A. M. Qurbanov amea-nın müxbir üzvü



Yüklə 2,78 Mb.
Pdf görüntüsü
səhifə1/149
tarix06.05.2018
ölçüsü2,78 Mb.
#42890
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   149



 

1

                              



 

 

 



 

 

 



 

 

 



                               

 

 



Ali məktəblər üçün dərs vəsaiti 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

              «Елм вя тящсил» 

 

 

 



 

             Бакы – 2013 

Nizami Xudiyev

II cild 


SEÇİLMİŞ 

ƏSƏRLƏRİ 

AZƏRBAYCAN ƏDƏBİ DİLİ 

LÜĞƏT TƏRKİBİNİN İNKİŞAFI 

 

 (SOVET DÖVRÜ) 




 

2

Elmi redaktoru:  



Q. Ş. Kazımov 

filologiya elmləri doktoru, professor 

 

Rəyçilər:  



 

A.M.Qurbanov 

AMEA-nın müxbir  üzvü, 

filologiya elmləri doktoru,  professor,  

 

T.İ.Hacıyev 



AMEA-nın müxbir  üzvü, 

filologiya elmləri doktoru, professor 

 

 

Xudiyev N. M. 



X-90 Azərbaycan ədəbi dili lüğət tərkibinin inkişafı (sovet 

dövrü). Dərs vəsaiti. Bakı, «Elm və təhsil», 2013, 480 səh. 

 

Dərs vəsaitində sovet dövrü Azərbaycan ədəbi dili 



lüğət tərkibinin tədqiqi məsələləri işıqlandırılır. Əsərdə 

terminologiya, orfoqrafiya, orfoepiya məsələləri şərh edil-

məklə yanaşı, lüğət tərkibinin inkişafı, konkret dil materialı 

əsasında hər bir dövrün səciyyəvi əlamətləri üzrə nəzərdən 

keçirilir, habelə lüğət tərkibinin zənginləşmə yolları 

haqqında ilk dəfə ətraflı məlumat verilir. Kitabda tərcümə 

ədəbiyyatının dili, Cənubi Azərbaycan ədəbi dili lüğət 

tərkibinin  ümumi mənzərəsi barədə də ilkin  araşdırmalarla 

tanış olmaq mümkündür. 

 

2013



098

4602000000

N

 грифли няшр



 

                       © 

«Elm və təhsil», 2013

 



GİRİŞ 

 

Azərbaycan ədəbi dilinin tarixi qədimdir; bu tarixin 



müxtəlif dövrlərinin sistemli şəkildə araşdırılması Azər-

baycan filoloji fikrini həmişə məşğul etmiş və etməkdədir. 

Ədəbi dilin tarixi eyni zamanda onu daşıyan xalqın təfək-

kürünün, mənəviyyatının tarixidir, ona görə də ədəbi dilin 

təkamül mənzərəsini elmi əsaslarla canlandırmaq olduqca 

çətin, lakin şərəfli bir işdir. 

Hər hansı xalq o zaman öz tarixinin sahibidir ki, onu 

yaxşı bilmiş olsun; dilin tarixi də ümumi tarixin tərkib 

hissəsi kimi geniş araşdırmalar aparmağı tələb edir. 

Əlbəttə, Azərbaycan ədəbi dilinin tarixi ilə bağlı araşdır-

malar vardır, lakin ölkəmizin ictimai-mədəni həyatında baş 

verən yüksəlişlə, yenidənqurma və onun tələbləri ilə əlaqə-

dar bu sahədə işi yeni vüsətlə davam etdirmək lazımdır. 

Azərbaycan ədəbi dilinin tarixi üç dövrə bölünür: 

I. Azərbaycan ədəbi dilinin ümumxalq dili əsasında 

formalaşması və inkişafı dövrü (VII-VIII əsrlərdən XIX 

əsrin 20-ci illərinə qədər). 

II. Azərbaycan ədəbi dilinin milli dil əsasında sabit-

ləşməsi dövrü (XIX əsrin 20-ci illərindən XX əsrin 20-ci 

ilinə qədər). 

III. Azərbaycan ədəbi dilinin sosialist milli dili 

əsasında normalaşması dövrü – sovet dövrü (XX əsrin 20-

ci ilindən müasir dövrümüzə qədər)

1



Məlum olduğu kimi, Azərbaycan ədəbi dilinin tarixi 

                                                           

1

 Azərbaycan ədəbi dili tarixinin dövrləşdirilməsi ilə bağlı müxtəlif fikirlər 



vardır. Prof. Ə. Dəmirçizadə və prof. T. Hacıyevin bölgüləri daha geniş 

yayılmışdır. Ə. Dəmirçizadə dilxarici, T. Hacıyev dildaxili amillərə daha çox 

üstünlük vermişdir. Yuxarıda I dövr müstəsna olmaqla, Ə. Dəmirçizadənin 

bölgüsünə əsaslanmışıq. Bax: Ə. Dəmirçizadə. Azərbaycan ədəbi dili tarixi, 

B., Maarif, 1979, səh. 100. 



 

4

«Kitabi-Dədə Qorqud»dan başlayır. «Kitabi-Dədə 



Qorqud»un dili isə təxminən V-IX əsrlərin dili hesab 

olunur (yaxud abidənin əsas dil-üslub potensialı qeyd 

edilən dövrə aiddir), başqa sözlə, V-IX əsrlərdən etibarən 

Azərbaycan dili ədəbi səviyyədə işlək olmuşdur. Bu dövrdə 

ədəbi dilimizin yazılı abidələri, şübhəsiz, yaranmışdı, lakin 

hələlik onların heç bir nümunəsi bizə məlum deyil. 

Görünür, VII, VIII, hətta IX əsrləri əhatə edən ərəb işğalına 

qarşı mübarizə dövründə yazılı mənbələr ya məhv edilmiş, 

ya da Azərbaycandan kənarlara aparılaraq itib-batmışdır. 

Onu da qeyd edək ki, tədqiqatçılar bu cür mənbələrin tapı-

lacağı barədə nikbin fikirdədirlər. Ola bilməz ki, «Kitabi-

Dədə Qorqud» kimi nəhəng bir abidəni yaradan xalq V-IX 

əsrlərdən XIII əsrə qədər sussun…

1

 



XI-XII əsrlər müsəlman intibahı dövründə Azər-

baycan xalqının oynadığı rol məlumdur, lakin bu dövrdən 

heç bir mənbənin qalmaması, fars, eləcə də ərəb dilində 

yazıların çoxluğu diqqəti cəlb edir. Necə olur ki, Azərbay-

can xalqı müsəlman intibahında yüksək elmi, eləcə də 

ədəbi-bədii istedadı ilə iştirak edir, lakin bunlar Azərbaycan 

dilində öz izlərini saxlamır? Dildən kənarda ədəbi-normativ 

təfəkkür yoxdursa, deməli, istedad da yox-dur; azərbaycanlı 

isə müsəlman intibahında məhz azərbaycanlı təfəkkürü (və 

dili) ilə iştirak etməli idi – bu baxımdan da XI-XII əsrlərə 

aid Azərbaycan dili mənbələrinin mövcud olmaması sirdir. 

XIII-XVI əsrlərdə ədəbi dilin klassik nümunələri 

yaranır: tədrici inkişaf ədəbi-bədii dili Həsənoğlu səviy-

yəsindən Füzuli səviyyəsinə yüksəldir. XVI əsrin sonu

XVII əsrin əvvəllərindən etibarən ədəbi dil demokratik 

                                                           

1

 

Бах:  В.Гукасян, В.Асланов. Исследования по истории азербай-



джанского языка дописьменного периода, Баку, изд. «Элм», 1985. 

Й.Йусифов, С.Кяримов. Топонимиканын ясаслары. Бакы, «Маариф», 1987. 




Yüklə 2,78 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə