9
“Dünyada ölüm və vergilərdən qaçmaq mümkün deyil.” . . . Benjamin Franklin
“Dünyada ölüm və vergilərdən qaçmaq mümkün deyil.” . . . Benjamin Franklin
Təsvir 1 Hökumət Gəlirləri ÜDM-nin Faizi kimi
Cədvəl 1 Mərkəzi Hökumətin Vergi Gəlirləri ÜDM-nin Faizi kimi
Federal Hökumət ABŞ federal hökuməti iqtisadiyyatımızdakı vergilərin təxminən üçdə iki hissəsini toplayır.
Federal Hökumət Federal hökumətin gəlirlərinin əsas mənbəyi fərdi gəlir vergiləridir.
Federal Hökumət - Marjinal vergi dərəcəsi gəlirin hər bir əlavə dollarına tətbiq edilən vergi faizini göstərir.
- Yüksək gəlirli ailələr gəlirlərinin daha böyük faizini vergi şəklində ödəyir.
Federal Hökumət Federal Hökumət və Vergilər - Əmək Haqları Vergiləri: firmanın öz işçilərinə verdiyi əmək haqlarından tutulan vergidir.
- Sosial Sığorta Vergiləri: əmək haqları vergilərindən gələn gəlir Sosial Müdafiə və Pulsuz Tibbi Xidmət xərclərinə yönəldilir.
- Aksiz Vergiləri: benzin, siqaret və spirtli içkilər kimi xüsusi kateqoriyalı əmtəələrə tətbiq olunan vergi.
Cədvəl 2 Federal Hökumətin Gəlirləri: 2001
Federal Hökumətin Gəlirləri...
Federal Hökumət Federal Hökumətin Xərcləri - Hökumət xərclərinə köçürmələr və ictimai əmtəələrin və xidmətlərin alınması daxildir.
- Köçürmələr məhsul və ya xidmət əvəzində həyata keçirilməyən dövlət ödəmələridir.
- Köçürmələr federal hökumətin xərclərinin ən böyük kateqoriyasıdır.
Federal Hökumət Federal Hökumət Xərcləri - Xərclərin Kateqoriyası:
- Sosial Təminat
- Milli Müdafiə
- Gəlir Təminatı
- Xalis Faiz
- Tibbi Sığorta
- Səhiyyə
- Digər
Federal Hökumət Büdcə Profisiti - Büdcə profisiti hökumətin gəlirlərinin hökumətin xərclərindən artıq olmasıdır.
Büdcə Kəsiri - Büdcə kəsiri hökumətin xərclərinin hökumətin gəlirlərindən artıq olmasıdır.
Cədvəl 4 Federal Hökumətin Xərcləri: 2001
Federal Hökumətin Xərcləri: 2001
Federal Hökumət - Büdcə kəsiri o zaman baş verir ki, hökumətin gəlirləri xərclərdən az olur.
- Dövlət büdcə kəsirini vətəndaşlardan borc almaqla aradan qaldırır.
- Büdcə profisiti o zaman baş verir ki, hökumətin gəlirləri xərcləri üstələyir.
- Dövlət büdcə profisitinə nail olduqda artıq gəlirləri ödənilməmiş borcların qaytarılmasına xərcləyir.
Ştat və Yerli Hökumətlər Ştat və yerli hökumətlər ödənilən bütün vergilərin təxminən 40 faizini toplayır.
Ştat və Yerli Hökumətlər Gəlirlər - Satış Vergiləri
- Əmlak Vergiləri
- Fərdi Gəlir Vergiləri
- Korporativ Gəlir Vergiləri
- Federal Hökumətdən
- Digər
Cədvəl 5 Ştat və Yerli Hökumətlərin Gəlirləri: 1999
Ştat və Yerli Hökumətlər Xərclər - Təhsil
- İctimai Rifah
- Yollar
- Digər
Cədvəl 6 Ştat və Yerli Hökumətlərin Xərcləri: 1999
VERGİLƏR VƏ SƏMƏRƏLİLİK Vergi sistemini təşkil edərkən siyasətçilər qarşılarına iki məqsəd qoyurlar...
VERGİLƏR VƏ SƏMƏRƏLİLİK Eyni məbləğdə gəlirləri digər vergi sisteminə nisbətən vergi ödəyiciləri üçün daha az xərc hesabına artıran vergi sistemi daha səmərəli hesab edilir. Səmərəli vergi sistemi nisbətən az itirilmiş iqtisadi səmərəyə səbəb olan və az inzibati yük qoyan vergi sistemidir.
VERGİLƏR VƏ SƏMƏRƏLİLİK Vergilərin Vergi Ödəyicilərinə Zərəri - Vergi ödənişinin özü
- İtirilmiş iqtisadi səmərə
- İnzibati yük
İtirilmiş İqtisadi Səmərə Vergilər stimulları dəyişməklə itirilmiş iqtisadi səmərəyə səbəb olurlar. - Vergidən irəli gələn itirilmiş iqtisadi səmərə dövlət gəlirlərin artdığı halda vergi ödəyicilərinin iqtisadi rifahının aşağı düşməsidir.
İnzibati Yük Vergi qanunlarına əməl etmək itirilmiş iqtisadi səmərənin bir növüdür. - Vergi ödəyiciləri vergilərin sənədləşdirilməsi, hesablanması və onlardan yayınmaq üçün sərf olunan vaxt və pulları da itirirlər.
- Vergi sisteminin inzibati yükü onun yaratdığı qeyri-səmərəliliyin bir hissəsidir.
Marjinal Vergi Dərəcələri Orta Vergi Dərəcələrinə Qarşı Orta vergi dərəcəsi ümumi vergilərin ümumi gəlirlərə nisbətidir. Marjinal vergi dərəcəsi əlavə bir dollar gəlir üçün ödənilən əlavə vergidir.
Sabit Vergilər Sabit vergi qazancından və fəaliyyətindən asılı olmayaraq hər bir şəxs üçün eyni məbləğdə olan vergidir.
VERGİLƏR VƏ ƏDALƏTLİLİK Vergi yükü əhali arasında necə bölünməlidir? Vergi sisteminin ədalətli olub-olmadığı necə müəyyən edilir?
VERGİLƏR VƏ ƏDALƏTLİLİK Vergi Qoymanın Prinsipləri
Faydalılıq Prinsipi Faydalılıq prinsipi insanların hökumət xidmətlərindən aldıqları faydalar nisbətində vergi verməli olduqlarını nəzərdə tutan fikirdir. Misal olaraq benzin vergisini göstərmək olar: - Benzin vergisindən əldə edilən gəlirlər yolların tikintisinə və təmirinə xərclənir.
- Benzini əslində yollardan istifadə edənlər aldığına görə benzin vergisini bu dövlət xidmətinin haqqının ödənilməsi üçün ədalətli üsul hesab etmək olar.
Ödəmə Qabiliyyəti Prinsipi Ödəmə qabiliyyəti prinsipi vergilərin insanlar üzərinə bu yükü daşımaq qabiliyyətlərinə uyğun qoyulmasını nəzərdə tutan fikirdir. Ödəmə qabiliyyəti prinsipi ədalətliliklə bağlı iki əlavə anlayışı meydana gətirir.
Ödəmə Qabiliyyəti Prinsipi Şaquli ədalətlilik daha çox vergi ödəmək qabiliyyətinə malik vergi ödəyicilərinin daha böyük məbləğ ödəməli olduqlarını nəzərdə tutan fikirdir. - Məsələn, yüksək gəlirli vergi ödəyiciləri az gəlirli vergi ödəyicilərindən daha çox ödəyir.
Ödəmə Qabiliyyəti Prinsipi Şaquli Ədalətlilik və Alternativ Vergi Sistemləri - Proporsional vergi yüksək gəlirli və aşağı gəlirli vergi ödəyicilərinin gəlirlərin eyni hissəsini ödəməli olduqları vergidir.
- Reqressiv vergi yüksək gəlirli vergi ödəyicilərinin aşağı gəlirli vergi ödəyicilərinə nisbətən gəlirlərinin daha az hissəsini ödəməli olduqları vergidir.
- Proqressiv vergi yüksək gəlirli vergi ödəyicilərinin aşağı gəlirli vergi ödəyicilərinə nisbətən gəlirlərinin daha böyük hissəsini ödəməli olduqları vergidir.
Ödəmə Qabiliyyəti Prinsipi Üfüqi Ədalətlilik - Üfüqi ədalətlilik vergi ödəmək qabiliyyətləri eyni olan vergi ödəyicilərinin eyni məbləğ ödəmələrini nəzərdə tutan fikirdir.
- Məsələn, eyni sayda üzvləri olan və eyni gəlirə malik olan, lakin ölkənin müxtəlif hissələrində yaşayan iki ailə eyni məbləğdə federal vergi ödəməlidir.
Cədvəl 7 Üç Vergi Sistemi
Cədvəl 8 Federal Vergi Yükü
REAL HƏYATDAN MİSAL: Üfüqi Ədalətlilik və Nikah Vergisi Nikahın cütlüyün vergi öhdəliyinə təsir etməsinin səbəbi vergi qanununun evli cütlüyü bir vergi ödəyicisi kimi qəbul etməsidir. Kişi ilə qadın evləndikdə onlar artıq fərdi olaraq deyil ailə olaraq vergi ödəyirlər.
Vergiyə Cəlb Olunma və Vergi Ədalətliliyi Vergi siyasətini formalaşdırarkən üzə çıxan çətinlik səmərəlilik və ədalətliliyin bir-birinə əks olan məqsədlərini tarazlaşdırmaqdır. Vergi yükünü kimin daşıdığının öyrənilməsi verginin ədalətliliyinin dəyərləndirilməsində vacib rol oynayır. Bu araşdırma vergiyə cəlb olunma adlanır.
Vergiyə Cəlb Olunma və Vergi Ədalətliliyi Vergiyə Cəlb Olunmanın Yapışqan Kağız Nəzəriyyəsi - Yapışqan kağız nəzəriyyəsinə görə vergi yükü, milçək yapışqan kağıza yapışdığı kimi, ilk dəfə qonduğu yerə yapışır.
Xülasə ABŞ hökuməti gəlirlərini müxtəlif vergilərdən istifadə etməklə artırır. Federal hökumət üçün ən vacib vergilər fərdi gəlir vergiləri və sosial sığorta üzrə əmək haqqı vergiləridir. Ştat və yerli hökumətlər üçün isə ən vacib vergilər satış vergiləri və əmlak vergiləridir.
Xülasə Ədalətlilik və səmərəlilik vergi sisteminin iki ən vacib məqsədləridir. Vergi sisteminin səmərəliliyi onun vergi ödəyiciləri üzərinə qoyduğu məsrəflərdir. Vergi sisteminin ədalətliliyi vergi yükünün əhali arasında ədalətli olub olmadığını nəzərdə tutur.
Xülasə Faydalılıq prinsipinə görə insanlar üçün hökumətdən aldıqları mənfəət əsasında vergi ödəmək daha ədalətlidir. Ödəmə qabiliyyəti prinsipinə görə isə insanlar üçün maliyyə yükünü daşımaq qabiliyyəti əsasında vergi ödəmək daha ədalətlidir.
Xülasə Vergi yükünün bölüşdürülməsi vergi deklarasiyalarının bölüşdürülməsi ilə eyni deyildir. Vergi siyasəti ilə bağlı mübahisələrin çoxu insanların bu iki məqsədə (səmərəlilik və ədalətlilik) fərqli şəkildə əhəmiyyət verməsi səbəbindən meydana çıxır.
Dostları ilə paylaş: |