A. Pifaqorçu kainat modeli. Filolay Kroton`lu Filolay/Philolaos



Yüklə 55,38 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü55,38 Kb.
#12378


A.   Pifaqorçu kainat modeli. Filolay 

Kroton`lu Filolay/Philolaos(t.“-470” 

– 

t.“-390”) 



Pifaqorçuların 

kainatın 

quruluşuna  aid  görüşləri  haqqında  məlumat  vermişdi  (deyilənə  görə,  Pifaqorçu 

görüşlər  haqqında  yazmağa  ixtiyar  verilən  ilk  Pifaqorçu  Filolaos  imiş).  Onun 

“Təbiət  haqqında”  əsərindən  kiçik  fraqmentlər  qalıb.  Yer,  Ay,  Günəş,  bütün 

planetlər və ulduzlar bir Mərkəzi Od, kosmosun canı, ürəyi (Hestia) ətrafında dövr 

edirlər. Üstəlik, bu, Əks-Yerə də aiddir (Əks-Yer Kosmosun əks tərəfində olduğu 

üçün  görünmür).  Günəş  şəffaf  kürədir,  Mərkəzi  Oddan  düşən  işığı  və  istiliyi  əks 

etdirir,  əks  olunmuş  işıq  və  istilik  Yerə  də  düşür.  Yerin  yaşayış  olmayan  tərəfi 

mərkəzi  oda  tərəf  baxdığı  üçün  insanlar  mərkəzi  odu  görmürlər.  Yəni  yaşayış 

Yer`in  bir  tərəfindədir  və  biz  ancaq  onu  görürük  (Yerdən  Ayın  ancaq  bir  tərəfi 

göründüyü  kimi).  Pifaqorçuların  Əks-Yer  anlayışını  daxil  etmələrini  Aristotel 

onların, mümkündür ki, səma cisimləri çevrələrinin sayını ona bərabər etmək cəhdi 

(5  məlum  planet,  Günəş,  Ay,  Yer,  sabit  ulduzlar  kürəsi  və  Əks-Yer)  kimi  şərh 

edirdi (“Metafizika”). Əks-Yer Mərkəzi Odun (Yerdən) əks tərəfində olduğu üçün 

o, Yerdən görünmür. Yer Mərkəzi Od ətrafında bir gün ərzində tam dövr edir, gecə 

və gündüz bu səbəbdən baş verir. 

 

Yuxarıda: gecə. Aşağıda : gündüz   



Bu  ədəd  oyunu  və  ya  mistikası  Pifaqorçuları,  belə  görünür  ki,  Yerin  mərkəz 

olmadığı  kainat  sisteminə  meylləndirmişdi  (və  ya  meylləndirən  səbəblərdən  biri 




olmuşdu).  Yəni  Yer  də  gəzəyəndir  (planetdir)  və  Kainatın  mərkəzi  deyil!  Yerin 

kürə  şəklində  olmasını deyən  ilk  yunanın  Pifaqor olduğu  da  şübhəlidir.  Yerin  öz 

oxu ətrafında fırlanması ideyasını qədim müəlliflər Pifaqorçulardan gah Sirakuzlu 

Hicetas`a (“-4”-cü əsr), gah Sirakuzlu Ecphantus`a (“-4”-cü əsr), gah da Filolay`a 

aid  edirlər.  Filolay  musiqi  nəzəriyyəsi  ilə  də  məşğul  olmuşdu  (O,  harmoniyanı 

sanki oktava ilə eyniləşdirirdi). 

B. Elea metafizika və məntiq məktəbi 

Elealı (İtaliyanın cənubu) Parmenides (“-6”-cə əsrin 2-ci yarısı, “-5”-ci əsrin 1-ci 

yarısı)  deyilənə  görə  Ksenofones`in  tələbəsi  olub.  Parmenidesin  fraqmentləri 

qalmış (təqribən 160 misra) olan yazısı (“Təbiət haqqında”) fəlsəfi şeir şəklindədir 

; Parmenides onun ilahi bir vəhy olaraq əmələ gəldiyini iddia edir (Simplikios). Bir 

gənc  (Parmenides!)  iki  “çox  ağıllı  at”  qoşulmuş  ikitəkərli  arabada  (karetada) 

Günəşin qızlarının  müşayiəti ilə  “qaranlıqdan  işığa”  doğru  fantastık  səyahət  edir. 

O, bir ilahənin (şərhçilər onun ədalət ilahəsi Dike ola biləcəyini deyirlər) məbədinə 

gəlib  çatır.  İlahə  onu  yaxşı  qəbul  edir  və  nəsihət  verməyə  başlayır  (“məni 

mehribanlıqla  qəbul  etdi,  sağ  əlimdən  tutdu  və  danışdı”).  Bu  andan  başlayaraq 

poema  ilahənin  dili  ilə  (sona  qədər)  davam  edir.  İlahə  gəncə  iki  yol  olduğunu 

deyir:  “həqiqət/haqq  yolu”  və  “rəy  yolu”.  Həm  müəyyən  olan  həqiqəti,  həm  də 

qeyri-müəyyən  olan  insan  rəylərini  bilmək  lazımdır.    Hisslər  aldadıcıdır,  idraka 

əsaslanmaq zəruridir, ağıl ilə duyğu, doğru ilə zənn olunan arasında ciddi fərqlər 

var;  həqiqət  soyuqqanlıdır,  insanların  rəyi  isə  etibarlı  deyil  (Parmenides  bu 

məsələdə  Heraklitos`la  həmfikir  olmuş  və  daha  irəli  getmişdir;  digər  məsələlərdə 

isə əsasən Heraklites`dən tam ayrılır, onun tam əksinə gedir). 

“Düşünülməsi  mümkün  olan  varolması  mümkün  olanla  eyni  şeydir”,  yəni  varlıq 

var  olduğuna  görə  düşüncənin  mövzusudur,  düşüncə  ilə  dərk  edilir.  Parmenides 

“boşluq”  anlayışını  “heç  nə”  ilə  eyni  sayır.  Buna  görə  varolmayan,  yəni  boşluq 

yoxdur  (atomizmdə  isə  əksinə,  hər  şey  boşluq  və  atomlardan  ibarətdir).Və  ya 

varlıqdan başqa heç nə yoxdur, varlıq hər yerdədir. Düşüncə də varlıqdır, çünki heç 

nə  haqqında  düşünmək  mümkün  deyil.  Düşünmə  və  varoluş  eyni  şeydir.  Yəni 

düşünülən hər şey var, bir ad çəkirsinizsə, bu nəyinsə, kiminsə adıdır və o şey və 

ya  o  kimsə  var,  həmişə  var  olub,  indi  var  və  var  olacaq,  dəyişmir.  Sözün  altında 

daim var olan, dəyişməyən  obyekt durur. 




Təhlil  edək:  uçan  əjdaha  varmı?!.Parmenides`dən  soruşsaq  o,  yəqin  ki,  “uşan 

əjdaha  olub,  var  və  olacaq-əgər  biz  bu  sözü  işlədiriksə...”  deyərdi.  Əslində  isə 

həqiqət  belədir:  bəzi  insanlar  rəvayət  edirlər  ki,  uçan  əjdaha  olub;  bu  rəvayətdir, 

rəvayət  uydurma  deyil,  amma  uçan  əjdahanı  heç  kim  görməyib.  “Amma  qartalın 

iki qanadı var” fikri rəvayət, söz, fikir kimi deyil, doğrusu qartala baxmaqla sübut 

oluna bilir (uçan əjdahadan fərqli olaraq). Tam desək: uçan əjdaha sözü var və ya 

var olan uçan  əjdaha sözüdür. Eynilə M.F. Axundov haqqında xatirələr ola bilər, 

lakin  onun  adı  həmin  adamın  özü  deyil.  Keçmişdəki  insanla  (obyektlə)  onun 

haqqında söz, fikir, xatirə eyni şey deyillər. Olmayan şey haqqında da düşünmək 

mümkündür. 

Varlığın keçmiş və gələcəyi yoxdur (dəyişməzdir, keçmiş tək keçmiş deyil, indidir, 

gələcəkdir),  varlıq  təmiz  indidir  (zaman  fəlsəfəsi!),  vahiddir,  hərəkətsizdir, 

dəyişməz  və  tükənməzdir,  kürə`yə  bənzəyir  (yəni  bu  vahid  olan  maddidir,  Tanrı 

deyil?!).  Varlıq  yaranmayıb,  yaransa  varolmayandan  yaranmalı  idi.  Var  olan  tək 

şeydir,  bunu  arxenin  –təşkiledici  təməl  ünsürün  bir  olması  kimi  də  şərh  etmək 

mümkündür. Parmenides monistdir. 

Parmenides hərəkət və dəyişmə məsələsində Heraklitos`un tam əksini  - hərəkətin 

və  hər  hansı  şəkildə  dəyişmənin  mövcud  olmadığını  irəli  sürmüşdür.  Boşluq 

olmadığı üçün hərəkət ola bilməz. Parmenides`ə görə hərəkət və dəyişmə hisslərin 

aldatmasıdır,  illuziyadır;  hər  hansı  dəyişməni  nə  yaratmaq,  nə  yox  etmək 

mümkündür. Parmenides anti-dialektikdir. Kainat hər zaman var olub, dəyişməz və 

əbədidir  (bu  məsələdə  o,  kainatın  zaman  içində  yarandığı  və  əbədi  olmadığını  

deyən  bütün  digər  ilk  çağ  yunan  filosoflarından  fərqlənir).  Ümumiyyətlə,  varlıq 

əbədidir, yaranma və dağılma illuziyalardır.  

Parmenides`də  3-cünün  istisna  olunması  prinsipinə/qanununa  (yəni  A  təklifi  və 

qeyri-A  təklifindən  biri  doğrudur;  məsələn,  “masanın  üstündə  kitab  var”  və 

“masanın  üstündə  kitab  yoxdur”  –ikisindən  biri  doğrudur,  3-cü  hal  yoxdur)  rast 

gəlinir  (ilk  dəfə?!).  Aristotel  “Metafizika”sında  bunu  açıq  dürüst  şəkildə  ifadə 

etmişdir.  Parmenides  “hər  yerə  varan”  efirin  adını  çəkir  (bu  anlayışı  Aristotel 

məşhurlaşdıracaqdı).  Parmenides  Platona  təsir  etmiş  filosoflardandır,  “Sofist” 

dialoqunda  “bizim  atamız  Parmenides”  deyilir.  “Mən  onunla  çox  gənc  yaşımda 

tanış  olmuşdum,  o  isə  çox  qoca  idi  və  mənə  qeyri-adi  dərinliyə  malik  olan  şəxs 

kimi göründü” (Platon. Teetetus, 183e; Фрагменты, часть 1. «Наука», М., 1989; 



стр.  275).  Pluralistlərdən  Empedokles  və  Anaksaqoras,  həmçinin  atomistlərin 

nəzəriyyələri, 

müəyyən 

dərəcədə, 

Parmenides`ə 

etiraz 


sayıla 

bilər. 


“Parmenid...məntiqə əsaslanan metafizikanı kəşf edib” (B. Russell). Parmenides`i 

metafizikanın  atası  (və  ya  babası)  saymaq  mümkündür.  Metafizika  da  riyaziyyat 

kimi ağlın gimnastikasıdır (və ya dəlidən doğru xəbərdir?!). Metafizikada tam və 

qəti təkzib etmək, demək olar ki, mümkün olmur. 

Parmenidesin  tələbəsi  Elea`lı  Zenon  (Zeno;  “-5”-ci  əsrin  birinci  yarısı?) 

görüntünün,  hisslərin  aldadıcı  olduğunu  nümayiş  etdirmək  məqsədi  güdən 

paradoksları (aporie`ləri/çətinlikləri) ilə məşhurdur. Zenon`un bəzi paradoksları, o 

cümlədən  Axilles/Axilleus    və  tısbağa  hərəkətin  mövcudluğunu  inkar  etməyə 

yönəlmişdir.Ən  iti  qaçan  yunanlı  Axilles  çox  yavaş  yeriyən  tısbağa  ilə  yarışda-

qaçışda  tısbağanın  bir  qədər  öndə  qaçışa  başlamasını  qəbul  etsə,  uduzacaq,  heç 

vaxt tısbağaya çata bilməyəcək. 

A -------------------------------------------------T-----T′---T″--T″′---- 

Axilles  A,  Tısbağa  T  nöqtəsində  qaçışa  başlasalar,  Axilles  T  nöqtəsinə  çatanda, 

tısbağa bir T′ nöqtəsində-Axillesdən öndə olacaq. Axilles sürətlə qaçmaqda davam 

edib T″nöqtəsinə çatanda tısbağa müəyyən məsafə qət edib (nə qədər yavaş getsə 

də)  bir  T″′  nöqtəsinə  çatacaq,  yəni  yenə  də  Axilles`dən  öndə  olacaq.  Bənzər 

əhvalat  T″′  nöqtəsində  baş  verəcək...Beləliklə,  cəldqaçan/itiayaq  Axilles  heç vaxt 

astagedən/astagəl  tısbağaya  çatmayacaq.Dixotomiya  paradoksu  da  bənzər  ideya 

üzərində qurulub. Hərəkət edib müəyyən nöqtəyə varmaq istəyən obyekt mənzilə 

çatmazdan  əvvəl  həmin  məsafənin  yarısını  qət  etməlidir,  yarıya  çatmazdan  əvvəl 

onun  yarısını,  yəni  beütün  məsafənin  1/4-nü  qət  etməlidir,  sonra  uyğun  olaraq 

məsafənin  1/8-ni      qət  etməlidir  və  s.  Beləliklə  sonlu  zamanda  tam  məsafəni  qət 

etmək  istəyən  sonsuz  sayda  kiçik  məsafələr  qət  etməlidir.  Hər  iki  paradokssonlu 

zaman  və  məkanın  sonsuz  alt  hissələrə  bölünə  bilməsi  halında  hərəkətin  

mümkünsüzlüyünü deməyə çalışır. 

Bu paradokslar sonlu ədədin və ya sonlu məsafənin sonsuz kiçik cəm və ya sonsuz 

kiçik  məsafələrin  cəmi  kimi  göstərilə  bilməsi  (“yığılan  sonsuz  sıra”)  kimi  riyazi 

fakta  bağlıdır  (məsələn,  2  =  1  +  1/2  +  1/4  +  1/8  +  1/16  +...).  Aristotel  Zenon`u 

dialektikanın  banisi  sayır.  Zenon`un  işlətdiyi  əksini  fərz  etməklə 



(mənasızlığa/absurda gətirməklə) isbat üsulu çağdaş məntiq və riyaziyyatda ən çox 

tətbiq olunan üsullardan biridir. 

Zenon`un  yazdığı  dialoqları  dialoq  şəkilli  fəlsəfi  yazının  ilk  nümunələrindən  biri 

(birincisi?) sayırlar. 

C. Empedokles 

Siciliyalı Empedokles(?”-490”-?”-430) filosof, həmçinin fizik, şair və həkim olub. 

Əsərlərini şeirlə yazıb. İlk dəfə məhz Empedokles ondan əvvəlki filosof-fiziklərin 

tək bir  kök/arxe-təməl  ünsür  əvəzinə  çoxünsürlü, çoxsaylı  arxe  fikrini irəli sürdü, 

dörd  təməl  ünsürü  –  su,  torpaq,  hava  və  odu  “hər  şeyin  kökü”  saydı  (Aristotel). 

Beləliklə,  Empedokles  Falesin  suyu,  Anaksimenin  havası,  Herakleitosun  oduna 

torpağı  əlavə  etməklə  dörd  təməl  ünsürü  meydana  çıxardı.  Empedokles`in 

maddələr, fiziki-kimyəvi elementlər nəzəriyyəsi və onun özü tərəfindən bənzətməli 

izahı  çox  maraqlıdır:  rəssam  çeşidli  boyaları  alır,  onları  uyğun  nisbətlərdə 

qarışdırıb  “bu  boyalarla...hər  şeyin,  misal  üçün  ağacların,  kişilərin,  qadınların, 

quşların,  balıqların,  hətta  uzunömürlü  tanrıların  rəsmlərini  çəkirsə,  eyni  şəkildə 

təbiət  də  dörd  ünsürü  götürüb  onların  hər  birindən  fərqli  miqdarda  və  fərqli 

nisbətlərdə  qarışdırıb  mövcud  olan  hər  şeyi  meydana  gətirir”.  Hər  şey  –insanlar, 

heyvanlar  və  bitkilər,  allahlar  –  bu  dörd  kökdən  çıxmışlar.  “Artıq  Pifaqorun 

şəxsində rastlaşdığımız filosof, peyğəmbər, elm adamı və şarlatan öz olduqca tam 

ifadəsini/təcəssümünü Empedokles`də tapmışdır” (B. Russell, səh. 66). 

Əbədi var olan bu köklər daimi birləşmədə və ayrılmadadırlar; birləşməni - Sevgi 

qüvvəsi, ayrılmanı isə İxtilaf/Dəfetmə/Nifrət/Kin (Strife) qüvvəsi həyata keçirir. 

Çağdaş  fizikada  qüvvələr  müxtəlif  cür  adlandırılsalar  da,  makro  (uzaqdan  təsirə 

malik)  səviyyədə  əsas  iki  qüvvə  növü  var:  qravitasiya  (cazibə/Sevgi!)  və  elektrik 

(burada  da  müəəyən  dəfetmə  mövcuddur).  Çox  kiçik  radiuslarda,  nüvə 

hadisələrində  isə  daha  iki  qüvvə  növü  mövcuddur:  nüvə/güclü  qüvvə  və  zəif 

qüvvə. 

Əvvəl  tək  qüvvə-Sevgi  hakim  olub,  Sonra  Nifrət  (İxtilaf,  Kin)  meydana  gəlib. 



Sevginin  gücü  çox  artanda  İxtilaf  meydana  girir  və  tərsinə....(Xeyir  və  Şərin 

mübarizəsi!). Ağır ünsürlər-torpaq və su mərkəzə yığılıb, yüngül ünsürlər –hava və 

od/alov  isə  ətrafa  dağılıb.  Nəticədə  dörd  ünsür  bir  nizam,  düzülüş,  kürələr 



ardıcıllığı  əmələ  gətiriblər:  torpaq,  onun  ətrafında  (və  ona  bitişik)  su,  daha  sonra 

hava və od/atəş. Aristotel bunu qismən qəbul etdi, o, Ayaltı aləmin bu cür, Ayüstü 

aləmin isə çox fərqli bir maddədən-efirdən (aiferos”) təşkil olunduğunu irəli sürdü 

(bir  addım  geri!?).  Empedokles`in  gecə  və  gündüzün  bir-birini  əvəz  etməsi 

məsələsinə  də  izahı  vardı:  Yerin  ətrafında  bir  yarım  kürəsi  oddan,  digər 

yarımkürəsi bir az od qarışığı olan havadan ibarət kürə dövr edir, gündüz 1-ci, gecə 

2-ci  yarımkürəni  görürük.  Kainat  sürətlə  dövr  etdiyi  üçün  onun  mərkəzində 

dayanan  Yer  düşmür  və  hərəkətsiz  qalır  (ipin  ucundakı  su  dolu  qabı  sürətlə 

fırladıqda su tökülmür – mərkəzdənqaçma qüvvəsi!). Kainat (kosmos) yumurtavari 

şəkildədir.  Ay  Yerin  göy  qübbəsindən  olan  məsafəsinin  üçdə  birində  yerləşib. 

Kainatdakı  dəyişmələr  təsadüf  və  zəruriyyətdən  doğur  (məqsədyönlü  deyil;  “bu 

mənada  onun  fəlsəfəsi  Parmenid,  Platon  və  Aristotelin  fəlsəfələrindən  daha 

elmidir”. B. Russell, səh. 70). 

Empedokles`in digər bir prinsipi isə bənzər olanların birləşməsidir. Məsələn, İxtilaf 

tərəfindən  digər  ünsürlərdən  ayrılan  suyun  (torpağın)  parçaları  təbii  yolla  öz 

aralarında birləşirlər (bu, Sevgi deyil, Sevgi fərqli olanları birləşdirir). Bir şeyin öz 

bənzəri ilə təması insanda həzz hissi, bənzər olmayanla təması isə acı hiss yaradır. 

“Hər şey düşünür, həzz duyur və acı çəkir”. Dünya/Kosmos bir-birinə əks qüvvələr 

arasında    müvazinət/dəngə  vəziyyətindədir,  “dünyanı  idarəedən  iki  qüvvə”əbədi 

var  olacaqlar.  Empedokles  sadə  təcrübə  ilə  havanın  yer  tutduğunu,  onun  da  bir 

cisim olduğunu göstərmişdi (vedrə kimi qabı üzü aşağı suya  salanda su onun içinə 

həmin  an  dolmur).  İşığın  məkan  üzrə  çox  yüksək,  amma  sonlu  sürətlə  hərəkət 

etdiyi  fikri  də  Empedoklesin  mühüm  ideyalarından  biri  idi.  Empedoklesin  varlıq 

fəlsəfəsi Parmenidis`inkinə yaxındır. Mövcud olan əbədidir, boşluq yoxdur,  əvvəl 

mövcud olmayanın meydana çıxmasını və ya mövcud olanın “yox olabiləcəyini... 

düşünənlər dəlidirlər” (Saxlanma qanunu! Onlardan bizə məlum olan ilki). 

Təşəkkül  və  dəyişmə  var  (Parmenidesdən  fərqli).  Bitkilərin  cinsi  var.  Canlının 

harada  (suda,  quruda,  havada)  yaşaması  onun  vücudunda  hansı  ünsürün  güclü 

olmasından  asılıdır;  bu  səbəbdən  quşlar  havada,  balıqlar  suda,  insanlar  torpaq 

üzərində  yaşayır.  Empedokles  öz  Sevgi-İxtilaf  nəzəriyyəsini  heyvanların  əmələ 

gəlməsi  və  təşəkkülü  məsələsinə  tətbiq  etmiş,  yaşamaq  uğrunda  mübarizə  edə 

bilənlərin,  yəni  yaşaya  bilənlərin  qaldığını  və  digərlərin  (əsasən  çox  qəribə, 

fantastik  olanların)  məhv  olduğunu  iddia  etmişdir  (19-cu  əsrdə  populyarlaşmış 

ideyanın  cücərtiləri!).Təməl  maddə  və  qüvvələrin  təsadüfi  uzlaşması  nəticəsində 




orqanizmlər əmələ gəlmişlər (öncə bitkilər, sonra heyvanlar). O, ruhun köçməsinə 

inanmışdır  (bu  səbəbdən  qurban  kəsməni  pisləmişdir).  Empedokles  gözün  od 

(alov)  və  sudan  əmələ  gəldiyini  deyir  (fənər  və  onun  ətrafını  saran,  onu  qoruyan 

şəffaf  hissə  kimi  göz  bəbəyindəki  alov  onu  saran  şəffaf  sulu  hissənin/zərin 

səthindəki  dəliklərdən  çıxır  və  görür;  alov  hissəsi  aydınlığı,  sulu  hissəsi  qaranlığı 

görür). 


Galen  Empedokles`in  həkim  kimi  adını  hörmətlə  çəkir,  onu  Mağna  Graecia  tibb 

məktəbinin  banisi  sayır,  Hippokrates`in  də  üzvü  olduğu  Kos  tibb  məktəbi  ilə 

rəqabətdə  olduğunu  deyir.  Empedokles  tək  ağız  və  burundan  deyil,  dəridən  də 

nəfəs  alındığını  deyirdi.Nə  qədər  aldadıcı  olsa  da,  təbiəti  hisslərsiz  dərk  etməyin 

mümkünsüzlüyünü  deyir,  hisslərin  verdiyi  biliyin  xüsusi  qiymətləndirilməsini 

həlledici sayırdı. Yazılarında ruhun köçməsi və ət yeməmək kimi Pifaqorçuluq da 

nümayiş  etdirir.  Empedokles  öz  ətrafında  tələbələrinin  qaynaşdığını  qeyd  etməyi 

unutmur,  şeirlərinin  birində  hər  yerdə  minlərlə  insanın  onun  pişvazına  çıxdığını, 

xəstəlikdən  qurtarmaq  və  ya  xilas  yolu  aramaq  üçün  ondan  imdad  dilədiklərini 

deyir.  O,  başqa  yazılarında  da  fövqəl  xilasedici  gücə  malik  olduğunu  irəli  sürür, 

sanki  bir  ilahi  varlıqdır  (B.Russell`in  ona  şarlatan  sifəti  də  əlavə  etməsi  bu  cür 

fövqəlgüc iddiaları ilə  bağlıdır).  Empedokles`in  tələbələri  arasında  sofist  Qorqias 

seçilir. Empedokles digər bir çox yunan filosoflarından fərqli olaraq demokratiya 

tərəfdarı 

olmuş, 

bu 


yolda 

praktik 


fəalliyyət 

də 


göstərmişdir.                                                                                     

Empedokles özündən sonra fikir tarixinə təsir göstərmişdir. 



 

Yüklə 55,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə