5 informasiya iqtisadiyyatinin formalasmasi s?Raitind? Internet-bankinq texnologiyalarinin ?H?Miyy?Ti v? Innov



Yüklə 120,91 Kb.
Pdf görüntüsü
tarix04.11.2017
ölçüsü120,91 Kb.
#8632


İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49 

 

 



       www.jpis.az                                                                      41 

 

UOT 336; 004.9;  338.2



 

Ə

liyev Ə.Q. 

AMEA  İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

alovsat_qaraca@mail.ru 

İ

NFORMASİYA İQTİSADİYYATININ FORMALAŞMASI ŞƏRAİTİNDƏ İNTERNET-

BANKİNQ TEXNOLOGİYALARININ ƏHƏMİYYƏTİ VƏ İNNOVATİV 

XÜSUSİYYƏTLƏRİ 

Məqalədə  elektron  bank  xidmətlərinin  və  əməliyyatlarının  mahiyyəti  şərh  olunmuşdur.  Müasir 

İnternet-bankinq  texnologiyalarının  meydana  gəlməsi,  onun,  üstünlükləri  və  innovativ  

xüsusiyyətləri  təhlil  olunmuşdur.  İnternet-bankinqin  fəaliyyət  prinsipləri  və  təhlükəsizlik 

məsələləri araşdırılmış, inkişaf tendensiyaları və gələcək perspektivləri şərh olunmuşdur. 

Açar  sözlər:  informasiya  iqtisadiyyatı,  İnternet-bankinq,  bank  xidmətləri,  onlayn-bankinq, 

distant-bankinq. 

Giriş 

Dünyada  informasiya-kommunikasiya  texnologiyalarının  (İKT-nin)  hərtərəfli  və  sürətli 

tətbiqi  yeni  iqtisadi  münasibətlərin  və  proseslərin,  o  cümlədən  informasiya  iqtisadiyyatının 

formalaşmasına  səbəb  olmuşdur  [1].  Məlum  olduğu  kimi,  informasiyaya  və  biliklərə  əsaslanan 

iqtisadiyyatın formalaşmasında maliyyə və pul-kredit münasibətlərinin tənzimlənməsi önəmli rol 

oynayır [2]. Bu prosesdə mühüm element olan  bank sistemi əhaliyə və təşkilatlara geniş spektrli 

xidmətlər  göstərir.  Hazırda  həmin  bank  xidmətlərinin  və  əməliyyatlarının  elektron  formada 

tətbiqi  sürətlə  genişlənməkdədir.  Elektron  bank  xidmətlərini  distant  idarəetmə  formasında, 

əsasən İnternet vasitəsilə həyata keçirirlər. 

Müasir  innovativ  bank  xidmətləri  və  texnologiyaları  arasında  ən  geniş  yayılanı  İnternet-

bankinqdir.  İnternet-bankinq  –  bank  tərəfindən  təklif  edilən  yeni  xidmət  deyil,  sadəcə,  mövcud 

ənənəvi bank xidmətlərinin İnternet-texnologiyaların tətbiq edildiyi formasıdır.  

Müştərilərə  İnternet  vasitəsi  ilə  geniş  spektrli  maliyyə  xidmətlərinin,  məsafədən 

hesablaşma və depozitar xidmətinin, valyuta əməliyyatlarının, İnternet-treydinq, ekvayerinq və s. 

kimi  xidmətlərin  göstərilməsi  bank  fəaliyyəti  və  xidmətlərinin  səmərəliliyinin  yüksəldilməsi 

sahəsində əsas texnologiyalar hesab olunur. Başqa sözlə, müasir bank texnologiyalarının əsasını 

İnternet-bankinq texnologiyaları təşkil edir. İnternet-bankinq nağd əməliyyatlar istisna olmaqla, 

müştərilərə bütün standart bank əməliyyatlarını İnternet vasitəsilə aparmağa imkan verən müasir 

informasiya-telekommunikasiya  sistemidir.  Başqa  sözlə,  İnternet-bankinq  informasiya 

iqtisadiyyatına  uyğun  bank  xidmətlərinin  göstərilməsinə  xidmət  edən  texnologiyadır.  Ona  görə 

də  onunla  əlaqədar  olan  problemlərin  öyrənilməsi,  təhlili  və  perspektiv  inkişafı  sahəsində 

tövsiyələrin 

işlənilməsi 

informasiya 

cəmiyyətinin 

özəyini 


təşkil 

edən 


informasiya 

iqtisadiyyatının aktual məsələlərindən hesab olunur. 



İ

nternet-bankinqin meydana gəlməsi 

Bank  sferasında  fərdi  kompyuterlərin  tətbiqi  ilə  monitorinqlərin  aparılması  və  hesabların 

idarə  olunması  üzrə  ilk  informasiya-hesablama  sistemləri  (“Home  bankinq”  sistemləri)  1980-ci 

illərin əvvəllərində meydana gəlmişdir. O zaman bunun üçün müştərilərin kompyuterləri ilə bank 

arasında  birbaşa  modem  əlaqəsi  qurulmuşdu.  Sürətli  İnternet  meydana  çıxanadək  bu  sistemlər 

banklar üçün  əsl innovativ göstərici idi.  

1990-cı  illərdən  başlayaraq  dünyanın  aparıcı  bankları  şəbəkə  vasitəsilə  hesabların  idarə 

edilməsi  üçün  mükəmməl  layihə  işləyib  hazırladılar.  1995-ci  ildə  ABŞ-da  ilk  virtual  banklar  – 

(məsələn,  Security  First  Network  Bank)  meydana  gəldi.  Bu  bankların  fəaliyyətinin  ilkin 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49 

 

42                                                                  www.jpis.az 



 

yekunları  göstərdi  ki,  həmin  bankların  aktivləri,  kapitalın  aylıq  artım  faizi  və  müştəri 

hesablarının sayı əvvəlki vaxtlara nisbətən xeyli artmışdı.  

Avropada  isə  İnternet  vasitəsilə  əməliyyatları  həyata  keçirən  ilk  virtual  bank  1996-cı  ildə 

Almaniyanın  Drezden  bank  qrupu  strukturuna  aid  Advance  bank  olmuşdur.  Belə  banklara 

nümunə  olaraq  Netbank  (1996),  Compubank  (1998),  BankDirect  (1999)  kimi  digər  bankları  da 

göstərmək olar [3].    

2001-ci  ilin  mart  ayında  Yaponiya  hökuməti  Sony  korporasiyasının  on-layn  bankının 

açılmasına  lisenziya  verdi.  Bankın  fəaliyyətinin  ilk  aylarında  20  mindən  çox  hesab  açıldı. 

Yaponiya  və  ABŞ-da  bu  sahənin  inkişafı  2004-cü  ilin  sonunda  hər  3  bankdan  birinin  İnternet-

bankinq xidmətini dəstəkləməsi ilə nəticələndi. 

 

Rusiyada  onlayn-bankinq  1998-ci  ildə  Avtobankda  “İnternet  Servis  Bank”  sisteminin 



tətbiqi ilə başlamışdır. Bu sistem  fiziki şəxslər üçün tətbiq edilmişdi, öz hesablarını idarə etmək 

üçün  təkcə  standart  brauzerin  olması  kifayət  idi.  Hazırda  isə  Rusiyada  yüzlərlə  bank  İnternet-

bank sistemi ilə işləyir. Bu ölkədə bankların 60%-dən çoxunda distant xidmət sistemi – İnternet-

bankinq tətbiq olunur [4].  

Azərbaycanda  ilk  İnternet-bankinq  sistemi  2008-ci  ildə  Azərbaycan  Beynəlxalq  Bankında 

(ABB) tətbiq olunmağa başlanmışdır [5].  

Dünyada  İnternet-bankinq  bazarının  əsas  tendensiyaları  istifadəçilərin  sayının  və  əlavə 

funksional  sistemlərə  təlabatın  sürətlə  artmasından  ibarətdir.  Hal-hazırda  dünyada  İnternet-

bankiq  xidmətinin  milyonlarla  istifadəçisi  vardır.  İqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  bu 

xidmətlərin əhatə dairəsi 90%-dən çoxdur

.

 İnternet-bankinq üçün əsas ödəniş əməliyyatları fiziki 



şəxslər  üçün  olan  hesablama-ödəniş  xidmətləridir.  Son  vaxtlara  qədər  belə  xidmətləri  əsasən 

banklar  icra  edirdilər.  Bir  çox  banklar  tərəfindən  terminalların  xüsusi  şəbəkəsi  yaradılsa  da, 

terminalların çox hissəsi hesablama-ödəniş xidmətləri üzrə qeyri-bank şirkətlərinə aiddir və onlar 

tərəfindən  istismar  olunur.  Bu  terminallar  kommunal,  telekommunikasiya  xidmətləri,  istehlak 

krediti, məhsullar və xidmətlər üzrə ödəniş etməyə imkan verir. 

İnternet-bankinqin inkişafı hüquqi ünvanından başqa heç bir real nümayəndəliyi olmayan, 

bütün  fəaliyyətini  ancaq  kompyuter  şəbəkələri  vasitəsilə  həyata  keçirən  şəbəkə  banklarının  da 

yaranmasına səbəb olmuşdur. 



İ

nternet-bankinq xidmətinin mahiyyəti  

İnternet-bankinq bankların öz müştərilərinə göstərdiyi əsas xidmətlərdən biridir. Bu xidmət 

növü  vaxta  qənaət  edərək,  müştərilərin  evdən,  yaxud  iş  yerindən  çıxmadan  öz  kartlarındakı 

vəsaiti və ya cari hesabını idarə etməyə imkan verir. İnternet-bankinq texnologiyaları banklara və 

onların  fəaliyyətinə  aid  informasiyanın  İnternet  vasitəsilə  ötürülməsinə  əsaslanır.  Bu 

texnologiyaların tətbiqi zamanı müştəri bank ilə qarşılıqlı əlaqə yaratmaq üçün standart İnternet-

brauzerdən  istifadə  edir.  Ona  görə  də  İnternetə  çıxışı  olan  istənilən  kompyuter  həmin  sistemlə 

işləmək üçün platforma rolunu oynaya bilər [6]. 

İnternet-bankinq  texnologiyalarının  universallığı  onu  həm  fiziki  şəxslər,  həm  də 

müəssisələr üçün əlyetərli etməklə onların maliyyə vəsaitlərinin idarə edilməsinin səmərəliliyini 

və operativliyini yüksəltməyə imkan verir. 

Ümumiyyətlə,  ödənişlərin  İnternet  vasitəsilə  idarə  edilməsi  kompyuterdə  işləyə  bilənlər 

üçün  çətin  deyil  və  İnternet-bankinq  sistemindən  istifadə  etmək  üçün,  demək  olar  ki,  hər  hansı 

xüsusi biliyə ehtiyac yoxdur. 

İnternet-bankinq  sistemi  vasitəsilə  real  vaxt  rejimində  günün  istənilən  vaxtında  müştəri 

aşağıdakı əməliyyatları apara bilər:  

 

plastik kart və ya cari hesabın balansının yoxlanılması;  



 

kartlar haqqında ümumi  məlumatın (kartların siyahısı, növləri, adları və  hər bir kartın 

və ya cari hesabda mövcud olan vəsaitin məbləği) əldə edilməsi;  

 

kart ilə aparılmış əməliyyatlar haqqında kiçik çıxarışın əldə edilməsi;  




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49 

 

 



       www.jpis.az                                                                      43 

 

 



kart və ya cari hesab üzrə, istənilən təqvim ayı ərzində aparılan əməliyyatlar haqqında 

ətraflı məlumatla çıxarışların tərtib edilməsi;   

 

kommunal xidmətlərə görə ödənişlərin edilməsi; 



 

mobil telefon rabitəsindən istifadəyə görə ödəniş edilməsi; 

 

Karttransfer xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi;   

 

İnternet xidmətlərinə görə ödənişlərin edilməsi;  



 

stasionar rabitəyə görə ödənişlərin edilməsi.  

İnternet-bankinq  istifadəçiləri  üçün  ATM  şəbəkəsindən  və  İnternet  şəbəkəsinə  qoşulmuş 

kompyuterlərdən  istifadə  edərək,  banka  müraciət  etmədən  İnternet-bankinq  sisteminə  qoşulmaq 

imkanı  yaradılmışdır.  Bu    sistemdən  istifadə  etmək  üçün  heç  bir  əlavə  proqram  təminatı  tələb 

edilmir, bunun üçün istənilən İnternet-brauzer kifayət edir.  

Alıcı, İnternet-mağaza və bank arasındakı qarşılıqlı fəaliyyət sxeminin mahiyyəti aşağıdakı 

kimidir: 

1.

 

Alıcı virtual mağazadakı əmtəəni seçir; 



2.

 

Mağaza  alıcıya  İnternet-bankinq  vasitəsilə  özünün  elektron-rəqəm  imzasıyla  (ERİ) 



təsdiqlənmiş ödəniş hesabı təqdim edir; 

3.

 



Alıcı həmin hesabı özünün ERİ ilə təsdiqləyərək  ya hesabı ödəyir,  ya da  hər hansı bir 

digər gözləmə qərarı qəbul edir; 

4.

 

Bank avtomatik olaraq həmin vəziyyət haqqında İnternet-mağazaya məlumat verir; 



5.

 

Mağaza  aldığı  məlumata  uyğun  olaraq  əmtəəni  ya  alıcıya  göndərir,  ya  da  növbəti 



bildirişə qədər gözləmə mövqeyində qalır. 

Qeyd  etmək  lazımdır  ki,  bir  çox  yerlərdə  İnternet-bankinqlə,  adətən,  müştəri  şirkətlərinin 

mühasibləri məşğul olur və demək olar ki, qarşılıqlı hesablaşmaları yerinə yetirir, həmçinin digər 

vergiləri  ödəyir.  Bu  isə  ümumi  işin  səmərəliliyinə  az  təsir  edir.  Yaxşı  olardı  ki,  İnternet-

bankinqlə şirkətlərin maliyyə direktorları işləsin və bankın onlara göstərdiyi maliyyə idarəetməsi 

texnologiyalarının  (aktivlərin  idarə  olunması,  investisiya,  kreditləşmə,  sığorta,  konsaltinq  və  s.) 

xidmətlərindən tam istifadə etsin. Bu işin səmərəsinin artırılmasına gətirə bilər. 

Bunlardan  başqa,  elektron  kommersiyanın  bəzi  formalarında  nağdsız  ödənişləri  operativ 

izləmək  mümkün  olmadığından  sövdələşmələrin  tam  realizasiyası  və  əmtəənin  hərəkəti  də 

ləngiyir.  Ona  görə  də  bankın  özünü  də  informasiya  sisteminə  daxil  etmək  və  ödəniş  haqqında 

satıcını  operativ  məlumatla  təmin  etmək  lazımdır.  Bu,  həm  də  müştərilərin  kommersiya 

əməliyyatlarının səmərəli idarə olunmasına şərait yaradır [7]. 

İnternet-bankinqin  inkişafı  iri  banklara  külli  miqdarda  gəlir  gətirir.  İri  bankların  maliyyə 

resursları kifayət etdiyinə görə onlar müasir İKT-nin əsas kompleks və sistemlərini, o cümlədən 

CRM-sistemlərini tətbiq edə bilirlər ki, çəkilən xərclər tezliklə özünü ödəyə bilsin.  

Distant bank xidmətləri 

Distant bankın xidmətlərini göstərən elektron texnologiyalar aşağıdakı istiqamətlərdə daha 

çox inkişaf edir [8]: 

1.

 



”Müştəri-Bank” sistemləri tərəflər arasındakı bank sənədlərinin mübadiləsini tərəflərin 

kompyuterlərinin modem birləşmələri vasitəsilə həyata keçirir.  Bu sistem müstəqildir, 

geniş  yayılmışdır  və  bankla  əlaqədar  olan  digər  sistemlərlə  yaxşı  inteqrasiya  oluna 

bilir. 


2.

 

“İnternet-Bank”  sistemində  tərəflərin  qarşılıqlı  əlaqəsi  standart  brauzer  vasitəsilə 



həyata keçirilir. 

3.

 



Mobil-bankinq  sistemində  tərəflərin  qarşılıqlı  fəaliyyəti  məlumatların  mobil  qurğular 

vasitəsilə ötürülməsinə əsaslanır. 

Göstərilən  sistemlərdə  bank  hesabları  məsafədən  idarə  olunur.  Ödəmə  proseduru  banka  bir 

hesabdan digərinə müəyyən vəsaitin köçürülməsinə aid verilən göstərişin yerinə yetirilməsindən 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49 

 

44                                                                  www.jpis.az 



 

ibarətdir.  Yerinə  yetirilmə  prosedurunda,  təbii  ki,  informasiya  və  sistem  müxtəlif  texnoloji 

vasitələrlə mühafizə olunur. 

Distant bank xidmətlərini funksional olaraq belə qruplaşdırmaq olar: 

 

hesabların distant monitorinqi; 



 

hesabların distant idarə olunması; 

 

kompleks  bank  xidmətləri  (kredit,  sığorta,  İnternet-treydinq,  kart  sifarişi,  kartların 



blokirovkası, valyuta əməliyyatları və s.). 

“İnternet-bankinq” sisteminin fəaliyyət texnologiyası 

“İnternet-bankinq” sistemi on-layn rejimində banklardakı hesablar üzərində əməliyyatların 

aparılmasına  əsaslanır.  Hər  bir  hesabı  verilənlər  bazasındakı  bir  yazılış  kimi  başa  düşmək  olar. 

İstənilən  ödəniş  əməliyyatı  isə  qarşılıqlı  razılaşmaya  uyğun  olaraq  hər  iki  tərəfin  hesablarının 

dəyişdirilməsidir. Bu zaman bank aşağıdakı məsələləri həll etməlidir [9]: 

 

hesabın idarə olunmasına ödəyicinin hüququ; 



 

ödəyicidən hesabın izahını almaq; 

 

əməliyyatın mümkünlüyünün yoxlanılması; 



 

əməliyyatın aparılmasına alıcı razılığının alınması; 

 

tərəflərin hesablarının müvafiq olaraq dəyişdirilməsi; 



 

qəbzlərin tərəflərə çatdırılması və hesabatın saxlanılması. 



İ

nternet-bankinqin üstünlükləri  

İnternet-bankinqin  əsas  üstünlüklərindən  biri  odur  ki,  lazımsız  kağız  işlərindən  və  yorucu 

zəhmətdən azad olmağa imkan verir [10]. Məhz bu rahatlıq vaxta qənaət etməklə bankda hesab 

açdırmağa və onu İnternet vasitəsilə idarə etməyə sövq edir. Digər tərəfdən, yeni texnologiyalar 

kifayət  qədər  operativ  olmağa  imkan  verir  ki,  bu  da  özünə  aid  olan  bütün  maliyyə  işlərindən 

xəbərdar olmaq istəyənlər üçün çox vacibdir. İnternet-bankinq xərclərə qənaət etməyə də imkan 

verir.  Belə ki, hesablaşmaların avtomatlaşdırılması  İnternet vasitəsilə xidmətin təşkilinə çəkilən 

xərcləri  azaltmağa  imkan  verdiyindən  əsas  bank  əməliyyatları  üzrə  tariflər  də  aşağı  düşür. 

Adətən,  İnternet-bankinqin  müştərilərinə  valyuta  və  digər  əməliyyatlarda  ödənişlər  aparmaq 

üçün güzəştli tariflər təklif olunur. 

Ənənəvi  bank  sistemləri  ilə  müqayisədə  həm  sistemin  müştəriləri,  həm  də  banklar  üçün 

distant bank xidmətlərinin bir sıra digər üstünlükləri də vardır [11]. Statistik təhlillər göstərir ki, 

bank  tranzaksiyaları  zamanı  ən  aşağı  xərclər  İnternet-bankinq  sistemlərində  olur.  İnternet-

bankinqin xərcləri bankomat şəbəkəsinin xidmət xərcləri ilə müqayisədə daha aşağıdır. Belə ki, 

İnternet-bankinqdə  bankomatların  saxlanması,  inkassasiyası  və  sığortası  kimi  xərclər  yoxdur. 

Bundan  başqa,  müştəri  valyuta  almaq  və  satmaq,  hesab  üzrə  çıxarışları  əldə  etmək,  İnternet-

mağazalarda  malların  və  xidmətlərin  alqı-satqısını  həyata  keçirmək,  məsləhət  almaq  və 

informasiya  əldə  etmək,  hesabın  idarə  edilməsi  və  hesablararası  vəsaitlərin  köçürülməsi, 

kommunal xərclərin ödənilməsi, konvertasiya əməliyyatları,  pul köçürmələrinin aparılması kimi 

imkanlara malik olur. 

İnternet-bankinq  xidməti  vasitəsilə  ödənişlər  on-layn  rejimdə  həm  yerli  valyuta,  həm  də 

xarici  valyuta  ilə  aparılır.  İnternet-bankinqin  tarifləri  bankdan  banka  fərqlənir  və  bu  tariflər, 

adətən,  özünə  aşağıdakıları  daxil  edir:  qoşulma  haqqı,  abunə  haqqı  və  müxtəlif  növ  ödənişlərin 

aparılması  haqqı.  Bəzi  banklar  distant  xidmətlərin  istifadəsini  stimullaşdırmaq  üçün  belə 

sistemlərlə  aparılan  əməliyyatlara  görə  xidmət  haqqını  aşağı  salırlar.  Bu  xidmətlərin  biznes-

istifadəçilər  üçün  xüsusi  əhəmiyyəti  vardır.  Belə  ki,  kiçik  və  orta  biznes  üçün  “müştəri-bank” 

sistemi  praktiki  olaraq  bankla  canlı  əlaqəni  qismən  və  ya  tamamilə  əvəz  edən  və  bununla  da, 

vaxta və məsrəflərə qənaət etməyə imkan verən yeganə vasitədir.   

İnternet-bankinq  xidmətinin  növünün  inkişafı  bankların  özləri  üçün  də  sərfəlidir.  Yeni 

müştərilərin  cəlb  olunması  və  mövcud  gəlirlərinin  artmasından  başqa  banklar  on-layn 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49 

 

 



       www.jpis.az                                                                      45 

 

münasibətlər hesabına öz daxili problemlərini həll edirlər. Məsələn, “müştəri-bank” sistemi işin 



şöbələr  və  əməkdaşlar  arasında  paylanmasına  imkan  verir  ki,  bu  da  xidmətin  son  dəyərinə 

müsbət təsir göstərir. Eyni zamanda, banklar WAP-bankinq, telefonla distant bank xidmətləri və 

s.  kimi  mükəmməl  virtual  xidmətləri  özündə  birləşdirir.  Belə  ki,  bankın  İnternet  saytına  yalnız 

kompyuter vasitəsilə deyil, WAP (Wireless Application Protocol)  texnologiyalı mobil telefondan 

istifadə  etməklə  də  daxil  olmaq  olar.  Bu  cür  xidmət    WAP-bankinq  və  ya  mobil  bankinq  (m-

bankinq)  adlanır.  Bununla  belə,  qeyd    etmək  lazımdır  ki,  İnternet-bankinq  yüksək  səviyyədə 

standartlaşdırılmış bir xidmət növüdür.  Bank tam virtual olduqda  İnternet-bankinq xidmətindən 

istifadə  edən  müştəri  banka  getmədən  onun  saytında  qeydiyyatdan  keçə,  şəxsiyyətinin  təsdiqi 

üçün sosial sığorta nömrəsini qeyd edə və müvəqqəti parol əldə edə bilər.  Banka bütün pullar ya 

nağdsız  yolla, ya  da  poçt  vasitəsilə  göndərilir.  Bankomatdan  hesab  haqda  məlumat  alarkən 

autentifikasiya  üçün  plastik  kartlardan  istifadə  olunur.  Hesabın  idarə  edilməsi,  nağdsız 

hesablaşmalar  İnternet  vasitəsilə  reallaşdırılır.  İnternet  vasitəsilə  kredit  də  götürmək  olur.  Əgər 

müştəriyə hər hansı məsləhət almaq lazım olarsa, bu ya elektron poçt vasitəsilə, ya da telefonla 

canlı ünsiyyət vaxtı həyata keçirilir. 

İnternet-bankinqin  müştəri  xidmətinin  müxtəlif  rejimlərini  nəzərə  almaq  və    əməliyyatlar 

vaxtı  meydana  çıxan  riskləri  yoxlamaq  üçün    yüksək  keyfiyyətli  back-office  sisteminə  malik 

olması  zəruridir.  İnternet-bankinq  qlobal  mühit  olmaqla,  biznesin  strukturunu  İnternet-

iqtisadiyyatın  xeyrinə  dəyişməyə  təsir  edir.  Müasir  elektron  kommersiya  sistemləri  2  əsas 

istiqaməti  –  maliyyə  xidmətlərinin  əsas  icraçıları  və  satıcıları  kimi  fəaliyyət  göstərən  banklar 

olan  B2B  (businеss-tо-businеss)  və  maliyyə  tərəfdaşı  qismində  kredit  təşkilatları  çıxış  edən, 

malların  və  xidmətlərin  fiziki  şəxslərə  satışının  B2C  (businеss-tо-custоmеr)  modelini  özündə 

birləşdirir.  Yeni  texnologiyalar  bank  menecerlərinə  çox  böyük  sayda  müştərilərlə  aktiv  iş 

aparmağa  imkan  verir.  Elektron  kommersiyanın  inkişafı  banklarda  birbaşa  olaraq  İnternet-

bankinqin tətbiqinin  genişlənməsinə səbəb olur. 

Müasir  banklar  adətən,  interaktiv  bank  xidmətləri,  əsas  bank  əməliyyatları  aparmaq  və 

İnternet  vasitəsilə  ödəniş  etmək  imkanı  verirlər.  İri  banklar  isə  müştərilərə  öz  investisiya 

bölmələri və tədqiqat imkanları haqqında da informasiya verirlər.  Bütövlükdə,  İnternet-bankinq 

sistemləri təqdim etdikləri xidmətlərin səviyyəsinə görə iki qrupa ayrılır:  

 

İnformasiya  sistemləri  –  bank  müştərilərinə  fərdi  və  ümumi  qaydalar  (sorğunun 



çıxarılışı,  tranzaksiyalar  haqqında  informasiyanın  yüklənməsi  və  s.)  haqqında 

informasiya təqdim edən sistemlər; 

 

Tranzaksiya    sistemləri  –  hesablarla  aktiv  əməliyyatların  həyata  keçirilməsinə,              o 



cümlədən  nağdların  idarə  olunmasına,  pul  köçürmələrinə,  avtomatik  klirinq  sistemi 

vasitəsilə  tranzaksiyalara,  hesabların  təqdim  edilməsinə  və  ödənişinə  imkan  verən 

sistemlər. 

İnternet-bankinq sistemləri tətbiq sahəsinə görə də 2 qrupa bölünür: 

 

İstehlakçı-bankinq  sistemləri  –  fiziki  şəxslərə  (istehlakçı  sektoruna)  istiqamətlənmiş  



sistemlər; 

 

Biznes-bankinq  sistemləri  –  hüquqi  şəxslərə  istiqamətlənmiş  (korporativ  sektora) 



sistemlər.  

İ

nternet-bankinqin problemləri  

İnternet-bankinqin  yuxarıda  qeyd  edilən  üstünlükləri  ilə  yanaşı,  müəyyən  problemləri  də 

mövcuddur.  Virtual  banklardan  istifadədə  əsas  maneə  inamsızlığın  olmasıdır.  Bunun  da  əsas 

səbəbi    bütün  əməliyyatların  virtual  olaraq  həyata  keçirilməsi,  bank  işçisi  ilə  canlı  ünsiyyətin 

olmamasıdır. Bundan başqa, hətta ən böyük banklar vaxtaşırı on-layn proqramlarını yeniləşdirir. 

Bəzi hallarda istifadəçi hesabı haqqında məlumatı yenidən daxil etməli olur. 

 İnternet-bankinqindən  yararlanmaq  üçün  ilkin  olaraq  istifadəçi  kompyuter  vasitəsilə 

İnternetə  qoşulmalıdır.  Bu  o  deməkdir  ki,  bank  hesabına  giriş  əsas  etibarı  ilə  texnologiyadan 




İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49 

 

46                                                                  www.jpis.az 



 

asılıdır.  İnternet-bankinq  web-server  və  kompyuterlərin  etibarlılığından  da  asılıdır.  Onlarda  hər 

hansı problem baş verərsə, istifadəçi öz hesabına daxil ola bilməyəcək. Əhalinin kompyuterdən 

istifadə vərdişlərinin aşağı səviyyəsi İnternet-bankinqdən istifadəni çətinləşdirir. Müştəri bankını 

dəyişməyə qərar verdikdə, o, proqram təminatını da əvəz etməli olacaq. İstifadəçi köhnə hesabı 

haqqında  bütün  məlumatları  yeni  proqrama  daxil  etməli  olacaq,  bu  da  vaxt  itkisinə  səbəb  olur. 



ATM-lərin  kifayət  qədər  olmaması  da  İnternet-bankların  ən  əsas  çatışmayan  tərəflərindəndir.  

Bu  səbəbdən  hesaba  pulu,  yaxud  çeki  köçürmək  üçün  ya  poçtdan  istifadə  etmək  (bu  yol  bir  az 

etibarsız  sayılır),  ya  da  pulu  başqa  hesabdan  köçürmək  lazım  gəlir.  Əgər  bank  tam  virtual 

deyilsə, onun on-layn proqramında qeydiyyatdan keçmək üçün müştəri bankın şöbəsinə gələrək 

şəxsiyyət  vəsiqəsini  təqdim  etməli  və  sənədi  imzalamalıdır. Bununla  əlaqədar  olaraq  hesabın 

aktivləşməsi xeyli vaxt tələb edə bilər. 



İ

nternet-bankinqin təhlükəsizliyi  

İnternet  vasitəsilə  həyata  keçirilən  e-maliyyə  əməliyyatlarının  etibarlılığının  təmin 

olunması  sahəsində  əsas  məsələlərdən  biri  təhlükəsizlikdir.  Müasir  kriptoqrafik  texnologiyalar 

bu  sahədəki  riskləri  praktiki  olaraq  heçə  endirir.  İnternet-bankinq  sistemi  həm  aparat,  həm  də 

proqram səviyyəsində mühafizə olunur. Sistemdə ötürülən bütün informasiya şifrlənir [9].  

Qeyd etmək lazımdır ki, İnternet-bankinq sistemi müştərinin kompyuterinə xüsusi proqram 

təminatının  yüklənməsini  tələb  etmir  –  standart  brauzerin  olması  kifayətdir.  Adi  brauzerdən 

istifadə  etməklə  bankın  serverinə  daxil  olan  müştəri  müvafiq  autentifikasiyadan  sonra  elektron 

sertifikatı  əsasında  PİN-kodunu  daxil  edir  və  öz  hesabları  ilə  əməliyyat  aparmaq  icazəsini  alır. 

Hər  bir  tranzaksiya  elektron  rəqəm  imzasıyla  təsdiq  olunur.  Hesablar  üzrə  bütün  əməliyyatlar 

sistemdə  qeydə  alınır  və  operativ  olaraq  müştəriyə  əlavə  informasiya  kanalları  vasitəsilə 

çatdırılır.  İnternet-bankinq  sistemi  etibarlı  şəkildə  qorunur.  Bu  sistemdə   yalnız  bir  iş  seansı 

zamanı qüvvədə olan birdəfəlik parollardan istifadə olunur.  

İnternet-bankinqdə  ötürülən  məlumatların  təhlükəsizliyini  təmin  etmək  üçün  keş-

funksiyalardan (MD5, SHA-1 və s.), SSl protokolundan, İASP – İnternet açıq satış protokolundan,  

IOTP  –    Internet  Open  Trading  Protocol-dan  istifadə  olunur.  Bütün  bunlara  baxmayaraq, 

İnternet-bankinq  xidmətinin  bir  çox  potensial  istifadəçiləri  elektron  hesablaşmaların 

təhlükəsizliyinə şübhə edirlər. Əslində isə, İnternet-bankinq sisteminin qorunması kredit kartları 

ilə olan ödənişlərin qorunmasına nisbətən daha mükəmməldir. Belə ki, şəbəkədə baş verən əsas 

cinayətlər  kredit  kartlarının  nömrələrinin  oğurlanmasına  əsaslanmışdır.  Müştəri  ödəniş  etmək 

üçün  özünün  kredit  kartının  nömrəsini  daxil  edərkən  həmin  nömrə  ələ  keçirilə  bilər.  Bank 

təhlükəsizliyi mütəxəssisləri belə fikirdədirlər ki, müştəri İnternet-bankinq sistemində proqramda 

işləyən  vaxt  informasiyanın  ələ  keçirilməsi  istisna  təşkil  edir.  Elektron  ödənişlərin 

təhlükəsizliyinin təmini imkanları elədir ki, hətta ən müasir kompyuterdə informasiyanın şifrinin 

açılmasına  illərlə  vaxt  tələb  olunur.  Hazırda  on-layn-tranzaksiyaların  müdafiəsinin  texnoloji 

inkişaf səviyyəsi kifayət qədər yüksəkdir. 

İ

nternet-bankinqin inkişaf perspektivləri  

Müasir texnologiyalar bankla əlaqə zamanı vaxta və resurslara qənaət etməyə imkan verir. 

Bu  isə  İnternet-bankinqin  çox  böyük  inkişaf  perspektivinə  malik  olmasına  və  onun 

istifadəçilərinin sayının artacağına zəmanət verir [12].  

Ümumiyyətlə, 

bank 


sferasında 

İKT-nin 


inkişafı 

aşağıdakı 

tendensiyaları 

müəyyənləşdirmişdir[13]: 

 

bank xidmətləri bazarı genişlənir, kütləviləşir və xidmət miqyasının böyüməsi ilə gəlir 



əldə etmək üçün əlavə imkan yaranır; 

 

bank  kapitalının  yeni  tətbiq  sahələri  formalaşır  və  müxtəliflik  hesabına  əlavə  gəlir 



kanalları yaranır; 


İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49 

 

 



       www.jpis.az                                                                      47 

 

 



yüksək  təhsilli  və  gəlirli  müştərilərə  fərdi  bank  xidmətlərinin  göstərilməsi  elmtutumlu 

bank xidmətlərinin artımına gətirib çıxarır; 

 

CRM  sistemlərinin  tətbiqi  ilə  müştərilərə  fərdi  yanaşma  hesabına  əlavə  imkanlar 

qazanılır. 

Hazırda İnternet-bank biznesi sahəsində bir neçə model mövcuddur: 

 

əsas on-layn bankın İnternet bölməsi; 



 

on-layn  bankın  öz  markasıyla  müstəqil  hüquqi  şəxs  statusunda  təsis  etdiyi  İnternet-

bank; 

 

qeyri-bank  müəssisələrinin  (sığorta,  texnoloji  və  s.)  İnternet-banka  analoji  olaraq  təsis 



etdiyi virtual bank; 

 

e-maliyyə  supermarket  aqreqatoru  (həm  özünün,  həm  də  digər  maliyyə  institutlarının 



məhsul və xidmətlərinin veb-satışını təşkil edən bank). 

Bu  modellərdən  ilk  ikisi  daha  çox  inkişaf  etmişdir.  Birinci  model  daxili  bazarda,  ikincisi 

isə beynəlxalq maliyyə bazarlarında daha çox fəaliyyət göstərir. 

Bunlardan başqa, qeyd  olunmalıdır ki, distant bank xidmətlərinin on-layn rejimdə təqdim 

olunan    digər  xidmətləri  ilə  müqayisədə    İnternet-bank  və  “bank-müştəri”  sistemləri  vasitəsilə 

təqdim  olunan  xidmətlərin  perspektivləri  daha  yüksəkdir  [8].  Bu,  aşağıdakı  səbəblərlə  izah 

olunur: 

1.

 



Qlobal  İnternet  istifadəçilərinin  sayının  daim  artması.  Əgər  2005-ci  ildə  dünyada 

İnternet istifadəçilərinin sayı 1 milyarda yaxın idisə, hazırda bu rəqəm 3 milyardı ötüb 



keçmişdir. 

2.

 



Qlobal  İnternet  şəbəkə  vasitəsilə  həyata  keçirilən  bank  məhsulları  və  xidmətlərinin 

istehlakçılarının sayının artması. 

 

3.

 



İnternetin  fəal    istifadəçilərinin  sayının  sürətlə  artması  banklara  bu  qlobal  şəbəkə 

vasitəsilə  yayımlanan  bank  məhsullarının  və  xidmətlərinin  istehlakçılarının  sayını 

yüksək sürətlə artırmaq imkanı verir.

 

4.



 

İnternet  şəbəkəsi  vasitəsilə  müştərilərə  göstərilən  bank  xidmətlərinin  məsrəflərinin 

aşağı olması.

 

5.



 

E-kommersiyanın  inkişafı  ilə  bağlı  olaraq  fiziki  şəxslərə    İnternet  vasitəsilə    bank 

xidmətlərinin göstərilməsinin zəruriliyi.

 

Qeyd etmək lazımdır ki, e-kommersiyanın inkişafı İnternet vasitəsilə həyata keçirilən alqı-



satqının  ödəniş  mexanizmlərinin  işlənilməsinə    səbəb  oldu.  Əvvəllər  İnternet  vasitəsilə  alqı-

satqının  ödənişi  üçün  kredit  və  debet  kartlardan  istifadə  olunurdusa,  90-cı  illərin  ortalarından 

İnternetdə  ödənişlərin  həyata  keçirilməsi  üçün  İnternet-bankinqdən  istifadə  olunmağa  başlandı. 

E-kommersiyanın  inkişafı  bank  xidmətlərinin  forması  ilə  yanaşı,  pul  vəsaitlərinin  təkamülünə, 

elektron  pul  (web-money)  surroqatlarının,  çeklərin  və  banknotların  analoqlarının  meydana 

gəlməsinə səbəb oldu. 

İnternet-bankinq inkişaf etdikcə müştəri seçimində ərazi yaxınlığı öz əhəmiyyətini itirir. Belə 

olan  halda  əsas  əhəmiyyətli  meyarlar  qismində  bankın  etibarlılığı  və  dayanıqlılığı,  tarif 

siyasətinin  mütəhərrikliyi,  əlavə  xidmətlərin  həcmi  və  keyfiyyəti  və  s.  kimi  göstəricilər  

çıxış edir [14]. 

İnternet-bankinqin  yeni  imkanları  onu  dünyada  daha  dinamik  inkişaf  edən  bank 

xidmətlərindən  birinə  çevirmişdir.  Belə  deməyə  tam  əsas  vardır  ki,  tezliklə  bütün  banklar 

İnternet-xidmətləri  göstərməyə  məcbur  olacaq.  Əks  halda  onlar  öz  müştərilərini  itirəcəklər. 

İndiki zamanda bank xidmətlərinin göstərilməsi sürəti böyük  əhəmiyyət kəsb edir. Bu istənilən 

məkandan real vaxt rejimində hesabların idarə edilməsi şəraitində mümkündür. Müştərilərin əsas 

tələbləri  rahatlıq,  mobillik  və  operativlik  olduğundan  artıq  İnternet-bankinqin  xidmətləri  əksər 

banklar üçün standarta çevrilmişdir. 

Qeyd  edək  ki,  İnternet-bankinqin  inkişafı  maliyyə  xidmətləri  və  məhsulları  üzrə  vahid 

virtual  fəzanı  əmələ  gətirə  bilər.  O,  virtual  maliyyə  məhsulları  və  xidmətlərinin  supermarketi 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49 

 

48                                                                  www.jpis.az 



 

kimi fəaliyyət göstərməklə İnternetdə bütün maliyyə əməliyyatlarının aparıldığı elektron məkan 

kimi inkişaf etməkdədir. 

Nəticə  

Yuxarıda  aparılan  araşdırma  və  təhlillər  bir  daha  göstərir  ki,  müasir  ölkə  iqtisadiyyatının 

innovativ  əsaslarda  inkişaf  etdirilməsi,  onun  postsənaye  mərhələsindən  inkişaf  edərək  yeni 

mərhələyə - informasiya iqtisadiyyatının formalaşması mərhələsinə qədəm qoyması qaçılmaz bir 

prosesdir.  Belə  şəraitdə  ənənəvi  bank  texnologiyalarının  İnternet-bankinqlə  əvəzlənməsi  də  bu 

istiqamətdə həyata keçirilən innovasiya nailiyyətlərindən biridir. Bu texnologiya əhaliyə elektron 

xidmətlərinin  göstərilməsinin  həcminin  və  spektrinin  artırılmasına  təsir  etməklə  yanaşı, 

bütövlükdə, iqtisadi inkişafı sürətləndirir. 

İnternet-bankinq  texnologiyalarının  istər  texniki,  istər  proqram  təminatı,  istərsə  də 

infrastruktur  elementi  baxımından  inkişaf  etdirilməsi,  dünyada  gedən  tendensiyaların  nəzərə 

alınması, texnologiyanın üstünlüklərindən yararlanmaq zərurəti onu informasiya iqtisadiyyatının 

formalaşdırılması  mexanizmlərindən  birinə  çevirmişdir.  Ona  görə  də  İnternet-bankinq 

texnologiyaları  müasir  İKT-nin  və  iqtisadi  inkişafda  pul-kredit  münasibətlərinin  ən  yeni 

nailiyyətlərinin sintezi hesabına daha da inkişaf etdirilməli və tətbiq dairəsi genişləndirilməlidir. 



 

Ə

dəbiyyat 

1.

 



Алиев А.Г. Проблемы информатизации общества и экономики.   Баку:  Элм, 2003, стр. 460.  

2.  Алиев  А.Г.  Теоретико-прикладные  аспекты  информатизации  гумантарных  отраслей. 

Баку: Элм, 2006 г, стр. 476.  

3. Демкивский А.В. Деньги и кредит: Учебное пособие. К.: Дакор, 2005. 

4. Вершинская  О.Н.,  Бестужева  О.Ю.,  Юдин  Т.В.  Потребление  российским  населением 

современных  банковских  услуг  и  электронная  коммерция  //  Информационное 

общество, 2009, №3. 

5. http://www.ibar.az  

6.

 

Корцева А.В. Развития Интернет-банкинга в России // Перспективы науки. 2009,  № 1, 



стр. 60-62. 

7. Кобелев О.А. Электронная коммерция. М: Торговая корпорация  «Дашков и К°», 2009, 

стр. 262.  

8. Пашкова  А.В.,  Иванова  Ю.В.  Дистанционное  банковское  обслуживание  в  России  и 

странах Европы и США. // Методический журнал «Банковский ритейл», №2, 2009. 

9. Юрасов А.В. Основы электронной коммерции. М.:, Горячая линия-Телеком, 2008, стр. 480.  

10.

 

Əliyeva  A.S.,    Abbasova  V.Ə.,    Tusai  Ə.Ə.  İnternet-bankinq  texnologiyalarının  innovativ 



xüsusiyyətləri. “Korporativ idarəetmə və iqtisadiyyatın innovasiya inkişafı” mövzusunda bey-

nəlxalq konfrans. AMEA  Elmi İnnovasiyalar  Mərkəzi.  Bakı-2011, 31 mart. Səh. 177-180.  

11.

 

Антонов  К.А.  Дистанционное  банковское  обслуживание  в  РФ:  состояние  и  пути 



развития // Банковские услуги, 2011, № 3, стр. 20-23. 

12.


 

Чернышов А.С. Преимущества и перспективы развития Интернет-банкинга в России // 

Вестник  Белгородского  Университета  Потребительской  Кооперации.  2009,  №  4-2,  

стр. 276-279.  

13.

 

Тедеев  А.А.  О  проблемах  и  перспективах  развития  электронной  банковской 



деятельности  (Интернет-банкинга)  в  России  //  Финансы  и  кредит,  2010,  №  33,  

стр. 55-58.  

14.

 

Ломакин  Н.И.,  Самородова  И.А.  Развитие  Интернет-банкинга  в  России  в  условиях 



формирования  информационного  общества  //  В  мире  научных  открытий,  2010,  №  4-9, 

стр. 10-11. 

 



İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49 

 

 



       www.jpis.az                                                                      49 

 

УДК



  336; 004.9;  338.2

 

Алиев

 Аловсат Г. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

alovsat_qaraca@mail.ru 

Значение

  и  инновационные  особенности  технологий  Интернет-банкинга  в  условиях 

формирования

 информационной экономики 

В 

статье 



изложена 

сущность 

электронных 

банковских 

услуг 

и 

операций. 



Проанализированы появление, преимущества и инновационные особенности современных 

технологий  Интернет-банкинга.  Были  исследованы  принципы  функционирования 

Интернет-банкинга,  а  также  его  вопросы  безопасности,  тенденции  развития  и 

перспективы. 



Ключевые

  слова:  информационная  экономика,  интернет-банкинг,  банковские  услуги, 

онлайн-банкинг, дистанционный банкинг. 

 

Alovsat G. Aliyev 

Institute Information Technology of ANASBakuAzerbaijan 

alovsat_qaraca@mail.ru 



The  value  and  innovative  features  of  Internet  banking  technology  in  the  emerging 

information economy 

The  article  describes  the  nature  of  electronic  banking  services  and  operations.  It  analyzes  the 

emergence,  advantages  and  innovative  features  of  modern  Internet  banking  technologies  the 

principles  of  the  Internet  banking,  as  well  as  its  safety

 

are  examined.  It  investigates  the  trends 



and prospects of

 

the Internet banking. 



Keywords: Information Economy, Internet banking, banking services, online banks, remote 

banking. 

 

 



Yüklə 120,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə