9 informasiya muharib?Si texnologiyalarinin analizi v? T?Snifati



Yüklə 153,77 Kb.
Pdf görüntüsü
tarix08.01.2018
ölçüsü153,77 Kb.
#20017


İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

80                                                                  www.jpis.az 



 

UOT 004.351 

Ə

ləkbərova İ.Y.  

AMEA İnformasiya Texnologiyaları İnstitutu, Bakı, Azərbaycan 

depart17@iit.ab.az 

İ

NFORMASİYA MÜHARİBƏSİ TEXNOLOGİYALARININ               

ANALİZİ VƏ TƏSNİFATI  

Məqalədə  informasiya  müharibəsi  texnologiyalarının  yaranma  səbəbləri    və  bununla 

əlaqədar  meydana  çıxan  problemlər  araşdırılmış,  müxtəlif  mütəxəssislərin  və  alimlərin 

“informasiya  müharibəsi”  termininə  münasibətləri  təhlil  edilmişdir.  İnformasiya 

müharibəsi  texnologiyalarının  təsnifatı  verilmiş,  informasiya  təsiri  problemləri  analiz 

edilmişdir. İnformasiya müharibəsinin istiqamətləri və hədəfləri göstərilmişdir.  

Açar  sözlər:  İnformasiya  müharibəsi,  kibermüharibə,  informasiya  silahı,  informasiya 

qarşıdurması,  kompyuter  cinayətkarlığı,  elektron  müharibə,  haker,  informasiya-texniki 

təsir, informasiya-psixoloji təsir,  informasiya hücumu. 

Giriş 

Dünyada  cərəyan  edən  proseslər  hər  bir  dövlətin  ən  başlıca  vəzifələrindən  birinin 

onun  öz  informasiya  məkanına  nəzarəti  gücləndirməklə,  informasiya  resurslarının 

mühafizəsi uğrunda mübarizə aparmalı olduğunu söyləməyə əsas verir.  Son zamanlar bir 

çox  dövlətlər  öz  vətəndaşları  və  iqtisadi  maraqlarının  təhlükəsizliyi  ilə  yanaşı,  mədəni-

mənəvi  dəyərlərini  qorumaq  üçün  xüsusi  tədbirlər  görmək  məcburiyyətindədirlər.  Bu 

baxımdan, dövlətlər konseptual  səviyyədə  məqsədlərini həyata keçirmək, siyasi, iqtisadi 

və hərbi sahələrdə müvəffəqiyyət əldə etmək üçün vacib olan informasiyanı əldə etməyə 

çalışırlar. 

Əks tərəfin informasiya resurslarını ələ keçirən dövlət üçün bu resurslar və onlardan 

əldə edilən bilik, öz gücünü artırmaq, bütün sahələrdə rəqibdən üstün olmaq və gələcəkdə 

onun  istənilən  sahədə  hücumlarını  dəf  etmək,  eyni  zamanda,  öz  maddi-mənəvi 

dəyərlərini qorumaq üçün bir vasitədir. Odur ki, dövlətin informasiya resursu çox zaman 

strateji  resurs  hesab  edilir  və  analoji  olaraq  vacib  xammal  ehtiyatı,  enerji,  faydalı 

qazıntılar  və  s.  resursları  ilə  eyni  səviyyədə  qiymətləndirilir.  İnformasiya  axınları  üçün 

sərhədlərin  şəffaflığı  dövlət  hakimiyyət  orqanlarının  funksiyalarında  prinsipial  olaraq 

başqa bir situasiya yaratmış, informasiya sistemlərinin dövlətlərin infrastrukturuna (bank-

maliyyə,  nəqliyyat,  elektrik  şəbəkələri,  neft  və  qaz  xətləri)  tətbiq  edilməsi  isə  onları 

informasiya müharibəsində potensial obyektlərə çevirmişdir.  

İnformasiya  texnologiyalarının  inkişafı  ilə  əlaqədar  daha  asan  və  tez  əldə  edilən 

informasiya  dövlətin  və  cəmiyyətin  özünü  ifadə  etməsi  baxımından  ideal  vasitə  hesab 

olunur.  Bu  səbəbdən,  son  zamanlar  iqtisadiyyatda,  siyasətdə  və  hərbi  sahədə 

“informasiya  əməliyyatı”  (Information  Operation)  və  “informasiya  müharibəsi” 

(Information  Warfare)  terminləri  geniş  istifadə  edilir.  Dünyada  informasiya  müharibəsi 

(İM)  texnologiyalarının  inkişafı  və  dövlətlər  arasında  baş  verən  hərbi  və  siyasi 

qarşıdurmalar belə söyləməyə əsas verir ki, yaxın gələcəkdə qarşı tərəf üzərində üstünlük 

informasiyanın ələ keçirilməsi, onlara çevik reaksiya verilməsi, real vaxt rejimində qarşı 

tərəfin informasiya mənbələrinin məhv edilməsi ilə əldə olunacaqdır.  

Bu  gün  cəmiyyətdə  milli  informasiya  resurslarının  mühafizəsi  məsələsi  çox 

aktualdır.  İnkişaf etmiş dövlətlər tərəfindən informasiya silahının (Information  Weapon




İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      81 

 

tətbiqi  və  qlobal  informasiya  infrastrukturunun  yaradılması  bu  ölkələrin  dünyada  lider 



olmaq  iddiasından  irəli  gəlir.  İnternet  açıq  informasiya  şəbəkəsinin  genişlənməsi, 

kompyuter  cinayətkarlığının  artması,  siyasi  və  iqtisadi  məqsədlərə  çatmaq  üçün  yüksək 

səviyyədə  informasiya  hücumu  təhlükələrinin  çoxalması  informasiya  müharibəsi  və 

informasiya təhlükəsizliyi kimi məsələlərin aktuallığına səbəb olmuşdur. 



İ

KT-nin inkişafı və informasiya müharibəsi  

İM  və  onun  tətbiqi  texnologiyalarının  kökü  qədim  dövrlərə  gedib  çıxır.  Bəşər 

tarixində  informasiya  təcavüzü  bu  və  ya  digər  formada  hər  zaman  olmuşdur.  Belə  ki, 

insanların  informasiyasız  yaşamaları  mümkün  deyil.  Fiziki  müharibə  aparmadan  İM 

aparmaq olur, amma İM olmadan fiziki müharibə aparılmır. Başqa sözlə, fiziki müharibə 

aparılarkən, eyni zamanda, onun tərkib hissəsi kimi İM-in aparılması zəruridir. Məsələn, 

Çingiz xanın hərbi yürüşləri zamanı ordunun önündə xüsusi informasiya hazırlığı görmüş 

müəyyən qrup atlılar çapırdılar. Onlar Çingiz xanın opdusunun hədsiz dərəcədə güclü və 

amansız  əsgərlərdən  təşkil  olunduğu  haqqında  xəbərlər  yayaraq  əhalidə  qorxu,  ruh 

düşkünlüyü  yaradırdılar.  Bu  cür  psixoloji  təsir  üsullarından  digər  məşhur  sərkərdələr 

(Makedoniyalı İsgəndər, Teymurləng və s.) tərəfindən də istifadə edilmişdir. Həmçinin II 

Dünya  müharibəsi  zamanı  Hitler  və  Stalin  də  informasiya-psixoloji  təsirin  əhəmiyyətini 

yaxşı  anlayırdılar  [1].  O  zamankı  informasiya  əməliyyatlarının  indiki  analoji 

əməliyyatlardan  yeganə  fərqi  o  idi  ki,  həmin  dövrlərdə  informasiyanın  ötürülməsində 

texniki vasitələrdən istifadə edilmirdi.  

Müasir dövrdə informasiyanın emalı və ötürülməsində istifadə edilən maddi-texniki 

bazanın inkişafı ilə İM-in tətbiqi və texnologiyaları köklü şəkildə dəyişmiş, informasiya 

şəbəkəsinin  yaranması  və  geniş  yayılması  İM-in  əhəmiyyətini  artırmışdır.  Bu  gün  İM 

problemləri  informasiya  kommunikasiya  texnologiyalarının  (İKT)  inkişaf  etdiyi  bir  çox 

ölkələrdə (ABŞ, Rusiya, İngiltərə, Fransa, İsveçrə, Yaponiya və s.) araşdırılmaqdadır.  

Müasir  İM  texnologiyalarının  yaranması,  inkişafı  və  geniş  tətbiqinin  müxtəlif 

izahları var: 

1.

 

Hesablama  texnikası  və  kommunikasiya  vasitələrinin  sürətli  inkişafı,  şəbəkə 



texnologiyalarının  təkmilləşdirilməsi  cəmiyyətdə  əsas  resurs  kimi  informasiyanın 

rolunun artmasına səbəb oldu.  

2.

 

Effektivliyinə  görə  informasiya  maddi  resurslardan  daha  yuxarıda  dayanmağa 



başladı.  Elmi-texniki  nailiyyətlər  hərbi  sahədə  istifadə  edilən  ənənəvi  silahlarla 

yanaşı, bir sıra İKT  vasitələrinin kütləvi istehsalına şərait yaratdı. 

3.

 

İnsanların  beyinlərinin  və  davranışlarının  öyrənilməsində  əldə  edilən  nailiyyətlər 



müxtəlif  istiqamətlərdə  psixofizioloji  təsirlərin  yollarını  və  vasitələrini  daha  yaxşı 

başa düşməyə imkan verdi. 



“İnformasiya müharibəsi” termini haqqında 

İM  probleminin  obyektiv  və  müfəssəl  təhlilini  aparmaq  üçün  qabaqcıl  ölkələrin 

təcrübəsi,  xarici  mütəxəssislərin,  alimlərin,  praktiklərin  fikirlərinin  öyrənilməsi  və 

müqayisəsi  tələb  olunur.  ABŞ-da  İM  problemi  son  15  ildə  digər  ölkələrlə  müqayisədə 

daha  geniş  araşdırılmış  və  öyrənilmişdir.  Bunu  ABŞ  rəsmi  dairələrinin,  o  cümlədən 

Müdafiə Nazirliyinin, Konqresin rəsmi sənədlərində, rəsmi şəxslərin açıq bəyanatlarında, 

İM problemləri ilə məşğul olan təşkilatların hesabatlarında görmək mümkündür. 

İlk  dəfə  “informasiya  müharibəsi”  terminini  1976-cı  ildə  amerikalı  mütəxəssis 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

82                                                                  www.jpis.az 



 

Tomas  Rona  (Thomas  Rona)  “Boeing”  şirkəti  üçün  hazırladığı  “Silah  sistemləri  və 

informasiya  müharibəsi”  adlı  hesabatında  istifadə  etmişdir.  T.Rona  hesabatında  sübut 

etmişdir  ki,  son  illərdə  informasiya  infrastrukturu  ABŞ  iqtisadiyyatının  əsas 

komponentinə çevrilmişdir [2].  

“İnformasiya  müharibəsi”  termini  rəsmi  olaraq  ilk  dəfə  ABŞ  Müdafiə  Nazirliyinin 

21 dekabr 1992-ci il tarixli, 3600.1 saylı direktivində istifadə edilmişdir [3]. 

İM-in  ilk  tədqiqatçılarından  biri,  ABŞ-ın  Milli  Müdafiə  Universitetinin  əməkdaşı 

Martin  Libiki  (Martin  Libicki)  İM  anlayışına  tərif  verərkən  demişdir:  “İnformasiya 

müharibəsini  bütün  incəliyi  ilə  anlamaq  təşəbbüsü  kor  adamların  fili  tanımaq  üçün 

göstərdikləri cəhdləri xatırladır: filin ayağına toxunan onu ağac, quyruğuna toxunan adam 

onu kəndir adlandırır  və s. Bu üsulla tam təsəvvür almaq  mümkündür? Ola bilsin ki, fil 

yoxdur,  həqiqətən  də,  ağac  və  kəndir  vardır.  Bir  qrup  mütəxəssis  bu  anlayış  altında  bir 

çox istiqamətləri birləşdirmək istədikləri halda, digərləri informasiya müharibəsinin hər-

hansı  bir  aspektini  ümumi  anlayış  kimi  qəbul  edir...”  [4].  M.Libiki  bu  fikri  ilə  demək 

istəyirdi  ki,  “informasiya  müharibəsi”  çox  geniş  anlayışdır  və  İM  texnologiyalarının 

cəmiyyətə təsiri tam aydınlaşdırılmasa da, son illər bu proses sürətlə davam etməkdədir.  

ABŞ-ın  Müdafiə  Nazirliyinin    İM  haqqında  sənədlərində  bildirilir  ki,  İM-də 

informasiya  həm  silah,  həm  də  məqsəddir.  İnformasiya  hücumu  isə  icazə  olmadan 

istənilən  formada  informasiyanın  köçürülməsi,  dəyişdirilməsi  və  məhvinə,  həmçinin 

proqram  təminatlarına,  məxfi  informasiyanın  saxlandığı  texniki  qurğulara  və  insan 

psixologiyasına yönəlmiş əməliyyatdır [5]. 

ABŞ-da İM-i təsvir etmək üçün çox zaman onu informasiya əməliyyatı ilə müqyisə 

edirlər.  İnformasiya  əməliyyatı  –  məqsədə  çatmaq  üçün  qarşı  tərəfin  informasiya 

fəzasına təsir etmək və bu zaman öz informasiya resurslarını qorumaq məqsədi ilə xüsusi 

metodlardan və vasitələrdən (siyasi, iqtisadi, texniki, hərbi və s.) istifadə etməklə həyata 

keçirilən  mübarizə  formasıdır  [6].  Rusiya  mütəxəssisləri  bu  mübarizə  formasını 

informasiya qarşıdurması kimi təsvir edirlər. İnformasiya qarşıdurması – tərəflərin elə 

mübarizə  formasıdır  ki,  bu  zaman  onlar  xüsusi  metodlardan,  informasiya  resurslarına 

təsir üsullarından və vasitələrindən istifadə etməklə qarşı tərəfin informasiya resurslarına 

birbaşa təsir göstərə bilir [7]. 

Amerika  tədqiqatçılarının  fikrincə,  informasiya  əməliyyatı  vasitələrilə  realizə 

olunan  informasiya  qarşıdurması  hərbi  qüvvələrin,  elmi  mərkəzlərin,  müxtəlif  siyasi 

təşkilatların hazırlığında və fəaliyyətində İM texnologiyalarından geniş istifadəni nəzərdə 

tutur [8].  

İnformasiya  qarşıdurmasında  əsas  məqsəd  qarşı  tərəfin  informasiya  da  daxil 

olmaqla,  bütün  növ  resurslarına  təsir  göstərməkdir.  İnformasiya  qarşıdurmasının 

effektivliyinin  əsas  meyarı  kimi  qarşı  tərəfə  məxsus  şəbəkə  və  kommunikasiya 

texnologiyalarına,  nəhayət,  kompyuterlərə  icazəsiz  müdaxilələr  nəzərdə  tutulur.  Digər 

tərəfdən,  informasiya  qarşıdurmasında  demoqrafiya,  təbliğat,  “beyinlərin  yuyulması”, 

ictimai  rəyin  və  şüurun  manipulyasiyası  və  s.  üsullar  geniş  istifadə  edilir.  Qeyd  etmək 

lazımdır  ki,  İM  prosesində  kompyuter  şəbəkəsinə  daxil  olmaqla,  həmçinin  İnternet 

vasitəsi  ilə  qarşı  tərəfin  mühüm  əhəmiyyət  kəsb  edən  maliyyə,  bank  sistemi,  rabitə, 

elektrik  təchizatı  və  nəqliyyat  vasitələrini  iflic  etmək  mümkündür.  Bu  məqsədlə 

İnternetdə  veb-briqadalar  və  hakerlər  fasiləsiz  işləyirlər.  Onlar  xüsusi  təşkil  edilmiş, 

fəaliyyətləri müəyyən hədəflərə yönəldilmiş peşəkarlardır. İM-də həmçinin informasiya-

kommunikasiya  sistemlərinin  normal  iş  fəaliyyətinin  pozulması,  psixoloji-ideoloji 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      83 

 

informasiyanın, şayiələrin yayılması, informasiya blokadası, yayılması və s. informasiya 



əməliyyatlarından geniş istifadə edilir. 

İM  sahəsində  aparılan  araşdırmalar  nəticəsində  məlum  olmuşdur  ki,  İM 

nəzəriyyəsinin tədqiqatı ilə məşğul olan alimlər üç əsas qrupa bölünürlər: 

 



Birinci  qrup  alimlər  İM  texnologiyalarını  ayrı-ayrı  informasiya  əməliyyatı  və 

informasiya 

rəqabəti 

vasitələrinə, 

dövlətlərarası 

münaqişələrin, 

silahlı 

mübarizələrin  aparılmasına,  kütləvi  şüura  təsir  texnologiyalarına  uyğunlaşdırırlar 

(sosial-kommunikativ yanaşma) [9, 10, 11, 12, 13].    

 



İkinci  qrup  alimlərə  hərbi  mütəxəssislər  aiddir.  Onların  fikrincə,  İM  hərbi 

münaqişələrlə  birbaşa  bağlıdır  və  bu  münaqişələrə  informasiya-hərbi  mübarizə 

vasitələrinin  və  gücün  kompleks  birgə  tətbiqi  kimi  baxılmalıdır  (hərbi-tətbiqi 

yanaşma)  [14,  15,  16].  Bir  çox  mütəxəssislər  bu  yanaşma  ilə  razılaşmır  və 

bildirirlər  ki,  “informasiya  müharibəsi”  termini  hərbi  əməliyyatların  aparılması 

zamanı  müasir  informasiya  texnologiyalarına  münasibətdə  hər  zaman  adekvat 

olmur və bu növ hərbi əməliyyatları “informasiya  mübarizəsi” və  ya “informasiya 

qarşıdurması” adlandırmaq daha düzgün olardı [17, 18, 19].  

 

Üçüncü  qrupa  aid  tədqiqatçılar  İM  ilə  bağlı  əməliyyatlara  dövlətlərarası 



münaqişələrdən  yaranan  hadisə  kimi  baxırlar.  Onların  fikrincə,  dövlətlər  arasında 

yaranan  siyasi  münaqişələri  hərbi  yolla  deyil,  müasir  İKT  vasitələrindən  istifadə 

etməklə  həll  etmək  mümkündür.  Bu  baxımdan,  bir  çox  tanınmış  alimlər  İM-i 

geosiyasi  münaqişəyə  aid  edərək,  ona  dövlətlər  arasında  xüsusi  münasibət  növü 

kimi  baxırlar.  Onların  fikrincə,  mövcud  münaqişəni  aradan  qaldırmaq  üçün  bu 

ölkənin  informasiya  mühitində  müxtəlif  güc  təsirlərinin  metod,  vasitə  və 

texnologiyaları  tətbiq  olunmalıdır  (geosiyasi  yanaşma).  Bu  qrup  mütəxəssis  İM 

zamanı  əməliyyatların  zorakılıq  xarakterini  qabardaraq,  onu  açıq  hərbi 

əməliyyatların aparılmadığı şəraitdə belə müharibənin ən vacib və təhlükəli əlaməti 

hesab  edirlər  [20].  Belə  tədqiqatlar  bir  daha  sübut  edir  ki,  artıq  dünyada  tətbiqi 

elmin yeni sahəsi – İM nəzəriyyəsi inkişaf etməkdədir. 

İ

nformasiya müharibəsi texnologiyaları 

Son  illərin  lokal  müharibələri  və  silahlı  münaqişələri  hərbi  mütəxəssisləri 

informasiya  vasitələrinin  hərbi  sistem  və  komplekslərə  effektli  təsirlərinin  qlobal 

analizini  aparmağa    məcbur  etmişdir.  İM  hər  bir  dövlətin  daxilində,  ilk  növbədə, 

hakimiyyət və pul, insanları idarə etmək imkanı əldə etmək uğrunda, eləcə də, istehsalat 

məhsullarına  nəzarət  və  onun  realizə  olunmasında  əldə  edilən  gəlir  uğrunda  aparılır. 

Müxtəlif  mütəxəssislər  və  alimlər  tərəfindən  İM-ə  müxtəlif  təriflər  verilsə  də,  hər  kəs 

təsdiq edir ki, İM, əsasən, hakimiyyət və kapital uğrunda müharibədir. 

İM  bilik  uğrunda  –  “nə?”,  “nə  zaman?”,  “harada?”,  “nə  üçün?”  və “nə  dərəcədə?” 

suallarına  cavab  tapmaq  uğrunda  müharibədir.  İM-i  son  məqsəd  hesab  etmək  olmaz,  o 

yalnız  vasitədir.  İM  sahəsindəki  təcrübələr,  vasitələr  və  metodlar  yalnız  hərbi-siyasi 

sahədə  deyil,  dövlətin  iqtisadi  maraqlarında  geniş  istifadə  olunur  və  əsas  məqsəd  qarşı 

tərəfin  informasiya  resurslarının  ələ  keçirilməsinə,  informasiya  sistemlərinin  məhv 

edilməsinə yönəlmişdir.  

M.Libiki  1995-ci  ildə  ABŞ-ın  Milli  Müdafiə  Universiteti  tərəfindən  nəşr  edilmiş 

“İnformasiya  müharibəsi  nədir?”  məqaləsində  ilk  dəfə  İM  texnologiyalarının  təsnifatını 

vermişdir.  Bu  konsepsiyada  ilk  dəfə  olaraq  göstərilmişdir  ki,  son  dövrlərdə  İKT-nin 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

84                                                                  www.jpis.az 



 

inkişafı  nəticəsində  artıq  İM-də  psixoloji  deyil,  əsasən,  iqtisadi  və  hərbi  aspektlərə 

üstünlük  verilir.  M.Libikinin  fikrincə,  izləyici  kosmik  peyk  şəbəkəsindən  yerüstü,  dəniz 

və  hava  məkanında  baş  verən  dəyişiklikləri  qeyd  edən  sistemlərdən  ibarət  əlaqəli 

informasiya  sistemləri  dünyada  baş  verən  istənilən  hərbi  aktivliyi  nəzarətdə  saxlamaq 

imkanına malik olacaqdır. Bu isə sistemə həmin aktivliyi iflic etmək və onun iqtisadi və 

informasiya  sistemlərini  dünyadakı  digər  sistemlərdən  ayırmaq  imkanı  verəcəkdir.  Bu 

konsepsiya  informasiya  silahından  aktiv  istifadənin  kosmik  vasitələrin  tətbiqi  ilə  sıx 

əlaqəli olduğunu bir daha sübut etmiş oldu.  

M.Libiki “İnformasiya müharibəsi nədir?” məqaləsində İM-in yeddi formasını qeyd 

etmiş,  “Information  Warfare”  adlanan  sistemdə  texnologiyalar  arasında  əlaqələri 

göstərmişdir (şəkil 1). 

Bu  texnologiyalara,  əsasən,  komanda-nəzarət,  kəşfiyyat,  elektron,  psixoloji,  haker, 

iqtisadi, kibermüharibə aiddir: 

1.

 

Komanda-nəzarət  müharibəsi  (Command  and  Control  Warfare)  –  komandanlıq 



və  icraçılar  arasındakı  əlaqə  kanallarına  istiqamətlənmiş  İM-dir.  Bu  əlaqə  kanallarının 

funksiyası  pozularsa,  İM-də  qələbənin  təmin  olunması  reallaşar.  Komanda  nəzarət 

müharibəsində  “antinik”  (anti-neek)  adlanan  əməliyyatlara  daha  çox  önəm  verilir  ki, 

bunun da mənası lazımsız, avara müdaxilələrə qarşı tədbirlər deməkdir. 

2.

 

Kəşfiyyat  müharibəsi  (Information  Based  Warfare)  –  mühüm  informasiyanın 



toplanması və bu zaman hücum edən tərəfin öz informasiya resurslarını mühafizə etməsi 

prosesidir. 

3.

 

Elektron  müharibə  (Electronic  Warfare)  –  elektron  kommunikasiya  vasitələrinə 



qarşı  yönəlmiş  müharibədir.  Elektron  kommunikasiya  vasitələri  dedikdə,  radioəlaqə, 

radarlar,  kompyuter  şəbəkəsi  nəzərdə  tutulur.  Onun  əsas  bölməsi  kriptoqrafiyadır 

(elektron informasiyanın şifrələnməsi və ya şifrədən çıxarılması). 

4.

 



Psixoloji  müharibə  (Psychological  Warfare)  –  təbliğat,  “beyinlərin  yuyulması”, 

əhalinin  davranışlarına  nəzarət  və  vətəndaşlar  üçün  nəzərdə  tutulmuş  informasiyanın 

emalıdır.  M.Libiki  psixoloji  müharibəni  4  hissəyə  ayırır:  1)  Vətəndaş  ruhunun 

sarsıdılması;  2)  Hərbi  qüvvələrdə  mənəvi  duruma  və  əhval-ruhiyyəyə  nəzarət;                                  

3) Komandanlığa dezinformasiyanın ötürülməsi; 4) Mədəniyyətlərin müharibəsi (War of 

Culture). 

5.

 



Haker müharibəsi (Hacker  Warfare) – qarşı tərəfin mülki obyektlərinə  yönəlmiş 

diversiya  əməliyyatlarıdır.  M.Libiki  haker  fəaliyyətlərindən  danışarkən  onların  törətdiyi 

fəsadları  belə  sadalayır:  şəbəkənin  total  iflici,  informasiya  əlaqələrində  fasilələr, 

verilənlərin ötürülməsi zamanı təsadüfi səhvlərin çoxalması, informasiyanın oğurlanması, 

informasiya  xidmətlərinin  ələ  keçirilməsi  (şəbəkəyə  icazəsiz  müdaxilə),  şəbəkənin  gizli 

monitorinqinin  aparılması,  şantaj  məqsədi  ilə  gizli  verilənlərin  aşkar  edilməsi. 

M.Libikiyə  görə,  hakerlərin  silahı  viruslardır  –  “troyan  atları”,  məntiqi  bombalar, 

sniferlər  (izləyiçilər),  şəbəkə  soxulcanları  və  s.  Tədqiqatçı  hakerləri  ABŞ  üçün  ciddi 

təhlükə  hesab  edir  və  bu  fikrini  onunla  əsaslandırır  ki,  digər  ölkələrlə  müqayisədə 

Amerikada  müxtəlif  lokal  və  qlobal  şəbəkələrdən  istifadə  praktikası  daha  genişdir. 

M.Libiki  ikimənalı  olaraq  göstərir  ki,  Amerika  universitetlərində  informasiya 

texnologiyaları sahələri üzrə müdafiə edən doktorantların 60%-ni əcnəbilər təşkil edir ki, 

onların da 2/3 hissəsi müsəlman ölkələrindən və Hindistandan gələnlərdir. 

6.

 



 İqtisadi  informasiya  müharibəsi  (Economic  Info-Warfare)    –  M.Libiki  bu 

müharibəni  iki  formada  təsvir  edir:  informasiya  blokadası  (ABŞ-a  qarşı  yönəlmiş)  və 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      85 

 

informasiya  imperializmi  və  ya  texno-imperializm  (ABŞ  tərəfindən).  İnformasiya 



blokadası  dedikdə,  ilk  növbədə,  informasiya  və  ticarət  əlaqələrinin  kəsilməsi  (fiziki 

ticarətə  qadağanın  qoyulması)  nəzərdə  tutulur.  Bank  şəbəkələrinin  sındırılması  bu 

kateqoriyaya  daxil  deyil  və  haker  fəaliyyəti  hesab  olunur.  İnformasiya  imperializmi 

ümumi iqtisadi imperializm siyasətinin bir hissəsidir. M.Libiki bildirir ki, ticarətin özü də 

müharibədir. 

 

Şəkil 1. M. Libiki tərəfindən təqdim edilən “İnformasiya müharibəsi sxemi” 



7.

 

Kibermüharibə  (Cyberwar)  fəaliyyətini  analiz  edərkən  M.Libiki  onu  adi  haker 

müharibəsindən  fərqləndirir.  Onun  fikrincə,  əgər  nəzərə  alınsa  ki  terrorizm  ayrı-ayrı 

insanlara və ya təşkilatlara qarşı müharibədir, demək, informasiya terrorizmi hədəfi təyin 

etmək  və  ya  şantaj  üçün  bir  vasitədir.  İnformasiya  terrorizminin  əsasını  semantik 

hücumlar  təşkil  edir.  M.Libiki  semantik  hücumları  təhlil  edərkən  onları  haker 

müharibələrindən  tam  fərqləndirir  və  bildirir  ki,  əgər  haker  müharibəsində  hakerin 

məqsədi sistemin normal fəaliyyətini pozmaqdan ibarətdirsə, semantik hücumlar sistemin 

fiziki göstəricilərinə və kompyuterin normal işini təmin edən obyektlərə yönəlir. Sistemin 

fiziki  göstəricilərini  və  ya  digər  giriş  vasitələrini  “aldatmaq”  sistemə  texniki  zərər 

vurmadan onu sıradan çıxarmaq deməkdir.  

8.

 



Simulyasiya  müharibəsi  (Simulation  Warfare)  –  real  döyüş  meydanındakı  hərbi 

əməliyyatların  kompyuter  modeli  ilə  əvəz  olunmasıdır.  Məsələn,  təyyarəçilər  səmaya 

qalxmadan  döyüş  təcrübəsi  əldə  etmək  üçün  fayl-simulyatorlarda  işləyirlər 



İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

86                                                                  www.jpis.az 



 

(“vuruşurlar”).  Simulyasiya  müharibəsi,  əsasən,  nümayiş  effekti  yaradır  və  dünyanın 

virtuallaşmasının  əyani  nümunəsidir.  Dünyanın  virtuallaşması,  daha  doğrusu,  dünyanın 

kompyuter  versiyasının  yaradılması  ona  gətirib  çıxaracaq  ki,  gələcəkdə  simulyasiya 

müharibəsi real müharibə ilə eyni məna kəsb edəcək və bir statusda olacaqdır.  

İlk  dəfə  1993-cü  ildə  Con  Arkuilla  (John  Arquilla)  və  Devid  Ronfeldt  (David 



Ronfeldt)  tərəfindən  “Kibermüharibə  gəlir!”  (Cyber  War  Is  Coming!)  məqaləsində  

“Şəbəkə müharibəsi” (Network War) terminindən istifadə edilmişdir. Məqalədə müəlliflər 

kibernetik və şəbəkə müharibəsi konsepsiyalarını (Network Centric Warfare - NCW) irəli 

sürməklə  müasir  dövrdə  İM-in  təsəvvür  ediləndən  daha  ciddi  problemlər  yaratmaq 

imkanına malik olduğunu göstərdilər [21]. 

Konsepsiyada İM-in əsas məqsədi kimi aşağıdakılar göstərilirdi: 

1.

 

Öz  informasiyasını  və  informasiya  sistemlərini  qorumaqla  qarşı  tərəfin 



informasiya məkanına nəzarət; 

2.

 



Qarşı  tərəfin  informasiyasını  nəzarətdə  saxlamaqla  informasiya  hücumuna 

başlamaq  (informasiya  müharibəsi  texnologiyalarından  istifadə  etməklə  qarşı 

tərəfin iqtisadiyyatını ələ keçirmək və ya məhv etmək); 

3.

 



İnformasiyadan istifadə etməklə özünün ümumi güc potensialını yüksəltmək; 

4.

 



İnformasiya-psixoloji  təsir  vasitələrindən  istifadə  etməklə  qarşı  tərəfə  psixoloji 

təsir göstərmək. 



İ

nformasiya müharibəsində məqsəd və hədəflər 

İM  zamanı  maraq  obyektləri  informasiya  sistemləri  və  informasiya  mübadiləsi 

şəbəkələri  olur.  Bu  şəbəkələrə  informasiya  sistemi  mərkəzi,  xüsusi  informasiya  emal 

edən  ötürülmə  xətləri,  İM-də  iştirak  edən  İKT  vasitələri  aid  edilir.  İnformasiya 

müharibəsi  mərhələlərlə  aparılmalı  və  bu  zaman  məqsəd  və  hədəflər  dəqiq  müəyyən 

edilməlidir. İnformasiya müharibəsinin mərhələləri bunlardır: 

 

Məqsədin  müəyyən  edilməsi.  “İnformasiya  müharibəsi  nə  üçün  lazımdır?”  və 



“nəticədə nə əldə ediləcəyi gözlənilir?” suallarına cavab tapılması; 

 



Strategiyanın  müəyyən  edilməsi.  Burada  İKT-nin  dörd  baza  komponenti  nəzərə 

alınmalıdır: 

 

informasiyanın hazırlanması; 



 

informasiyanın yönələcəyi kommunikasiya kanalının təyin edilməsi; 



 

informasiyanın təsiri altına düşəcək auditoriyanın müəyyənləşdirilməsi; 



 

informasiya müharibəsi texnologiyasının seçilməsi; 



 

Taktiki fəaliyyət planının hazırlanması. 



Hərbçilərin  fikrincə,  İM-də  ilkin  hədəf  kimi  silahlı  qüvvələr,  müdafiə  kompleksi 

müəssisələri,  ölkənin  daxili  və  xarici  təhlükəsizliyinə  cavabdeh  olan  strukturlar  nəzərdə 

tutulur.  Ümumiyyətlə  isə,  İM-in  əsas  hədəfi  cəmiyyətin  informasiya  infrastrukturudur. 

Hərbi  analitiklərin  və  İKT  mütəxəssislərinin  gəldiyi  qənaətə  görə,  hazırkı  dövrdə  İM 

zamanı bütün informasiya vasitələrindən və texnologiyalarından istifadə edərək, dövlətin 

siyasətinə  qarşı  narazılıq,  şübhə,  inamsızlıq  yaradılması,  ordu  və  əhali  arasında 

narazılıqların artması həyata keçirilir [22]. 

Məqsədyönlü  informasiya  təsirinə  məruz  qalan  obyektlərə  uyğun  olaraq 

informasiya hədəflərini 4 qrupa bölmək olar: 

1.

 



Qərarların  qəbulu  və  idarəetmə  sistemləri  (idarə  strukturları,  kommunikasiya 

vasitələri); 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      87 

 

2.



 

Mülki  informasiya  infrastrukturu  (telekommunikasiya  sistemləri,  nəqliyyatın, 

energetikanın, maliyyənin, sənayenin informasiya sistemləri); 

3.

 



Hərbi informasiya infrastrukturu (nəzarət, idarə və əlaqə sistemləri, kəşfiyyat); 

4.

 



Sosial sahələr (insanların psixologiyası, davranışları və əxlaqi stereotiplər, ayrı-

ayrı şəxslər və ya sosial qruplar). 

İnformasiya  əməliyyatları  zamanı  göstərilən  hədəflər  müxtəlif  təsirlərə  məruz  qala 

bilər.  Bu  yanaşma  keçən  əsrin  90-cı  illərində  daha  populyar  idi.  Bu  gün  baş  verən 

informasiya prosesləri və qarşıdurmaları sübut edir ki, informasiya sistemlərinə uzaqdan 

təsir  müəyyən  maliyyə  itkilərinə  və  cəmiyyətdə  psixoloji  ab-havanın  dəyişməsinə  səbəb 

olsa  da,  onlar  mühüm  sistemlərin  məhvinə  və  insan  itkilərinə  səbəb  olmur.    Məsələn, 

haker  fəaliyyəti  özü-özlüyündə  təhlükəli  olsa  da,  İM-də  heç  də  həlledici  rol  oynamır. 

Odur ki, kibermüharibələrə ənənəvi hərbi əməliyyatların effektivliyini artıran faktor kimi 

baxmaq daha düzgündür.  

Bununla  belə,  nəqliyyat,  energetika,  maliyyə  və  hərbi  sahələrlə  bağlı  informasiya 

sistemlərinə  hücum  imkanlarını  nəzərdən  qaçırmamaq  lazımdır.  Bu  informasiya 

sistemləri “kritik mühüm infrastruktur” (critical infrastructures) adlanan komplekslərdir. 

Bu hücumların mümkünlüyü iqtisadi sahədə böyük itkilərə səbəb ola bildiyinə görə, 90-cı 

illərin  ortalarından  başlayaraq  kibermüharibələr  hərbi  və  mülki  ekspertlərin  ciddi 

araşdırma predmetinə çevrilmişdir.  



İ

nformasiya təsiri problemləri  

Tədqiqatlar  göstərir  ki,  İM  texnologiyalarının  araşdırılması  ilə  məşğul  olan 

mütəxəssislərin  işində  müxtəlif  yanaşmalar  və  baxışlar  mövcud  olsa  da,  müəyyən 

məsələlərdə  fikirlər  eynidir:  İM-də  əsas  məqsəd  qarşı  tərəfi fiziki  cəhətdən  məhv  etmək 

deyil,  onu  səhv  addım  atmağa  sövq  edərək,  siyasi,  hərbi,  iqtisadi,  psixoloji  və  sosial 

sahələrdə  qələbə  qazanmaq,  rəqibdən  üstün  olmaqdır.  Öz  istəklərini  həyata  keçirmək 

məqsədilə  mübarizə  aparan  tərəflər  bir-birlərinin  informasiya    və  intellektual  sahələrinə 

təsir göstərmək üçün bütün mümkün vasitələrdən istifadə edirlər.  

Müasir  İM-də  əməliyyatlar  iki  üsulla  aparılır:  informasiya-texniki  təsir  və 

informasiya-psixoloji təsir (cədvəl 1.). 



İ

nformasiya-texniki təsir – müxtəlif növ informasiya sistemlərinə (verilənlər bazası, 

verilənlər  bankı,  analitik  sistemlər  və  s.),  telekommunikasiya  vasitələrinə,  kompyuter 

şəbəkəsinə  və  s.  texniki  vasitələrə  təsirdir.  İnformasiya-texniki  təsir  dedikdə, 

radioelektron mübarizə, radioelektron kəşfiyyat, kompyuter şəbəkələrinə müdaxilə, haker 

müharibələri və s. nəzərdə tutulur. Texniki obyektlər kimi əlaqə və idarəetmə sistemləri, 

dövlətin maliyyə-iqtisadi fəaliyyətli və s. hədəfə alına bilər.   



İ

nformasiya-psixoloji  təsir  –  siyasi  elita  və  əhalinin  psixoloji  durumuna, 

davranışına,  cəmiyyətin  informasiya-psixoloji  mühitinin  inkişafına,  funksionallığına 

birbaşa  təsir  göstərən  xüsusi  informasiyanın  məqsədəuyğun  istehsalı  və  yayılmasıdır. 

Təbliğat,  “beyinlərin  yuyulması”  və  psixoloji  təsir  informasiya-psixoloji  təsirin 

növləridir.  İnformasiya-psixoloji  təsir  zamanı  hansı  üsuldan  istifadə  olunacağı  ilk 

növbədə məqsəd və hədəflərin düzgün təyinindən asılıdır. 

İnformasiya-psixoloji  müharibə  zamanı  birinci  yerdə  ictimai  fikrin  forma-

laşdırılması prosesi dayanır. Bu halda azlıq təşkil edənlərin fikirlərini çoxluğun fikri kimi 

təqdim  etmək  informasiya-psixoloji  müharibələrdə  ən  effektli  təsir  növlərindəndir.  İM 

zamanı  psixoloji  müharibə  vasitələrindən  istifadə,  bir  tərəfdən,  mövcud  informasiya 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

88                                                                  www.jpis.az 



 

sistemini  dağıtmağa,  digər  tərəfdən  isə,  onu  başqa  informasiya-kommunikasiya  sistemi 

ilə  əvəz  etməyə  imkan  verir  və  bununla  da,  cəmiyyətin  maraqları  ona  qarşı  İM  aparan 

tərəfin maraqlarına tabe etdirilir.  

Bir  çox  insanlar  hələ  də  müasir  İKT  vasitələrindən  gələn,  əsasən  də,  siyasi 

məqsədlərə  xidmət  edən  gizli  informasiya-psixoloji  təhlükələri  tam  anlamır,  onlara 

laqeyd  yanaşırlar.  Müxtəlif  sosial  proseslərdə  istifadə  edilən  İKT  vasitələri  və 

informasiya sistemlərinin informasiya münaqişələrində tətbiqi İM-i daha təhlükəli həddə 

yüksəltmişdir. İKT vasitələrinin insanlara qarşı tətbiq edilən məqsədyönlü informasiya və 

informasiya-psixoloji təsiri münasibətlərin sosial müxtəlifliyini təyin etməklə, daha gizli 

forma  almaqdadır.  Bu  gün  insan  psixikasına  güclü  təsir  edən  müxtəlif,  yeni  mədəniyyət 

növləri inkişaf etməkdədir (məsələn, kompyuter mədəniyyəti, performans, qraffiti və s.).  

Cədvəl 1 

İnformasiya müharibəsi üsulları 



İnformasiya müharibəsi 

Obyekt 

Məqsəd 

İnformasiya-texniki təsir 

Kompyuterlər və 

informasiya sistemləri 

İnformasiya sistemlərinə 

nəzarət və ya onların məhv 

edilməsi  

İnformasiya-psixoloji təsir 

Ayrı-ayrı insanların şüuru 

və ya ictimai şüur 

Hər hansı ideologiyanın 

təbliği və davranışların idarə 

edilməsi 

 

İ

nformasiya müharibəsinin istiqamətləri 

İM-də  əməliyyatlar  əsas  iki  istiqamətdə  aparılır  –  informasiya  hücumu  və 

informasiya mühafizəsi: 

1.

 



İ

nformasiya  hücumu  (Information  Attack)  –  qarşı  tərəfin  informasiya 

infrastruktrunun  tam  məhv  edilməsi  və  ona  öz  qüvvəsindən  istifadə  imkanı 

verməməkdir.  Burada  informasiya  hücumunun  hədəfi  kimi  dezinformasiya, 

radioelektron vəsaitlərin, informasiya bazalarının məhvi, qarşı tərəfin kompyuter 

şəbəkəsinə  hücum  və  s.  daxildir.  Bu  sırada  qarşı  tərəfin  elektron  informasiya 

bazalarının  kiberməhvi  xüsusi  önəm  daşıyır.  “İM-də  informasiya  hücumu” 

dedikdə,  şəbəkələrarası  birləşmələr  vasitəsi  ilə  informasiya  hesablama 

şəbəkələrinə  təsir,  şəbəkədə  aktiv  axtarış,  icazəsiz  fəaliyyət  və  nəhayət, 

informasiya qarşıdurması nəzərdə tutulur. 

2.

 



İ

nformasiya  mühafizəsi  (Information  Protection)  –  obyektin  öz  məlumatlarının 

və  inforamasiya  strukturlarının  əks  tərəfin  təsirlərindən  mühafizəsi  nəzərdə 

tutulur.  Buraya  informasiyanın  strateji  maskalanması,  informasiya  infrastruk-

trunun  fiziki  qorunması,  dezinformasiya,  radioelektron  mübarizə  və  s.  daxildir. 

İM-in mühafizə hissəsi təhlükəsizliyin təminatı metodları ilə realizə olunur.  

İM-in istiqamətlərinin çoxşaxəli olması onun xüsusiyyətinə də təsirini göstərir: 

 

Təsir  obyekti  –  informasiyanın  və  ya  informasiya  sistemlərinin  bütün  formaları. 



Sərbəst  obyektlər  kimi  bütün  növ  informasiya  və  informasiya  sistemləri  istifadə 

mühitindən ayrılmaqla təsir altında saxlanılır. 

 

Təsir obyekti həm silah, həm də müdafiə obyekti kimi istifadə edilir. 



 

Müharibə  aparılan  ərazi  və  mühit  genişlənmiş  olur.  İM  həyat  fəaliyyətinin 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      89 

 

müxtəlif  sahələrində  həm  müharibə  elan  edilərkən,  həm  də  böhran 



vəziyyətlərində aparılır. 

 



İM  həm  müharibə  şəraitində,  həm  atəşkəs  zamanı,  həm  də  sülh  şəraitində                         

aparıla bilir. 

 

İM-də həm xüsusi təlim görmüş hərbçilər, həm də mülki şəxslər iştirak edir.  



Müasir İM texnologiyalarının tətbiqində əsas strateji əsasların müəyyən edilməsi bu 

sahədə  görüləcək  ilkin  məsələlərdəndir.  Strateji  əsasları  təşkil  edən  məsələlər  aşağıda 

göstərilmişdir:  

 



İM-in həyata keçirilməsi üçün lazım olan vasitələrə çəkilən maliyyə xərclərinin 

az olması; 

 

informasiya  əməliyyatları  zamanı  ənənəvi  dövlət  sərhədlərinin  maneəsiz  dəf 



edilməsi; 

 



informasiya  manipulyasiyası  nəticəsində  real  vəziyyətin  dərk  edilməsinin  idarə 

edilməsi; 

 

informasiyanın  ələ  keçirilməsi  və  saxlanması  üçün  strateji  kəşfiyyat 



fəaliyyətində prioritetlərin dəyişdirilməsi; 

 



İM  aparan  tərəfin  və  informasiya  əməliyyatlarının  başlama  vaxtının  aşkar 

edilməsinin çətin olması; 

 

İM-ə başlayan tərəfə qarşı koalisiyanın yaradılmasının mürəkkəbliyi və s. 



Bunları  nəzərə  alaraq,  bir  çox  dövlətlər  informasiya  təhlükəsizliyini  təmin  etmək 

üçün  İM-in  potensialının  təkmilləşdirilməsinin  vacibliyinə  önəm  verirlər.  Əgər  İM-in 

hüçum  hissəsi  informasiya  silahının  işlənib  hazırlanması  və  istifadəsindən  asılıdırsa, 

müdafiə  hissəsinin  əsas  aspekti  təhlükələrin  aşkar  edilməsi  və  vaxtında  qarşısının 

alınmasıdır. 

2006-cı  ildən  başlayaraq  ABŞ-da  ölkənin  görkəmli  hərbi-siyasi  rəhbərlərinin 

nümayəndələrinin iştirakı ilə “İnformasiya müharibəsi” üzrə elmi konfranslar keçirilməyə 

başlanmışdır.  5-ci  konfrans  (5



th

  International  Conference  on  Information  Warfare  and 

Security)  2010-cu  ilin  aprel  ayında  ABŞ-ın  Ohayo  şəhərində  yerləşən  Hərbi  Hava 

Qüvvələrinin  Texniki  Universitetində  keçirilmişdir.  6-cı  konfransın  2011-ci  ilin  mart 

ayında  Vaşinqton  Universitetində  keçirilməsi  nəzərdə  tutulur  [24].  Konfrans 

materiallarını  nəzərdən  keçirərkən  məlum  olur  ki,  son  dövrlərdə  İKT  mütəxəssislərini 

narahat  edən  məsələlərə,  ilk  növbədə,  informasiya  mübadiləsi  şəbəkələrinə  olan 

hücumlar, haker müharibələri, informasiya terrorizmi və kibercinayətlər aiddir.  



Nəticə 

Aparılan  araşdırmalardan  məlum  olur  ki,  hərbi,  sosial  və  iqtisadi  sahələrdə 

informasiya 

sistemlərinin 

inkişafı, 

informasiya 

asılılığının 

güclənməsi, 

İM 

texnologiyalarının  təkmilləşdirilməsi,  tətbiqi  və  yayılması  informasiya  təhlükəsizliyi 



məsələsinin aktuallığını gündən-günə artırmaqdadır. 

İKT-nin  inkişafının  İM-ə  təsiri  istiqamətlərinin  analizi  bir  daha  göstərir  ki,  İM 

zamanı  informasiya  texnologiyalarının  məhvi,  informasiyanın  və  informasiya 

sistemlərinin  ələ  keçirilməsi  vacib  məqamlardandır.  Bu  əməliyyatlar  xüsusi  qurğuların, 

mütəxəssislərin  və  proqramların  köməyi  ilə  həyata  keçirilə  bilər.  İM  texnologiyalarının 

analizi  nəticəsində  məlum  olmuşdur  ki,  İKT  inkişaf  etdikcə  informasiya  tədricən 

təminedici  vasitə  statusundan  çıxaraq,  döyüş  növünə  çevrilməkdədir.  İqtisadi  cəhətdən 

inkişaf  etmiş  ölkələrdə  İKT-nin  inkişaf  tempinin  daha  da  yüksək  olması  milli 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010  

 

90                                                                  www.jpis.az 



 

təhlükəsizlik sistemində İM-in rolunun vacibliyini bir daha sübut edir. 



 

Ə

dəbiyyat 

1.

 



Alain Decaux, Nouveaux Dossiers Secrets // Paris, SEDES

1967, 405 pp. 



2.

 

Thomas  Rona,  Weapon  Systems  and  Information  War  //  Boeing  Aerospace  Co., 



Seattle, WA, 1976. 

3.

 



Бедрицкий А. В., Информационная война: концепции и их реализация в США 

// Российский институт стратегических исследований, М., 2008. 

4.

 

Martin Libicki, What is Information Warfare? //National Defense University, ACIS, 



1995, pp.3. 

5.

 



Dorothy  Denning,  Information  Warfare  and  Security  //  Addison-Wesley,                         

1999,  p.9-19. 

6.

 

Colonel  Alan  D.,  Douglas  H.  Cyberwar  3.0:  Human  Factors  in  Information 



Operations and Future Conflict (Hardcover) // Afcea Intl Pr, 2000, pp. 309. 

7.

 



Абдурахманов  М.И.,  Баришполец  В.А.,  Баришполец  Д.В.,  Манилов  В.Л., 

Геополитика,  международная  и  национальная  безопасность  //  Словарь-

справочник  /  Под  общей  редакцией  В.Л.  Манилова,  "Пробель",  Москва,                      

1999,   с.127-130. 

8.

 

Molander  R.C.,  Strategic  Information  warfare:  A  New  Face  of  War  //  Washington, 



USA, 1996. 

9.

 



Брусницин  Н.А.,  Информационная  война  и  безопасность  //  М.:  Вита-Пресс, 

2001, с.9. 

10.

 

Почепцов Г.Г. Информационные войны // Киев: Ваклер, 2000. с.20. 



11.

 

Расторгуев С.П. Информационная война // М.: Радио и связь, 1998. с.35-37. 



12.

 

Цыбмал  В.И.  О  концепции  информационной  войны  //  Информационный 



сборник "Безопасность". М., 1995, № 9, с.35. 

13.


 

Прохожев А.А., Турко Н.И. Основы информационной войны // Анализ систем 

на пороге XXI века: теория и практика. М., 1996. с.252-253. 

14.


 

Панарин  И.Н.  Информационные  войны  и  Россия  //  Информация.  Дипломатия. 

Психология. М.: Известия, 2002. c.145. 

15.


 

Панарин  И.Н.  Информационные  войны:  теория  и  практика  //  М.:  Кадровая 

политика, №2, 2002. 

16.


 

Комов  С.А.  Информационная  борьба  в  современной  войне:  вопросы  теории  // 

"Военная мысль", 1996, № 3. с.73. 

17.


 

Гриняев С.Н. Война в четвертой сфере: НВО //  № 42. 2000, с.7. 

18.

 

Модестов  С.А.  Война,  к  которой  готовится  Америка:  Эволюция  вооруженной 



борьбы в эпоху информатизации // ЭВНГ, № 048, 1996. 

19.


 

Костин Н.А. Общие основы теории информационной борьбы // Военная мысль, 

№3, 1997. 

20.


 

Стрельцов  А.А.  Обеспечение  информационной  безопасности  России  // 

Теоретические и методологические основы // М.: МЦНМО, 2002. 

21.


 

Arquilla  J.,  Ronfeldt  D.,  Zanini  M.  Networks,  Netwar,  and  Information-Age 

Terrorism  //  The  Changing  Role  of  Information  in  Warfare.  Rand  Corporation.  

1999. pр.88–89. 

22.

 

Forno R., Baklarz R. The Art of Information Warfare // Insight into the Knowledge 




İnformasiya cəmiyyəti problemləri, №2, 2010 

 

 



       www.jpis.az                                                                      91 

 

of Warrior Philosophy,  Washington, USA, 1999. 



23.

 

Швец  Д.А.  Информационное  управление  как  технология  обеспечения 



информационной  безопасности  //  Сб.  "Массовая  коммуникация  и  массовое 

сознание", М., МГИМО, 2003. 

24.

 

6



th

 

International 



Conference 

on 


Information 

Warfare 


and 

Security, 

The George Washington University, 

Washington, USA, 

17-18 

March 


2011,  

http://academic-conferences.org/ 

 

УДК

 004.351 

Алекперова

  И.Я. 

Институт Информационных Технологий НАНА, Баку, Азербайджан 

depart17@iit.ab.az 

Анализ

 и классификация технологий  информационных войн 

В  статье  рассматриваются  причины  создания  технологий  информационных  войн, 

описаны  проблемы,  возникающие  в  связи  с  этим,  а  также  анализируются 

отношение  различных  экспертов  и  ученых  к  термину  "информационная  войны". 

Были  проанализированы  классификация  технологий  информаци-онных  войн  и 

влияние проблемы коммуникации. Определены возможные стратегические основы 

в  информационной  войне,  показаны  тенденции  и  задачи.  Проведенные 

исследования  могут  быть  использованы  для  обеспечения  информационной 

безопасности в сетях информационного обмена, выявления информационных угроз 

и  выбора  более  эффективных  средств  при  организации  информационных 

контратак. 

Ключевые

  слова:  информационная  война,  кибервойна,  информационное  оружие, 

информационное  противостояние,  компьютерное  преступление,  электронная 

война, 

хакер, 

информационно-техническое 

воздействие, 

информационно-

психологическое воздействие, информационная атака. 

 

Alakparova I.Y. 

Institute of Information Technology ANAS, Baku, Azerbaijan 

depart17@iit.ab.az 



Classification and analysis of information warfare technologies 

In the article we observed the reasons of creation of information warfare technologies and 

the problems arising in this case, analyzed the relations of various experts and scientists 

to the term "information warfare". The classification of information warfare technologies 

and  the  influence  of  communication  problems  were.  Possible  strategic  frameworks  in 

information warfare were indicated, trends and targets was shown. These studies can be 

used  to  ensure  information  security  in  networks  of  information  exchange,  identify 

information  risks  and  for  choosing  more  effective  means  for  organizing  information 

counter. 

Key  words:  information  warfare,  cyberwar,  information  weapons,  information  counter, 

computer crime, electronic warfare, hacker, information-technology impact, information-

psychological influence, information attack. 

 

 



 

Yüklə 153,77 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə