90 Tarix və onun problemləri, №2 2013



Yüklə 66,91 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü66,91 Kb.
#22950


456                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

 



QUMRU FƏRHADOVA 

Gəncə Dövlət Universiteti 

E-mail:TarixVeOnunProblemleri@gmail.com 

 

UTIQUR VƏ KUTRIQURLARIN QAFQAZA GƏLIŞI 

 

Açar sözlər: utiqur tayfaları, kutiqur tayfaları, barbarlar, hun düşmən, Xəzər qapıları 

Ключевые словa: утигурские племена, кутигурские племена, барбары, враг хун, вороты 

Хазара 

Keywords: utigurious tribes, kutigurious tribes, barbers, khun еnemy, the Caspean dates 

 

Qot tarixçisi İordanın müasiri və ən nüfuzlu Bizans tarixçilərindən olan Prokopi Kesa-



rili «Qotlarla müharibə» əsərinin IV kitabına coğrafi girişdə İordandan fərqli olaraq, Qara də-

nizin şimal-qərb sahili boyunca  yaşamış qot-tetraksitlərdən yuxarıda və alanlarla qonşuluqda 

çoxlu  hun  tayfaları  məskunlaşdığı  haqda  məlumat  verir  ki,  onların  ölkəsi  Meot  gölü  və  Ta-

naisə  (Don)  qədər  uzanırdı.O,  Yevlisiya  adlanırdı  və  daxilində  qədimdə  kimmerlər  adlanan 

barbarlar  vardı  və  onlar  indi  utiqur  adlanırlar.  Bu  barbarların  -  hunların  hökmdarlarından 

birinin iki oğlu vardı: onlardan biri Utiqur, o biri Kutiqur adlanırdı. Atalarının ölümündən son-

ra oğullar hakimiyyəti öz aralarında böldülər və hər biri öz təbəəliyində olanları öz adı ilə ad-

landırmağa başladı. Prokopi əlavə edir ki, mənim dövrümdə bəziləri utiqurlar, bəziləri isə ku-

tiqurlar adlanırdı. Onların hamısı bir yerdə yaşayırdı, eyni adət-ənənəyə və həyat tərzinə malik 

idi. Bir neçə gənc xallı maral arxasınca bataqlıq vasitəsilə keçid açdıqdan sonra hunlar bundan 

istifadə  edərək  Meoti  gölündən  qərbdə  yaşayan  qotların  üzərinə  hücum  etdilər,  bir  qrupunu 

qırdılar, bir qrup qalanını isə qovub ərazini ələ keçirtdilər. Kutiqurlar arvad və uşaqlarını  öz 

yanına  gətirdilər  və  hələ  Prokopi  dövründə  də  olmuş  yeni  ərazidə  kök  saldılar.  Hər  il  onlar 

imperatordan böyük hədiyyələr alsalar da, İstr (Dunay) çayını keçərək romalıların  ya  müttə-

fiqi, ya da düşmənlərinə çevrilərək daim imperatorun torpaqlarına hücum edirdilər (1, 387). 

Utiqurlar evə qayıtmaq qərarına gəldilər. Geri qayıdarkən Meoti bataqlığı yaxınlığında 

qot-tetraksitlər onların yolunu kəsdi. Görüş dağlıqda baş verdi və qotlar çox möhkəm mövqe 

tutmuşdular. Döyüşmək istəmədiklərindən hər iki qrup müttəfiq olub bir yerdə məskunlaşmaq 

qərarına  gəldilər.  Qot-tetraksitlər  utiqurlarla  bir  yerdə  Meotinin  şərq  sahilinə  keçdilər  və  Ta-

man yarımadasından cənubda Qara dəniz sahili boyunca uzanan  ərazilərdə kök saldılar. Uti-

qurlar isə əvvəllər kutiqurlarla birlikdə  yaşadıqları bütün ərazini tutdular. Beləliklə, əfsanəyə 

görə,  utiqur  və  kutiqurların  bölünməsi  baş  verdi  və  bundan  sonra  onların  arasındakı  sərhəd 

Azov  dənizi  və  Don  çayı  oldu.  Öz  coğrafi  icmalını  davam  etdirərək  Prokopi  deyir  ki,  hun  – 

kutiqurların  torpaqlarına  çatmaq  üçün  Meotid  və  Tanais  çayını  keçmək  lazımdır.  Başqa  bir 

yerdə  məlumat  verir  ki,  kutiqurlara  hücum  edərkən  utiqurlar  hər  şeydən  əvvəl  Tanais  çayını 

keçməli idilər (1, 385-388). 

Prokopinin rəvayətində Azov dənizindən qərbdə kutiqurların məskunlaşması vandalla-

rın Afrikaya sıxışdırılması, viziqotların İspaniyaya qovulmasından sonrakı dövrə, yəni V əsrin 

əvvəllərinə aiddir (406-cı il). Artıq Sozomen V əsrin birinci yzrısında bu əfsanəni Prokopi və 

İordanın  sonrakı  hekayələrini  xatırladan  formada  gətirir.  İki  sonuncu  müəllif  kimi  VI  əsrdə 

yazmış Aqafidə də bu məlumatlar vardır. Öz mənşəyinə görə bu əfsanə qısqanc Qəhrəmanın 

inəyə ünvanladığı İo haqqında yunan mifinə gedib çıxır. Utiqur və kutiqurların yayılması mə-

lumatı başqa müəlliflərin IV əsrdə hunların görünməsi ilə bağlayan xallı maral haqqında əfsa-



Ümummilli lider Heydər Əliyev – 

90                                                

457

 

Tarix və onun problemləri, № 2 2013 

 

nə ilə birləşdirən Prokopi də bu iki hadisəni qarışdırır və ya da utiqur və kutiqurlar adı altında 



başqa müəlliflər kimi həmin hunları nəzərdə tutmuş, lakin sadəcə olaraq, onların qotlar üzəri-

nə hücumunun xronologiyasında səhvə yol vermişdir. A.A.Vasilyev bu məsələni aydınlaşdır-

mağa çalışaraq onun rəvayətini iki xronoloji təbəqəyə bölmüşdür: hunların qərbə yürüşünü IV 

əsrə aid edərək, o, utiqurların Krım yarımadası vasitəsilə Şərqi Azovyanı yerlərə qayıtmasını 

Atillanın  ölümü  və  onun  dövlətinin  dağılmasından  sonrakı  dövrə  Aid  edir  (454-cü  il).  Bu, 

ikinci, daha dəqiq hunların geri hərəkəti, onun fikrincə, hunların qotlar üzərinə ilk hücumunu 

bura aid edən Prokopinin rəvayəti üçün əsas olmuşdur. (2, 86) Ola bilər ki, hunların şərqə geri 

çəkilməsi  ilə  onların  utiqurlar  adlanan  (kiçik  uqrlar  deməkdir)  hissəsi  başqaları  ilə  birlikdə 

Şimali  Qara  dəniz  sahilində  qalmadı.  Krımı  keçərək  burada  sağ  qalmış  qotları  tutaraq  Şərqi 

Azovyanı  ərazilərdə  kök  saldılarvə  orada  463-cü  ildən  yaşayan  uqor  tayfalarına  birləşdilər. 

Uqor tayfalarının içərisində, çox güman ki, saraqur və onoqurlar da vardı. Hunların bu hissəsi 

Qara  dəniz  sahili  ərazilərdə  qalmış  hunlar  kimi  öz  tərkibində  bolqar  tayfalarını  da  saxlaya 

bilərdi və onların adı (bolqarlar) zaman-zaman həm Azovyanı, həm də Qara dəniz hun tayfa-

larının böyük bir hissəsini örtürdü. 

Aqafi  tamamilə  aydın  bir  şəkildə  bildirir  ki,  hunlar  adı  -  hər  birinin  öz  xüsusi  adı  olan 

çoxlu tayfaların toplu ifadəsidir. O qeyd edir ki, hun xalqları Meotid gölünün şərqə yönələn his-

səsində  yaşayırdı.  Asiyada  İmey  dağının  arxasında  yaşayan  digər  barbar  xalqlar  kimi  Tanais 

çayından şimalda yaşayırdılar. Onların hamısı hunlar və ya skiflər adlandırılırdılar. (3.27-28) 

Tayfalara görə isə onlar ayrılıqda kutiqurlar, başqaları utiqurlar, bəziləri ultizurlar, baş-

qaları vuruqundalar adlandırılırdı. Bir neçə yüz ildən sonra onlar Avropaya köçdülər və ya hə-

qiqətən də təmsildə verildiyi kimi xallı  maralın arxasınca və  ya başqa bir səbəb üzündən əv-

vəllər keçilməz hesab edilən Meotid bataqlığını keçdilər və yad torpaqlarda yayılaraq öz ərazi-

sinin sakinlərinə qəfil hücumları ilə ən böyük bədbəxtlikləri gətirdilər. Nə Prokopi, nə də Aqa-

fibolqarları tanımırdı, lakin onlar utiqur və kutiqurlardan başqa, Azovyanı və Qara dəniz sahili 

çöllərdə başqa bir əhalini də tanımırdılar. Utiqur və kutiqur, çox güman ki, başqa dövrdə müs-

təqil çıxış edən və ya başqa birliklərdə başqa adla - hun, bolqar, onoqur və b. - müşahidə edi-

lən bir neçə tayfanın birliyi idi (2, 87). 

Kutiqurlar başqa barbar tayfalarla birlikdə öz sələfləri kimi tez-tez hücum etməklə Fra-

kiyanı  qarət  edirdilər.  Türk  tayfalarının  hücumlarından  müdafiə  olunmaq  üçün  I  Yustianın 

dövründə (527-565) Dunay üzərində bir sıra istehkam tikilmiş, qarətçi dəstələri məhv edib əl-

də etdikləri qəniməti geri qaytarmaq üçün tədbirlər görülmüşdü. Bundan əlavə, Bizans diplo-

matiyası türk tayfa başçılarını qiymətli hədiyyələrlə satın alıb öz təhlükəli qonşuları arasında 

düşmənçilik  yaratmaq  və  bu tayfanı başqa  tayfanın üzərinə  salmağa  çalışırdı. İmperiya  hun-

kutiqur  tayfalarına  qarşı  antları  yönəltməyə  çalışırdı,  əsas  diqqət  imperiyanın  sərhədlərindən 

uzaqda olduqları üçün bilavasitə təhlükə yaratmayan, əvəzində kutiqurların arxasında yer alan 

və onlar üçün kifayət qədər ciddi təhlükə ola biləcək utiqurlara yönəlmişdi (2, 88). 

VI  əsrin  20-ci  illərində  Dunayda  Bizansı  narahat  etdikləri  zaman  Azovyanı  hunlar  da 

imperiya ilə xoş münasibətdə deyildilər. Belə bir nəticəyə gəlməyə o əsas verir ki, İranla mü-

haribə etmək üçün qoşun toplamaq məqsədilə 55-ci ildə imperator Yustianın dövründə onların 

yanına göndərilmiş Prova patrikiyasının səfirliyi uğursuzluqla nəticələndi. Düşmənçiliyin sə-

bəbi, çox güman ki, Bospor şəhəri idi. Provanın gəlişinə qədər o, Bizansın hakimiyyəti altında 

idi (2, 88). 

Müasirlərin nəzərində Bospor hunların qanuni torpaqlarına aid idi və onlardan zor gücü 

ilə alınmışdı. Bununla yanaşı, Bizans tərəfindən Bosporun ikinci dəfə alınması tarixi də müəy-

yən olunur.  



458                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

530-540 illər arasında sonuncu tarix bolqarların imperiyanın Dunay  ətrafı vilayətlərinə 



hücum tarixidir. Müqavimətdə Qodila iştirak etmişdi (4, 56-60). 

Prokopi məlumat verir ki, əgər Bospordan sahili vilayətdə yerləşən və qədimdən roma-

lılara tabe olan Xerson şəhərinə gedilsə, onda məlum olar ki, onlar arasında bütün vilayətləri 

hun tayfalarından olan barbarlar tuturlar. (1, 162) İordanın verdiyi məlumata görə, Krım çö-

lündə alsiqirlər  yaşayırdılar. Əgər nəzərə alsaq ki, həmişə hunları (şərqi Azovyanı) utiqurlar 

adlandıran Prokopi Bosporla bağlı bir dəfə də olsun onların adını çəkmir, onda düşünmək təbii 

olar ki, bu şəhər Krım hunlarına məxsus idi və qredonların başçısı idi. Lakin buna qarşı ciddi 

etirazlar  da  mövcuddur.  Yuxarıda  artıq  Prokopinin  Taman  yarımadasında  yerləşən  Kepa  və 

Fanaqoriya  şəhərlərinin  qonşu  barbarlar  tərəfindən  dağıdılması  haqqında  qeydi  verilmişdir. 

Bu, Prokopinin sözlərinə görə yaxın keçmişdə, yəni çox güman ki, hunlar Bosporu tutduqları 

zaman baş vermişdi. Çətin ki, Krım hunları boğazın qarşı tərəfində yerləşən şəhərlərə hücum 

edə  bilərdilər.  Şərqi  Azovyanı  hunlarla  vəziyyət  bir  qədər  fərqli  idi.  Onlar  Bospora  gedən 

yolda bu şəhərlərin yanından elə belə keçib gedə bilməzdilər. Bizansın düşmənləri kimi Şərqi 

Azovyanı  hunlar  haqqında  fərziyyənin  xeyrinə  başqa  bir  təsəvvür  də  vardır.  Böyük  pullar 

müqabilində hunları İrana qarşı yönəltmək və Cənubi Qafqazda İberlərə köməyə getmək üçün 

Bospora gedən patrikiya Provun missiyası uğursuzluqla nəticələndi. Provun təklif ilə müraciət 

etdiyi hunlar Qafqaz və Bospordan yaxın məsafədə yaşamış Şərqi Azovyanı hunlar ola bilərdi. 

Bospor uğrunda Bizansla müharibə aparan Şərqi Azovyanı hunlar Zaxariy Ritorun su-

riyalı xronikası məlumat verdiyi bolqarlar, burada hələ V əsrin II yarısında məlum olan ono-

qurlar, VI əsrin ortalarına doğru Şərqi Azovyanı ərazilərdə hakim mövqe tutan və bunun nəti-

cəsində  adları  yerli  köçərilər  üçünümumi  ada  çevrilən  utiqurlar  ola  bilərlər.  Qrodun  bolqar, 

onoqur  və  ya  utiqurların  başçısı  olması  məlum  deyil.  Əgər  düşünsək  ki,  utiqurlar  Bospor 

uğrunda Bizansla hunların müharibəsinərəhbərlik etdikləri üçün birinci yerə çıxmışdılar, onda 

imperiyaya  yalnız  Bosporun  qaytarılmasına  deyil,  həm  də  onu  barbarlardan  qorumağa  nail 

olacağına söz vermiş Qrodu bolqar və ya onoqurların başçısı hesab etmək lazımdır. 

Xristian təbliğatçılar hunların köçlərinə də daxil olurdular. Zaxari Ritorun qeyd olunan 

suriya  xronikasında  belə  bir  maraqlı  hekayə  saxlanılmışdır  ki,  yeddi  dindar  dağları  keçərək 

hunların ölkəsinə daxil oldular və yalnız orada yerləşən əsir xristianlara xidmət etməklə məş-

ğul olmurdular, həm də bir çox hunları xristianlığa gətirir və onlara təlim keçirdilər. Bundan 

əlavə, müəllifin iddia etdiyinə görə onlar hun dilində  müqəddəs kitab  yazmış və kilsə kitab-

larını hun dilinə tərcümə etmişdilər. Prov 55-ci ildə Bospora gəlib bu təbliğatçıların fəaliyyəti 

haqqında  öyrəndikdə,  onlarla  görüşdü,  sonra  isə  onlar  haqqında  imperatora  məlumat  verdi. 

Provun sərəncamı ilə yaxınlıqda yerləşən Bizans şəhərlərindən (çox güman ki Kep və Fanaqo-

riyadan)  Kardost  və  onun  yoldaşlarına  buğda,  şərab,  yağ  və  başqa  ərzaqlarla  dolu  30  yük  və 

həmçinin xristianlıq ibadəti üçün zəruri avadanlıqlar göndərildi. Kardost hunlarla 2 il qaldı (5, 

166-167). 

N.Piqulevskaya hesab edir ki, Kardost hun-savirlər arasında xristianlığı yayırdı. Bu fik-

ri o, Zaxari Ritorun xronikasında hekayənin mənbəsi sayılan şəxslərin fikirlərinə əsaslanaraq 

söyləyirdi. Qubad 503-cü ildə Fərat çayı üzərində Amid şəhərini tutarkən onlar əsir düşdülər, 

sonra isə hunlara satılaraq onların vətəninə Dərbənd qapıları vasitəsilə gətirildilər. Kardostun 

özü Albaniyanın, müasir Azərbaycanın yepiskopu idi və elə buradan hunların ölkəsinə getmiş-

di, lakin Dərbənd qapısı deyil, dağlardan hansısa bir keçid vasitəsilə. (5, 84-87) Belə ki, Dər-

bənd qapısı və Azərbaycana ən yaxın hunlar- savirlər idi və buradan belə bir fərziyyə çıxır ki, 

Amiddən olan xristian tayfalar və Kardostun rəhbərliyi altında təbliğatçılar onların rəhbərliyi 

altında idi. 



Ümummilli lider Heydər Əliyev – 

90                                                

459

 

Tarix və onun problemləri, № 2 2013 

 

Kardostun missiyasının əsas məqsədi hunlarda olan əsir xristianların dini ehtiyaclarını 



ödəmək və onlara xidmət göstərmək idi.  

Qrodun  fəaliyyəti  uğurla  nəticələnmədi  və  Bosporun  Bizans  tərəfindən  yenidən  işğal 

olunması hun və imperiya arasında daha çox düşmənçilik münasibətlərinin yaranmasına gəti-

rib  çıxartdı  ki,  bu  da  Qrodun  xristianlığı  qəbul  etməsindən  əvvəl  baş  vermişdi.  Bu  münasi-

bətlər 548-ci ilə qədər davam etdi və bu ildə yepiskopu almaq xahişi ilə Konstantinopola gələn 

qot-tetraksitlərin  elçiləri  tamamilə  məxfi  söhbət  zamanı  imperatora  onunla  qonşuluqda  olan 

barbar tayfaların daim bir-birilə nifaqda olmalarının onun üçün nə qədər əhəmiyyətli olduğunu 

dedilər. Hesab etmək olar ki, belə bir mövqeyin və vəziyyətin bizanslılara izah olunması əbəs 

idi,  çünki  onlar  özləri  belə  siyasi  oyunların  ustası  idilər  və  öz  düşmənlərini  bir-birinə  qarşı 

qoya bilirdilər. Qot səfirliyi Bizansa utiqurlarla danışıqlara başlamağa imkan verirdi. Utiqurlar 

ilk dəfə bu səfirlik haqqında rəvayətdə tarixi səhnədə görünür. Azovyanı hun tayfaları içərisin-

də hakim mövqe əldə etmiş utiqurlar çox güman ki, imperiya ilə normal münasibətlərin yaran-

masında  maraqlı  idilər,  ən  azı  ona  görə  ki,  Bizansın  əlində  olan  Bospor  onlar  üçün  mühüm 

bazar idi və onlar onsuz keçinə bilmirdilər. 

Qot-tetraksitlərin Konstantinopolda  yepiskop təyin olunmaq məqsədilə müraciəti üçün 

əsas səbəb Prokopinin sözlərinə görə, əvvəlki keşişin ölməsi idi və həmçinin bundan bir qədər 

əvvəl xristianlığı qəbul etmiş avazqlarla (abxazlar) yeparxiyanın yaranması və Yustinian tərə-

findən  Nikopsiyada  kilsənin  tikilməsi  idi.  Qotlar  özlərinə  Bospordan  asılı  olmayan  yepiskop 

əldə etmək istəyirdilər. İmperator Yustinian onların xahişini yerinə yetirdi və bununla birlikdə 

qotlar vasitəsilə onların müttəfiqi olan utiqurlarla əlaqə yaratdı və bundan sonra utiqurlar xris-

tianlığı qəbul etmədən də Bizans siyasətinə tam tabe edildilər.  

551-ci ildə gepidlər lanqobardlara qarşı kömək üçün kutriqurlara müraciət etdilər. Kut-

riqurlar öz müttəfiqlərinin yanına onların lanqobardlarla bağladığı sülh müqaviləsindən sonra 

çatdıqlarından  gepidlər  öz  döyüşkən  dostlarını  Bizansa  qarşı  yönəltmək  qərarına  gəldilər  və 

onları Dunay vasitəsilə yolladılar. Kutriqurlar dərhal Bizans vilayətini qarət etməyə başladılar. 

Onlara müqavimət göstərmək üçün kifayət qədər qüvvəyə malik olmayan Yustinian hun uti-

qurların  hakimlərinə  müraciət  etdi.  Utiqurlar  tərkibinə  2000  müttəfiq,  qot-tetraksitlərin  də 

daxil olduğu böyük bir qoşun topladı.Sərt döyüşdən sonra kutriqurlar darmadağın edildilər və 

yalnız az bir hissəsi xilas ola bildi (1, 434-436). 

Sülh  müqaviləsinə  görə,  2000  kutriqur  öz  arvad  və  uşaqları  ilə  Bizansın  ərazisinə 

keçdilər və Frakiyada torpaq aldılar. Bu köçərilərin başçıları arasında 530-cu ildə Velizariya-

nın rəhbərliyi altında Afrikada vandallara qarşı vuruşmuş muzdlu hun süvari atçıların rəhbəri 

kimi Bizansda tanınan Siniy var idi (2, 96). 

Kutriqurlara  Frakiyada  yer  verilməsi  haqqında  xəbərlər  Sandilxin  qəzəblənməsinə  sə-

bəb oldu. Belə ki, görünür, yalnız kilsə işləri ilə məhdudlaşan Kardostun fəaliyyətinə baxma-

yaraq  utiqurların  savadı  olmadığından  Sandilxin  Bizansa  göndərdiyi  səfirlər  şifahi  şəkildə, 

barbarlarda  olduğu  kimi  imperatoru  hədələdilər  ki,  o,  kutriqurlara  inandı  və  qurdlara  sürünü 

qorumağı  tapşırdı.  Belə  çıxır  ki,  məğlub  edilmiş  düşmənlər  imperiyada  qalib  gələndən  daha 

yaxşı mövqe əldə etdilər. Biz səhrada, komalarda və hər cəhətdən əlverişsiz yerlərdə yaşayırıq 

-  səfirləri  bildirdilər  -  kutriqurlara  isə  çörəklə  yeyib-yaşamaq  imkanı  verilir,  onlar  istədikləri 

qədər şərab içmək və hər cür avadanlıq əldə etmək imkanı qazanırlar. Əlbəttə, onlar hamam-

larda  da  yuyuna  bilər,  bu  avaralar  qızıl  kimi  parlayırlar.  Onların  zərif,  müxtəlif  rənglərə  bo-

yanmış  və  qızılla  bəzədilmiş  geyimləri  var.  Lakin  məlumdur  ki,  elə  bu  kutriqurlar  əvvəllər 

çoxlu sayda romalını qula çevirir və onları öz torpaqlarına aparırdılar. Bu cinayətkarlardan qul 




460                                                         Ümummilli lider Heydər Əliyev – 

90 

Tarix və onun problemləri, № 2 2013 

 

xidmətləri  tələb  etmək  onlar  üçün  yolverilməz  deyil:  qamçı  ilə  döyülmək,  hətta  heç  bir  şey 



etmədikləri halda onlar üçün təbii idi (1, 437-438). 

559-cu ildə eyni şəraitdə utiqurlar yenə Bizansın tərəfində kutriqurlara qarşı çıxış etdi. 

Bu döyüşdə Kutriqurların əməliyyatları uğursuz idi (3, 162). 

Yunanıstan  kutriqurların  imperiyadan  təhlükəsiz  geri  çəkilməsini  təşkil  etmək  üçün 

qardaşı oğlunu göndərsə də, bu o demək deyildi ki, Bizans bu təhqirlə barışacaq və qudurğan 

düşməni cəzalandırmaq üçün bir yol tapmayacaqdı. 

Aqafinin davamçısı Menandrın sözlərinə görə, Yustinian kutriqurlar tərəfindən yeni hü-

cumların ediləcəyindən ehtiyatlanaraq utiqurların başçısı Sandilxə rahatlıq vermirdi və bütün 

üsullarla onu Zaverqana qarşı döyüşməyə təhrik edirdi. O, vədə verdi ki, Sandilx onların öhdə-

sindən  gəldiyi  təqdirdə  illik  olaraq  kutriqurlara  ödənilən  xəracı  ona  verəcək.  Sandilx  cavab 

verdi ki, baxmayaraq o, Bizansla dostluq münasibətlərində olmağı arzu edir, lakin öz soydaş-

larını yalnız bir dildə danışmayan, həm də eyni həyat tərzi sürən, eyni geyimi geyinən və baş-

qa başçıların tabeçiliyi altında olsalar da qohum olan tayfaları axıra qədər məhv etməyi düz-

gün hesab etmir. Yustinianı sakitləşdirmək üçün kutriqurlardan imperiyaya hücum etmək üçün 

bir  vasitə  tapa  bilməmələri  və  imperiyaya  zərər  yetirə  bilmələri  üçün  atlarını  alacağına  söz 

verdi. (2, 98) Yustinianın hiyləgər siyasəti Aqafinin sözlərinə görə, iki qohum tayfa arasında 

gərgin  müharibənin  yaranmasına  gətirib  çıxardı  ki,  nəticədə  hər  iki  tayfa  məhv  olmaq  ərəfə-

sində idi.Onların qalan hissəsi, bu müəllifin sözlərinə görə, digər tayfalar arasında pərakəndə 

şəkildə yayıldı və onların adı altında itdi. Lakin Aqafinin də qeyd etdiyi kimi, bütün bunlar bir 

qədər  sonra  baş  verdi:  utiqurlar  və  kutriqurlar  hələ  avar  və  türkütlərlə  bağlı  olaraq  da  qeyd 

edilirlər (3, 164).  

ƏDƏBİYYAT 

1.Прокопий Кесарийский, История войн римлян с персами. Кн.1. СПб., 1876.  

2.Артаманов М.И. История Хазар. Л.,1962, 529 с. 

3.Агафий, О царствовании Юстиниана, М., 1953. 

4.Латышев В.В. К надписи Евпатерия. Понтика, СПб, 1909, 

5.Пигулевская Н. Сирийские источники по истории СССР, М.-Л., 1191, 172 с. 



 

ГУМРУ ФАРХАДОВА 

Гянджинский Государственный Университет 

 

ПРИБЫВАНИЕ ИТИГУРА И КУТИГУРОВ В КАВКАЗ 

 

Наверху  готов-тетракситов,  проживших  вдоль  северо-западного  берега  Черного 



моря, в соседстве с ними было поселено много племен гуннов. Их страна простиралась 

до озера Меот и Тананса (Дон). Она называлась Евлисией и продлевалась вдоль берега 

и  здесь  были  варвары,  называемые  в  древности  киммерами,  ив  настоящее  время  они 

называются утигурами. У этих варваров – у одного из правителей гуннов было двое сы-

новей: одного из них звали  Утигуром, а другого  –  Кутигуром.  После  смерти отца сы-

новья  разделили  между  собой  власть  и  находящихся  в  своем  подчинении  стали  назы-

вать своими именами. В статье изучаются история этих племен в общем и связи с кав-

казскими народами. 



 

 

 


Ümummilli lider Heydər Əliyev – 

90                                                

461

 

Tarix və onun problemləri, № 2 2013 

 

 



QUMRU FARKHADOVA 

Ganja State University 

COMING OF ITUGUR AND KUTIGURS TO CAUCASES 

 

Above are tetraksits, lived along north-west of the Black sea shore, with neighbourhood 



had  been  settled  many  tribes  of  Hun.  Their  country  had  been  washed  till  lake  Meot  and 

Toenans (Don). It was called Evlisey and extended along the shore and here had been barbers, 

named in old times kimers and in present time they are called utigures. In these barbers in one 

of  governes  of  Huns  had  two  sons:  one  of  them  had  been  named  Utigur,  but  anothers  name 

was Kutigur.  After death of their father sons  devided the power among them and the  people 

having been under their submission they began to call them with their names. In this article is 

learned the history of these tribesin all and their connection with Caucasean people. 

 

 



Rəyçilər:t.e.n. S.İsmayılova, t.e.d. İ.M.Məmmədov 

BDU-nun Türk xalqları tarixi kafedrasının 19 fevral 2013-cü il tarixli iclasının qərarı ilə çapa 

məsləhət görülülüb (protokol №7).

 

Yüklə 66,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə