8 dekabr 2014-cü il



Yüklə 56,73 Kb.
tarix21.10.2017
ölçüsü56,73 Kb.
#6340


İqlim Dəyişikliyi Risklərinin Böyük Qafqaz Regionunda Zəif Dağ İcmaları Tərəfindən Su və Daşqın İdarəçiliyinə İnteqrə Edilməsi – Azərbaycan

Tapşırığun Yekun Nəticəsi # 11
Torpaq sürüşməsi və sel riskinin qiymətləndirilməsi üzrə təlimat

c:\users\user\pictures\2014-09-08\041.jpg

BMTİP-nin Azərbaycandakı Nümayəndəliyinə təqdim olunmuşdur
8 dekabr 2014-cü il
Beynəlxalq Ekspert

fəlsəfə elmləri doktoru P.E. Hans M. Evoldsen tərəfindən hazırlanmışdır

Mündəricat

Bölmə Səhifə

A. Giriş


B. Metodologiya

        1. Risk hadisəsinin müəyyənləşdirilməsi




        1. Risk hadisəsinin baş vermə ehtimalının qiymətləndirilməsi




        1. Risk hadisəsinin təsirinin qiymətləndirilməsi




        1. Risklərə dair məlumatlandırma və maarifləndirmə proqramları




        1. Risklərin azaldılması və bərpa tədbirləri




  1. Böyük Qafqaz Dağları regionunda risk hadisələri




    1. Daşqınlar




    1. Meşə yanğınları



    1. İqlim dəyişikliyi




    1. Torpaq sürüşmələri




    1. Sel və suxur qırıntılarının axınları




    1. Seysmik hadisələr



  1. İcra üçün tövsiyələr



İqlim Dəyişikliyi Risklərinin Böyük Qafqaz Regionunda Zəif Dağ İcmaları Tərəfindən Su və Daşqın İdarəçiliyinə İnteqrə Edilməsi – Azərbaycan

Razılaşdırılmış yekun nəticə 11. Torpaq sürüşməsi və sel riskinin qiymətləndirilməsi üzrə təlimat


  1. Giriş

Bu hesabatda, rayon və bələdiyyə səviyyəsində, baş verən torpaq sürüşməsi və sel / suxur qırıntılarının axın hadisələri riskinin və insan sağlamlığına sonrakı təsirlərin, iqtisadi təsirin və infrastrukturun parçalanması riskinin qiymətləndirilməsinə yönələn təlimatlar verilir. Bu, Böyük Qafqaz Dağları (BQD) regionunda da aşkar olunan oxşar şəraitin mövcud olduğu Avropa, Şimali Amerika və Asiya ölkələrində istifadəedilən müəyyən risk qiymətləndirmə metodologiyaları ilə müqayisədə rayon və bələdiyyə orqanlarının hazırki proqramları üçün bələdçi qismində nəzərdə tutulur. Hesabatda, həmçinin, digər ölkələrdə əhalini risk hadisələri və risklərin azaldılması və bərpa tədbirlərinə əhalinin necə hazırlaşa biləcəyi barədə məlumatlandırmaq üçün həyata keçirilən tədbirlərə dair istiqamət verilir.
Xüsusən də, bu yerdə əvvəlki dövrlərdə ziyan vurmuş axınlara dair kifayət qədər dəlillər olmaqla BQD-nin əhalinin məskunlaşdığı dağətəyi ərazilərində daşqınlar, sellər və suxur qırıntılarının axınları əsas təhlükə qismində müəyyən edilir. Torpaq sürüşmələri risk hesab edilir, amma, bu, sel və suxur qırınları axını qədər deyildir, belə ki, həmin ərazilər ümumiyyətlə orta yüksəklikdə olan zonalarda torpaq sürüşmələrinə məruz qalır ki, burada da əhali az məskunlaşmışdır.


  1. Metodologiya

Aşağıdakı xüsusiyyətlərə malik olduğu təqdirdə risk qiymətləndirilməsini istiqamətləndirmə sənədi effektivdir:

  • Yüksək texniki dildə deyil, adi danışıq dilində oxucular üçün başadüşülən olduqda;

  • Yerli və regional orqanlar tərəfindən yerinə yetirilə bilmə;

  • Risk qiymətləndirməsinin oxucular üçün aydın olma və dəlillərə əsaslanma ölçüsü

  • O, yerli və regional səviyyədə iştiraka (siyasi, texniki, iqtisadi və sosial) cəlb edir

  • Yerli və regional səviyyələrdə təlimatlandırmanın inkişaf etdirilməsi üçün kifayət qədər vəsaitin olması


BQD regionunda risk hadisələri, xüsusən də daşqın, torpaq sürüşməsi və sel baş vermə riski və mümkün təsirlər üzrə risk qiymətləndirmədə təlimat işlənib hazırlanarkən istifadə edilən metodologiyada məntiqi ardıcıllığa riayət olunur. Təlimat yerli və regional hökumətlər və yerli əhali üçün nəzərdə tutulduğu təqdirdə, bu təlimatdan istifadə edilərək cimada risk qiymətləndirmə proqramının işlənib hazırlanması tövsiyə edilir. Bu, yerli əhali tərəfindən daha yaxşı qəbul ediləcək və əksər hallarda risklərə, təsirlərə və tədricən iştiraka dair daha yaxşı məlumatları təmin edəcək. Atılan addımların ardıcıllığı aşağıdakı kimidir:


        1. Risk hadisəsini müəyyənləşdirmə

Əvvəlki dövrlərdə baş vermiş və ya cari hadisələr əsasında, tez-tez baş verməyən və ya tədricən inkişaf edən hadisələr də daxil olmaqla, risk hadisələrinin müəyyənləşdirilməsi BQD regionunun icmalarına və onların yaşayışlarına əhəmiyyətli dərəcədə təsir göstərəcəkdir. Bəzi hallarda risk hadisələrini müəyyənləşdirmək üçün geomorfik və geoloji dəlillərdən istifadə oluna bilər. Bu təlimat sənədlərində müzakirə edilən təbii baş verən risk hadisələrinə aşağıdakılar aiddir:

  • Daşqınlar

  • Meşə yanğınları / sahə yanğınları

  • Əhəmiyyətli iqlim dəyişikliyi hadisələri

  • Sellər və suxur qırıntıları axınları

  • Torpaq sürüşmələri

  • Böyük zəlzələlər

Risk hadisənin beş verməsinə qarşı” formatında müzakirə

Hər bir risk qiymətləndirməsi üzrə təlimatda əsas məqam əhali, orqanlar və qiymətləndirilən regionda təsirə məruz qalan digər qurumlar tərəfindən riskin risk mühitinə qarşı qəbul edilmə dərəcəsinin müəyyənləşdirilməsidir. Bu faktor bir sıra aspektlər, o cümlədən aşağıdakıları əhatə edir:


  • Risk hadisələrinin baş verməsi arasında təxmini intervallar

  • Risk hadisəsinin kəskinlik ehtimalı

  • İnsan həyatı üçün risk

  • İnfrastruktur və evlər üçün risk

  • Yerli iqtisadiyyata təsir

  • Ötən risk hadisələri ərzində əhalinin təcrübəsi

  • Riskə baxımından cəmiyyətin münasibəti




        1. Risk hadisəsinin baş vermə ehtimalının qiymətləndirilməsi

Bu mərhələdə hadisənin baş vermə ehtimalı və hadisənin intensivliyi qiymətləndirilir. Bu qiymətləndirmə üçün əsas qismində belə hadisələrin ötən dövrlərdə baş vermə tarixi, hava və iqlim dəyişikliyi üzrə proqnozlar, elmi məlumatlar və digər məlum mənbələr göstərilə bilər. Hadisələr arasında illər, təsirə məruz qalmış ərazilər və digər mühüm məlumatlar kimi baş vermə ehtimalının qiymətləndirilməsinə cəhd göstərilməlidir. Müəyyənləşdirilmiş bir çox hadisələr üçün ötən dövrlərdə aparılmış qeydlər hadisənin baş vermə ehtimalını müəyyən etmək üçün kifayət qədər məlumatı təmin edir. Əvvəlki və cari məlumatlar aşağıdakı ehtimalların olduğunu göstərir:
1-ci Cədvəl. Risk hadisəsi və baş vermə ehtimalı – Böyük Qafqaz Dağları


Risk hadisəsi

Baş vermə ehtimalı

Əsas

Daşqınalr

Yüksək

Əvvəlki və cari qeydlər

Meşə / sahə yanğınları

Orta

Əvvəlki qeydlər

Əhəmiyyətli iqlim dəyişikliyi

Yüksək

Proqnozlar / cari dəlillər

Sel və suxur qırıntılarının axınları

Yüksək

Cari, əvvəlki və geoloji qeydlər

Torpaq sürüşmələri

Orta

Cari və geoloji qeydlər

Böyük zəlzələlər

Orta

Əvvəlki və cari qeydlər

Daşqın və sel axını / suxur qırıntılarının axını ilə bağlı qeydlər və cari təcrübə hadisənin baş vermə ehtimalının yüksək olduğunu göstərir; təsirin kəskinliyi müəyyənləşdirilməsə də, əhəmiyyətli şəkildə iqlim dəyişikliyinin baş verdiyi bəllidir; torpaq sürüşməsi riskinin yüksək dağlıq / orta hündürlükdə olan ərazilərdə cəmləşdiyi və dağ ətəklərində axın və çay yataqları boyu daha az həcmdə olduğu görünür. Iqlim dəyişikliyi ilə meşə yanğını riski arta bilər, eyni zamanda orta 6 bal gücündə zəlzələlər mütəmadi olaraq baş verə bilsə də, iri hüdudlarda baş verən hadisələr əsasən Azərbaycanın cənubunda tərk edilmiş Anadolu zonasında baş verir.




        1. Risk hadisəsinin təsirinin qiymətləndirilməsi

Bu mərhələdə, hadisənin əhaliyə, infrastruktura, iqtisadiyyata, təbii mühitə və regionun sosial quruluşuna təsiri müəyyənləşdirilir. Bu, bilavasitə hadisənin təsirinə məruz qalan zonada təsirin həmin strukturlara / insanlara aşağıdakı səviyyələrini əhatə edir. Risk hadisəsinin təsirinin qiymətləndirilməsi aşağıdakı cədvəldə verilir.

Aşağıdakı sahələrdə riskin qiymətləndirilməsində risk hadisəsinin təsirinin ölçülməsinə səy göstərilir:



  • Sakinlər arasında ölüm və xəsarət alma

  • Evlərin və ticarət müəssisələrinin dağılması

  • Əsas infrastruktura dəyən ziyan

  • Regional və yerli iqtisadiyyata zərərverici təsir

  • Yerli və regional icmanın sosial quruluşuna təsir

2-ci Cədvəl. Təbii risk hadisələrinin müxtəlif ünsürlərə mümkün təsiri


Risk hadisəsi

Evlər

İnfrastruktur

İqtisadiyyat

Ətraf mühit

Sosial-iqtisadi

Daşqınalr

Yüksək

Orta / Yüksək

Orta

Orta

Qiymətləndirilməyib

Meşə / sahə yanğınları

Yüksək

Aşağı

Orta

Yüksək

Qiymətləndirilməyib

Əhəmiyyətli iqlim dəyişikliyi

Orta / Yüksək

Orta

Qiymətləndirilməyib

Orta / Yüksək

Qiymətləndirilməyib

Sel və suxur qırıntılarının axınları

Yüksək

Orta / Yüksək

Orta

Orta

Qiymətləndirilməyib

Torpaq sürüşmələri

Orta / Yüksək

Orta

Orta / Aşağı

Aşağı

Qiymətləndirilməyib

Böyük zəlzələlər

Yüksək

Orta / Yüksək

Orta / Yüksək

Aşağı

Qiymətləndirilməyib

Cədvəldə göstərilir ki, risk hadisələrinin təsirə məruz qalan icmaların sosial-iqtisadi strukturuna təsirlərinin qiymətləndirilməsinə əlavə diqqət yetirilməlidir. Əlavə olaraq qeyd edilir ki, bilavasitə təsirə məruz qalan zonalarda insanlar və tikililər üçün bu təsir, həyat üçün risk, tikililərin dağılması və ya əsas infrastrukturun pozulması baxımından yüksək ola bilər. Bu, daşqın zonalarının, sel və suxur qırıntılarının axın riskinin olduğu zonaların müəyyənləşdirilməsini və zəlzələlərin qəsəbələrdə və kəndlərdə tikililərə təsirlərinin qiymətləndirilməsini zəruri edir.

Regional / yerli quruluşun yuxarıda göstərilən ünsürlərinə təsirlərin qiymətləndirilməsi elmi və texniki təhlil, əvvəlki hadisələrdəki təsirlərə istinad etmə və ya Azərbaycanın oxşar ərazilərində və ya qonşu ölkələrdə baş verən oxşar hadisələrlə əlaqələndirmə vasitəsilə aparıla bilər. Bir çox hallarda, yerli sakinlər ötən hadisələr zamanı yaşanmış təsirlərə dair dəyərli və əsaslı dəqiq informasiya verə bilərlər.



        1. Risklərə dair məlumatlandırma və maarifləndirmə proqramları

Riskə dair məlumatlandırma, baş verə biləcək hadisəni anlama yerli əhali üçün anlaşılan ümumi risk qiymətləndirmə proqramının işlənib hazırlanmasında və onlar tərəfindən riskin azaldılması və bərpa proqramlarının inkişaf etdirilməsinə duyulan ehtiyacın qəbul edilməsində vacibdir. Riskə dair məlumatlandırma proqramı üçün maarifləndirmə materiallarının işlənib hazırlanması milli və rayon məmurları tərəfindən birgə aparılmalıdır, belə ki, milli səviyyədə məlumat mənbələrindən, habelə yerli məlumat təcrübələrdən asılı olan proqramların işlənib hazırlanması tələb olunur. Bu proqramların işlənib hazırlanması üçün tövsiyələri, İnternet vasitəsilə Birləşmiş Millətlər Təşkilatının Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyası (UNİSDR) vasitəsilə əldə etmək olar.
Riskə dair məlumatlandırma proqramları, risk hadisəsinin təsirinə məruz qalanları, risk hadisəsinin növü, onun baş vermə ehtimalı, risk hadisəsi baş verdiyi təqdirdə bunun onların evləri, infrastruktur və iqtisadiyyat üzərində fəsadları barədə məlumatlandırmaq üçün nəzərdə tutulur.Riskə dair məlumatlandırmanın yönəldiyi şəxslərə aşağıdakılar aiddir:

  • Təsirə məruz qalma ehtimalı olan ərazinin sakinləri

  • Təsirə məruz qalma ehtimalı olan ərazidə biznes müəssisələrinin sahibləri və onları işlədən tərəflər

  • Aşağıdakılara görə cavabdeh olan yerli bələdiyyə və regional orqanlar:

    • Fövqəladə hallarda tədbirlərin görülməsi (xilasetmə, yanğın, evakuasiya, təhlükəsizlik)

    • Risk hadisəsinin təsirlərinin yüngülləşdirilməsi və azaldılması üçün planlaşdırma

  • Fövqəladə hallarda tədbirlərin görülməsi sahəsində ümumi cavabdehlik daşıyan milli orqanlar

Riskə dair məlumatlandırma proqramları, aşağıdakılar da daxil olmaqla, müxtəlif vasitələrlə keçirilə bilər:



  • Təsirə məruz qalma ehtimalı olan ərazilərdə yerləşdirilən və saxlanılan ictimai bildirişlər

  • Təsirə məruz qalma ehtimalı olan ərazilərdə yerləşdirilən və saxlanılan fəlakət zonası xəritələri

  • Kütləvi informasiya vasitələrində (televiziya, radio və qəzetlərdə) mütəmadi olaraq bildirişlər

  • Risk sahhəsində dəyişikliklər barədə məlumatlandırmanı yüksəltmək üçün mütəmadi olaraq icma toplantılarının keçirilməsi


Torpaq sürüşmələri, sel və suxur qırıntılarının axınları

Torpaq sürüşmələri, sel və suxur qırıntılarının axınları üzrə riskə dair tipik məlumatlandırma proqramına aşağıdakılar daxil edilir:



  1. Hadisə baş verdiyi təqdirdə təsirə məruz qala bilən zonaların əks olunduğu xəritələr, o cümlədən mümkün olarsa, zonada mövcud olan riskin dərəcəsinə görə zonalaşdırma. Xəritələrdə, həmçinin, əvvəlki illərdə baş vermiş hadisələrin ili də qeyd olunmaqla, risk zonasında əvvəlki hadisələrin hüdudları da göstərilməlidir.

  2. Hadisə baş verdiyi zaman və ondan sonra hadisənin səciyyəvi xüsusiyyətlərinin rəsmləri

  3. Əvvəlki hadisələri daha dəqiq müəyyənləşdirməyə imkan verən rəsmlər və geomorfik xüsusiyyətlər

  4. Güclü yağıntı, seysmik hadisələr, yamacların tədricən hərəkəti kimi fəlakət hadisəsinin baş verə biləcəyi şərtlərin göstərilməsi




        1. Risklərin azaldılması və bərpa tədbirləri

Riskin qiymətləndirilməsi mərhələsində mühüm məsələ aşağıdakı sahələrdə mümkün tədbirləri müəyyənləşdirmək və qiymətləndirməkdir:

          1. Riskdən yayınma

Riskdən yayınmağa imkan verən aşağıdakı kimi tədbirləri müəyyənləşdirmə:

  • Daşqından müdafiə tədbirləri

  • Əsas infrastrukturu risk zonasından kənarda yerləşdirmə

  • Evləri (məişətləri) risk zonalarından kənarda saxlamaq

  • Körpüləri, enerji xətlərini və su paylama sistemlərini gücləndirmə



    1. Riskin azaldılması

  • Daşqın sularına qarşı evlərinin gücləndirilməsi

  • Yolları və enerji / su xətlərini daşqın səviyyələrindən yuxarıda saxlama

  • Yerli regional erkən xəbərdarlıq sistemlərinin quraşdırılması

  • Qida, dərman vasitələri ehtiyatlarının toplanması



    1. Risk yüngülləşdirmə proqramları

Risk yüngülləşdirmə proqramları risk qiymətləndirmə proqramları üçün təlimatlandırmanın əsas hissəsidir. Bu yüngülləşdirmə tədbirləri fəlakətli hadisənin əhaliyə, işgüzar aləmə və bələdiyyə və regional orqanların hadisədən sonra fəaliyyət göstərmək imkanlarına təsirlərini yüngülləşdirmək (hadisə baş verdiyi zaman və o, baş verdikdən sonra təsiri azaltmaq) üçün nəzərdə tutulur. Tipik risk yüngülləşdirmə tədbirlərinə aşağıdakılar aiddir:

  1. Fövqəladə hadisələr üçün mərkəzin, vəzifələri və hadisə baş verdikdən sonra dərhal mərkəzdəki vəzifələrin tutulması üçün namizədləri müəyyənləşdirməklə, əvvəlcədən təsis olunması

  2. Risk hadisəsinin baş verə biləcəyi ərazidən kənarda fövqəladə sığınacaq ərazilərinin müəyyənləşdirilməsi və həmin mərkəzlər üçün əsas ehtiyatların toplanması

  3. Müxtəlif orqanların heyət üzvləri arasında birbaşa rabitə əlaqələrinin olması üçün bütün əsas bələdiyyə və regional orqanları ilə ümumi spektrdə rabitənin mövcud olması

  4. Kommunal xidmətlərin bərpası, nəqliyyat marşrutlarının təmiri üçün müəyyən edilmiş prioritetlər və xidmətlərin bərpasını, o cümlədən təsirə məruz qalan regiona qida və içməli suyun çatdırılmasını təmin etmək üçün digər tədbirlər

  5. Sonrakı xəsarət və ya itkilərdən yayınmaq üçün çətin vəziyyətdə olan sakinləri xilas etmək üçün nəqliyyat vasitəsinin mövcudluğu




  1. Böyük Qafqaz Dağları regionunda əsas risk hadisələri – torpaq sürüşmələri və sellər

BQD regionunda daşqın, torpaq sürüşməsi və sel / suxur qırıntılarının axını ilə bağlı risk hadisələri bir sıra köklü səbəblərdən baş verə bilər. Bunlara aşağıdakılar aiddir:


    1. Daşqınlar

İri daşqın hadisələri BQD regionunda intensiv yağıntı hadisələri, ola bilsin ki, iqlim dəyişikliyinin intensivliyinin artması; sahilboyu mühafizə tikililərinin olması; çöküntünün yığılmasına görə çay yatağının qalxması və bəzi hallarda kanallarda daşqın riskini artıran dəyişikliklər səbəbindən baş verir.

    1. Sel və suxur qırıntılarının axınları

Sellərin və suxur qırıntılarının axınlarının ən əsas səbəbi qısa müddətdə çox intensiv yağıntı hadisələrinin baş verməsidir. Bu hadisələr sürətli daşqın və ya bir neçə gün ərzində çox güclü axınlara səbəb olmağa meyllidir. Daşqınlar özü ilə çoküntüləri apardığı halda, bunlar sellərə, palçıq axınlarına və bəzi hallarda suxur qırıntılarının axınlarına çevrilməyə meylli olur. BQD-nin dağətəyi ərazilərindəki dəlillər əvvəlki dövrlərdə də çoxsaylı sel və suxur qırıntılarının axınlarının baş verdiyi təsdiq edir.


    1. Torpaq sürüşmələri

Yamacların eroziyası, çay yataqları boyu eroziya və infrastrukturun (əsasən avtomobil yollarının) inkişafı getdikcə, qaya və və torpaq yamaclar kəskin meylli ola və ya yarğana çevrilə bilər. Kəskin meyllilik yamacın təhlükəsizliyində təbii faktoru azaldır, bu 1.0-dən aşağı olduqda yamac torpaq sürüşməsi hadisəsinə çevrilə bilər. Müvafiq olaraq, yamacların özülünün yarılması yamacın dayağını və ya möhkəmliyini apara bilər və bu, onun düşməsinə gətirib çıxaracaq. Çay yatağında eroziya belə hadisələrin əsas səbəbidir, ikinci səbəb isə infrastrukturun inkişaf etdirilməsində insanların gördüyü işlərdir. Seysmik fəaliyyət və bununla yanaşı torpağın hərəkəti , yamacların təhlükəsizlik faktorunun hüdud baxımından 1.0-dan yuxarı olduğu ərazilərdə torpaq sürüşmələrinə təkan verə bilər. Bu seysmik baxımdan təkan verilən torpaq sürüşmələrinə qaya parçalarının düşməsi hadisələri və iri torpaq sürüşmələri aid edilə bilər. Seysmik hadisələr, həmçinin, ayrı-ayrı hallarda buzlaqların sıxışmasına səbəb olaraq onların yerdən qoparaq yamac boyu aşağı hərəkət etməsi ilə nəticələnə bilər.


    1. Seysmik hadisələr:

Seysmik fəaliyyət, eyni zamanda, iri həcmlərdə sudan doymuş torpaqların hərəkət etmə hüdudlarında olduğu şəraitdə sellərə və torpaq sürüşmələrinə təkan verə bilər. Baxımsız, sudan doymuş, zərif xırdalanmış çöküntü kütləsinin olduğu, səthi və ya dayaz çöküntülərin durulaşdığı ərazilər, axın ərazisində mövcud olan infrastruktur və evlər üçün dağıdıcı ola bilən “dayaz qat axını” ilə torpağın sürüşməsinə gətirib çıxara bilər. BQD regionunda seysmik baxımdan təkan verilən torpaq sürüşmələri ən çox yüksək dağlıq regionlarda baş verə bilər və onlar əsasən qaya sürüşmələrindən ibarətdir.


  1. İcra üçün tövsiyələr

Qəbələ Pilot Ərazisinin çoküntü kütləsinin toplandığı düzənliklərində dağətəyi zonalarda daşqınlar, sel və suxur qırıntılarının axınları təkrarlanma ehtimalları yüksəkdir. Təsirə məruz qalan həmin rayonlar üçün Risk Qiymətləndirmə proqramının həyata keçirilməsi məqsədəuyğundur. Belə bir proqramın həyata keçirilməsində tövsiyə olunan tədbirlər aşağıdakılardır:


    1. Yerli ərazilərə əhəmiyyətli dərəcədə təsirə malik olan riskləri müəyyənləşdirmək

    2. Yerli əhali tərəfindən “riskin başa düşülməsi” səviyyəsini qiymətləndirmək

    3. Mühüm yerli və icma rəhbərliyini müəyyənləşdirmək

    4. Risk hadisələrinin baş vermə ehtimalını qiymətləndirmək

    5. Əhaliyə / infrastruktura mümkün təsirləri qiymətləndirmək və ya təxmin etmək

    6. Riskə dair məlumatlandırma və maarifləndirmə proqramlarını həyata keçirmək

    7. Riski azaltma və bərpa tədbirlərini müəyyənləşdirmək və yayımlamaq

Icra ilə bağlı bu tədbirlər risk hadisəsi baş verdiyi zaman yaşanan iqtisadi itkilərlə müqayisədə nisbətən az məsrəflərlə həyata keçirilə bilər.




H. Ewoldsen Landslide and Mudflow Risk Assessment Guidance 7 December 2014

Yüklə 56,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə