5. Yaddaş və giriş-çıxış quruluşları Yaddaş quruluşu



Yüklə 19,34 Kb.
tarix26.09.2017
ölçüsü19,34 Kb.
#1591

5. Yaddaş və giriş-çıxış quruluşları
Yaddaş quruluşu. Mərkəzi prosessor yaddaşın hər ayrı özəyinə müraciət etməyə imkan yaratmalıdır, bunun üçün də proqram sayğacına tələb olunan özəyin ünvanı göndərilir. Ünvan ikilik ədəddir. O, maşın sözünün uzunluğuna bərabər olduqda, yaddaşın maksimal həcmi bir maşın sözü verilə bilən maksimal ədədlə təyin edilir. 4-dərəcəli ikilik sözün köməyi ilə ancaq yaddaşın 16 özəyinə bilavasitə ünvan-lanmaq olar. Əgər ünvan hissəsi daha böyük ədədli dərəcədən ibarət olursa, onda yaddaşın həcmi də ona müvafiq artır. Məsələn 8-dərəcəli sözün -256 özəyi olur.

Yadadşın həcmi porsiyalarla hesablanır və 1024 sözün bölünəni olur. Qısa olaraq belə porsiya 1K özək deməkdir. 1K özəyin ünvanlaşdırılması üçün 10 bitlik ünvan tələb olunur. 12 bitlik ünvanın yaddaşının maksimal həcmi 4096-ya bərabərdir, yəni 4K.



Şəkil 3 . Ünvan məkanı

Mikrorposessor müraciət edə biləcəyi özəklər cəminə ünvan məkanı və ya yaddaş sahəsi deyilir. Ünvan məkanı qrafiki olaraq müəyyən ədəd sətrdən olan sütun şəklindədir, onun sayı da 0000-dan 1111-ə qədər yaddaş özəyində olan faktiki ədədə bərabərdir (şəkil 3). MR sistemlərində özəklərin nömrələnməsi adətən yuxarıdan aşağı aparılır, bəzi istisna hallarda isə aşağıdan yuxarı aparılır.

Şəkil 4. İdarəedici ventillər: a- şərti qrafiki işarəsi; b-bir neçə mənbədən informasiyanın toplama sxemi; c-in-formasiyanın müxtəlif qəbuledicilərə verilmə sxemi

MP sistemlərində ünvan məkanın müxtəlif sahələri yaddaş xəritəsini ya-radan ardıcıl özəklər bloklarına qruplaşırlar. Bloklar aparat quruluşlara aid ola bi-lər, məsələn, daimi yaddaş quruluşu bloku, giriş-çıxış standart proqramı bloku və s.

Eyni ünvan şini və məlumat şini yaddaşın bütün quruluşları ilə istifadə olduğundan, bu quruluşlar funksional eyni nəzərdən keçirilə bilər. Lakin burada ehtiyatlı olmaq tələb olunur, çünki yazmağa imkanı olmayan daimi yaddaş quruluşunun yerləşdiyi yaddaş zonalarına məlumat və aralıq nəticələrin yazılması üçün istifadə olunmasın.



Şəkil 5. Siqnalların sinxronlaşdırılması


Praktiki olaraq mikroprosessorun bütün işi informasiyanın bir registrdən digərinə ötürülməsindən ibarətdir. Lakin siqnalın həm ötürülməsi, həm də onların yayılmasının kəsilməsi tələb olunanda bu yolda məntiqi element qoyulur və onun girişinə idarəetmə siqnalı U verilir (şəkil 4). İdarəetmə siqnalı 1 olduqda, məntiqi elementin çıxışında, deməli həm də B nöqtəsində A nöqtəsindəki siqnalın qiymətinə bərabər siqnal olacaqdır. Bu həm 1, həm də 0 ola bilər. Məntiqi elementlərin belə istifadəsində onlara idarəedici ventillər deyirlər. Əgər B qəbuledicisi bir neçə mənbədən informasi-yanı almalıdırsa, idarəedilən ventillərin bütün çıxışları VƏ-YA məntiq elementinə qoşulur. O biri tərəfdən, əgər eyni A siq-nalını müxtəlif B1, B2, B3 qəbuledicilərə vermək lazımdırsa, onda hər qəbuledicinin girişinə idarə olunan ventil qoyulur. Hər anda ventil və ya ventil qrupları açılır və onların girişinə 1 bərabər idarəedici siqnal verilir.

İdarəedici dövrəyə sinxronlaşdırma xətti (SİNX) əlavə olunması idarəetmə siqnalının həmin idarəetmə quruluşu ilə hasil olunan periodik siqnalın üst-üstə düşməsi deməkdir (şəkil 5). T1zaman intervalı ərzində ventillərin girişlərində siqnallar formalaşır. Onlar öz qiymətlərini dəyişəndə əvvəl bütün yeni qiymətlər qoyulana qədər dövrələrdə siqnalların yayılma müddəti ilə təyin edilən, müəyyən zaman keçməlidir. Bu kecikmə müddəti şübhəsiz T1-dən azdır. Yeni qiymətlər sonrakı T2 interval ərzində ötürülür, və öz növbəsində sonrakı maşın siklində T1 intervalı ərzində də istifadə oluna bilər.

Mərkəzi prosessorun daxilindəki informasiyanın ötürülməsi registrlərin daxilindəkinin ötürülməsi deməkdir, o da bir çox hallarda daxili informasiya şinləri sistemi ilə əmələ gəlir. İnformasiya şinləri –cap naqillərdir, onların da sayı həmin mikroprosessorun maşın sözünün dərəcəsindən az olmamalıdır. Bəzi hallarda isə hətta çox olmalıdır. Bu naqillərə bağlanan ventillər vasitəsi ilə mərkəzi prosessorun bütün registrləri qoşulur. Şinlərə registrlərin qoşulması və ya açılması idarəetmə siqnalları ilə yerinə yetirilir, onlar da informasiya siqnalları ilə yanaşı məntiqi ventillərin girişinə verilir. Əgər açma siqnalı 1 bərabərdirsə, onda informasiya şinlərinə registrin müvafiq bitinin qiymətinə müvafiq ya 1 ya da 0 verilir. Əgər açma siqnalı 0-a bərabərdirsə, onda həmin registr şindən açılmış olur.



Giriş – çixiş quruluşlari. İnformasiyanın girişi və çıxışı üçün mərkəzi prosessor məlumat şininə çox qısa müddət qoşulur, əslində bir maşın taktı ərzində (təxmini 1mks). Bu müddət ərzində girişə verilən məlumatın etibarlı oxunması üçün onları məlumat şininə əvvəlcə çıxarıb qoymaq tələb olunur. Prosessordan çıxanda isə çıxış informasiyası həmin qısa müddət ərzində yaddaş mühitinə yazılır. Sonra bu informasiya xarici quruluşa ötürülür. Belə olduğu halda həm girişdə , həm də çıxışda elə quruluş tələb olunur ki, o informasiyanı fiksasiya edə bilsin. Etibarlı və özünü fiksasiyaedici kimi yaxsı göstərən triggerlərdir, onlar da müvafiq dərəcələr ədədi ilə registrlərə quraşdırılıbdır. Mikroprosessor sisteminin xarici quruluşla uyğunlaşma funksiyasını yerinə yetirən bu registrlərə daxil olan buferlərdir. Adətən buferə elə quruluş deyilir ki, o iki bənzəməyən sistemin xarakteristikalarını uyğunlaşdırılması məqsədi ilə bir-birinə birləşdirir və birgə iş imkanını təmin edir. Bufer prosessorun daxili şinlərinin siqnal səviyyələrini xarici quruluşun siqnal səviyyələri ilə uyğunlaşdırır. Hazırki halda bufer informasiyanın müvəqqəti saxlanması registridir.


Şəkil 6. Üç vəziyyətlə sxemlər: a-giriş; b-çıxış; c-giriş-çıxış




Əksər hallarda giriş-çıxış registrlərin və başqa blokların şinlər sisteminə qoşulması üç vəziyyətə malik elektron sxemin köməyi ilə yerinə yetirilir. Üç dayanıqlı vəziyyətə malik olan sxem MOY tranzistorların kaskad qoşulması vasitəsi ilə əmələ gəlir. Tranzistorun biri aktiv elementdir, o biri isə passiv olaraq yük rezistoru rolunu oynayır (şəkil 6). Bu cütün hər iki MOY-tranzistorları aktiv olmayanda, yəni təsirsiz vəziyyətdə olanda, belə kombinasiya cərəyanı keçirmir. Başqa sözlə yüksək Omlu vəziyyətdə olur. Sxemin qoşulması açma siqnalı ilə yerinə yetirilir, və iki MOY tranzistordan hansina siqnal verildiyindən asılı olaraq məntiq mütanasibliyi dəyişir, yəni məntiq 1-in gərginliklər siqnallarının yüksək və aşağı səviyyələri ilə təsvir olunur. Əgər sistemdə bir giriş və bir çıxış quruluşları mövcuddursa, onda mərkəzi prosessordan məlumatlar şininə GİRİŞ (OXUMA) və ÇIXIŞ (YAZMA) siqnalları ilə qoşulan registrlə məhdudlaşmaq olar. Lakin sistemdə adətən bir neçə xarici quruluş olduğundan, prosessor isə hər dəfə onlardan ancaq bir quruluşa müraciət edə bildiyinə görə, sistemdə bir quruluşun – giriş-çıxış kontrollerin olması vacibdir, o da giriş zamanı informasiya mənbbəyini və çıxış zamanı qəbuledicini təyin edir. Hər çıxış quruluşu öz kodlaşmış nömrəsinə malikdir. Giriş – çıxış kontrolleri ünvanlar şininin kiçik dərəcələrinə qoşulur və deşifrator kimi olaraq onun çıxışından verilən iqnala müvafiq bufer registrini aktivləşdirir. Giriş-çıxış kontrollerlə bufer registri müvafiq olaraq giriş portu və çıxış portunu təşkil edir. Sistemin hər bir çıxış quruluşu üçün ayrıca port olmalıdır, ancaq giriş-çıxış kontrolleri bir neçə port üçün ümumi ola bilər. Giriş-çıxış kontrolleri ünvanlar şininə qoşulur, daha dəqiq onun kiçik dərəcələrinə, və özü özlüyündə deşifratordur, onun da çıxışından verilən siqnalla müvafiq bufer registri aktivləşdirilir.
Yüklə 19,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə