№4 Təbiət elmləri seriyası 2014



Yüklə 69,25 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü69,25 Kb.
#39341


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4                                  Təbiət elmləri seriyası                                    2014 

 

 

 

 

СOĞRAFİYA 

 

UOT 911.52.551 

 

BÖYÜK QAFQAZIN ŞİMAL-ŞƏRQ YAMACI  

TƏBİİ LANDŞAFTLARININ 

ANTROPOGEN TRANSFORMASİYASI VƏ MÜASİR 

YÜKLƏNMƏSİNİN KOSMİK ŞƏKİLLƏRDƏN ALINAN 

İNFORMASİYALARLA TƏDQİQİ 

 

Y.Ə.QƏRİBOV, N.S.İSMAYILOVA, R.R.SƏDULLAYEV 

Bakı Dövlət Universiteti 

yaqub.qaribov@mail.ru, nigar.ismayilova@mail.ru, 

 resad.sedu@gmail.com 

 

T

əbii komplekslərin antropogen transformasiyasının çoxşaxəli yükləri Böyük Qafqazın 

şimal-şərq  yamaclarının  müasir  landşaft  strukturunda  dərin izlər  qoymuşdur.  Müasir  land-

şaftların  struktur  funksional  xüsusiyyətlərinin  formalaşması  antropogen  yüklərin həcmindən, 

davamiyy

ət müddətindən  asılıdır.  Kosmik  şəkillərin  deşifrlənməsi və  interpretasiyası  nəti-

c

əsində regionun təbii komplekslərinin tərkibi, strukturu, ölçüləri və s. müəyyən edilmişdir. 

 

Açar  sözl

ər: Böyük Qafqazın  şimal-şərq  yamacı,  təbii  landşaftlar,  müasir  antropogen 

yükl


ənmə, deşifrləmə, struktur-funksional, transformasiya 

 

Böyük  Qafqazın  şimal-şərq  yamacında  müasir  təbii-antropogen kom-



pleksl

əri A.A.Mikayılov (1986), B.Ə.Budaqov (1988), M.C.İsmayılov (2000), 

M.A.Müseyibov (2003), Y.Ə.Qəribov (2000-2009), İ.Kuçinskaya (2005), N.S. 

İsmayılova (2008) və digər tədqiqatçılar tərəfindən öyrənilmişdir. 

 Müxt

əlif  vaxtlarda  kosmik  şəkillərin  deşifrlənməsi nəticəsində  müəy-



y

ən edilmişdir ki, tədqiq olunan regionda şaquli diferensiasiya müvafiq olaraq 

lanşaftların  özünəməxsus antropogenləşməsi ilə  müşahidə  edilir. Qusar maili 

düz


ənliyinin, Samur-Dəvəçi ovalığının yarımsəhra, quru çöl, arid seyrək meşə-

kolluq kompleksl

əri uzun illər ərzində əsaslı dəyişilmiş, intensiv istifadə olu-

nan müxt


əlif antropogen-texnogen komplekslərlə,  iri  areallı  yaşayış  məntə-

q

ələri ilə  əvəzlənmişdir.  Bu  ərazilərdə  təbii  landşaftların  antropogenləşmə 



əmsalı 0,6-0,8-dən artıqdır.  

 

111 




Alçaq dağlığın, hamar yaylaların şəbəkəli, ləkəli, dənəvər strukturlarda 

deşifrlənən çəmən-kolluq, meşə-kolluq, dağ-meşə landşaftlarında əsasən dəm-

y

ə  əkinçiliyi,  heyvandarlıqla  bağlı  olan  aqrolandşaftlar,  müxtəlif konfiqurasi-



yalı seliteb komplekslər yaranmışdır (şəkil 1). 

 

Şək. 1. Şimal-şərq yamacın dağətəyi və alçaq dağ qurşağında antropogenləşmiş meşə 

kompleksl

əri (Spot-5, 2014). 



 

1-aqroirriqasiya  

1a –ilkin fazada  

1b –yetkin fazad  

2-

Bağ-

plantasiya  

2a -seyr

ək 

şəbəkəli 

2b -tam c

ərgəli  

3-D

ərələr  

3a -

yarğanlı, 

çılpaq,quru  

3b –kollu, seyr

ək 

meşəli 

3c –kollu  

4-Seliteb-

yaşayış  

4a -tipik seliteb  

4b -seliteb-

bağ  

4c -s

əpələnən-

seliteb  

5-

Meşə  

5a-seyr

ək-meşə  

5b-

meşə-kolluq  

5c-

xırda kolluq  

5d-

sıx meşə  

6-Çaylaq  

6a -

çay yatağı 

(daşlıq)  

6b-yataq 

ətrafı 

seyr

ək kolluq   

6c- 

xırda meşə-

tala kolluq   

7- Otlaq-biç

ənək 

 

Antropogenl



əşmə əmsalı bu landşaftlarda 0,2-0,5-ə çatır. Buradakı meşə-

l

ərin  ən  azı  50-60%-i çəmən,  meşə-kolluq, seyrək kolluq və  s. təbii hesab 



edil

ən, əslində isə təkrar törəmə olan landşaftlara çevrilmişdir (7). 

Orta  dağlıqdakı  monoton  yaşıl  rəngin müxtəlif  çalarlarında  deşifrlənən 

meşə, meşədən sonrakı çəmən, meşə-kolluq və s. komplekslərdə nisbətən zəif 

dayanıqlığa malik aqrolandşaftlar formalaşır. Əsas landşaft vahidləri təsərrüfat 

t

əsirlərinə müntəzəm məruz qalmır və antropogenləşmə  əmsalı 0,2-0,3-dən az 



olur. 

Yüks


ək  dağlığın  subalp  və  alp çəmənləri  açıq  yaşıl  rəngdə  monoton 

strukturda oxunur v

ə təbii iqlim şəraitindən asılı olaraq mövsümi istifadə edilir. 

Onların  zəif  dayanıqlığa  malik  qeyri-sabit strukturu antropogen  yüklərə  da-

vamlı  deyil.  Ona  görə  də  bu komplekslər zəif antropogenləşməsi və  qeyri-

münt


əzəm istifadəsi ilə fərqlənir. 

 

112 




Böyük  Qafqazın  müasir  təbii  landşaftları  insanların  çoxəsrlik təsirləri 

n

əticəsində  kəskin dəyişilmiş,  onların  yerində  təkrar törəmə  landşaftlar  və 



antropogen kompleksl

ər əmələ gəlmişdir (1). 

M

əşhur  yunan  coğrafiyaçısı  Strabon  “Coğrafiya”  adlı  əsərində  “... 



Böyük Qafqazın keçilməz meşəliklərlə örtülü... olduğunu və bu sıx meşələrin 

X

əzər sahillərinə qədər  uzandığını” qeyd edirdi. Müasir meşə örtüyünün res-



publika 

ərazisinin 10%-ə  yaxın hissəsini tutduğunu nəzərə alsaq, son 2500 il 

ərzində dağ meşələrinin ən azı 3-5 dəfə, düzən və tuqay meşələrin isə 13 dəfə 

azaldığını müəyyən etmək olar. 

Böyük Qafqazın şimal-şərq yamacında təbii landşaftların intensiv dəyi-

şilməsi  əkinçiliyin meydana gəlməsilə  başlanmışdır.  İlk  aqrolandşaftların  ya-

ranması da məhz əkinçiliyin sürətli inkişaf etdiyi b.e.ə I minilliyə təsadüf edir 

(2). Samur-D

əvəçi, Qusar maili düzənliyi oturaq əkinçilik təsərrüfatının inkişaf 

etm


əsi ilə əlaqədar olaraq Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçayın əlve-

rişli meliorativ şəraitə malik geniş dərələrində, gətirmə konuslarında səpələnən, 

kiçik areallı aqrokomplekslər və seliteb landşaftlar tədricən böyüməyə başlamış 

v

ə dağətəyi düzənliklərə doğru genişlənərək meşə massivlərini sıxışdırmışdır. 



 

Müasir  kosmik  şəkillərin (Spot-5,  2014)  informasiyası  ilə  müəyyən 

etmişik  ki,  Böyük  Qafqazın  şimal-şərq  yamacında  yarımsəhralar  çoxşaxəli 

antropogen yükl

ərlə  kəskin transformasiyaya məruz  qalmışdır.  Sahil  zolağın 

qumları  üzərində  bitki örtüyü çox zəif  inkişaf  etmişdir.  Giləzidən Muxtədirə 

q

ədər dəniz sahillərinin dyun və  qum tirələri üzərində, alçaq tirələrdə  antro-



pogenl

əşmə əmsalı 0,1-0,2 dir. Yarımsəhra komplekslərinin 60%-ə yaxın əra-

zisini otlaq v

ə  biçənəklər, 23%-ni  əkin sahələri, 8 %-  ni müxtəlif texnogen 

modifikasiyalar (yol, kanal,  k

əmər, elektrik xətləri və s.), 9 %-ni tam yarasız 

ərazilər-yarğanlar, qobular, dərələr, çay yataqları və s. tutur (şəkil 2). 

 

60%


23%

8%

9%



otlaq və biçənəklər

əkin sahələri

müxtəlif texnogen modifikasiyalar 

tam yarasız ərazilər (yarğanlar,

qobular, dərələr, çay yataqları və s.) 

Şək. 2. Böyük Qafqazın şimal-şərq yamacı yarımsəhralarının müasir-antropogen yüklənməsi. 

 

Dağətəyi düzənliklərə doğru getdikcə yarımsəhraların mənimsənilməsi 



daha  da  artır.  Gətirmə  konusları  və  çay  terraslarının  yarımsəhra kompleks-

l

ərində  intensiv suvarma nəticəsində antoropogenləşmə əmsalı 0,5 -0,8-ə çatır. 



Bir-birin

ə  yaxın  yerləşən texnogen modifikasiyalar bəzi yerlərdə  yarımsəh-

 

113 



raların  25%-dən  artıq  ərazisini tutur. Bu ərazidən beynəlxalq  əhəmiyyətli 

k

əmərlərin, avtomobil yollarının keçməsi, elektrik və teleqraf xətləri antropo-



gen kompleksl

ərin  geniş  areallarını  çoxsaylı  xırda  hissələrə  parçalayır,  onun 

morfoloji strukturunu mür

əkkəbləşdirir.  Onların  sıx  şəbəkəsi Giləzi-Zarat və 

Siy

əzən-Şabran arasında həm sosial obyektlərin, yaşayış məskunlarının yerləş-



m

əsinə, həm də  əkin sahələrinin, biçənək,  bağ  və  s.  antropogen  landşaftların 

yaranmasına  mane olur (7). 

Quru çöl landşaftı Samur-Dəvəçi ovalığı və Qusar maili düzənliyində 

cavan,  kaynozoy  yaşlı  gillərin,  qum  daşlarının  geniş  yayıldığı  genişlənmiş 

terrasl


arın,  gətirmə  konuslarının,  allüvial,  allüvial-prollüvial, dellüvial düzən-

likl


ərində  formalaşmışdır.  Quru  çöllər qədim zamandan suvarma əkinçiliyinə 

c

əlb edilmiş və daha çox mənimsənilmiş komplekslərdən biridir. Hazırda quru 



çöll

ərin  əksəriyyətinin  açıq  şabalıdı,  çəmən-qəhvəyi  torpaqları  bağ-planta-

siyalara, taxıl-tərəvəz, bostan əkinlərinə və otlaq-biçənəklərə çevrilib. Bu kom-

pleksl


ərin  əksəriyyətinin antropogenləşmə  əmsalı  0,5-0,8  arasında  dəyişir. 

Şabran  və  Siyəzən  ərazisində  hamarlanmış  yamaclarda  yaranan  yovşanlı-

topallı, yovşanlı-şiyavlı, topalotulu, efemerli quru çöllərin təbii libası biçənək, 

t

ərəvəz, bostan əkinləri  və s. ilə əvəz olunmuşdur. 



İntrozonal  landşaftlar  həm yüksək təbii dinamikliyi, həm də  kəskin 

şəkildə antropogen dəyişikliyə məruz qalması ilə fərqlənir. Tarixi və arxeoloji 

m

əlumatlar göstərir  ki, XIX əsrin  birinci  yarısına  qədər Samur-Dəvəçi və 



Şollar düzənliklərində meşələr bütöv massiv halında düzənliyi, demək olar ki, 

tamamil


ə əhatə edirdi. Hazırda  düzən meşə landşaftının Samur-Dəvəçi ovalı-

ğında  antropogenləşmə  əmsalı  0,53-ə  bərabərdir. Xudat-Qusarçay  arasında  

antropogenl

əşmə  dərəcəsi daha böyük kəmiyyətə  -  0,7-0,8-ə  çatır.  İri  areallı 

k

əndlərin sıx şəbəkəsi, əkin sahələri, meyvə bağları birləşərək meşə kompleks-



l

ərinin antropogenləşməsini 0,8-ə qədər artırır. 

Meşə kolluqlar və meşə-çəmən landşaftı hazırda Milli parka çevrilmiş 

Samur-D


əvəçi ovalığı, Sabiroba-Muxtadır-Meşəli xətti üzrə uzanan dənizsahili 

zolağa  daha  xasdır.  Meşələrin kəskin antropogenləşməsi təkcə  ağacların 

qırılması ilə deyil, eyni zamanda yaşayış məntəqələri zəncirinin genişlənməsi 

n

əticəsində meşəbitmə ekoloji şəraitinin dəyişməsi ilə də bağlıdır. Bu zonada 



antropogenl

əşmə  əmsalı  0,7-dən çoxdur.  Qırılmış  meşələrin yerində  yaranan 

talalar moruq, qaratikan, zirin

c kollarından ibarət cəngəlliklərlə örtülüdür (6). 

Kosmik  şəkillərdə  xırda  dənəvər və  mürəkkəb  şəbəkəli strukturlarla 

oxunan t


əkrar-törəmə meşə-kolluqlar Samur-Dəvəçi ovalığında, xüsusilə Şollar 

düzünd


ə  çoxillik antropogen transformasiya nəticəsində  yaranmışdır.  Xudat-

L

əcət, Xudat-Qusarçay arasında təkrar-törəmə meşələrin palıdlı, qovaqlı tipləri 



daha geniş yayılmışdır. Antropogenləşmə əmsalı burada 0,6-0,7-yə çatır. 

Ç

əmən-bataqlıq  və  düzən-çəmən kompleksləri vaxtilə  Samur-Dəvəçi 



ovalığında  geniş massivləri əhatə edirdi. 1926-cı ilin kartoqrafik  məlumatına 

əsasən bu düzənliyin 20%-ə qədərini qeyd edilən introzonal landşaftlar tuturdu 

(6).  Daha sonralar h

əyata keçirilmiş meliorativ tədbirlər nəticəsində bataqlıq-

 

114 



ların çox hissəsi qurudulmuş və əkin, biçənək, taxıl və s. sahələrə çevrilmişdir. 

Hal-


hazırda  təbii çəmən-bataqlıq  kompleksləri  Şabran  rayonunda  Ağzıbirçala 

gölü 


ətrafında və Xaçmaz rayonunda Qaraçayla Caqacuqçay arasında Kaloqan 

k

əndi ətrafında saxlanılmışdır. 



Samur-D

əvəçi  ovalığı  və  Qusar maili düzənliyinin boz-qəhvəyi tor-

paqlarında  formalaşan  qaratikanlı,  yovşanlı-kollu çöllərin antropogenləşməsi 

0,78-


ə bərabərdir. Bu komplekslərin 35%-ni seliteb-bağ, 47%- ni əkin, biçənək, 

bağ, 18%- ni isə texnogen modifikasiyalar təşkil edir. Qusar maili düzənliyinin 

ç

əmən-qəhvəyi,  açıq-qəhvəyi  torpaqlarının  kollu,  tək-tək  palıdlı  çöllərinin 



antropogenl

əşmə  əmsalı  0,85-ə  çatır.  Bu  komplekslərdə  bağ  və  plantasiyalar 

land

şaftın 50%-ə yaxın ərazisini tutur. İri yaşılıqlarla əhtatələnmiş seliteb kom-



pleksl

ərin payı 19% , əkin-biçənəklər isə 31% ərazini əhatə edir (şəkil 3) (6). 



 

 

 

Şək. 3. Qusar maili düzənliyinin çəmən-qəhvəyi, açıq-qəhvəyi torpaqlarının  

kollu, t


ək-tək palıdlı çöllərinin antropogen yüklənməsi 

 

Respublikamızın  şimal-şərq  hissəsində  yerləşən  dağ-meşə  landşaftları 



yüks

ək dinamikliyi, qeyri-sabit strukturu, zəif dayanıqlığı ilə fərqlənir. Antro-

pogen t

əsirlər  artdıqca  dağ-meşə  komplekslərinin morfoloji strukturu da mü-



r

əkkəbləşir. Yamacların meyilliyi artdıqca meşə landşaftlarının dayanıqlığı və 

k

ənar təsirlərə dözümlülüyü azalır. Hamar və az meyilli yamacların meşə kom-



pleksl

əri sabit strukturu və yüksək dayanıqlığı ilə seçilir. Lakin az meyilli ya-

macların 90 %-dən artıq meşə kompleksi antropogen landşaftlarla əvəz olun-

muşdur.  Şimal-şərq  yamacın  dağətəyi və  alçaq  dağ  qurşağında  meşə  komp-

leksl

ərinin antropogenləşmə  əmsalı  0,5-0,7  arasında  dəyişir.  Çoxillik  əkinçi-



liyin v

ə  maldarlığın  təsiri nəticəsində  meşələr demək olar ki, heç yerdə  təbii 

s

ərhədində qalmamışdır. Böyük Qafqazda çox yerdə subalp tipli meşələr tama-



mil

ə sıradan çıxmış, təkrar çəmən kolluqlarla, subalp çəmənləri ilə, bəzi sahələrdə 

qırıntı-ufantı, qayalı-daşlı çılpaqlaşmış komplekslərlə əvəz olunmuşdur (8). 

T

əbii dağ-çəmən landşaftlarının müasir dinamikasının struktur-funksio-



nal xüsusiyy

ətini müəyyən edən  əsas  amil  onların  həddən  artıq  antropogen 

yükl

ənməsidir.  Dağ-çəmən  landşaftlarının  antropogenləşməsi ilk növbədə  bu 



landşaftların deqradasiyasında özünü büruzə verir. Dağ çəmənlərində antropo-

gen t


əsirlərin intensivləşməsi təbii geokomplekslərdə dinamik proseslərin fəal-

lığını artırır. İlk növbədə səthin təbii və süni parçalanması çoxalır, torpağın üst 

qatlarından  humus  yuyulur,  sürüşmə  və  digər qravitasion proseslər güclənir, 

landşaftın dayanıqlığı, özünü bərpa xüsusiyyətləri və s. tədricən zəifləyir. Çox-

əsrlik antropogen təsirlər nəticəsində dağ-çəmən landşaftlarnın təbii libası əsas-

 

115 




lı  şəkildə  dəyişilmiş,  çoxsaylı  təbii-antropogen modifikasiyalarla mürəkkəb-

l

əşmişdir (7). 



Böyük  Qafqazın  şimal-şərq  yamacının  dağ-çəmən  landşaftları  respub-

likamızın  heyvandarlıq  təsərrüfatının  mühüm  yem  bazasıdır.  Son  on  illikdə 

örüş və biçənək kimi istifadə edilən yay otlaqlarında antropogen yüklənmənin 

payı  xeyli  artmışdır.  Şahdağ,  Qızılqaya,  Məlkəmud və  s. yaylaqların  alp  çə-

m

ənlərinin illik məhsuldarlığı  quru  şəkildə  6-18 s/ha təşkil  edir.  Alp  çəmən-



l

ərinin 80%-dən artıq bitki örtüyü çoxillik ot bitkilərindən  ibarətdir. İyun-iyul 

aylarında otarmanın intensiv dövründə hər hektara orta hesabla 10-12 baş və 

daha çox mal-

qara düşür. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

n

əzərdə  tutduğu  normadan  5-10 dəfə  çoxdur. Nəzərə  alsaq ki, otlaq və  biçə-



n

əklərin 2/5 hissəsi bələdiyyələrin və  şəxsi mülkiyyətindir, onda dövlət mül-

kiyy

ətində  olan  otlaqların  iki  dəfə  artıq  yükləndiyini müəyyən edə  bilərik. 



K

əskin mənimsənilmiş  ərazilərdə  çoxillik  otları  tədricən zəhərli  otlar,  yarım-

kollar 

əvəz edir, otlaqların deqradasiyası sürətlənir, çılpaqlaşmış yamaclar artır, 



sel ocaqları yaranır. Ona görə də antropogen yüklərin optimallaşdırılması üçün 

dövl


ət səviyyəsində  ciddi tədbirlər görülməlidir. 

 

ƏDƏBİYYAT 

1. 

Budaqov  B.Ə.,  Qəribov  Y.Ə.  Təbii  landşaftların  antropogenləşməsinin  əsas istiqamətləri. 



AR-

nın konstruktiv coğrafiyası. Bakı: Elm, 2000, s. 159-165 

2. Bünyadov T.Ə. Azərbaycanda əkinçiliyin inkişaf tarixinə dair. Bakı: Elm 1964, 155 s. 

3. 


Bünyadov T.Ə. Azərbaycanda maldarlığın inkişaf tarixinə dair. Bakı: Elm, 1969, 184 s. 

4. 


Əliyev H.Ə. Həyəcan təbili. Bakı: Elm, 2002, 175 s. 

5. 


Əliyev H.Ə., Xəlilov M.Y. Təbiətin yaşıl libası. Bakı: Gənclik, 1988,174 s. 

6. 


İsmayılova  N.S.  Qusar  maili  düzənliyinin və  Samur-Dəvəçi  ovalığının  aqroirriqasiya 

landşaftları və onların ekoloji problemləri / Nam.diss. avtor.tı, Bakı, 2008, 25 s. 

7.  Q

əribov  Y.Ə.  Azərbaycan  Respublikasının  təbii  landşaftlarının  optimallaşdırılması.  Bakı: 



AzTU, 2012, 216 s. 

8. M


əmmədov Q.Ş. Xəlilov M.Y. Ekoloqların məlumat kitabı. Bakı: Elm, 2003,514 s. 

9. 


Mусеибов M.A. Ландшафты Азербайджанской Республики. Баку: БГУ, 2013,138 c. 

 

ИССЛЕДОВАНИЯ АНТРОПОГЕННОЙ ТРАНСФОРМАЦИИ ПРИРОДНЫХ  



ЛАНДШАФТОВ  И СОВРЕМЕННОЙ НАГРУЗКИ НА ОСНОВЕ ИНФОРМАЦИЙ 

ПОЛУЧЕННЫХ С КОСМИЧЕСКИХ СНИМКОВ СЕВЕРО-ВОСТОЧНОГО  

СКЛОНА БОЛЬШОГО КАВКАЗА 

 

Я.А.ГАРИБОВ, Н.С.ИСМАИЛОВА, Р.Р.САДУЛЛАЕВ 

 

РЕЗЮМЕ 

 

Формирование  структурно-функциональных  особенностей  современных  ланд-

шафтов зависит от количество антропогенных нагрузок, и от продолжительности. В ре-

зультате дешифрирования космических снимков и интерпретации, были определены со-

став, структура и размер природных комплексов. 

 

Ключевые слова: северо-восточный склон Большого Кавказа, природныe  ланд-

шафты, современная антропогенная нагрузка  

 

116 



 

THE STUDY OF THE ANTHROPOGENİC TRANSFORMATİON AND MODERN 

LOADİNG OF THE NATURAL LANDSCAPES OF THE NORTH-EAST SLOPE OF  

THE GREAT CAUCASUS BY MEANS OF AEROCOSMİC PİCTURES 

 

Y.A.GARİBOV, N.S.ISMAYİLOVA, R.R.SADULLAYEV 

 

SUMMARY 

 

The formation of the structural functional characteristics of modern landscapes depends 

on the amount of the anthropogenic loads and the period of their duration. As a result of 

decoding of anthropogenic pictures and their integration,  the composition, structure, dimen-

sions etc. of the natural complexes of the region have been defined. 

 

Key  words:  the northeastern slope of the Great Caucasus, natural landscapes, modern 

anthropogenic load. 

 

Redaksiyaya daxil oldu: 03.12.2014-cü il 

Çapa imzalandı: 22.01.2015-ci il.  

 

 



117 

Yüklə 69,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə