8- ci Beynəlxalq Bacsa Konfransı “İqlim dəyişilikləri və yeni kimyəvi baramaçılıq problemləri” Bioekoloji amillərin tut ipəkqurdunun bioloji göstəricilərinə



Yüklə 45,82 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü45,82 Kb.
#39812
növüXülasə



8-

ci   Beynəlxalq   Bacsa   Konfransı

“İqlim dəyişilikləri və yeni kimyəvi baramaçılıq problemləri”

Bioekoloji amillərin tut  ipəkqurdunun bioloji göstəricilərinə 

təsiri

Aqrar elmləri üzrə fəlsəfə doktoru                 

Adıgözəlova D.M.

İsgəndərov T.F.

Azərbaycan Dövlət Aqrar Universiteti

Gəncə şəhəri

e-mail: dursun.adigozalova@ mail ru


Adıgözəlova  Dursun Miri qızı

Kənd təsərrüfatı elmləri namizədi (aqrar elmləri üzrə fəlsəfə doktoru), dosent

Azərbaycan Dövlət Aqrar Universitetinin “Əczaçılıq və BSE” kafedrasını dosenti

Mobil: 055 682 19 57         e- mail: dursun.adigozalova @ mail ru



Tut ipəkqurdunun üzərində işləyərkən


Tut ipəkqurdunun üzərində işləyərkən


Tut ipəkqurdları V yaşda


Kəsilmiş və içərisində barama toxuyan

tut ipəkqurdu olan  barama




Tut ipəkqurdunun yetkin kəpənəkləri


XÜLASƏ

Açar sözlər: tut ipəkqurdu, barama, ipək, bioloji göstərici

Məqalədə qeyd olunur ki, son 30-50 il arasında kəskin iqlim dəyişkənlikləri baş verir. BMT-

nin“İqlim dəyişkənlikləri haqqında” 2014-cü il açıqlamalarından aydın oldu ki, 39 ölkədə 

iqlim kəskin dəyişəcək; kəskin istilər, kəskin soyuqlar olacaq. Azərbaycan da bu ölkələr 

sırasındadır. Belə iqlim dəyişkənlikləri bütün canlılara, o cümlədən tut ipəkqurduna da təsir 

edəcək. Məsələ ilə bağlı 10-12 dekabr 2015-ci ildə Fransanın paytaxtı Paris şəhərində 195 

ölkənin nümayəndələrinin iştirakı ilə Beynəlxalq konfrans keçirildi və “Paris-iqlim sazişi 

bağlandı. Belə kəskin iqlim dəyişkənliklərinin tut ipəkqurdunun bioloji göstəricilərinə 

təsirinin öyrənilməsi və təkliflərin hazırlanması qarşıya məqsəd qoyulmuşdur. Tədqiqatlardan 

aydın olmuşdur ki, 2012-2013-cü illərdə makroiqlim dəyişkən olduğu halda, yemləmələrdə 

mikroiqlim göstəriciləri demək olar ki, eyni olmuşdur. 2013-cü ildə vaxtından əvvəl kəskin 

istilərin baş verməsi səbəbindən bir çox bioloji göstəricilər aşağı düşmüşdür. İllər üzrə diri 

baramanın ipəkliliyini müqayisə etsək 2013-cü ildə bu göstərici  0,12% aşağı olmuşdur. 

Xüsusən barama kütləsini 2012-ci illə müqayisə etdikdə 0,03 q aşağı məhsul alınmışdır. Bu 

rəqəmi tona və onuda pul vahidinə çevirdikdə məlum olur ki, tonlarla məhsul, manatlarla pul 

vahidi itkiyə gedir. İtkinin qarşısını almaq üçün illərin iqlim xüsusiyyətlərinə müvafiq cins və 

hibridlərdən istifadə olunmalıdır. Kəskin xarici mühit şəraitinə dözümlü xətt və 

populyasiyalar yaratmaq vacibdir. İllərin makroiqlim göstəriciləri nəzərə alınmaqla uyğun 

çəkil sortları ilə yemləmə aparılmalıdır. Ekoloji-iqlim amilləri nəzərə alınmaqla tut 

ipəkqurdunun təbii iqlim şəraitinə görə rayonlaşdırılması məqsədəmüvafiqdir.




ВЛИЯНИЕ  БИОЭКОЛОГИЧЕСКИХ  ФАКТОРОВ  НА  

БИОЛОГИЧЕСКИЕ   ПОКАЗАТЕЛИ  ТУТОВОГО  ШЕЛКОПРЯДА

РЕЗЮМЕ

Ключевые слова: тутового шелкопряда, кокон, щелк, биологические   показатели

В статье указывается, что за последние 30-50 лет происходят сильные климатические 

изменения. В записях ООН «О климатических изменениях» в 2014-ом году, стало ясно 

что, климат в 39-и странах сильно изменится; будет резкое потопление и резкое 

похолодание. Это ожидалось и в Азербайджане. Такое изменение климата подействует 

на все живые организмы, в том числе и на тутовый шелкопряд. В связи с этим 10-12-ого 

декабря 2015-ого года в столице Франции Париже был заключен договор «Париж-

климат!». Было поставлена задача изучение действия таких климатических изменений 

на биологические показатели тутового  шелкопряда и подготовки предложений. 

Результаты исследований 2012-2013-их годов подтвердили, что несмотря на изменения 

макроклимата во время кормления показатели микроклимата, можно сказать, не 

изменились. В 2013-ом году в результате преждевременного потепления биологические 

показатели были низкими. По сравнению живой шелковой оболочки с прежними 

годами в 2013-ом  году эти показатели были низкими на 0,12%. И особенно масса 

кокона уменьшилось на 0,03г по сравнению с 2012-ым годом.  В результате чего 

потерю несколько тонн продукта и денежных единиц. Чтобы предотвратить потерю, 

необходимо использовать гибриды и породы характерные годовым климатическим 

условиям. Необходимо выращивание устойчивых к окружающей среде линий и 

популяций. Кормление должно проводится с такими сортами шелковицы 

макроклиматические показатели у которых учитаны годами. Учитывая климато-

экологические факторы целесообразно районизровать тутовый шелкопряд по 

естественным климатическим условиям.




THE   INFLUENCE  OF  BIOECOLOGICAL   FACTORS  ON

BIOLOGICAL PARAMETRES OF  SILKWORM

SUMMARY

Key words:  silkworm, cocoon, silk, biological parameters

In the article, it is pointed out that during the last 30-50 years, there were intense climatic 

changes. According to the records, “About climatic changes “of the UN in 2014, it became 

clear that climate will considerably change in 39 countries; it will be cold snap or warming. It 

was expected in Azerbaijan too. Such a change of climate will affect all animate organisms as 

well as silkworm. Concerning that on the 10-12th of December in the France-Paris was made 

an agreement “Paris- climate”. There was set a goal to study impacts of climatic changes on 

biological parameters of silkworm and preparation of suggestions. The results of 

investigations of 2012 and 2013 confirmed that despite the changes of macroclimate during 

feeding, parameters of microclimate, practically, did not change. In 2013, as a result of 

premature warming biological parameters were low. By comparison of silkiness of alive 

cocoon, in 2013 this parameter was low of 0, 12%. Especially, the bulk of cocoon decreased 

by 0, 03 q in comparison with 2012. If convert this number into ton and this into a currency 

unit, it became clear that tones of products and plenty of money are going to waste. In order to 

prevent this loss, it is necessary to use hybrids and breeds specific to animal climatic 

conditions. It is necessary to cultivate populations and lines which are resistant to 

environment. Feeding must be conducted with such sorts of mulberry, climatic parameters of 

which are considered. Taking into account climatic and environmental factors, it is effectually 

to regionalize silkworm based on climatic conditions.



Tədqiqatın məqsədi.

1850-


ci illərdən bu günə qədər planetimizdə ən isti illər 2005-

2010-


cu və 1994-1995-ci illər olmuşdur. Proqnozlar göstərdi 

ki, arxada qalan tarix ərzində 2013-cü il daha isti il oldu. Son 

30-

50 ildə gedən çox böyük iqlim dəyişilmələri tut 



ipəkqurduna da təsir edir. Belə dəyişkən iqlim  amillərinin tut 

ipəkqurdunun bioloji göstəricilərinə təsirinin öyrənilməsi və 

təkliflərin hazırlanması qarşıya məqsəd qoyulmuşdur.



Material və metodika.

Əsasən yerli cins və hibridlərdən istifadə olunmuşdur. Klassik cins kimi 

Şəki 1 və Şəki 2 cinslərinin göstəriciləri əsas götürülmüşdür. Qışlamış 

qrenalar inkubasiyaya qoyulmuş və qrenalar kütləvi dirildikdən sonra 

müvafiq sayda qurdlar saxlanılmış (4 təkrarda – 4-cü təkrar ehtiyatdır) və 

1 q-


da olan qurdun miqdarını bilmək üçün 50 mq qurd çəkilib formalin 

məhlulunda fiksasiya edilmiş və sayılmışdır. 3-cü yaşın axırında 4 

təkrarda (4-cü təkrar ehtiyat rolunu oynayır) və hər təkrarda 150 qurd 

yemləməyə götürülmüşdür. Qurdların yemləndirilməsinə tut ağaclarında 

kütləvi 3-5 yarpaq açılması zamanı başlanılmış və respublika üzrə ümumi 

qəbul olunmuş aqrozootexnikaya əsasən yemləndirilmişdir.




Tədqiqatın nəticələri.

İllər üzrə temperatur və nisbi nəmlik göstəriciləri

Cədvəl 1.

Yaşlar


2012

2013


Temperatur,

So

Nssbi 



nəmlik,%

Temperatur,

So

Nssbi 


nəmlik,%

I-III


25,5

70

26



65

IV

23,5



70

24

65



V

24

65



24,4

65

Barama 



sarıma 

dövründə


23,5

65

24



60


İllər üzrə baramaların bioloji göstəriciləri

Cədvəl 2

İllər


Qrenaların 

dirilməsi, %

1q-da qur-

dun


sayı,ədəd

Diri barama-

nın kütləsi, q

Diri barama-

nın ipəkliliyi,  

%

2012



98,4

2460


1,71

21,12


2013

96,4


2480

1,68


21,00


NƏTİCƏ

2012-2013-



cü illərdə makroiqlim dəyişkən olduğu halda, yemləmələrdə 

mikroiqlim göstəriciləri demək olar ki, eyni olmuşdur.

Baramaların bioloji göstəricilərindən diri baramanın kütləsi 2012-ci illə 



müqayisədə 2013-cü ildə 0,03 q azalmışdır. 

İllər üzrə diri baramanın ipəkliliyini müqayisə etsək 2013-cü ildə bu göstərici 



0,12% aşağı olmuşdur. 

Quru-



isti iqlim çəkil yarpaqlarının keyfiyyətinə və qidalılıq dəyərinə pis təsir 

göstərdiyindən 2013-cü ildə tut ipəkqurdunun məhsuldarlıq göstəriciləri də aşağı 

olmuşdur.

Qeyri-



əlverişli mühit şəraitinin tut ipəkqurduna dolayısı ilə təsiri nəticəsində əsas 

göstərici olaraq barama kütləsinə   görə illər üzrə müqayısə aparılaraq məlum 

olmuşdur ki, tonlarla məhsul və manatlarla pul itkiyə gedir.

Baramaların bioloji göstəriciləri tut ipəkqurdunun cins və hibridlərinin öz 



xüsusiyyətləri ilə yanaşı, onların yemləndirilməsindən, göstərilən aqrozootexniki 

qulluqdan, sanitar-

gigiyeniki vəziyyətdən, makro- və mikroiqlim amillərindən 

çox asılıdır.




TÖVSİYƏLƏR

İllərin iqlim xüsusiyyətlərinin təsirindən göstəricilərdən 



xüsusən barama və ipək pərdəsinin kütləsinin dəyişkən olması 

sort-


sınaq yemləmələrində nəzərə alınmalıdır.

İllərin dəyişkən iqlim şəraitinə dözümlü, az dinamik cins və 



hibridlərin yemləməyə götürülməsi daha məqsədəuyğundur.

Kəskin xarici mühit şəraitinə dözümlü populyasiya və xətlər 



yaratmaq məqsədə müvafiqdir.


PRAKTİK TƏKLİFLƏR

Tut ipəkqurdunun məhsuldarlıq göstəricilərinin bilavasitə asılı 



olduğu çəkil (tut) ağaclarına aqrotexniki qulluq sabit qayda 

üzrə deyil, illərin iqlim xüsusiyyətləri nəzərə alınmaqla 

aparılmalıdır.

İllərin makroiqlim göstəriciləri nəzərə alınmaqla  tut ipəkqurdu 



cins və hibridləri uyğun çəkil sortları ilə yemləndirilməlidir.

• Ekoloji-

iqlim amillərini minimuma endirmək üçün tut 

ipəkqurdunun konkret təbii iqlim şəraitinə görə 



rayonlaşdırılması nəzərə alınmalıdır.




DİQQƏTİNİZƏ   GÖRƏ                               

TƏŞƏKKÜR   EDİRƏM!

Document Outline

  • AZƏRBAYCAN  RESPUBLİKASI  KƏND  TƏSƏRRÜFATI   NAZİRLİYİ AZƏRBAYCAN  DÖVLƏT  AQRAR  UNİVERSİTETİ
  • 8-ci   Beynəlxalq   Bacsa   Konfransı “İqlim dəyişilikləri və yeni kimyəvi baramaçılıq problemləri”
  •  Adıgözəlova  Dursun Miri qızı Kənd təsərrüfatı elmləri namizədi (aqrar elmləri üzrə fəlsəfə doktoru), dosent Azərbaycan Dövlət Aqrar Universitetinin “Əczaçılıq və BSE” kafedrasını dosenti   Mobil:  055 682 19 57         e- mail: dursun.adigozalova @ mail ru
  • Tut ipəkqurdunun üzərində işləyərkən
  • Tut ipəkqurdunun üzərində işləyərkən
  • Tut ipəkqurdları V yaşda
  • Kəsilmiş və içərisində barama toxuyan tut ipəkqurdu olan  barama
  • Tut ipəkqurdunun yetkin kəpənəkləri
  • XÜLASƏ Açar sözlər: tut ipəkqurdu, barama, ipək, bioloji göstərici
  • ВЛИЯНИЕ  БИОЭКОЛОГИЧЕСКИХ  ФАКТОРОВ  НА  БИОЛОГИЧЕСКИЕ   ПОКАЗАТЕЛИ  ТУТОВОГО  ШЕЛКОПРЯДА РЕЗЮМЕ Ключевые слова: тутового шелкопряда, кокон, щелк, биологические   показатели 
  • THE   INFLUENCE  OF  BIOECOLOGICAL   FACTORS  ON BIOLOGICAL  PARAMETRES OF  SILKWORM       SUMMARY Key words:  silkworm, cocoon, silk, biological parameters 
  • Tədqiqatın məqsədi. 
  • Material və metodika. 
  • Tədqiqatın nəticələri. 
  • İllər üzrə baramaların bioloji göstəriciləri
  • NƏTİCƏ
  • TÖVSİYƏLƏR 
  • PRAKTİK TƏKLİFLƏR 

Yüklə 45,82 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə