№42 (985) 19-25 oktyabr 2017-ci il



Yüklə 389,78 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix21.04.2018
ölçüsü389,78 Kb.
#39784
  1   2   3   4   5   6   7   8


1

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet  

    Qiyməti razılaşma yolu ilə   

 

Qəzet 1999-cu ildən çıxır



№ 42 (985) 19-25 oktyabr 2017-ci il

Azərbaycan Prezidenti bu söz-

ləri  Soçidə  MDB  Dövlət  Başçı-

ları Şurasının məhdud tərkibdə 

iclasındakı çıxışında deyib.

Oktyabrın 11-də Rusiya Federasi-

yasının Soçi şəhərində MDB Döv-

lət  Başçıları  Şurasının  məhdud 

tərkibdə  iclası  olub.  Azərbaycan 

Respublikasının Prezidenti İlham 

Əliyev iclasda iştirak edib.

Rusiya  Federasiyasının  Prezi-

denti  Vladimir  Putin Azərbay-

can Respublikasının Prezidenti 

İlham Əliyevi qarşıladı.

İclasın gündəliyinin kifayət qə dər 

zəngin olduğunu deyən Rusiya Fe-

derasiyasının Preziden ti Vla dimir 

Putin  bildirdi  ki,  bura da  MDB 

çərçivəsində  qar şı lıqlı  əlaqələrin 

gələcəkdə  möh kəmləndirilməsi 

yolları mü zakirə olunacaq, əmək-

daşlı ğın  səmərəliliyinin  artırılma-

sı  is ti qamətində  fikir  mübadilə-

si  apa rılacaq.  Rusiya  Prezidenti 

vur ğuladı ki, iclasda əsas diqqət 

ənə nəvi olaraq iqtisadi, ticari və 

inves tisiya  qoyuluşu  sahələrin-

də, həmçinin humanitar sahədə 

əlaqələrin  inkişafına  yönələcək. 

Prezident Vladimir Putin qarşı-

lıqlı  maraqlara  əsaslanan  yeni 

iri layihələrin həyata keçirilməsi 

üçün bütün imkanların mövcud 

olduğunu  vurğuladı,  görüşün 

mədəniyyət, təhsil, elm, turizm 

sahələrində  təcrübə  mübadilə-

sinin  genişləndirilməsinə  təkan 

verəcəyinə əminliyini ifadə etdi.

Sonra  MDB  İcraiyyə  Komitə-

sinin  sədri-icraçı  katib  Sergey 

Lebedev  qeyd  etdi  ki,  iclasın 

gündəliyi 16 məsələdən ibarət-

dir.  Təqdim  olunan  sənədlərin 

layihələri ekspertlər tərəfindən 

araşdırılıb, ölkələrin nümayən-

dələri ilə razılaşdırılıb. İqtisadi 

sahəyə  aid  sənədlər  isə  MDB 

İqtisadiyyat  Şurası  tərəfindən 

təsdiq olunub. Prezident İlham 

Əliyev iclasda çıxış etdi.

Azərbaycan Prezidenti 

İlham Əliyevin çıxışı:

-  Yenidən  Rusiyada,  Soçidə  ol-

ma ğıma şadam. Əvvəlcə de mək 

istərdim ki, Azərbaycan ənə nəvi 

olaraq  MDB-nin  işində  iştirak 

etməyə  çox  böyük  əhəmiyyət 

verir, bu təşkilatın fəal üzvüdür 

və əmindir ki, MDB-nin böyük 

gələcəyi  var.  Bu  məkan  bizə 

müntəzəm  surətdə  fikir  müba-

diləsi aparmaq imkanı verir. 

Mən çıxışımda əsasən humanitar 

xarakterli  məsələlərə  toxunmaq 

istərdim. Azərbaycan beynəlxalq 

humanitar  əməkdaşlıqda  mü-

hüm  rol  oynayır.  Bizim  ölkədə 

müntəzəm  surətdə  beynəlxalq 

xarakterli mühüm tədbirlər keçi-

rilir. Onların arasında Rusiya və 

Azərbaycan prezidentlərinin hi-

mayəsi altında keçirilən və artıq 

ənənə halı almış Bakı Beynəlxalq 

Humanitar  Forumunu  xüsu-

si  qeyd  etmək  istərdim.  Deyə 

bilərəm  ki,  bu  Forum  müəyyən 

mənada nadir, əsasən humanitar 

əməkdaşlıq,  konfessiyalararası 

dialoq,  sivilizasiyaların  dialoqu 

ilə  bağlı  məsələlərə  diqqət  ye-

tirən  tədbirə  çevrilib.  Azərbay-

canda həm də mütəmadi olaraq 

Mədəniyyətlərarası  Dialoq  üzrə 

Beynəlxalq  Forum  keçirilir.  Bu 

Forumun gündəliyi də Bakı Hu-

manitar  Forumunun  gündəliyi 

ilə  təxminən  eynidir.  Beləliklə, 

Azərbaycan hər il bu mövzular-

da  diskussiyalar  üçün  məkana 

çevrilir.  Düşünürəm  ki,  multi-

kulturalizm,  konfessiyalararası 

dialoq  ilə  bağlı  məsələlər  üzə-

rində  diqqətin  cəmləşdirilmə-

sinə  yönəlmiş  səylərin  birləş-

dirilməsi xüsusi aktuallıq kəsb 

edir.  Həmçinin  ötən  il  Bakıda 

BMT-nin  Sivilizasiyalar Alyan-

sının  VII  Qlobal  Forumu  keçi-

rilib.  Beləliklə,  bizim  ölkəmiz 

humanitar xarakterli məsələlərin 

müzakirəsi üzrə dünya mərkəz-

lərindən  biri  kimi  artıq  özünü 

tanıdıb.


Bizim indiyə qədər keçirdiyimiz 

və  keçirməkdə  olduğumuz  id-

man tədbirlərini, xüsusən 2015-ci 

ildə Birinci Avropa Oyunlarını və 

bu il IV İslam Həmrəyliyi Oyun-

larını da bu məsələlərə aid etmək 

olar.  İştirakçı  ölkələrin  ümumi 

sayı  100-dən  çox  idi.  Bu  Oyun-

lar  həm  də  mədəniyyətlərarası, 

konfessiyalararası dialoqun yaxşı 

formatı  oldu.  İki  il  ərzində  eyni 

şəhərdə  həm  Avropa  Oyunları-

nın,  həm  də  İslam  Həmrəyliyi 

Oyunlarının  keçirilməsi  bizim 

iradəmizi, mədəniyyətlərarası və 

dinlərarası dialoqa Azərbaycanın 

töhfəsini bir daha təsdiq edir.

Turizm  ilə  bağlı  məsələlər  xü-

susən valyuta mədaxilləri müəy-

yən  dərəcədə  azalmış  ölkələr 

üçün  xüsusi  əhəmiyyət  kəsb 

edir.  Bunlar  neft-qaz  resursla-

rına  malik  olan  ölkələrdir.  Mən 

deyərdim ki, turizm ixracın vacib 

istiqamətidir  və  burada,  bizim 

bu  məkanda  turizmin  inkişafı, 

müəyyən birgə turizm marşrut-

ları məsələlərinin müzakirəsi də 

çox böyük əhəmiyyət kəsb edir.

Qeyd etmək istədiyim sonuncu 

mövzu  təhlükəsizliyin  möh-

kəmləndirilməsi  məsələləri  ilə 

bağlıdır. Biz şadıq ki, Azərbay-

can bu istiqamətdə də risklərin 

azaldılması  üçün  imkan  yara-

dır. Xüsusi qeyd etmək istərdim 

ki,  Rusiya  və  ABŞ  ordularının 

baş qərargah rəislərinin birinci 

görüşü Bakıda keçirilib. Biz şa-

dıq  ki,  bu  görüşün  keçirilməsi 

üçün bizim ölkəmiz seçilib. Biz 

məkan təqdim etdik, lakin belə 

bir görüşün Azərbaycanda keçi-

rilməsi faktının özü, əlbəttə, bizi 

sevindirir  və  həm  də  risklərin 

azaldılması  məsələsində  Azər-

baycanın oynadığı rolu göstərir. 

Rusiyanın Baş Qərargah rəisinin 

və NATO-nun hərbi komandan-

lığının  birinci  görüşü  də  Bakı-

da  keçirilib.  Biz  gələcəkdə  də 

təhlükəsizliyin  möhkəmləndi-

rilməsi  və  risklərin  azaldılması 

işinə töhfəmizi verməyə hazırıq.



* * * * * 

Oktyabrın  11-də  Rusiya  Fede-

rasiyasının Soçi şəhərində MDB 

Dövlət  Başçıları  Şurasının  geniş 

tərkibdə iclası keçirilib. Azərbay-

can  Respublikasının  Prezidenti 

İlham Əliyev iclasda iştirak edib.

Sonda  çıxış  edən  Rusiya  Pre-

zidenti  Vladimir  Putin  siyasi 

dialoqun,  təhlükəsizlik,  iqtisa-

diyyat  sahələrində  əməkdaşlı-

ğın genişləndiyini bildirmiş, bu 

ilin əvvəlindən qarşılıqlı ticarət 

dövriyyəsinin  25  faiz  artdığını 

qeyd etmişdir.

Daha sonra sənədlərin imzalan-

ması mərasimi olmuşdur. Ümu-

milikdə, qurumun fəaliyyəti ilə 

bağlı 18 sənəd imzalanmışdır.

Azərbaycan  Respublikasının 

Prezidenti İlham Əliyev ATƏT-

in  Minsk  qrupunun  həmsədr-

ləri  tərəfindən  Azərbaycan  və 

Ermənistan 

prezidentlərinin 

Cenevrədə təşkil edilmiş görü-

şünə gəlib.

Oktyabrın  16-da  Azərbaycan 

Prezidenti İlham Əliyev və Er-

mənistan Prezidenti Serj Sarkis-

yan arasında görüş keçirilib.

Görüşdə  ATƏT-in  Minsk  qru-

punun həmsədrləri və ATƏT-in 

fəaliyyətdə olan sədrinin xüsusi 

nümayəndəsi iştirak ediblər.

Həmin  gün  Azərbaycan  Res-

publikasının  Prezidenti  İlham 

Əliyevin  İsveçrə  Konfederasi-

yasına səfəri başa çatıb.



Yüklə 389,78 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə