A bitərəf qaldı b romanın mövqeyini müdafiə edirdi. C



Yüklə 30,64 Kb.
tarix11.03.2018
ölçüsü30,64 Kb.
#31156

AZƏRBAYCAN TARİXİ VI SİNİF

KSQ A VARİANTI

1. E.ə. I əsrin ortalarında Roma- Parfiya döyüşlərində Atropatenanın mövqeyi:

A) Bitərəf qaldı

B) Romanın mövqeyini müdafiə edirdi.

C) Fürsətdən istifadə edib yeni torpaqlar

işğal etmək istəyirdi.



D) Parfiyanın mövqeyini müdafiə edirdi.
2. E.ə. II əsrdə Azərbaycanın cənubunda mövcud olmuş dövlət:

A) Manna B) Albaniya

C) Urartu D) Atropatena
3. Eramızın 20-ci ilində Atropatena hansı sülalənin hakimiyyəti altına düşdü?

A) Arkaşilərin B) Yunanların

C) Selevkilərin D) Midiyalıların
4. Atropatena Arşakilər sülaləsinin tərkibində qaldı:

A) Parfiya dövlətinin süqutuna qədər

B) sasani işğalları başa çatana qədər

C) ərəb işğallarının birinci mərhələsinə qədər

D) Arşakilərin Roma tərəfindən məğlub edilməsinə qədər
5. Keriftoda aşkar edilmiş möhtəşəm abidə sübut edir:

A) Atropatena əhalisinin atəşpərəst olduğunu

B) Atropatenalıların yunan yazı və əsatirləri ilə tanışlığını

C) Albaniyada əhalinin çoxallahlılığa etiqad etdiyini

D) Atropatenanın Assurlarla dostluq münasibətlərini

6. Atəşpərəstlikdə müqəddəs sayılırdı:

A) od, su, hava

B) torpaq, su, günəş

C) od, torpaq, su

D) məbəd, su, hava
7. Atropatenada əhali sitayiş edirdi:

A) İslam dininə

B) Zərdüşt dininə

C) Buddaya

D) Maniliyə
8. Atropatenada yaşamış türk dilli tayfalar:

1. Kaspilər

2. Mataylar

3. Albanlar

4. Utilər
9. Xronoloji ardıcıllığı müəyyən edin:

1. Qavqamel döyüşü

2. Maqneziya döyüşü

3. Atropatenanın Arşakilər sülaləsinin hakimiyyyəti altına düşməsi
10. Uyğunluğu müəyyən edin:

1. Avestanın ilkin variantını yandırmışdı.

2. Avropanı “Avesta” ilə ilk dəfə tanış etmişdi

a. fransız alimi Düperron

b. Makedoniyalı İskəndər

c. İngilis arxeolodu Liki

d. Roma sərkərdəsi Pompey


Azərbaycan tarixi VI sinif KSQ

1. E. ə 331-ci ildə:

A) Əhməni imperiyasına son qoyuldu.

B) Manna dövləti süqut etdi.

C) Midiya dövləti süqut etdi.

D) Qavqamel vuruşması baş verdi.
2. Parfiya və Atropatena dövlətlərini bir-birinə yaxınlaşdırdı:

A) Romaya qarşı mübarizə

B) aralarında bağlanmış sülh müqaviləsi

C) Aşşura qarşı mübarizə

D) hər iki dövlətin eyni sülalə tərəfindən idarə olunması
3. Daha əvvəl olmuşdur:

A) Maqneziya döyüşü

B) Əhəmənilərin süqutu

C) Qavqamel döyüşü

D) Kür sahilində döyüş
4. Atropatena yarandı:

A) Azərbaycanın şimal-şərqində

B) Kür-Araz ovalığında

C) İran yaylasında

D) Azərbaycanın cənubunda
5. E.ə. III əsrə aiddir:

A) Atropatena dövlətinin yaranması

B) Midiyada Bariaksun üsyanı

C) Selevkilərin Atropatenaya yürüşü

D) Maqneziya döyüşü
6. Atropatena müstəqil dövlətə çevrildi:

A) e.ə. 323-cü ildə B) e.ə. 331-ci ildə

C) e.ə. 330-cu ildə D) e.ə. 321-ci ildə
7. Atropatena dövləti, əsasən, əhatə edirdi:

A) Cənubi Azərbaycanı və Azərbaycan Respublikasının bəzi cənub rayonlarını

B) Urmiya gölündən şimaldakı ərazini

C) Kür və Araz çayları arasındakı ərazini

D) Şimali Azərbaycanı və Dağıstanın əsas hissəsini
8. Atropatena dövlətinə aiddir:

1. Ən böyük düzənlik ərazisi Urmiya gölündən cənubda idi

2. Azərbaycanın şimalında yerləşirdi.

3. Ölkənin şimal hissəsində Qaradağ sililəsi yerləşirdi.

4. Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı.

5. Sərhədləri Hindistana qədər uzanırdı.
9. Atropatena dövlətinə aid xronoloji ardıcıllığı müəyyən edin:

1. Antoninin hücumuna məruz qalması

2. Selevkilərdən asılı düşməsi

3. Parfiyanın hakimiyyəti altına düşməsi
10. Atropatenada yaşayan tayfalara aiddir:

1. Müq

2. Kaspi

3. Kadusi

4. Massaget

5. Uti


Yüklə 30,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə