A son bir ildə ölkədə inflyasiyanın səviyyəsi 2% təşkil etmişdir



Yüklə 407,55 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix20.09.2018
ölçüsü407,55 Kb.
#70024
  1   2   3   4   5   6   7   8   9   ...   14


MAKROİQTİSADİYYAT 

 

1.  Aşağıdakı göstəricilərdən hansılar makroiqtisadiyyata aiddir?   



 

a)  son bir ildə ölkədə inflyasiyanın səviyyəsi 2% təşkil etmişdir 

b)  keçən tədris ilində ADİU-ya 1500 nəfər tələbə qəbul olunub 

c)  2001-ci ildə AR Dövlət neft şirkəti tərəfindən 8 mln. ton xam neft istehsal olunub  

d)  bu il Bakı şəhərinin Yasamal rayonunda 500 yeni iş yeri açılıb 

e)  rentabellik səviyyəsinin yüksəlməsi 

 

2.  Makroiqtisadi səviyyədə infrastrukturun formaları:  



 

 

a)  istehsal və sosial infrastruktur 

b)  iqtisadi infrastruktur 

c)  sosial infrastruktur 

d)  istehsal infrastrukturu 

e)  yarmarka və əmtəə bazarı 

 

3.  Konkret əmtəə bazarında deyil bütün bazarlarda qiymətin hər bir mümkün səviyyəsində fərdi 



istehsalçılar, müəssisələr və hökumət tərəfindən təklif edilən əmtəə və xidmətlərin məcmuu: 

 

 



 

a)  məcmu tələb 



b)  məcmu təklif  

c)  məcmu tələbat 

d)  məcmu tələb və təklif 

e)  məcmu tələb və tələbat 

 

4.  Milli iqtisadiyyatın iqtisadi modelləri:  



 

a)  liberal milli iqtisadiyyat, dövlət tərəfindən tənzimlənən milli iqtisadiyyat və qarışıq 

iqtisadi modellər 

b)  inzibati-amirlik modeli, liberal və qarışıq model 

c)  ənənəvi və dövlət tənzimlənməsi modeli 

d)  inzibati, qarışıq və ənənəvi model 

e)  heç biri düz deyil 

 

5. Müasir makroiqtisadi modelləşdirmənin marjinal nümayəndəsi kim idi? 



 

a)  U.Cevons 



b)  L.Valras 

c)  C.B.Klark 

d)  V.Pareto 

e)  A.Marşall 

 

6. İqtisadi sistem nəzəriyyəsi kim tərəfindən işlənib?  



 

a)  U.Rostou 



b)  K.Marks 

c)  P.Samuelson 

d)  E.Sluçkim 

e)  A.Marşal 




7. Azərbaycanda neçənci ildən ÜDM və ÜMM hesablanmasına keçilmişdir?  

 

a)  1988 

b)  1987 

c)  1989 

d)  1986 

e)  2000 

 

8. Hər bir ölkənin milli sərhədləri çərçivəsində təşəkkül tapmış iqtisadiyyat:  



 

a)  açıq iqtisadiyyat 



b)  milli iqtisadiyyat 

c)  qapalı iqtisadiyyat 

d)  mezoiqtisadiyyat 

e)  mikroiqtisadiyyat 

 

 

9. Ölkənin illik məhsulunu milli gəlirlə eyniləşdirən klassik siyasi iqtisad məktəbinin 



nümayəndəsi:  

 

a)  A.Smit 



b)  D.Rikardo 

c)  S.Sismondi  

d)  K.Marks 

e)  J.B.Sey 

 

10. Milli iqtisadiyyatın iqtisadi və siyasi müstəqillik səviyyəsinə görə formaları:   



 

a)  asılı və müstəqil milli iqtisadiyyat 

b)  açıq və qapalı milli iqtisadiyyat 

c)  zəif inkişaf etmiş və inkişaf etmiş milli iqtisadiyyat 

d)  sənaye yönümlü və aqrar yönümlü milli iqtisadiyyat 

e)  qapalı və asılı milli iqtisadiyyat  

 

 



11. İqtisadi inkişaf səviyyəsinə görə milli iqtisadiyyat:  

 

a)  asılı və inkişaf etməkdə olan milli iqtisadiyyat 



b)  zəif və yarımasılı inkişaf etməkdə olan milli iqtisadiyyat 

c)  zəif inkişaf etmiş və inkişaf etməkdə olan milli iqtisadiyyat 

d)  asılı və zəif inkişaf etməkdə olan milli iqtisadiyyat 

e)  asılı, inkişaf etməkdə olan milli iqtisadiyyat 

 

 



12. Makroiqtisadi subyektlərin müəyyənləşdirilməsinin əsas kriteriyasi spesifik roldur ki, 

onlardan hər biri iqtisadi fəaliyyətin təşkilində öz rolunu yerinə yetirir. Bu subyektlərə aiddir:  

  

a)  xarici sektor, sahibkarlıq, dövlət və ev təsərrüfatı sektoru 

b)  ev təsərrüfatı, firma və dövlət sektoru  

c)  xarici, dövlət, aksioner və sahibkarlıq sektoru  

d)  xarici, ev təsərrüfatı, dövlət sektoru 

e)  xarici, sahibkar və aksioner sektor 



 

13. Ev təsərrüfatının məqsədi:   

 

a)  mənfəətin maksimumlaşdırılması 



b)  faydalılığın maksimumlaşdırılması 

c)  rentanın maksimumlaşdırılması 

d)  əmtəə və xidmətlərin istehlakının maksimumlaşdırılması 

e)  iş qüvvəsinin hərəkətinin maksimumlaşdırılması 

 

14. Makroiqtisadi bazarları müəyyənləşdirin:  



 

 

a)  əmtəə və xidmətlər, maliyyə, iqtisadi resurslar və valyuta bazarı 

b)  istehlak malları, istehsal vasitələri, xidmətlər və maliyyə bazarı 

c)  qiymətli kağızlar, istehlak malları və xidmətlər bazarı 

d)  tələb və təklif, istehsal vasitələri, xidmətlər və valyuta bazarı 

e)  tələb, təklif, valyuta və xidmətlər bazarı  

 

15. Istehlakın həcminə təsir edən əsas amillər:  



 

 

a)  gəlirlərin səviyyəsi, qiymətlərin səviyyəsi, psixoloji amil 

b)  alıcının zövqü, psixoloji və sosioloji amil 

c)  qiymət, alıcının zövqü, gəlirlərin səviyyəsi 

d)  yığımın həcmi, gəlirlərin səviyyəsi 

e)  gəlirin səviyyəsi, alıcının zövqü, qiymət 

 

 

16. Müəyyən bir dövr ərzində cəmiyyətin yaratdığı maddi nemətlərin məcmu dəyəri:  



 

 

a)  ümumi ictimai məhsul 

b)  ümumi milli məhsul 

c)  ümumi daxili məhsul 

d)  ümumi daxili investisiya 

e)  ümumi gəlir 

 

17. İctimai təkrar istehsalın formaları:  



 

 

a)  sadə, geniş, konyukturalı və tənəzzüllü geniş təkrar istehsal 

b)  sadə və geniş təkrar istehsal 

c)  tənəzzüllü və konyukturalı təkrar istehsal 

d)  konyukturalı sadə və geniş təkrar istehsal 

e)  tənəzzüllü sadə və geniş təkrar istehsal 

 

18. Makroiqtisadi səviyyədə istehsal və istehlak xarakterli məhsul və xidmətlər istehsalının daim 



təkrarlanması prosesi:  

 

a)  geniş təkrar istehsal 



b)  ictimai təkrar istehsal 

c)  sadə təkrar istehsal 

d)  fərdi təkrar istehsal 

e)  cavablar düz deyil 

 

 



Yüklə 407,55 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə