feodal dövlətlərinin hakim sülalələrinin, şəcərələ-

rinin dəqiqləşdirilməsini göstərmək olar. 

Bu cür dövlətlərdən olan Şəddadilərin ölkəmizin tarixində böyük rolu 

olmuşdu.  Şəddadilərin,  əsasən Azərbaycan torpaqlarında yaranması  məsələsi 

dünya alimləri tərəfindən qəbul olunmuş aksiomadır. Buna baxmayaraq yeni 

erməni numizmat-tarixçilərindən olan A.Akopyan adlı birisi 2010-cu ildə 

Gürcüstanda keçirilən “Qafqazın arxeologiyası, etnologiyası, folkloristikası” 

adlı beynəlxalq konfrans materiallarında bu dövlətin hakim şəcərəsini heç bir 

sikkə materialı olmadan “erməniləşdirməyə” çalışmışdır. Müəllif ilk dəfə 

tarixə adı  məlum olmayan Aşot ben Şavur (460-461 hicri ili - 1067-1069-cu 

illər) haqqında məlumat verərək onun erməni mənşəyini əsaslandırmağa çalışır 

və belə bir gülünc nəticəyə  gəlir ki, onlar (Baqratilər - ana xətti ilə) “qədim 

erməni şəhərləri” olan Dəbil və Anidə qanuni hökmdarlıq etmişlər. Hətta onlar 

İsgəndər ben Şavurdan  da əvvəl hakimiyyətdə olmuşlar. 

Maraqlıdır ki, müəllif Dəbil  ərazisində 2010-cu ildə  təsərrüfat işləri 

zamanı  aşkar edilən bir qrup eynitipli sikkələri təyin etməyə çalışır və orada 

İsgəndərin adından Ərməniyyədə 331 hicri ilində (942-943-cü illər) və 353 h.i. 

(964-cü ildə) zərb edilən bilon sikkələrin bəzi fotoşəkillərini oxucuya təqdim 

edirlər (1, 49-50). Şəddadilərin tarixində bilon sikkələrin daxili bazarlarda 

istifadə edilməsi haqqında elmi ədəbiyyatda müəyyən məlumatlar vardı. 

Amma həmin sikkələrin anonim olması elə məqalədə verilən 1 və 2-ci fotoşə-

killərdə də öz əksini tapır (1, 50). Bu fotolarda İsgəndər ben Şavurun adı aydın 

oxunur. Digər yazılar təyin edilmir. 

Başqa bir qərəzli məqam isə  Şəddadilərin bir neçə qola bölünməsidir. 

Belə ki, müəllif Gəncə  Şəddadilərini Dəbil  Şəddadilərindən kəskin olaraq 

məhz sikkələrinə  əsasən fərqləndirmişdir.  Əsas kimi çox primitiv elementlər 

göstərir. O cümlədən, Gəncədə zərb edilən pulların nisbətən iri hərflərlə, Dəbil 

və Anidə isə lakonik və yalnız hökmdarın adının göstərilməsini əsas kimi təq-

dim edir. Halbuki, numizmatik elminin əsaslarında hərflərin eyni vaxtda mə-

kanda və hökmdar tərəfindən fərqli zərb işi artıq mərkəzləşmiş dövlətin 

mövcudluğundan xəbər verməsi kimi qəbul olunubdur (3). Yəni kiçik şəhərlər-

də zaman-zaman yerli zərbə icazə verilib və bunun da əsas səbəbləri xırda pul 

vahidlərinin çatışmazlığı ola bilərdi. 

A.Akopyanın digər bir araşdırması  Cənubi və  Şimali Qafqazda 2007-

2009-cu illərdəki numizmatik tapıntılara həsr olunmuşdu. Müəllif həmin sik-

214 



kələrin ona hansı yolla, kimlər tərəfindən və  dəqiq haradan tapılmasını, yəni 

topoqrafik məlumatları vermədən birbaşa təsvirə keçmişdi. Bizim üçün maraq-

lı olan 2009-cu ildə köhnə  Qəbələdən aşkar edilən  Ərəşdə 978 hicri ilində 

(1570-1571-ci illər) zərb olunmuş  və onun tərəfindən “lənətlənmiş” tipli iki 

ədəd mis sikkə, Ordubadda da zərb olunmuş eynitipli mis sikkə, 2008-ci ildə 

Ordubadın Dəstə kəndi yaxınlığında tapılan iki ədəd qızıl nomınaldı. Burada 

erməni mənşəli müəllif fürsətdən istifadə edərək Dəstə kəndinin qədim erməni 

şəhəri olan Aqulisin yaxınlığında olmasını xüsusi olaraq qeyd edir (2, 47).  

2010-cu ildə Fransada gürcü alimi M.Tsotseliya tərəfindən qələmə alı-

nan “Sasanilərin sikkələri” adlı monoqrafiyası çap olunmuşdu. Bu kitabda, 

əsasən Gürcüstan ərazisində XX-XXI əsrin əvvəllərində aşkar edilən və Gür-

cüstan Milli Muzeyinin “Numizmatika” Fondunda saxlanılan bəzi dəfinələr 

geniş araşdırılmışdı. Sikkələrin numizmatika təhlili zamanı, həmçinin Azərbay-

can şəhərlərində zərb edilən Sasani dövrünün pullarından da bəhs edilir (5). 

2009-cu ildə rusiyalı alim Q.V. Zlobin tərəfindən “Монеты Ширванша-

хов династии Дербенди (третья династия) 784 г. x (1382) – 956 г. х. (1548) 

əsəri işıq üzü görüb. 

Bu əsərdə Şirvanşahların sikkə materiallarının öyrənilməsi tarixində ilk 

dəfə dövlətin son 172 ili 151 ədəd sikkənin öyrənilməsi ilə həyata keçirilmişdi. 

Burada 284 sikkənin əllə çəkilmiş  və 254 ədəd sikkənin isə fotoşəkilləri vardı. 

Üç bölümdən ibarət olan kitabda Şirvanın tarixi-coğrafi təsviri, öyrənilmə 

tarixi, ikinci fəsildə  Dərbəndilərin hakimiyyət illərinin geniş tarixi təsviri, 

üçüncü fəsildə bu sülalənin elmə məlum olan gümüş və mis sikkələrinin elmi 

kataloqu çap olunmuşdu. 

Araşdırdığımız mövzu çərçivəsində  həm də  Şirvanşahların sikkələrinin 

bənzətmələri haqqında da məlumat vardı. Bu cür sikkələrin mövcudluğu haq-

qında Azərbaycan numizmatika elmində araşdırma, ümumiyyətlə yox dərəcə-

sindədir (4).  



 

ƏDƏBİYYAT 

1.

 



Acopyan A. An unique coin of the Shaddadidruler, Ashot ibn Shavur //Journal of Oriental 

Numizmatic Sosiety, 195 (2008), p. 5-6. 120 s. 

2.

 

Акопян А. О монетных находках в Закавказье и на Северном Кавказе в 2007-2008 



гг. – В  материалах  Международной  конференции  «Археология,  этнология,  фольк-

лористика Кавказа» Тбилиси: Меридиани, 670 с. 2011.  

3.

 

Лебедев В.П. , Марков Д.Б. , Коуфман  А.А. Монетное дело и монетное обращение 



Ганджинского эмирата Шаддадидов (сер XI в), М.: Просвещение, 46 с. 2006.  

4.

 



Злобин Г. В. Монеты династии Дербенди (третья династия), М.: Просвещение, 432 

с. 2010.  

5.

 

Tsotselia M. History and coin finds in Georgiya, Sasanian coin finds and hoards Paris, 96 



pages. 2003.  

 

215 



АЗЕРБАЙДЖАНСКАЯ НУМИЗМАТИКА В ТРУДАХ ЗАРУБЕЖНЫХ УЧЕНЫХ 

(НА ОСНОВЕ ОПУБЛИКОВАННЫХ ТРУДОВ ПОСЛЕДНИХ ЛЕТ) 

 

М.И.ВЕЛИЕВА 

 

РЕЗЮМЕ 

 

В данной статье автор обращает  внимание на некоторые исследования зарубеж-



ных авторов, где рассматриваются некоторые вопросы азербайджанской нумизматики

В целом, монеты и монетная регалия  в денежном обращении  нашей страны  около 200 

лет привлекает внимание многих зарубежных ученых. В настоящее время эта тенденция 

как бы продолжается в  другом направлении. Примечательно, что в данном исследова-

нии  особо  рассмотрены  некоторые  вопросы  истории  Азербайджана    на  основе  этих  

опубликованных материалов.        



 

Ключевые слова: Сасаниды, Шеддадиды, этнический вопрос          

 

AZERBAIJAN NUMISMATICS IN THE WORKS OF FOREIGN SCHOLARS  



(ON THE BASIS OF PUBLISHED WORKS IN RECENT YEARS) 

 

M.I.VELIYEVA 

 

SUMMARY 

 

The article elucidates some studies of foreign authors which examine Azerbaijan 



numismatics. In general, coins and monetary regalia in the currency of our country have 

attracted the attention of many foreign scholars for nearly 200 years. Currently, this trend 

seems to continue in another direction. It is noteworthy that in the paper, we consider some 

aspects of the history of Azerbaijan on the basis of published materials. 



 

Key words: Sassanids, Shaddadids, ethnic questions.   

 

 



 

 

 



 

 

 



 

216 

Yüklə 373,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə