50 yashinda men Layout 1



Yüklə 5,53 Mb.
Pdf görüntüsü
səhifə1/85
tarix22.07.2018
ölçüsü5,53 Mb.
#58456
  1   2   3   4   5   6   7   8   9   ...   85



MAHİR QABİLOĞLU
ƏLLİ YAŞINDA
MƏN…
BAKI‑2016


Redaktor:
Eldəniz Elgün
Korrektor:
Mahmud Qəzənfəroğlu
Rəssam: 
Cəlil Qaryağdı
Bədii tərtibçi:
Zaur Qafarzadə
Mahir Qabiloğlu. 
ƏLLİ YAŞINDA MƏN…,
Bakı, «Adiloğlu» nəşriyyatı , 2016, 360 səh.
Mahir Qabiloğlunun sayca 6‑cı olan “Əlli yaşında mən…” kitabına
müəllifin 2015‑ci il avqustun 1‑dən 2016‑cı il iyunun 1‑dək qələmə aldığı
bədii‑publisistik yazıları, iki hekayəsi daxil edilib.
İSBN 978‑9952‑33‑082‑3
©
Mahir Qabiloğlu,2016


ÖN SÖZ və ya 
“ƏLLİ YAŞINDA MƏN...”
Əlli yaşında mən, on yaşında sən…
Sən – yaşıl tumurcuq, mən – sarı yarpaq.
Əlimdən sürüşən ömürdən‑gündən
Əlimdə‑ovcumda bir sənsən ancaq.
2007‑ci ilin fevralında atam Qabil özünün tərtib etdiyi və
ölümünün 40‑cı günündə “dünyaya gələn” “Ömrün gecə qa‑
tarı” adlı kitabını mətbəəyə göndərmək ərəfəsindəydi. Adı
xoşuma gəlmədi. Dedim ki, dəyiş.  Qoy “Oğlum Mahirlə söh‑
bət”.  Özünün 50, mənim isə 10 yaşım tamam olanda yaz‑
mışdı bu şeiri. İlk misrası belə idi: “Əlli yaşında mən...” 
Bu il, dekabrın 4‑də isə mənim fani dünyada 50 yaşım
tamam olur. Atam isə artıq 10‑cu ildir ki, haqq dünyasındadır.
Necə deyərlər,
Əlli yaşında mən, on yaşında sən…
Sən – yaşıl tumurcuq, mən – sarı yarpaq.
Hər şey qaydasındadır. Beş nəvəm, insan üçün zəruri olan
hər şeyim var. Təkcə atam Qabil yoxdur. Mənim “Atam Qa‑
billə söhbət” nəzirəmin  sonuncu misrası:
Əlimdə‑ovcumda SƏN yoxsan ancaq.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
3


ŞƏXSİYYƏT  
Əhliman Əmiraslanov
Alim,  cərrah‑onkoloq, tibb elmləri doktoru, professor,
Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elm‑
ləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiya‑
sının xarici üzvü, AMEA‑nın Biologiya və Tibb Elmləri
Bölməsinin akademik‑katibi, SSRİ Dövlət Mükafatı laureatı,
“Şöhrət” ordenli, Azərbaycan Respublikasının Əməkdar elm
xadimi, Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan
Respublikası Milli Məclisinin  deputatı (1995‑2010), Azərbay‑
can Tibb Universitetinin rektoru (1992–ci ildən), ATU Onko‑
logiya kafedrasının müdiri Əhliman Əmiraslanov.
Yoruldum. Bu titulları sadalamaqdan yoruldum. Bu qədər
ad olar? (Maşallah) Çoxunu hələ qeyd etmədim. Özü də ki,
ən vacibini – Yeni Azərbaycan Partiyasının üzvü olmağını.
Onu axırda qeyd edəcəyəm. Məqsədim var. Elə bilməyin ki,
tərəzinin bir gözünə partiya mənsubiyyətini, o biri gözünə isə
sadaladıqlarımı qoyub hansının ağır, hansının yüngül gələ‑
cəyini açıqlamaqdır məqsədim.  Əsla.
Mən Əhliman müəllimin titullarından hələlik ən  alilərini
yazdım. Mənə isə bunlardan yalnız üçü – ədəbiyyat dilində
desək, ümumiləşdirilmiş, bir surətdə toplanmış – üç tipik ad
lazım idi. HƏKİM, ALİM, MÜƏLLİM. Oxuyub ali təhsil aldı
– HƏKİM Əhliman oldu. Müəllimlərinin ona öyrətdiklərini
daha da təkmilləşdirib alim, professor, akademik, SSRİ Dövlət
Mükafatı laureatı LOĞMAN Əhliman Əmiraslanov oldu. Və
M A H İ R   Q A B İ L O Ğ L U
4


ən nəhayət, bildiklərini gənc nəslə ötürərək USTAD, MÜƏL‑
LİM Əhliman səviyyəsinə ucaldı.
Hə, hörmətli oxucum, yazıçı‑şairlərimizdən, sənət adam‑
larımızdan qurtarıb indi də keçdim həkimlərə. Birdən‑birə nə
oldu? Gün hardan doğdu? Bəlkə xərçəng tutmuşam? Ya
qohum‑əqrəbamdan kimsə xəstələnib? Məqalə yazıram ki,
Əhliman müəllimin yanına gedəndə məni hörmətlə qarşıla‑
sın. Baxmayaraq ki, Əhliman doktorun jurnalistlərə, sənət
adamlarına xüsusi hörmətindən çox eşitmişəm. Onları da üs‑
tüörtülü qeyd edəcəyəm. Bu yazını  yazmasam belə, əminəm
ki, məni də hörmətlə qarşılayar. Təkcə QABİLOĞLU imzama
görə. Bəs onda bu yazını niyə yazıram? Səbəb yoxdur.
M.Ə.Sabir demişkən: “Şairəm çünki vəzifəm budur əşar
yazım...”
Sadəcə uşaqlıq yaddaşımda ilişib qalan, üzə çıxmağa çalı‑
şan bəzi məsələlər var ki, bu yazını mənə yazdırdı. Nəzərinizə
çatdırım ki, Əhliman müəllimlə şəxsi tanışlığım yoxdur. “Xə‑
bərlər”də işləyəndə Tibb Universitetinin bir‑iki tədbirini
efirdə işıqlandırmışam. Vəssalam.
Sadəcə şəxsiyyət sözünün ucuzlaşdığı və yeni şəxsiyyət‑
lərin yaranması prosesinin sıradan çıxdığı bir dövrdə bəzi xa‑
tırlatlamalara ehtiyac duyulur. “Şəxsiyyət” sözünün özünün
də qiyməti indi bir qəpikdir. Yəqin özünüz də bu cür müra‑
ciətlə, sualla tez‑tez rastlaşırsınız:
– Şəxsiyyətin varmı?
– Var. Amma evdə qalıb.
və ya
– Şəxsiyyətini ver görüm? Aa.. şəxsiyyətinin vaxtı keçib
ki? Təcili dəyişdir. “Lyuboy” ASAN Xidmətə yaxınlaş. Beş‑üç
manat ödə, al.
Ə L L İ   Y A Ş I N D A   M Ə N …
5


Sözlərimi yəqin təbəssümlə qarşıladınız. Söhbət hamıya ve‑
rilən şəxsiyyət vəsiqəsindən gedir ki, onun da adına qısa olaraq
“şəxsiyyət” deyirlər. Azərbaycanda bu cür şəxsiyyətlər  doqquz
milyondan çoxdur. Mən axtardığım  ŞƏXSİYYƏT  isə onlardan
fərqlənir və hörmət əlaməti olaraq böyük hərflərlə yazılır.
“RAK”
İndi bu xəstəliyin adına “xərçəng” deyirlər. Amma sovet
vaxtı rusca, qısa və konkret – “rak” çağırırdılar. Bu xəstəlik
uşaq yaddaşımda çox izlər buraxıb. İlk canlı “rak” kimi qon‑
şumuz, şair Əliağa Kürçaylını görmüşəm. Zahirən sifətinə ba‑
xanda deməzdin ki, bu insan “rak”dır. Xərçəng onun
içindəydi. İnkişaf edirdi. Bütün orqanizmini sarıb sorurdu.
Ağrılarına morfi iynəsi də əlac etmirdi. Hətta onu sovet on‑
kologiyasının banilərindən sayılan akademik, Sosialist Əməyi
Qəhrəmanı Bloxin cərrahi əməliyyat etsə belə, sağaltmaq
mümkün olmadı. Xərçəngin bir xəstəlik tarixçəsi var. Onu hə‑
kimliyi oxumayanlar da bilir. “Ölüm”.
Təsəvvür edin ki, məhkəmə iclasıdır. İlk iclasdan da hamı
bilir ki, müttəhimə  ölüm hökmü çıxarılacaq. Amma hamı
ümidli görünür. Bəlkə... Son iclasda isə hakim son qərarı –
ölüm hökmünü oxumaq üçün zala daxil olur. Hamını ayağa
qaldıran səs eşidillir. “Ayağa qalxın, məhkəmə gəlir!”. Hamı
durur. Bircə müttəhimdən başqa.  Görürlər ki, artıq ölüb. Xər‑
çəng hökmsüz ölüm xəstəliyidir. Diriykən baş barmağına ası‑
lan ölüm yarlığıdır. Sadəcə ölüm tarixi yoxdur.
“Rak”la ikinci tanışlığım 1982‑ci ildə oldu. 16 yaşım vardı.
Atamın dostlarından biri bu xəstəliklə Onkoloji Xəstəxanada
yatırdı. Mən də ona dəyməyə gedirdim. Palatada 6 çarpayı
M A H İ R   Q A B İ L O Ğ L U
6


Yüklə 5,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə