7 Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
tarix25.08.2018
ölçüsü0,55 Mb.
#64056


7

Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı

Ayten ABBASOVA

NAZİM HİKMƏT TÜRK LİRİK ŞEİRİNİN USTADI KİMİ 

Ayten ABBASOVA*

Özet

Makalede, Türk dünyasının kudretli şairi Nazım Hikmet’in şiirlerinin usül 

özellikleri, mana, içerik ve biçim nitelikleri analiz ediliyor. Şairin XX. yüzyıl 

Türk  şiirinde  edindiği  mevki  dikkate  alınıyor.  Neticede  N.  Hikmet'in  çeşitli 

dönemlerde yazmış olduğu şiirlerin mevzu alanı belirlenmiş, araştırma aşa-

masında onun sanat faaliyeti estetik yönden araştırılmıştır.

Anahtar kelimeler: Nazım Hikmet, Türk lirik şiiri, millî kimlik, vatan sev-

gisi, yenilikçi şair. 

Nazim Hikmet as a Creator of Turkish Lyric Poem

Abstract

The article says about an outstanding poet N. Hikmet, the pecularities of 

his poetic works, meaning, content, idea, methods. The article introduces the 

place taken by the N.Hikmet in Turkic poetry in XX century. Contemporaneously 

the  themes  of  his  poetical  works  were  determined,  mostly  his  poetry  was 

considered from aesthetic point of view.

Key words: Nazım Hikmet, Turkish lyric poetry, national property,love for 

motherland, innovator poet. 

*  Bakü/Azerbaycan Azerbaycan Devlet Pedagoji Üniversitesi “Türk Araştırmaları” İlmî Araştırma Merkezi 




Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı

8

Nazim Hikmət Türk Lirik Şeirinin Ustadı Kimi

Qədim  ənənələrə  malik  olan  Türkiyə  ədəbiyyatının  inkişaf  tarixində 

XIX-XX.  əsrlərin  özünəməxsus  bir  yeri  var.  Həmin  dövrlərdə  ədəbiyyat 

yeni mərhələyə qədəm qoymuş və ayrı-ayrı ədəbi simaların timsalında inki-

şaf etməyə başlamışdı. Bu ədəbiyyatı daha da zənginləşdirən, onu keyfiyyət  

baxımından tamamilə yeni bir zirvəyə qaldıran qüdrətli sənətkarlardan biri də 

Nazim Hikmət olmuşdur.

Nazim Hikmət (1901-1963) XX. əsr Türkiyə ədəbiyyatında özünəməxsus 

yer tutan, qiymətli ədəbi irsə malik olan bir sənətkardır. O, özünün romantik 

ruhlu, coşğun pafoslu, dərin mündəricəli əsərləri ilə müasir Türk ədəbiyyatının 

inkişafına böyük təkan vermişdir. Nazim Hikmət həm mübariz ictimai xadim, 

həm də istedadlı şair və dramaturq idi. Lakin poeziya onun yaradıcılığının ana 

xətti, istedadının ən qüvvətli istiqamətidir. Onun lirikasının nəinki vətəninin 

sərhədləri daxilində, o cümlədən dünyanın bir çox ölkələrində sevilməsinin 

və  geniş  şəkildə  məşhurlaşmasının  səbəbi  əsərlərinin  mövzu  müxtəlifliyi, 

ideya-məzmun baxımından zənginliyi, təsir gücünün qüvvətliliyindədir. Bu-

nun digər bir səbəbi şairin bəşəri, beynəlxalq mövzulara öz yaradıcılığında 

geniş yer verməsi, yalnız Türk xalqının deyil, bütün dünya azadlıqsevərlərinin 

apardığı  mübarizəni  özünəməxsus  bir  dillə  ifadə  etməsi  idi.  Görkəmli  şair 

yaradıcılığa başladığı ilk gündən bir millətin deyil, bütün dünya xalqlarının 

azadlıq ideallarını əks etdirməyə çalışırdı. Bütün yaradıcılığı boyunca Türk 

xalqının həyatından, ruhundan və ənənələrindən bəhrələnən Nazim Hikmət 

yaradıcılığının heç bir mərhələsində çərçivələrə sığmamış, məhdudiyyətlərə 

məhəl  qoymamış,  bütün  dünya  xalqlarının  ədəbiyyatlarından  yaradıcı 

şəkildə  bəhrələnməyə  çalışmışdır.  O,  dünya  mədəniyyətinin  əxz  etdiyi  qa-

baqcıl və diqqətəlayiq nə varsa, demək olar ki, hamısını yaradıcılığında ge-

niş  ümumiləşdirmələr  yolu  ilə  əks  etdirməyə  nail  olmuşdur.  Bunu  Nazim 

Hikmət kitablarından birində özü belə ifadə edirdi: “Şeirlərimin kökü yurdu-

mun torpaqlarındadır. Amma budaqları ilə bütün torpaqlara, Şərqdə, Qərbdə, 

Güneydə,  Quzeydə  ucsuz-bucaqsız  yayılan  bütün  torpaqlara,  o  torpaqlar 

üstündə qurulmuş mədəniyyətlərə, böyük dünyamıza uzanmaq istədim. İnsan 

oğlu,  harda,  nə  zaman  və  hansı  dildə  olursa-olsun,  ürəyimə  və  düşüncəmə 

uyğun  bir  şeir  söyləmişsə,  onun  söylənişindəki  ustalığı  incələməyə,  ondan 

bir  şey  öyrənməyə  çalışdım.  Yalnız  öz  ədəbiyyatımıza  aid  olanlara  deyil, 

Şərq  və  Qərb  ədəbiyyatının  bütün  sənətkarlarını  özüm  üçün  ustad  bildim” 

(Təhməzoğlu 2008: 6).

Türk  şeirində  olduğu  qədər  Türk  ədəbiyyatında  hekayə  və  roman  jan-

rının  inkişafında  da  Nazim  Hikmət’in  böyük  rolu  olmuşdur.  Ancaq  qeyd 

etməliyik ki, şeir Nazim Hikmət’in özünü ifadə etməsi üçün ən uğurlu bədii 

forma idi. Nazim Hikmət özünü ifadə anlarında insanların onu anlayıb-an-



Ayten ABBASOVA

9

Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı



Ayten ABBASOVA

lamayacaqları haqqında bir o qədər düşünmürdü. Nazim Hikmət üçün əsas 

olan o idi ki, bir şair kimi o, özünüifadə prosesində heç vaxt özünə xəyanət 

etməmişdir. Kiminsə xoşuna gəlmək üçün, nə isə əldə etmək üçün bir misra 

belə söyləməmişdir. Şairin qoyduğu bu yolla gedən bütün Türk yazıçılarının 

dünyagörüşünün formalaşmasında, onların qabaqcıl ideya və sənət metodla-

rına yiyələnməsində, əsərlərinin milli və bəşəri xarakter daşımasında Nazim 

Hikmət’in rolu əvəzsizdir. Bir qisim ideoloji əsərlərini kənara qoysaq, onun 

zəngin yaradıcılığı bu gün də yeniliyin, novatorluğun əvəzsiz nümunələridir. 

O, sanki özünün dediyi kimi, “dünyanın ən yaxşı xalqlarından olan Türk xal-

qını və dünyanın ən gözəl dillərindən biri və bəlkə də ən başda gələnlərindən 

olan  Türk  dilini  yabançı  diyarlarda  tanıtmaq  üçün  bu  dünyaya  gəlmişdi. 

Arzusuna  çatdı,  ömrünün  ən  böyük  sevincinə  və  şərəfinə  nail  oldu.  Türk 

ədəbiyyatına ümumdünya şöhrəti qazandırdı” (İsmayıl Q. 1992, s.9).

Nazim Hikmət həyatda da, sənətdə də yenilik, azadlıq carçısı idi. Hərbi 

dəniz məktəbində ondan bir sinif yuxarıda oxuyan şair Nəcib Fazil Qısakürək 

müsahibələrindən  birində  Nazimlə  olan  söhbətini  belə  xatırlayırdı:  “Nazim 

mənə deyirdi, sən köhnəsən, amma köhnənin yaxşısısan; mən yeniyəm, amma 

yeninin yamanıyam. Bunu bil ki, mən yeninin yamanı olmağı, köhnənin yax-

şısı olmaqdan qat-qat üstün tuturam” (Abdulla 1987: 3).

Nazim Hikmət’in yaradıcılığını tədqiq edənlərin əksəriyyəti onu inqilab 

şairi adlandırırlar. Bu, səbəbsiz deyil. Şair yaşadığı dövrdə baş verən heç bir 

ictimai-siyasi hadisəyə biganə qalmamış, çəkinmədən şəxsi münasibət bildir-

mişdir. Bildiyimiz kimi, XX əsr ictimai-siyasi hadisələrin həm dünyada, həm 

də Türkiyədə kəskinləşdiyi bir dövr idi. Bütün bu hadisələr onun yaradıcılı-

ğında birbaşa öz bədii ifadəsini tapmışdır. Ailəsində aldığı tərbiyə də onun 

hərtərəfli inkişafına səbəb olmuşdur. Anasından fransız inqilabçıları haqqında 

söhbətlər dinləyən, Lamartinin şeirlərini əzbərləyən şair babası Məmməd Na-

zim Paşadan dinlədiyi divan şeirlərinə bir o qədər də həvəs göstərmirdi. O, 

ilk şeirini (“Yanğın”) hələ çox kiçik ikən qonşunun evində baş verən yanğın 

hadisəsindən təsirlənərək yazmışdı. Bu şeir babasının evdə onun üçün yüksək 

səslə  oxuduğu  əruz  vəznində  yazılmış  şeirləri  xatırladırdı.  Ümumiyyətlə, 

Nazim Hikmət ilk şeirlərini “sərvəti-fünun”çuların, əsasən də Tofiq Fikrətin 

şeirlərinin  təsiri  ilə  yazmışdı.  Lakin  bu  təsir  çox  uzun  çəkməmişdir.  Bu 

dövrdə  yazdığı  şeirlərdə  eşq,  ayrılıq,  həsrət,  təbiət  təsvirləri  əsas  mövzular 

idi. Lakin şairin poeziyasının mövzu istiqaməti Anadoluya və Rusiyaya etdiyi 

səfərlərdən sonra büsbütün dəyişdi. Əgər şair yaradıcılığa başladığı ilk illərdə 

yazdığı “Mövlana”, “Dərgahın quyusu”, “Əzizə” və s. şeirlərində dini mövzu-

ları ön planda tuturdusa, sonrakı dövrdə artıq ictimai mövzuları poeziyasının 

əsas mövzusuna çevirir, vətəninin, xalqının bu günü, gələcəyi onu daha çox 

maraqlandırırdı. 



Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı

10

Nazim Hikmət Türk Lirik Şeirinin Ustadı Kimi

Bir çox gənc şairlər kimi yaradıcılığa məhəbbət şeirləri ilə başlayan şairin 

romantikasını Anadoluya  etdiyi  səfər  büsbütün  dağıtdı,  onun  gələcək  yara-

dıcılıq fəaliyyətinə güclü təsir göstərdi. Bu səfərdən sonra Nazim Hikmət öz 

ölkəsinə, onun insanlarına, dünyaya tamamilə başqa gözlə baxmağa başladı. 

O, inandırmağa çalışırdı ki, bu ölkənin insanları öz çılpaq əlləri ilə vətənlərini 

qorumağa qadirdirlər. O, təkcə Antanta qoşunları tərəfindən zəbt edilmiş İs-

tanbulun mühasirədən azad olması üçün deyil, Anadoludakı insanların gələcək 

taleyi üçün də narahat idi. Nazim Hikmət öz gözləri ilə Anadoluda xalqın doğ-

ma vətənin azadlığı üçün necə qan tökdüyünü görmüşdü. Bütün bunlar sözsüz 

ki, şairin qəlbində güclü etiraz hissləri oyadırdı.

Anadoluya etdiyi səfər bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən 

şairin sənət yolunu yeni bir istiqamətdə işıqlandırdı. Beləliklə, gənc Nazim 

Hikmət milli-müstəqillik hərəkatının mahiyyətini daha yaxşı anladı. Əlbəttə 

ki,  şairin  dünyagörüşünün  dəyişməsi  onun  poeziyasının  yeni  istiqamətə 

yönəlməsinə  səbəb  oldu.  Anadoluda  ikən  Nazim  Hikmət’i  dini  fanatizm 

məsələsi xüsusilə narahat edirdi. Xalqın geriliyinə səbəb olan hər bir qüvvəyə 

qarşı  mübarizə  aparmağı  qərara  alan  şair  hələ  Boluda  müəllim  işləyərkən 

“Qara  qüvvə”  şeirini  yazmışdı.  Getdikcə  şair  bu  mövzuda  daha  üsyankar 

şeirlər yazırdı. “Meşin cildli kitab” şeirində şair etiraz səsini ucaldaraq möv-

cud həyatın haqqdan uzaq reallıqları ilə barışmadığını dilə gətirir, “sadə bir 

din, qanun və haqqdan” yoğrulmuş dünya yaratmaq arzusunu bəyan edirdi:

Biz bu ağacımızın dibinde ölürkən aç

Efendiler gösterip sırıtan dişlərini,

Birer-birer topluyor bütün yemişlerini

Efendiler, ağalar, evliyalar, keşişler

Ebedi karanlığın boğulsun kollarında

Artıq temiz ruhların aydınlık yollarında

sade bir din, bir hak, bir kanun varsa

 

        o da işleyen dişliler! 

Şair dini fanatizmə, cahilliyə qarşı sərt çıxışlar edərək əsl ədalətin bu dün-

yada təmin olunmasını istəyir və buna inam nümayiş etdirir. Nazim Hikmət 

bu  dövrdə  yazdığı  “Mənim  göz  yaşlarım”  şeirində  şərti  metaforadan  geniş 

istifadə edir. Bu şeirdə 20 yaşlı gənc şair Anadoluda gördüyü cəhalət və na-

danlığı aradan qaldırmaq üçün müxtəlif yollar axtarır. Bəzən Nazim Hikmət 

ənənəvi obraz və simvollardan da istifadə edir, lakin onlara yeni məzmun və 

ideya gətirirdi. Klassik poeziyada “ox” - sevgilinin kirpikləri, “yay” - sevgili-

nin qaşları, “hədəf” - sevgilinin ürəyi mənasında işlənirdisə, Nazim Hikmət’in 

poeziyasında “ox” - fəhlə sinfinin azadlıq mübarizəsi mənasında işlənirdi.




Ayten ABBASOVA

11

Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı



Ayten ABBASOVA

Bu  dövrdə  şairin  mövzu  etibarilə  yeni  olan  poeziyasında  artıq  forma 

dəyişiklikləri  də  aydın  görünür,  o,  ənənəvi  ədəbi  üsullardan  tədricən  imti-

na edirdi. Nazim yazırdı: “Əməyi, mübahisəni, ağacları, dağları sevmədən, 

ənənəyə söykənmədən, yeniliyə meyl etmədən böyük şair olmaq olmaz. Sı-

nanmış yollarla, əldə olunmuş uğurlarla poeziya heç vaxt qabağa gedə bilməz, 

yalnız  gizli  yollar,  yeni  tapıntılar  poeziyanı  zənginləşdirə  bilər”  (İsmayıl 

1992: 3). Düşüncələrini, hisslərini ifadə etmək üçün köhnə şeir forması şairə 

sıxıcı bir qəlib kimi görünürdü. Nazim Hikmət başa düşürdü ki, bu yeni ide-

yaları köhnə ənənəvi formalarla ifadə etmək olmaz. Buna görə də o, yeni şeir 

formaları axtarır, şeirin ifadə dairəsini genişləndirirdi. Nazim Hikmət bir çox 

müasirləri kimi heca vəznində yazsa da əslində onlardan tamamilə fərqlənirdi. 

Heca vəznində yazdığı şeirlərində Namiq Kamal, Tofiq Fikrət, Mehmet Emin 

kimi o da ictimai görüşlərini, siyasi düşüncələrini ön plana çəkirdi. Bir müddət 

əvvəl yazdığı şeirlərindəki («Əzizə», «Bir gecə», «Yalnız» və s.) ənənəvi po-

etik obrazlara artıq rast gəlinmirdi. O, şeirdə yeni forma yaratmaq istəyirdi. 

Təhsil almaq üçün Rusiyaya gələn şairə bu mühit şeirdə yeni forma axtarış-

ları etmək üçün böyük imkanlar yaratdı. Burada Nazim Hikmət’in şeir yara-

dıcılığında əsaslı dönüş oldu. Sərbəst, ahəngdar şeiri, təzə heca qaydalarını, 

ölçüsüz bənzətmələri Türk poeziyasına ilk dəfə məhz Nazim Hikmət gətirdi. 

Sətirlərin düzülüşü, sözlərin sırası və hecaların bölünməsi baxımından onun 

əsərləri tamamilə yeni idi. Pilləkənvari sətirlər, sərbəst qafiyələnən misralar 

ilk baxışda Nazim Hikmət’in Türk şeirinə gətirdiyi yeniliyin forma ilə bağlı 

olduğunu göstərirdi, lakin əsl yenilik məzmun və ideyada idi. Nazim Hikmət 

kütlənin səsilə danışmaq istəyirdi. O, ən çox da Mayakovskinin təsiri ilə heca 

vəznindən  sərbəst  vəznə  keçid  etmişdi.  Moskvada  baş  verən  ictimai-siyasi 

hadisələrin birbaşa şahidi olan Nazim Hikmət’in poeziyasının əsas mövzu-

su elə bu səbəbdən inqilab idi. O, inqilab ruhlu şeirlərini özünün də dediyi 

kimi «yazılmasına ehtiyac duyulduğu bir zamanda yazmışdı». Kütlələrdə in-

qilabi əhvali-ruhiyyə doğurmaq, onlarla qaynayıb-qarışmaq üçün yeni poe-

tik məziyyətlər lazım idi. Nazim Hikmət bu illərdə həmin məziyyətləri şeirə 

gətirməyə çalışırdı. 

Artıq  20-ci  illərdə  gənc  şairin  inqilabi  dünyagörüşü  formalaşmışdı. 

Bu  dövrdə  yazdığı  bir  sıra  şeirlərində  “Yeni  sənət”  (1922),  “Şair”,  (1922), 

“2000-ci ilin şairlərinə” (1923), “Ayağa qalxın əfəndilər” (1925) N.Hikmət 

sənətkarın ideya-estetik mövqeyi, şairin cəmiyyətdə yeri, poeziyanın, sənətin 

məqsədi kimi məsələləri ön plana qoyurdu. 

20-ci  illərdə  Sovet  İttifaqındakı  qaynar  ictimai-mədəni  həyat  Nazim 

Hikmət’in yaradıcılığına güclü təsir göstərmişdi. Sıx ictimai-siyasi həyata qo-

şulan şair özünün ən məşhur şeirlərini də elə bu dövrdə yazmışdı (“Acların 

göz bəbəkləri”, “Gözlərimiz”, “Həyəcanımız”, “İnandıq” və s.).



Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı

12

Nazim Hikmət Türk Lirik Şeirinin Ustadı Kimi

Moskvada ikən gənc şair məşhur sovet teatr və kino xadimləri - Nikolay 

Ekk və Reqina Yanuşkeviç ilə birlikdə pyeslər yazıb səhnəyə qoyur, şeirlərini 

geniş auditoriya qarşısında oxuyur, sovet şairləri ilə sıx münasibətlər qurur-

du. Moskvaya gəlişindən qısa bir vaxt sonra o, məşhur şair Mayakovski ilə 

tanış oldu. Mayakovskinin yaradıcılığında əsasını qoyduğu bir sıra yeniliklər 

öz  bəhrəsini  artıq  30-cu  illər  dünya  poeziyasında  verməyə  başlamışdı. 

Bəşəriyyətin  xoşbəxtliyinə  inam,  insanların  taleyindən  narahatlıq,  inqilabi 

coşğunluq  hissi  Nazim  Hikmət’i  Mayakovski  ilə  daha  da  doğmalaşdırırdı. 

Nazim  Hikmət’in  ədəbi  taleyində  məşhur  rus  şairi  Eduard  Baqritskinin  də 

mühüm rolu olmuşdur. Nazim Hikmət’in həm də əsərlərinin ilk tərcüməçisi 

olan Baqristki ilə olan yaxın dostluğu, ədəbi mübahisələri, söhbətləri, onun 

inqilabi poeziyası şairin ideya-estetik düşüncələrinin formalaşmasına böyük 

təsir göstərmişdi.

Nazim  Hikmət’in  20-ci  illər  yaradıcılığında  həyatı  təsvirin  iki  aparıcı 

istiqaməti var idi: realist və inqilabi-romantik. Bu zamanın tələbi ilə birba-

şa  bağlı  idi.  Moskvaya  təzə  gəlişi  zamanı  yazdığı  «Acların  göz  bəbəkləri» 

şeirində səyahət etdiyi ölkələrdəki aclığı, səfaləti, vətəndaş müharibəsini real 

şəkildə qələmə alır. Gənc şair əminliklə ifadə edir ki, nə aclıq, nə səfalət, nə 

də təzyiqlər insanların inamını qıra bilməyəcəkdir:

Fakat

artık imanımıza inemez tokat!

Demirleşti bağrımız,

çünki ağrımız

otuz milyon,

deli gözbebekleri!

 

      Gözbebekleri!

Nazim  Hikmət’in  20-ci  illərdə  yazdığı  əsərlərində  xüsusilə  inqilabi-ro-

mantik ruh yüksəkliyi hakim idi. “Günəşi içənlərin mahnısı” (1925), “O di-

var” (1925), “Bəhri-Xəzər” (1928) və s. şeirlərində şairin qızğınlıqla müdafiə 

etdiyi əsas ideyalar müxtəlif simvollar, rəmzlər vasitəsilə təsvir olunurdu.

1928-ci  ildə Türkiyəyə  qayıdan  Nazim  Hikmət  1932-ci  ilə  qədər  bura-

da  qaldı.  Bu  qısa  vaxt  ərzində  çox  məhsuldar  şəkildə  yaradıcılıqla  məşğul 

olan N. Hikmət bütün təzyiqlərə baxmayaraq bir neçə kitab da çap etdirməyə 

müvəffəq oldu. İlk dəfə 1929-cu ilin iyul ayında “Rəsimli ay” jurnalında çap 

olunmuş “Səsini itirən şəhər” şeirində şair yaradıcılığında ilk dəfə olaraq real 

həyatda baş vermiş bir hadisəni – İstanbulda tramvaysürənlərin keçirdiyi eti-

raz  mitinqini  təsvir  edirdi.  Bu  mitinq  nəticəsində  şəhər  demək  olar  ki,  “öz 

səsini” itirmişdir, bütün hər şey donub, nə motorların səsi, nə də insanların 

hənirtisi var:




Ayten ABBASOVA

13

Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı



Ayten ABBASOVA

Cadde boş 

bir uçtan bir uca boş.  

Cadde boş 

bomboş 

cebim gibi...  

Kesildi akmiyor su...  

Ne bir motor uğultusu  

ne dönen bir tekerlek var. 

Şairin bu dövrdə yazdığı şeirlərdə günəş simvolu xüsusi bir yer tuturdu. 

Günəş mübarizənin, azadlığın simvolu idi. Qısa vaxt ərzində həm “Günəşin 

süfrəsində  oxunan  nəğmə”,  həm  də  “Günəşi  içənlərin  mahnısı”  şeirləri 

mübarizə  himninə  çevrilmişdi.  Şairin  fikrincə,  mübarizədə  qəhrəmanlıq, 

cəsarət,  fədakarlıq,  dəmir  iradə  olmalıdır,  qurbanlar  verməkdən  qətiyyən 

çəkinilməməlidir. Şeirdə ictimai-siyasi pafos o qədər güclüdür ki, burada ba-

ğışlamaq yox, mübarizə ilə qazanılacaq həyatın əldə olunması ön plana çıxa-

rılır.

Düşmesin bizimle yola:

 

evinde ağlayanların 

 

  göz yaşlarını

 

    boynunda ağır bir

 

      zincir

 

        gibi taşıyanlar

Bıraksın peşimizi

 

kendi yüreğinin kabuğunda yaşıyanlar!

İşte:

 

Şu güneşten

 

  düşen

 

    ateşte

 

      milyonlarla kırmızı yürek yanıyor!

Sen de çıkar

göğsünün kafesinden yüreğini;

şu güneşten

 

düşen

 

  ateşe fırlat!

Bu  şeir  o  dövrdə  şairin  inqilabi  poeziyasının  ən  yaxşı  nümunəsi  sayı-




Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı

14

Nazim Hikmət Türk Lirik Şeirinin Ustadı Kimi

lırdı. Ancaq  şair  bu  şeirdə  real  mübarizəni  təsvir  etmir,  qələbənin  varlığı-

na  özünün  möhkəm  inamını  təsvir  etməyə  çalışır,  fədakarlıqlar  verməkdən 

çəkinməyənləri bu mübarizədə fəal olmağa çağırır.

N. Hikmət poeziyasında Vətən sevgisi xüsusi bir mərhələ təşkil edir. Şairin 

harada olmasından asılı olmayaraq onun poeziyasında oxucu böyük bir yanğı-

nı – Vətənə qovuşmaq, həsrətə son qoymaq istəyini görür. “O divar” şeirində 

ilk baxışda məhbəs barmaqlıqları arxasından azadlığa can atan bir insan obra-

zının canlandığını görürük. Lakin bu insan adi məhbus deyil, Vətən təşnəli şa-

irin özüdür. Barmaqlıqlar da adi məhbəs barmaqlıqları yox, simvolik mənada 

şairin Vətənini sarımış, şair üçün Vətənə gəlməyə əngəllər törədən barmaq-

lıqlardır. Şair barmaqlıqlar arasından adi bir çölə deyil, məhz həsrətində ol-

duğu doğma Vətəninə tamaşa edir. Belə demək mümkünsə, Vətənli günlərini 

«yaşamaq imkanı» əldə edir, həsrət yarasına qanı ilə su səpir. Elə həmin şeirin 

ardınca yazdığı “O divara cavab” şeirində bir mübarizə dinamikası hökm sü-

rür. Şairin sözlərindən görünür ki, o, fırlanan dünyanın «qayğıları» ilə nəinki 

tanışdır, həm də «mübarizə bu gün də var, yarın da» fəlsəfəsi ilə yaşamağı, 

fəaliyyət göstərməyi, bir sözlə, bunları həyata tətbiq etməyi arzulayan müba-

riz şəxsiyyətdir. 



Sükun yok, hareket var,

bugün yarına çıkar,

yarın bugünü yıkar

ve bu durmadan akar

akar

akar.

Biz bugünün kahramanı,

yarının 

münadisiyiz.

Bu durmadan akan,

yıkıb yapan

akışın 

çizgilenmiş sesiyiz. 

Şairin fikrincə, nə qədər ki, hər şey olduğu kimi qalacaq, cəmiyyətdə kök-

lü dəyişikliklər baş verməyəcək, bu divar işıqlı sabahın, tarixin axınının qar-

şısını kəsəcək. 

“Şair öz xalqının carçısı olmalıdır.” deyən gənc şair yaradıcılığının bütün 

mərhələlərində bu tendensiyaları müdafiə etmişdir. Nazim Hikmət əsərlərinin 




Ayten ABBASOVA

15

Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı



Ayten ABBASOVA

böyük  bir  qismini  sinfi  mübarizəyə  həsr  etmişdir.  O,  heç  vaxt  cəmiyyət 

üçün ikinci dərəcəli olan mövzulara meyl etməmiş, öz yaradıcılıq yolundan 

dönməmişdir. Türkiyə ədəbiyyatında lirikanın əsasən məhəbbəti tərənnüm və 

peyzajı təsvir edən bir janr olması fikrini cəsarətlə məhv edən şair sosial-si-

yasi  həyatın təsvirinə güclü  meyl edirdi. O,  insanı  real  sosial  münasibətlər 

müstəvisində təsvir edir və bunu şəxsi həyəcanlarının ifadəsi ilə çarpazlaşdıra 

bilirdi.  Şairin  yaradıcılığında  bu  iki  tendensiya  həm  də  ayrı-ayrılıqda  çıxış 

edirdi. Nazim Hikmət əslində lirik şair olsa da, uzun illər şəxsi hisslərini ifadə 

etməkdən çəkinmişdir. O düşünürdü ki, şəxsi hisslərə meyl inqilabi ruhlu bir 

insanın şüurunu kütləşdirə bilər. Xatirələrindən birində yazırdı ki, “mən 20-ci 

illərdə poeziyamdan “ürək”, “məhəbbət”, “hiss” sözlərini tamamilə çıxarmış-

dım. Mənə elə gəlirdi ki, “ürək” sözü idrakın yox, hissin rəmzidir. Onu xarab 

bir diş kimi çıxarıb atmaq lazımdır”. “İçimdəki qurd” şeirində o, məhəbbəti 

insan bədəninə soxulan bir qurd hesab edir:

Sen

benim

minare boyunda çam gövdeme,

yumuşak beyaz

bir kurt gibi girdin,

Karşımda: 

demirleri kıpkızıl 

 

bir şimendifer ocağı gibi yanmak

 

  senin en basit hünerin.

Şairin fikrincə, ən böyük arzusu yalnız çiçəkli bağçası olan kiçik bir evdə 

sakit  ömür  keçirmək  olan  bir  qadın  onun  mübarizəsini,  məqsədini,  amalı-

nı heç vaxt anlaya bilməz. Şair yalnız o zaman xoşbəxt ola bilər ki, bütün 

cəmiyyətdə dinclik, firavanlıq, əmin-amanlıq hökm sürsün. Axı şairin böyük 

əlləri özünün də dediyi kimi, böyük işlər üçün yaradılıb (“Mavi gözlü div, 

kiçicik qadın və xanıməli çiçəyi”):

O mavi gözlü bir devdi. 

Minnacık bir kadın sevdi. 

Kadının hayali minnacık bir evdi, 

 

bahçesinde ebruli 

 

  hanımeli 

 

    açan bir ev. 

Bir dev gibi seviyordu dev. 

Ve elleri öyle büyük işler için 



Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı

16

Nazim Hikmət Türk Lirik Şeirinin Ustadı Kimi



 

hazırlanmıştı ki devin, 

yapamazdı yapısını, 

 

çalamazdı kapısını 

bahçesinde ebruliiii 

 

hanımeli 

 

  açan evin.

Şair bəzən fikirlərində ziddiyyətlərə yol verir, məhəbbətin heç də həmişə 

qarşılıqlı  olmasına  ehtiyac  olmadığını  bildirir.  “Tahirlə  Zöhrə  məsələsi” 

şeirində Nazim Hikmət göstərir ki, birini dəlicəsinə sevmək üçün onun da səni 

sevməsi  heç  də  şərt  deyil,  məhəbbətin  qarşılıqlı  olması  onu  gücləndirməz, 

möhkəmləndirməz,  qarşılıqlı  olmayan  məhəbbət  də  əbədi  ola  bilər.  Şairin 

fikrincə, məhəbbət yolunda ölmək heç də ayıb deyil, əksinə şərəfdir:

Seversin dünyayı doludizgin

ama o bunun farkında değildir

ayrılmak istemezsin dünyadan

ama o senden ayrılacak

yani sen elmayı seviyorsun

diye elmanın da seni sevmesi şart mı?

Yani Tahiri Zühre sevmeseydi artık

yahut hiç sevmeseydi

Tahir ne kaybederdi Tahirliğinden?

Şairin bu illərdə yazdığı əsərlərində ictimai və şəxsi hisslər, şüur və sev-

gi, məhəbbət və mübarizə toqquşur, lakin şübhəsiz, ictimai təəssüb daha çox 

üstünlük təşkil edirdi. Bu fikirlər “Bənövşə, ac dostlar və qızıl gözlü yavru” 

şeirində də öz əksini tapır:

Abe şair,  

bizim de bir çift sözümüz var  

 

        «aşka dair».  

O meretten biz de çakarız  

 

        biraz...

... Deli çığlıklar atıp avaz avaz  

burnumun dibinden gelip geçti de yaz,  

ben, bir demet mor menekşe olsun  

 

          getiremedim  

 

             

sana!  

Ne haltedek,  

 

dostların karnı açtı  

 

  kıydık menekşe parasına! 



Ayten ABBASOVA

17

Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı



Ayten ABBASOVA

Lakin inqilab mövzusu onun yaradıcılığında nə qədər qüvvətli və aparı-

cı olsa da, bu, onun poeziyasının yeganə istiqaməti deyildi. Şairin mövzusu 

etibarilə zəngin və çoxcəhətli olan poeziyasında eşq özünəməxsus bir yer tu-

tur. Həyatı boyunca sevib-sevilən şair xatirələrinin birində belə yazırdı: «Mən 

hər gün aşiq oluram. Həyat yoldaşıma, təbiətə, insanlara, quşlara, ideallarıma, 

hər şeyə aşiq oluram. Və çox şükür ki, aşiqəm. Mənə elə gəlir ki, bir insana, 

bir ağaca, bir meşəyə, bir düşüncəyə, bir fikrə aşiq olmadan yaşamaq, yaşa-

maq deyil» (Vala N. 1965: 55).

Şair ilk məhəbbət şeiri olan “Gözləri siyah qadın, o qədər gözəlsən ki…” 

adlı şeirini uşaqlıq məhəbbəti Səbihə üçün yazmışdı. Sonralar müxtəlif vaxt-

larda həyatında çoxlu sayda qadınların olmasına baxmayaraq şairin həyat yol-

daşı Pirayəyə olan məhəbbəti tamam fərqli olmuş və bu məhəbbət onun ya-

radıcılığına da çox böyük təsir göstərmişdir. “Səni düşünürkən gəncləşirəm” 

dediyi  Pirayə  xanım  şairin  yalnız  həyat  yoldaşı  olmamış,  yaxın  dostu, 

keşməkeşli mübarizə yollarında yol yoldaşı olmuşdur. Ən çətin anlarda belə 

bu qadının həyatda olması, yaşaması Nazim Hikmət üçün bir ümid olmuş-

dur. Uzun müddət ona ilham mənbəyi olmuş bu qadınla Nazim Hikmət yal-

nız  dörd-beş  il  birlikdə  yaşaya  bilmişdir.  Lakin  qorxular,  təqiblər,  dəhşətli 

sarsıntılar içərisində o, on iki il hər qadının bacarmayacağı səbrlə, sədaqətlə 

Nazim  Hikmət’in  yolunu  gözləmişdir.  Şair  1932-ci  ildən  1948-ci  ilə  qədər 

məktublarla  göndərdiyi  şeirləri  sonralar  “Pirayə  üçün  yazılan  21-21  arası 

şeirlər” başlığı altında toplamışdır. 

Nazim həbsdə ikən durmadan çalışır, şeirlər yazır, yazdıqlarını Pirayə xa-

nıma göndərir, israrla ondan oxuyub münasibətini bildirməsini xahiş edirdi. 

Pirayə xanım da Nazimə yazdığı məktublarında bu şeirlər haqqında maraqlı 

fikirlər söyləyirdi. Nazim həyat yoldaşına göndərdiyi məktublardan birində 

belə yazırdı: “Tanıdığım bütün insanlar arasında sənin qədər şeirdən anlayan 

bir dosta rast gəlmədim. Məktubunun başlığında yazdığın sətirlər ədəbiyyatı 

necə də ən məhrəm tərəfdən anladığını sübut eləməkdədir. Ədəbiyyatla həyatı 

birlik halında görən, hər şeyi sezən bir insan kimi mən sənə bir daha heyran 

oldum”.


Nikbin  şair  yaradıcılığı  üçün  həbsxananı  heç  də  maneə  saymır,  Pirayə 

xanımı da özü kimi nikbin olmağa çağırır. Onun üçün ən bədbəxt insanlar 

məhbusluğu  öz  daxilində  yaşayan,  fikirlərini  cəsarətlə  söyləyə  bilməyən, 

düşüncələri belə məhdudlaşdırılan insanlardır:



Ufak iş bizimkisi. 

Asıl en kötüsü: 

bilerek, bilmeyerek 

hapisaneyi insanın kendi içinde taşıması... 


Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı

18

Nazim Hikmət Türk Lirik Şeirinin Ustadı Kimi



İnsanların birçoğu bu hale düşürülmüş

namuslu, çalışkan, iyi insanlar 

ve seni sevdiğim kadar sevilmeye layık...

Həbsdə ikən öz ictimai mübarizəsindən qətiyyən dönməyən şair hər şeydən 

əvvəl insandır. Axı onun da duyğuları, hissləri var. Ölümün ona ən yaxın ol-

duğu vaxtlarda belə bunu həyat yoldaşının bilməsini, onun kədərlənməsini, 

ümidsizliyə qapılmasını istəmir. Həyat eşqi bu qədər güclü olan bir insan ölü-

mün gözünə dik baxmağı da bacarır. O, həyat yoldaşını da buna çağırır, bir 

dustağın arvadı “hər zaman yaxşı şeylər fikirləşməlidir” fikrini irəli sürür:

Ölüm 

bir ipte sallanan bir ölü. 

Bu ölüme bir türlü 

 

razı olmuyor gönlüm. 

Fakat 

emin ol ki sevgili; 

zavallı bir çingenenin 

 

kıllı, siyah bir örümceğe benzeyen eli 

 

  geçirecekse eğer 

 

    ipi boğazıma, 

mavi gözlerimde korkuyu görmek için 

 

boşuna bakacaklar 

 

  Nazıma!

Məhbus  həyatı  keçirən  şair  hər  dəfə  bu  qaranlıq  zindana  onu  görməyə 

gələn həyat yoldaşını gördükdə qəlbində iki hiss baş qaldırır. O, həm sevi-

nir, həm də kədərlənir. Həyat yoldaşının fədakarlığını yüksək qiymətləndirən 

şair çətin anlarda belə onu yalnız buraxmayan bu qadına minnətdarlığını hər 

məqamda bildirir. Qadının bu hərəkətini alqışlayan şair, onu əziyyətlərə düçar 

etdiyi üçün həm də çox kədərlidir, sanki xəcalət çəkir. O, həm də həbsxanadakı 

şəraitsizlikdən şikayətlənir, otağının da məmləkəti kimi əsir və yoxsul olduğu-

nu söyləyir. Hər an azadlığa qovuşmaq eşqiylə yaşayan şair həyat yoldaşının 

zindana gəlişini hürriyyətə qovuşması ilə müqayisə edir, onun göz yaşlarını 

«ovcuna  tökülən  incilər»ə  bənzədərək  maraqlı  bənzətmələr  yaratmağa  nail 

olur:


Hoş geldin kadınım benim hoş geldin! 

yorulmuşsundur; 

nasıl etsemde yıkasam ayacıklarını 

ne gül suyum ne gümüş leğenim var, 

susamışsındır; 

buzlu şerbetim yok ki ikram edeyim 


Ayten ABBASOVA

19

Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı



Ayten ABBASOVA

acıkmışsındır; 

beyaz ketenli örtülü sofralar kuramam 

memleket gibi yoksuldur odam.

Şairin  mübarizə  yolu  heç  bir  vaxt  rahat  olmamışdır.  Bu  yolda 

məhrumiyyətlər,  xəyanətlər,  satqınlıq,  sevdiyindən  ayrılma,  həbslər  həmişə 

olmuşdur. Lakin həbsxana və sürgünlər də onun mətin iradəsini və döyüşkən 

əzmini əsla qıra bilməmiş, əksinə onu daha mübariz olmağa ruhlandırmışdı. 

Qalın  həbsxana  divarları  azadlıq  nəğməkarının  könül  nəğmələrinin  qüdrəti 

qarşısında tab gətirə bilmirdi. Həbsdə olsa belə Nazim Hikmət xalqı, vətəni, 

hətta bütün dünya insanları qarşısında öz məsuliyyətini dərk edirdi. O, yaxın 

dostu  Kamal Tahirə  göndərdiyi  məktublarından  birində  belə  yazırdı:  “İstər 

azadlıqda, istərsə də həbsdə olmağımızdan asılı olmayaraq bizə çox çalışma-

ğa,  xalqımıza  onların  layiq  olduğu  səviyyədə  əsərlər  verməyə  borcluyuq”. 

Azadlıqda olduğu vaxtlarda belə «bu gecə deyilsə, sabah gecə girəcəyəm zin-

dana» deyən şair həbs olunmaqdan qorxmur, vətən, xalq üçün alışıb yananları 

gec-tez bu aqibətin gözlədiyini çox yaxşı bilir. Məhkum olunduğu vaxtlarda 

isə şeirləri həbsxananın zülmətli, qaranlıq divarları arxasında qalmır, etibarlı 

dostlar vasitəsilə bütün Türkiyəyə yayılırdı. Şairlə “Rəsimli ay” adlı demokra-

tik jurnalın redaksiyasında bir müddət əməkdaşlıq etmiş Səbihə Sərtəl Nazim 

Hikmət haqqındakı xatirələrindən birində belə yazırdı: “Nazim’in həbsxanada 

ikən gizlincə yazıb bayıra göndərdiyi şeirlər əldən-ələ gəzirdi. Nazim Hikmət’i 

həbsə atanlar elə bilirdilər ki, ondan canlarını birdəfəlik qurtarmışdılar. Lakin 

aldanırdılar. Nazim Hikmət hələ bütün qüvvəsi ilə gənclik arasında yaşayırdı” 

(Sertel 1964: 17). Bütün bu məhrumiyyətlərə baxmayaraq Nazim Hikmət bu 

yolun  sonunun  işıqlı  olacağına  ürəkdən  inanırdı. Ancaq  bütün  dostlarından 

dəstək gözləyir, nikbinliyini, inamını itirməmək üçün onlardan “sonu yaxşı-

lıqla bitən kitablar” istəyir.

Həbsxananın  bütün  əzab-əziyyətlərini,  çətinliklərini  görən  şair  taleyinə 

məhkumluq yazılanlara bəzi öyüdlər verməkdən də çəkinmir. Onun fikrincə, 

öz  inamı,  əqidəsi,  idealları  uğrunda  həbsə  düşənlər  heç  vaxt  həyatdan  so-

yumamalı,  ümidlərini  itirməməlidirlər.  Sanki  azadlıqda  imiş  kimi  bütün 

dünya  işlərilə  yaxından  maraqlanmalı,  mübarizələrini  burada  da  davam 

etdirməlidirlər.  Yaşamaq  onlar  üçün  bəzən  bəxtiyarlıq  olmasa  da  düşmənə 

inad olsun deyə yaşamağa məcburdurlar. Həbsxananın soyuq, rütubətli divar-

ları onların bu mübarizəsi üçün heç vaxt maneə olmamalıdır:

Belki bahtiyarlık değildir artık 

boynunun borcudur fakat 

düşmana inat 

bir gün fazla yaşamak. 



Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı

20

Nazim Hikmət Türk Lirik Şeirinin Ustadı Kimi



İçerde bir tarafınla yapyalnız kalabilirsin 

kuyunun dibindeki taş gibi 

fakat öbür tarafın 

öylesine karışmalı ki dünyanın kalabalığına 

sen ürpermelisin içerde 

dışarda kırk günlük yerde yaprak kıpırdasa.

Şairin 1930-cu ildə yazdığı “Yanmamış papiros” şeirində lirik qəhrəman 

ölümə hər an hazırdır, başını aşağı əymədən, sınmadan inamla öz mübarizəsini 

aparır. O bilir ki, əlində çəkdiyi papiros onun sonuncu papirosu da ola bilər. 

Ancaq bu onu qorxutmur, sındırmır, o yenə də gördüyü işin ədalətli olduğu-

na və mütləq yaxşı sonluqla nəticələnəcəyinə inanır. Ardı-arası kəsilməyən 

təzyiqlər, məhrumiyyətlər, həbslərdən əziyyət çəkən Nazim Hikmət’ə dostları 

bu siyasi mübarizədən çəkilməyi, yalnız ədəbiyyatla məşğul olmağı məsləhət 

bilirdilər.  Nə  ehtiyac,  nə  polis  təqibləri,  hətta  həbslər  belə  onu  dostlarının 

ildən-ilə geri çəkilib meydandan çıxması qədər onu yandırmırdı. Ancaq Na-

zim Hikmət ən dözülməz çətinliklərə belə dözürdü. Bütün bunlara cavab ola-

raq  Nazim  Hikmət  1930-cu  ilin  mayında  “Kərəm  kimi”  şeirini  yazdı.  Şeir 

geniş  kütlələr  və  ədəbi  ictimaiyyət  tərəfindən  ruh  yüksəkliyi  ilə  qarşılandı. 

Nazim Hikmət bəşər övladının gələcəyi uğrunda mübarizə aparmağı özünə 

mənəvi borc bilirdi, onu məzəmmət edənlərə isə bu şeirlə cavab verirdi.

Qəhrəmanlıq pafosu, yüksək coşğunluq hissi ilə seçilən bu şeir şairin yara-

dıcılığının ən mükəmməl əsərlərindən biridir. Şeir məzmunu, ideyası, misrala-

rın düzümü, sözlərin, səslərin ahəngi, ritmi baxımından da diqqəti cəlb edir. 

Şairin folklordan götürdüyü “Kərəm kimi yanmaq” ifadəsi Türk ədəbiyyatı 

üçün  tamamilə  yeni  bir  bənzətmə  idi.  Lakin  şair  Kərəm  obrazından  şəxsi 

hisslərini, maraqlarını ifadə etmək üçün deyil, ictimai mənafeyi dilə gətirmək 

üçün istifadə etmişdir. Həcmcə o qədər böyük olmayan bu şeirdə o, ölkədəki 

acınacaqlı vəziyyəti ustalıqla dilə gətirmişdir. Şairin fikrincə, ölkənin hər bir 

vətəndaşı xalqının, vətəninin xoş gələcəyi naminə hər cür əzaba qatlaşmağa, 

çətinliklərdən qorxmamağa, lazım gələrsə canını «oda yaxmağa» hazır olma-

lıdır. Əgər hər kəs öz üzərinə düşən məsuliyyəti lazımınca dərk etsə, bu gözəl 

ölkə “qaranlıqlardan aydınlığa” çıxar. Nazim Hikmət insanları birlik halında 

mübarizə səsləyir, yalnız belə olarsa, mübarizənin nəticəsinin müsbət olaca-

ğına inanır:

“Deeeert

 

çok,

 

  hemdert 

 

    yok”.



Ayten ABBASOVA

21

Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı



Ayten ABBASOVA

Yüreklerin

 

kulakları

 

  sağır...

Hava kurşun gibi ağır...

Ben diyorum ki ona:

– Kül olayım

 

Kerem

 

  gibi

    yana

     yana

Ben yanmasam

 

sen yanmasan

 

  biz yanmasak,

 

nasıl

 

  çıkar 

 

    karanlıklar

     aydınlığa.

“Kərəm kimi” şeiri Nazim Hikmət’in inqilabi romantizminin ən yüksək 

zirvəsidir. Ancaq onu da qeyd etmək lazımdır ki, bu əsər bir çox xüsusiyyətlərinə 

görə şairin digər inqilabi şeirlərindən kəskin fərqlənir. Bu şeirdə mübarizəyə 

kəskin  çağırış,  inandırıcı  fikirlər  yüksək  bədii-poetik  qələmlə  nəzmə 

çəkilmişdir. Şeirin quruluşuna diqqət yetirsək, Nazim Hikmət’in məşhur rus 

şairi Mayakovskidən necə böyük ustalıqla bəhlərəndiyinin bir daha şahidi ola-

rıq.

Bir həqiqət var ki, başına gələn bütün çətinliklərdən sonra Nazim Hikmət’in 



vətənindən ayrılmaqdan başqa yolu yox idi. Əlbəttə, vətəndən uzaqda keçən 

13 il heç də rahat keçməmişdi. Nazim Hikmət hər dəfə Türkiyəni xatırlayanda 

sanki gilə-gilə əriyirdi. “Məmləkətim” (1958) şeiri buna ən yaxşı nümunədir. 

Şair vətən həsrətini söndürmək üçün məmləkətindən bir nişanə tapmağa ça-

lışır. Artıq Türkiyə yollarında gəzdiyi ayaqqabıları da yoxdur, Şilə parçasın-

dan tikilən son köynəyi də çoxdan kürəyində parçalanıb. Bəs indi vətən hansı 

nişanələrdə yaşayır? İndi canından da çox sevdiyi məmləkəti yalnız onun alnı-

nın qırışlarında, bəyazlamış saçlarında, durmadan sancan ürəyindədir:



Memleketim, memleketim, memleketim,

ne kasketim kaldı senin ora işi


Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı

22

Nazim Hikmət Türk Lirik Şeirinin Ustadı Kimi



ne yollarını taşımış ayakkabım,

son mintanın da sırtımda paralandı çoktan,

Şile bezindendi.

Sen şimdi yalnız saçının akında,

enfarktında yüreğimin,

alnımın çizgilerindesin memleketim,

memleketim, 

memleketim…

Nazim Hikmət Türkiyə həsrətini “Ceviz ağacı” şeirində də qabarıq şəkildə 

ifadə etmişdir. Özünü İstanbulda Gülxanə parkındakı “qoz ağacı” kimi təqdim 

edən şair bunu təsadüfi etməmiş, bununla dözümlülüyünü, mətanətini nümayiş 

etdirmişdir. Hər gün bu parkda gəzişənlər, hətta polis belə ceviz ağacının var-

lığını duymur. Şair bu ağaca göstərilən münasibətlə vətənində ona göstərilən 

etinasız münasibət arasında bir bənzərlik görür. Bundan olduqca məyus olan 

şair İstanbul həsrətini, vətənə qovuşmaq istəyini bu şeirdə açıq şəkildə bəyan 

edir. Onu üzən hicran yarasının nə vaxtsa sağalacağına inanan şair Türkiyəyə 

qovuşacağı günü həsrətlə gözləyir. Qürbətdə olsa belə o, qoz ağacının torpağa 

bağlı dərin kökləri kimi öz doğma vətəninə bağlıdır. Onun şeirinin misraları 

bu ağacın qolları-budaqları tək hər yerdən İstanbula uzanır, hər yerdən vətənə 

doğru yürüyür. Hara baxırsa İstanbulu görür. Sanki hər misra ilə onu yandırıb-

yaxan İstanbul həsrətini bir az azaltmağa çalışır:



Yüz bin elle dokunurum sana, İstanbul’a. 

Yapraklarım gözlerimdir, şaşarak bakarım. 

Yüz bin gözle seyrederim seni, İstanbul’u. 

Yüz bin yürek gibi çarpar, çarpar yapraklarım. 

Ben bir ceviz ağacıyım Gülhane Parkı’nda. 

Ne sen bunun farkındasın, ne de polis farkında.

Şair onu üzən vətən həsrətini, hətta dünyada ən böyük dərd olan övlad 

həsrəti ilə eyniləşdirir. Məkanından asılı olmayaraq bu nisgil, bu intizar həmişə 

onun qəlbindədir. O, dünyanın harasında olursa-olsun, İstanbulu – “namus-

lu,  çalışqan,  fağır  insanların  şəhəri”ni  heç  vaxt  unutmayacağını  “Məktub” 

şeirində poetik bir dillə ifadə edir. Şair bu şeirdə İstanbula yalnız həsrətini 

ifadə etmir, bu gözəl şəhərin aclıq, səfalət, xəstəlik içərisində boğulduğunu 

təəssüflə göstərir. Hər kəsin heyran olduğu, mənzərəsi uzaqdan gözəl görünən 

bu şəhər daxilən qaynayır və bu gözəl şəhərdən hər gün qara xəbərlər gəlir. 

Sevgilim, senin mekanın olan  

ve nereye sürülsem, hangi hapiste yatsam



Ayten ABBASOVA

23

Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı



Ayten ABBASOVA

sırtımda, torbamın içinde götürdüğüm

ve evlat acısı gibi yüreğimde

senin hayalin gibi gözlerimde taşıdığım şehir... 

Bəzən  də  nikbin  şair  o  günün  olacağına  inamını  itirir,  vaxtından  əvvəl 

ölərsə,  yoldaşlarına  onu  Anadoludakı  bir  kənd  qəbiristanlığında  dəfn 

etmələrini vəsiyyət edir. Sağ ikən doğma torpağına qovuşa bilməyən şair heç 

olmazsa, məzarının bu torpaqlarda olmasını istəyir:

Yoldaşlar, nasip olmazsa görmek o günü,  

ölürsem kurtuluştan önce yani, 

alıp götürün  

Anadolu’da bir köy mezarlığına gömün beni. 

Ürəyində vətən nisgili olan Nazim Hikmət bir tərəfdən də yaşadığı dövrdə 

dünyada baş vermiş bütün ictimai-siyasi hadisələrlə yaxından maraqlanırdı və 

onlara öz münasibətini bildirməkdən çəkinmirdi. Onu da qeyd edək ki, şairin 

beynəlxalq mövzularda yazılmış yüzdən artıq lirik şeiri vardır. Yaponiyada 

Xirosima və Naqasakiyə atılan atom bombalarının yaratdığı ictimai kədər də 

Nazim Hikmət’in bir sıra şeirlərində ən təsirli şəkildə öz ifadəsini tapmışdı. 

Atom bombasının törətdiyi müsibətlər bomba atıldıqdan sonra da uzun illər 

davam etdi. Nazim Hikmət “Qız uşağı”, “Ölü qızcığaz”, “Qoy buludlar adam 

öldürməsin!”, “Radioaktivli yağışlara dair”, “Bir qız vardı Yaponiyada”, “Ya-

pon balıqçısı”, “Ümid” kimi şeirlərini məhz bu mövzuya həsr etmişdi. 

“Qoy  buludlar  adam  öldürməsin!”  şeiri  bu  əsərlər  sırasında  xüsusi 

bir  yer  tutur.  Bu  şeirdə  əslində  bulud  rəmzi  anlamda  işlənmişdir.  Şair  bu-

ludlara  müraciət  edərək  əslində  bəşəriyyəti,  insanlığı  qanlı  cinayətlərdən 

çəkindirməyə  çalışır.  Humanist  şair  analara,  uşaqlara,  gəlinlərə,  qocalara 

yüksək  dəyər  verir,  onlara  qıymamağa,  bu  insanları  gözüyaşlı  qoymamağa 

səsləyir. Nazim Hikmət belə cinayətkarların da insan olduqlarını, lakin bu ülvi 

duyğulardan məhrum olduğunu xatırladaraq, onları bir anlıq düşünməyə, hələ 

gec deyilkən bu yoldan geri dönməyə çağırır və nə vaxtsa dünyada sülhün, 

ədalətin bərqəqar olacağına ürəkdən inanır. “Buludlar adam öldürməsin!” - 

deyə haqq səsini ucaldan şair öz duyğu və düşüncələrini bədii-poetik şəkildə 

belə əks etdirirdi:



Analardır adam eden adamı

Aydınlıklardır önümüzde gider.

Sizi de bir ana doğurmadı mı?

Analara kıymayın efendiler.

 

Bulutlar adam öldürmesin! 


Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı

24

Nazim Hikmət Türk Lirik Şeirinin Ustadı Kimi

1958-ci ildə yazdığı “Ümid” adlı şeirində şair bu hadisənin üzərindən 13 il 

keçməsinə baxmayaraq dünyaya hələ də xəstə uşaqların gəldiyini təəssüf hissi 

ilə qeyd edir. Düşünülmədən atılan bu mənasız addımın bəşəriyyətə gətirdiyi 

böyük müsibət, insanlığın tarixinə yazılan bu qara ləkə şairi çox kədərləndirir.

İnsana, bəşəriyyətə hədsiz məhəbbət böyük yazıçının yaradıcılığının əsas 

qayəsini təşkil edirdi. Bütün insanlığın dərdlərini öz incə qəlbində daşıyan şair 

sözsüz ki, hər an öz vətənini, öz xalqını, onun taleyini düşünürdü. Türkiyə, 

Türk xalqı, Türk dili onun yaradıcılığı üçün həmişə ən aktual mövzu olaraq 

qalırdı. Ömrünün sonlarında fəal şəkildə ictimai-siyasi fəaliyyətlə məşğul olan 

şair Asiya və Afrika Yazıçılar Birliyinin Konqressinə qatılmaq üçün Misirə 

getmiş, Praqa’da, Berlin’də, Leypsiq’də keçirilən bir sıra iclaslara qatılmışdı. 

1963-cü ilin fevralında o, Asiya və Afrika yazıçılarının Tanqanikada keçirilən 

iclasında  iştirak  etmişdi.  Burada  oxuduğu  «Asiya-Afrika  yazıçılarına»  adlı 

şeirində üzünü bütün Afrika və Asiya yazıçılarına tutan şair özünü qətiyyən 

onlardan ayırmır, bu şairləri də özü kimi cəmiyyət üçün, insanlıq üçün faydalı 

şeirlər yazmağa çağırır. Onun fikrincə, heç bir şeir sadəcə yazılmaq üçün ya-

zılmamalı, xalqın ürəyinə yol tapmalı, sərt maneələri yıxa bilməli, öləziyən 

alovları yandırmağı bacarmalıdır. Elə şairin də əsl vəzifəsi budur:



Kardeşlerim,

bakmayın sarı saçlı olduğuma 

ben Asyalıyım

bakmayın mavi gözlü olduğuma

ben Afrikalıyım

… Kardeşlerim

Sıska öküzün yanına koşulup şiirlerimiz

             toprağı sürebilmeli

Pirinç tarlalarında bataklığa girebilmeli

             dizlerine kadar

bütün soruları sorabilmeli.

ve yeryüzünde tek esir yurt, tek esir insan

gökyüzünde atomlu tek bulut kalmayıncaya kadar

malı mülkü aklı fikri canı neyi varsa verebilmeli

       büyük hürriyete şiirlerimiz.

Dünyanın bir sıra ölkələrini gəzən şairin özünün də dediyi kimi, “misraları 

qolları tək hər yerdən İstanbula uzandı, hər yerdən İstanbula sarı yüyürdü”. 

Lakin vətənini bir daha görmək ümidilə yaşayan şair istəyinə nail ola bilmədi. 



Ayten ABBASOVA

25

Türk Dünyası Dil ve Edebiyat Dergisi 33. Sayı



Ayten ABBASOVA

O, ölməmişdən əvvəl canından çox sevdiyi vətənini – Türkiyəni görə bilmədi. 

Ancaq şair ən böyük arzusuna çatdı, Türkiyə ədəbiyyatına dünya şöhrəti qa-

zandırdı. İndi Nazim Hikmət’in ölümündən yarım əsrə yaxın bir müddət keçir. 

Lakin o, bu gün də bütün dünyada yeni Türk ədəbiyyatının yaradıcısı, milli 

azadlıq hərəkatının ən böyük tərənnümçüsü kimi tanınır və sevilir.



İstifadə Olunmuş Ədəbiyyat:

1.  Abdulla, Abbas (1987), “Bu dünyada Nazim yaşayır”. “Bakı” qəzeti.

2.  Babayev, Aqşin (1978), “Nazim Hikmət”. Bakı: “İşıq” mətbəəsi.

3.  Babayev, Aqşin  (2002),  Mavi  gözlü  divi  xatırlarkən.  Nazim  Hikmət  -  100.  “Yeni 

Azərbaycan” qəzeti.

4.  İsmayılov, Abuzər (1990), Nazim Hikmət (həyat və yaradıcılıq salnaməsi). Bakı: “Ya-

zıçı” mətbəəsi.

5.  İsmayıl Q. (1992), Yeni milli türk ədəbiyyatının yaradıcısı. “Ədəbiyyat qəzeti”.

6.  Nazım Hikmet (1966), Bütün eserleri, III cilt, Sofya: “Narodna Prosveta” mətbəəsi

7.  Nazım Hikmət (1961), Seçilmiş əsərləri, iki cilddə, I cild. Bakı: “Azərnəşr” mətbəəsi.

8.  Nazım Hikmət (1961), Seçilmiş əsərləri, iki cilddə, II cild. Bakı, “Azərnəşr” mətbəəsi.

9.  Nurəddin Vala (1965), Bu dünyadan Nazım keçti. İstanbul: “Remzi” kitapevi.

10.  Təhməzoğlu, Rəşid (2008). Nazim Hikmətin yaradıcılığında şərq. Bakı: “Əli” mətbəə 

evi.


11.  Sertel,  Səbihə  (1964),  Nazim  Hikmət  haqqında  xatirələrim.  “Azərbaycan”  jurnalı, 

№5.

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə