№4 Təbiət elmləri seriyası 2014



Yüklə 112,74 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü112,74 Kb.
#26737


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№4                                  Təbiət elmləri seriyası                                    2014 

 

 

 

 

UDK 5409.01 

 

NAXÇIVAN  MR-in 

DAĞLIQ  GEOSİSTEMİNDƏ MÜASİR 

EKZOMORFOGENEZ  PROSESLƏRİN ƏSAS XÜSUSİYYƏTLƏRİ VƏ 

ONLARIN ƏTRAF MÜHİTƏ TƏSİRİ    

 

V

.Ə.QULUZADƏ, R.S.ABDULLAYEV, A.İ.ƏLİYEV, T.B.BAYRAMOV  

AMEA akad.H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 

arso2010@rambler.ru 

 

Sah

əsi təxminən 5.5 min km² olan Naxçıvan MR ərazisi özünəməxsus xüsusiyyətləri ilə 

s

əciyyələnir. Nisbi hündürlükləri 3155 m-ə çatan oroqrafik elementləri (Zəngəzur və Dərələyəz 

silsil

ələri)  ekstremal  arid  iqlim  şəraitində  fiziki  aşınma,  qravitasiya,  eroziya  və  digər pro-

sesl

ərin təsiri altında  intensiv  parçalanmış,  dağılmış  və  demək  olar  ki,  başdan-başa  çılpaq-

laşmışdır.  Buna  səbəb olan ekzodinamik proseslərin öyrənilməsi, təhlili və  xəritələşdirilməsi 

t

əsərrüfat  infrastrukturunun  inkişafı,  ekomorfoloji  şəraitin qiymətləndirilməsi    baxımından 

mühüm elmi v

ə əməli əhəmiyyət kəsb edir.  

Naxçıvan MR-in dağlıq geosistemi ekzomorfogenezin inkişaf etdiyi klassik regionlardan 

biridir. Bu müasir t

əbii  şəraitə  uyğun  dağ  silsilələrinin relyefinin intensiv parçalanması, 

dinamikası  və  hipsometrik xüsusiyyətləri ilə  əlaqədardır.  O  eyni  zamanda  ərazinin müasir 

oroqrafik planını təşkil edən morfostrukturların xüsusiyyətləri, dağ yamaclarını təşkil edən ana 

süxurların litoloji tərkibi ilə də bağlıdır. Bütün dağ sistemlərində olduğu kimi Nax. MR-nın dağ 

ekosistemind

ə  də  ekzodinamik  morfogenezin  inkişafı  şaquli  zonallıq  qanununa  müvafiq olub, 

onun intensivliyi yeni v

ə müasir tektonik hərəkətlərlə əlaqədardır.  

 

Açar sözl



ər: ekzodinamika, ekosistem, ekzomorfogenez, qravitasiya, hetroxron, hetero-

gen, ekzogen, ekogeomorfologiya, endogen. 

 

Naxçıvan  MR  ərazisində  mürəkkəb  quruluşlu,  heterogen  və  hetroxron 



m

ənşəli morfostrukturlar diferensial xarakterli dağlıq relyef əmələ gətirmişdir 

[2]. Mür

əkkəb morfotektonik quruluşa və təzadlı yüksəklik zonallığı ilə istiqa-

m

ətlənən və nəzarət olunan relyefdə ekzodinamik proseslərin qanunauyğun tə-



zahürü, onların məkan və zaman etibarı ilə ekoloji mühitə təsiri ekzogen mən-

şəli  relyef  formalarının  (morfoskulpturların)  qanunauyğun  inkişafına  və  pay-

lan

masına  səbəb  olmuşdur.  Relyefin morfogenetik müxtəlifliyi və  mürəkkəb-



liyi il

ə seçilən bu ərazidə ekoloji xüsusiyyətləri (dayanıqlığı, təbii ehtiyat im-

kanları)  əks etdirən və  səciyyələndirən ekogeomorfoloji tədqiqatların  aparıl-

ması mühüm aktuallıq kəsb edir.  

 

118 



Nax

çıvan MR-in müasir geodinamik modeli mürəkkəb xarakterli qırışıq-

qaymalı tektonik yerdəyişmələrin nəticəsi olub, mənşəyinə görə müxtəlif, ya-

şına  görə  isə  regional, submeridional və  s. strukturlara müvafiq gələn mor-

fostrukturların formalaşmasına səbəb olmuşdur. Paleogendən başlayaraq endo 

v

ə  ekzodinamik proseslərin  qarşılıqlı  təsiri və  əlaqəsi nəticəsində  formalaşan 



müasir  dağlıq  ərazi geoloji-geomorfoloji cəhətdən mürəkkəb  quruluşa  malik 

olub müxt

əlif filiz və qeyri-filiz sərvətləri ilə səciyyələnən yataqlarla zəngindir 

[7].Ekzogen morfogenez prosesl

ər bir qayda olaraq endogen proseslərin 

yaratdığı  relyef  formalarının  təkamülündə  fəal  iştirak  etməklə  yanaşı  mənşə-

yin

ə  və  morfologiyasına  görə  bir-birindən fərqlənən müxtəlif ölçülü relyef 



formaları yaradır. Bu, ilk növbədə ekzodinamik proseslərin müxtəlifliyi və ay-

rılıqda hər bir prosesin özünün geomorfoloji işinin çoxcəhətli olması ilə bağ-

lıdır.  Bu  proseslərin təzahürü, paylanma və  dinamikası  qanunauyğunluqları 

ərazinin yüksəklik  zonallığı  ilə  əlaqədardır.  Bu  qanunauyğunluqlar  Naxçıvan 

MR-

nın ərazisində özünü daha aydın büruzə verir. 



 

Ərazidə ekzodinamik relyef əmələgətirici proseslərin intensivliyi, müx-

t

əlifliyi və  növ tərkibinə  görə  yüksəkdağlıq,  ortadağlıq,  alçaqdağlıq,  plato  və 



düz

ənliklərə  ayrılır.  Bu  qurşaqlar  daxilində  ekzogen relyef əmələgətirici pro-

sesl

ərin intensivliyinə görə fərqlənmələrində yüksəkliyin dəyişməsi ilə yanaşı, 



fiziki-

coğrafi  şəraitin üfüqi istiqamətdə  dəyişməsinin də  mühüm  əhəmiyyəti 

vardır. Endogen və eləcə də ekzomorfogenez mənşəli proseslərin əmələ gətir-

diyi müasir relyefin formalaşmasında ərazinin iqlimi həlledici amil kimi böyük 

rol  oynayır.  Naxçıvan  MR-in  ərazisində  iqlimin yüksəklik üzrə  müxtəlifliyi 

diferensial xarakterli olub, yeni tektonik h

ərəkətlərin nəticəsidir. Buna görə də 

ekzogen relyef 

əmələgətirici proseslərin və onlara xas olan relyef formalarının 

şaquli zonallıq üzrə yayılmasının əsas səbəbi yeni tektonik hərəkətlər və iqlim 

şəraitidir.  

 

Ərazidə  iqlimin  şaquli  qurşaqlar  üzrə  dəyişməsi nəticəsində  relyefin 



aşağıdakı  genetik  formaları  və  onları  yaradan  relyef  əmələgətirici proseslər 

əmələ gəlmişdir. Yüksəkdağlıq zonada qədim buzlaq və müasir nival proses-

l

ərlə yanaşı, fiziki aşınmanın çox meyilli, müvafiq litoloji tərkibi və iqlim şə-



raiti olan yamaclarda intensiv qravitasiya prosesl

əri və onlara uyğun formalar, 

alçaqdağlıq və dağətəyi zonada isə arid-denudasiya formaları inkişaf etmişdir. 

Bu prosesl

ərdən fərqli  olaraq  axar  suların  fəaliyyəti nəticəsində  baş  vermiş 

flüvial prosesl

ər  bütün  landşaft  qurşaqlarında  fəaliyyət göstərir və  onlarla 

əlaqədar olan qədim və  müasir relyef  formaları  düzənlik ərazidən başlayaraq 

yüks

əkdağlığa qədər yayılmışdır (şəkil 1). Məqalənin həcmini nəzərə alaraq biz 



burada, ancaq Naxçıvan MR-in ekoloji şəraitinə geniş miqyasda təsir göstərən 

ekzodinamik prosesl

ərin bəzi tiplərinin  qısa  səciyyəsini verməklə  kifayət-

l

ənəcəyik.  Ərazi daxilində flüvial proseslərin iki əsas növü - eroziya və akku-



mu

liyasiya  yayılmışdır.  Bu  proseslərin fəaliyyəti  onların  mövcud  olduğu sa-

h

ələrin relyefinin tədricən, həm də  çox vaxt əvvəlki səthə  paralel  alçalması, 



 

119 



b

əzi hallarda isə yamacların ətəklərində prolyuvial şleyflərin əmələ gəlməsi ilə 

n

əticələnir.  



 

Şək. 1.   (tərtib edəni: X.K.Tanrıverdiyev, 2013) 

 

X

ətti eroziya və  materialların  daşınıb  çökdürülməsi prosesləri ekzogen 



relyef 

əmələgətirici amillər arasında həlledici rol oynayır. Bunların nəticəsində 

d

ərin çay dərələri, allüvial düzənliklər, gətirmə konusları kimi əsas relyef for-



maları yaranmışdır. Tədqiq olunan ərazinin flüvial morfoskulpturları M.Ə.Aba-

sov (1970, 1989), B.A.Antonov (1971), M.A.Müseyibov, R.Y.Quliyev (1974), 

B.Ə.Budaqov  (1993)  və  V.D.Hacıyevin  (1999)  elmi  tədqiqatlarında  öz  geniş 

əksini tapmışdır. 

Erozion relyef formaları əsas çay dərələrindən, quru dərələrdən, yarğan-

lardan ibar

ətdir.  Daimi  axarlı  əsas  çayları  Arpaçay,  Naxçıvançay,  Əlincəçay, 

Düylünçay, V

ənəndçay və  başqaları  az  sulu  çaylar  qrupuna  daxil  olub,  çox 

aydın sərhədlə iki hissəyə - dağlıq və düzənlik hissələrinə ayrılır [6]. 

Sıx dərə şəbəkəsinə malik çaylar yuxarı axınlarında dar, silsilə və tirələri 

k

əsdiyi hissələrdə  süxurların  litoloji  tərkibindən,  onların  aşınmaya  qarşı 



davamlılığından asılı olaraq V-şəkilli, kanyonvari və s. formalar  əmələ gətirir. 

Alçaqdağlıq  və  düzənlik sahələrdə  isə  öz dərələrini  genişləndirərək qutuvari 

formalı  dərələr  əmələ  gətirir. Ordubad, Vənənd,  Düylün,  Naxçıvan  və  başqa 

çaylar bu növ d

ərələrə malikdir. Yüksəkdağlığın aşağı sərhədinə  yaxın hissə-

l

ərdə  çay dərələrinin dərininə  kəsilməsi 1200 metr olub asimmetrik quruluş-



dadır və yataqların eni 2-3 m-dən 10metrə qədər dəyişilir, subasar hissəyə rast 

g

əlinmir və azsaylı erozion mənşəli terras səthləri müşahidə edilir.  



Ortadağlıq qurşaqda (1400-2400 m) çay dərələrinin orta erozion kəsimi 

500-600metr, b

əzən 1000  metrə  çatır.  Çayların  orta  axınını  təşkil  edən bu 

qurşaqda    dərələrin dibi nisbətən  genişlənir və  adətən zəifcılalanmış  allüvial 

 

120 



çöküntül

ərdən təşkil  olunmuş  subasarlara  rast  gəlinir. Çay dərələrinin  geniş-

l

əndiyi dağdaxili çökəkliklərdə terraslar yaxşı inkişaf etmişdir.  



 

Alçaqdağlıq  qurşaqda  çay  dərələrinin dərinliyi 300-400  metr  arasında 

d

əyişir. Dərələr subasar və subasarüstü terrasların yaxşı inkişaf etməsi ilə sə-



ciyy

ələnir. Qaradərə, Əylis, Tirkeş dağdaxili çökəkliklərindəki çay dərələrində 

terraslar geniş sahələri əhatə edir. Alçaqdağlıqdan maili düzənliklərə çıxdıqları 

hiss


ədə çayların dərələri daha çox genişlənir (Arpaçay, Naxçıvançay, Əlincə-

çay, Düylünçay v

ə s.) və əksər hallarda müasir dərələr çayların qədim gətirmə 

ko

nuslarına kəsilir. Bu cür sahələr çayların akkumulyativ fəaliyyətinin üstün-



lük t

əşkil  etdiyi  rayonlara  uyğun  gəlib, dərələri dayaz və  genişdir,  meyilliyi 

azdır, terraslar yaxşı inkişaf etmişdir. 

 

Naxçıvan MR çaylarının aşağı axınlarını təşkil edən düzənliklərdə akku-



mulyativ relyef formala

rından  allüvial,  allüvial-prolüvial düzənlikləri, çay 

terraslarını,  kiçik  çayların  düzənliyə  çıxan  hissələrində  daha  aydın  təzahür 

olunan g


ətirmə konuslarını göstərmək olar.  

Çayların erozion və akkumulyativ fəaliyyəti ilə yaranan əsas formalardan 

biri d

ə  çay  terraslarıdır.  Terrasların,  demək  olar  ki,  hamısı  çayların  gətirdiyi 



allüvial materiallardan, müxt

əlif  ölçülü  çay  daşlarından  təşkil  olunmuş  akku-

mulyativ  terraslardır.  Çayların  orta  axınlarında  yüksək  terrasların  əksəriyyəti 

erozion, orta v

ə alçaq terraslar isə erozion-akkumulyativ, ən alçaq terraslar isə 

akkumulyativ m

ənşəlidirlər. Yeni tektonik mərhələdə çay hövzəsinin yerləşdiyi 

ərazidə  tektonik hərəkətlərin zəifləməsi mərhələsində  yan eroziya fəaliyyəti 

gücl

ənir və  dərələr  genişlənir,  terrasların  əmələ  gəlməsi üçün əlverişli  şərait 



yaranır. Naxçıvan MR-in dağlıq ərazisində terraslar morfoloji cəhətdən və say 

etibaril


ə  əsasən dərələrin  genişlənən sahələrində  daha  yaxşı  saxlanılmışdır. 

T

ədqiq olunan ərazidə M.A.Abasov - altı, V.D.Hacıyev isə beş terras səviyyəsi 



ayırırlar  və  onların  hündürlüklərinin  çayların  mənbəyindən mənsəbinə  doğru 

d

əyişdiyini göstərirlər.  



Çay hövz

ələrinin əksəriyyətində yüksək çay terrasları düzəlmə səthləri ilə 

birl

əşir və bu halda onlar sanki düzəlmə səthinin davamını təmsil edir. Yük-



s

əkliyin dəyişməsi ilə əlaqədar olaraq çay terraslarının saxlanılması da dəyişir. 

Onlar maili düz

ənlikdə və alçaqdağlıqda daha yaxşı saxlanılmışdır. Denudasiya 

prosesl

ərinin intensivliyi ilə  əlaqədar olaraq yüksəkdağlıqda  və  qismən də 



ortadağlıqda terraslar pis saxlanılmışdır. Terrasların yaşının təyini üçün ərazidə 

köklü d


əlillər olmadığına görə qonşu hövzələrdəki terraslarla müqayisə yolu ilə 

aparılmışdır.  İkinci  və  üçüncü  terrasların  yaşı  onların  axırıncı  buzlaşmanın 

morenl

ərinə kəsilməsinə görə üst dördüncü dövrə aid edilir (cədvəl 1). 



Çayların akkumulyativ fəaliyyəti ilə yaranan relyef formalarından biri də 

g

ətirmə  konuslarıdır.  Naxçıvan  MR  çaylarının  gətirmə  konusları  haqqında 



M.A.Abasov (1970, 1989) v

ə  B.A.Antonovun (1971) tədqiqatlarında  məlu-

matlar olsa da, onlar sonradan V.D.Hacıyev (1989) tərəfindən təhlil olunaraq 

daha 


ətraflı öyrənilmişdir. Yeni tektonik mərhələdə ərazinin inkişaf şəraitindən 

asılı  olaraq  gətirmə  konusları  müxtəlif geomorfoloji xüsusiyyətlərə  malikdir. 

 

121 



Dağlıq  ərazinin qalxması  ilə  əlaqədar olaraq gətirmə  konusları  Araz  çayının 

d

ərəsinə doğru miqrasiya etmiş və nəticədə dağətəyi allüvial-provülial düzən-



likl

əri əmələ gətirmişlər. 



 

C

ədvəl 1 



 

Naxçıvan MR  çaylarının terras səviyyələri (M.A. Abasov , 1970) 

Çay 


d

ərələri. 

Çay t

erraslarının hündürlüyü, metrlə 



 

Terrasların 

yaşı 

Arpa çay 



Naxçıvan 

çay 


Gilan çay 

Düylün 


çay 

Ordubad 


çay 

Terrasların 

N- si 



  3 



3-1 

5-3 



 

Yeni X


əzər 

II 


  - 

10-5 


3-2 

12-7 


7-5 

Üst Xvalın 

III 

 28 


50-10 

8-6 


30-15 

25-8 


Üst Xvalın 

IV 


 38 

60-15 


15-12 

40-25 


30-15 

Xvalın 


 53 


80-20 

60-20 


80-50 

45-20 


Üst X

əzər 


VI 

  - 


120-40 

120-30 


200-60 

120-40 


Erk

ən Xəzər 

 

Düz


ənliklərin səthi gətirmə konusları və konusarası çökəkliklərlə mürək-

k

əbləşərək,  dalğalı  səciyyə  almışdır.  Sahəsi 50 km²-dək  olan  Naxçıvançayın 



g

ətirmə konusunun düzənliyə çıxdığı yerdə  zirvəsi 1050 m mütləq yüksəklikdə 

yerl

əşib, ətəyi 750 m yüksəklikdə qurtarır. Sonralardan çay öz gətirmə konu-



suna k

əsilərək bir neçə  terras  əmələ  gətirmişdir.  Axınca  və  Gilan  çaylarının 

m

ənsəbə  yaxın  hissələrində  bir-birinə  yaxın  armudvari  formada  gətirmə  ko-



nusları  formalaşmışdır.  Sahəsi 30 km²-ə  yaxın  olan  Axınca  çayının  gətirmə 

konusu t


ədricən düzənliyin səthi ilə  qovuşur.  Relyefdə  kifayət qədər  yaxşı 

t

əzahür olunan gətirmə konusu Ordubadçayın aşağı axımında da qeyd olunur. 



Dağətəyi maili düzənlikdə müvəqqəti  axarlı sular da qabarıq formalı gətirmə 

konusları formalaşdırmışlar. 

Naxçıvan  MR-in  müasir  çay  şəbəkəsi uzunmüddətli mürəkkəb  inkişaf 

tarixin


ə malikdir. Hazırda onun formalaşmasının mürəkkəbliyi müasir relyefdə 

saxlanılmış qədim dərələrin fraqmentləri ilə sübut olunur.  

Ərazidə inkişaf etmiş qədim çay dərələrinə misal olaraq Biləv kəndindən 

q

ərbdə yerləşən dərəni, Qaraquşdağı ilə Əznəburt kəndi arasında şimaldan cə-



nuba uzanan quru d

ərəni,  Naxçıvançayın  qolları  olan  Sələsuzçay və  Kərmə-

tükçayın suayrıcı hissəsində şimal-şərqdən cənub-qərbə uzanan dərəni, Daşbaşı 

platosu rayonunda v

ə  eləcə  də  Düylünçay və  Əylisçayın  aşağı  hissələrində, 

Gilançay v

ə  Qaradərə  sahələrində  yerləşən qədim çay dərələrini göstərmək 

olar. Qeyd etm

ək  lazımdır  ki,  bütün  qədim çay dərələri orta və  alçaqdağlıq 

ərazilərdə  yerləşir  və  onların  yaşları  müxtəlif düzəlmə  səthlərinə, çay terras-

larına münasibətlərinə görə müəyyənləşdirilmiş və üst pliosen (Daşbaşı), aşağı 

dördüncü dövr (Bil

əv, Sələsuz-Kərməçatax,  Əznəbürt),  yuxarı  Xəzər  (Əylis-

çay, Düylünçay) v

ə  aşağı  Xvalın  (Kənzə, Ordubadçay, Qaradərə) kimi təyin 

olunur [4]. 

 

122 



 

Naxçıvan  MR  ərazisinin mütəmadi  olaraq  baş  verən sel hadisələri ba-

xımından    şərq hissəsinin  çayları  daha  fəaldırlar. Sel hadisəsi  əsasən yamac-

larda  toplanmış  aşınma  məhsullarının  leysan  xarakterli  yağıntılar  və  qarın 

intensiv 

əriməsi  zamanı  yaranan  güclü  axınların  daşıması  nəticəsində  əmələ 

g

ələn palçıqlı və ya daşlı-palçıqlı axınla əlaqədardır.  



T

ədqiqatçılar selləri axın materialının mexaniki xüsusiyyətlərinə görə iki 

əsas növə  ayırırlar.  Bunlar  strukturlu  və  turbulent sellərdir. Strukturlu sellər 

daşlı-palçıqlı,  çınqıllı-palçıqlı  və  ya  palçıqlı  olur.Strukturlu  sellər sel kütləsi 

t

ərkibində gilin çox olması ilə fərqlənir, adətən kütlə düz istiqamətdə hərəkət 



edir v

ə  çay  yatağına,  onun  ətraflarına  böyük  miqdarda  sel  materialı  gətirir.  

Ərazidə selli çaylar Gilançaydan cənub-şərqdə yerləşir və ən çox sel təhlükəli 

çaylara  Düylün,  Əylis,  Ordubad,  Qazançı,  Kətəm və  Kilit  çayları  aid  edilir. 

Onların axdıqları yamac cənub və cənub-qərb səmtliyə malik olduğundan, bu-

rada  fiziki  aşınmanın  güclü  baş  verməsi nəticəsində  struktur selləri qidalan-

dıran sel ocaqları əmələ gəlir. Burada Naxçıvan, Əlincə və Gilan çayları höv-

z

ələri də  selli çaylara aid edilir. Sel fəaliyyəti nəticəsində  gətirmə  konusları, 



tir

ələr, çınqıllar, bərkimiş, sel kütlələri əmələ gəlir. 

Ərazidə  əsas sel mənbələrində  qırıntı  məhsullarının  hazırlanması  və 

toplanması xeyli şiddətli baş verir və sel ocaqları başlıca mənbə kimi qidalan-

dırma  rolunu  oynayır.  Zəngəzur silsiləsinin  əsas sel mənbələrinin yerləşdiyi 

yüks


ək və qismən də ortadağlıqda yamacların meyilliyi 70°-dən çox olub, bitki 

örtüyünd


ən, demək olar ki, məhrumdur. Həmin sel mənbələrində çaylar ensiz

d

ərin olub subasar, demək olar ki, müşahidə olunmur. Alçaqdağlıqdakı əlavə 



sel m

ənbələri sel zamanı onları gillicəli çöküntülərlə zənginləşdirir.  

S.H.Rüst

əmova (1964) görə bütünlükdə zəif sel fəaliyyətli rayonuna aid 

edil

ən Naxçıvançay ilə  yanaşı, onun əsas qolları olan Salvartı, Gömür, Nurs, 



Şahbuz,  Kükü,  Sələsuz,  Qışlaq  çayları  da  sellidir.  M.A.Abasova  görə  (1970) 

Z

əngəzur silsiləsinin qərb  yamacındakı Salvartı, Gömür, Nurs, Şahbuz, Sirab 



v

ə  Qahab  çaylarını  sel  təhlükəli Zəngəzur rayonuna aiddir. Digər selli mən-

b

ələr Dərələyəz silsiləsinin cənub  yamacı  çay  hövzələrində  (Kükü, Sələsüz, 



Qoşlaq, Qapıdaşkar) yerləşir ki, bunları da müəllif [6]Dərələyəz selli rayonuna 

aid edir. 

Z

əngəzur və  Dərələyəz  selli  rayonlarında  sel  ocaqları  moren  və  flü-



vioqlyasial çöküntül

ərinin geniş yayılması ilə fərqlənir ki, bu da sellərin qida-

lanmasında və formalaşmasında mühüm rol oynayır. Beləliklə, sellərin səciy-

y

əvi xüsusiyyətlərinə  görə  Naxçıvan  MR  ərazisində  su-daşlı  və  palçıqlı-daşlı 



axınlar ayrılır. Bunlardan birinci tip Zəngəzur silsiləsinin Gilançayından şərq-

d

ə, onun cənub-qərb yamacı çay hövzələrini, ikinci tipə isə Dərələyəz silsiləsi-



nin c

ənub yamacı çay hövzələri və Naxçıvançayın Zəngəzur silsiləsinin cənub-

q

ərb yamacından axan sol qolları hövzələri üçün səciyyəvidir. Bu qədim buz-



laqların  yaşı,  miqdarı,  buzlaşma  və  buzlaqarası  mərhələlərin  sayı,  qədim qar 

x

əttinin hündürlüyü və onların tutduğu sahələr haqqında məlumatlara B.A.An-



tonov (1963, 1971), M.A.Abasov (1970), R.Y.Quliyev (1973), M.A.Müseyi-

 

123 




bov (1957) v

ə başqalarının əsərlərində rast gəlinir. M.A.Abasovun (1970) təd-

qiqatlarına görə Zəngəzur və Dərələyəz silsilələrinin qərb və şərq yamaclarında 

karlar v


ə  sirklərin ümumi sahəsi 145 km

2

  olub 2600-3600 metr mütl



əq yük-

s

əkliklərdə müşahidə edilir. 



Z

əngəzur və Dərələyəz silsilələrində arid iqlim və dağların tağvari qalx-

ma fonunda dağ buzlaqlarının ekzarasion fəaliyyətinin nəticəsi olan təknəvari 

d

ərələr (troqlar) kəskin parçalanmaya və  uçulub-dağılmaya  məruz  qalmasına 



baxmayaraq, müasir relyefd

ə  zəif də  olsa  təzahür  olunurlar.  Naxçıvançay  öz 

m

ənbəyini Keçəldağ  və  Ağdaban  zirvələri  arasında  yerləşən belə  troq dərə-



sind

ən götürür. Bu cür səciyyəvi troq dərələri Nəsirvazçayın,  Parağa,  Yağlı-

d

ərə, Qapıcıq çaylarının mənbələrində də inkişaf etmişdir. Müxtəlif enlikli və 



ad

ətən  sıldırım  yamaclı  dərələrin  uzunluğu  0,5-9  km  arasında  dəyişir.    Buz-

lağın  akkumulyativ  fəaliyyətinin nəticəsi olan moren çöküntüləri  Naxçıvan, 

Gümür, Əlincə, Səkərsu, Nəsirvaz, Qapıcıq, Yağlıdərə çaylarının yuxarı hissə-

l

ərində 2000-3600 mütləq yüksəklikdə müşahidə olunur. Akkumulyativ buzlaq 



relyef  formaları  çeşidlənməmiş  və  zəif  hamarlanmış  moren  çöküntülərindən 

t

əşkil olunmuş, adətən səthi torpaq və bitki örtüyü ilə örtülmüş moren tirələri 



v

ə təpələrindən ibarətdir [5]. 

Ərazidə  geniş  sahə  tutan  müasir  dağ  buzlaqlar  yoxdur.  Lakin  yüksək-

dağlıq zonada müasir qar xəttindən (3600 m) yuxarıda, daha doğrusu Qapıcıq 

silsil

əsi ətrafında  qar talalarının toplanması nəticəsində nival proseslər indi də 



davam edir. Naxçıvan MR ərazisində üç və daha çox buzlaşmanın olduğu əksər 

t

ədqiqatçılar tərəfindən qəbul olunur. Buzlaqların yaşı və miqdarı müasir rel-



yefd

ə  saxlanmış  buzlaq  izlərinin  morfologiyasına,  onların  mərtəbələr və  yer-

l

əşməsinə, hündürlüklərinə  və  b.  əlamətlərə  əsaslanaraq müəyyən  edilmiş  və 



dördüncü dövr

ə aid edilmişlər. Üst pliosendə buzlaşmanın mövcudluğu, ancaq 

orta v

ə alçaqdağlıq sahələrdə zəif cilalanmış çay daşlarının flüvioqlyasial mən-



şəli  olmasının  qəbul edilməsi mülahizə  şəklində  irəli sürülür. Qədim buzlaq 

rel


yef formalarının morfoloji təhlili göstərir ki, buzlaqlar dağ-dərə mənşəli ol-

muş və onların tutduğu sahələr tədricən deqradasiyaya uğramışdır. Yüksək və 

ortadağlıq  zonada  müvafiq  litoloji  şəraitdə  qravitasiya proseslərinin  əmələ 

g

ətirdiyi  formalar  geniş  yayılmışdır.  Dərələyəz silsiləsinin  şərq və  Zəngəzur 



silsil

əsinin şimal-qərb hissələrində sürüşmələr alt pliosen yaşlı lava örtüklərinin 

k

ənar hissələrində inkişaf etmişdir. Bu silsiləsinin Keçəldağ sahəsində pilləvari 



yerl

əşən  sürüşmə  sirklərinin sahəsi 4-5 km

2

-

ə  çatır  və  onların  şaquli  ampli-



tudası 350-400 m-ə qədərdir. 

Z

əngəzur silsiləsinin şimal-qərb hissəsində sürüşmələr əsasən Biçənək aşı-



rımı sahəsində, Salvard və Camışölən dağları ətrafında, Gömürçay və Nəsirvaz-

çayın mənbə hissələrində inkişaf etmiş və eyni morfoloji xüsusiyyətlərə malikdir. 

Bu rayonlarda da sürüşmə sirkləri pilləvari səth əmələ gətirirlər. Bu sirklərin dibi 

k

ələ-kötür olub, səth və buzlaq suları ilə qidalanan göllərin, bəzən də quru çala-



ların və çökəkliklərin olması ilə səciyyələnir. Bu göllərdən ən böyüyü Biçənək aşı-

rımındakı Batabat gölüdür. Sürüşmə sirklərin sahəsi 12.5 km

2

-

ə çatır. 



 

124 



Uçqunlar bilavasit

ə suyun iştirakı olmadan süxur bloklarının və ya onla-

rın  aşınma  məhsullarının  yamac  boyu  yerdəyişməsi  şəklində  təzahür edir. 

Proses dik yamaclarda 

süxur qırıntılarının ilişkənliyi və ya dayağının itirilməsi 

n

əticəsində baş verir. Uçqunlar Zəngəzur, Dərələyəz silsilələrinin yamaclarında 



v

ə ümumiyyətlə, alçaq və ortadağlıqda  geniş yayılmışdır. Ufantı prosesi fiziki 

aşınma  nəticəsində  yamaclarda qaya süxur  qırıntılarının  yaxud  çınqılların 

tökülm


əsi və yamacların ətəklərində toplanmasına səbəb olmuş və ərazidə Də-

r

ələyəz və  Zəngəzur silsilələrinin yüksək və  ortadağlıq  qurşaqlarında  daha 



geniş yayılmışdır. Quru iqlim şəraitinə xas olan səhra aşınması, küləklərin eol 

deflyasiya v

ə  akkumulyasiya fəaliyyəti, səthi yuyulma, müvəqqəti  axarların 

eroziyası və s. proseslər arid-denudasion proseslər hesab olunur. Bunların nə-

tic

əsində  dağətəyi prolüvial düzənliklər,  gil  karstı,  pediment,  bedlend  və  s. 



əmələ gəlir. Arid-denudasion proseslər və onların əmələ gətirdiyi morfoskulp-

turlar 


əsasən M.A.Abasov (1989) tərəfindən öyrənilmişdir.  

Naxçıvan  MR  ərazisi üçün müasir relyefdə  yaxşı  təzahür  olunan  dağ-

daxili çök

əkliklər səciyyəvidir ki, bunların da qısa təsviri aşağıda verilir. Şadı-

k

ənddağdaxili  çökəkliyi  Salasurçayın  yuxarılarında  1500  m  mütləq yüksək-



likd

ə yerləşib şimaldan cənuba doğru uzanır. Onun sahəsi 4 km

2

-

ə qədərdir. Bu 



çök

əklikdən cənubda 1400 m hündürlükdə  Badamlı  çökəkliyi yerləşmişdir. 

Onun analoqu olan çök

əklik Tirkeşçayın orta axınında 1200 m mütləq yüksək-

likd

ə müşahidə edilir ki, onun da sahəsi 6 km



2

-d

ən artıqdır. Bu dağarası çökək-



likl

ər monoklinal relyeflə  səciyyələnən zolaqda yerləşib  erozion-denudasion 

m

ənşəlidir.  



Naxçıvan  MR-in cənub-şərq kənarında,  Əylisçayın  dərəsində  yerləşən 

eyniadlı çökəkliyin cənub hissəsi 900 m, şimal hissəsi 1000 m olub, sahəsi 10 

km

2

-d



ən  artıqdır.  Çökəklik  əsasən  çaqıldaşı  çöküntülərindən ibarət olub dik 

yamaclı  monoklinal  tirələrlə  əhatələnmişdir.  Ərazinin  ən böyük geomorfoloji 

vahidl

ərdən  biri  Araz  depressiyası  olub,  onun  daxilində  də  struktur-erozion 



m

ənşəli, irsi xarakterli Şərur, Naxçıvan və Ordubad-Culfa çökəklikləri yerləşir. 

Şərur çökəkliyi Ermənistanla  Naxçıvan  MR  sərhədindən  Qıvraq  plato-

suna q


ədər uzanır və sahəsi 600 km

2

-



ə çatır. Geomorfoloji cəhətdən onun şimal 

k

ənarında  şimal-qərbdən cənub-şərq istiqamətdə  maili düzənlik  uzanır  ki, 



bunlarda parçalanma d

ərəcəsinə  görə  bir-birindən fərqlənirlər.  Hazırda  onlar 

800-1200 m mütl

əq yüksəklikdə  yerləşir. Çökəkliyin cənub hissəsində devon 

yaşlı əhəngdaşı, kvarsit və digər çöküntülərdən təşkil olunmuş Dəhnə-Vəlidağ 

antiklinal qırışıqlığı yerləşir. Bu antiklinal qalxma şimal-qərbdə sahəsi 80 km

2

 

olan Şərur çökəkliyini iki hissəyə ayırır (cənub-şərqdə  Şərur və şimal-qərbdə 



S

ədərək).  

Qeyd etm

ək lazımdır ki, xarakterizə etdiyimiz bu çökəklik Araz depres-

siyasının bir hissəsi olmaqla üst miosen-pliosendə intensiv enmə, əksinə dör-

düncü dövrd

ə isə nisbətən enmə ilə səciyyələnir. Göstərilən zaman ərzində çö-

k

əkliyin  şimal  kənarları  qalxmaya  məruz  qalmış  və  qədim akkumulyasiya 



sah

ələri 1200 m mütləq yüksəkliyə qədər qalxmışdır. 

 

125 



N

əticə: Naxçıvan MR ərazisinin ümumi geodinamik şəraitinin dəqiq təh-

lili göst

ərir ki, həmin  regionun  dağlıq  ekosistemində  kənd təsərrüfatı,  mü-

h

əndis-geomorfoloji və digər başqa tədbirlərin həyata keçirilməsində müxtəlif 



m

əkan və zaman ərzində fəaliyyət göstərən endo və ekzodinamik proseslərin 

təsiri nəzərə alınmalı, yaranmış relyef formalarının xüsusiyyətlərinə görə eko-

geomorfoloji şərait xəritələşdirilməli və qiymətləndirilməlidir. Dağarası çökək-

likl

ərdə  relyefin  nisbi  dayanıqlığı  müşahidə  olunur və  bununla  əlaqədar eko-



geomorfoloji şərait əlverişlidir. Bu ərazilər təsərrüfat infrastrukturunun yaradıl-

ması üçün əlverişli hesab edilir. 



 

ƏDƏBİYYAT 

1.

 



Budaqov 

B.Ə. Azərbaycan Respublikası ərazisinin ekoloji-gərginlik dərəcəsinə görə ekoloji-

geomorfoloji  rayonlaşması  (Təhlükəli təbiət hadisələrinə  həsr  edilmiş  elmi-praktik kon-

fransın materialları.  Bakı: Elm, 1994, s.11 

2.

 

Həsənov Ə.M. Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri və onlardan istifadə yolları / 



Avtoref. dissertasiya, Bakı, 2004, s. 20 

3.

 



Museyibov  M.A., Quliyev R.Y. Az

ərbaycan SSR-nin geomorfologiyası. Bakı: ADU, 1974, 

s.134 

4.

 



Абасов М.А. Геоморфология Нахчиванской АССР. Баку: Элм, 1970, s.83 

5.

 



Абасов М.А. Рельеф Среднеараксинской депрессии смежных гор. Баку: Элм, 1989, s. 

101. 


6.

 

Антонов  Б.А.  Геоморфология  и  вопросы  новейшей  тектоники  юго-восточной  части 



М.Кавказа. Баку: Элм, s.72 

7.

 



Гаджиев  В.Д.  Палеогеоморфология  областей  Мезокайнозойского  вулканизма  Нахчы-

вани и Талыша. Баку: Агрыдаг, 1999, s.200. 



 

ОСНОВНЫЕ ОСОБЕННОСТИ СОВРЕМЕННЫХ ПРОЦЕССОВ  

ЭКЗОМОРФОГЕНЕЗА ГОРНЫХ ГЕОСИСТЕМ НАХЧЫВАНСКОЙ АР  

И ИХ ВЛИЯНИЕ НА ОКРУЖАЮЩУЮ СРЕДУ 

 

В.А.ГУЛУЗАДЕ, Р.С.АБДУЛЛАЕВ, А.И.АЛИЕВ, Т.Б.БАЙРАМОВ 

 

РЕЗЮМЕ 

 

Статья посвящена актуальной проблеме - геоморфологии  горных экосистем На-



хичеванской  Республики,  где  рассматриваются  вопросы  влияния  экзогенно-обуслов-

ленных  динамических процессов на экологические условия региона. Основные законо-

мерности развития экзоморфогенеза в горных экосистемах территории, расположенных 

наразличных  гипсометрических  уровнях,  обусловили  динамику  рельефообразующих 

процессов.  Закономерности  экзоморфогенеза  предопределены,  в  основном,  высотной  

зональностью, тектонической дифференциацией, климатическими условиями и др. фак-

торами. К основным факторам следует отнести и литологические комплексы пород, сла-

гающие горные сооружения, и их трещиноватость.    



 

Ключевые  слова:  экзодинамика,  экосистема,  экзоморфогенез,  гравитация,  гете-

роген, экогеоморфология, экзоген-эндогенез 

 

 

126 




MAIN FEATURES OF MODERN PROCESSES OF EXO-MORPHOGENESE  

IN THE MOUNTAIN GEOSYSTEM OF NAKHCHIVAN AR  

AND THEIR IMPACT ON THE ENVIRONMENT 

 

V.A.GULUZADEH, R.S.ABDULLAYEV, A.I.ALIYEV, T.B.BAYRAMOV 



 

SUMMARY 

 

The article is devoted to the actual problem of the geomorphology of mountain ecosys-



tems of Nakhchivan Autonomic Republic. It studies the question of influence of exogenously-

caused dynamic processes in ecological conditions of the region. The essential regularity of the 

development of exo-morphogenese in the mountain ecosystems of the Autonomic Republic 

with different gipsometrical levels is predetermined by the dynamics of relief-forming process-

es.           

 

Key words:  exodynamic,  ecosystem, exomorphogenese, gravitation, heterogenous, 

ecogeomorphological, exogenous-endogenous 

 

Redaksiyaya daxil oldu: 24.12.2014-cü il 

Çapa imzalan

dı: 22.01.2015-ci il 

 

 



 

 

 

127 



Yüklə 112,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə