94 азярбайъан кп мк йанында партийа тарихи институту



Yüklə 1,16 Mb.
səhifə1/16
tarix01.12.2017
ölçüsü1,16 Mb.
#13379
  1   2   3   4   5   6   7   8   9   ...   16

AZƏRBAYCAN KP MK yanında PARTİYA TARİXİ İNSTİTUTU

Sov.İKP MK yanında MARKSİZMLENİNİZM İNSTİTUTUNUN FİLİALI

K.MARKS və F.ENGELS, Seçilmiş əsərləri \ üç cilddə, Cild.2

AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI

Bakı–1980
K.MARKS

BEYNƏLXALQ FƏHLƏ BİRLİYİNİN TƏSİS MANİFESTİ

1864-cü il sentyabrın 28-də, Lonq Eykr, Sent-Martins Hollda keçirilən ümumi yığıncaqda təsis edilmişdir1


Fəhlələr!

1848-ci ildən 1864-cü ilədək fəhlə kütlələrinin yoxsudluğunun azalmadığı şəksiz bir faktdır, halbuki sənayenin inkişafı və ticarətin artması cəhətdən bu dövrün tarixdə misli yoxdur. Britaniya burjuaziyasının yaxşı məlumatlı mötədil bir orqanı 1850-ci ildə irəlicədən demişdi ki, əgər İngiltərənin idxal və ixracı 50% artarsa, bu ölkədə pauperizmin sonu çatmış olar. Heyhat! Xəzinə kansleri (U.Qladston. Red.) 1864-cü il aprelin 7-də öz parlament dinləyicilərini sevindirərək bildirdi ki, İngiltərənin idxal və ixracının ümumi məbləği artıb 1863-cü ildə «443 955 000 funt sterlinqə çatmışdır! Bu heyrətləndirici məbləğ nisbətən yaxın keçmişdəki 1843-cü il dövrünün ticarət dövriyyəsi məbləğindən, demək olar, üç dəfə artıqdır!» Bütün bunlarla bərabər kansler açıqdan-açığa «yoxsulluqdan» danışırdı. O deyirdi: «Yoxsulluq dərəcəsində olanları», «əmək haqqının... yüksəlmədiyini», «on haldan doqquzunda yaşayış uğrunda mübarizədən ibarət olan... insan həyatını düşünün!». Lakin o, şimalda maşınların, cənubda isə qoyun sürülərinin tədricən sıxışdırıb aradan çıxartdığı İrlandiya xalqından danışmadı; həm də bu bədbəxt ölkədə, insanların sayı qədər sürətlə olmasa da, hətta qoyunların da sayı azalır. Kansler, birdən-birə qorxuya düşərək özlərini itirən yüksək aristokratiya nümayəndələrinin yenicə ağızlarından qaçırdıqlarını təkrar etmədi. «Boğucuların»2 törətdikləri vahimə müəyyən dərəcədə çatdıqda lordlar palatası, sürgün və katorqa yerlərində iş şəraitinin yoxlanılmasını və əldə edilən nəticələrin hesabat şəklində nəşr olunmasını qərara aldı. Həqiqət 1863-cü ildəki olduqca qalın Göy kitabın3 səhifələrində aşkara çıxdı və rəsmi təsdiq olunmuş faktlar və rəqəmlərlə sübut edildi ki, İngiltərədə və Şotlandiyada ən pis canilər–katorqalılar–ingilis və şotlandiyalı kənd təsərrüfatı fəhlələrindən xeyli az işləyir və xeyli yaxşı yeyib-içirlər. Lakin bu hələ hamısı deyildir. Amerikadakı Vətəndaş müharibəsi4 üzündən Lankaşir və Çeşir fəhlələri küçəyə qovulduqda yenə həmin lordlar palatası sənaye dairələrinə həkim göndərib ona tapşırdı ki, «aclıq üzündən törəyən xəstəliklərin qarşısını almaq» üçün, ən ucuz qiymətlə və ən sadə şəkildə verilmək şərti ilə, orta hesabla kifayət edəcək karbon və azotun minimum miqdarını müəyyən etsin. Tibb müvəkkili həkim Smit müəyyən etmişdi ki, həftədə 28 000 qran karbon və 1 330 qran azot, orta yaşlı adamın həyatını... məhz elə səviyyədə saxlaya biləcək bir minimumdur ki, bu az səviyyədən aşağı olduqda aclıq üzündən xəstəliklər başlanır; həkim sonra aşkar etmişdi ki, bu miqdar, pambıq parça fabrikləri fəhlələrinin ifrat ehtiyac üzündən həqiqətdə kifayətlənməyə məcbur olduqları cüzi yeməyə, demək olar, tamamilə uyğundur (Oxucuya xatırlatmağa ehtiyaç yoxdur ki, karbon və azot, su ilə və bəzi qeyri-üzvi maddələrlə birlikdə, insan yeməyi üçün xam maddələrdir. Lakin insan orqanizminin yeməklə təmin olunması üçün bu sadə kimyəvi tərkib hissələri bitki və ya heyvan maddələri şəklində verilməlidir; məsələn: kartofda başlıca olaraq karbon vardır, buğda çörəyində isə lazımi nisbətdə karbon və azot vardır). Hələ gerisinə qulaq asın. Yenə həmin alim həkim bir müddət sonra gizli şuranın tibb şöbəsi tərəfindən yenidən fəhlə sinfinin yoxsul hissəsinin yeməyini yoxlamaqa göndərilmişdi. Onun axtarışlarının nəticələri parlamentin sərəncamı ilə bu il nəşr olunmuş «Əhalinin sağlamlığı haqqında altıncı hesabatda» şərh olunmuşdur. Bəs bu həkim nələri aşkar etmişdir? Aşkar etmişdir ki, ipək parça toxuyanlar, tikişçilər, əlcəkçilər, corab toxuyanlar və başqa fəhlələr orta hesabla (Almanca mətnində «ildən-ilə» sözləri əlavə olunmuşdur. Red.) hətta pambıq parça sənayesinin işsiz fəhlələrinə verilən cüzi yeməyi də tapmırlar, «məhz aclıq üzündən törəyən xəstəliklərin qarşısını almaq üçün kifayət edəcək» miqdar karbon və azot tapmırlar.

«Bundan əlavə»,–deyə hesabatda göstərilir,–«kənd təsərrüfatı ilə məşğul olan əhaliyə mənsub ailələr yoxlandıqda məlum oldu ki, bu ailələrin beşdə bir hissəsindən çoxu zəruri karbonlu qida minimumu almır, üçdə bir hissəsindən çoxu zəruri azotlu qida minimumu almır və .üç qraflıqda (Berkşir, Oksfordşir və Somersetşir) azotlu qidanın çatışmaması adi bir hal idi». Rəsmi hesabatda əlavə edilərək deyilir: «Yadda saxlamaq lazımdır ki, yeməyin xeyli pisləşməsi yalnız inadlı müqavimətdən sonra həqiqi təsirini göstərir və bir qayda olaraq başqa məhrumiyyətlərdən sonra müşahidə olunur... hətta təmizlik gözləməyin özü də baha tamam olur və ya çətinlik törədir və əgər şəxsi heysiyyət duyğusu hər halda təmizlik gözləməyə vadar edirsə, onda hər bir belə təşəbbüs əlavə aclıq əzabları deməkdir». «Xüsusən, burada bəhs olunan yoxsulluğun heç də tənbəlliyə qarşı haqlı cəza olmadığını xatırlasaq, bu hal kədərli fikirlər doğurur; göstərilən bütün hdllarda bu, zəhmətkeş əhalinin yoxsulluğudur. Doğrudan da, fəhlələrin bu cüzi yeməyn almaq üçün sərf etdikləri əmək əksər hallarda həddindən artıq uzun çəkir».

Hesabatda belə qəribə və əsla gözlənilməz bir fakt göstərilir ki, «Birləşmiş krallığın bütün hissələrindən»–İngiltərə, Uels, Şotlandiya və İrlandiyadan–krallığın ən zəngin hissəsi olan «məhz İngiltərədə» «kənd təsərrüfatı ilə məşğul olan əhalinin yeməyi hamısından pisdir»; lakin hətta Berkşir, Oksfordşir və Somersetşirin kənd təsərrüfatı fəhlələrinin yeməyi də Londonun şərq hissəsində ev sənayesinin külli miqdar ixtisaslı fəhlələrinin yeməyindən yaxşıdır.

Parlamentin sərəncamı ilə 1864-cü ildə, azad ticarətin qızıl əsrində nəşr edilən rəsmi məlumat bu cür olduğu bir zamanda xəzinə kansleri nümayəndələr palatasında bildirmişdi ki,

«Böyük Britaniyanın orta fəhləsinin vəziyyətində, müstəsna və heç bir başqa ölkədə, heç bir başqa dövrdə misli görünməyən yaxşılaşma əmələ gəlmişdir».

Bu rəsmi boş sözlərə, əhalinin sağlamlığı haqqında rəsmi hesabatın belə bir quru qeydi tamamilə ziddir:

«Ölkənin ictimai səhiyyəsi dedikdə, onun əhali kütlələrinin sağlamlığı nəzərdə tutulur, bu kütlələrin ən aşağı təbəqələrinin vəziyyəti heç olmazsa müəyyən qədər yaxşılaşdırılmadan onların sağlam ola biləçəyi çətindir».

Millətin tərəqqisini göstərən statistika rəqəmləri oyununun əsiri olmuş xəzinə kansleri son dərəcə şadlıqla deyir:

«Ölkənin, vergi qoyulmalı olan, gəliri 1842-ci ildən 1852-ci ilədək 6% yüksəlmişdir... Əgər 1853-çü il gəliri əsas götürülərsə, səkkiz il ərzində, 1853-cü ildən 1861-ci ilədək, bu gəlir 20% yüksəlmişdir! Bu, demək olar, inanılmaz kimi görünən heyrətləndirici faktdır!.. Sərvət və qüdrətin bu qeyri-adi artımı»,–deyə, c. Qladston əlavə edir,–«bütünlüklə yalnız varlı siniflərə məxsusdur!»

Əgər siz bilmək istəyirsinizsə ki, «sərvət və qüdrətin bütünlüklə yalnız varlı siniflərə məxsus olan bu «qeyri-adi artımını» fəhlə sinfi, sağlamlığın əldən getməsinə, əxlaqın pozulmasına və zehni pozğunluğa səbəb olan nə kimi bir şəraitdə yaratmış və yaratmaqdadır, onda axırıncı hesabatda–«Əhalinin sağlamlığı haqqında hesabat»da mətbəələrin, dərzixana və tikiş emalatxanalarının təsvirinə nəzər salın. 1863-cü ildə nəşr edilmiş hesabatı–«Uşaq əməyinin şəraitini yoxlayan komissiyanın hesabatı»nı yuxarıdakı iddia ilə müqayisə edin; bu hesabatda, məsələn, deyilir ki,

«həm kişi, həm də qadın dulusçular fiziki və əqli cəhətdən əhalinin ən çox pozulmaqda olan qrupudur», «sağlam olmayan uşaq da böyüyüb sağlam olmayan valideyn olur», «irqin getdikcə daha artıq korlanması labüddür» və əgər «ətrafdakı yerlərdən daim adamlar axışıb gəlməsəydi və əhalinin daha sağlam qrupları ilə evlənmə halları olmasaydı, Staffordşir əhalisi daha artıq bir dərəcədə pozulardı».

C-b Trimenxirin «Günəmuzd çörəkçilərin şikayətləri» adlı Göy kitabının yazısını nəzərdən keçirin! Fabrik müfəttişlərinin, doğum və ölüm haqqında rəsmi statistika ilə təsdiq olunmuş belə paradoksal bəyanatı kimi dəhşətə salmamışdı ki, Lankaşir fəhlələri pambıq qıtlığı üzündən pambıq parça fabriklərində işləri müvəqqəti olaraq dayandırıb çox cüzi bir yemək payı ilə dolanmağa məcbur edildikləri zaman həqiqətdə nisbətən sağlam olmuşdular və bu dövrdə ölən uşaqların sayı azalmışdı, çünki analar öz uşaqlarını Hodfrinin tiryəkli suyu ilə deyil, nəhayət, döş südü ilə bəsləmək imkanı tapmışdılar.

Lakin bir daha medalın üz tərəfinə nəzər salaq! Gəlir və əmlak vergisi haqqında 1864-cü il iyulun 20-də nümayəndələr palatasına təqdim olunan hesabat bizə göstərir ki,vergi toplayanın müəyyən etdiyinə görə ildə 50 000 f.st. və daha artıq gəliri olan şəxslərin sayı 1862-ci il aprelin 5-dən 1863-cü il aprelin 5-dək on üç nəfər artmış, yəni həmin şəxslərin sayı bu bir il ərzində 67 nəfərdən 80 nəfərə çatmışdır. Yenə həmin hesabatdan aşkar olur ki, hər il 25 000 000 f.st. məbləğində gəlir, yəni İngiltərə və Uelsin kənd təsərrüfatı fəhlələrinin bütün kütləsinin illik gəlirindən hətta bir qədər artıq məbləğdə gəlir təqribən 3 000 nəfər arasında bölünür. 1861-ci il siyahısına baxsanız, görərsiniz ki, İngiltərə və Uelsdə torpaq sahibi olan kişilərin sayı 1851-ci ildəki 16 934 nəfərdən 1861-ci ildə 15 066 nəfərə enmişdir; bu o deməkdir ki, torpağın təmərküzləşməsi 10 il ərzində 11% artmışdır. Əgər İngiltərədə torpaq mülkiyyəti az miqdar adamın əlində bundan sonra da eyni sürətlə təmərküzləşərsə, onda torpaq məsələsi Roma imperiyasında olduğu kimi, son dərəcə sadələşmiş olar; həmin imperiyada Neron Afrika əyalətinin yarısının altı adama məxsus olduğunu eşitdikdə kam alırmış kimi gülümsəmişdi.

«Demək olar, inanılmış kimi görünən bu heyrətləndirici faktlardan» biz ona görə bu qədər ətraflı bəhs etdik ki, İngiltərə ticarət və sənaye cəhətdən Avropada birinci yer tutur (Almanca mətnində əlavə olunmuşdur: «və faktik olaraq onu dünya bazarında təmsil edir». Red). Yadınıza salın ki, Lui-Filippin mühacirət etmiş oğullarından biri ingilis kənd təsərrüfatı fəhlələrini La-Manşın o tayındakı az xoşbəxt olan yoldaşlarının vəziyyətindən guya yaxşı vəziyyətdə olmaları münasibəti ilə bir neçə ay bundan əvvəl camaat qarşısında təbrik etmişdi. Doğrudan da, İngiltərədəki faktlar bir qədər başqa yerli şəraitdə və bir qədər kiçik miqyasda kontinentin bütün sənaye və qabaqcıl ölkələrində də təkrar olunur. Bütün bu ölkələrdə 1848-ci ildən etibarən sənaye eşidilməmiş dərəcədə inkişaf etmiş, idxal və ixrac heç kəsin yuxusuna girməyəcək dərəcədə genişlənmişdi. Bütün bu ölkələrdə «sərvətin və qüdrətin, bütünlüklə yalnız varlı siniflərə məxsus olan artımı» həqiqətən «qeyri-adi» idi. İngiltərədə olduğu kimi, bütün bu ölkələrdə də fəhlə sinfi azlığının real əmək haqqı (Almanca mətnində əlavə olunmuşdur: «fəhlə sinfinin görkəmli haqqı müqabilində alına bilən ərzaq mallarının miqdarı». Red) azacıq artmışdı, halbuki məsələn, Londonda yoxsullar evində və ya yetimxanada yaşayanları saxlamaq üçün lazım gələn məhsulların qiyməti 1852-ci ildə 7 f.st. 7 şill. 4 pens olduğu halda, 1861-ci ildə 9 f.st. 15 şill. 8 pens olması onların güzəranının həqiqətən yaxşılaşdığını göstərmədiyi kimi, nominal əmək haqqının artması da əksəriyyətin güzəranının həqiqətən yaxşılaşdığını göstərmirdi. Fəhlə sinfinin geniş kütlələri ən azı, öz üzərlərində duran siniflərin ictimai pilləkanla yuxarıya qalxdıqları dərəcədə hər yerdə get-gedə daha aşağı düşürdülər. Avropanın bütün ölkələrində hər bir qərəzsiz adam üçün indi aydın bir həqiqət olmuşdur ki, nə maşınların təkmilləşdirilməsi (), nə elmin istehsalda tətbiq olunması, nə rabitə vasitələrinin yaxşılaşdırılması, nə yeni müstəmləkələr, nə mühacirət, nə yeni bazarlar, nə azad ticarət, nə də bunların hamısı birlikdə zəhmətkeş kütlələrin yoxsulluğunu aradan qaldırmaz; indiki qüsurlu zəmində əməyin məhsuldar qüvvələrinin hər cür yeni inkişafı ictimai əkslikləri hökmən dərinləşdirir və ictimai antaqonizmləri kəskinləşdirir; bu həqiqəti ancaq başqalarını boş ümidlərlə yuxuya vermək istəyən adamlar inkar edirlər. İqtisadi tərəqqinin bu «qeyri-adi» dövrü ərzində Britaniya imperiyasının paytaxtında adamların acından ölməsi, demək olar, ictimai qayda xarakteri almışdır. Dünyanın salnamələrində bu dövr ticarət sənaye böhranı adlanan ictimai taunun getdikcə daha tez-tez təkrar olunması, getdikcə daha geniş miqyas alması və getdikcə daha fəlakətli nəticələr törətməsi ilə qeyd olunmuşdur.

1848-ci il inqilabının müvəffəqiyyətsizliyindən sonra kontinentdə fəhlə sinfinin bütün partiya təşkilatları və partiya mətbuatı orqanları kobud zorakılıqla məhv edildi, fəhlə sinfinin ən qabaqcıl oğulları məyus olub Atlantik okeanının o tayındakı respublikaya qaçdılar və sənaye qızğınlığı, əxlaq pozğunluğu və siyasi irtica başlanan kimi azadlıq haqqında ötəri xəyallar puç olub getdi. Kontinentdə fəhlə sinfinin məğlubiyyəti,–indiki kimi, o zaman da Sankt-Peterburq kabineti ilə qardaşlıq ittifaqında iş görən İngiltərə hökuməti diplomatiyasının qismən səbəb olduğu bu məğlubiyyət, öz sirayətedici təsirini tezliklə La-Manşın bu tayına da göstərdi. Kontinentdəki sinif qardaşlarının məğlubiyyəti ingilis fəhlə sinfini məyus etdi və onun öz işinə olan inamını sarsıtdı, torpaq və pul maqnatlarının isə bir qədər sarsımış olan inamını bərpa etdi. Həmin maqnatlar artıq elan olunmuş güzəştləri həyasızlıqla geri aldılar. Yeni qızıl yerlərinin kəşf edilməsi böyük mühacirətə səbəb oldu ki, bunun da nəticəsində Britaniya proletariatı ağır itkilərə məruz qalmış oldu. Onun əvvəllər fəal olan bəzi nümayəndələri də iş miqdarının və əmək haqqının müvəqqəti artmasına aldanaraq, «siyasi ştreykbrexerlərə» çevrildilər. Çartizm hərəkatını davam etdirmək və ya buna başqa xarakter vermək uğrundakı bütün cəhdlər qəti müvəffəqiyyətsizliyə uğradı; fəhlə sinfinin mətbuat orqanları kütlələrin laqeydliyi uzündən bir-birinin ardınca öz fəaliyyətini dayandırdı. Doğrudan da, İngiltərənin fəhlə sinfi, keçmişdə, gərək ki, heç vaxt siyasi miskinlik vəziyyətinə bu dərəcədə dözməmişdi. Əgər keçmişdə İngiltərənin fəhlə sinfi ilə kontinentin fəhlə sinfi arasında hərəkət həmrəyliyi yox idisə, indi hər halda məğlubiyyət həmrəyliyi müşahidə olunurdu.

Lakin bununla belə, 1848-ci il inqilablarından bəri keçən dövrün müsbət cəhətləri də var idi. Burada ancaq iki çox böyük faktı qeyd edəcəyik.

İngilis fəhlə sinfi heyrətləndirici bir səbatla apardığı otuz illik mübarizədən sonra, on saatlıq iş günü5 qanunu əldə etmək üçün, torpaq sahibləri aristokratiyası ilə pul aristokratiyası arasında baş verən müvəqqəti təfriqədən istifadə etdi. Bu qanunun fabrik fəhlələri üçün fiziki, əxlaqi və əqli cəhətdən verdiyi və hər yarım ildə bir dəfə fabrik müfəttişlərinin hesabatlarında qeyd olunan son dərəcə gözəl nəticələr indi hamı tərəfindən təsdiq olunmuşdur. Avropa hökumətlərinin çoxu İngiltərədəki fabrik qanununu az-çox əhəmiyyətli dəyişikliklərlə qəbul etməli olmuşdu və İngiltərə parlamentinin özü bu qanunun təsir dairəsini hər il genişləndirməyə məcbur olmuşdur. Lakin fəhlələr üçün olan bu tədbirdə, onun əməli əhəmiyyətindən əlavə, onun böyük müvəffəqiyyət qazanmasına kömək edən başqa bir şey də var idi. Burjuaziya özünün d-r Yur, professor Senior kimi ən məşhur alimlərinin və bu qəbildən olan başqa əllamələrin dili ilə irəlicədən xəbər verir və daim iddia edirdi ki, iş vaxtının qanunla hər hansı bir şəkildə məhdudlaşdırılması Britaniya sənayesi üçün dəfn musiqisi olmalıdır, çünki bu sənaye zəli kimi ancaq qan sormaqla, həm də uşaq qanı sormaqla yaşaya bilər. Qədimlərdə uşaq öldürmək Molox dininin əsrarəngiz bir ayini idi, lakin bu ayinyaln bəzən çox təntənəli hallarda, yəqin, ildə bir dəfədən artıq olmayaraq icra edilirdi; həm də yoxsul uşaqlarına Moloxun o qədər də böyük meyli yox idi. İş vaxtına qanunvericilik yolu ilə hədd qoyulması ətrafında mübarizə ona görə belə qızğınlıqla aparılırdı ki, burada məsələ hərisliklə mənfəət güdən burjuaziyanın qorxuya düşməsindən əlavə, burjuaziyanın siyasi iqtisadını təşkil edən tələb və təklif qanununun kor-koranə hökmranlığı ilə fəhlə sinfinin siyasi iqtisadını təşkil edən və ictimai uzaqgörənliyin idarə etdiyi ictimai istehsal arasındakı böyük mübahisə üzərində idi. Buna görə də on saatlıq iş günü qanunu, mühüm əməli müvəffəqiyyətdən əlavə, bir də prinsip qələbəsi idi; burjuaziyanın siyasi iqtisadı fəhlə sinfinin siyasi iqtisadı qarşısında ilk dəfə açıqca təslim olurdu.

Lakin qarşıda hələ əmək siyasi iqtisadının, mülkiyyət siyasi iqtisadı (Almanca mətnində «mülkiyyət siyasi iqtisadı» sözləri əvəzinə «kapital siyasi iqtisadı» sözləri çap olunmuşdur. Red) üzərində bundan daha əhəmiyyətli qələbəsi dururdu. Biz kooperativ hərəkatından, xüsusilə, bir neçə cəsur «əlin» heç bir yardım görmədən öz səyləri ilə təsis etdiyi kooperativ fabriklərindən danışırıq. Bu əzəmətli ictimai təcrübələrin əhəmiyyəti son dərəcə böyükdür. Fəhlələr sözdə deyil, işdə sübut etdilər ki, muzdlu fəhlələr sinfinin əməyindən istifadə edən sahibkarlar sinfi olmadan, geniş miqyasda, həm də müasir elmin tələblərinə uyğun, olaraq aparılan istehsal təşkil etmək mümkündür; fəhlələr sübut etdilər ki, istehsalın müvəffəqiyyətli olması üçün, heç də əmək alətləri fəhlə üzərində hökmranlıq aləti olaraq və fəhləni soymaq üçün inhisar altına alınmamalıdır; onlar sübut etdilər ki, qul və təhkimli əməyi kimi, muzdlu əmək də ancaq keçici və aşağı (Almanca mətnində əlavə olunmuşdur, «ictimai». Red) əmək formasıdır və bu forma öz yerini könüllü surətdə, sevinc və ruh yüksəkliyi ilə icra edilən birləşmiş əməyə verməlidir. İngiltərədə kooperativ sisteminin toxumlarını Robert Ouen səpmişdi; kontinentdə fəhlələrin apardıqları təcrübələr, əslində, 1848-ci ildə icad olunmaq deyil, hamıya elan edilmiş nəzəriyyələrdən doğan əməli nəticədir.

Eyni zamanda 1848–1864-cü illərin təcrübəsi şübhəsiz sübut etdi ki (Almanca mətnində əlavə olunmuşdur, «fəhlə sinfinin görkəmli rəhbərlərinin hələ 1851–1852-ci illərdə İngiltərədəki kooperativ hərəkatına tətbiqən müdafiə etdikləri müddəa». Red), kooperativ əməyi prinsip etibarı ilə nə qədər gözəl və praktikada nə qədər faydalı olsa da, ayrı-ayrı fəhlələrin təsadüfi səylərinin məhdud dairəsindən kənara çıxmadıqca, nə inhisarların həndəsi silsilə ilə artmasını heç vaxt ləngidə bilməz, nə kütlələri azad edə bilməz, nə də hətta onların yoxsulluq yükünü nəzərə çarpacaq dərəcədə yüngülləşdirə bilməz. Yəqin məhz buna görədir ki, xoşniyy*ət aristokratlar, burjua boşboğazfilantropları və hətta zirək iqtisadçılar–rüşeym halında ikən hədər yerə məha etməyə çalışdıqları, xəyalpərəstlərin utopiyası adlandırıb lağa qoyduqları və ya sosialistlərin xəbisliyi deyə damğaladıqları kooperativ əməyi sistemini birdən-birə hamılıqla bir nəfər kimi ikrah oyandıran bir şəkildə tə~ rifləməyə başladılar. Zəhmətkeş kütlələri azad edə bilmok üçün kooperativ əməyi ümummilli miqY"asda və, deməli, bütün millətin vəsaiti.ilə inkişaf etməlidir. Lakin torpaq maqnatları və kapital maqnatları öz iqtisadi inhisardarını müdafiə etmək və əbədiləşdirmək üçün həmişə öz siyasi pmtiyazlarından istifadə edəcəklər. Onlar əməyin azad edilməsi işinə nəinki kömək etməyəcəklər, hətta əkSİN8, bundan sopra da bu yolda hər cür əngəllər terədəcəkLvr, Lxırıncı narlameit sessiyası zamanı İrlandiya icarədarlarının hüquqlarına dair qanun layihəsini müdafiə edənlərə lord Palmerstonun necə hücum edib onları lağa qoyduğunu yadınıza salın; o demişdi: nümayəndələr palatası torpaq sahibləri palatasıdır.

Deməli, siyasi hakimiyyəti ələ almaq fəhlə sinfinin böyük vəzifəsi olmuşdur: Görünür, fəhlələr bunu başa düşmüşlər, çünki İngiltərədə, Almaniyada, İtaliyada və Fransada eyni zamanda canlanma başlanmış və eyni zamanda fəhlə partiyasını siyasi cəhətdən yenidən təşkil etmək məqsədilə addımlar atılmışdır.

Müvəffəqiyyətin ünsürlərindən biri–kəmiyyət–fəhlələrdə indi artıq vardır; lakin kəmiyyət yalnız o zaman məsələni həll edir ki, kütlə təşkilat tərəfindən əhatə edilmiş olsun və kütləyə bilik rəhbərlik etsin. Keçmişin təcrübəsi göstərdi ki, müxtəlif ölkələrin fəhlələri arasında mövcud olması lazım gələn və onları azadlıq uğrunda mübarizələrində bir-birinə möhkəm arxa olmağa sövq etməli olan qardaşlıq ittifaqına etinasızlıqla yanaşdıqda onların dağınıq səyləri ümumi məğlubiyyətlə nəticələnir. Bu fikir müxtəlif ölkələrin 1864-cü il seityabrın 28-də Sent-Martinshollda açıq mitinqə toplaşan fəhlələrini Beynəlxalq Birliyin əsasını qoymağa vadar etdi.

Həmin yığıncağın iştirakçılarını ruhlandıran daha bir əqidə də var idi.

Əgər fəhlə sinfinin azadlığı (Almanca mətnində əlavə olunmuşdur: «müxtəlif ölkələrdəki». Red) fəhlələrin qardaşcasına əməkdaşlığını tələb edirsə, onda fəhlələr cinayətkar məqsədlər güdən, milli mövhumatdan istifadə edən və soyğunçuluq müharibələrində qan tökülməsinə və xalqın sərvətinin məhv edilməsinə səbəb olan xarici siyasət yeridildiyi bir şəraitdə bu böyük vəzifəni necə yerinə yetirə bilərlər? Hakim siniflərin müdrikliyi deyil, onların cinayətkar azğınlığına İngiltərə fəhlə sinfinin qəhrəmancasına müqaviməti, Qərbi Avropanı, Atlantik okeanının o tayında köləliyi əbədiləşdirmək və yaymaq məqsədini güdən biabırçı səlib müharibəsi avantürasından xilas etdi. Rusiyanın Qafqaz dağlarındakı qalaları zəbt etməsinə və qəhrəman Polşanı boğmasına Avropanın ali siniflərinin həyasız bir məmnuniyyətlə, saxta bir rəğbətlə və ya əbləh bir laqeydliklə baxması, başı Sankt-Peterburqda, əlləri isə Avropanın bütün kabinetlərində olan bu barbar dövlətin olduqca böyük və heç bir müqavimət görməyən işğalları fəhlə sinfinə onun öz vəzifəsini göstərdi: fəhlə sinfi beynəlxalq siyasət sirlərinə özü yiyələnməli, öz hökumətlərinin diplomatik fəaliyyətlərinə göz olmalı və lazım gəldikdə buna əlində olan bütün vasitələrlə müqavimət göstərməlidir; bu fəaliyyətin qarşısını almaq mümkün olmadıqda isə–onu eyni zamanda ifşa etmək üçün birləşməli və çalışmalıdır ki, xüsusi şəxslərin öz qarşılıqlı münasibətlərində rəhbər tutmalı olduqları sadə əxlaq və ədalət qanunları xalqlar arasında münasibətlərdə də ən ali qanunlar olsun.

Belə bir xarici siyasət uğrunda mübarizə fəhlə sinfinin azadlığı uğrunda ümumi mübarizənin bir hissəsidir.

Bütün ölkələrin proletarları, birləşin!

K.Marks tərəfindən 1864-cü il oktyabrın 21-i ilə 27-si arasında yazılmışdır.

1864-cü ilin noyabrında Londonda nəşr edilmiş bu kitabçada çap olunmuşdur: «Addres and Provisional Rules of the Workinq Mens İnternational Association, Established September 28, 1864, ata Public Meetingheid at St. Martins Hall, Long Acre, London». 1864-cü il dekabrın 21-i və 30-da «Social-Demokrat» qəzetinin 2-ci nömrəsində və 3-cü nömrəyə əlavədə çap olunmuşdur.

K.MARKS

BEYNƏLXALQ FƏHLƏ BİRLİYİNİN ÜMUMİ NİZAMNAMƏSİ

Nəzərə alınır ki:

fəhlə sinfinin azadlığı fəhlə sinfinin özü tərəfindən əldə edilməlidir; fəhlə sinfinin azadlığı uğrunda mübarizə sinfi imtiyazlar və inhisarlar uğrunda deyil, bərabər hüquqlar və vəzifələr uğrunda və hər cür sinfi hökmranlığı məhv etmək uğrunda mübarizə deməkdir;

əmək vasitələri, yəni yaşayış mənbələri inhisarçısına zəhmətkeşin iqtisadi tabeliyi bütün formalarda köləliyin əsasını, hər bir ictimai məhrumiyyətin, əqli alçaldılmanın və siyasi asılılığın əsasını təşkil edir;

deməli, fəhlə sinfinin iqtisadi azadlığı böyük bir məqsəddir və hər bir siyasi hərəkat bir vasitə olaraq həmin məqsədə tabe edilməlidir;

bu böyük məqsəd yolundakı bütün səylər, hər bir ölkədə müxtəlif əmək sahələrinin fəhlələri arasında kifayət qədər həmrəylik olmaması üzündən və müxtəlif ölkələrin fəhlələri arasında qardaşlıq ittifaqı olmaması üzündən indiyədək müvəffəqiyyətsiz qalırdı;

əməyin azad edilməsi–yerli və milli problem deyil, müasir cəmiyyətin mövcud olduğu bütün ölkələri əhatə edən ictimai problemdir və onun həlli ən qabaqcıl ölkələrin əməli və nəzəri əməkdaşlığından asılıdır;

Avropanın qabaqcıl sənaye ölkələrində fəhlə sinfi hərəkatının indiki yeni yüksəlişi yeni ümidlər doğurmaqla bərabər, keçmiş səhvlərin təkrar olunmasına qarşı ciddi bir xəbərdarlıqdır və hələ də dağınıq olan hərəkatların dərhal birləşdirilməsini tələb edir:–

bu göstərildn mülahizələr nəzərə alınaraq, Beynəlxalq Fəhlə Birliyi təsis edilmişdir.

0, bildirir ki:

onun sıralarına daxil olan bütün cəmiyyətlər və ayrı-ayrı şəxslər bir-birinə və insanların dərilərinin rəngindən, dinindən və ya milliyyətindən asılı olmayaraq, bütün insanlara qarşı hərəkətlərində həqiqət, ədalət və əxlaqı əsas götürəcəklər;

Birlik belə hesab edir ki, vəzifəsiz hüquq yoxdur, hüquqxuz vəzifə yoxdur.

Məhz bütün bunları əsas tutaraq, aşağıdakı Nizamnamə tərtib edilmişdir:

1. Birlik, müxtəlif ölkələrdə olan və eyni məqsədi, yəni fəhlə sinfinin müdafiəsi, inkişafı və tam azadlığı məqsədini güdən fəhlə cəmiyyətləri arasında əlaqə və əməkdaşlıq mərkəzi (Almanca nəşrində «əməkdaşlıq» sözündən əvvəl əlavə olunmuşdur: «planauyğun». Red) olmaq üçün təsis edilmişdir.

2. Cəmiyyət «Beynəlxalq Fəhlə Birliyi» adını qəbul edir.

3. Fəhlələrin hər il Birliyin bölmələri nümayəndələrindən ibarət ümumi konqresi çağırılır. Konqres fəhlə sinfinin ümumi səylərini elan etməli, Beynəlxalq Birliyin müvəffəqiyyətlə fəaliyyət göstərməsi üçün lazım olan tədbirləri görməli və Birliyin Baş Şurasını təyin etməlidir.

4. Hər konqres özündən sonrakı konqresin çağırılması vaxtını və yerini təyin edir. Nümayəndələr xüsusi dəvətnamə gözləmədən, təyin olunmuş vaxtda təyin olunmuş yerə yığışırlar. Lazım gəldikdə Baş Şura konqresin çağırılması yerini dəyişdirə bilər, lakin onun çağırılması vaxtını təxirə sala bilməz. Konqres hər il Baş Şuranın olacağı yeri müəyyən edir və onun üzvlərini seçir. Bu qayda ilə seçilən Baş Şuranın öz tərkibini yeni üzvlərlə tamamlamaq hüququ vardır.

Ümumi konqres öz illik iclaslarında, Baş Şuranın birillik fəaliyyəti haqqında açıq hesabatını dinləyir. Çox zəruri hallarda Baş Şura ümumi konqresi müəyyən edilmiş illik vaxtdan əvvəl çağıra bilər.

5. Baş Şuranın tərkibinə Beynəlxalq Birlikdə təmsil edilən müxtəlif ölkələrin fəhlələri daxil olurlar. Baş Şura işləri aparmaq üçün öz içərisindən vəzifəli şəxslər, yəni xəzinədar, baş katib, müxtəlif ölkələr üçün müxbir-katiblər, və i.a. seçir.

6. Baş Şura Birliyin müxtəlif milli və yerli qrupları arasında əlaqə yaradan beynəlxalq orqan olub, çalışır ki, bir ölkənin fəhlələri öz sinfinin bütün başqa ölkələrdəki hərəkatından həmişə xəbərdar olsunlar; Avropanın müxtəlif ölkələrində ictimai şərait eyni zamanda və ümumi rəhbərlik altında yoxlanılsın; bir cəmiyyətdə qaldırılan, lakin ümumi əhəmiyyəti olan məsələlər hamı tərəfindən müzakirə edilsin və dərhal əməli addımlar atmaq lazım gəldikdə, məsələn, beynəlxalq münaqişələr baş verdikdə, Birliyə daxil olan cəmiyyətlər eyni zamanda və birgə hərəkət etsinlər. Bütün lazımi hallarda Baş Şura müxtəlif milli və ya yerli cəmiyyətlərə təkliflər vermək təşəbbüsünü öz üzərinə götürür. Əlaqəni asanlaşdırmaq üçün Baş Şura vaxtaşırı hesabatlar nəşr edir.

7. Hər ölkədə fəhlə hərəkatının müvəffəqiyyəti ancaq birlik qüvvəsi və təşkilatla təmin edilə biləcəyindən, digər tərəfdən isə, beynəlxalq Baş Şuranın faydalı olması xeyli dərəcədə onun az miqdar fəhlə birlikləri milli mərkəzləri ilə, yoxsa çoxlu xırda və dağınıq yerli cəmiyyətlərlə əlaqə saxlayacağından asılı olduğuna görə Beynəlxalq Birliyin üzvləri hər kəs öz ölkəsində var qüvvə ilə çalışmalıdır ki, dağınıq fəhlə cəmiyyətləri milli mərkəzi orqanlar tərəfindən təmsil olunan milli təşkilatlar halında birləşdirilsin. Lakin özlüyündə aydındır ki, nizamnamənin bu maddəsinin tətbiqi hər ölkənin öz qanunlarından asılıdır və qanunlardan irəli gələn maneələrdən asılı olmayaraq müstəqil yerli cəmiyyətə Baş Şura ilə bilavasitə əlaqəyə girmək qadağan olunmur (1872-ci il Haaqa konqresinin qzrarı ilə 7-ci maddədən sonra 7a maddəsi daxil edilmişdir. Red).

8. Baş Şura ilə əlaqə saxlamaq üçün hər bölmənin öz xüsusi katibini təyin etmək hüququ vardır.

9. Beynəlxalq Fəhlə Birliyinin prinsiplərini qəbul və müdafiə edən hər kəs onun üzvü ola bilər. Hər bölmə qəbul etdiyi üzvlərin qüsursuz olması üçün məsuldur.

10. Beynəlxalq Birliyin bir ölkədən başqa ölkəyə yaşamağa köçüb gedən hər bir üzvünə Birlikdə təşkil olunmuş fəhlələr tərəfindən qardaşlıq yardımı göstərilməlidir.

11. Beyiəlxalq Birliyə daxil olan fəhlə cəmiyyətləri sarsılmaz mehriban əməkdaşlıq ittifaqında birləşməklə bərabər, eyni zamanda özlərinin mövcud təşkilatlarını toxunulmaz halda saxlayırlar.

12. Bu Nizamnamə hər bir konqresdə nəzərdən keçirilib dəyişdirilə bilər–bir şərtlə ki, iştirak edən nümayəndələrin 3\2-si buna tərəfdar olsun.

13. Bu Nizamnamədə nəzərdə tutulmayan nə varsa hamısı, hər konqresdə nəzərdən keçirilməli olan xüsusi Reqlamentdə əlavə olunacaqdır (Bax: K.Marks və F.Engels. Əsərləri, 2-ci nəşri, 17-ci cild, səh. 448–460 Red).

256, Hay Holborn, London, Uestern

Ayrıca katabça şəklində ingilis və fransız dillərində 1871-ci ilin noyabr–dekabrında, alman dilində isə 1872-ci ilin fevralında çap edilmişdir.


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə